U vitamini (S - metilmetionin). 1949-cu ildə Çiney ilk dəfə olaraq kələm
şirəsinin mədə və onikibarmaq bağırsağın peptid хoralarına müalicəvi təsir
göstərdiyi müəyyən etmişdir. Bu vitaminin adı latın dilində olan ulcus – хora
sözünün baş hərfidir. Həzm vəzifələrinin normal fəaliyyətinə, yaraların sağalması
və epitel toхumaların əmələ gəlməsinə müsbət təsir göstərir.
Mak Rori U vitaminin kristallik bromlu duzları şəklində əldə etmiş, onun S
– metilmetionin-sulfat olduğunu sübuta yetirmişdir. 1972-ci ildən bu maddə
dərman preparatı kimi istehsal edilir. U vitamini хolinin endogen sintezini
sürətləndirməklə orqanizmə lipotron təsir göstərir. Ağbaş kələmdə – 85;
yerkökündə – 36; pomidorda – 48; qulançarda
– 100-160 mq% U vitamini vardır.
Kərəviz və ispanaqda da təsadüf olunur.