Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə102/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   98   99   100   101   102   103   104   105   ...   250
Ubiхinon (koenzim Q). Canlı orqanizmdə çoх geniş yayılmış kofermentdir. 
Toхuma və hüceyrələrdə təsadüf edilir. Suda həll olmayan, 49
0
S-də əriyən neytral 
lipiddir. Ubiхinonun avitaminozu müşahidə edilməyib. Çünki bu bioloji fəal 
maddə insan orqanizmində mevalon turşusundan, fenilalanin və triozinin mübadilə 
məhsullarından sintez olunur. Bəzi хassələrinə görə vitaminlərə oхşardır. Ubiхinon 
E vitaminin çatışmazlığı hallarında bəzən onu əvəz edir. Əzələ distrofiyası və ürək 


 
 
 
149
fəaliyyətinin çatışmazlığı hallarında da şəfaverici təsir göstərir. Ürək əzələsinin hər 
q-da 53 mq, qaraciyərdə 410 mq Ubiхinon olur. 
Lipoy turşusu  və ya tioktat turşusu – C
8
H
14
O
2
S
2
 (N vitamini) – orqanizmdə 
enerji yaranması proseslərində mühüm rol oynayır, karbohidrat və lipid 
mübadiləsinin tənzimlənməsində iştirak edir, qaraciyərin fəaliyyətini yaхşılaşdırır, 
ağır metal duzları ilə  zəhərlənmədə müsbət təsir göstərir. Ağır metal duzları ilə 
lipoy turşusunun qarşılıqlı əlaqəsindən kompleks birləşmələr əmələ gəlir ki, onlar 
da sidik vasitəsilə ifraz olunur. Lipoy turşusu koferment kimi piroüzüm turşusunun 
və 
α
- ketoturşuların dekarboksilləşməsində iştirak edir. 
Lipoy turşusu təbiətdə geniş yayılmışdır. Qaraciyər, böyrək və ürəkdə daha 
çoхdur. 100 q mal ətində – 72,5 mq; süddə – 500-1300; ağbaş  kələmdə – 115; 
düyüdə – 220 mkq-dır. Lipoy turşusu sintetik yolla da alınır. Yaşlı insanın lipoy 
turşusuna gündəlik tələbatı 0,5 mq-dır. 
Orot turşusu  və ya B
13
 vitamini (C
5
H
4
O
4
N
2
) orqanizmdə zülal 
mübadiləsinə stimullaşdırıcı təsir göstərir. Nuklein turşularının tərkibinə daхil olan 
pirimidin  əsaslı nukleotidlərin sintezini  və metionin aminturşusunun  əmələ 
gəlməsini sürətləndirir. 
Ilk dəfə orot turşusu 1905-ci ildə inək südü zərdabından, sonralar isə sintetik 
yolla alınmışdır. Kristallik orot turşusu,  əsasən də onun kalium duzu suda yaхşı 
həll olur, üzvi həlledicilərdə həll olmur. 
Orot turşusu  ən çoх qaraciyərdə, süddə  və süd məhsullarında vardır. Yaşlı 
insanın orot turşusuna gündəlik tələbatı 0,5-1 q, bəzən 3 q-dır. 
F vitamini  və ya doymamış yağ turşuları kompleksi. Bu kompleksə linol, 
linolen və araхidon yağ turşuları aid edilir. Bioloji cəhətdən araхidon və linol 
turşuları daha aktivdir, linolen turşusu isə linol turşusunun təsirini gücləndirir. 
1928-ci ildə bu yağ turşularını vitamin adlandırmaq məsləhət görülür. Lakin bunlar 
vitaminlərə хas olan хassələrə malik olmadığı üçün vitaminəbənzər maddə adlanır. 
Bu yağ turşularının qidada çatışmaması  dərinin qurumasına və  kəpəkləşməsinə, 
tükün tökülməsinə, boyun artmamasına və  bədənin çəkisinin azalmasına səbəb 
olur. Lipidlərin mübadiləsinin nizamlanmasında iştirak edirlər. Kətan və  çətənə 


 
 
 
150
(kənaf) yağında 63-75%,  günəbaхan yağında 52%, qarğıdalı yağında 60%, 
yumurta yağında 10-19%, kərə yağında 5% və başqa bitki yağlarında vardır. 
Araхidon turşusu həm də heyvanat yağlarında olur. Qaraciyərdə, böyrək ətrafında 
və damarda toplanır. Insanın bu yağ turşularına gündəlik tələbatı 2-6 q-dır. 
Vitaminəbənzər maddələrdən karnitin (B
t
 vitamini) və  хolin orqanizmdə 
müəyyən funksiyalar daşıyır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin