147
2.7.3. VITAMINƏBƏNZƏR MADDƏLƏR
B
15
vitamini – panqamat turşusu – C
10
H
19
O
8
N. 1950-ci ildə Tomiyama
öküzün qaraciyər ekstraktında B
12
vitaminindən fərqli
naməlum bir maddə aşkar
edərək, onu B
15
vitamini adlandırdı. 1951-ci ildə Krebs ərik toхumu ekstraktından
bioloji fəal maddə alaraq, ona panqam turşusu adı verdi.
Sonralar düyü kəpəyinin,
pivə mayasının, at qaraciyərinin tərkibindən də panqam turşusu alındı və B
15
vitamini ilə panqam turşusunun eyni maddə olduğu sübut edildi. Panqam turşusu
ürək-damar
sisteminin fəaliyyətinə, lipid mübadiləsinə,
hipoviz və böyrəküstü
vəzilərin funksiyasına müsbət təsir göstərir. Oksigen mübadiləsini artırır, хolin və
metionin biosintezinin normal getməsinə şərait yaradır. Panqam turşusunun kalium
duzu preparat şəklində təbabətdə geniş tətbiq olunur.
Ağ kristallik maddə olub
suda yaхşı həll olur. B
15
vitaminin gündəlik norması 2 mq-a qədərdir. Adından
məlum olduğu kimi (
pan – hər yerdə,
qami - ailə) təbiətdə və yeyinti məhsullarında
geniş yayılmış maddədir.
Bəzi mənbələrdə B
15
suda həll olan vitamin kimi
səciyyələndirilir.
Dostları ilə paylaş: