148
Inozit – C
6
H
12
O
6
(mezoinozit, mioinozit) – 1848-ci
ildə Libiх tərəfindən ət
suyundan alınmışdır. 1850-ci ildə Şerer bu maddəni kristallik şəkildə əldə etmiş və
şirin olduğunu nəzərə alaraq, ona ət şəkəri və ya inozit adı vermişdir. Altıatomlu
tsiklik spirtdir.
Qida vasitəsilə inozitin orqanizmə daхil edilməsinin zəruriliyi yalnız siçan
və siçovullar üzərində aparılan təcrübələrə əsasən müəyyən edilmişdir.
Tərkibi
məlum olan bütün vitaminlər qatılmış sintetik qidalarla yemlənən siçanların tükləri
tökülür və inkişafdan qalır. Lakin qaraciyər ekstraktı heyvanları sağaldır.
Təcrübələr vasitəsilə müəyyən
edilmişdir ki, qaraciyər ekstraktında belə
heyvanlara müalicəvi təsir göstərən maddə inozitdir. Ətin, qaraciyərin,
böyrəyin,
beynin və bəzi balıqların ətində vardır.
Inozitin insanlar üçün vitamin vəzifəsi daşıması hələlik mübahisəlidir.
Dostları ilə paylaş: