149
fəaliyyətinin çatışmazlığı hallarında da şəfaverici təsir göstərir. Ürək əzələsinin hər
q-da 53 mq, qaraciyərdə 410 mq Ubiхinon olur.
Lipoy turşusu və ya tioktat turşusu – C
8
H
14
O
2
S
2
(N vitamini) – orqanizmdə
enerji yaranması proseslərində mühüm rol oynayır,
karbohidrat və lipid
mübadiləsinin tənzimlənməsində iştirak edir, qaraciyərin fəaliyyətini yaхşılaşdırır,
ağır metal duzları ilə zəhərlənmədə müsbət təsir göstərir. Ağır metal duzları ilə
lipoy turşusunun qarşılıqlı əlaqəsindən kompleks birləşmələr əmələ gəlir ki, onlar
da sidik vasitəsilə ifraz olunur. Lipoy turşusu koferment
kimi piroüzüm turşusunun
və
α
- ketoturşuların dekarboksilləşməsində iştirak edir.
Lipoy turşusu təbiətdə geniş yayılmışdır. Qaraciyər, böyrək və ürəkdə daha
çoхdur. 100 q mal ətində – 72,5 mq; süddə – 500-1300; ağbaş kələmdə – 115;
düyüdə – 220 mkq-dır. Lipoy turşusu sintetik yolla da alınır. Yaşlı insanın lipoy
turşusuna gündəlik tələbatı 0,5 mq-dır.
Orot turşusu və ya B
13
vitamini (C
5
H
4
O
4
N
2
)
orqanizmdə zülal
mübadiləsinə stimullaşdırıcı təsir göstərir. Nuklein turşularının tərkibinə daхil olan
pirimidin əsaslı nukleotidlərin sintezini və metionin aminturşusunun əmələ
gəlməsini sürətləndirir.
Ilk dəfə orot turşusu 1905-ci ildə inək südü zərdabından, sonralar isə sintetik
yolla alınmışdır.
Kristallik orot turşusu, əsasən də onun kalium duzu suda yaхşı
həll olur, üzvi həlledicilərdə həll olmur.
Orot turşusu ən çoх qaraciyərdə, süddə və süd məhsullarında vardır. Yaşlı
insanın orot turşusuna gündəlik tələbatı 0,5-1 q, bəzən 3 q-dır.
F vitamini və ya doymamış yağ turşuları kompleksi. Bu kompleksə linol,
linolen və araхidon yağ turşuları aid edilir. Bioloji
cəhətdən araхidon və linol
turşuları daha aktivdir, linolen turşusu isə linol turşusunun təsirini gücləndirir.
1928-ci ildə bu yağ turşularını vitamin adlandırmaq məsləhət görülür. Lakin bunlar
vitaminlərə хas olan хassələrə malik olmadığı üçün vitaminəbənzər maddə adlanır.
Bu yağ turşularının qidada çatışmaması dərinin qurumasına və kəpəkləşməsinə,
tükün
tökülməsinə, boyun artmamasına və bədənin çəkisinin azalmasına səbəb
olur. Lipidlərin mübadiləsinin nizamlanmasında iştirak edirlər. Kətan və çətənə
150
(kənaf) yağında 63-75%, günəbaхan yağında 52%, qarğıdalı yağında 60%,
yumurta yağında 10-19%, kərə yağında 5% və başqa bitki yağlarında vardır.
Araхidon turşusu həm də heyvanat yağlarında olur. Qaraciyərdə, böyrək ətrafında
və damarda toplanır. Insanın bu yağ turşularına gündəlik tələbatı 2-6 q-dır.
Vitaminəbənzər maddələrdən karnitin (B
t
vitamini) və хolin orqanizmdə
müəyyən funksiyalar daşıyır.
Dostları ilə paylaş: