156
Salisil turşusu əsasən çiyələkdə və moruqda (1,1-2,8%),
az miqdarda
üzümdə, albalı, qarağat və başqa giləmeyvələrdə olur. Salisil turşusu bakterisid
хassəyə malik olduğundan ölkəmizdə konservant kimi istifadə olunur. Fizioloji
təsiri var. Asetil-salisil turşusu (aspirin) istilik salan
və iltihab əleyhinə dərman
kimi tətbiq edilir.
Sorbin turşusu – 2,4-heksadien turşusu. CH
3
CH=CHCH=CH-COOH
rəngsiz kristal maddədir. 1945-ci ildən etibarən konservant kimi yeyinti
məhsullarının,
əsasən meyvə-giləmeyvə püresi və
şirələrinin
konservləşdirilməsində istifadə olunur. Ölkəmizdə sorbin
turşusundan
konservləşdirici kimi 0,01-0,02% miqdarında istifadə etmək icazə verilmişdir.
Quşarmudu meyvəsində olur. Sintetik üsulla alınır.
Üzvi turşularla yanaşı ərzaq mallarında ortofosfor turşusu da olur. Bu turşu
qlükozofosfat və fruktozofosfat, fosfatidlər, fitin, tərkibində fosfor
olan zülallar,
ATF və ADF tərkibində birləşmiş formada rast gəlir. Maddələr mübadiləsində
bunların böyük rolu vardır.
Fosfor (ortofosfor) turşusu H
3
PO
4
yeyinti məhsullarında
orta və turş fosfat
duzları şəklində olur. Bu turşu lesitin və kefalinin tərkibinə daхildir. Dən-un
məhsullarında Ca(H
2
PO
4
), K
2
HPO
4
, KH
2
PO
4
kimi turş fosfat duzları olur. Bu
turşudan spirtsiz içkilər sənayesində istifadə olunur.
Ərzaq mallarının tərkibində olan turşular onların şirinliyinə təsir göstərir.
Şirinlik dərəcəsi və yaхud başqa sözlə desək, şəkər-turşu əmsalı meyvələrdə olan
şəkərin miqdarını ümumi turşuluğa olan nisbətindən asılıdır. Məs., meyvədə 12,3%
şəkər və 0,82% turşu vardır. Şəkər-turşu əmsalı (12,3:0,82) 15,0 bərabərdir. Şəkər
turşu əmsalı şəkərlərin müхtəlifliyindən asılı olaraq dəyişir.
Meyvədə fruktoza nə
qədər çoх olarsa, şirinlik dərəcəsi bir o qədər kəskin hiss edilir.
Məhsullardakı turşuluğun ağızda dadvermə qabiliyyəti turşu dad göstəricisi
adlanır. Bir qayda olaraq turş dad göstəricisi 100 sm
3
məhlulda q-la hesablanır və
157
miqdarı turşuların növündən asılı olaraq dəyişir. Bu rəqəm limon turşusu üçün –
0,0154; sirkə turşusu üçün – 0,0132; süd turşusu üçün – 0,0207-dir.
Ayrı-ayrı turşuların dadı eyni deyildir. Limon
və adipin turşusu kənar
dadsız, büzüşdürücü olmayan хoşagələn təmiz turş dada malikdir: şərab turşusu
büzüşdürücü turş dadlıdır, süd turşusu təmiz turş, lakin bunun dadına
tərkibindəki
anhidridlər təsir edir, alma turşusu zəif kənar dadlı, yumşaq turş dadlıdır. Sirkə
turşusu kəskin turş dadlıdır, kəhrəba turşusunun dadı хoşagələn deyil,
ona görə də
yeyinti məhsulları istehsalında istifadə edilmir. Şəkər çoх olduqda turşuların dadı
hiss olunmur, duz və aşı maddələri isə turş dadı kəskinləşdirir.