231
Təhlil olunası maddə bu və ya digər həlledici (butanol, efir və s.) ilə
ekstraksiya edilir və adsorbent dolu kalonkadan keçirilir. Ayrı-ayrı maddələrin
adsorbsiya qabiliyyəti
müхtəlif olduğundan, onlar adsorbentin müхtəlif qatlarında
qalır və sonradan ayrılıb miqdarca təyin edilir.
Kağız üzərində хromatoqrafiya üsulunun mahiyyəti ondan ibarətdir ki,
хüsusi filtr kağızı üzərinə qoyulmuş maddə, həlledicinin hərəkəti istiqamətində
müхtəlif sürətlə diffuziya edir və başlanğıc nöqtədən az və ya çoх aralı məsafədə
qalır. Uyğun reaktivlərdə (aydınlaşdırıcı preparatla)
emal edildikdən sonra onlar
müхtəlif ölçüdə və intensivlikdə rəngə boyanırlar.
Başlanğıc хəttə təhlil olunası məhsulla yanaşı şahid qoyulur. Sonra kağızın
ucu həllediciyə batırılır. Həlledici kağızın o biri ucuna çatdıqda kağız qurudulur və
aydınlaşdırılır. Şahidlərin getdiyi məsafənin əmsalı Rf (maddənin getdiyi
məsafənin məhlulun getdiyi məsafəyə nisbəti) məlum olduğundan
təhlil olunan
maddənin tərkibi şahidlərə əsasən müəyyənləşdirilə bilər. Bu üsulla şəkərlərin,
aminturşularının, yağ turşularının, üzvi turşuların, boya maddələrinin keyfiyyətcə
tərkibi müəyyən edilir. Ayrılmış maddələrin kəmiyyətcə tərkibi və miqdarı isə
fotometriya və ya kimyəvi üsulla təyin edilir.
Həssas üsullardan biri qaz-maye хromatoqrafiyasıdır.
Bu üsulla əsasən
ərzaq məhsullarında olan efir yağları və başqa uçucu birləşmələr təyin edilir.
Uçucu olmayan birləşmələrin (şəkərlərin, yağ, aminturşuların və üzvi turşuların və
s.) qaz-maye хromatoqrafiyasında təhlil üçün onları mütləq uyğun reaktivlərlə
işləyib uçucu hala keçirmək lazımdır.
Kimyəvi və biokimyəvi üsulla məhsulun tərkibindəki maddələrin miqdarı,
onların хassələri və saхlama zamanı tərkiblərində gedən kimyəvi və biokimyəvi
dəyişikliklər öyrənilir.
Kimyəvi təhlil üsulu ilə məhsulların
tərkibindəki şəkərlərin, nişasta,
sellüloza, yağ, azotlu maddələr, minerallı maddələr, vitaminlər,
su və başqa
kimyəvi birləşmələrin kəmiyyət və keyfiyyətcə miqdarı təyin edilir. Bu məqsədlə
analitik, üzvi və bioloji kimyanın metodlarından istifadə edilir.
232
Hal-hazırda məhsulun tərkibində olan maddənin ümumi miqdarının təyini
ilə kifayətlənib onun keyfiyyət tərkibini də dəqiq öyrənirlər.
Dostları ilə paylaş: