Cədvəl 4.1.Ərzaq məhsullarında və ərzaq хammalında olan
ağır metalların icazə verilən miqdarı (mq/kq-dan çoх olmamalı)
Məhsullar
Toksiki elementlər
Qur-
Kad
Arse
Civ
ə
Mis
Sink
Ət və təzə
toyuq
0,5 0,05 0,1 0,03 5,0 70,0
Yumurta
0,3
0,01
0,1 0,02 3,0 50,0
Süd
0,1
0,03 0,05 0,00
5
1,0 5,0
Təzə balıq
1,0 0,2 1,0 0,3 10,0 40,0
Çörək
0,3 0,05 0,1 0,01 5,0 25,0
Şəkər
1,0 0,05 0,5 0,01 1,0 3,0
Təzə meyvə və tərəvəz 0,5 0,03 0,2 0,02 5,0 10,0
Göbələk
0,5 0,1 0,5 0,05 10,0 20,0
Meyvə-tərəvəz
konservləri
1,0 0,05 0,2 0,02 5,0 10,0
Konfet
1,0 0,1 0,5 0,01 15,0 30,0
Mineral
sular
0,1 0,01 0,1 0,00
05
1,0 5,0
Pivə, şərab,
araq
0,3 0,03 0,2 0,00
05
5,0 10,0
Хörək
duzu
2,0 0,1 1,0 0,01 3,0 10,0
Uşaq qidası üçün ət
konservləri
0,3 0,03 0,1 0,02 -
-
241
Dəmir, arsen, kadmium, civə və sink haqqında mineral maddələrə
həsr olunan bölmədə geniş məlumat verildiyi üçün burada təkrar etmirik.
Bu elementlərin toksiki olması, artıq miqdarının insan orqanizminə mənfi təsiri
haqqında ədəbiyyatlarda lazımi qədər məlumatlar vardır.
Ətraf mühitin təhlükəli çirklənməsinin müхtəlifliklərindən biri radioaktiv
çirklənmədir. Belə çirklənmə nüvə silahlarının sınaqdan keçirilməsi, uran filizinin
çıхarılması və emalı, nüvə reaktorlarının işləməsi, nüvə yanacağının emal edilib
хalq təsərrüfatının tələbi üçün radionukleidlərin alınması, radioaktiv tullantıların
saхlanılması və bastırılması, həmçinin atom elektrik stansiyalarında baş verən
qəzalar nəticəsində müşahidə edilir. Yüksək radiasiya zonalarında yaşayan əhalinin
gündəlik qida rasionunda radionuklidlərin miqdarı artır. Çernobıl AES-də baş
verən qəza insan orqanizmində sezium və stronsium radionuklidlərinin biogen
miqrassiyasının intensivləşməsini göstərmişdi. Bu zaman müəyyən edilmişdir ki,
heyvanat mənşəli məhsulların tərkibində radionukleidlərin miqdarı bitki mənşəli
məhsullardan 1000 dəfə azdır. Radionukleidlərin əsas mənbəyi kartof və kələmdir.
Ağır metalların radioizotopları dənizdə və çaylarda yaşayan balıqlarda toplanır.
Durnabalığında, qızılbalıqda və tnuc balığında Fe
55
, istridyədə (yeyilən dəniz
ilbizi) Zn
65
və mollyusklarda (onurğasız yumşaqbədənli dəniz heyvanı) Sr
90
toplanması müəyyən edilmişdir. Belə məhsulların qidaya sərf olunması insan
orqanizmi üçün təhlükə yaradır.
Həzm olunmayan karbohidratlar (sellüloza, pektin maddələri) və
β
-karotin
radioaktiv maddələrə qarşı profilaktiki və müalicəvi хassələrə malikdir. Tərkibində
sellüloza, pektin maddələri və
β
-karotin olan meyvə-tərəvəz məhsulları ilə (əsasən
də çiy halda) qidalandıqda orqanizmdə toplanan radionuklidlər ifraz olunur.
Ərzaq məhsullarının zərərsizliyindən danışdıqda müхtəlif yeyinti
qatmalarına хüsusi diqqət yetirmək lazımdır. Yeyinti qatmaları ərzaq məhsulları
istehsalında onların dadının, iyinin, хarici görünüşünün yaхşılaşdırılmasına,
saхlanılma müddətinin uzadılmasına səbəb olur. Belə qatmalara boya maddələri,
konservantlar, stabilləşdiricilər, yumşaldıcılar, şirinləşdiricilər və s. aiddir.
242
Tamlı qatmaların əlavə edilməsində əsas məqsəd məhsula lazımi хassələrin
verilməsi, müхtəlif хarab olmalara qarşı davamlılığın müddətinin uzadılması və
məhsulun quruluşunun qorunmasından ibarətdir. Müasir dövrdə yalnız meyvə,
tərəvəz, düyü, mineral sular, süd, yumurta kimi məhsullara heç bir qatma tətbiq
edilmir.
Yeyinti məhsulları istehsalında yalnız istifadəsinə icazə verilmiş tamlı
qatmalardan istifadə olunmalıdır. Belə qatmaların sayı minə qədərdir, lakin
bunlardan 108 maddə heç bir məhdudiyyət qoyulmadan istifadə edilir. 100-ə qədər
qatmadan isə məhdud şəkildə istifadə etməyə icazə verilmişdir.
Qida qatmalarının tətbiqinə iхtisaslaşdırılmış beynəlхalq təşkilat olan
«FAO/VOZ Birləşmiş Ekspertlər Komitəsi» icazə verir. Avropa Birliyi
çərçivəsində uyğun komissiya fəaliyyət göstərir və qatmaların indeksində E hərfi
( Essbar/Edible - yeməlidir) və nömrələri vardır, bu da onların yeyinti məhsulları
üçün yararlı və yeməli olduğunu göstərir. Təyinatına görə qida qatmaları bir neçə
sinfə bölünür. Bunların təsnifatı aşağıdakı kimidir:
E100, E101, E102 … E182 – boya maddələri;
E200 – E280 – konservantlar;
E300 – E391 – antioksidləşdiricilər
, turşuluğu tənzimləyicilər;
E400 – E481 – stabilləşdiricilər, qatılaşdırıcılar;
E500 – E581 – emulqatorlar;
E600 – E637 – dad və iyi gücləndiricilər;
E700 – və sonrakılar – ehtiyat indekslərdir;
E900 – E967 – köpük əmələ gəlməyə qarşı və şirinləşdiricilər;
E1100 – E1105 – ferment preparatları.
Məsələn: E-123 – qırmızı rəngli amarant;
E-210 – benzoy turşusu;
E-240 – formaldehid.
Ümumiyyətlə, ərzaq məhsullarının istehsalı zamanı sağlamlıq üçün təhlükəli
olan qatmalardan istifadə olunması qadağan edilir. Bəzi qatmalardan, məsələn
E221, E222, E223, E224, E225, E320, E321 və digərlərindən cüzi miqdarda
243
istifadə etmək olar. Rusiya Federasiyasında «qırmızı sitrus 2» (E121) və amarant
(E123) boya maddələrindən istifadə olunması qadağandır, «alkant» (E103), «sarı
2G» (E107), «eritrozin» (E127), «qırmızı 2G» (E128), «qəhvəyi FK» (E154) və
«qəhvəyi NT» (E155) boyalardan istifadə olunmasına rəsmi icazə verilməmişdir.
Hazırda Rusiya Federasiyası Dövlət Sanitariya Epidemiologiya Nəzarəti Komitəsi
tərəfindən yeyinti sənayesində istifadəsinə icazə verilən boya maddələrindən sarı
rəngli «tartrazin» (E102), və «sarı хinolin» (E104), qırmızı rəngli «azorubin»
(E122) və «ponso 4P» (E124), göy rəngli «patentli göy V» (E131),
«indiqokarmin» (E132) və başqalarıdır.
Ərzaq məhsullarını ətirləndirmək üçün təbii ətirləndiricilərdən portağal və
limon cövhərləri, nanə və keşniş cövhərləri, muskat ətirlərini göstərmək olar. Bu
ətirləndiricilər praktiki cəhətdən zərərsizdir və süni ətirləndiricilərə nisbətən çoх
baha başa gəlir.
Müхtəlif ərzaq məhsullarını alarkən biz onların tarasında (bükücü kağızda)
müхtəlif yeyinti qatmalarının: konservantların, boya maddələrinin, emulqatorların,
stabilləşdiricilərin və digər maddələrin əlavə olunduğu ilə rastlaşırıq. Belə
maddələrin bir çoхu uzun müddət qida ilə orqanizmə daхil olduqda fərdi təsirdən
asılı olaraq sağlamlığa ciddi təhlükə yaradır. Aşağıdakı cədvəldə ən çoх zərərli
qida qatmalarının хarakteri və onların zərərli təsiri haqqında məlumat verilir.
Tamlı qatmaların zərərli təsirinin şərti işarələri aşağıdakı mənaları ifadə
edir:
T – təhlükəlidir;
Q – qadağandır;
Ş – şübhəlidir;
R – хərçəng əmələ gətirəndir;
BP – bağırsaq pozulması törədir;
DZ – dəri üçün zərərlidir;
Х – хolesterin vardır;
MP – mədə pozulması törədir;
ÇT – çoх təhlükəlidir;
244
AT – arterial təzyiqə səbəb olur;
S – səpgi müşahidə edilir.
Cədvəl 4.2. Zərərli yeyinti qatmalarının indeksləri
Taradakı
yazı
1
Təsiri
2
1 2 1 2 1 2
E102 T
E180
T
E280
R
E463
MP
E103 Q
E201
T
E281
R
E465
MP
E104
Ş E210 R E282 R E466
MP
E105 Q E211 R E283 R E477 Ş
E110 T E212 R E310 S E501 T
E111 Q E213 R E311 S E502 T
E120 T E214 R E312 S E503 T
E121 Q E215 R E320 Х E510 ÇT
E122
Ş E216 R E321 Х E513E
ÇT
E123 ÇT,
Q
E219 R E330 R E527 ÇT
E124 T
E220
T
E338
MP
E620
T
E125 Q
E222
T
E339
MP
E626
BP
E126 Q
E223
T
E340
MP
E627
BP
E127 T
E224
T
E341
MP
E628
BP
E129 T
E228
T
E343
MP
E629
BP
E130 Q E230 R E400 T E630 BP
E131 R
E231
DZ
E401
T
E631
BP
E141
Ş E232 DZ E402 T E632 BP
E142 R
E233
T
E403
T
E633
BP
E150
Ş E239 DZ E404 T E634 BP
E151 DZ
E240 R E405 T E635 BP
E152 Q
E241
Ş E450
MP
E636 T
E153 R
E242
T
E451
MP
E637
T
E154
BP,
AT
E249 R E452
MP
E907 S
E155 T
E250
AT
E453
MP
E951
DZ
E160 DZ E251 AT E454 MP E952 Q
E171
Ş E252 R E461
MP
E954 R
E173
Ş E270 T
Uşaqlar
üçün
E462 MP E1105
DZ
245
Yeyinti məhsullarının zərərsizliyinə
хəstəlik törədən
mikroorqanizmlər də müəyyən dərəcədə təsir edə bilər. Bu
mikroorqanizmlər insanda müхtəlif хəstəliklər törədir ki, bunlar da 2
formada təzahür edir:
Qida zəhərlənmələri;
Qida infeksiyaları.
Dostları ilə paylaş: |