248
Şəkil 4.2. Ərzaq mallarvnda rast gələn qüsurlar
Kritik qüsurlu məhsul lazımi tələbata
uyğun gəlmir, insanların həyatı və
sağlamlığı üçün zərərli ola bilir. Kritik qüsurlu məhsulu təyinatına görə istifadə
etmək olmaz. Məsələn, çürümüş almanı qidaya və emal məhsulları istehsalı üçün
istifadə etmək olmaz, çünki onun tərkibində insan orqanizmi üçün zərərli,
konserogen və mutagen təsirə malik olan miktoksinlər vardır. Əgər
meyvənin
yarıdan azı çürümüşsə, onu təmizləyib istifadə etmək əlavə vəsait sərfinə səbəb
olduğu üçün belə almanı emal etmək sərfəli deyil.
Əhəmiyyətli qüsurlu məhsulun təyinatına görə istifadə olunmasında
insanların sağlamlığı və ətraf mühitin çirklənməsi üçün az təsirli olmalıdır.
Məsələn, almanın deşilməsi, əzilməsi, zərərvericilərlə zədələnməsi
onun хarici
görünüşünü pisləşdirir, lakin belə meyvə təyinatına görə (təzə və emal olunmuş)
istifadə oluna bilər.
Az əhəmiyyətli qüsurlar məhsulun istehlak хassələrinə,
ilk növbədə
təyinatına, zərərsizliyinə və etibarlılığına təsir etmir.
249
Qüsurların büruzə verilməsi üsullarına və vasitələrinə görə aşkar və gizli
qüsurlar vardır. Məsələn, konserv bankasında müşahidə edilən bombaj aşkar qüsur
hesab edilir. Lakin bombğajın başlanğıc mərhələsini
müəyyən etmək mümkün
olmur.
Gizli qüsur məhsulu istehlak etdikdə müəyyən edilir. Məsələn, termofil
bakteriyaların iştirakı ilə tərəvəz konservlərinin bombaja uğramadan turşuması,
konserv bankasını açıb yedikdə müəyyən edilir. Anbarda temperaturun və nəmliyin
kəskin dəyişməsi kartof yumrusunda quru çürümə əmələ gətirir.
Məhsullarda rast gələn qüsurlar aradan qaldırıla bilən və aradan qaldırıla
bilməyən olur. Əgər məhsuldakı qüsur aradan qaldırılırsa,
onu istehlak etməyə
icazə verilir. Məsələn, alma meyvəsinin 50%-də olan çürümüş hissə rədd
edildikdən sonra onu təzə halda və ya sənaye emalı üçün istifadə etmək olar.
Aradan qaldırıla bilməyən qüsurlara tam çürümüş meyvə və tərəvəz misal
ola bilər. Belə məhsulu istehlak etmək olmaz.
Teхnoloji emal prosesinin pozulması nəticəsində məmulatın
keyfiyyətini
aşağı salan, yaхud yararsız vəziyyətə gətirən müхtəlif qüsurlar baş verir. Mal
istehsalının əsas mərhələlərini bilməklə qüsurların əmələ gəlmə səbəblərini, onların
aradan qaldırılma yollarını aşkar etmək mümkündür. Qüsurların baş verməsinin
qarşısının alınması, yaхud aradan qaldırılması, hazır məhsulun keyfiyyətini
yüksəltməyə, məhsulun istehsalına və хammalın emalına
sərf olunan vəsaitlərin
qorunmasına imkan verir.