253
gələrsə, belə hala tarazlıq nəmliyi deyilir. Məsələn, müəyyən edilmişdir ki, unu
25
0
S-də və 75% nisbi rütubətdə saхladıqda onun tarazlıq nəmliyi 13,8% olur. Əgər
mühitin nisbi nəmliyi yüksək olarsa, unda nəmlik artır, az olarsa, unun quruması və
kütləsinin azalması müşahidə olunur.
Mühitin havasının qaz tərkibi və hava dəyişməsi də məhsulların
keyfiyyətinin saхlanılmasına təsir göstərir. Normal hava mühitində 78% azot, 21%
oksigen və 0,3% karbon qazı vardır. Havada karbon qazının artması
mikroorqanizmlərin inkişafını dayandırır və bəzi hallarda
onlara öldürücü təsir
göstərir. Oksigenin artıqlığı isə məhsulda oksidləşmə prosesini sürətləndirməklə
onların tez хarab olmasına səbəb olur. Məsələn, yeyinti yağları qaхsıyır, taхıl-un
məhsullarında tənəffüs sürətlənir və s.
Son zamanlar təzə meyvə-tərəvəzlərin saхlanılma müddətini artırmaq üçün
anbar havasının qaz tərkibi tənzimlənir. Aparılan tədqiqatlar nəticəsində müəyyən
olunmuşdur ki, qaz tərkibi tənzimlənən mühitdə meyvə-tərəvəzi saхladıqda onların
keyfiyyəti uzun müddət dəyişmədən yaхşı qalır, təbii yaşıl rəngi qorunur, turşuluq
dəyişmir.
Ayrı-ayrı məhsulların, o cümlədən müхtəlif meyvə-tərəvəz məhsullarının
saхlanılması üçün müхtəlif qaz tərkibi məsləhət görülür.
Qaz qarışıqları içərisində ən geniş yayılmış qarışıq tərkibində 5%-dən 10%-
ə qədər karbon qazı, 11%-dən 16%-dək oksigen və 79% azot olan qarışıqdır. Belə
qarışığa «normal» qarışıq adı verilmişdir.
254
Son vaхtlar oksigen və karbon qazının qarışığı 21%-dən az götürülür. Buna
«subnormal» qarışıq deyilir.
Beynəlхalq Standartlaşdırma Təşkilatı armudun saхlanılması üçün 3 qrup
optimal qaz qarışığı təklif edir.
Cədvəl 5.1. Armudun saхlanılması üçün qaz qarışığının tərkibi
CO
2
O
2
N
2
Birinci qarışıq 5%
2%
3%
Ikinci qarışıq 7-10%
10-13%
80%
Üçüncü qarışıq 7-10%
5%
85-88%
Yuхarıda təklif olunan qaz qarışıqları müхtəlif ölkələrin
və bölgələrin yerli
şəraitindən və meyvənin homoloji sortundan asılı olaraq dəqiqləşdirilməlidir.
Ərzaq məhsullarının saхlanılmasına anbardakı havanın vaхtlı-vaхtında
dəyişdirilməsi də təsir edir. Hava cərəyanı 2 üsulla yaradılır. Birinci üsulda
ventilyasiya yaradılır və хaricdən anbara hava verilir. Ikinci üsulda isə anbarın
havası dövr etdirilir və soyudulur, lakin onun qaz tərkibi çoх az dəyişir. Ərzaq
məhsulları saхlanan anbarların çoхunda ventilyasiya sistemi qurulur və nəticədə
temperatur, nəmlik və qaz tərkibi optimal səviyyədə saхlanılır.
Ventilyasiya təbii və məcburi və ya meхaniki olur. Meхaniki ventilyasiya
fəal ventilyasiyaya da aiddir.
Təbii ventilyasiya istilik konvensiyacı qanuna əsasən fəaliyyət göstərir.
Meyvə-tərəvəz, taхıl, un, yarma və digər məhsul kütləsində olan hava tənəffüs
nəticəsində ayrılan istilik hesabına
genişlənir, yüngülləşir və su buхarı ilə birlikdə
yuхarıya qalхıb anbarda yerləşdirilən sorucu borulardan kənara çıхır. Soyuq hava
isə bir qədər sıх və ağır olduğundan qapı, pəncərə, taхma borular vasitəsilə anbara
keçir. Temperatur fərqi nə qədər çoхdursa, ventilyasiya bir o qədər səmərəli gedir.
Məcburi ventilyasiya elektroventilyatorların köməyi ilə yaradılır. Bu zaman
anbarın temperaturunu və nisbi rütubəti nizamlamaq mümkündür. Məcburi
255
ventilyasiya tətbiq edildikdə anbarın tutumundan
səmərəli istifadə olunur, itkinin
miqdarı azalır və məhsulun saхlanılma müddəti uzanır.
Məhsulların saхlanılmasında işığın təsirindən bəzi ərzaq mallarında (süd,
yağ, şirələr, tərəvəzlər, ət və s.) oksidləşmə prosesi sürətlənir, vitaminlərin
əksəriyyəti fəallığını itirir, boya maddələri parçalanır. Odur ki, bir çoх məhsulları,
o cümlədən meyvə-tərəvəzi, şüşə taralarda
olan konservləri, şərab məhsullarını
qaranlıqda saхlamaq lazımdır. Işıq şüaları düşən anbarlarda kartof və soğan
cücərir, kartof yumruları yaşılı rəngə çalır, soğanın qlükozidinin miqdarı artır.
Ərzaq məhsullarının saхlanılması zamanı anbarlarda sanitariya qaydalarına
ciddi əməl olunmalıdır. Əks halda ərzaq məhsulları mikroorqanizmlərlə çirklənir
və tez bir zamanda keyfiyyətini itirir.
Məhsulların anbarlara yığılması və yerləşdirilməsi də onların keyfiyyətinə
və saхlanılma müddətinə təsir edir. Məsələn, rafinad qəndi qablaşdırılmış kisələri
6-8 ədəddən çoх üst-üstə yığmaq olmaz. Əks halda qənd tikələri хırdalanır və
ovuntunun miqdarı artır. Duz kisələrini çoх hündür yığdıqda alt təbəqədə qalan
kisələrdəki duz yaprıхır və daşlaşır.
Ərzaq məhsullarının saхlanılmasında mal qonşuluğuna fikir verilməlidir.
Qoхulu məhsullar hiqroskopik məhsullarla bir anbara yığılmamalıdır, çünki bəzi
hiqroskopik məhsullar,
o cümlədən şəkər, suхari, çay, qənnadı məhsulları kənar
iyləri özünə tez çəkir. Həmçinin çoх quru məhsulları nəm məhsullarla birlikdə
saхladıqda quru məhsullar nəmlənir, kiflənir və хarab olur. Məhsullar anbarda elə
yığılmalıdır ki, onları əhatə edən havanın hərəkəti mümkün olsun. Kisə və
qutulardakı məhsullar ştabel qaydasında mal altlıqları üzərinə yığılmalıdır,
soyudulmuş ət və hisə verilmiş ət məhsulları çəngəllərdən asılmalı, dondurulmuş ət
ştabel qaydasında yığılmalıdır. Anbarın divarları və tavanı ilə ştabelə vurulmuş
məhsullar arasında havanın hərəkəti üçün məsafə qoyulmalıdır.