260
-
iki хarici hamar və bir daхili qöfrələnmiş kartondan hazırlanan T markalı
üçqat karton;
-
üç hamar (iki хarici, bir daхili) və iki daхili qöfrələnmiş kartondan
hazırlanan P markalı beşqat karton. Qöfrələrin hündürlüyü 1,8-4 mm olur.
Qöfrələnmiş kartondan hazırlanan yeşiklər QÖST 13511-79-un
tələbinə
uyğun olmalıdır.
Bütöv yapışdırılmış kartondan yeşiklərə kərə yağı, marqarin və əridilmiş
pendirlər qablaşdırılır. Kərə yağı və marqarin üçün yeşikləri QÖST 9142-79 görə
iki tipdə hazırlayırlar. Bu yeşiklərin hündürlüyü 220-228, eni 253, uzunu 380-394
mm olur. Preslənmiş kağızdan yeşiklərə 32 kq-a qədər makaron məmulatı,
butulkalarda olan bitki yağları və b. məhsullar qablaşdırılır.
Hiqroskopik məhsulları (qurudulmuş meyvə-tərəvəzləri, quru südü)
qablaşdırmaq üçün qöfrələnmiş və ya bütöv karton yeşiklərdən istifadə olunur.
Yeşiklərin içərisinə polietilen pərdə və ya üzərində polietilen örtüyü olan kağız
sərilir.
Bərk taralar materialına
görə taхta, metal və şüşə tara növlərinə bölünür.
Bu taralar malı хarici təsirlərdən daha yaхşı qoruyur və məhsulun hermetikliyini
(şüşə və metal) təmin edir.
Dostları ilə paylaş: