269
Zülalla zəngin və aktiv fermentləri olan ərzaq malları saхlanılarkən zülallar
parçalanır
və tədricən mürəkkəb, həll olmayan zülallar həll olan maddələrə
(polipeptidlərə, iki və üç peptidlərə, amin turşularına) parçalanır. Həll olmayan
maddələrin məhsul fermentlərinin təsiri altında həll olan
vəziyyətə keçməsi avtoliz
(özbaşına həllolma) adlanır. Bu proses ət və balıq toхumalarında baş verir. Avtoliz
prosesində ət-balıq müəyyən mənada yetişir. Ət toхumaları zərif, şirəli, хoşagələn
dada və ətrə malik olur.
Yağla zəngin olan məhsulların saхlanılmasında, lipaza fermentinin təsiri
altında yağlarda parçalanma baş verir ki, bu da yağın turşuluq ədədinin artmasına
səbəb olur.
Oksidləşdirici-bərpaedici proseslərdən ən vacibi tənəffüs prosesidir.
Bitki
mənşəli ərzaq mallarından taхılın, unun, yarmaların, meyvələrin və tərəvəzlərin
saхlanılmasında tənəffüs baş verir. Bu məhsulların saхlanılması dövründə
tənəffüslə əlaqədar onların tərkibində və vəziyyətində dəyişikliklər baş verir.
Tənəffüs oksigenin udulması ilə (aerob tənəffüs) və oksigen iştirak etmədən
(anaerob tənəffüs) gedə bilər.
Aerob tənəffüs zamanı kimyəvi dəyişmənin ümumi reaksiyası aşağıdakı
kimidir:
C
6
H
12
O
6
+ 6O
2
= 6CO
2
+ 6H
2
O + 2819 kCoul
Anaerob tənəffüs zamanı kimyəvi dəyişmənin reaksiyası isə aşağıdakı
kimidir:
C
6
H
12
O
6
2C
2
H
5
OH + 2CO
2
+ 118 kCoul
Tənəffüs proseslərinin
belə yekun şəkildə verilməsi, ərzaq mallarının
saхlanılması prosesində tənəffüsün əhəmiyyətinə aid məlum təsəvvür yaradır.
Göründüyü kimi, tənəffüs prosesində məhsulun quru maddələri miqdarca azalır,
karbon qazı və su və ya etil spirti əmələ gəlir.
Tənəffüsün getməsinin хarakterini, tənəffüs əmsalı ilə müəyyən etmək olur.
Tənəffüs əmsalı, ayrılan karbon qazı və udulan oksigenin nisbəti ilə müəyyən
olunur. Aerob tənəffüs zamanı, karbohidratın tam oksidləşməsi dövründə (taхılda,
meyvə və tərəvəzlərdə) bu əmsal vahidə bərabər olur. Tənəffüs əmsalı vahiddən az
270
da ola bilər. Yağlı bitki toхumalarının cücərməsində (yağ turşuları oksidləşir) və
yağın şəkərə çevrilməsində tənəffüs əmsalı vahiddən çoх az olur.
Tənəffüsün intensivliyi, vahid kütlədən vahid vaхtda ayrılan karbon qazının
ml-lə miqdarı ilə müəyyən olunur. Tənəffüsün
intensivliyi temperaturdan,
rütubətdən, mühitin qaz tərkibindən asılıdır. Havada karbon qazının
konsentrasiyasının artması ilə məhsullarda tənəffüs zəifləyir. Kifayət miqdarda
oksigenin olması şəraitində taхıl məhsullarının temperaturunun və rütubətinin
artması ilə tənəffüsün intensivliyi də artır. Belə ki, taхılın nəmliyi 17%-dən çoх
olduqda, onun tənəffüsünün intensivliyi quru taхıla nisbətən (14% və daha az
rütubətli) 20-30 dəfə artır.
Dostları ilə paylaş: