268
Melanoidin əmələ gəlməsi müsbət əhəmiyyətli də ola bilər. Çörəyin
bişirilməsində, ətin və balığın qızardılmasında, səməni, pivə və başqa məhsulların
hazırlanmasında da melanoidinlər əmələ gəlir. Bu zaman onlar spesifik dadın, ətrin
və rəngin əmələ gəlməsində iştirak edirlər.
Tənəkə taralarda konservlərin saхlanılması zamanı,
metalla məhsul
arasında baş verən reaksiya ilə əlaqədar kimyəvi bombaj əmələ gəlir. Bu zaman
ayrılan hidrogen konserv qutusunun qapağını qaldırır.
Sterilizasiya rejimi
pozulduqda süd konservlərində karamelləşmə gedir və eyni zamanda C və A
vitaminləri parçalanır.
Kimyəvi proseslərə likör-araq məmulatının
rənginin itməsi və
tutqunlaşması, üzüm və meyvə-giləmeyvə şərablarında həll olmayan çöküntülərin,
mürəkkəb efirlərin və asetalların əmələ gəlməsi də aiddir.
Dostları ilə paylaş: