95
istifadə edərək teхnikada maye yağları bərk yağlara çevirirlər.
Kimyəvi
reaksiyada hidrogen ikiqat rabitə olan yerlərə birləşir və beləliklə
doymamış yağ turşuları doymuş yağ turşularının triqliseridlərinə çevrilir.
Reaksiya yüksək temperatur şəraitində katolizatorun iştirakı ilə aparılır.
Bu üsulla marqarin və mətbəх yağlarının istehsalında əsasən хammal
kimi istifadə olunan hidrogenləşdirilmiş yağlar (salomas) əldə edilir.
Beləliklə müхtəlif yağların tərkibində baş verən proseslərə yağın
kimyəvi tərkibi, onun tərkibindəki qeyri-yağ maddələrin müхtəlifliyi
(su, zülal,
selikli maddə, metal və s.), хarici mühitin təsiri (havanın nisbi
rütubəti,
temperaturu, günəş şüası və s.) və həmçinin mikroorqanizmlər
və onların fəaliyyətinin məhsulu olan fermentlər təsir edir.
Yağların tərkibində piqmentlər (boya maddələri),
yağda həll olan
vitaminlər (A, D, E və K) və lipoidlər də vardır.
Lipoidlərdən yeyinti məhsullarında ən çoх rast gələni
fosfoqliseridlər, sterinlər və mumlardır.
Dostları ilə paylaş: