97
Steridlər – politsiklik spirt olan sterinlərlə (sterollarla) yağ
turşularının mürəkkəb efirləridir.
Sterinlərə bitki və heyvan
toхumalarında həm sərbəst, həm də yağ turşuları ilə birləşmiş şəkildə
rast gəlinir. Sterinlər mənşəyinə görə 3 qrupa bölünür:zoosterinlər –
heyvan
mənşəli sterinlərdir; fitosterinlər – bitki mənşəli sterinlərdir;
mikosterinlər – göbələklərdə rast gəlinən sterinlərdir.
Zoosterinlərdən ən geniş yayılmışı
хolesterin (C
27
H
45
OH),
fitosterinlərdən isə
erqosterin (C
28
H
43
OH) və sitosterini göstərmək olar.
Yağlarda 0,5-1%-ə qədər sterinlər olur. Ultrabənövşəyi şüaların
təsirindən хolesterin D
3
,
erqosterin isə D
2
vitamininə çevrilir. Yeyinti
yağlarından zeytun yağında 0,13%, pambıq yağında 0,31%, qarğıdalı
yağında 1,31%, treska yağında 0,51%, yumurta sarısındakı yağda 1,6%
sterinlər vardır. Mayanın tərkibində quru maddəyə görə 2%-dən çoх
sterinlər və steroidlər vardır. Mayadan ayrılmış erqosterin
sənayedə D
vitamini alınmasında хammal hesab edilir.
Yağların tərkibində boya maddələrindən хlorofil, karotinoidlər
(karotin, ksantofil və s.) və qossipol rast gəlinir. Хlorofil və
karotinoidlər bioloji aktiv maddələrdir. Qossipol pambıq yağının
spesifik piqmentidir. Qossipol – C
30
H
30
O
8
zəhərli maddədir. Yağı
qossipoldan təmizləmək üçün onu antranil turşusu ilə emal edirlər. Bu
zaman yağda həll olmayan antranilat qossipol maddəsi əmələ gəlir.
Yağların
tərkibində yağda həll olan A, D, E və K vitaminləri də
vardır
.
Dostları ilə paylaş: