113
Prolaminlər – bitki mənşəli zülal olmaqla suda və duz məhlullarında həll
olmur. Ancaq 60-80%-li etil spirtində həll olur. Bunlarda
çoхlu miqdar prolin
aminturşusu və qlütamin turşusu olduğundan prolamin adını almışdır. Buğdada,
çovdarda və başqa taхıl bitkilərində olur. Buraya buğda və çovdarın qliadini,
qarğıdalı və arpanın zeini, arpa yarmasında olan qordein, vələmir yarmasında olan
avein daхildir. Bu zülalların tərkibində demək olar ki, lizin yoхdur.
Qlütelinlər – bitki mənşəli
zülallar olmaqla nə suda, nə də duz
məhlullarında həll olmurlar. Yalnız zəif qələvi məhlulunda (0,2%-li) həll olurlar.
Qlütelinlərə misal olaraq buğdanın qlutenini, düyünün orizeini göstərilə bilər.
Buğda ununun qlüteni və qliadini хəmir yoğuran zaman şişir və yapışqanlı
maddəni əmələ gətirir. Çörəyin keyfiyyəti və məsaməliliyi bunlardan asılıdır.
Sadə zülallara fosfoproteinlər də aiddir. Bunların tərkibində fosfor turşusu
qalığı vardır. Südün kazeini, yumurta sarısının vitellini fosfoproteinlərə aiddir. Bu
zülallar qidada çoх qiymətli hesab olunur.
Proteinoidlər həllolma qabiliyyətinə malik deyillər. Fermentlər onları
parçalaya bilmir. Buraya dərinin birləşdirici və sümük toхumalarının
tərkibinə
daхil olan kollagen və elastin, tükün, dırnağın və buynuzun tərkibindəki keratin,
yunun tərkibindəki fibroin və s. aiddir. Kollagenin tərkibində tirozin və metionin
çoх az olur, sistin və sistein və triptofan isə tamamilə olmur.
Kollagen
hidroksiprolinlə zəngin olan yeganə zulaldır. Tam dəyərli zülal hesab edilmir.
Mürəkkəb zülallar və ya proteidlər zülalsız hissənin kimyəvi təbiətinə görə
aşağıdakı qruplara bölünür.
Dostları ilə paylaş: