136
oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. Qidanın tərkibində kifayət qədər
zülal olmadıqda riboflavinin orqanizm tərəfindən mənimsənilməsi pozulur. B
2
vitamini çatışmadıqda ariboflavinoz baş verir. Nəticədə ağızın
və gözün selikli
qişası zədələnir, kapilyarlar genişləndiyindən üz qızarır, tüklər rəngsizləşir və
tökülür,
görmə qabiliyyəti zəifləyir, qaraciyər zədələnir,
aminturşu mübadiləsində
pozğunluqlar meydana çıхır, nəticədə zülalların biosintezi azalır.
B
2
vitaminin ərzaq mallarında mq%-lə miqdarı aşağıdakı kimidir: mal əti
0,06; süd 0,03; yumurta 0,44; buğda 0,13; buğda rüşeymi 1,0;
birinci sort buğda
unundan çörək 0,16; qarabaşaq yarması 0,20; kahı 0,08; yerkökü 0,07; kartof 0,05;
göy noхud 0,19; pomidor 0,04; ərik 0,06; alma 0,03; bal 1,04; preslənmiş maya
0,6; quru pivə mayası 2,3. Orta yaşlı insanın B
2
vitamininə sutkalıq tələbi 1,8-3,0
mq-dır.
Dostları ilə paylaş: