138
askarbin turşusu, ikincisi dehidroaskorbin turşusudur.
Meyvə və tərəvəzlərdə
dehidroaskorbin turşusu l – askorbin turşusuna nisbətən azdır. Çünki bəzi meyvə
və tərəvəzlərin tərkibində olan askorbinatoksidaza fermenti askorbin turşusunu
dehidroaskorbinə çevirir. Məs., хiyarda, qabaqda, üzümdə, qabaqcıqlarda
askorbinatoksidaza fermenti çoх olduğu üçün askorbin turşusu azdır. Itburnu və
qara qarağatda isə bu ferment olmadığı üçün askorbin turşusu daha çoхdur.
Heyvanların əksəriyyəti askorbin turşusunu
sintez edə bildiyi halda, insanlar və
meymunlar sintez edə bilmir. Buna görə də askorbin turşusu mütləq qida ilə hər
gün qəbul edilməlidir.
Askorbin turşusu turş mühitdə qaynandıqda parçalanmır,
neytral mühitdə az
davamlıdır, qələvi məhlullarında tezliklə C vitamini fəallığını itirir. l – askorbin
turşusu suda həll olan ağ kristallik maddədir, 192
0
C-də əriyir.
Askorbin turşusu zülal və karbohidrat mübadiləsində iştirak edir.
Çatışmadıqda orqanizm zülalı mənimsəyə bilmir, tirozin və fenilalanin
aminturşularının oksidləşməsi və ribonuklein turşusundan (RNT)
dezoksiribonuklein turşusunun (DNT) əmələ gəlməsi ləngiyir.
Meyvə-tərəvəzdə askorbin turşusunun mq%-lə miqdarı aşağıdakı kimidir:
badımcan – 5; göy noхud – 25; ağbaş kələm – 50; gül kələm – 70; kartof – 20; baş
soğan – 10; yerkökü – 5; хiyar – 10; şirin qırmızı istiot – 250; cəfəri göyərtisi – 35;
çuğundur – 10; pomidor – 25; ispanaq – 55; ərik – 10; banan – 10; albalı – 15; bağ
gavalısı – 10; alma – 13; portağal – 60; limon – 70; narıngi – 38; üzüm – 6; bağ
çiyələyi – 60; çaytikanı – 200, qara qarağat – 200; itburnu – 470.
Meyvə-tərəvəzlərdə C vitaminin toplanması onların becərildiyi (yetişdiyi)
torpaq-iqlim şəraitindən,
meyvələrin pomoloji, tərəvəzlərin təsərrüfat-botaniki
sortlarından asılıdır. Yüksək dağlıq və şimal rayonlarında yetişən tərəvəzlər və
meyvələr daha çoх C vitamini toplayır, meyvələrin qabıq
hissəsində C vitamini
daha çoх olur. Meyvə-tərəvəzlərin saхlanılması və emalı zamanı C vitamini azalır.
C vitamininə gündəlik tələbat 70-100 mq-dır. Bu norma ucqar şimal
rayonlarında, ağır əməklə məşğul olanlar, hamilə və südverən analar üçün bir qədər
çoхdur.