Cədvəl 1.1
Səhiyyənin əsas göstəriciləri (ilin əvvəlinə)
Göstəricilər
2001
2006
2010
2011
2012
Bütün ixtisaslardan olan həkimlərin
sayı, min nəfər
29,0
30,6
32, 8
33,1
31,4
Ə
halinin hər 1000 nəfərinə
36,3
36,3
36,9
36,8
34,5
Orta tibb işçilərinin sayı, min nəfər
60,0
60,8
62,9
60,1
57,8
Ə
halinin hər min nəfərinə
75.1
72.1
70.9
66.8
63.4
Xəstəxana müəssisələrinin sayı
735
729
756
516
523
Xəstəxana çarpayılarının sayı, min man 69.9
68.9
67.4
45.8
42.4
Ə
halinin hər min nəfərinə xəstə uşaqlar
üçün çarpayıların sayı ,min
11.9
11.7
11.3
7.0
5.9
Ə
haliyə ambulatoriya- poliknika
yardımı göstərən müalicə
müəssisələrinin sayı
1614
1596
1962
1688
1690
Qadın məsləhətxanarının , uşaq
poliklinikalarının sayı (müstəqi və
başqa müəssisələrin tərkibinə daxil
olmaqla)
913
923
907
472
455
Hamilə və zahı qadınlar üçün
çarpayıların sayı, min
7.5
7.4
7.4
4.6
4.2
12
2011-ci ilin məlumatlarına əsasən Azərbaycan Respublikasında əhalinin
sağlamlığının qorunması ilə 33,1 min həkim, 60,1 min tibb işçisi məşğul olur.
Ölkəmizdə 566 xəstəxana, 1688 ambulatoriya, 472 qadın məstəhətxanası və uşaq
poliklinikası, 75 sanatoriya və istirahət evləri fəaliyyət göstərir., orada olan
çarpayıların sayı isə 11277-dir. Müqayisə edilən dövrdə bütün ixtisaslardan olan
həkimlərin sayı 1,4 min nəfər artmışdır. Əksinə orta tibb işçilərinin sayı 60 min
nəfərdən 57,8 min nəfərə düşmüş, xəstəxana çarpayılarının sayı isə 69,9 mindən 42,4
minə enmiş və bu sahədə azalma 27,5 min çarpayıya bərabər olmuşdur.
Respublikada fəaliyyət göstərən 500-dən artıq özəl müalicə profilaktika
müəssisələrinin mütləq əksəriyyətində start kapitalının və yaxud vəsaitlərin
tamamlanmasının əsas mənbəyi özünü maliyyələşdirmə ilə məhdudlaşır. Özəl
müalicə profilaktika müəssisələrinin böyük əksəriyyətinin dəyəri yüksək olan əsas
vəsait obyektlərinə ehtiyacları var. Özəl müalicə profilaktika müəssisələrinin
maliyyələşmisinin əsas mənbəyi həmin müəssisələrdə tibbi alan əhali hesab olunur,
hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri,
qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Ə
haliyə pullu tibbi xidmət göstərilməsinə görə ödənişlər adətən tibb
müəssisəsində, istisna hallarda isə banklarda həyata keçirilir. Tibbi xidmətlərin
göstərilməsinə görə hesablaşmalar nəzarət-kassa maşınlarını tətbiq etməklə aparılır.
Tibb müəssisəsi nəzarət-kassa maşınlarını tətbiq etmədiyi hallarda müəyyən
qaydalara əməl etməklə təsdiq olunan ciddi hesabat blanklarından istifadə edə bilər.
Tibb müəssisəsi istehlakçıya (pasiyentə) göstərilən xidmətə görə ondan nağd pulun
alınmasını təsdiq edən kassa çeki verməlidlir. Tibbi xidmətlərin qabaqcadan və
sonradan nağdsız qaydada ödənilməsi üçün tibb müəssisəsində unifikasiya olunan
formada hesab yazilir və bu sənəddə müqavilənin nömrəsi və tarixi göstərilir.
Hazırda tibb müəssisələrinin idarə olunmasının effektivliyinin yüksəldilməsinə
iqtisadi informasiya sisteminin tətbiqi və gələcəkdə təkmilləşdirilməsi yolu ilə nail
olmaq mümkündür. Qəbul edilən idarəetmə qərarlarının keyfiyyətinə tələbatın daima
artması və onların qəbul olunması müddəti maliyyə və idarəetmə uçotunun
avtomatlaşdırılmış sisteminin tətbiqini zəruri edir
.
13
Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən( razılıq verən)
müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti və icbari tibbi sığorta vəsaitləri
hesabına maliyyələşdirilir. Tibb müəssisələrinin əlavə maliyyələşdirilməsi müəssisə,
təşkilat, hüquqi və fiziki şəxslərə, pullu xidmətlərin göstərilməsinə görə alınan
vəsaitlər hesabına həyata keçirilir. Tibbi xidmətlərin qiymətləri Səhiyyə Nazirliyi
tərəfindən müəyyən edilmiş qayda üzrə tənzim edilir. l ərzində indeksasiya gəlir-
xərc smeta yenidən dəqiqləşdirilir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən tibbi
xidmətlərin qiymətləri respublika üzrə orta qiymətlərdir. Səhiyyə müəssisə
rəhbərlərinə əhalinin sosialiqtisadi vəziyyətindən asılı olaraq bu qiymətləri 20%
artırıb- azaltmaq hüququ verilir. Müstəsna hallarda tibbi xidməti qiyməti göstərilən
hüquqlardan fərqlənərsə, razılaşdırılmaq üçün Səhiyyə Nazirliyinə təqdim
edilməlidir. Tibbi fəaliyyətinin subyektləri arasında münasibətlərində
tənzimlənməsində, onların hüquq və vəzifələrinin , bu fəaliyyəti təşkilati- hüquqi
ə
saslarının müəyyən edilməsində qəbul edilmiş 6 mart 2000-ci ildə qəbul edilmiş “
Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun böyük
ə
həmiyyəti vardır.
Qeyri-dövlət tibb müəssisələrinin bütün maliyyə münasibətləri müəyyən
maliyyə məkanında reallaşır.Onun başlıca struktur elementlərinə aid etmək olar:
sığorta təşkilatları, büdcədən kənar fondler , banklar, əhali (fiziki şəxslər) , təşkilatlar
(hüquqi şəxslər) , səhiyyənin idarəetmə orqanları.
Səhiyyə sferasında xüsusi sektorun yaradılması tədricən bu sahədə mövcud
olan dövlət inhisarını zəiflətmiş və tibbi xidmətlər bazarının və onlarda qiymətqoyma
mexanizminin inkişafı üçün zəmin yaratmışdır. Səhiyyə sahəsinə ayrılan xərclər
dövlət büdcəsi xərcləri içərisində xüsusi çəkisi ildən ilə azalmışdır, belə ki, büdcənin
tərkibində səhiyyə xərclərinin xüsusi çəkisi 1995-ci ildə 6,9% , 2000-ci ildə 5,9%,
2005-ci ildə 5,8%, 2009-cu ildə 3,8% olmuş 2011-ci ildə 3,5%, 2014-cü ildə 3,6%
olmuşdur.
Pullu tibbi xidmət göstərilməsi üzrə təşkilatları xarakterizə edən həlledici amil
kimi əməliyyat mərhələsi çıxış edir. Əməliyyat mərhələsi tibbi xidmətin yaradılması
14
(təqdim olunması ) anından onun həyata keçirilməsi müalicə -istehsalat prosesinin
məcmusudur. Əməliyyat mərhələsi iki mövqeden araşdırılır:
1) Tibbi xidmət sferasının xüsusiyyətləri nöqteyi-nəzərindən –material
ehtiyatlarının olmaması, (yaxud cuzi miqdarda olması, xidmətin şəxsi xarakteri, xalis
aktivlərin əhəmiyyət daşımayan səviyyəsi , istehsalat aktivlərinin müasir səviyyəsi;
2) Təşkilatların xüsusiyyəti mövqeyindən – pul vəsaitlərinin hərəkəti mərhələsi,
sahə risklərinin səviyyəsi, kənar amillərin təsiri.
Ə
məliyyat riski müəyyənləşdirildikdə, məhsul (iş , xidmət ) hazırlamaq , onu
satmaq əvəzində pul almaq üçün tibb təşkilatlarına tələb olunan vaxtı müəyyən etmək
zəruridir. Beləliklə, tibbi xidmət pul ifadəsində dəyərə malik olan özünəməxsus
ə
mtəə kimi çıxış edir.
1999- cu ildə qəbul edilmiş “Tibbi sığorta” haqqında Azərbaycan
Respublikasının Qanunu sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi
formasını müəyyən edir. Sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman
yardımı alınmasını təmin edir. Tibbi sığorta icbari və könüllü formada həyata
keçirilir. cbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla,icbari
tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını
təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında
müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin
tibbi və digər xidmətlər alınmasını təmin edir. cbari tibbi sığorta proqramı
vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini(baza zərfini)
müəyyən edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu
proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım
almasını nəzərdə tutur. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan
şə
xslər qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə əsasında icbari tibbi sığorta
proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və
özəl tibbi praktika ilə məşğul olan şəxslərlə müqavilələr, onların icbari tibbi sığorta
proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır. Tibbi sığorta proqramlarını
yerinə yetirən tibb müəssisələrinin tibbi sığorta sistemindən kənarda da tibbi yardım
15
göstərmək hüququ vardır. Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta
proqramlarında iştirakından asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən
təcili tibbi yardım göstərən özəl tibbi fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin
sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.
Səhiyyə sferasında ən mühüm cəhətlərdən birisi “tibbi yardım” və “tibbi
xidmət”anlayışları arasındkı nisbət haqqında məsələ ilə bağlıdır. Burada başlıca
məqam hər iki anlayışın qiymətqoyma mexanizminə uyğun tarazlığı
müəyyənləşdirməkdən ibarətdir.
Tibbi yardım dedikdə, profilaktika, diaqnostika, müalicə , xəstələrin
reabilitasiyası və s. nəzərdə tutulur.Beləliklə ,tibbi yardım əhalinin sağlamlığının
qorunmasına və bərpasına yönəldilən tədbirlər kompleksi kimi xarakterizə olunur. Bu
işdə isə bilavasitə tibbi heyət iştirak edir. Tibbi xidmətin keyfiyyəti aşağıdakı
meyarlarla ölçülür: xəstəxana tipli müəssisələrdə müalicə(yatmaq şərtilə) ;
patalogiyaya tibb işçilərinin təqsiri üzündən yol verilməsi; keyfiyyətsiz tibb yardıma
görə məhkəmə iddialarının qəbul edilməsi. Bütün bu meyarlar praktik olaraq dəyərcə
qiymətləndirilməyə mustəqim qaydada tabe olmur.
Nəhayət , belə bir nəticəyə gəlmək olar ki,tibbi yardım – etik-peşə
kateqoriyasıdır, xidmət isə , o cümlədən tibbi xidmət birbaşa iqtisadi kateqoriyasıdır.
Mahiyyətcə, xidmət müəyyən ehtiyacları təmin edən lakin fiziki xassəyə malik
olmayan qeyri-maddi əmtəə deməkdir. Bu , fəaliyyət , gəlir yaxud ehtiyacı ödəmək
şə
klində satış obyektidir. Bu zaman qeyri-maddi rifah halı satılır, istehlak olunur, və
nəticədə xidmətin qiymətini müəyyən etmək yolu ilə satıcı və alıcı arasında qarşılıqlı
ə
laqə formasında iqtisadi münasibəıt yaranır. Müvafiq surətdə tibbi yardımın deyil,
yalnız tibbi xidmətin qiyməti var.
Tibbi kömək isə peşə fəaliyyətində kompleks tədbirlər kimi başa düşülür.
Səhiyyənin xüsusi sistemində tibb yardımın göstərilməsi tibbi xidmət yolu ilə həyata
keçirilir. Tibbi yardımın göstərilməsi şərtləri həm pullu, həm də pulsuz təbabətdə
eynidir. Tibbi işçiləri tibbi müdaxilənin əlverişsiz nəticəsinə, tibbi yardımın
göstərilməsində qüsurlara görə hüquqi məsuliyyət daşıyırlar. Tibbi yardım
göstərilməsinin düzgünlüyünü müəyyən etmək üçün keçirilən ekspertiza tibbi yardım
16
göstərilməsinin ümumilikdə qəbul edilən yanaşmalarına istinad etməlidir. Beləliklə,
hakimlərin səhvi nəticəsində keyfiyyətsiz müalicə ilə əlaqədar obyektiv surətdə
ə
mlak iddiaları riski mövcuddur. Həkim səhvlərinin ödənilməsi hesabına həyata
keçirilən təkrar müalicəyə çəkilən xərclərin yüksək səviyyədə olması və pasientlərin
sayının kifayət qədər çox olması tibb sahəsindəki risklərin yüksək
qiymətləndirilməsinə gətirib çıxarır. Riskləri aradan qaldırmaq üçün tibb təşkilatları
özlərinin həkim heyətinin yenidən peşə hazırlığını təkmilləşdirmək ,xüsusən də tibb
avadanlıqlarını modernləşdirmək istiqamətində işlər görməlidirlər. Sadalanan
tədbirlər kifayət qədər böyük həcmdə maliyyə qoyuluşları tələb edir. Özlərinin
mövcudluğunun ilk mərhələlərində , bəzən də davamlı müddət ərzində özəl müalicə
profilaktika müəssisələri üçün çox da böyük olmayan riskin daha az gəlirliliklə
ə
laqələndirilməsi daha xarakterikdir. Özəl müalicə profilaktika müəssisələrinin
fəaliyyəti digər çətinliklərlə də bağlıdır. Onların içərisində ən mühümlərinə aid etmək
olar: rəqabətin yüksək səviyyəsi; əhalinin sosial şəraitinin dəyişilməsi ilə bağlı
yüksək hissiyat; əlavə maliyyə vəsaitlərinin cəlb olunmasında və kreditlərin
alınmasında müşahidə olunan çətinliklər. Tibbi xidmət bazarı müəyyən anlayışda
haradasa inhisarçı rəqabət bazarı sayılır. Bu bazar müxtəlif klinikalardan ibarət
olmaqla, onların göstərdiyi xidmətlər heç də əvəz edilməz deyildir.Eyni zamanda
müxtəlif klinikalarda müalicənin keyfiyyəti , xidmət servisi , istehlak dəyəri kifayət
qədər fərqlidir. Bundan başq tibbi təşkilatların işi həm daxili, həm də çoxsaylı kənar
amillərdən , eyni zamanda istehlakçıların gəlirlərindən və nəhayət tibbi xidmətin
dəyərindən asılı olur. Tibbi xidmət alarkən, xəstə çoxsaylı amillərin qiymətini əks
etdirən göstərişləri əsas götürməlidir.
Tibb təşkilatlarında elementlər üzrə xərclərin qruplaşdırılması təşkilat
tərəfindən istehsala və tibb xidmətlərinin göstərilməsinə istifadə olunan material,
ə
mək və maliyyə resurslarının həcmini müəyyənləşdirmək üçün tələb olunur.Özəl
müalicə profilaktika müəssisələrinin böyük əksəriyyətinin dəyəri yüksək olan əsas
vəsait obyektlərinə ehtiyacları var. Onların alınmasına isə bir çox hallarda kreditlər
və borclar hesabına nail olmaq mümkündür. Eyni zamanda kommerisya bankları özəl
müalicə profilaktika müəssisələri ilə könülsüz surətdə əlaqə yaradırlr. Belə bir
17
vəziyyətin başlıca səbəblərindən biri özəl müəssisələrin həcminin çox kiçik
olmasındadır. Son nəticədə kommersiya kreditlərinə girişin çətinliyi dövriyyə
kapitalının xroniki surətdə çatışmazlığına gətirib çıxarır. Sadalanan səbələrin
nəticəsində özəl profilaktika müəssisələrində sahibkarlığın fərqləndirici xüsusiyyəti
burada sabit maliyyə sisteminin olmamasıdır. Qeyri-dövlət tibb müəssisələrinin bütün
maliyyə münasibətləri müəyyən maliyyə məkanında reallaşır.Onun başlıca struktur
elementlərinə aid etmək olar: sığorta təşkilatları, büdcədən kənar fondler , banklar,
ə
hali (fiziki şəxslər), təşkilatlar (hüquqi şəxslər), səhiyyənin idarəetmə orqanları.Özəl
müalicə profilaktika müəssisələrinin maliyyələşmə mənbəyi aşağıdakı şəkildə
verilmişdir. Özəl müalicə profilaktika müəssisələrinin maliyyələşmısinin əsas
mənbəyi həmin müəssisələrdə tibbi alan əhali hesab olunur. Pullu tibbi xidmət
göstərilməsi üzrə təşkilatları xarakterizə edın həlledici amil kimi əməliyyat mərhələsi
çıxış edir. Əməliyyat mərhələsi tibbi xidmətin yaradılması (təqdim olunması )
anından onun həyata keçirilməsi müalicə -istehsalat prosesinin məcmusudur.
Ə
məliyyat mərhələsi iki mövqeden araşdırılır:
1) Tibbi xidmət sferasının xüsusiyyətləri nöqteyi-nəzərindən –material
ehtiyatlarının olmaması, (yaxud cuzi miqdarda olması, xidmətin şəxsi xarakteri, xalis
aktivlərin əhəmiyyət daşımayan səviyyəsi , istehsalat aktivlərinin müasir səviyyəsi;
2) Təşkilatların xüsusiyyəti mövqeyindən – pul vəsaitlərinin hərəkəti
mərhələsi, sahə risklərinin səviyyəsi, kənar amillərin təsiri. Əməliyyat riski
müəyyənləşdirildikdə, məhsul (iş , xidmət ) hazırlamaq , onu satmaq əvəzində pul
almaq üçün tibb təşkilatlarına tələb olunan vaxtı müəyyən etmək zəruridir. Beləliklə,
tibbi xidmət pul ifadəsində dəyərə malik olan özünəməxsus əmtəə kimi çıxış edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci ildə “2005 -
2008-ci illərdə Milli mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” a uyğun
olaraq xidmət sferası da istehsal sferasına aid edilmişdir. Belə bir yanaşmadan asılı
olaraq Vətəndaşların Şəxsi vəsaiti 45 özəl müalicə profilaktika müəssisələrinin sahə
xüsusiyyətlərinin kommersiya müəssisələri ilə müqayisəli xarakteristikası aşağıdakı
cədvəldə verilmişdir. (cədvəl 1.2)
Dostları ilə paylaş: |