Mövzunun öyrənilmə səviyyəsi.
Tibbi muəssisələrin xərclərinin uçotu
respublikada dərc olunan ədəbiyyatlarda kifayet qədər geniş şərh edilən məsələdir.
Tibbi müəssisələrin yaradılması, xərclərin uçotu məsəsləsində kifayət qədər yeni
məzmun və mahiyyət kəsb edir. Tədqiq edilən problemlərin bəzi məsələləri
Azərbaycanda bir sıra iqtisadçı alimərin ( S.Səbzəliyev, Q.Abbasov, H.Cəfərli
,F.Quliyev, A.Səlimov., N. smayılov, V.Quliyev, S.Qasımov, S.Yaqubov, Q.Rzayev,
Ə
.Daşdəmirov, N.Hacıyev və s ) əsərlərində araşdırılmışdır.
Bir sıra tibb müəssisələrində xidmət sferasının makrosəviyyədə idarə olunması
uçotanalitik təminatın kifayət qədər olması istiqamətində aparılır. Göstərilən
xidmətlər isə son dərəcə rəngarəngdir. Buradan aydın olur ki, göstərilən tibbi xidmət
növlərinin rəngarəngliyi , onların təqdim olunmasının iqtisadi, təşkilati və
qanunvericilik xüsusiyyətləri sənədləşməyə, maliyyə və idarəetmə uçotunun təşkilinə
, xərcləri və maliyyə nəticələrinin müəyyənləşdirilməsinə, uçot-analitik proseslərin
avtomatlaşdırlmasına fərdi yanaşmanı tələb edir. Mühasibat uçotu sisteminin adekvat
kənar məkanının qurulması xidmət sferasının gələcək inkişafının mühüm
amillərindən birinə çevrilə bilər. Yuxarıda qeyd olunan amillər əsasında magistr
dissertasiya işi strukturu formalaşmışdır. Uçot – analitik sistemlərin adları çəkilən
tərkib hissələr müxtəlif xidmət növləri üzrə araşdırılmışdır. Nəzəri materiallar
çoxsaylı nümunələr, cədvəllər və şəkillər vasitəsilə təsvir olunur.
Deyilənlərə baxmayaraq, tibbi xidmət sferasında xərclərin uçotunda və maya
dəyərinin kalkulyasiya edilməsində, onların metodlarda əsaslə bir dəyiiklik , yenilik
hələ ki çox azdır. Mövcud qaydalar real bazar münasibətlərinin tələblərinə cavab
vermir. Elə buna görə də bu sahədə elmi - tədqiqat işlərinin aparılması vacib və
zəruridir.
Dostları ilə paylaş: |