3
G R Ş
Mövzunun aktuallığ
ı
. Tibbi xidmət sferası maddi istehsalın sferalarından biri
kimi cəmiyyətin məhsuldar fəaliyyətinin çox mühüm tərkib hissəsidir. Son illərdə tibbi
xidmət sferasının inkişafı Azərbaycan iqtisadiyyatının fərqləndirici xüsussiyyətlərini
özündə ehtiva edir . Bu qəbildən olan iqtisadi dinamika bir tərəfdən biznesin məqsədli
quruluşundakı dəyişikliklərdən, digər tərəfdən isə əhalinin real gəlirinin
yüksəlməsindən irəli gəlir. stənilən tibbi təşkilatının fəaliyyətinin son məqsədi onların
mülkiyyətinin, xüsusən də kapitalının artırılmasında təzahür edir. Müasir rəqabət
şə
raitində getdikcə daha çox tibb müəssisələri, həmin vəzifələri mövcud istehsal
gücünü və istehsal olunan məhsulların həcmini artırmaq yolu ilə deyil, ilk növbədə hər
bir müştərinin özünə məxsus təlabatını daha tam ödəmək yolu ilə həll etməyə cəhd
göstərir. Qeyd olunanları yeni məlumatlar hazırlananadək tam şəkildə nəzərə almaq
üçün əvvəlcədən ilk növbədə marketinq tədqiqatı aparılmalıdır. Bu gün reklam
kompaniyası olmadan çox nadir istehsalatlar surətlə inkişaf edə bilir. nnovasiyalı
istehsalatları təhsil sferasında hazırlanan elmi tədqiqat işləri olmadan inkişaf etdirmək
qeyri-mümkündür. Beləliklə, tibbi xidmət sferası müasir iqtisadiyyatda – maddi
istehsal sferasının vacib atributudur. Tibbi xidmətlərə olan ehtiyacların artması son
illərdə əhalinin həyat tərzinin durmadan yaxşılaşması ilə izah edilir. Belə ki, bilavasitə
tibbi xidmət, daha geniş həcmdə insanın fərdi ehtiyacalarını ödəməyə şərait
yaradır.Son illərdə tibbi xidmət istehlakına olan meyllərin güclənməsi, tibb xidməti
sahələrindəki xərclərin xüsusi çəkisninin artması Azərbaycanda servis iqtisadiyyatının
fərqləndirici əlaməti sayılır. Bu sahə Azərbaycan Respublikasının iqtisadi inkişafının
prioritet istiqamətlərindən biridir. Eyni zamanda mövcud olan bir sıra ciddi
problemlərin həlli təxirəsalınmaz problemlərdəndir. Makroiqtisadi tədqiqatların
nəticələri sübut edir ki, həyati cəhətdən mühüm sayılan səhiyyə xidmətləri artım
surətinə görə 3 Azərbaycan hələlik iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən bir qədər
geri qalır. Bundan başqa Qərbi Avropa və Şimali Amerika ölkələrində, habelə
Yaponiya, Malayziya, Sinqapur və s.ölkələrdə tibbi xidmətin keyfiyyəti Azərbaycanda
olduğundan yüksəkdir. Respublikanın statistik göstəricilərinin təhlilindən aydın olur
4
ki, Azərbaycan Respublikası gənc olmasına baxmayaraq tibbi xidmət sferasının
inkişafı istiqamətində dönmədən irəliləməkdədir.
Bu baxımdan yuxarıda qeyd olunanlardan aydın olunur ki, magistr dissertasiya
işinin mövzusu kifayət qədər aktualdır.
Dostları ilə paylaş: