2. Pedaqogika nəzəri və tətbiqi elmdir
Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu
biliklər böyüyən nəslin həyata hazırlanması, onun təlim və tərbiyəsi ilə bağlı insan
fəaliyyətinin spesifik sahəsinə aiddir. Bəşəriyyətin tərəqqisi dünyaya gələn yeni
nəslin özündən əvvəlki nəsillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnmə-
si, onu daha da zənginləşdirilmiş halda yeni nəslə ötürülməsi sayəsində mümkün
olmuşdur. Bu, insan cəmiyyətinin mövcudluğuna və inkişafına zəmin yaratmışdır.
İstehsalın daha da inkişafı və mürəkkəbləşməsi sayəsində elmi biliklərin
həcmi artmış, böyüməkdə olan nəslin həyata hazırlanması daha da mühüm
əhəmiyyət kəsb etmiş, təhsil-tərbiyə işinin xüsusi təşkil olunmuş şəraitdə həyata
keçirilməsi zərurəti yaranmışdır. Təhsil cəmiyyətin obyektiv tələbatına çevrilmiş
və onun inkişafının mühüm şərti olmuşdur. Nəticədə, təlim və tərbiyə işi xüsusi
ictimai funksiya kimi ayrılmış, yəni xüsusi təlim, tərbiyə və tədris müəssisələri və
uşaqları oxudan, öyrədən, tərbiyə edən peşə sahibləri – pedaqoqlar meydana
gəlmişdir.
Təlim və tərbiyə nəzəriyyəsinin intensiv inkişafına baxmayaraq, XVII əsrə
qədər pedaqogika bir sıra digər elmlər kimi fəlsəfənin tərkib hissəsi olmuşdur.
Bir çox alimlər pedaqogikanı onun özündən kənarda və özündən asılı
olmayaraq işlənib hazırlanan normativ biliklər sistemi hesab etmişlər. Ona görə də
həm müstəqil bir elm sahəsi, həm də tədris fənni kimi pedaqogikanın bir elm kimi
formalaşması uzun sürən və mürəkkəb proses olmuşdur. Hələ vaxtı ilə İ.Kant
(1724-1804), G.V.Hegel (1770-1831), İ.F.Herbart (1776-1841) fəlsəfə kursundan
mühazirələr oxuyan zaman pedaqogika onun bir hissəsi kimi qalmaqda idi.
Bununla belə, alman alimləri H.Myunşterberq (1863-1915), E.Meyman (1862-
1915), Amerika psixoloqu U.Ceyms (1842-1910), rus pedaqoqu K.D.Uşinski
(1824-1870) pedaqogikanın mümkün qədər müstəqil bir elm olmasını istəyirdilər.
XX əsrin 20-30-cu illərində nəzəriyyəçi pedaqoqlar göstərdilər ki,
pedaqogikanın statusu haqqındakı təsəvvürlər yanlışdır. Onlar belə hesab edirdilər
ki, pedaqogika digər elmlərin məlumatlarını assimilyasiya etməklə yanaşı, nisbi
müstəqil elm sahəsidir. Buna baxmayaraq, elmi biliklər sisteminin modeli
qurularkən ənənəvi olaraq üç əsas bilik sahələri – təbiət, cəmiyyət və təfəkkür elm-
ləri orada əsas yer tutur.
Nəzəri problemlərin intensiv həlli metodikalarının formalaşması, metodoloji
məsələlər üzrə tədqiqatların nəticələri pedaqogikanın müstəqil bir elm kimi öz
hüquqlarını bərpa etməsinə imkan verdi. Artıq XX əsrin 30-40-cı illərində
pedaqogikanın həm nəzəri və həm də tətbiqi bir elm olması təsdiq olundu.
Məlum olduğu kimi, vahid olan elmin hər bir sahəsi başqa sahələrindən üç
mühüm əlamətinə görə fərqlənir: a) hər bir sahənin özünün xüsusi tədqiqat obyekti
və buna uyğun predmeti vardır; b) hər bir sahə özünün obyektini öyrənmək üçün
tədqiqat metodlarından istifadə edir; ç) hər bir sahənin tədqiqat obyektinə uyğun
olan anlayışlar sistemi fəaliyyət göstərir. Pedaqogika elminin başqa elmlərdən
fərqləndirən birinci əlamət onun özünəməxsus tədqiqat obyektinə malik olmasıdır.
Bu obyekt bəşəriyyətin əldə etmiş olduğu təcrübəni yeni nəsillərə verməyin
spesifik xüsusiyyətləri ilə xarakterizə olunur. Təcrübənin verilməsinin
qanunauyğunluqlarını, prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir
elm özü üçün spesifik obyekt hesab edə bilməz. Həmin obyektdə (yəni təcrübənin
verilməsi prosesində) fəaliyyət göstərən qanunauyğunluqlar, prinsiplər, metodlar
və s. məhz pedaqogikanın anlayışlar sistemini təşkil edir. Pedaqogika öz obyektini
öyrənmək üçün pedaqoji müşahidə, pedaqoji müsahibə, pedaqoji eksperiment kimi
tədqiqat metodlarından istifadə edir ki, başqa elmlərdə həmin metodlar özünü
pedaqogikada olduğu şəkildə büruzə vermir .
Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər elmlərdən bəzi
ideyaları əxz edir, amma hər şeydən əvvəl özünün nəzəri tədqiqatlarına əsaslanır.
Nəzəri pedaqogika pedaqoji elmlər sisteminə daxil olan bütün elm sahələri üçün
baza elmidir. Onların hamısının elmi-nəzəri əsasını müasir nəzəri pedaqogika
təşkil edir.
Pedaqogika elminin sürətlə diferensiasıyası nəticəsində o, artıq adi
pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır. Ona bu statusun verilməsi
həm şaxələnmə hadisələrinin baş verməsi, həm də baza elmi statusunu saxlaması
ilə əlaqədardır. Hər bir elm kimi pedaqogika da öz müstəqilliyini saxlamaqla bir
sıra başqa elmlərlə sıx əlaqədardır. Bu əlaqə ilk növbədə insanı başqa istiqamət-
lərdə öyrənən elmlərlə bağlıdır. Pedaqogika hər şeydən əvvəl ümumi psixologiya,
uşaq psixologiyası, pedaqoji psixologiya və sosial psixologiya ilə əlaqədardır.
Bioloji elmlər, fiziologiya, gigiyena ilə pedaqogikanın əlaqəsi qaçılmazdır.
Danılmazdır ki, tarix boyu pedaqoji nəzəriyyələr fəlsəfi görüşlərlə sıx bağlı olmuş,
çox zaman filosoflar tərəfindən irəli sürülmüşdür. Müxtəlif tərbiyə sistemləri bu və
ya başqa fəlsəfi cərəyanın təsiri altında olmuş, zəmanəmizin ya qabaqcıl, ya da
mürtəce fəlsəfəsinə istinad etmişdir. Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi, siyasi
quruluşun müxtəlifliyi ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır.
Pedaqogika elmi bu cərəyanların təbiətini açır, təlim, tərbiyə və təhsil sahəsindəki
əks-sədanı təhlil edir, onların mütərəqqi cəhətlərini ortaya qoyur.
Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun predmeti ilə
şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və texnoloji olmaqla iki yerə bölünür.
Unutmayaq ki, pedaqogika özünün nəzəri və texnoloji funksiyalarını
Dostları ilə paylaş: |