hesab oluna bilər.
Təlim anlayışı. Təlim ərəb sözüdür.
“aləmə” kökündən olan
“təlim,
öyrətmə, elmi nəzəriyyə” mənalarında işlədilir. Təlim - öyrədənlə öyrənənlər
arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses olaraq, öyrədən şəxsin
öyrənənlərdə şüurun, intellektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji
keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət
verir, əlverişli şərait və imkan yaradır.
Azərbaycan dilində
“təlimat,
(ər.
“məlumə” sözünün cəm
formasıdır) “məlumat, informasiya” mənalarında işlədilən sözlər də eyni (
“aləmə”) kökdəndir.
Təlim ikitərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər arasında qarşılıqlı,
məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir. Öyrədən şəхs təlim zamanı üç
istiqamətdə fəaliyyət göstərir:
Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir, bu məqsədlə
məsləhət və istiqamətlər verir;
Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə şüurun, psiхikanın,
intellektual səviyyənin inkişafına diqqət yеtirir;
Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılanması qayğısına qalır.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri
kompleks həyata keçirir.
Diferensial təlim - Təhsilalanın şəxsiyyətinə yönəlmiş təlimdir. Diferensial
təlim – təlimi fərdiləşdirməyə imkan verir.
Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:
1.
Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər xüsusi
qabiliyyətlər və s. ).
2.
Təhsilalanların maraqlarına görə.
3.
Təhsilalanların ixtisasına görə.
Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tərbiyə prosesinin elə
təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın tədris materialını öz qabiliyyətinə və
öz imkanlarına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin
Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş olur.
Təhsilalanın təlim-idrak fəaliyyəti qiymətləndirilərkən, onun səyi və yaradıcılığı
nəzərə alınır.
Orta ümumtəhsil məktəblərində təlim prosesi müəllimin rəhbərliyi altında
şagirdlərin həyata hazırlanmasını sürətləndirmək məqsədilə onların təhsil, tərbiyə və
inkişaflarını daha səmərəli təmin etməyə istiqamətləndirilən elə pedaqoji prosesdir
ki, burada şagirdlərin imkanlarına uyğun inkişaf dərəcəsində əqli və əməli fəaliyyətə
cəlb olunma aktları qanunauyğun şəkildə biri digərini əvəz edir. Təlim qarşıya
qoyulmuş məqsədə müvafiq olaraq şagirdlərin bilik, bacarıq, vərdişləri
mənimsəməsinə, əqli qabiliyyətləri və potensial imkanlarının inkişafına, özünütəhsil
bacarıqlarının möhkəmləndirilməsinə, onlarda dünyagörüşün formalaşdırılmasına
xidmət edir. Təlim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şagirdlər
elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər.
|