Programma real indd


Əhalinin  yaşayış  səviyyəsi



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə54/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   50   51   52   53   54   55   56   57   ...   99
Əhalinin  yaşayış  səviyyəsi.  Əhalinin  yaşayış  səviyyəsi  yalnız 

onların gəlirlərinin səviyyəsi ilə yox, hər bir insanın, hər bir ailənin 

keyfiyyətli  yaşayış  standartlarına  əlçatanlıq  dərəcəsi  ilə  qiymət-

ləndiriləcək. Bunun üçün hökumət tərəfindən davamlı olaraq şəraitə 

uyğunlaşdırılan  “minimum  və  orta  yaşayış  standartları”  müəyyən 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

35

ediləcək. Ölkədə “yoxsulluq səviyyəsinin” qiymətləndirilməsi üçün 



istifadə  edilən  minimum  istehlak  büdcəsi  bu  standartlar  əsasında 

müxtəlif yaş qrupları, ayrı-ayrı sosial təbəqələr və ərazilər üzrə he-

sablanacaq. 

Hökumətin sosial siyasəti ölkədə həm yoxsulluğun aradan qaldı-

rılmasına, ilk növbədə isə dayanıqlı orta təbəqənin formalaşdırılma-

sına yönəldiləcək.

Dövlət  vətəndaşların  malik  olduqları  potensial  bacarıq  və  qa-

biliy yətlərinin səmərəli və faydalı reallaşdırılması üçün yüksək məş-

ğulluq  səviyyəsini  təmin  edəcək,  insanlar  “tapa  bildikləri”  işlərdə 

deyil, istək və bacarıqlarına uyğun işlərdə çalışa biləcəklər. Qanun-

vericiliyə “ləyaqətli əmək haqqı” anlayışı gətiriləcək. Həmin anla-

yışa uyğun olaraq əməkhaqqının minimum yolverilən elə səviyyəsi 

məqbul sayılacaq ki, həmin məbləğ işləyən hər bir kəsin minimum 

yaşayış standartlarını əldə edə bilməsinə təminat versin. 

Ölkənin  neft  resurslarından  gələcək  nəsillərin  də  faydalanması 

üçün neft gəlirləri hesabına “Gələcək Nəsillərin Sosial Təhlükəsizliyi 

Fondu”  (GNSTF)  yaradılacaq.  Hər  il  Dövlət  Neft  Fonduna  daxil 

olan  vəsaitlərin  ən  azı  30%-i  GNSTF-ə  transfer  olunacaq.  Həmin 

Fondun təyinatı dövlət maliyyə sistemində böhran yarandığı hallar-

da dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin, 

resurs  gəlirləri  tükəndiyi  dövrdə  yoxsul  əhali  qruplarının  mənzil, 

təhsil və sağlamlıq problemlərinin həlli ilə bağlı layihələrin icrasına 

sərf olunacaq.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin