III REAL İNSAN
3.1. Rifah
Rifah siyasətimizin hədəfində ölkədə ifrat sosial təbəqələşmənin
aradan qaldırılmasını və dayanıqlı orta təbəqənin formalaşdırmasını
təmin etmək, insanların yaşayış səviyyəsinin inkişaf etmiş ölkələrin
yaşayış standartlarına uyğunlaşdırmağa nail olmaq durur. Avro-
pa sosial xartiyasında nəzərdə tutulan sosial hüquq və təminatlar
bütün Azərbaycan vətəndaşlarına şamil edilməklə onların yerinə
yetirilməsi təmin ediləcək.
Səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə və digər sosial xidmət
siyasətimiz aşağıda sadalanan hədəflərə yönələcək:
• Vətəndaşlarımız sağlam, azad, geniş dünyagörüşü, özünə
güvənən, təşəbbüskar, rəqabət qabiliyyətli və cəmiyyət üçün
faydalı insan kimi yetişsin;
• Vətəndaşlarımızın həm özü üçün, həm də ölkə və cəmiyyət
üçün faydalı resursa – “insan kapitalı”na çevrilməsi təmin
olunsun;
• Hər bir insan özünün bilik, bacarıq və qabiliyyətlərini tam,
səmərəli və cəmiyyət üçün faydalı reallaşdıra bilsin;
• Hər bir şəxs əmək qabiliyyətini itirdikdə, yaxud təqaüd dövrü-
nü qayğısız yaşaya bilsin;
• Dövlət vətəndaşlarının hüquq təminatçısı, vətəndaşlar isə
dövlətinin maddi təminatçısı olsun.
Eyni zamanda dövlət zəif və sosial müdafiəyə ehtiyacı olan insan-
ların (sosial təbəqələrin) müdafiəçisi kimi çıxış edəcək. Cümhuriyyət
insanı hökumətdən uman deyil, onu yönəldən olacaq. Vətəndaş
dövlətinə, dövlət də vətəndaşına güvənəcək.
Dostları ilə paylaş: |