RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
38
Proqram maksimum 10 il ərzində ölkədəki mövcud mənzil fon-
dunun heç olmazsa 10%-i həcmində sosial mənzil fondunun yara-
dılmasına təminat verəcək. Hökumətin mərkəzi büdcədən ayırdığı
vəsait hesabına sosial mənzil fondunun yaradılmasını bələdiyyələr
həyata keçirəcək və bu fond tamamilə bələdiyyələrin mülkiyyətinə
veriləcək. Sosial mənzil fondu ölkənin bütün ərazilərində yaradıla-
caq. Bu fond mənzil almaq imkanı olmayan yoxsul ailələrin mənzil
təminatı üçün əsas mexanizm kimi istifadə olunacaq.
Dostları ilə paylaş: