Gender büdcələşdirilməsi. Gender büdcələşdirilməsi gen-
der problemlərinin öyrənilməsi, gender təhlili, dövlət resurslarına
bərabər çıxışın təmin edilməsi və gender problemləri üzrə xərclərin
prioritet olmasını təmin etmək üçün olduqca vacibdir. Gender
büdcələşdirilməsi bir sıra Avropa ölkələrinin təcrübəsinə uyğun ola-
raq aşağıdan yuxarı tətbiq ediləcək. İlkin olaraq alimlər, dövlət qu-
rumları və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət bir qrup yara-
dılacaq ki, o da Gender təhlili aparacaq, müvafiq bələdçi hazırlaya-
caq, maarifləndirmə kampaniyaları və diskussiyalar təşkil ediləcək.
İlkin olaraq pilot qaydada bələdiyyə, El və dövlət büdcəsinin bir neçə
xərc istiqaməti səviyyəsində gender büdcələşdirilməsi aparılacaq və
5 il müddətində bütün səviyyəli büdcələrdə tam tətbiq ediləcək.
3.6. İnanc
Dünyəvilik, dinin dövlətdən ayrılması və vicdan azadlığı.
Cümhuriyyətçilik dinin dövlətdən ayrılmasını, dünyəviliyi təməl
prinsipi kimi qəbul etsə də, dini etiqad azadlığını ən optimal surətdə
təmin etmək cümhuriyyətimizin bünövrə azadlıqlarındandır. Din
və vicdan azadlığı demokratiyanın mütləq atributlarından biridir.
Ölkənin təhlükəsizliyi dini azadlıqların boğulması hesabına baş
verməməlidir. REAL Azərbaycanın dövləti təhlükəsizliyi ilə dini
azadlıqların təmin olunması kimi iki təməl prinsipin optimal balan-
sını yaradacaqdır.
Cümhuriyyətin dünyəviliyi o deməkdir ki, dövlət dini qanunlara
görə idarə edilmir, dövlət vətəndaşlarına din və vicdan məsələlərinə
aid heç bir rəsmi ideologiyanı qəbul etdirməyəcəkdir.
Dinin dövlətdən ayrılması o deməkdir ki, dövlətin öz dini yoxdur,
imtiyazlı din və imtiyazlı dini icma məfhumu yoxdur, şəxsiyyətin
dünyagörüşünə, vicdanla bağlı seçiminə aid məsələlər və heç biri
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
54
dini hüquqi nöqteyi-nəzərdən dəstəkləməyən dövlətə aid məsələlər
bir-birindən tamamilə ayrılacaqdır.
Dövlətin dindən ayrılığı həmçinin siyasi-ideoloji mahiyyət da-
şıyır və ictimai-siyasi sistemin dünyəviliyinə dəlalət edir. Dövlət
dinin doqmatik məsələlərinə qarışmayacaqdır və bu məsələlərə
aid qanun və qərarlar qəbul etməyəcəkdir. Din azadlığı qanunun
müəyyənləşdirdiyi sərhədlər çərçivəsində mövcud olacaqdır. Qa-
nunların təməlini fundamental dəyərlər prinsipi təşkil edir.
Dostları ilə paylaş: |