RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
55
timai-siyasi idarəçilik sisteminin, müasir vətəndaş cəmiyyətinin
bərabərhüquqlu tərkib hissəsinə çevirməkdir.
Dövlət hər bir kəsin heç bir ayrı-seçkilik olmadan öz seçiminə uy-
ğun dini inanca sahib olmaq və onu yaşamaq hüququnu tanıyacaqdır,
heç bir dini görüşü qadağan etməyəcəkdir, dini baxışlara görə hər
cür diskriminasiyaya qarşı çıxacaqdır, hər hansı dindarın törətdiyi
qeyri-qanuni hərəkəti bütövlükdə onların mənsub olduğu dini görü-
şün məsuliyyəti kimi dəyərləndirməyəcəkdir, qanuni vasitələrlə hər
hansı bir qanunsuzluğun qarşısını alarkən din azadlığını və yaxud
dindarların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmayacaqdır.
Cümhuriyyətimiz din əleyhinə deyil. Bütövlükdə dini dünyagö-
rüşü, dini xüsusiyyətləri, dini hissləri cəmiyyət həyatının ayrılmaz
tərkib hissəsi kimi tanıyır, dini cəmiyyət həyatından kənarlaşdırmır,
dini icmaları vətəndaş cəmiyyətini formalaşdıran qurumlardan he-
sab edir. Cümhuriyyət dünyəvi və dini təzahürlərin bir-birinə qarşı
qoyulmasını deyil, onların dinc yanaşı yaşamasını təmin edəcəkdir.
Dostları ilə paylaş: