Programma real indd



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə83/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   79   80   81   82   83   84   85   86   ...   99
REAL iqtidarı:

•  Vətəndaşların  fundamental  və  beynəlxalq  hüquqla  tanınmış 

vicdan və dini etiqad azadlığı hüquqlarını təmin edəcəkdir;

•  Dindarlığın  müasir  sekulyar  vətəndaş  cəmiyyətinə  münaqi­

şəsiz inteqrasiyası və ölkədə dini həyatın müsbət tendensiya-

lara dayanan harmonik inkişafı üçün əlverişli şərait yarada-

caqdır; 

•  Ölkədə  etiqad  azadlığın,  vətəndaşların  dinə  münasibətini 

müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya 

başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad 

etməmək, dinə münasibəti ilə bağlı əlaqəsini ifadə etmək və 

yaymaq hüququnu təmin edəcəkdir;

•  Dini mərasimlərin yerinə yetirilməsi sərbəstliyini (qanunlara 

zidd olmadığı halda) təmin edəcəkdir;

•  Bütün dinlərə fəaliyyət üçün bərabərhüquqlu şərait yarada-

caqdır; 


RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

56

•  Din və məzhəb fərqi gözləmədən vətəndaşlara eyni münasibət 



göstərəcəkdir; 

•  İstənilən  dini  qrupun  digərlərinə  bərabər  hüquqlu,  lakin 

fərqli baxışlar sisteminə malik həmvətəndaşlar kimi dözümlü 

yanaşmasını təşviq edəcəkdir; 

•  Dini qurumların ölkənin sosial problemlərinin həllinə yönəl­

miş xeyriyyəçilik fəaliyyətinin qurulmasına yardım edəcəkdir; 

•  İanə və dini vergilərin cəmiyyətdə ehtiyacı olanların xidmətinə 

yönləndirilməsi  üçün  dini  icmalarla  koordinasiya  işi  qura-

caqdır;

•  Mötədil dindarlara və dini qruplara ekstremizmə qarşı fəaliy­

yətdə dəstək verəcəkdir;

•  Cümhuriyyətdə  dövlət  təhsilinin  dünyəviləşdirilməsi  təməl 

prinsipi sayılsa da, dini icmalara özəl ali və orta dini ixtisas 

məktəbləri təsis etmək hüququ tanıyacaqdır. Bu məktəblərin 

dövlətin müəyyən etdiyi qanun və standartlar əsasında yara-

dılıb fəaliyyət göstərməsini təmin edəcəkdir;

•  Dini  ədəbiyyatın  idxalına  qoyulan  diskriminativ  məhdudiy­

yətləri qaldıracaqdır;

•  1992­ci ildən sonra Din və Vicdan azadlığı haqqında qanuna 

əlavə edilən düzəlişlərin əksəriyyətini vicdan azadlığına ciddi 

məhdudiyyətlər qoyduğu üçün ləğv edəcəkdir;

•  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini ləğv edəcəkdir;

•  Dini mərkəzlərin və qurumların zorla dindarlara səlahiyyətli 

dini  avtoritet  kimi  qəbul  etdirilməsi  praktikasından  imtina 

edəcəkdir.  Bunun  dindarın  öz  dini  qaydaları  ilə  müəyyən­

ləşdirilən hüququ olmasını tanıyacaqdır;

•  “Ənənəvi və qeyri­ənənəvi” dinlər bölgüsündən imtina edə­

cəkdir;

•  Bağlanmış ibadət yerləri açılıb icmalara qaytarılmasını tə­

min edəcəkdi. 


RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

57


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin