görüşü zamanı Xan Xoyskinin teleqramında göstərilən təkliflər bəyənildi
və qərara alındı ki, qarşılıqlı münasibətləri qaydaya salmaq üçün Sovet Rusiyası ilə
danışıqlar aparmaq olar, lakin Denikinlə mübarizəyə gəldikdə isə Rusiyanın
daxilində gedən vətəndaş müharibəsinə Azərbaycan və Gürcüstanın müdaxilə
etməsinin yolverilməz olduğu göstərildi. Oliver Uordropla görüş zamanı Britaniya
Аli komissarı tezliklə Azərbaycan və Gürcüstanın müstəqilliyinin Antanta
tərəfindən tanınacağını, bu respublikalara müdafiə olunmaq üçün yardım
göstəriləcəyini bildirdi. Eyni zamanda Uordrop Sovet Rusiyasının notası ilə bağlı
Qafqazda yaranmış vəziyyət barədə İngiltərə Xarici İşlər Nazirliyinə geniş
məlumat göndərdi. Yanvar ayının 12-də Gürcüstan Xarici İşlər Nazirliyi Sovet
Rusiyasına bildirdi ki, gürcü hökuməti mehriban qonşuluq münasibətləri yaratmaq
üçün danışıqlara başlamağa hazırdır, lakin Rusiyanın daxili işi olan vətəndaş
müharibəsinə qarışmaq fikrində deyildir.
1203
İki gün sonra Azərbaycan xarici işlər
naziri Xan Xoyski də G.V.Çiçerinə cavab notasında Denikinin uzun müddət
Azərbaycan üçün təhlükə təşkil etməsinə və ona qarşı Azərbaycan-Gürcüstan
müdafiə paktı olmasına baxmayaraq, bu məsələnin Rusiyanın daxili işi olduğunu
qeyd edərək, Azərbaycan Respublikasının Sovet Rusiyası ilə mehriban qonşuluq
münasibətləri yaratmaq məqsədilə danışıqlara başlamağa hazır olduğunu bildirdi.
14 yanvar tarixli radioqramada F.Xoyski bildirirdi: "Yanvarın 6-da aldığım sizin 2
yanvar tarixli radioteleqramınıza cavab olaraq məlumat verirəm: Azərbaycan xalqı
böyük tarixi hadisələrin gedişində nəhəng itkilər və çətinliklər bahasına azadlıq və
müstəqilliyə nail oldu, öz dövlət quruluşunu demokratik respublika əsasında qurdu.
Xalqın öz müqəddəratını təyin etməsi əsasında yaranan Azərbaycan Respublikası
dönmədən о nöqteyi-nəzər üzərində israr edir ki, hər bir xalq öz taleyi və həyatını
1202
Xarici işlər naziri F.X.Xoyskinin Gürcüstandakı Azərbaycan nümayəndəsi F.Vəkilova təcili
diplomatik məlumatı. 07.01.1920. //ARDA, f.970, s.1, i.112, v.1a
1203
З.Авалов. Независимость Грузии в международной политике, с.240
355
özünün istədiyi kimi müəyyən etmək hüququna malikdir. Təyini müqəddəratdan
sonra Azərbaycan hökuməti heç vaxt başqalarına özünün daxili işlərinə qarışmaq
imkanı vermədi və öz növbəsində başqa xalqların daxili işlərinə qarışmamaq
prinsipini müdafiə edir. Bu sarsılmaz prinsipdən çıxış edən Azərbaycan hökuməti
öz həyatını istədiyi kimi qurmaqda rus xalqının daxili işlərinə müdaxiləni
yolverilməz hesab edir. Azərbaycan Respublikası bitərəf dövlət kimi öz azadlığını
və müstəqilliyini hər cür xarici qəsdlərdən müdafiə etməyə qərarlıdır. Məhz, elə
buna görə Azərbaycan hökuməti həmişə Azərbaycan xalqının müstəqilliyinə qəsd
edən çar generalı Denikinə qarşı dönməz mübarizə aparırdı və bu mübarizənin
uğurlu olması məqsədi ilə qonşu gürcü hökuməti ilə hərbi müdafiə ittifaqı
bağlamışdı. Azərbaycan hökuməti tərəfindən rəhbər tutulan bu xarici siyasət kursu
Azərbaycan xalqı ilə digər xalqlar arasında mehriban münasibətlərin qurulmasını
zəruri edir. Bu nöqteyi-nəzərdən Azərbaycan hökuməti hər iki dövlətin müstəqilliyi
prinsiplərini rəhbər tutaraq danışıqlar yolu ilə Rusiya və Azərbaycan xalqları
arasında mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır.
1204
Göründüyü kimi, Azərbaycan tərəfi bu fikirdə idi ki, danışıqlara başlamaq
üçün Sovet Rusiyası rəsmi şəkildə Azərbaycan Respublikasını tanımalıdır. Məhz,
bu addım Azərbaycanın milli müstəqilliyinin qorunmasına təminat ola bilərdi.
G.Çiçerinə göndərilən notanın məzmunu barədə ingilis Ali Komissarı Oliver
Uordropa da məlumat verildi.
1205
Lakin görünür Azərbaycan Respublikasının belə
mövqeyi Sovet Rusiyasını təmin etmirdi və RK/b/P MK-nın Siyasi Bürosu
F.Xoyskidən alınmış cavabı və ümumiyyətlə, Azərbaycan hökumətinə münasibət
məsələsini yanvarın 17-18-də keçirilən iclasında müzakirə etdi. G.Çiçerinin
məruzəsi və V.İ.Leninin təklifi ilə iclas Azərbaycan Respublikasının daxili işlərinə
müdaxilə ruhunda qərar qəbul etdi. Orada göstərilirdi: "Xalq xarici işlər
komissarlığına tapşırılsın ki, Azərbaycan hökuməti barəsində çox böyük təmkinlik
və etimadsızlıq siyasəti yeritsin, çünki o, Denikinə qarşı birgə hərbi əməliyyat
aparmaq təklifimizdən imtina etmişdir və Xəzər dənizində bizə qarşı çıxan
İngiltərə hərbi qüvvələrinə xidmət göstərir. Hər bir millətin zəhmətkeş kütlələrinin
öz müqəddəratını təyin etməsi hüququnu dönmədən qəbul etməyimizi tam
müəyyən şəkildə qeyd etməklə, xalq xarici işlər komissarlığı Azərbaycan
hökumətinin bu cür davranışına qarşı qəti protest etməlidir."
1206
Qafqazda bolşevik təhlükəsi ilə bağlı yaranmış vəziyyət Antanta ölkələrini
ciddi şəkildə düşündürməyə və real əməli addımlar atmağa vadar edirdi. Qərbin
siyasi dairələri yaxşı bilirdi ki, sovet ordusunun Cənubi Qafqaza təcavüzü bolşevik
1204
Bax: Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Mars, №10, p.2; Xarici işlər naziri Xan
Xoyskinin Sovet Rusiyasının xarici işlər üzrə xalq komissarına radioqramı. 14.01.1920.//ARDA, f.970,
s.1, i.112, v.7
1205
Gürcüstanda diplomatik nümayəndə F.Vəkilovun O.Uordropa məlumatı. 14.01.1919. //ARDA,
f.897, s.l, i.69, v.33
1206
V.İ.Lenin. Əsərlərinin Tam Külliyatı, 40-cı cild, s.57
356
ideyasının İrana və Türkiyəyə yayılmasına səbəb olacaq, bütün Yaxın və Orta
Şərqi həyəcan bürüyəcəkdir. Ona görə də Avropa siyasətçilərinin çoxu bu fikirdə
idi ki, sovet hücumuna qarşı dura bilmək üçün Azərbaycan və Gürcüstanın
müdafiəsini möhkəmləndirmək, onları müdafiə vasitələri ilə təmin etmək lazımdır.
Lakin yeni formalaşan beynəlxalq münasibətlərin prinsiplərinə görə, müstəqilliyi
tanınmayan dövlətlərə yardım göstərmək məsələsi hüquqi baxımdan ciddi
çətinliklərlə qarşılaşırdı. Digər tərəfdən, 1920-ci ilin ilk günlərində yaranmış
gərgin vəziyyətdə bu respublikaların müstəqilliyinin tanınmasına mane ola biləcək
"vahid və bölünməz Rusiya" ideyası artıq öz əhəmiyyətini itirmiş, onun
tərəfdarlarının ümidləri doğrulmamışdı. Ona görə də, hadisələrin çox sürətlə
cərəyan etdiyi bir vaxtda Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması
təxirəsalınmaz bir vəzifə kimi meydana çıxmışdı. Bu məqsədlə Böyük Britaniyanın
təşəbbüsü ilə yanvar ayının 10-da Paris Sülh konfransı Ali Şurasının sessiyası
çağırıldı. Sessiyada İngiltərə, Fransa və İtaliyanın hökumət başçıları və xarici işlər
nazirləri, ABŞ və Yaponiyanın isə Sülh konfransındakı nümayəndələri və
Fransadakı səfirləri iştirak edirdi. Ke d'Orsedə keçirilən sessiyada Cənubi Qafqaz
respublikalarının məsələsi çox geniş və ətraflı müzakirə edildi. İngiltərənin Baş
naziri Qafqazdakı vəziyyət barədə sessiyaya ətraflı məlumat verdi. О bildirdi ki,
bolşeviklər Xəzər boyunca hərəkət edirlər, əgər onlar Denikini əzsələr və Xəzər
dənizini ələ keçirsələr, ola bilsin ki, türklər onlarla birləşsinlər /burada Mustafa
Kamal paşanın başçılığı ilə Türkiyədə başlanmış milli hərəkat nəzərdə tutulur -
C.H./. Belə olduqda Qafqaz dövlətləri çıxılmaz vəziyyətdə qalacaqlar. Ona görə də
Lloyd Corc təklif edirdi ki, bu dövlətlərə silah və hərbi sursat göndərmək üçün
ağıllı bir yol fikirləşmək lazımdır.
1207
Onun təklifi ilə Ali Şura qərar qəbul etdi ki,
hərbi ekspertlər Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə
təkliflər versinlər. Jorj Klemanso Lloyd Corcun bəyanatı ilə tam razılaşdı və qeyd
etdi ki, Qafqaz işləri üzrə çox təcrübəsi olan Britaniya nümayəndələri "Cənubi
Qafqaz respublikalarına kömək haqqında" memorandum hazırlasınlar. İclasda
qərara alındı ki, bolşeviklərlə mübarizə məqsədilə Qafqaza hərbi yardım
göstərilməsi məsələsi ekspertlər tərəfindən öyrənilsin və Britaniya nümayəndələri
ilə birlikdə bu haqda Ali Şuraya məruzə edilsin.
1208
Günorta Baş Şuranın iclası D.Lloyd Corc, J.Klemanso və F.Nittinin iştirakı
olmadan xarici işlər nazirləri səviyyəsində davam etdirildi. İngiltərənin xarici işlər
naziri Lord Kerzonun təşəbbüsü ilə xarici işlər nazirləri Cənubi Qafqaz
respublikalarına münasibət məsələsinin siyasi tərəflərini müzakirə etdilər. Kerzon
öz çıxışında dedi ki, Lloyd Corc Ali Şuranın iclasında Azərbaycan və Gürcüstanın
müstəqilliyinin tanınmasını qoymaq fikrindədir. O, əlavə etdi ki, Ermənistan
məsələsi Türkiyə məsələsi ilə birlikdə həll ediləcəkdir. Xarici işlər nazirləri uzun
müzakirələrdən sonra belə bir yekdil qərara gəldilər ki, Azərbaycan və Gürcüstan
1207
Papers Relating to the Foreign Relations of the United States. Paris Peace Conference, vol.IX, p.851
1208
İbid, p.837-838
357
respublikaları üçün üç tərəfdən təhlükə yaranmışdır. Birincisi, bolşevik Rusiyasının
qoşunları cənub istiqamətində hərəkət edir, ikincisi, geri çəkilən Denikin ordusu bu
respublikalara soxula bilər, üçüncüsü, kamalçılar Rusiya ilə razılıq əsasında bu
respublikalara müdaxilə edə bilər.
1209
Vəziyyət böhranlı olduğu üçün Azərbaycan
və Gürcüstan hökumətləri Antanta dövlətlərinə yardım üçün müraciət
etmişdilər.
1210
Kerzon həmin müraciətlər barədə məlumat verib təklif etdi ki,
yubanmadan Azərbaycan və Gürcüstanı de-fakto tanımaq lazımdır. Bu dövrdə
yaranmış vəziyyəti təhlil edərək, sonralar M.Mehdiyev yazırdı: "Versal
konfransının mühitindən aydın oldu ki, real surətdə mövcud olan dövlətləri
tanımaq üçün artıq bütün şərait yaranmışdı. Sadəcə olaraq, bir təkan kifayət idi və
bu təkanı Sülh konfransında nümayəndə olan İngiltərənin xarici işlər naziri Lord
Kerzon verdi."
1211
Kerzona görə, Mudros barışığından sonra Britaniya qoşunları
Cənubi Qafqaza birinci daxil olduğu üçün Britaniya hökumətinin digərlərinə
nisbətən bu respublikalarla daha yaxın münasibətləri vardır. Bir gün sonra,
yanvarın 11-də Müttəfiqlərin Ali Şurası Kerzonun təklifi üzrə bu məzmunda bir
qərar qəbul etdi: "Müttəfiq və birlik ölkələri Аzərbaycan və Gürcüstan
hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar."
1212
Bununla da
Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvar ayının 11-də de-fakto olaraq Paris
Sülh konfransı tərəfindən tanındı. ABŞ və Yaponiya nümayəndələri öz aralarındakı
razılığa əsasən, bildirdilər ki, bu ölkələrin nümayəndələri belə mühüm bir məsələni
öz hökumətləri ilə qabaqcadan razılaşdırmalıdırlar. Az sonra Yaponiya fevral
ayının 7-də Ali Şuranın qəbul etdiyi qərara qoşuldu.
1213
Birləşmiş Ştatlar isə rəsmi
surətdə bundan imtina etdi. ABŞ hökumətinin bu qərarı müxtəlif amillərlə bağlı
idi. Bir tərəfdən Amerika hökuməti Cənubi Qafqazda Böyük Britaniyanın
nüfuzunun yüksələcəyindən ehtiyat edirdi, digər tərəfdən isə Sülh konfransının
yekun mərhələsində ABŞ-la onun Avropa müttəfiqləri arasında ciddi ixtilaflar
yaranmışdı. Yanvar ayının 13-də ABŞ-ın Parisdəki səfiri Valles Vaşinqtona
məlumat verdi ki, İngiltərə və Fransa Azərbaycanın və Gürcüstanın müstəqilliyini
de-fakto tanımışdır və onlara yardım göstərmək fikrindədirlər. Eyni zamanda Ali
Şuranın qərarı Vaşinqtondakı Fransa səfirinə göndərildi ki, bu barədə ABŞ
hökumətini məlumatlandırsın. Orada deyilirdi: müttəfiqlər qərara gəlmişdilər ki,
Rusiyanın sərhədlərinə toxunmadan onun qonşuları olan Azərbaycanın və
Gürcüstanın müstəqilliklərini tanısınlar. Lakin son nəticədə bolşeviklər bu
dövlətlərlə sülh bağlamaqdan imtina etdilər və güc vasitəsi ilə onların
müstəqilliyinə mane olmağa cəhd edirlər. Bu halda müttəfiq dövlətlər bütün
1209
İbid, p.953
1210
З.Авалов. Независимость Грузии в международной политике, с.240
1211
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.IX, p.985-959; Mir Yacoub. Le probleme du Caucase, p.121
1212
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, Vol.IX,
p.959; Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.1
1213
Азербайджан, 1920, 15 февраля.
358
vasitələrlə bu dövlətlərə yardım göstərəcəklər. Müttəfiq dövlətlər bilmək istəyir ki,
Birləşmiş Ştatlar hökuməti bu siyasətlə razıdırmı?
1214
Yanvar ayının 24-də Dövlət
katibinin müavini F.Polkun imzası ilə Fransadakı Amerika səfirliyinə cavab gəldi
ki, Birləşmiş Ştatlar İngiltərə və Fransanın Qafqaz dövlətlərinə yardım göstərməsi
ilə razılaşır, lakin onların tanınmasına Rusiyanın parçalanmasının başlanğıcı kimi
baxır.
1215
Yanvar ayının 12-də müttəfiqlərin birləşmiş hərbi komitəsi Qafqaz
məsələsinə dair öz təkliflərini Versal Ali Şurasına göndərdi. Sənədi marşal
Ferdinand Foş, general Sakvill Uest və Uqo Kovallero imzalamışdılar. Orada
deyilirdi: Əgər bolşevizmi öz ərazilərində əzmək mümkün olmasa, o, Qafqaz kimi
təhlükəli ərazilərə keçə bilər. Ona görə bolşeviklərin Qafqaza doğru hərəkətinə
qarşı hərbi maneə yaradılması məsələsini bir daha diqqətlə nəzərdən keçirmək
lazımdır. Yerli hökumətlərin qeyri-stabilliyini və hərbi birliklərin zəifliyini nəzərə
alsaq, bolşevizmə qarşı bu maneə ilk dövrlərdə Avropa orduları tərəfindən
yaradılmalıdır. Bu vəzifəni iki güclü diviziya yerinə yetirə bilər. Sonrakı mərhələdə
təlim keçmiş yerli silahlı qüvvələr bu işə cəlb edilə bilər və tədricən Qafqazda
Avropa Ordusu azaldıla bilər. Maliyyə və maddi məsələlərdən əlavə, Qafqaz
müdafiə səddini yaratmaq üçün kifayət qədər zaman lazımdır. Buna ən azından üç
ay vaxt gedəcək. Ona görə, bütün məsələlərə təcili şəkildə başlamaq lazımdır.
1216
Ekspertlər belə hesab edirdilər ki, müdafiə səddi yaradılana qədər müəyyən şərtlər
daxilində Qafqaza hərbi sursat göndərmək işini davam etdirmək lazımdır və Xəzər
dənizində müttəfiqlərin donanması vəziyyətə nəzarət etməlidir. Ekspertlərin
fikrincə,
müttəfiq dövlətlər qeyd edilənlərlə razılaşardılarsa, Qafqaz
respublikalarına yardım göstərməyin yolunu və formalarını araşdırmaq olardı.
Həmin gün Britaniya nümayəndələri də buna bənzər bir sənəd hazırladılar.
Onların fikrincə bolşeviklərin Avropanı dağıtmaq arzuları gerçəkləşmədi, buna
görə onlar müsəlmanlarla danışığa girib Şərqə hərəkət etməyə qərar verdilər.
Denikinin qaçılmaz məğlubiyyəti müttəfiqlərin hər iki cinahdan qorumaq
istədikləri Cənubi Qafqazı təhlükəli bir koridora çevirir. İndi hər şey etmək
lazımdır ki, hər iki qüvvənin (bolşevik Rusiyası və kamalçı Türkiyənin - C.H.)
birləşməsinə yol verilməsin. Britaniyalılar belə hesab edirdilər ki, Gürcüstana
hücum müttəfiqlər üçün pis nəticələr verə bilərdi və əgər Gürcüstana müttəfiqlərin
köməyi göstərilərdisə, onlar öz sərhədlərini qoruya bilərdilər. Sənəddə təklif
edilirdi ki, Gürcüstana və Azərbaycana siyasi, hərbi, maliyyə və ərzaq yardımı
göstərilməsi zəruridir.
1217
1214
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.IX,p.295
1215
Foreign Relations of the United States. 1920, vol.III, US Government Printing Office. Washington,
1947, p.703
1216
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference. 1919,
vol.IX, p.902-903
1217
Ibid, p.903-904
359
Versal Аli Şurasının qərarından sonra yanvar ayının 15-də Аzərbaycan və
Gürcüstan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər.
Azərbaycan nümayəndələrindən Ə.M.Topçubaşovu və M.Məhərrəmovu,
Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalovu nazirliyin Baş katibi Jül
Kambon, ingilis nümayəndəsi Filipp Kerr və İtaliya nümayəndəsi markiz de-la
Torreta qarşıladılar. Jül Kambon Ali Şuranın üzvləri və müttəfiq ölkələr tərəfindən
Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh konfransının rəsmi qərarını
Ə.M.Topçubaşova təqdim etdi.
1218
O, nümayəndələri təbrik edib bildirdi ki, bundan
sonra Аzərbaycan və Gürcüstan müstəqilliyi tanınmış dövlətlər kimi, Sülh
konfransına zəruri məsələlərlə bağlı rəsmən müraciət edə bilərlər.
1219
M.Mehdiyev
bu məsələ ilə bağlı yazır: "Müsyö Kambon bəyan elədi ki, Аzərbaycan və
Gürcüstan respublikaları rəsmi və beynəlxalq hüquq normalarına uyğun olaraq,
müstəqil dövlətlər kimi tanınmışdır. Bu məqamdan başlayaraq, bu iki ölkə rəsmi
olaraq "Ali Şura" ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmalarını,
konfransın iclaslarında qanuni hüquqlarını, bərabər hüquqlu üzv olmalarını tələb
edə bilərlər. Bundan başqa Kambon bildirdi ki, bu dövlətlərin hökumətlərinin
tanınması aktı, eyni zamanda onların Rusiyadan ayrılmasının tanınması ilə
müşayiət olunmalıdır. Bundan çıxış edərək demək olar ki, Аzərbaycan və
Gürcüstan Respublikaları bu gündən belə suveren dövlətlər hesab ediləcəkdir".
1220
Sonra J.Kambon nümayəndələrin "hər hansı arzu və təklifini soruşduqda
Аzərbaycan Respublikası adından Ə.M.Topçubaşov Azərbaycanın siyasi quruluşu
haqqında qısa məlumat verib, onun tanınması üçün təşəkkürünü bildirdi və qeyd
etdi ki, Azərbaycan Respublikası böyük dövlətlərdən yardım və müstəqilliyinin de
yure tanınmasını gözləyir. Versal Ali Şurasının qərarı Azərbaycan
nümayəndələrinə təqdim edildikdən sonra Fransa Xarici İşlər Nazirliyi teleqram
vuraraq özünün bir sıra ölkələrdə olan diplomatik nümayəndəliklərini və Ali
Komissarlarını Azərbaycan və Gürcüstanın tanınması haqqında Ali Şuranın qərarı
barədə məlumatlandırdı
1221
.
Versal Аli Şurasının tarixi qərarı haqqında məlumat yayılan kimi,
Аzərbaycan təmsilçiləri bir çox xarici dövlətlərin nümayəndələrindən, cəmiyyət və
birliklərdən təbrik teleqramları aldılar. Müstəqilliyin tanınması münasibəti ilə
Gürcüstan, Estoniya, İran, Hindistan və digər ölkələrin nümayəndələri,
Lozannadakı Ukrayna bürosu, "Franko-Qafqaz" komitəsi, Cenevrədə yerləşən
1218
La reconnaissance de l'independance de l'Azerbaidjan et de la Georgie.// Bulletin d'Information de
L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, p.l
1219
З.Авалов. Независимость Грузии в международной политике, с.241
1220
Mir Yacoub. Le probleme du Caucase, p.122
1221
Reconnaissance des Gouvernements de Georgie et d'Azerbaidjan Le 22 janvier 1920. // Ministère
des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 638, folio 183
360
Rusiya imperiyası tərkibindən çıxmış müstəqil respublikalar liqasının sədri cənab
Pittard və digərləri təbrik teleqramları göndərmişdilər.
1222
Yanvar ayının 15-də günün ikinci yarısı Versalda hərbi ekspertlər Şurası
Azərbaycan və Gürcüstana hərbi yardım göstərmək məsələsini müzakirə etdi.
Şuranın işində iştirak etmək üçün təcili surətdə Böyük Britaniyanın hərbi naziri
U.Çerçil, İmperiya Baş qərargahının rəisi feld-marşal H.Vilson, admirallığın
birinci lordu U.Lanq, admiral lord Bitti və digərləri Londondan Parisə gəldilər.
1223
Hərbi ekspertlərin iclası, yüksək rütbəli ingilis hərbçilərinin Parisə dəvət edilməsi
müxtəlif şayiələrin yayılmasına səbəb oldu. Fransa radiosu belə bir xəbər yaydı ki,
on min ingilis əsgəri Bakıya yola düşmək üzrədir. Radionun məlumatına görə,
Lloyd Corc guya, Klemansodan xahiş etmişdi ki, Almaniyada olan fransız işğal
ordusunun sayını artırsın, oradakı ingilis ordusunu o, çıxarıb Bakıya göndərmək
istəyir. Lakin bütün bunlar hamısı şayiə idi. Aprel hadisələrinə qədər nə Bakıya, nə
də, Tiflisə nəinki ingilis ordusu, heç ingilis hərbi müşavirləri də göndərilmədi.
Fransa, İngiltərə, İtaliya, Amerika və digər Qərb ölkələrin mətbuatı
Аzərbaycan və Gürcüstanın tanınması ilə bağlı çoxlu yazılar vermişdilər. Yanvarın
ikinci yarısında "Le Temps",
1224
"Le France",
1225
"La Croix",
1226
"Bonsoir",
1227
"L'Ordre Public",
1228
"L'Echo de Paris",
1229
"L'Echo de France",
1230
"L'Eclair",
1231
"La Justice",
1232
"Daily Chronicle",
1233
"La Patrie",
1234
"New York Herald",
1235
"New York Times",
1236
"Chicago Tribune",
1237
"La France militaire",
1238
"La
democratie
nouwelle",
1239
"La
Bataille",
1240
"L'Action
Française",
1241
"L'Evenement"
1242
"La Petit Parisien",
1243
"La Lanterne",
1244
"L'Information",
1245
1222
Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, p.2
1223
З.Авалов. Независимость Грузии в международной политике, с.243-244
1224
Le Temps, 1920, 22 Janvier
1225
Le France, 1920, 20 Janvier
1226
La Croix, 1920, 21 Janvier
1227
Bonsoir, 1920, 21 Janvier
1228
L'Ordre Public, 1920, 21 Janvier
1229
L'Echo de Paris, 1920, 21 Janvier
1230
L'Echo de France, 1920, 16 Janvier
1231
L'Eclair, 1920, 21 Janvier
1232
La Justice, 1920, 21 Janvier
1233
Daily Chronicle, 1920, 21 Janvier
1234
La Patrie, 1920, 21 Janvier
1235
New York Herald, 1920, 20 January
1236
New York Times, 1920, 21 January
1237
Chicago Tribune, 1920, 22 January
1238
La France militaire,1920, 15 Janvier
1239
La democratie nouwelle,1920, 22 Janvier
1240
La Bataille, 1920, 22 Janvier
1241
L'Action Française, 1920, 23 Janvier
1242
L'Evenement, 1920, 23 Janvier
1243
La Petit Parisien, 1920, 23 Janvier
1244
La Lanterne, 1920, 23 Janvier
361
"L'Effort national",
1246
"L'Homme libre",
1247
"La Montagne",
1248
"La Gazette de
Lausanie"
1249
qəzetlərində, "Le Journal de Geneve",
1250
"Le Journal de Peuple",
1251
"Le Journal des Debats",
1252
"Le Journal d'Orient"
1253
jurnallarında gedən
məqalələrdə Azərbaycan və Gürcüstanın müstəqilliklərinin Versal Ali Şurası
tərəfindən tanınması böyük hadisə kimi dəyərləndirilirdi.
Hərbi ekspertlərin iclası yanvar ayının 16-da öz işini davam etdirdi. İclasa
J.Klemanso sədrlik edirdi. O, bir gün əvvəl Azərbaycan və Gürcüstan
nümayəndələri ilə görüşmüş J.Kambodan xahiş etdi ki, Cənubi Qafqazdakı
vəziyyət haqqında məlumat versin. Kambon bu respublikaların ciddi maliyyə,
hərbi və digər yardıma ehtiyacı olduğu və onların müdafiə qabiliyyəti barədə
məlumat verdi. Jül Kambon qeyd etdi ki, hər iki respublikanın nümayəndələri
siyasi, hərbi və maliyyə yardımı göstərilməsini xahiş ediblər. Əvvəllər onlar
Denikindən ehtiyat edirdilər, lakin indi Könüllü ordu artıq zəifləyib. Ötən
müzakirədə F.Kerr hər iki nümayəndəliyə hərbi vəziyyət haqqında sual verdikdə
aydın olmuşdu ki, Gürcüstan 50 min, Azərbaycan isə təxminən 100 min adamı
orduya səfərbər edə bilər. Bu məlumatlar da öz növbəsində Klemansoya verildi.
Lakin nə J.Kambonun, nə də F.Kerrin məlumatları Klemansonu qane etmədi. Jorj
Klemanso bu rəqəmlərə şübhə ilə yanaşırdı. Lloyd Corc isə əksinə qeyd edirdi ki,
bu ölkələrdə yaxşı intizamlı döyüş qabiliyyətinə malik dəstələr var ki, bunların da
çoxunu tatarlar (azərbaycanlılar - C.H.) təşkil edir. J.Kambon əlavə etdi ki, hər iki
respublikanın ordusu köhnə çar ordusu və milli qvardiyaların əsasında
yaradılmışdır. Нər iki respublika cəbhə xəttini saxlamaq üçün kifayət qədər əsgərə
malikdir. Yeganə çatışmayan silah və sursat tədarüküdür. Bilavasitə bununla bağlı
respublikalar müttəfiqlərə müraciət ediblər. Sonra J.Kambon dedi ki, Azərbaycan
və Gürcüstan nümayəndələri Dağlılar Respublikasının da de-fakto tanınmasını
istəyirlər, xüsusilə, azərbaycanlılar belə hesab edirlər ki, bolşeviklər Denikini təqib
etsə, Könüllü ordu Dərbəndə gələ bilər və bu Bakını böyük təhlükə qarşısında
qoyar. Bakının işğalı isə bütün Xəzər hövzəsini təhlükə altına sala bilər. Lloyd
Corc Dağlılar Respublikasının tanınmasını ağıllı ideya kimi dəyərləndirdi. Onun
fikrincə, müsəlmanlar bu addımı yaxşı qarşılaya bilərdilər. Eyni zamanda, o, əlavə
etdi ki, müttəfiqlərin kifayət qədər silah və sursatı vardır, lakin iş bunun
çatdırılması məsələsindədir. J.Klemanso dedi ki, Denikinə göndərilən silahın çoxu
bolşeviklərin əlinə keçib. Uzun müzakirələrdən sonra nəhayət, qərara alındı ki,
1245
L'Information, 1920, 24 Janvier
1246
L'Effort national, 1920, 22 Janvier
1247
L'Homme libre, 1920, 24 Janvier
1248
La Montagne, 1920, 27 Janvier
1249
La Gazette de Lausanie, 1920, 30 Janvier
1250
Le Journal de Geneve, 1920, 20 Janvier
1251
Le Journal de Peuple, 1920, 21 Janvier
1252
Le Journal des Debats, 1920, 21 Janvier
1253
Le Journal d'Orient, 1920, 21 Janvier
362
sabah Azərbaycan və Gürcüstan nümayəndələrinin özlərinin iştirakı ilə feldmarşal
H.Vilson müzakirələri davam etdirsin.
1254
Yanvar ayının 17-də Azərbaycan nümayəndələrinin yaşadığı Klaric
mehmanxanasında feldmarşal H.Vilsonun sədrliyi, admiral Bittinin, İngiltərə
Xarici İşlər Nazirliyinin nümayəndəsi Robert Vansittartın, Azərbaycan və
Gürcüstan nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi. Müşavirənin əsas
məqsədi bolşeviklərin hücum edəcəyi təqdirdə Azərbaycan və Gürcüstana nə kimi
maddi kömək göstərməyi aydınlaşdırmaq idi. Qafqaza müttəfiq qoşunlarının
göndərilməsi məsələsi iclasda müzakirə edilmədi, yalnız hərbi sursat və ərzaq
formasında yardım göstərilməsi məsələsinə toxunuldu. Admiral Bittinin - kənardan
kömək olmadan Azərbaycan hərbi-dəniz donanması Xəzər dənizi sahillərinin
müdafiəsini təşkil edə bilərmi? - sualına Ə.M.Topçubaşov - xeyr, təşkil edə bilməz
- deyə cavab vermişdi.
1255
1920-ci ilin yanvarın 19-da hökumət başçılarının iştirakı ilə Paris Sülh
konfransının Аli Şurasının iclası Cənubi Qafqaz respublikaları məsələsini ətraflı
müzakirə etdi. Artıq həmin gün Azərbaycan nümayəndələri tam heyətdə Paris Sülh
konfransının iclasında iştirak edirdi. İclasa zəmanənin ən böyük siyasi xadimləri -
Lloyd Corc, Klemanso, Nitti, Kambon, Matsi, Kerzon, Çerçil, Foş, Bitti, Vilson və
digərləri toplanmışdı.
1256
İclasda Ali Şuranın 10 yanvardakı tapşırığı üzrə ingilis
nümayəndələri tərəfindən hazırlanmış memorandum oxundu. Memorandumda
aşağıdakı tədbirlər nəzərdə tutulurdu: 1. Azərbaycan və Gürcüstan tanınsın /bu
bənd artıq həyata keçirilmişdi - C.H./; 2. Denikinə göndərilən və yolda olan silah
və sursat Azərbaycana, Gürcüstana və Ermənistana göndərilsin; 3. Azərbaycan və
Gürcüstana əlavə olaraq, ərzaq, maliyyə və hərbi /silah və sursat/ yardım
göstərilsin; 4. Bakı və Batumun müdafiəsini möhkəmləndirmək məqsədi ilə əlavə
tədbirlər görülsün; 5. Xəzər sahilinin müdafiəsi təmin edilsin, bolşevik ordusu və
donanması Xəzər dənizinə buraxılmasın. Denikinin dəniz donanması müttəfiqlərin
ümumi istifadəsinə qaytarılsın, bu mümkün olmadıqda həmin donanma
batırılsın.
1257
İclasda marşal Ferdinand Foş müttəfiqlərin hərbi ekspertlər Şurasının
məruzəsi ilə çıxış etdi. Ən böyük mübahisə, yardımın necə və hansı formada
göstərilməsi barədə idi. Hərbi ekspertlərə başçılıq edən marşal Foş Cənubi Qafqaza
bir neçə diviziya göndərməyi zəruri hesab edirdi. Feldmarşal Vilson Ferdinand
Foşu müdafiə edərək əlavə etdi ki, Britaniya donanması Xəzər dənizində təşəbbüsü
ələ almasa, Cənubi Qafqazı saxlamaq mümkün olmayacaq. Hərbi nazir U.Çerçil
1254
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, vol.IX,
p.866
1255
З.Авалов. Независимость Грузии в международной политике, с.245
1256
La reconnaissance de l'independance de l'Azerbaidjan et de la Georgie.// Bulletin d'Information de
L'Azerbaidjan. Paris, 1920, 1 Fevrier, №8, p.1-2
1257
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, vol.IX,
p.903-904
363
Henri Vilsonla razılaşdı və bildirdi ki, İngiltərə Xəzər dənizinə nəzarət etməsə,
Zaqafqaziyaya göndərilən bütün silah bolşeviklərin əlinə keçəcəkdir.
1258
Lloyd
Corc hərbi ekspertlərin təkliflərinə qəti şəkildə etiraz etdi. O, qeyd edirdi ki,
hərbçilər siyasətdən baş çıxara bilmirlər. "Əgər Cənubi Qafqazı ordu göndərmədən
saxlamaq mümkün deyilsə və əgər göndərilən silah itiriləcəksə, məntiqi şəkildə
yardımdan imtina etmək lazımdır. Hərbçilərin qərarını beləmi başa düşmək
lazımdır?",
1259
- deyə Lloyd Corc marşal Foşdan soruşurdu. Marşal Foş haqlı
olaraq, Qafqazın bolşevik təcavüzündən xilas olunmasını ora ordu göndərilməsində
görürdü. Beləliklə, marşal Foşun başçılığı ilə hərbi ekspertlər bilavasitə ordu
göndərilməsi, Lloyd Corcun təsiri altında olan siyasətçilər isə silah, hərbi sursat
verilməsi ilə yardım göstərilməsinə tərəfdar oldular. Azərbaycan və Gürcüstana
hərbi kömək göstərməyin zəruriliyini qeyd etməklə yanaşı, Lloyd Corc
aydınlaşdırmaq istəyirdi ki, bu respublikalar göndərilən yardımdan səmərəli
istifadə edə biləcəklərmi, yaxud general Denikinə göndərilən yardım kimi bu da
bolşevik ordusunun əlinə keçməyəcək? Konfransın sədri J.Klemanso hərbi
ekspertlərə müraciət edərək soruşdu: hansı təhlükə bu ölkələri təhdid edir və Lloyd
Corc tərəfindən qaldırılan məsələlərlə bağlı müttəfiqlər tərəfindən göstərilən
yardımdan səmərəli istifadə etmək mümkün olacaqmı?
1260
Lord Kerzon məlumat
verdi ki, o, hazırda gözləmə zalında olan Qafqaz respublikalarının nümayəndələri
ilə geniş müzakirələr aparmışdır. Onlar hazırda bolşeviklərin hücum edəcəyindən
bərk narahatdırlar. Onlar belə hesab edirlər ki, silah və sursat vaxtında çatsa,
təhlükəni sovuşdurmaq olar. Əks təqdirdə, onların hökumətlərinin yıxılması
qaçılmaz olacaq. Lord Kerzon dedi ki, hər ehtimala qarşı onları dinləmədən qərar
qəbul etmək lazım deyildir. J.Klemanso bu ideyanı bəyəndi və qərara alındı ki,
Azərbaycan və Gürcüstan nümayəndələrini dinləsinlər.
1261
Qafqaz nümayəndələri
iclasa qatıldıqdan sonra Klemanso onlara müraciət edərək dedi: "Cənablar! Hazırda
konfrans Azərbaycan, Gürcüstan və Dağıstana silah, sursat və ərzaq göndərilməsi
məsələsini müzakirə edir. Təkliflər səsləndirildi ki, siz bolşeviklərin ölkələrinizə
ehtimal olunan hücumunun mümkünlüyü və sərəncamınızda olan müdafiə
vasitələri haqqında ətraflı məlumat verəsiniz. Biz bilmək istəyirik sizə ayırdığımız
köməyi necə istifadə etmək niyyətindəsiniz. Biz sizə effektli yardım göstərməyə
hazırıq, lakin bilmək istəyirik sizin ölkələriniz indi hansı vəziyyətdədir. Bu kömək
bolşeviklərə qarşı effektli istifadə edilə biləcəkmi, yaxud Denikinlə olduğu kimi
bolşeviklər bu silahı ələ keçirəcəklər və vəziyyət daha da ağırlaşacaq. Razılıq
əsasında hər iki nümayəndənin adından İ.Sereteli çıxış etdi. O, qeyd etdi ki,
Gürcüstan və Azərbaycanın müttəfiqlərin yardımına böyük ehtiyacı vardır.
İ.Sereteli dedi: "Hər iki respublika eyni halda bolşeviklərin hücumunu gözləyir,
1258
Ibid, p.903
1259
Ibid, p.891
1260
Ibid, p.893
1261
Ibid, p.891
364
lakin məlum deyildir biz müdafiə oluna biləcəyik, ya yox. Əgər Antantanın köməyi
gəlsə, bolşeviklər hücumu təxirə sala bilərlər. Əgər biz bolşevik hücumundan
müdafiə olunmaq istəyiriksə, bu halda yardıma böyük ehtiyacımız vardır." Jorj
Klemansonun -"Siz ordu istəyirsinizmi?", - sualına İ.Sereteli - "bu daha yaxşı olar,
bolşeviklər gec-tez Cənubi Qafqaza hücum edəcəklər", - deyə cavab verdi.
İ.Sereteli dedi: "Bizim xalqlar belə düşünür: əgər bolşeviklər hücum edəndə
Antanta kömək etsə, hücumu ötüşdürməyə ümid etmək olar. Lakin bu kömək çox
mühümdür və təcili göstərilməlidir. Denikin bizim torpaqlarımıza soxulanda
adamlar ona qarşı vuruşmaq istəyirdilər, lakin ümidsiz idilər. İndi xalq görür ki,
onların müstəqilliyi tanınıb və bizi əmin edirlər ki, dağlılar da daxil olmaqla, bütün
qüvvələri bolşeviklərə qarşı səfərbər edəcəklər və müstəqilliyi qoruyacaqlar. Biz
müharibə istəmirik. Biz, hətta mümkün olsa, bolşeviklərlə sazişə gəlməyə belə
hazırıq." Jorj Klemanso İ.Seretelidən soruşdu: "Siz həqiqətən bolşeviklərlə saziş
imzalaya bilərsiniz?" Sereteli cavab verdi ki, "bəli, lakin onlar bizə hücum
etməyəcəklərinə və xalq içərisinə nifaq salmayacaqlarına təminat verməlidirlər."
O, əlavə etdi ki, "əgər biz güclü olsaq və Antanta bizə kömək etsə, bolşeviklər
bizim istiqlaliyyətimizi tanımaq məcburiyyətində qalacaqlar və öz niyyətlərindən
əl çəkəcəklər." Sonra Lloyd Corc Azərbaycanın silahlı qüvvələri haqqında ətraflı
sorğu-sual aparmağa başladı. Azərbaycan nümayəndəliyinin müşaviri
M.Məhərrəmov məlumat verdi ki, zəruri olan silah və sursat olarsa, qısa müddətdə
Azərbaycanda 100 min nəfər adamı orduya səfərbərliyə almaq olar. Lloyd Corcun
"bu gün sizin ordunuz varmı?", - sualına cavab olaraq M.Məhərrəmov dedi: "Bizim
kiçik ordumuz var, azərbaycanlı generalların komandanlığı altında yaxşı təlim
görmüş 50 minlik ordu var. Lakin 10-12 min əsgərin silahı var." Lloyd Corc eyni
sualı İ.Sereteliyə verdikdə Sereteli dedi ki, 15 min nəfərdən ibarət olan nizami ordu
16 batalyondan ibarət olub, yaxşı təlim görmüşdür. Əgər bizim silahımız olsa, iki
həftə ərzində 50 min nəfər səfərbər edə bilərik. Lord Kerzon söz alaraq,
Azərbaycan nümayəndələrinə belə bir sual verdi: "Məndə olan məlumata görə,
Azərbaycan əsgərlərinin bir hissəsi türklərdir. Türk əsgərlərinin olması gələcəkdə
bolşeviklərə qarşı döyüşə mane olmazmı? M.Məhərrəmov dedi ki, Azərbaycan
Rusiya tərəfindən işğal edildiyindən əhalinin böyük bir hissəsi kömək üçün
Türkiyəyə müraciət etdi. Onda türk ordusu Qafqazı azad etdi, bu ordunun
zabitlərinin müəyyən hissəsi keçmiş Azərbaycan və Dağıstan sakinləri idi. Türklər
Qafqazı tərk etdikdən sonra Azərbaycanda qalan türk zabitlərinin sayı 50 nəfərdən
artıq deyillər, onlar qafqazlıdırlar və biz əminik ki, onlar da bütün xalq kimi bizim
azadlığımız uğrunda bolşeviklərə qarşı vuruşacaqlar.
1262
İclasda çıxış edən
Ə.Topçubaşov qeyd etdi ki, Azərbaycan Respublikasının bolşeviklər və Denikinin
əleyhinə heç bir niyyəti yoxdur. O, Rusiyanın daxili işlərinə qarışmaq fikrində
deyildir. Lakin Azərbaycanın müstəqilliyi üçün təhlükə törədən hər iki qüvvədən
1262
Ibid, p.895-896
365
özünü müdafiə etmək üçün bütün imkanlardan, ilk növbədə isə müttəfiqlərin
yardımından səmərəli istifadə etməyi zəruri hesab edir. Əli Mərdan bəyin fikrincə,
müttəfiqlər Ənzəlidə olan ingilis donanması vasitəsi ilə Bakının müdafiəsinə
əhəmiyyətli köməklik göstərə bilərdilər. Ə.Topçubaşov Şimaldan gələn ordu ilə
Cənubi Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasının
da Müttəfiqlər tərəfindən de-fakto tanınmasını təklif etdi.
1263
Ə.M.Topçubaşovun
bu sözlərindən sonra Lloyd Corc Denikinin Dağıstana hücumunun səbəbləri ilə
maraqlandı. Sereteli dedi ki, Denikin Dağıstana və bütün Cənubi Qafqaza Rusiya
əyaləti kimi baxır. F.Nitti bilmək istədi ki, Qafqaz dövlətlərinin tanınması
bolşeviklərə qarşı müqavimət mühiti yaradacaqmı? İ.Sereteli bu sualı müsbət
cavablandırdı və əlavə etdi ki, bu tanınma de-yure ilə tamamlansa, müqaviməti
xeyli artıra bilər. M.Məhərrəmov söhbətə qoşulub məlumat verdi ki, Azərbaycan
hökuməti Denikin donanmasının bölüşdürülməsinin əleyhinədir. İndi Denikin
ordusu məğlub olduqda, matroslar arasında bolşeviklərə rəğbət yaranmışdır. Yəqin
ki, onlar bolşeviklər tərəfinə keçəcəklər, bu da Bakı üçün və bütün Cənubi Qafqaz
üçün təhlükə yaradacaq. Lloyd Corc maraqlandı ki, əgər silah gəlsə, Bakını
müdafiə etmək olarmı? Bakının müdafiəsi üçün nə qədər adam səfərbər etmək
olar? M.Məhərrəmov dedi ki, Bakıda artıq güclü qarnizon vardır. Klemanso bu
qarnizonun sayını dəqiqləşdirmək istədikdə M.Məhərrəmov 7 min rəqəmini
səsləndirdi. Sonrakı müzakirələr Qafqaz respublikalarının nümayəndələri olmadan
davam etdirildi.
1264
İclasın bu mərhələsində U.Çörçil marşal F.Foşdan soruşdu ki,
o, Qafqazın müdafiəsi məsələsinə müstəqil məsələ kimi, yoxsa bolşeviklərə qarşı
mübarizə məsələsinin bir hissəsi kimi baxır. Marşal Foş cavab verdi ki, o, bu
məsələyə bolşeviklərə qarşı mübarizənin bir hissəsi kimi baxır. U.Çörçil Denikinin,
yoxsa bolşeviklərin Qafqaz üçün daha təhlükəli olduğunu soruşduqda Ferdinand
Foş bolşeviklərin daha təhlükəli olduğunu bildirdi və dedi ki, ilk növbədə,
bolşeviklərin cənuba doğru hərəkətini dayandırmaq, yeni yaranmış dövlətləri
gücləndirmək lazımdır. O, Şərqi Avropa və Cənubi Qafqaz respublikalarının
bolşevizmə qarşı ittifaqının yaradılmasını təklif edirdi. Marşal Foşun bu
sözlərindən sonra iclas hərbi ekspertlərin iştirakı olmadan öz işini davam
etdirdi.
1265
İclasın gedişində lord Kerzon Ermənistanın Azərbaycan və Gürcüstanla
birlikdə tanınmamasının səbəblərini izah etdi. O, dedi: mən Azərbaycan və
Gürcüstanın tanınması təklifinə görə şəxsən məsuliyyət daşıyıram. Mən ona görə,
Ermənistanı təklif etmədim ki, Türkiyə ilə sülh müqaviləsi imzalanmadığından
Ermənistanın tanınması məsələsi məqsədə uyğun sayılmırdı. Amma buna
baxmayaraq, bu gün Ermənistanın tanınması üçün əsas var. Bugünki mövcud
Ermənistan, Gürcüstan və Azərbaycan kimi paytaxtı İrəvan olmaqla keçmiş
1263
Ibid, p.901-902
1264
Ibid, p.892-895
1265
Ibid, p.897-898
366
Rusiyanın ucqarlarında yerləşir. Bundan əlavə, Ermənistan dövləti Cənubi
Qafqazın digər dövlətləri kimi bolşevizmə qarşı vuruşacağına vəd verir. Ümid
edirəm ki, bu tanınma Türkiyə ilə müqavilədən sonra Ermənistanın sərhədlərinin
tanınmasına mane olmayacaqdır. J.Klemanso Ermənistanın de-fakto tanınması
məsələsini də səsə qoydu və məsələ müsbət həll olundu. Sonra Lloyd Corc
məlumat verdi ki, ABŞ konqresi Ermənistana 25 milyon dollar məbləğində
köməklik göstərməyi müzakirə edir. Onun fikrincə, bu məbləğ Qafqaz dövlətləri
arasında bölünsəydi, daha yaxşı olardı. Qafqaza ordu göndərməklə bağlı Lloyd
Corc dedi: Marşal Foş Qafqaza üç diviziya ordu göndərilməsinin zəruriliyini bəyan
etdi. Tamamilə aydındır ki, Britaniya hökuməti bu diviziyaları ayıra bilməyəcəkdir.
Jorj Klemanso həmin anda əlavə etdi ki, biz də bunu edə bilmərik. F.Nitti də qeyd
etdi ki, biz də heç bir ordu göndərə bilmərik. Bununla da fikir mübadiləsi başa
çatdı. İclasa yekun vuran Lloyd Corc Cənubi Qafqaz respublikalarına təcili şəkildə
silah, hərbi sursat və ərzaq göndərilməsi ilə yardım göstərilməsini vacib hesab etdi.
Azərbaycan və Gürcüstana ordu göndərmək məsələsinə gəldikdə isə o, etiraf etdi
ki, bu mümkün deyildir. Cənubi Qafqaz respublikaları özləri öz hərbi qüvvələrini
möhkəmləndirmək üçün tədbirlər görməlidirlər və Bakının müdafiəsi xüsusilə
möhkəmləndirilməlidir. Lloyd Corc Ə.Topçubaşovun Dağlılar Respublikasının de-
fakto tanınması barəsindəki təklifini müdafiə etdi.
1266
Eyni zamanda o, açıq şəkildə
bəyan etdi ki, bolşeviklərə, ancaq Bakı lazımdır. Göndəriləcək silahın bolşeviklərin
əlinə keçmə təhlükəsi ilə bağlı Lloyd Corc dedi ki, onsuz da bolşeviklərin əlinə
böyük həcmdə silah keçib, indi 25 min və ya 50 min silahın onların əlinə keçməsi
heç nəyi dəyişmir. Nəticədə müzakirə edilən məsələlərlə bağlı Ali Şura Qafqaz
məsələsinə dair dörd bənddən ibarət qərar qəbul etdi: 1. Ermənistan və Dağlılar
İttifaqı de-fakto tanınmalıdır. Bu qərar Türkiyə məsələsi ilə bağlı baxılacaq,
Ermənistanın sərhədləri məsələsinə toxunmur; 2. Müttəfiq hökumətləri Cənubi
Qafqaz respublikalarına ordu göndərmək imkanına malik deyildirlər; 3. Müttəfiqlər
Cənubi Qafqaz respublikalarına silah, hərbi sursat və ərzaq göndərməklə köməklik
göstərəcəklər; 4. Marşal Foşdan və feldmarşal Vilsondan xahiş edilsin ki, Cənubi
Qafqaz respublikalarına göndəriləcək hərbi materialların nədən ibarət olması və
hansı yolla çatdırılması məsələsinə baxsınlar.
1267
Bu iclasla nəinki Paris Sülh
konfransı öz işini, eyni zamanda onun sonuncu iclasına sədrlik edən Fransanın Baş
Naziri Jorj Klemanso da öz siyasi fəaliyyətini başa çatdırdı. 1929-cu ildə
J.Klemanso vəfat edən zaman Azərbaycanın istiqlaliyyətinin tanınmasındakı roluna
və xidmətlərinə görə Ə.M.Topçubaşov Azərbaycan Sülh nümayəndəliyinin rəhbəri
kimi Fransa hökumətinə səmimi bir başsağlığı verdi. Orada deyilirdi: "Fransanın
böyük siyasi xadimlərindən biri kimi Jorj Klemansonun vəfatı bizi dərindən
1266
Mir Yacoub. Le probleme du Caucase, p.123
1267
Papers Relating to the Foreign Relations of the United States. The Paris Peace Conference, vol.IX,
p.902
367
kədərləndirmişdir. Biz azərbaycanlılar həmişə xatırlayacağıq ki, Azərbaycanın
müstəqilliyi Klemansonun sədrliyi ilə tanınmışdır.
1268
Qərar qəbul edildikdən sonra İtaliyanın Baş naziri F.Nitti bildirdi ki, İtaliya
rəsmi şəkildə Qafqaz respublikalarına hərbi material göndərə bilməz, çünki İtaliya
parlamenti Rusiyanın daxili işlərinə müdaxilə etməmək haqqında qərar qəbul
etmişdir. Lakin Nitti, Lloyd Corc və Klemansonun təzyiqi ilə Qafqaz
respublikalarına qeyri-rəsmi yolla silah və hərbi sursat göndərməyə razılıq verdi.
Eyni zamanda F.Nittiyə cavab olaraq, Lloyd Corc iclası yekunlaşdırarkən dedi ki,
Kolçak və Denikindən fərqli olaraq de-fakto tanınan Azərbaycana və Gürcüstana
göstərilən hərbi yardıma Rusiyanın daxili işlərinə müdaxilə kimi baxıla bilməz.
1269
Beləliklə, 1920-ci ilin yanvarında Paris Sülh konfransında Azərbaycan
Respublikasının siyasi cəhətdən tanınması dəyişən siyasi şəraitlə yanaşı,
Ə.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndələrinin uğurlu diplomatik
fəaliyyətinin nəticəsi hesab edilməlidir. Böyük çətinliklər və məhrumiyyətlər
hesabına müstəqilliyin tanıdılması uğrunda mübarizəni Ə.Topçubaşov Parisdən
Azərbaycan hökumətinin başçısı N.Usubbəyova hələ, 1919-cu ilin noyabrında
göndərdiyi məktubda belə dəyərləndirirdi: "Siyasət qədər çox dəyişən və elastik
heç nə yoxdur. Elə buna görə də, onun qabarması və çəkilməsi həmişə
gözlənilməzdir. Lakin elə bir dövr başlanır ki, bizim də azad, müstəqil yaşamaq
ümidlərimiz möhkəmlənir və gerçək bir formaya düşməyə can atır. Biz heç vaxt
ümidimizi itirmirik, hətta keçmiş Rusiyanın bütün xalqları üçün əlverişsiz anlarda
belə, hətta о vaxt bizə əbəs yerə zəhmət çəkdiyimiz deyiləndə belə ümidimizi
üzməmişdik. Ona görə belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya
biləcəyinə və ən nəhayət, nəyin bahasına olursa-olsun istiqlaliyyət əldə
edəcəyimizə inanırıq. Bununla belə biz başqa kiçik xalqların təsirli mübarizələrini
də yaddan çıxarmamışıq. О xalqlar yarım il, bir il ərzində deyil, on illərlə və daha
böyük zaman, uzun illər ərzində, özləri üçün azadlıq əldə etmək naminə çalışıblar
və çox böyük şəxsi və maddi qurbanlar bahasına istəklərinə nail olublar. Belə
dəyərli xoşbəxtliyin qarşısından biz heç vaxt çəkilmirik və çəkilməyəcəyik də,
çünki özümüz üçün buna bərabər başqa heç nə bilmirik. Biz arzu edirik ki, hamı,
bizim bütün xalqımız dərk etsin ki, bu aylarda, bu günlərdə biz azad siyasi-ictimai
və iqtisadi həyata qadir olmağımızın sübutu yolunda imtahan vermək istəyirik."
1270
1268
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan A.M.Toptchibacheff - Le Cabinet
a envoyé carte 29 novembre 1929.// Ministère des Affaires Etrangère de France, (МАЕ) Archives
Diplomatique, Correspondance politique et commerciale, 1914-1940 Série «Z» Europe 1918-1940
Sous-Série URSS Russie-Caucase (Azerbaïdjan) Direction des Affaires Politiques et Commerciales 1
avril 1920-31 décembre 1929, vol. 639, folio 307
1269
Documents on British Foreign Policy, vol.II, p.924
1270
Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı M.Topçubaşovun
Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.970, s.l, i-146, v.27-28
368
Müttəfiqlərin Ali Şurası tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınması
barədə məlumatı Qafqazda olan İngiltərənin səlahiyyətli nümayəndəsi Oliver
Uordrop Azərbaycan hökumətinə bildirdi. Yanvar ayının 12-də o, Tiflisdən Bakıya
göndərdiyi teleqramda yazırdı: "Lord Kerzon məni vəkil etmişdir Azərbaycan
hökumətinə bildirim ki, dünən o, Parisdə təcili olaraq Azərbaycanın və
Gürcüstanın de-fakto tanınması barədə təklif vermişdir. Müttəfiqlərin Ali Şurası
yekdilliklə bu qərarı qəbul etmişdir."
1271
Azərbaycan nümayəndələrinin
respublikanın müstəqilliyinin de-fakto tanınması barədə Parisdən göndərdikləri
məlumat da bu məktubdan az sonra respublika hökumətinə yetişdi.
1272
Yanvar
ayının 18-də isə İtaliyada olan Azərbaycan hərbi missiyasının başçısı general
İ.Usubov Romadan Azərbaycan hökumətinin sədrinə və müdafiə nazirinə
göndərdiyi teleqramda Azərbaycan Respublikasının tanınması haqqında qərarın
yanvarın 17-də İtaliya Xarici İşlər Nazirliyində ona təqdim edildiyini bildirirdi."
1273
Yanvar ayının 12-də O.Uordropun teleqramı alınan kimi hökumətin təcili
iclası çağırıldı. Paris Sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın
istiqlaliyyətinin tanınması kimi böyük hadisəni qeyd etmək üçün xüsusi tədbirlər
müəyyən edildi. Yanvar ayının 13-də bu mühüm hadisə ilə bağlı hökumət
məlumatı elan edildi və hökumət teleqramı ilə yanvar ayının 14-də bütün
Azərbaycanda bayram şənliklərinin keçirilməsi barədə məlumat verildi.
Respublikanın paytaxtında mitinq və nümayişlərin, Azərbaycan ordusunun hərbi
paradının və Azərbaycan Parlamentinin təntənəli iclasının keçirilməsi haqqında
qərar qəbul edildi. Yanvar ayının 14-nün bütün Azərbaycanda qeyri-iş günü olduğu
bildirildi.
1274
Yanvarın 14-də respublikanın baş naziri N.Usubbəyovun
"Azərbaycan vətəndaşlarına" müraciəti elan edildi. Orada deyilirdi: "Vətəndaşlar!
1918-ci sənənin mayis ayının 28-də Azərbaycan millətinin əzmü qərarı ilə müstəqil
elan edildi. Şiddətli hadisələr və fəlakətlər içərisində cümhuriyyət doğmuşdu.
Bütün məmləkət qanlı iğtişaş və fəlakətə məruz qalaraq təxrib və təxriş edilməkdə
idi. Kəndi müqəddəratını təyin etmiş və öz müqəddəs hüququna imal etmiş millət
az bir zamanda iğtişaşa xitam verib, dövlət əsasını müvəffəqiyyətlə qurdu.
Gələcəkdə milli qayə və amalımızın felən icrayə qonulması üçün müşkülata
baxmayaraq, Azərbaycan öz hissəsinə düşən ağır imtahanlardan şərəflə çıxmağa
müvəffəq oldu. Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən
millət kəndi iradəsilə hürr və demokratik yeni Azərbaycan Cümhuriyyətinin təsis
və davamına təntənəli surətdə müvəffəq oldu. Azərbaycan istiqlaliyyəti haqqında
böyük müttəfiqlər Şurayi Alisi tərəfindən müttəhimən rəy qəbul edilmişdir.
1271
Tiflisdə Britaniya Ali komissarı Uordropun Azərbaycan Respublikasının Gürcüstanda diplomatik
nümayəndəsi F.Vəkilova məlumatı. 12.01.1920. //ARDA, f.897, s.l, i.69, v.13
1272
Ə.M.Topçubaşovun N.Usubbəyova təcili diplomatik məlumatı. 12.01.1920. //ARDA, f-897, s.l,
i.69, v.18
1273
General İ.Usubovun N.Usubbəyova teleqramı. 18.01.1919. //ARDA, f.970, s.l, i.157, v.48
1274
Celebration de l'independence de la Republique d'Azerbaidjan.// Bulletin d'Information de
L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier, №9, p.4-5
369
Аzərbaycan bütün hüquqa malik olaraq, Qərbin pişrov millətləri ailəsinə daxil
olması onun tarixində ən işıqlı bir gündür. Bu gündən etibarən ruhən və mənən
tərəqqi edərək, millətin qüvveyi-mənəviyyəsi gün-gündən nəşvü nüma edəcəyinə
şübhə yoxdur. Yenidən nə növ maneə və xətalar baş versə də, hürr və müstəqil
məmləkətin səadətini təmin etmək yolunda bütün vətəndaşların yekvücud olaraq
müavintət və müzahirətdə bulunacaqlarına hökumət iman ediyor. Yaşasın müstəqil
Azərbaycan xalqı".
1275
Yanvar ayının 14-də saat 10-da Bakıda bayram şənlikləri başlandı, saat 12-
də isə Parlamentin təntənəli iclası açıldı. Deputatlardan başqa bütün hökumət
üzvləri, İngiltərə, Gürcüstan, Estoniya və Polşa diplomatik nümayəndələri də
iclasda iştirak edirdilər. Sədrlik edən Həsən bəy Ağayev parlamentin iclasını
açaraq, sözü 1919-cu ilin dekabr ayının 24-də yenidən xarici işlər naziri təyin
edilmiş Xan Xoyskiyə verdi. Аzərbaycan istiqlaliyyətinin elan edilməsi və onun
böyük dövlətlər tərəfindən tanınması uğrunda mübarizənin ağırlığını öz
çiyinlərində çəkənlərdən biri Fətəli Xan Xoyski öz qısa təbrik nitqində dedi:
"1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin
bunu elan etmək hələ az idi. Bütün dünyaya sübut eləmək lazım idi ki, biz müstəqil
həyata layiqik. Və ötən il yarımda Azərbaycan xalqı Avropaya sübut etdi ki, o,
müstəqil yaşaya bilər, müstəqil idarə edə bilər. Azərbaycan xalqının həyat
qabiliyyətinə inanan Avropa bizim müstəqilliyimizi tanımağı lazım bildi. Birinci
Azərbaycan hökuməti təşkil olunduğu vaxt, onun başında mən dururdum, indi isə
bizim respublikamızın müstəqilliyinin tanınması haqqında xəbəri sizə çatdırmağı
özüm üçün böyük xoşbəxtçilik hesab edirəm."
1276
Parlamentin iclasına sədrlik edən
Həsən bəу Ağayev öz çıxışında göstərirdi ki, Azərbaycan Respublikasının on
doqquz ay yarımlıq mövcudiyyətindən sonra Antanta onun müstəqilliyini tanıdı.
"Bu bayram tək bizim bayramımız deyil, bütün türk xalqının bayramıdır. Sübut
etmək lazım idi ki, biz müstəqil həyata layiqik. Avropa bizim dövlətimizdə olan
nümayəndələri vasitəsi ilə bizim xalqın həyat qabiliyyətinə inandı və bizim
müstəqilliyimizi tanıdı. Böyük qurbanlar bahasına biz buna nail olduq."
1277
Sonra
o, müstəqilliyin tanınması ilə bağlı Gürcüstan Milli Məclisi, Ermənistan hökuməti,
Gürcüstan müsəlman Milli Şurası, Qafqazda Alman mərkəzi Şurası, Azərbaycanda
yaşayan polyakların, Norveç konsulunun, Azərbaycanda yaşayan Krım tatarları və
digərlərinin göndərdikləri təbrik teleqramlarını oxudu.
1278
İclasda M.Ə.Rəsulzadə,
A.B.Səfikürdski, S.Ağamalıoğlu, M.A.Quxman, S.A.Vonsoviç, A.D.Malxazyan,
1275
Aux Citoyens de l'Azerbaidjan.// Bulletin d Information de L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier,
№9, p.4; İstiqlal, 1920, 18 yanvar.
1276
Au Parlement. Seance solennalle du 14 Janvier.// Bulletin d'Information de L'Azerbaidjan. Paris,
1920, 15 Fevrier, №9, p.5-6; Yanvar ayının 14-də keçirilən Parlamentin təntənəli iclasının stenoqramı.
14.01.1920. //ARDA, f.895, s.l, i.259, v.3
1277
Yenə orada, v.6
1278
Au Parlement. Seance solennalle du 14 Janvier.// Bulletin d'Information de L'Azerbaidjan. Paris,
1920, 15 Fevrier, №9, p.6
370
V.A.Bakaradze təbrik nitqi söylədilər. Parisdəki Azərbaycan nümayəndələri
M.Ə.Rəsulzadənin parlamentin tarixi iclasındakı istiqlaliyyətin tanınması ilə bağlı
parlaq nitqinin tam mətnini fransız dilinə tərcümə edib, informasiya bülletenində
dərc etmişdilər.
1279
İclasın sonunda Azərbaycanın müstəqilliyinin tanınması
münasibəti ilə amnistiya elan etmək haqqında hökumətin qərarını ədliyyə naziri
Хəlil bəу Xasməmmədov oxudu.
1280
Parlamentin təntənəli iclasından sonra
müstəqilliyin tanınması ilə bağlı Azərbaycan xarici işlər naziri Xan Xoyski qəbul
keçirdi. Baş nazir N.Usubbəyov, parlamentin sədrinin müavini H.Ağayev, bütün
nazirlər və millət vəkilləri, Bakıdakı xarici nümayəndəliklər qəbulda iştirak etdilər.
Fətəli xan Azərbaycanın həyatında baş vermiş bu tarixi hadisə ilə bağlı təbrik nitqi
söylədi.
1281
Bakı ilə yanaşı, Gəncədə də təntənəli istiqlal bayramı keçirildi.
"Azərbaycan" qəzeti yazırdı: "Yanvarın 13-də Gəncə şəhərinə qeyri-rəsmi bir
xəbər çatdı ki, Azərbaycan istiqlalı Versal Аli Şurası tərəfindən təsdiq edilmişdir.
Bu xəbər üzərinə hər kəs bir-birini təbrik ilə qarşılayırdı. Axşama doğru rəisi-
vükəla həzrətlərinin rəsmi teleqrafları alınmış olduğundan bütün şəhər sevinirdi...
14 yanvar Gəncədə çox az görülmüş günlərdən idi. Saat 1-də Gəncə Bələdiyyə
idarəsinin fövqəladə bir iclası oldu... Gəncə valisi Xudad bəy Rəfibəyli cənabları
əvvəlcə rusca, sonra türkcə olaraq, hökumət rəisi tərəfindən gələn rəsmi teleqramı
oxudu. Təsdiq xəbərini yetirən bu sevinc teleqrafı sürəkli alqışlarla qarşılandı.
Müqəddiməyi təşkil edən bələdiyyə rəisi müavininin nitqindən sonra Axundzadə
Cavad, Səfikürdski Ağalar bəу, Məşədi Yusif Fərzxanov, Xuluflu Vəli və sevgili
ədibimiz Köçərli Firudin bəу əfəndi tərəfindən nitqlər söylənib təbriklər edildi."
1282
İstiqlaliyyətin tanınması münasibətilə Azərbaycan mətbuatında xeyli yazılar
getdi. Yanvar ayının 14-də rəsmi hökumət orqanı olan "Azərbaycan" qəzeti yazırdı
ki, bu gündən etibarən Azərbaycan və Gürcüstan respublikaları xalqların
beynəlxalq ailəsinə daxil olurlar.
1283
"İstiqlal" məcmuəsi yanvar ayının 18-də
yazırdı: "Çoxdan gözlənilən bayram gəldi. Böyük hadisə bərpa oldu. Ələski ildən
bəri millətin bütün əqsamı tərəfindən min müşkülata təhəmmül edilən böyük
mübarizə müvəffəqiyyət qazandı. Avropanın və yalnız Avropanın deyil, bəlkə də
bütün dünyanın idarəsini əllərində bulduran böyük dövlətlər tərəfindən
cümhuriyyətimizin istiqlalı tanındı: ...Tarixin içində olduğumuzdan keçirdiyimiz
bayramın əzəmətini, bəlkə də lüzumunca təqdir edəmiyoruz... Fikrən kəndimizi əlli
sənə bundan sonra bir zamanda təsəvvür edə bilsək, о zaman nə kibi bəxtiyar
adamlar olduğumuzu, nə şanlı və şərəfli bir zamanda dünyaya gəldiyimizi oxurda
1279
Au Parlement. Seance solennalle du 14 Janvier. Discours de M.Rassoul-Zade.// Bulletin
d'Information de L'Azerbaidjan. Paris, 1920, 15 Fevrier, №9, p.6-7
1280
Yanvar ayının 14-də keçirilən Parlamentin təntənəli iclasının stenoqramı. 14.01.1920. //ARDA,
f.895, s.l, i.259, v.16
1281
Азербайджан, 1920, 16 января.
1282
Azərbaycan, 1920, 22 yanvar.
1283
Азербайджан, 1920, 14 января.
371
qibtə edəriz. Əvət, əslafımızın heç şübhəsiz böyük həyəcanlar və qeyrətlərlə
oxuyacağı bu dövrü-tarixdə bulunuşumuzla iftixar edə biləriz."
1284
İstiqlaliyyətin dünya siyasətini müəyyən edən dövlətlər tərəfindən tanınması
Azərbaycan türklərinin öz gücünə inamını, sabaha ümidini artırmışdı.
Azərbaycanın istiqlaliyyətinin Paris Sülh konfransının Ali Şurası tərəfindən
tanınması münasibəti ilə M.Ə.Rəsulzadə yazırdı: "Mülki və siyasi hüquqlardan
məhrum edilmiş, dövlətin idarəsinə yaxın belə buraxılmayan Şərqin zülm altında
inləyən xalqlarından biri ilk imkan düşən kimi bütün çətinliklərə baxmayaraq,
mədəni cəmiyyət yaradılmasında elə ləyaqət nümunəsi göstərdi ki, onun bu
qabiliyyəti sayəsində Azərbaycan Cümhuriyyəti müttəfiqlərin və bütün dünyanın
diqqətini cəlb etdi və beynəlxalq həyata daxil oldu. Müttəfiq dövlətlərin Ali
Şurasının 1920-ci il yanvarın 11-də toplanmış iclası Azərbaycan Cümhuriyyətini
de-fakto tanıdı. Rusiya imperiyasının xarabalıqları üzərində yaradılmış
Cümhuriyyətlər arasında Azərbaycan Avropanın inandığı yeganə müsəlman
qurumu idi. Bu yeni türk dövləti bütün müsəlman dünyasında yaradılmış yeganə
türk cümhuriyyəti idi. Türk dünyasında və türk tarixində bu böyük və xoş məramlı
hadisəni yalnız onunla bilavasitə bağlı olan Azərbaycan bayram etmirdi."
1285
Beləliklə, 1918-ci ilin 28 mayı və 15 sentyabrından sonra Azərbaycanın taleyində
və tarixində üçüncü mühüm hadisə baş verdi. Azərbaycanın müstəqilliyinin Paris
Sülh konfransı tərəfindən tanınması gənc respublikanın dünya birliyinə qovuşması,
geniş əməkdaşlıq sisteminə daxil olması üçün böyük imkanlar açdırdı. Elə bu
məramla da 1920-ci ilin yanvar ayının 29-da Azərbaycan nümayəndə heyətinin
başçısı Ə.M.Topçubaşov və Gürcüstan heyətinin başçısı N.Çxeidze ölkələrinin
bolşevizmə qarşı birgə müdafiə olunacağı barədə birgə bəyanatla çıxış etdilər.
1286
Fevral ayının 10-da isə hər iki nümayəndəliyin başçıları Birləşmiş Ştatların Parisdə
olan səfirinə xüsusi məktubla müraciət edib, Vaşinqtonu Azərbaycan və
Gürcüstanın müstəqilliyinin tanınması barədə Versal Ali Şurasının qərarına
qoşulmağa çağırdı.
1287
Lakin bu zaman ABŞ Birinci Dünya müharibəsinin sonunda
başlanmış təcridçilikdən beynəlmiləlçiliyə keçidin acı məğlubiyyətini yaşayırdı.
Həmin keçidin banisi sayılan Vudro Vilson təcridçilərin böyük müqaviməti ilə
qarşılaşmışdı.
Dostları ilə paylaş: |