hərbi İnqilab Şurasının üzvü
Q.K.Orconikidze ilə sıx əlaqələndirirdilər. A.İ.Mikoyan başda olmaqla,
"Azərbaycan" bolşevikləri XI Qırmızı Ordunun Azərbaycanı işğal etmək
planlarının həyata keçirilməsində, işğal əməliyyatının vaxtının müəyyən
edilməsində fəal iştirak edirdilər.
XI Ordu aprel ayının 26-da artıq Azərbaycan sərhədlərini keçmiş, aprelin
27-də Quba və Qusar işğal edilmişdi.
1418
Hərbi qüvvələr əsasən, Qərb cəbhəsində
olduğu üçün XI Qırmızı Orduya qarşı Samur sərhəd qoşunlarının müqaviməti ciddi
itki ilə nəticələndi. Hərbi nazir S.Mehmandarovun aprel ayının 27-də ordunun
yerləşdiyi qərb cəbhəsinə vurduğu təcili teleqramın da heç bir əhəmiyyəti olmadı.
O, bildirirdi: "Bolşeviklər Yalama stansiyasına hücum edib, içəriyə doğru hərəkət
edərək, Xudatı tutmuşlar, vəziyyət böhranlıdır. Əmr edirəm, elə bu gün hər birində
500 tüfənglidən az olmayaraq, Qazaxdan bir batalyon və Gəncədən bir batalyonu
Qızılburuna göndərin".
1419
1415
Интернациональная помощь XI армии в борьбе за победу Советской власти в Азербайджане.
Документы и материалы. 1920-1921 г. г.Баку, 1989, с.19
1416
Bakıda vəziyyət
haqqında G.Orconikidzenin V.İ.Leninə və G.V.Çiçerinə teleqramı.
23.04.1920.//RDSSTA, f.85, s.13, i.6, v.l
1417
Azərbaycan sülh şərtlərini diktə etməyin zəruriliyi haqqında G.Orconikidzenin V.İ.Leninə və
Q.V.Çiçerinə teleqramı. 24.04.1920.// RDSSTA, f.85, s.13, iş.7, v.l
1418
Токаржевский Е.A. Из истории иностранной интервенции и гражданской войны в
Азербайджане. Баку, 1957.
1419
Стeклов А. Армия Мусаватского Азербайджана. Баку, 1928. с.43.
408
Respublikanın Sovet Rusiyası tərəfindən təcavüzə məruz qaldığı,
sərhədlərinin pozulduğu barədə Azərbaycan hökuməti aprelin 27-də müttəfiqlərin
Tiflisdəki nümayəndələri Qraf de Martelə, polkovnik Qabbaya və H.Luko təcili
məlumat göndərdi. Azərbaycan hökuməti müttəfiqlərin nümayəndələrindən xahiş
edirdi ki, Ermənistanın Azərbaycana yenidən hücum etməməsi üçün Ermənistan
hökumətinə təsir göstərsinlər. Çünki, baş vermiş təcavüz aktı ilə əlaqədar hökumət
öz qoşunlarını Qarabağdan və Ermənistanla sərhəd rayonlarından çıxarmağı
planlaşdırırdı.
1420
Müttəfiqlərin nümayəndələri elə həmin gün Ermənistan hökuməti
ilə əlaqəyə girdilər. Aprel ayının 28-də Ermənistan hökuməti bildirdi ki, onların
orduları dayandıqları mövqelərdən irəliləməyəcək və Azərbaycana hücum
etməyəcəklər. Bunun müqabilində onlar bir sıra şərtlər irəli sürürdülər.
1421
Lakin
gec idi. Aprelin 28-də artıq Bakı tutulmuş, rus qoşunları Kürdəmir və Yevlaxa
qədər irəliləmişdilər.
Sovet Ordusunun Bakıya yaxınlaşdığı məqamda - aprelin 27-si gündüz saat
4-də Azərbaycan bolşevikləri, RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və
fəhlə konfransı adından XI Ordu dəstələrinin Biləcəri stansiyasında dayanmasına
arxalanaraq, respublika parlamentinə hakimiyyəti təhvil vermək haqqında
ultimatum təqdim etdilər. Aprelin 27-də axşam belə bir ultimatum hələ
yaranmamış Azərbaycan Sovet hökuməti Qırmızı donanmasının komandanı Çingiz
İldırımın imzası ilə parlamentə verildi. Orada deyilirdi: "Azərbaycan Sovet
Sosialist Respublikasının Qırmızı Donanması Sizə təklif edir ki, yubanmadan
hakimiyyəti yoldaş Nəriman Nərimanov başda olmaqla, Azərbaycan fəhlə-kəndli
hökumətinə verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq,
Bakının bütün əhalisi üçün sülh və sakitliyin qorunacağına təminat verir. Cavab bu
sənəd alınandan sonra iki saat ərzində verilməlidir, əks təqdirdə atəş
açılacaqdır".
1422
Qeyd etmək lazımdır ki, hələ bundan xeyli əvvəl böhranlı mart günlərində,
ümumiyyətlə, 1920-ci ilin baharında Azərbaycan parlamenti və hökumətində fikir
ayrılıqları yaranmışdı. Şimaldan təhlükə reallaşdıqca Sovet Rusiyasına qarşı sərt
xəttin tərəfdarı olan xarici işlər naziri F.Xoyski qrupu ilə, güzəştçilik siyasətinin
tərəfdarları olan daxili işlər naziri M.Hacınski qrupu arasında ixtilaflar
dərinləşmişdi. F.Xoyski tərəfdarlarının M.Hacınski tərəfdarlarını hökumətdən
uzaqlaşdırmaq tələbi axıra çatdırılmadı. M.Hacınski daxili işlər nazirliyindən
uzaqlaşdırılsa da, hökumətdə yeni mühüm bir vəzifə - ticarət və sənaye naziri
1420
Le 28 avril 1920 Télégramme à chiffrer № 28-29 Haut Commissaire Français Constantinople Pour
Diplomatie Communiquer Amiral. // Ministère des Affaires Etrangère de France, Archives
Diplomatique, vol. 639, folio 12; Azərbaycan hökumətinin qraf de Martelə, polkovnik Qabbaya və
K.Lyükə təcili diplomatik məlumatı. 27.04.1920. //ARPİİCPİHDA, f.276, siy.9, iş 15, v.43.
1421
Ermənistan Respublikasının Gürcüstanda diplomatik nümayəndəsi Tumanyanın Ermənistan XİN-nə
teleqramı. 29.04.1920.//ARPİİCPİHDA, f.276, siy.9, iş 15, v.45.
1422
Çingiz İldırımın Azərbaycan Parlamentinə ultimatumu. 28.04.1920. // RDSSTA, f.85, s.27, i.
313,v.20
409
vəzifəsini tutdu. Aprelin əvvəllərində hökumət böhranı baş verdikdə isə yeni
hökuməti təşkil etmək M.Hacınskiyə tapşırıldı. Lakin o, müxtəlif bəhanələrlə yeni
hökumətin təşkil edilməsini yubadır, bolşeviklərlə birlikdə koalisyon hökuməti
yaratmaq üçün bolşevikləri hökumətə daxil olmağa çağırırdı. Son anda bolşeviklər
hökumətə daxil olmaqdan imtina etdilər.
1423
Bütün qeyd edilən məsələlərlə yanaşı,
1920-ci ilin aprelində olmuş ciddi hökumət böhranı da öz növbəsində XI Qırmızı
Ordunun Bakıya daxil olması üçün əlverişli şərait yaradırdı. Hökumətdə olan fikir
ayrılıqları parlamentdə siyasi partiyalar arasındakı fikir ayrılıqlarını da gücləndirdi.
Bu parlamentin sonuncu təcili iclasında özünü qabarıq şəkildə nümayiş etdirdi.
Həmin vaxt Bakıya səfər edən Gürcüstan Müdafiə Nazirliyinin yüksək rütbəli
əməkdaşı general Q.Kvinitadze öz xatirələrində yazır ki, 1920-ci ilin aprelində
Azərbaycan ziyalıları arasında, əsasən, üç meyl var idi. Ziyalıların böyük hissəsi
Türkiyəyə meylin tərəfdarı idi, ikinci hissə Azərbaycanın tam müstəqilliyinə
üstünlük verirdi, üçüncü az bir hissə isə, bu və ya digər bayraq altında Rusiyaya
birləşməyə tərəfdar idilər. Denikinin məğlubiyyəti və bolşeviklərin bilavasitə
Azərbaycan sərhədlərinə yaxınlaşmasından sonra bu meylin tərəfdarları
güclənmişdi.
1424
Aprelin 27-də Parlamentin sonuncu iclasına M.Ə.Rəsulzadə sədrlik edirdi.
Kəskin diskussiyaların gedişində sosialist fraksiyası və onlara yaxın olan
fraksiyalar hakimiyyəti bolşeviklərə vermək tələbini müdafiə etdilər. Həmin axşam
Parlamentdəki tarixi çıxışında M.Ə.Rəsulzadə göstərirdi: "Qardaşlar! Qarşımızda
bir ultimatum durur. Burada təslimdən bəhs edilir. Fəqət qardaşlar, təslim nə
deməkdir. Kimə görə mövqeyimizi tərk edirik? Bizə deyirlər ki, hüdudlarımızdan
keçən ordunun başında Nicati adında bir türk komandanı var. Rusiyadan gələn bu
təcavüzkar ordu təxminən bilirəm ki, həyat və ölüm mübarizəsi aparan Türkiyəni
xilas etmək üçün gedir. Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin
amalını uca eyləyən müqəddəs bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni
biz, məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı,
müstəqilliyimizi çeynəməsin. Halbuki qardaşlar, bizdən soruşmadan torpağımıza
keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu
təbliğat düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun
istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsi
ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya
ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etməyə, ultimatumu qəbul
etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali nifrətlə rədd edirik... İstiqlalımızı
göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisin dinlədiyi bir ultimatumu qəbul
etməsi, hökuməti öz əliylə dost cildinə girmiş bir düşmənə təslim etməsi deməkdir.
1423
ARDA, f.970, s.l, i.224, v.5
1424
Генерал Г.И.Квинитадзе. Мои воспоминания в годы независимости Грузии, с. 162
410
Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü
çıxarmalıdır".
1425
M.Ə.Rəsulzadə və Şəfi bəy Rüstəmbəyovun kəskin etirazlarına
baxmayaraq, iclas axşam saat 11-də hakimiyyəti dinc yolla bolşeviklərə vermək
haqqında qərar qəbul etdi. Hökumət öz fəaliyyətini dayandırdı. M.Ə.Rəsulzadə
deyirdi: "...Yazıqlar olsun ki, biz "Bir kərə yüksələn bayraq bir daha enməz"
idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal
bayrağını qırmızı bir bezə dəyişdik".
1426
Azərbaycan Parlamentinin hakimiyyəti
təhvil vermək haqqında qərarında deyilirdi: "Sizin 27 aprel tarixli məktubunuzu
müzakirə edərək, onun məzmununu indiki vəziyyətlə tutuşduraraq, bizim
seçdiyimiz komissiya sizin təklifinizi, о cümlədən:
1. Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycanın tam müstəqilliyinin
qoruyub saxlanılmasını;
2. Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumətin müvəqqəti
orqan olacağını;
3. Нər hansı kənar təzyiqdən asılı olmayaraq, Azərbaycanın əsl idarə
formasını fəhlə, kəndli və əsgər deputatlarının timsalında Azərbaycanın ali
qanunvericilik orqanının yaranacağını;
4. Hökumət idarələrindəki qulluqçuların tutduğu vəzifələrdə qalmasını
(yalnız vəzifəli şəxslər əvəz olunur);
5. Yeni yaradılmış kommunist hökumətinin hökumət və parlament (keçmiş
- C.H.) üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığını təmin edəcəyini;
6. Qırmızı Ordunun döyüşlə Bakı şəhərinə daxil olmasına yol verməmək
üçün tədbirlər görüləcəyini;
7. Yeni hökumətin Azərbaycanın müstəqilliyini tapdalamaq məqsədilə hər
hansı bir kənar həmləyə (haradan olursa-olsun) qarşı qəti tədbirlərlə və əldə olunan
bütün vasitələrlə mübarizə aparacağını nəzərə alıb Azərbaycan parlamenti bu
şərtlərə əməl edəcəklərini bildirdikləri üçün səs çoxluğu ilə hakimiyyəti müsəlman
kommunistlərinə vermək barədə qərar qəbul edir.
1427
Lakin cəmisi bir neçə saat sonra bu razılaşmanın əksinə olaraq, Anadoluya
getmək bəhanəsi ilə Biləcəri stansiyası yaxınlığına gəlib çatmış XI Qırmızı Ordu
Bakıya daxil oldu. İşğal faktı başa çatdıqdan sonra yeni hakimiyyət aprel ayının
29-da gündüz saat 14-də Sovet hakimiyyətinə ordu göndərilməsi haqqında rəsmi
müraciət etdi. Müraciətdə Qırmızı Ordu dəstələrinin göndərilməsi ilə real köməklik
göstərilməsi xahiş edilirdi. Müraciətdə deyilirdi: "Xarici və daxili əksinqilabın
1425
"Ağ ləkə"lərin qara kölgəsi. Bakı, 1991, s.95-96
1426
M.Ə. Rəsulzadə Əsrimizin Səyavuşu. Bakı, 1991, s.55
1427
Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. II cild. Bakı, 1998, c.978-979; Le 29 avril 1920
Télégramme à chiffrer № 30 Haut Commissaire Français Constantinople. // Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 13
411
birləşmiş quldur dəstələrinin təzyiqinə öz qüvvəsi ilə müqavimət göstərməyə
imkanı olmayan Azərbaycan Müvəqqəti İnqilab komitəsi dünya imperializminə
qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqı bağlamağı Rusiya Sovet
Respublikası hökumətinə təklif edir və Qızıl Ordu dəstələri göndərmək yolu ilə
dərhal həqiqi yardım göstərməyi xahiş edir".
1428
Halbuki istənilən ordu artıq
Bakıda idi və Anadoluya getmək də yaddan çıxmışdı. Az sonra imzalanmış
müqavilənin heç bir bəndinə bolşeviklər tərəfindən əməl edilmədi. Bununla da,
Azərbaycanın tarixində mühüm hadisə olan 23 aylıq istiqlala son qoyuldu və
Azərbaycan yenidən Rusiya tərəfindən işğal olundu. Bolşevik emissarlarının
yazışmalarından aydın olur ki, Azərbaycanın müstəqilliyinin müsəlman
kommunistləri tərəfindən saxlanacağına verilən vədlər deklarativ xarakter daşıyırdı
və onların səlahiyyətləri çərçivəsində olan bir məsələ deyildi. Bu İ.Stalinin
Azərbaycana müdaxilənin başlandığı anda, aprel ayının 27-də, Moskvaya
G.Çiçerinə göndərdiyi teleqramdan daha aydın görsənir. О yazırdı: "Siz tamamilə
haqlısınız ki, yoldaş Orconikidze müəyyən qədər özünəməxsus xətt yeridir. Mənim
fikrimcə, bu onunla izah olunur ki, Azərbaycan reallıqlarına tamamilə uyğun
olmayan bu təlimat ona (eləcə də bizə) yoldaş Lenin tərəfindən verilib. Belə ki, biz
Bakıda heç bir şansı olmayan qabaqcadan baş verəcək üsyana ümid bəsləyirik..."
Azərbaycanın gələcək müstəqilliyi haqqında söhbətlərə gəldikdə İ.Stalin yazırdı:
"Mənə belə gəlir gələcək (güman edilən) müstəqillik ciddi praktiki əhəmiyyəti
olmayan yalnız bəyanat formasında təsəvvür edilə bilər."
1429
Aprel ayının 28-də AK(b)P MK Azərbaycanda Sovet hakimiyyətinin elan
edilməsini xüsusi teleqramla V.İ.Leninə xəbər verdi. Aprelin 29-da V.İ.Lenin şüşə-
çini istehsalı fəhlələrinin ümumrusiya qurultayında deyirdi: "... dünən Bakıdan
aldığımız bir xəbər göstərir ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşmaqdadır:
sənayemizin yanacaqsız qaldığı bizə məlumdur, indi isə xəbər almışıq ki, Bakı
proletariatı hakimiyyəti öz əlinə almış və Azərbaycan hökumətini yıxmışdır. Bu, о
deməkdir ki, indi bizim bütün sənayemizi canlandıra biləcək bir iqtisadi bazamız
vardır... Beləliklə, nəqliyyatımız və sənayemiz Bakı neft mədənlərindən çox böyük
yardım alacaqdır".
1430
Bu "köməyi" gözləməyə çox vaxt lazım gəlmədi. May
ayının 4-də Q.K.Orconikidze və S.M.Kirov V.İ.Leninə məlumat verirdilər ki,
mədənlər və ticarət donanması tamamilə təhlükəsizdir. Neft məhsullarının ehtiyatı
300 milyon puddur, gündəlik istehsal 20 milyon puddur. Hələlik, Həştərxana 1,5
milyon pud göndərilir. Göndərişin həcmi Həştərxandan asılı olacaq.
1431
1428
Ordu göndərilməsi haqqında Sovet hökumətinə teleqram. 29.04.1920. // Rusiya Federasiyası Dövlət
Arxivi, f. 130, s.4, i.496, v.25
1429
İ.Stalinin Moskvaya teleqramı. 27.04.1920.// ARPİİ SPİHDA, f.1, s.l, i.2a, v.4
1430
V.İ.Lenin. Azərbaycan haqqında. s. 168
1431
Ordu göndərilməsi haqqında sovet hökumətinə müraciət. 29.04.1920. // Rusiya Federasiyası Dövlət
Arxivi. F.139. s.4. i.496, v.25
412
Aprel ayının axırlarında Bakının işğalı başa çatdıqdan sonra may ayının 4-
də V.Leninə göndərdikləri teleqramda Q.K.Orconikidze və S.M.Kirov
Azərbaycanın işğalını belə təsvir edirdilər: "Azərbaycan Kommunist komitəsinin
aprel ayının 28-nə keçən gecə hakimiyyətin kommunistlərə verilməsi haqqında
hökumətə təqdim edəcəkləri tələblərindən məlumatlı olan bizim ordumuz aprelin
26-da Azərbaycan sərhədlərini keçdi. Bizim zirehli qatarımız bu zaman Xaçmazda
idi. Qısa müşavirədən sonra hökumət hakimiyyətin müstəsna olaraq,
müsəlmanlardan təşkil olunmuş Azərbaycan və Bakı İnqilab Komitəsinə verdi.
Müstəqil Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. İnqilab Komitəsinin
birinci addımı hərbi kömək üçün və hərbi ittifaq bağlamaq təklifi ilə Sovet
Rusiyasına müraciət etməsi oldu. Bizim ordumuz şəhərə müqavimətsiz girdi.
Hakimiyyət kommunistlərə verildikdən iki saat sonra tərkibində piyada
batalyonları olan bizim zirehli qatar Bakıya gəldi".
1432
Teleqramda V.Leninə
bildirilirdi ki, ən yaxın zamanlarda Azərbaycanda baş verənlər eynilə Gürcüstanla
da olacaq. Ona görə, teleqram müəllifləri tövsiyə edirdilər ki, Gürcüstanla heç bir
danışıq aparılmasın.
1433
Ən nəhayət, aprel ayının 23-də G.Çiçerinə teleqramında
təcili olaraq, N.Nərimanovun göndərilməsini acizanə surətdə xahiş edən
Orconikidze indi V.Leninə yazırdı ki, Xalq Komissarlar Soveti N.Nərimanova heç
bir vəkalət verməsin.
1434
May ayının 7-də V.İ.Lenin, İ.V.Stalin və G.V.Çiçerinə
göndərdikləri teleqramda Q.K.Orconikidze və S.M.Kirov yenidən Gürcüstan
məsələsinə toxunaraq yazırdılar ki, gürcü qüvvələrinin mübarizə apardığı indiki
vəziyyət bizim müdaxiləmiz üçün çox əlverişlidir. Azərbaycanda baş verənlər kiçik
dəyişikliklərlə burada da təkrar olunacaqdır. Bundan əlavə, Gürcüstan ələ
keçirilməsə, Azərbaycanın işğalı müsəlmanlarda çox qəzəb doğura bilər, halbuki
Azərbaycan hökuməti bütün mümkün güzəştlərlə sülh bağlamağa hazır idi.
1435
Göründüyü kimi, Azərbaycanın işğalına bolşeviklər bütün Cənubi Qafqazın ələ
keçirilməsi kimi baxırdılar. Bakının tutulması onların fikrincə, iqtisadi
əhəmiyyətindən başqa, daha çox siyasi əhəmiyyətə malik idi. May ayının 3-də
Q.K.Orconikidze bildirirdi: "Azərbaycan paytaxtının tutulması Sovet Rusiyasının
ucqarlarında "yeni yaranmış dövlətlər" və bir çox başqa müstəqil əksinqilabçılar
üçün bir dərs olduğundan siyasi baxımdan az əhəmiyyətli deyildir. Bu dövlətlər
vasitəsi ilə Qərbi Avropanın burjua diplomatları "bolşevizm təhlükəsindən"
mühafizə olunacaqlarını fikirləşirdilər".
1436
1432
Q.K.Orconikidze və S.M.Kirovun V.İ.Leninə teleqramı. 04.05.1920.// RDSSTA, f.850, c.13. i.12,
v.100
1433
Yenə orada. v.100
1434
Yenə orada, v.101
1435
Q.K.Orconikidze və S.M.Kirovun V.İ.Leninə, İ.V.Stalinə və G.V.Çiçerinə teleqramı. 07.05.1920.
//RDSSTA, f.5, c.l, i.245, v.l
1436
Q.K.Orconikidzenin Vladiqafqaza teleqramı. 04.05.1920. // RDSSTA, f.85, с 13, i.10, v.2
413
Hadisələrin araşdırılması göstərir ki, 1920-ci ilin aprelində Azərbaycanda
nə inqilabi şərait mövcud idi, nə də inqilab baş verdi. Sadəcə olaraq, xarici təcavüz
nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq, dünya
ölkələri tərəfindən tanınmış suveren dövlət zor tətbiq etməklə işğal edildi.
Bolşeviklər hakimiyyəti qəsb etdilər. XI Qırmızı Ordu ilə Bakıya gələn bolşevik
Pervuxin öz xatirələrində yazır ki, aprel ayının 28-də səhər adamlar küçələrdə nə
baş verdiyindən xəbərsiz idilər. Onlar əsgərlərdən soruşurdular: "İvan, heç olmasa
deyin görək nə baş verib, kim hakimiyyəti qəsb edib? Bizim yerli bolşeviklər,
yoxsa gəlmələr?"
1437
Bu hadisələrin fəal iştirakçısı H.Sultanov da sonralar etiraf
edirdi ki, Sovet hakimiyyəti Azərbaycana hazır formada, XI ordusunun süngüsü ilə
gətirildi. Həmid Sultanov 1920-ci ilin oktyabrında keçirilmiş AK(b)P-nın II
qurultayındakı çıxışında göstərirdi ki, hakimiyyətin devrilməsi üçün MK heç bir
fəhlə, heç bir kəndliyə göstəriş verməmişdi. О deyirdi ki, hakimiyyətin
devrilməsində mən yaxından iştirak etmişəm. Ona görə elə bilirdik ki, arxamızda
MK-dan olan əziz yoldaşlarımız deyil, bizim Yalamada olan qırmızı süngümüz
dayanır. Mən hökumətə tələbləri verməyə gedəndə qətiyyən MK-ya
arxalanmırdım. Mən bilirdim ki, indi də olmasa, sabah, ya da birisi gün qırmızı
süngü burada olacaq. Bu müddət ərzində əgər məni və mənim yoldaşlarımı
öldürsələr, Bakı fəhlələri qalacaqdır və Sovet hakimiyyətini hazır formada
alacaqdır. Belə də oldu, biz Sovet hakimiyyətini hazır formada aldıq, onu bizə
hazır formada gətirdilər".
1438
Azərbaycanda hakimiyyəti ələ keçirən bolşeviklərin
ilk addımlarından biri Bakıda olan xarici dövlətlərin diplomatik nümayəndələrini
həbs etmək oldu.
1439
Bütövlükdə, Bakıda həbs edilən xaricilərin sayı 400 nəfər
idi.
1440
Cənubi Qafqazda Britaniya Ali Komissarı H.Lukun məlumatı əsasında
Ənzəliyə getmək üçün İstanbul - Tiflis yolu ilə hərəkət edən admirallığın birinci
lordu B.Frezer başda olmaqla 32 Britaniya donanma zabitləri məhz aprel ayının
28-də Bakıya yetişdilər və elə həmin gün də bolşeviklər tərəfindən həbs edildilər.
Hələ aprel ayının əvvəllərində Zaqafqaziyada Britaniya Ali Komissarı O.Uordropu
əvəz etmiş H.Luk İstanbula, "Qara dəniz ordusuna" teleqram vuraraq Ənzəliyə
ingilis donanma zabitlərinin göndərilməsinin zəruriliyini bildirmişdi. Bu addım
Xəzər dənizində güclənmiş bolşeviklərin ehtimal edilən təhlükəsindən Ənzəli
1437
1917-1918-ci illərdə Bakıda və Azərbaycanda inqilabi hadisələr haqqında xatirələr. Pervuxinin
xatirələrindən. // AR Pİİ SPİHDA, f.276, c.2, i.20, v.72
1438
Azərbaycan K(b)P-nın II qurultayının stenoqramı. Oktyabr, 1920. // AR Pİİ SPİHDA, f.1, s.1. i.8,
v.280
1439
Commissariat de la République Française au Caucase. Monsieur de Martel Commissaire français au
Caucase à Son Excellence Monsieur Millerand Président du Conseil Ministre des Affaires Etrangères.
Le 24 mai 1920.// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 639, folio
77
1440
Information Renseignements sur Bakou. Le 25 août 1920. // Ministère des Affaires Etrangère de
France, Archives Diplomatique,vol. 639, folio 158
414
limanının müdafiəsini möhkəmləndirmək məqsədilə atılırdı. H.Lukun teleqramına
əsasən, təcili şəkildə 32 Britaniya donanma zabiti İstanbul - Tiflis - Bakı yolu ilə
Ənzəliyə yola salınmışdı. Aprel işğalı zamanı Bakıda həbs olunan həmin zabitlər
bir neçə ay sonra bolşeviklər tərəfindən hərbi əsirlər kimi İngiltərə ilə
dəyişdirildi.
1441
Bir sıra Qərb tarixçiləri haqlı olaraq qeyd edirlər ki, Qafqazın vaxtilə çar
Rusiyası tərəfindən işğal edilməsi ilə Sovet Rusiyası tərəfindən işğal edilməsi
arasında tarixi bir paralellik mövcuddur.
1442
F.Kazımzadə yazır: "Ölkənin adı və
zahiri müstəqillik forması saxlanılsa da, qısa bir müddət ərzində Azərbaycanı yenə
də Rusiya uddu".
1443
1979-cu ilin may ayında ABŞ-ın beynəlxalq əlaqələr üzrə
agentliyinin Vilson Mərkəzi və SSRİ-ni öyrənən C.Kennan institutunun birgə
keçirdiyi konfransda çıxış edən F.Kazımzadə göstərirdi ki, "Qırmızı Ordu 1920-21-
ci illərdə Cənubi Qafqaz respublikalarını işğal etdi. Moskva öz ağalığını
pərdələmək üçün yeni yaranmış bolşevik hökumətləri ilə müqavilələr bağladı.
Əslində isə Cənubi Qafqaz Moskvanın müstəmləkəsi kimi idarə olunurdu".
1444
Amerika alimi R.Payps da Azərbaycanın işğal olunması faktını təsdiq edir. O, yazır
ki, 1920-ci il aprel ayının 28-də başda Orconikidze və Kirov olmaqla XI Ordunun
qoşunları Bakıya gəlib Azərbaycanı işğal edərək Sovet hakimiyyətini qurdular.
1445
Qərb tarixçilərindən U.Allen, P.Muratov, X.Seton-Uotson, A.Spektor, U.Kolarz,
S.Uimbiş, A.Beniqsen, R.Syüni, T.Svyatoçevski və digərləri də bu fikirdədirlər.
1446
Aprel ayının sonunda San-Remo konfransından Parisə dönən Azərbaycan
nümayəndələri Bakının işğalı xəbərini Fransa mətbuatından aldılar. Bu məlumatı
alan kimi Ə.M.Topçubaşov Fransa Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə
müraciət edib Azərbaycan Nazirlər Şurasına təcili radioqram göndərilməsi işində
köməklik göstərilməsini onlardan xahiş etdi. Ə.M.Topçubaşov bu radioqrama
1441
Bax: H.Luke. Cities and men. Oxford, 1953, p. 101-104; D. de Martel - Affaires Etrangères
Télégramme à l'arrivée Duplicata, Tiflis par Constantinople, le 28 mai 1920. // Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 101
1442
W. Allen and Paul Muratof. Caucasian Battlefields, p.500
1443
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.285
1444
Бах: Советский Азербайджан: мифы и действительности, с.25
1445
R.Pipes. The Formation of the Soviet Union: Communist and Nationalism, 1917-1923. Cambridge,
1964, p.227
1446
Bax: W.Allen, P.Muratof. Caucasian Battlefields: A History of the Wars and Turco - Caucasian
Border (1828-1921). Cambridge, 1953; V.Kolarz. Russia and Her Colonial. London, 1953; I.Spector.
The Soviet Union and thc Moslem World. 1917-1958, Wash. 1958; A.Bennigsen, E.Wimbush. Moslem
National Communism in the Soviet Union: А Revolutionary Strategy for the Colonial World. Chicago,
London, 1979; R.Suny. The Baku Commune, 1917-1918: Class and Nationalist. Princeton (N.Y.), 1972;
H.Seton-Watson. The New Imperialism. London, 1961; T.Swietochowski. Russian Azerbaijan, 1905-
1920: The Shaping of National Identity in Moslem Community. Cambridge, 1985; T.Swietochowski.
Russia and Azerbaijan: A Borderland in Transition. New York, 1995; T.Swietochowski and B.Collins.
Historical Dictionary of Azerbaijan. Lanham, 1999
415
cavab alacağına əmin olduğunu Fransa rəsmilərinə bildirirdi.
1447
Fransa Xarici İşlər
Nazirliyinin köməkliyi ilə Ə.M.Topçubaşov may ayının 3-də Azərbaycan Nazirlər
Şurasının sədrinə bu məzmunda radioqram göndərdi: "Artıq iki gündür qəzetlər
Azərbaycandan alınmış mühüm məlumatlar dərc edir. San-Remodan qayıdan
Azərbaycan nümayəndələri baş vermiş hadisələr barədə məlumatsızdır. Acizanə
şəkildə
rica
edirik
baş
vermiş
hadisələr
barədə
nümayəndəliyi
məlumatlandırın."
1448
Eyni zamanda yubanmadan Parisdə olan Azərbaycan
nümayəndələri müttəfiq dövlətlərin Ali Şurasına, Fransa, İngiltərə, Amerika və
İtaliya hökumətlərinə və xarici dövlətlərin Parisdə olan səfirliklərinə suveren
Azərbaycan dövlətinin Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal
olunduğu haqqında nota təqdim etdilər. Sülh konfransına verilmiş notada
göstərilirdi: "Azərbaycan nümayəndələri ümid edirlər ki, Sülh konfransı
müstəqilliyinin bərpa olunmasında Azərbaycana köməklik göstərəcəkdir".
1449
Bu
məzmunda notalar və müraciətlər dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini
müəyyən edən ölkələrə də verildi. Azərbaycanın Millətlər Cəmiyyətinə
müraciətində deyilirdi: "... Azərbaycan milləti böyük məclisin məsaisini
məmnuniyyətlə salamlar və Millətlər Cəmiyyətinin xidmətlərinin təhəqüqü ilə
bütün bəşəriyyətə səadət gəlməsi ümidini izhar edər. Fəqət, eyni zamanda
Cenevrədə birləşmiş olan millətlər təmsilçilərinə müraciət edərək, Azərbaycan
xalqının məruz qaldığı ələm və nəqab ilə nəzəri diqqətinizi cəlb etmək
istəyirik".
1450
Müraciətdə Azərbaycan Demokratik Respublikasının Azərbaycan
türk millətinin iradəsini ifadə etdiyi, müttəfiqlər tərəfindən tanınan bu dövlətin
həyat qabiliyyətli olduğu göstərilərək yazılırdı: "Fəqət, 1920-ci ilin aprelində rus
bolşevikləri Azərbaycanı istila etdilər və qeyri-bərabər hərbdən sonra Qızıl Ordu
məmləkəti əsgəri işğalı altına aldı... Millətlərin həyatını sülhü-ədalət əsasları
üzərində sırf yaşamaq və sərbəstcə inkişaf etmək üçün mücadilə aparan kiçik
Azərbaycan millətinin çəkdiyi ələmə qarşı laqeyd qalacağınızı zənn etmirik.
Millətlər Cəmiyyətinin nəzəri diqqətinin dünyanın bu güşəsinə yönələcəyinə və ali
məclisin Azərbaycan millətinə və onun haqlı tələbatına mənəvi himayəsini
1447
Président du Parlement, Président de la Délégation de Paix de la République d'Azerbaïdjan
A.M.Toptchibacheff - A Son Excellence Monsieur le Président du Conseil des Ministres et Ministre des
Affaires Etrangères de la Republique Française. Le 3 mai 1920. // Ministère des Affaires Etrangère de
France, Archives Diplomatique, vol. 639, folio 20
1448
Président Délégation Topchibacheff - Président Conseil des Ministres Republique
Azerbaïdjanienne. Le 3 mai 19207/ Ministère des Affaires Etrangère de France, Archives Diplomatique,
vol. 639, folio 21
1449
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.286.
1450
League of Nations from the President of the Peace Delegation of the Azerbaijan Republic.
Bibliotheque de documentation international contemproraine (BDIC, Nanterre), Paris, Microfilms des
archives du gouvernement Azerbaidjan.
416
göstərəcəyinə ümid edirik..."
1451
1920-ci ilin iyun ayının 30-da isə
Ə.M.Topçubaşov sovet ticarət komissarı M.Krasinin Rusiyanın Qərb ölkələrinə
olan borclarının Bakı neftinin həmin ölkələrə konsessiya verilə biləcəyi ilə
ödənilməsi barədə bəyanatına qarşı Versal Ali Şurasının sədrinə etiraz notası
vermişdi.
1452
Sonralar Spa, London, Genuya, Haaqa, Lozanna, Streze
konfranslarına da bu məzmunda müraciətlər verildi. Məsələn, 1920-ci ilin iyul
ayının 4-də Spa konfransına təqdim edilmiş müraciətdə göstərilirdi: "Azərbaycanın
Sülh konfransında olan nümayəndə heyəti Sülh konfransının diqqətini
Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalına yönəltmək istəyir... Versal Ali
Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması xalqın böyük
ruh yüksəkliyinə səbəb olmuşdu. Bu tanınma xalqa ümid verirdi ki, onların
yaratdığı gənc dövlətin həyatında yeni dövr başlayır... Lakin bu tanınmadan az
sonra ölkəmiz bolşeviklər tərəfindən işğal edildi...Yaranmış bu şəraitdə hadisələrin
həllinin açarı müttəfiq dövlətlərin, Sülh konfransının və Millətlər Cəmiyyətinin
əlindədir.
1453
Bu müraciətin surətləri Spa konfransında təmsil olunan ayrı-ayrı
nümayəndə heyətlərinin başçılarına təqdim edildi. Fransa nümayəndə heyətinin
başçısına yazdığı məktubda Ə.M.Topçubaşov bildirirdi ki, rəhbərlik etdiyiniz
Fransa Respublikasının konfransdakı nümayəndə heyətinin Azərbaycan üçün
böyük həyati əhəmiyyət daşıyan məsələlərə diqqət yetirəcəyinə bəslədiyimiz dərin
inamın ifadəsi kimi bu müraciəti Sizə ünvanlayırıq.
1454
Lakin bunların elə bir
əhəmiyyəti olmadı. Hətta ABŞ kimi bir sıra dövlətlər Azərbaycanın Sovet Rusiyası
tərəfindən işğalından bölünməz Rusiya ideyasını və Ermənistanın müstəqilliyini
müdafiə məqamı kimi istifadə etdikdə Ə.M.Topçubaşov 1920-ci ilin avqust ayının
16-da ABŞ-ın Parisdəki səfirinə kəskin bir nota ilə müraciət etməli oldu. Orada
deyilirdi: "Mənim başçılıq etdiyim Azərbaycan Respublikasının Parisdə Sülh
konfransındakı nümayəndə heyəti adından, sizin hökumətə ünvanlanmış
bəyannaməni, cənab Səfir sizə təqdim etmək şərəfindəyəm. Avropa mətbuatı,
Birləşmiş Ştatların Xarici İşlər Nazirliyinin İtaliya səfirliyinə göndərdiyi notasının
tam mətnini dərc etmişdir. Polşa - Rusiya məsələlərindən bəhs edən bu notada,
eyni zamanda, Azərbaycan Respublikasının həyati maraqlarına da toxunulub. Bu
səbəbdən, Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndə
1451
League of Nations from the President of the Peace Delegation of the Azerbaijan Republic.
Bibliotheque de documentation international contemproraine (BDIC, Nanterre), Paris, Microfilms des
archives du gouvernement Azerbaidjan.
1452
A.Toptchibacheff Président de la Délégation de Paix de la République d'Azerbaïdjan - Monsieur le
Président du Conseil Suprême de la Conférence de la Paix. Le 30 juin 1920.// Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 135
1453
Monsieur le Président de la Conférence de la Paix à Spa. Le 4 juillet 1920. // Ministère des Affaires
Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 124-132
1454
Président de la Délégation de Paix de la République d'Azerbaïdjan - А М. le Président de la
Délégation de la République française à la Conférence de Spa. Le 7 juillet 19207/ Ministère des
Affaires Etrangère de France, Archives Diplomatique, vol. 639, folio 133
417
heyəti bu notaya münasibətdə etinasız qala bilməzdi və ona görə də, notanın
Azərbaycana aid məqamlarına Birləşmiş Ştatlar hökumətinin diqqətini cəlb etmək
məcburiyyətindədir. Rus xalqına böyük simpatiya nümayiş etdirən nota rus
xalqının gözəl gələcəyini, Rusiyanın erməni dövlətinə verəcəyi əraziləri çıxmaq
şərti ilə vahid və bölünməz Rusiyada görür. Azərbaycan xalqının rus dövlətindən,
onun gələcəkdə hər hansı forma alacağına baxmayaraq, ayrılmaq və 28 may 1918
il tarixində öz müstəqil Azərbaycan Xalq Cümhuriyyətini yaratmaq qərarına
əsaslanaraq, Azərbaycan nümayəndə heyəti, heç bir halda, gələcək Rusiyaya
münasibətdə bu mövqeylə razılaşa bilməz. Bu qərar bir əsrə yaxın müddətində
rusların Qafqazda və о cümlədən, Azərbaycanda hakimiyyətinin nəticəsidir, çünki
heç bir hüquqa malik olmayan və sayı dörd milyon yarım olan Azərbaycan əhalisi,
öz təbiətinə tam yad olan rus əsarəti altında boğulurdu. Sülh konfransına və
həmçinin, Birləşmiş Ştatlar hökumətinə nümayəndə heyəti tərəfindən təqdim
olunmuş siyasi hesabatlarda, rusların bir əsrlik hakimiyyətindən sonra Azərbaycan
əhalisinin acınacaqlı vəziyyəti gerçək şəkildə təsvir edilmişdir. Azərbaycanlılar rus
İmperiyasının dağılmasından sonra, digər Qafqaz xalqları ilə birlikdə öz
müstəqilliklərini elan etmişlər, bu yolda onlar iki ildən artıq böyük qurbanlar
vermişlər və indi də rus bolşeviklərinə qarşı mübarizələrini davam etdirirlər. Bütün
bu qurbanlar Azərbaycanın gələcəkdə müstəqil yaşamaq arzularından irəli gəlir,
çünki azərbaycanlılar irq, din, dil baxımından slavyanlardan fərqlənirlər və onlarla
nə adətlərində, nə də mənəvi və intellektual düşüncələrində heç bir oxşarlıqları
yoxdur. Əgər Birləşmiş Ştatların Xarici İşlər Nazirliyinin notası, ermənilərin zor
gücünə işğal ediləcəyini səbəb gətirərək, onların müstəqillik hüququnu tanıyırsa,
onda bizə bəyan etməyə icazə verin ki, Qafqazın ruslar tərəfindən işğalı zamanı,
Azərbaycan xanlıqlarının və azad Dağıstanın əhalisinin simasında yalnız
müsəlmanların ruslara qarşı mübarizə apardığını nəzərinizə çatdıraq. Azərbaycanın
və Dağıstanın rus işğalına qarşı mübarizəsi yarım əsr davam edib. Halbuki Qafqaz
erməniləri heç vaxt ruslara qarşı mübarizə aparmayıblar. Ancaq biz, kiçik erməni
millətinə və çox milyonlu rus xalqına ən xoş arzular diləyirik. Biz, sadəcə qeyd
etmək istəyirik ki, kiçik Azərbaycan millətinin də böyük xalqların köməyi və
müdafiəsinə ehtiyacı var və azərbaycanlılar daha çox diqqətə və ədalətli
münasibətə layiqdirlər. Bundan əlavə, Azərbaycan xalqı iki dəfə - 1918-ci ildə və
1920-ci ilin aprel ayından etibarən, rus bolşevikləri tərəfindən dəhşətli müdaxiləyə
məruz qalıblar və hal-hazırda heç bir yerdən kömək almadan onlara qarşı qanlı
mübarizə aparmaqdadırlar. İki dəfə rusların hakimiyyəti nəticəsində bizim kiçik
ölkədə 200 minə yaxın insan qurban olub, dörd şəhər və yüzlərlə kənd talan edilib,
saysız var-dövlət, pul, müxtəlif mallar, Xəzər donanması müsadirə olunub və
ölkənin əsas sərvəti olan Bakının neft sənayesi itirilib. Kiçik ölkə olmasına
baxmayaraq, böyük qurbanlar vermiş Azərbaycan xalqı, Sülh konfransının Ali
Şurası tərəfindən Azərbaycan Respublikasının de-fakto tanınması faktından ilham
alaraq, gələcək azad həyat arzusu ilə yaşayır. Azərbaycanın nümayəndə heyəti
418
inanmaq istəyir ki, böyük dövlət kimi Amerika və onun məşhur prezidenti,
millətlərin öz müqəddəratını təyinetmə hüququnun əsas carçısı olan V. Vilson
kiçik Azərbaycan xalqının artıq həyata keçirmiş öz müqəddəratını təyinetmə
hüququnu tanıyacaqdır. Bunun yolunda Azərbaycan bütün qurbanlara hazırdır.
Azadlığın tərəfdarı olan Amerika xalqına, onun demokratik ictimaiyyətinə
müraciət edərək, Azərbaycan nümayəndə heyəti Amerikanın Xarici İşlər
Nazirliyinin notası ilə əlaqədar bu bəyannaməni sizə təqdim edərək, bildirir ki,
Azərbaycan xalqı hökumət formasından asılı olmayaraq rus dövlətinə
birləşdirilməyəcək və müstəqil Azərbaycan Xalq Cümhuriyyəti olaraq yaşamağa
davam edəcək, bütün ölkələrlə və о cümlədən, gələcək Rusiya ilə iqtisadi
münasibətlər saxlayacaqdır."
1455
Rusiyanın 1914-cü il sərhədlərində bərpasına belə
münasibət digər Qərb ölkələri üçün də səciyyəvi idi. Ona görə də, müraciət edilmiş
Antanta ölkələri bir qayda olaraq Azərbaycanın bolşeviklər tərəfindən işğal
edilməsini sükutla qarşıladılar. Müstəqilliyi Paris Sülh konfransı tərəfindən
tanınmış Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində iştirakı
aprel işğalı ilə sona çatdı. Onun Parisdəki nümayəndələri isə Azərbaycan siyasi
mühacirlərinin ilk dəstəsinə çevrildilər.
Dostları ilə paylaş: |