"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   11   12   13   14   15   16   17   18   ...   78
Conferance Book Economy.(3)


Açar sözlər: Sərbəst zona, azad iqtisadi zona, milli gömrük ərazisi, idarəetmə model, texnoloji bilik, lo-

gistika mərkəzləri. 



IMPORTANCE OF SOCIO-ECONOMIC AND TRADE RELATIONS OF FREE ECONOMIC 

ZONES IN THE REGIONS 

Summary 

Establishing zones for international trade in the economies of countries around the world, providing ware-

house  services  within  the  borders  of  the  country,  importing  products,  and  establishing  zones  that  can  be  used 

without the participation of goods in the border and customs processes have defined the concept of "Free Zone". 

The  main  purpose  of  creating  free  trade  zones  in  free  economic  zones  is  to  facilitate  cross-border  trade  by 

eliminating barriers to customs regulations. 



Keywords: Free Zone, Free Economic Zone, National Customs Territory, Management Model, Techno-

logical Knowledge, Logistics Centers.

 

 

Giriş 

Azad  iqtisadi  zonaların  əhəmiyyətinin  dünya  ölkərləri  tərəfindən  qəbul  edilməsi,  və  Çinin  bu 

saəhədə  geniş  təcrübəsi,  yeni  yaradılmış  azad  iqtisadi  zonalar  üçün  praktiki  model  təşkil  edəcəkdir

Azad  zonanın  mahiyyəti  dedikdə  -  liman,  dəmiryol  şəbəkləri,  nəqliyyat,  logistika  infrastrukturu  və 

ölkələrin  hava  limanları  ətrafında  inşa  edilən,  xaricdən  ölkəyə  gələn  malların  boşaldılması,  ixrac 

olunmuş ölkəyə təkrar göndəriləcəyi, məhsullara milli gömrük ərazisində təyin olunmuş obyekt kimi 

baxılması və bu səbəbdən məhsullar gömrük nəzarətindən keçirilmir və vergiyə cəlb olunmadan digər 

başqa maneələrin ən aşağı səviyyəyə endirildiyi gəlirli məntəqələr kimi qəbul edilir. Bir sıra hallarda 

azad  iqtisadi  zonalar  geniş  maliyyə  imkanlarına  sahib  olan  firmalar  üçün  dünya  bazarlarında  kəskin 

rəqabətə qoşulmasına imkan verən texnoloji park və nəqliyyat yükləmə mərkəzi olaraq qəbul edilir.   

Azad iqtisadi zonaların təsir edən müsbət amilləri: 

  Yük  axınlarının  yalnız  ölkənin  sərhədləri  və  ərazisindən  keçməklə  yanaşı,  məhsulların 

saxlanılması, emalı kimi proseslərin sadələşdirilməsi ölkənin xarici ticarətində mühüm rol oyanyır və 

əlavə  dəyər  formasında  yaranmış  gəlirlərin  həcmini  artırmaq,  işsizliyi  azaltmaq,  texnoloji 

avadanlıqların yeniləşdirmək məqsədi ilə xarici sərmayəni ölkəyə cəlb etmək. 

  Zonalar üçün təyin olunmuş ərazinin şəhərin bir hissəsi, dəniz limanı və yaxud aeroport ya-

xınlığı sahələrini əhatə etməsi, xarici ticarət zamanı edilən fiskal güzəştlər, ixrac və idxal üçün təyin 

olunmuş rüsumların azaldılması və ya ləğvi, amortizasiya ayırmaları, nəqliyyat, əmək haqqı, elmi-tex-

niki tərəqqiyə çəkilən xərclər, vergi dərəclərinın səviyyəsindən azadolmalar kimi üstünlükləri əhatə edir. 

  İdarəetmə  modeli  –  dövlət  və  özəl  sahənin  tərəfdaşlarını  əhatə  edən  modelin  işləmə 

mexanizm kimi təqdim olunması 

  Sənədləşmə  işinin  təşkili–fəaliyyət  zamanı  xarici  nümayəndə  və  sahibkarların  səfəri 

zamanı  müvafiq  viza  və  digər  sənədləşmə  prosesinin  asanlaşdırılması,  sahibkarların  firmalarının 

qeydiyyatı,  qeydiyyat  etmiş  şəxslərin  ölkənin  sərhədləri  çərçivəsində  müəyyən  hüquqlarının  təmin 

edilməsi 

  Məhsullardan  əldə olunmuş maliyyə fəaliyyətlərinin ölkənin konvertləşən valyuta sistemi 

ilə  aparılması,  məhsulların  ölkəyə  gətirilməsi  zamanı  yükləmə-boşaltma,  anbarlama,  izləmə,  montaj, 

idxalat, ixracat, təmizləmə kimi sənaye və digər fəaliyyətlərindən asanlıqla istifadə edilməsi. Ekoloji 

mühitin sağlamlaşdırılması, qorunması istiqamətində görülmüş tədbirlər [1] 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

65  

26-27 October 2018, Baku, Azerbaijan 

Bir  sıra  ölkələr  azad  ticarət  zonalarında  bir-birinin  mallarına  tarif  maneələri  düşürlər  və 

ümumiyyətlə,  hər  bir  yerli  istehsalçının  zərərləri  üzündən  ən  azı  ticarətdən  əldə  edilən  gəliri  əldə 

edəcəklər.  Azad  ticarət  zonasının  yanaşmasındakı  bir  qüsur  ümumi  xarici  tariflərin  olmamasıdır. 

Ölkələr xarici dünyaya təqdim edilmiş tarif baryerlərindən fərqli ola biləcəyi üçün idxalçılar, yanacaq, 

əmək və ya digər xərclər daha yüksək olsa belə, həmişə aşağı qiymətli ölkələr vasitəsilə materiallarını 

göndərməyi  üstün  tutacaqlar.  Belə  növbəli  yükləmə  üsulları  lazımsız  şəkildə  zərərsizdir.  118  ölkədə 

təxminən  3100  azad  ticarət  zonası  var  idi  ki,  burada  təxminən  45  milyon  insan  çalışır.  Bu  FTZ'lər 

ayaqqabı,  paltar,  idman  ayaqqabısı,  oyuncaq,  əlverişli  qidalar,  elektron  mallar  və  s.  Kimi  müxtəlif 

məhsullar  istehsal  edir.  Belə  ticarət  zonalarının  digər  vacib  məqsədləri  ixrac  yönümlü  vahidlərin 

inkişafı, valyuta mənfəətinin artması və məşğulluq imkanları və s.  

Azad xüsusi iqtiasi zonaların müxtəlif sahələrdə təsviri. 

 

 



Mənbə:http://www.taxes.gov.az [4] 

 

İnfrastruktur  sahələrini  müasir  texnologiyalardan  istifadə  etməklə  sahibkarlar  üçün  səmərli 



fəaliyyətin  təşkili,  qabaqcıl  texnologiyaların  ölkəyə  gətirilməsi,  savadlı  və  istedadlı  gənc  kardların 

inkişafı  üçün  təhsil  müəssislərinin  qurulması,  avtomobil,  əhalinin  ərzaq  məhsuları  ilə  təminatının 

təşkili, yüksək texnoloji bilikləri sahəsində məlumatlılığı artırmaq, əməliyyatların rəqəmsal platforma 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

66  

26-27 October 2018, Baku, Azerbaijan 

daxilində  sistem  halında  birləşdirirək  onu  şəffaf  və  təhlükəsizlik  baxımından  vahid  bir  sistem  halına 

gətirməklə inkişafına nail olmaq və yaradılmış sistemdən istifadə etməklə müəssisələrin işləmə prinsi-

pini onlayn formada izləmək, yol verilmiş neqativ halların həmin sistem vasitəsilə saxta informasiya-

ları üzə çıxartmaq, əmsalinin böyük əksəriyyətinin gənclərdən ibarət olması və yaradılmış infrastruk-

tur  sahələrinə  onların  peşəkar  yetişməsinə  və  müəyyən  illərdən  həmin  sənayə  parklarına  xarici 

investoraların maraqlarını təşkil etməsində böyük əhəmiyyət təşkil etmələrinə şərait yaratmaq, zəngin 

iqtisadiyyata malik olan ölkələrin ucuz xammal ehityyatlarına sahib olması üstünlüklərinin prinsipləri, 

ölkənin resurlasına uyğun olaraq məhsul istehsalına, maya dəyəri aşağı olan məhsulların və firmaların 

müvafiq zonalarda yerləşdirilməsi, emalı, və həmin istehsal olunan məhsulların dünya bazarına satışı, 

sənayə parklarının yaradılması qeyri-neft sektorunun ən başlıca amillərdən biri hesab etmək olar.  

Dövlətimiz tərəfindən bu sahələrin həlli yolları kimi “Azərbaycan 2020 gələcəyə baxış” konsep-

siyası  ölkədə  elmtutumlu  məhsulların  inkişafına  yönələcəkdir.  Sadaladığımız  mühüm  amillərdən 

sonra, qeyri-neft məhsullarının ölkənin yerli sahibkarlarının birgə iştirakı ilə ixracın stimullaşdırılması, 

ixtisaslı  kardlarımızın  ilk  növbədə  qonşu ölkələr  ilə  yüksək  şəkildə  ticarət  əlaqlərinin  yaradılmasına 

şərait  yatarmaq,  xarici  dövlətin  məhsulları  idxal  edəcək  şəxslərlə  imzalanmış  memorandum,  mallar 

barədə  sahiblik  hüquqlarının,  məhsulların  ixracı  zaman  gömrük  və  sərhəd  rəsmilləşdirilməsi  zaman 

əldə  olunmuş  səmərli  razılıq  qeyri-neft  sahələrinin  inkişafının  təməli  kimi  qiymətləndirilir.  Ölkənin 

ərazi  potensialından  istifadə  olunaraq  xarici  şirkətlərin  investisiya  qoyluşlarının  təşviqi  ilə 

Azərbaycanda  sənaye  parkları  və  logistika  mərkəzlərinin  yaradılması,  regionların  bu  istiqamətdə 

inkişafının yüksək səviyyədə təmin olunması, gəlirli ticarət mərkəzinə çevirmək, yerli və beynəlxalq 

tərəfdaşların  təcrübələrinin  faydasından  yararlanaraq,  qlobal  dəyər  zəncirinin  də  bir  hissəsi  olmaqla, 

dünyada  keçirilən  satış  sərgilərində  aktiv  fəaliyyət  nəticəsində  ölkənin  yerli  sahibkarlar  və  xarici 

tərəflər arasında körpü rolunu oynamaq, logistika qovşağları kimi tanınan hub şəbəkələrinin ölkəmizin 

beynəlxalq hava limanlarında yaradılmasının təminatçısı kimi çıxış etmək, təchizat zəncirinin beynəl-

xalq təcrübəsi, təhliləri, məlumat bazasına əsasən intellektual idarəetmə xidmətini təkmilləşdirilməsi, 

əsas strateji məqsəd və hədəflərdir.     

2014  -2018  ci  il  dövlət  proqramının  əsas  mahiyyəti  etibarı  regionlarımızın  iqtisadi  coğrafi 

mövqeyindən  aslı  olmayaraq  hansı  regionda  istehsala  yararlı  inşa  edilmə  imkanı  vardırsa,  həmin 

regionda müvafiq olaraq yerli məhsulların istehsalı prosesi başlanılsın.[2] 

İqtisadi zonalar ilə regionların inkişafının əhəmiyyəti, ixrac potensialının ölkənin yerli şirkətləri 

tərəfindən dəstəklənməsi, sosial-iqtisadi layihlərin uğurla həyata keçirilməsi bu gün iqtisadiyyatın mü-

hüm mənəbyi kimi qeyd olunur.  Azad İqtisadi zonların ən parlaq nümunəsi sayılan dünyanın aparıcı 

Heinemann Duty Free (rüsumsuz mallar) şirkəti ilə yarandılmış sıx əlaqələrin nəticəsi kimi Azərbay-

can məhsulu istehsalı olan Azərçay məhsulunun satışı dünya ölkərlərində 55-dən çox beynəlxaql hava 

limanlarında  satışı  həyata  keçirirlir.  İqtisadi  zonalar  ilə  regionların  inkişafının  əhəmiyyəti,  ixrac 

potensialının ölkənin yerli şirkətləri tərəfindən dəstəklənməsi, sosial-iqtisadi layihlərin uğurla həyata 

keçirilməsi bu gün iqtisadiyyatın mühüm mənəbyi kimi qeyd olunur. Azad İqtisadi zonların ən parlaq 

nümunəsi sayılan dünyanın aparıcı Heinemann Duty Free (rüsumsuz mallar) şirkəti ilə yarandılmış sıx 

əlaqələrin  nəticəsi  kimi  Azərbaycan  məhsulu  istehsalı  olan  Azərçay  məhsulunun    satışı  dünya  

ölkərlərində  55-dən  çox  beynəlxaql  hava  limanlarında  satışı  həyata  keçirirlir.  İqtisadi  Zonalar 

çərçivəsində reallaşdırılmış layihələr üçün investisiya tələbi 

 

Mənbə: Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi səh.3 [3] 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

67  

26-27 October 2018, Baku, Azerbaijan 

Göstərilmiş  cədvəldə  izah  olunudğu  kimi,  ilk  prioritetlərdən  sayılan  işsizliyin  azaıdlıması,  bu 

sahədə 150-dən çox iş yerinin açılması, 2020-ci il üçün ölkənin ÜDM-nun 15 milyon manat həcmində 

artırılması, xüsusilə bakının dəniz limanı ətrafındakı unikal mövqeyi və sinerji qüvvələrin birləşməsi 

kimi  mühüm  limanlar  arası  əlaqələrin  qurulmasında  koridor  rolunu  oynayır.  Ölkənin  ümumi  daxili 

məhsulunun  inkişafının  logistika  və  ticarət  sahəsindəki  həcminin  artırılması,  tranzit  yüklərinin 

daşınması  istiqamətində  qovşaqların  tikilməsi  azad  iqtisadi  zonaların  əsas  modeli  olmuşdur.  Misal 

üçün 2017-ci ilin ilk üç ayı ərzində dünyanın 35 ölkəsindən 123 yeni şirkət qeydiyyatdan keçib, Jpelin, 

DP  World  və  Cəbəl  Əli  zonası  Yeni  şirkətlərin  yarıdan  çoxu  (53  faizi)  Yaxın  Şərq  regionundan,  24 

faizi  Asiya-Sakit  okeanından,  18  faizi  Avropadan,  3  faizi  Afrikadan,  3  faizi  Şimali  Amerikadan  idi. 

Qeydiyyatda olan 123 şirkətdən 22 faizi ümumi ticarət və pərakəndə satış sektorunda, 12% -i polad və 

tikinti  materialları,  11%  -i  isə  avtomobil  və  nəqliyyat,  avadanlıq,  maşın  və  xidmət  sektorunda  olub. 

Yol  və  Nəqliyyat  İdarəsi  ilə  əməkdaşlıq  edən  Jazfa,  Jafza  Şimal  və  Jafza  Cənub-un  Dubay  Logistik 

Dəhlizində  trafikin  asanlaşdırılması,  bununla  yanaşı,  Çin,  Cəbəl  Əlinin  ən  böyük  ticarət  tərəfdaşı 

olaraq mövqeyini, 2010-ci illərin sonu Dubaydakı çoxsaylı Çin şirkətləri ilə mal və məhsulların təkrar 

ixracına  imkan  yaradan  12  milyard  dollarlıq  ticarətlə  təmin  etmişdir.  Səudiyyə  Ərəbistanı  cəmi  8 

milyard dollarla Cafza ticarət partnyorudur və Vyetnam elektronika və elektrik cihazlarının idxalı ilə 

5.2 milyard dollar, üçüncü yerdə isə 4.1 milyard ABŞ dolları həcmində ticarət həcminə malikdir. 

Logistika və Ticərətin GZİT təhlili.

 

 



 

Mənbə: Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi səh.11 [3] 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

68  

26-27 October 2018, Baku, Azerbaijan 

AİZ-ın  yaradıldığı  ölkələrdə  bölgə  kommunikasiya  sistemləri,  fiber  optik,  təhlükəsizlik  və 

avtomagistrallara,  dəmir  yolu,  dənizə  və  hava  daşımalarına  asanlıqla  daxil  olan  qeyri-paralel  infrast-

ruktura malikdir. Xüsusi İqtisadi Zonalar (SEZs): SEZs FTZ-ların rahat vergi və idarəetmə xüsusiyyət-

lərini  investisiyaların  tənzimləmələrinə,  əmək  qanunvericiliyinə,  idarəetmə  prinsiplərinə  və  əmək 

haqqı siyasətinə xüsusi sahələrdə genişləndirir. 

 

ƏDƏBIYYAT: 

1.  


Hüseynova X.M. Regional inkişaf: məqsədləri, meyilləri və idarəetmə metodları 2008  

2.  


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"; 

3.  


“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” Azərbaycan qəzeti 

16 mart 2016  

4.  

http://www.taxes.gov.az 



 

 

 



AZƏRBAYCAN SƏNAYESİNDƏ İDXALI ƏVƏZLƏMƏ               

MODELİNİN TƏTBİQ İMKANLARI 

 

i.ü.f.d. Ərzuman Aydın oğlu Hüseynov 

AzDİU (UNEC) 

Arzuman-huseynov@rambler.ru 

 

XÜLASƏ 

Məqalə  müasir  şəraitdə  Azərbaycan  sənayesində  idxalı  əvəzləmə  modelinin  tətbiq  imkanlarının  elmi 

cəhətdən araşdırılmasına həsr olunmuşdur. Məqalədə sənaye siyasəti və onun müxtəlif modelləri və modellərin 

xüsusilə də, idxalı əvəzləmə modelinin üstünlükləri və çatışmazlıqları şərh edilmişdir. Eyni zamanda məqalədə 

Azərbaycan sənayesində idxalı əvəzləmə modelinin tətbiq imkanları araşdırılmış və busahədə olan imkanlar və 

problemlər öyrənilmişdir.  



Açar sözlər: Sənaye, sənaye siyasəti, idxal, ixrac, idxalı əvəzləmə modeli 

IMPLEMENTATION POSSIBILITIES OF IMPORT SUBSTITUTION                                                         

MODEL IN AZERBAIJAN’S INDUSTTRY 

SUMMARY 

The article is devoted to scientific research of the possibilities of import substitution model in Azerbaijan 

in modern conditions. The article outlines the advantages and disadvantages of industrial policy and its various 

models and models, especially the import substitution model. At the same time, the article examined the possibi-

lities of applying the import substitution model in the Azerbaijani industry and examined the opportunities and 

problems in the workplace. 



Keywords: Industry, industrial policy, import, export, import-substitution model

 

 



Giriş 

Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi sübut etmişdir ki, ölkədə sənayenin inkişafı və onun 

rəqabətqabliyyətliyi  digər  şərtlərlə  yanaşı  dövlət  tərəfindən  həyata  keçirilən  sənaye  siyasətindən 

bilavasitə  aslıdır.  Ayrı-ayrı  ölkələrin  təcrübələri  və  onların  müxtəlif  dövrlərdə  həyata  keçirdikləri 

fərqli siyasətlərin tətdiqiq əsasında sənaye siyasətinin 2 modelini fərqləndirmək olar: 

1. 


İxracyönlü sənaye syiasəti modeli  

2. 


İdxalı əvəzləmə modeli  

İxracyönlü  sənaye  syiasəti  modelində  ixrac  üçün  nəzərdə  tutulan  məhsullar  istehsalınını 

hərtərəfli  həvəsləndirilməsi  tədbirləri  üstünlük  təşkil  edir.  İxracyönlü  rəqabətqabiliyyətli  sahələrin 

inkişafı və dəstəklənməsi sənaye siyasətində başlıca  istiqamət  olur. Bu modelin  üstünlüyü ondadır 

ki, güclü rəqabətqabiliyyətli sahələrin inkişafı yolu ilə, bir tərəfdən, ölkə dünya təsərrüfatına inteqrasi-

ya olunur, dünya bazarlarına  və texnologiyalara çıxış əldə edir, digər tərəfdən isə, multiplikativ effekt 

hesabına digər sahələrin inkişafı üçün şərait yaranır. İxracyönlü sənaye siyasəti modelini uğurla həyata 

keçirən ölkələr  sıpasına Yaponiyanı, Cənubi Koreyanı, Çilini, Malayziyanı, Sinqapuru, Tailandı və s. 

aid etmək olar. Venesuela və Meksika isə bu modeli  tətbiq etsələr də uğur qazana bilmədilər. 

İdxalı  əvəzləmə  modeli  milli  istehsalın  inkişafı  əsasında  daxili  bazarın    tələblərinin  təmin 

edilməsi strategiyasını  əks etdirir. Bu model  proteksionist (himayəçilik) siyasətinin yeridilməsini və 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

69  

26-27 October 2018, Baku, Azerbaijan 

milli  valyutanın  kursunun  sabit  saxlanmasını  nəzərdə  tutur.  Bu  model  tədiyə  balansının  strukturunu 

yaxşılaşdırmağa, daxili tələbin ödənilməsini və məşğulluğu təmin etməyə imkan verir. Çin və Şimali 

Koreya ötən əsrin 80-cı illərində bu modelə üstünlük vermişdir. 

Ümumilikdə  az  gəlir,  zəif  texnologiya  və  kiçik  bazar  sərhəddi  daxilində  fəaliyyər  göstərən, 

inkişaf  etməkdə  olan  iqtisadiyyatlar,  sosial-iqtisadi  strukturlarını  dəyiştirərək  sənayeləşməni  əsas 

məqsəd kimi qəbul edirlər. Sürətli iqtisadi inkişafı hədəfə alan bu ölkələrin məqsədlərini reallaşdırmaq 

üçün tətbiq etdikləri strategiyalardan biridə idxalın əvəzlənməsinə əsaslanan sənayeləşdirmədir. 

İdxalı  əvəzləmə  bir  çox  ölkələrdə,  iqtisadi  strukturu  modernləşdirmənin  və  inkişaf  etmiş 

ölkələrdəkinə  bənzər  bir  sənaye  strukturu  formalaşdırmanın  səmərli  bir  vasitəsi  olaraq  qəbul 

edilmişdir.  Beynəlxalq  bazarlarda  rəqabət  apara  biləcək  səviyyəyə  gəlincəyə  qədər  ölkədaxili 

istehsalın xarici ticarət siyasətləri və müxtəlif pul və maliyyə vasitələrilə qorunmasını məqsədləyən bu 

model  eyni  zamanda  daxilə  yönəlik  bir  sənayeləşmə  siyasəti  olaraq  qəbul  edilir.  Daha  öncə  ölkə 

xaricindən  idxal  edilən  bir  malın  ölkə  daxilində  istehsalını  nəzərdə  tutan  sənayeləşmə  strategiyası 

olaraq tanınan idxal əvəzlənməsində qurulan sənayelər xarici ticarət və valyuta məzənnəsi siyasətləri 

ilə  xarici  bazarın  rəqabətindən  qorunmağa  çalışılır  (4).  Bu  məqsədlə  görülən  tədbirlərin  başlıcaları 

idxalata  qoyulan  gömrük  vergiləri,  idxalatı  məhdudlaşdırıcı  kvotalar  və  bəzi  mallara  qoyulan  idxal 

qadağalarıdır.  Idxalı  əvəzləmə  strategiyası  iki  mərhələdə  gerçəkləşir.  Birinci  mərhələdə  istehlak 

mallarının, ikinci mərhələdə isə aralıq və investisiya mallarının ölkədaxili istehsalına keçilir.  

Tətbiq  eilən  məhdudiyyətlər  ilə  əsasən  emal  sənayesində  yeni  investisiya  sahələrinin  yaratdığı 

resursların  yeni  sənaye  sahələrinə  axın  edərək  müəyyən  zaman  ərzində  iqtisadiyyatda  struktur 

dəyişikliyi baş verir. Müxtəlif siyasətlər ilə qurulan yeni sənayelərin qısa müddətdə kapital yığımına 

gedə  bilcəyinə  və  bu  vəsaitlərin  təkrar  investisiyaya  çevirəcəyinə,  beləliklə  də  investisiya  həcminin 

artacağı gözlənilir. İdxal əvəzlənməsi iqtisadi inkişaf və struktur dəyişikliyinin bir nəticəsi olaraq öz-

özündən ortaya çıxa biləcəyi kimi, böyüməyi və iqtisadi struktur dəyişikliyini sürətləndirmək məqsədi 

ilə tətbiq edilən iqtisadi siyasətin bir vasitəsi və nəticəsi də ola bilər. Birinci halda, öz-özündən əmələ 

gələn idxal əvəzlənməsi, ikinci halda isə planlı idxal əvəzlənməsidir (8). 

Aparılmış araşdırmalardan və bəzi ölkələrin təcrübələrindən məlum olur ki, idxalın əvəzlənməsi 

prosesinin iqisadi məqsədəuyğunluğu əsas etibarilə aşağıdakılardan ibarətdir: 

 dövlətin sərhədləri çərçivəsində əlavə dəyər qorunub saxlanılır. 



 

yerli istehsalın artımı sadəcə olaraq mövcud iş yerlərini qoruyub saxlamağa imkan verməklə 



yanaşı  həm  də  yenilərinin  açılmasına,  eləcə  də  kadrların  hazırlanmasını  təkmilləşdirməyə  imkan 

yaradır.  

 

idxalın  əvəzlənməsinin  son  dərəcə  mühüm  istiqamətlərindən  ən  başlıcası  qismində  artıq 



mövcud  olan  və  fəaliyyət  göstərən  müəssisələrin  bazasında  idxalı  əvəzləyəcək  məhsulun  istehsal 

sahələrinin yerləşdirilməsi çıxış etməyə başlayır. 

 

idxalın  əvəzlənməsinin  fəal  surətdə  həyata  keçirilməsi  yeni  rəqabətqabiliyyətli  istehsal 



sahələrinin yaradılmasına əsaslandığı təqdirdə iqtisadiyyatda struktur yenidən qurma proseslərinin baş 

verməsi  ilə  yanaşı  həmçinin  yeni  istehsal  sferaları  və  sahələri  formalaşdırmağa,  öz  istehsalı  olan 

avadanlıqlara,  xammala,  materiallara  əlavə  tələbatın  yaranmasına,  elmi  tədqiqatların  reallaşdırılması 

prosesini  daha  da  inkişaf  etdirməyə,  elmi-tədqiqat  və  sınaq-konstruktur  işlərinin  dünya  səviyyəsinə 

keçid almağa şərait yaradır.  

 



idxalı əvəzləyən məhsullar adətən xaricdən gətirilmiş oxşar məhsulla müqayisədə daha ucuz 

başa  gəlir.  Bu,  gömrük  rüsumlarının  olmaması,  daha  aşağı  məsrəflər  və  daha  mülayim  vergi  yükü 

sayəsində  belədir.  İdxalı  əvəzləyən  istehsal  növlərinin  inkişaf  etdirilməsində  daxili  stimulların 

fəallaşdırılması açar rola malikdir. 

 

idxalın əvəzlənməsi baş verə biləcək fors-major səbəblər üzündən texnoloji zəncirin qırılması-



nın  qarşısını  almaq  məqsədilə  ölkə  daxilində  istehsal  edilməli  olan  strateji  məhsulun  təchizatının 

fasiləsizliyini hərtərəfli cəhətdən təmin edir.  

İdxalı  əvəzləmə  modelini  tətbiq  edən  ölkələrin  təcrübəsindən  məlum  olur  ki,  bu  modelin 

tətbiqinin əsas məqsədləri qeyd olunanlardan ibarətdir: 

- idxalı məhdudlaşdırmaq;  

- yerli sənayenini idxal məhsullarını istehsalına həvəsləndirmək; 

- Ölkənin tədiyyə balansındakı çətinlikləri aradan qaldırmaq; 

- İqtisadi inkişafa nail olmaq



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

70  

26-27 October 2018, Baku, Azerbaijan 

- Ölkənin ixrac imkanlarının artırılması (Cənubi Koreya "ixracyönümlü idxalı əvəzləmə"). 

Elmi cəhətdən aparılmış araşdırmalardan məlum olur ki, idxalı əvəzləmə modelinin məqsəd və 

üstünlüklərinə  baxmayaraq  bəzi  çatışmazlıqlarıda  vardır.  Bu  çatışmazlıqları  əsasən  aşağıdaki  kimi 

qruplaşdmaq olar:  

- İqtisadi inkişafın başlanğıc dövrlərində və idxalı əvəzlənmənin tətbiqinin birinci mərhələsində 

ölkələr  müəyyən  bir  zaman  yüksək  sayıla  biləcək  inkişaf  sürətinə  nail  olmuşdurlar.  Ancaq 

sənayeləşmənin  inkişaf  etməsi  ilə  bu  sürət  gedərək  azalmağa  başlamışdır.  Xüsusilə  istehlak  malları 

istehsalında  görülən  əvəzləmədən  sonara  aralıq  və  investisiya  mallarında  başlayan  idxal 

əvəzlənməsində  bu  malların  istehsalını  istehlak  mallarındakı  sürətlə  artırmaq  çətin  olur.  Istehlak 

malları üçün çox zaman ölkə daxili tələb olub, bu malların istehsalında istifadə olunan texnologiya da 

nisbətən  daha  sadə  və  ucuzdur.  Bu  isə  sənayeləşmə  inkişaf  etdikcə  aralıq  və  investisiya  malları 

istehsalına  doğru  yönəldikcə  eyni  üstünlükləri  əldə  etmək  çətinləşir.  Çünki  aralıq  və  investisiya 

malları sənayeləri üçün istifadə ediləcək texnologiyalar həm daha kompleks, həm də daha çox kapitala 

etiyac olur. Beləliklə, idxal əvəzlənməsinin tətbiqi imkanları getdikcə azalır (6). 

- İdxalı  əvəzləmə  modeli  gözləntilərin  əksinə  milli  iqtisadiyyatın  xaricə  bağıllığının  artmasına 

səbəb  olur.  Bu  model  idxalı  azaltmaqdan  çox  idxalın  strukturunu  dəyiştirici  səbəblər  əmələ  gətirir. 

Ümumi  idxalda  aralıq  və  investisiya  malları  idxalının  xüsusi  çəkisi  nəqədər  yüksək  olarsa  idxalçı 

ölkənin  idxalını  azaltması  da  o  nisbətdə  çətin  olacaqdır.  Bu  durum  isə  xaricə  olan  bağıllığı  artıra 

biləcək səbəblər ortaya çıxarda bilər (7). 

- İdxalı əvəzləməsi modelinin tətbiqi nəticədə dövlətin vergi gəlirlərinin azalmasına səbəb olur. 

Dövlət bir tərəfdən daha öncə idxal edilən bir malın ölkə daxilində istehsalına başlaması ilə gömrük 

vergisi  gəlirlərini,  digər  tərəfdən  də  qurulan  sənaye  istehsalının  ilk  dövrlərində  təşviq  üçün  bəzi 

vergiləri almayaraq ölkədaxili vergi gəlirlərinin bir hissəsini itirəcəkdir (5). 

- İdxalın  əvəzləməsi  ilə  nail  olmaq  istənilən  məqsədlərdən  biri  ödənişlərdəki  tarazlıq 

çətinliklərini  aradan  qaldırmaq  və  valyuta  böhranını  dəf  etməkdir.  Bu  isə  idxalın  əvəzlənməsi  ilə 

qurulan  sənayelərin  giriş  ehtiyacı  ilə  aralıq  və  investisiya  mallarında  müşahidə  edilən  tələb  artımı 

gözlənilən  idxalın  azalmasını  əngəlləyir.  İstehlak  malları  idxalı  azalarkən,  xammal  və  aralıq  malı, 

maşın  və  ehtiyat  hissələri  idxalı  arta  bilər  (9).  Bu  vəziyyət  isə  xarici  ödəmə  çətinliklərinin  yenidən 

ortaya çıxmasına yol aça bilər. İstehsal üçün zəruri materiallar idxal edilmədiyi təqdirdə istər istehsal 

və istərsə ona bağlı olaraq böyümə, milli gəlir və məşğulluq azalacaqdır.  

- Daxili  bazarın  kiçik  olması  bu  bazara  yönəlik  sənayelərin  ixraca  yönəlmələri  vəziyyətində 

xərcləri  azaldıcı,  məhsuldarlığı  artırıcı,  investisiyaların  həyata  keçirilməsi  və  optimal  böyüklükdə 

firmaların yaradılması çətinləşir. Bu səbəblə xərclər yüksək səviyyədə qalır. 

- İdxalı  əvəzləmə  modeli  daxilə  yönəlik  sənayeləşmə  strategiyası  olaraq  qəbul  edildiyindən 

ixracatın  kifayyət  qədər  inkişaf  etməyəcəyi  fikiri  irəli  sürülmüşdür.  Xarici  ticarətdə  idxalın 

azaldılması,  ifrat  qoruma  və  həddindən  artıq  qiymətləndirilmiş  məzənnələrin  uzun  müddət  davam 

etdirilməsi  bu  sənayelərin  xaricə  çıxışlarını  çətinləşdirir.  Bu  vəziyyət  iqtisadiyyatda  səmərəliliyin  və 

məhsuldarlığın  azalmasına,  xərclərin  və  qiymətlərin  yüksək  qalmasına,  xarici  bazarlarda  rəqabətin 

həyata kerilməməsinə və buna bağlı olaraq da ixracata yönəlmənin əngəllənməsinə yol açır (9). 

Respublikamızda  xarici ticarət dövriyyəsinin dinamikasına diqqət yetirəndə görünən mənzərə-

dən məlum olur ki,  2017-ci ildə xarici ticarətimizin 61,1 faizini ixrac və 38,9 faizini isə idxal təşkil 

etmişdir.  Məlum  olduğu  kimi,  son  dövrlərdə  ölkə  ixracının  səviyyəsi  əvvəlki  dövrlərlə  müqayisədə 

kifayyət qədər artmışdır. Bu artım əsasən ölkədə uğurla reallaşdırılan neft strategiyasının nəticəsində 

baş  vermişdir.  İxracatın  zəif  diversifikasiyası  özünü  onda  göstərir  ki,  ixrac  həcminin  əsas  hissəsi 

(təxminən  90%-i)  bir  sektorda  (neft-qaz)  təmərküzləşib.    Digər  tərəfdən,  qeyri-neft  ixracatında  1150 

çeşiddən artıq məhsul iştirak etsə də, 2017-ci ildə bu sektordan ixracın 71%-dən bir qədər çoxu (1.094 

mlrd.  dollar)  cəmi  25  adda  qeyri-neft  məhsulunun  hesabına  formalaşıb.    Qeyri-neft  ixracatında  ən 

yüksək  paya  malik  10  məhsul  (təzə  pomidor,  qızıl,  fındıq,  xurma,  ilkin  formalı  polietilen,  elektrik 

enerjisi, metanol spirti, şəkər, qatran yağı, alüminium plitələr) sektor üzrə ixracatın 51%-ni təmin edib 

(781.7 mln. dollar) (10). 

Məhz bunun nəticəsidir ki, respublikamızda əsas növ sənaye məhsulları ilə təminatda idxaldan 

asıllıq səviyyyəsi hələdə yüksək olaraq qalır.  


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin