THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
59
26-27 October 2018, Baku, Azerbaijan
Following Yotov et al. (2016) and Sun and Reed (2010), we include three continuous variables -
the population of the importer and exporter countries (
𝐿𝑛𝑝𝑜𝑝𝑖𝑡 and 𝐿𝑛𝑝𝑜𝑝𝑗𝑡) and the distance among
the partners (
𝐿𝑛𝑑𝑖𝑠𝑡𝑖𝑗), and three categorical variables – common language (𝐶𝑜𝑚𝑙𝑎𝑛𝑔𝑖𝑗), common
border (
𝐵𝑜𝑟𝑑𝑒𝑟𝑖𝑗) and common colony (𝐶𝑜𝑚𝑐𝑜𝑙𝑖𝑗) as an observable trade cost variables to the model.
The categorical variables take the value 1 if countries i and j share the same official language, border,
and the same colonial history, respectively, 0 otherwise. Following Baltagi et al. (2014), we also
include time fixed effects (
𝜏𝑡) to the model to account for time specific events, such as world crisis,
El- Niño phenomenon and others.
The NTMs dummies,
𝑁𝑇𝑀𝑖𝑗𝑡 take value 1 if exporters (i) Indonesia, Malaysia and Thailand
faces NTMs while exporting to country j at time t, zero otherwise.
𝑖_𝑁𝑡𝑚𝐼𝑛𝑡𝑟𝑜 variables take value 1
if exporter is and the exported palm oil product started to face NTMs at time t by importer j, zero
otherwise;
𝐼𝑛𝑑𝑜_𝑁𝑡𝑚𝑆𝑢𝑠𝑝𝑒𝑛 (𝑀𝑎𝑙_𝑁𝑡𝑚𝑆𝑢𝑠𝑝𝑒𝑛) take value 1 if exporter is Indonesia (Malaysia)
and the exported palm oil product stopped facing NTMs at time t by importer j, zero otherwise.
REFERENCES
Anderson, J. E., & van Wincoop, E. (2003). Gravity with Gravitas: A Solution to the Border Puzzle. American Economic
Review, 93(1), 170-192.
Baier, S. L., Kerr, A. C., & Yotov, Y. (2017). Gravity, Distance, and International Trade. CESifo Working Paper, No. 6357.
Baltagi, B. H., Egger, P. H., & Pfaffermayr, M. (2014). Panel data gravity models of international trade. CESifo Working
Paper Series No. 4616.
Feenstra, R. C. (2004). Advanced international trade: theory and evidence.
Ferraz, L. P., Ribeiro, M., & Monasterio, P. (2017). On the effects of non-tariff measures on Brazilian exports. Revista
Brasileira de Economia, 71(3), 301-320.
Head, K., & Mayer, T. (2014). Gravity Equations: Workhorse, Toolkit, and Cookbook. Handbook of International
Economics, 4.
Melo, J., & Nicita, A. (2018). Non-Tariff Measures: Economic Assessment and Policy Options for Development. United
Nations Conference on Trade and Development.
Mingque, Y., & Slisava, A. (2016). Impact of Russian Non-Tariff Measures on European Union Agricultural Exports.
International Journal of Economics and Finance, 8(5), 39.
MPIC. (2017). Minister Lauded ASEAN’s Consensus On Palm Oil: A Truly People Oriented Decision. Ministry of
Plantation Industries and Commodities, https://www.mpic.gov.my/mpic/index.php/en/media-mpic-vbi/media-release/2893-.
MPOB. (2016). Current Issues and Outlook for Malaysian Oil Palm Industry Malaysian Palm Oil Board Briefs.
Nabmbiappan, B. (2017). TN 50 and Fourth Industrial Revolution: Socio Economic Issues in Oil Palm Industry. Economics
and Isdustry Development Division, MPOB.
Piermartini, R., & Yotov, Y. V. (2016). Estimating Trade Policy Effects with Structural Gravity. WTO Working Papers,
ERSD-2016-10(July 2016).
Pujiati, R., Firdaus, M., Adhi, A. K., & Brummer, B. (2014). THE IMPACT OF REGIONAL TRADE AGREEMENTS TO
THE COMMODITY TRADE FLOWS (CASE STUDY: INTERNATIONAL PALM OIL TRADE). Paper presented at the Forum
Agribisnis.
Rival, A., & Levang, P. (2014). Palms of controversies: Oil palm and development challenges: Center for International
Forestry Research.
Silva, J. S., & Tenreyro, S. (2006). The log of gravity. The Review of Economics and statistics, 88(4), 641-658.
Silva, J. S., & Tenreyro, S. (2011). Further simulation evidence on the performance of the Poisson pseudo-maximum
likelihood estimator. Economics Letters, 112(2), 220-222.
Sun, L., & Reed, M. R. (2010). Impacts of free trade agreements on agricultural trade creation and trade diversion. American
Journal of Agricultural Economics, 92(5), 1351-1363.
Tinbergen, J. (1962). Shaping the world economy: suggestions for an international economic policy. Retrieved from
Yotov, Y. V., Piermartini, R., Monteiro, J.-A., & Larch, M. (2016). An Advanced Guide to Trade Policy Analysis: The
Structural Gravity Model: WTO Publications.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
60
26-27 October 2018, Baku, Azerbaijan
RABİTƏ XİDMƏTLƏRİ BAZARININ DÖVLƏT
TƏNZİMLƏNMƏSİ PROBLEMLƏRİ
Həşimova A.Ç.
Azərbaycan Dövlət İqtisad Universiteti
XÜLASƏ
Məqalədə, rabitə sahəsinin inkişafının tənzimlənməsinin iqtisadi mexanizmi problemlərinin tədqiqatı aparılır.
Bu sahənin tarazlı və davamlı inkişafının, bazar şəraitinə adaptasiyasının təminatı məqsədilə dövlət və
idarəetmə orqanları tərəfindən aparılan tədbirlər kompleksi səciyyələndirilir. Tənzimləmə metodlarının müxtəlif
təsnifatı verilir. Respublikada inkişaf etmiş müasir rabitə xidmətləri bazarının yaradılması üçün səmərəli dövlət
siyasətinin işlənib hazırlanması zərurəti qeyd edilir.
Açar sözlər: rabitə bazarı,Dövlət tənzimlənməsi, iqtisadi mexanizm, metodların təsnifatı.
ПРОБЛЕМЫ ГОСУДАРСТВЕННОГО РЕГУЛИРОВАНИЯ РЫНКА УСЛУГ СВЯЗИ
АННОТАЦИЯ
В статье проведено исследование проблем экономического механизма регулирования развития
отрасли связи.
Дана характеристика комплекса мер, предпринимаемых органами государственной власти и управ-
ления в целях обес-печения сбалансированного и устойчивого развития этой отрасли, ее адаптации к ры-
ночным условиям.Приводятся различные классификации методов регулирования.Отмечается необходи-
мость разработкиэффективной государственной политикидля создания современного развитого рынка
услуг связи в республике.
Ключевые слова: рынок связи, государственное регулирование, экономический механизм, клас-
сификация методов.
PROBLEMS OF STATE REGULATION OF THE MARKET OF COMMUNICATION SERVICES
SUMMARY
The article studies the problems of the economic mechanism for regulating the development of the com-
munications industry.
The characteristics of a set of measures taken by public authorities and management to ensure a balanced
and sustainable development of this industry, its adaptation to market conditions are given. Various classifications
of control methods are given. The need to develop an effective state policy for the creation of a modern developed
market of communication services in the republic is noted.
Keywords: communication market. state regulation, economic mechanism, classification of methods.
Giriş
Bank sektoru, nəqliyyat və elektrik enerjisi istehsalı ilə yanaşı rabitə iqtisadiyyatın strateji
sahəsidir. Dövlətin rabitə sahəsində vəzifələri həmin sahəyə daha səmərəli təsir vasitələrinin işlənilib
hazırlanmasıdır. Dövlət siyasəti operatorun telekommunikasiya bazarına daxil olması şərtlərini
müəyyən etməlidir; tezliklərin və nömrə resurslarının ayrılması, bölgüsü və monitorinqinin texniki
tənzimlənməsi, avadanlığın sertifikatlaşdırılması və standartlaşdırma siyasəti həyata keçirilməldir;
bazarda sağlam və düzgün rəqabətin təmin olunması üçün operatorların fəaliyyətinin tənzimlənməsi və
anti inhisar qanunvericiliyinin tələbləri yerinə yetirilməlidir, xidmətlərin keyfiyyəti və qiymətlərinə
nəzarət edilməlidir [2,3].
Telekommunikasiyanın əhalini, müəssisələri və təşkilatların rabitə xidmətləri ilə təmin edilməsi
vəzifələri ilə yanaşı ölkənin təhlükəsizliyinin təmin olunması, ərazi bütövlüyünün qorunması
baxımından bir sıra digər mühüm funksiyaları yerinə yetirməsi tələb olunur: rabitə kanallarının güc və
dövlət strukturlarına verilməsi bu qəbildəndir.
Ancaq bazar şəraitində rabitə müəssisələri öz maraqlarının dövlət maraqları ilə uzlaşdırılmasını,
tərəflərə ziyan vermədən, heç də həmişə təmin edə bilmirlər. Əvvəlki yarımfəsildə aparılmış təhlil
göstərdi ki, belə olan təqdirdə dövlət tənzimlənməsi mütləq olmalıdır.
Beləliklə, işlənilib hazırlanmış, dövlətin və rabitə müəssisələrinin maraqlarını nəzərə alan
qanunvericilik və normativ bazasının, həmçinin sahənin dövlət tərəfindən tənzimlənməsi sisteminin
mövcud olması tələb olunur [1,2,3].
Rabitə sahəsində baş verən sosial-iqtisadi proseslər ilk növbədə bazar iqtisadiyyatının təməl
qanunlarına – rəqabətə, tələb və təklif, dəyər qanunlarına tabe olur. Ancaq praktikada bəzən elə hallara
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
61
26-27 October 2018, Baku, Azerbaijan
da rast gəlmək olur ki, bazar mexanizmləri iqtisadiyyatın böhranlarsız inkişafını, əhalinin tələbatlarını
tam olaraq təmin edə bilmir.
Dövlət müdaxiləsinin obyektiv zərurətə çevrilməsi onunla bağlıdır ki, rabitə sahəsinin bəzi
sahələrində dövlət təbii inhisarçı kimi çıxış edir.
Rabitə sahəsinin inkişaf etməsinin iqtisadi mexanizmi xidmətlərin geniş təkrar istehsalının
təşkili üsuludur. Həmin üsullar vasitəsi ilə müvafiq xidmətlərə olan əhalinin tələbatının daha tam
təmin edilməsinə təminat verilir. (bax. Şəkil. 1).
Bazar iqtisadiyyatı şəraitində, rabitə sahəsi kimi mühüm və əhəmiyyətli sahənin səmərəli
tənzimlənməsi məsələsinin dövlət üçün çox böyük əhəmiyyəti vardır. Çünki özəl sektor ilk növbədə
əhalinin yüksək gəlirli hissəsinə xidmətlərin göstərilməsi sahələrini daha tez mənimsəyirlər
[5,7,10,11].
Rabitənin inkişaf etdirilməsinin tənzimlənməsi dedikdə biz dövlət hakimiyyəti orqanları
tərəfindən həyata keçirilən iqtisadi, inzibati, sosial-psixoloji tədbirlər kompleksini, sahənin davamlı və
tarazlaşdırılmış inkişaf etməsinə nail olunması üçün istehlakçıların ictimai təşkilatları ilə sıx təmas
halında idarəetməni, onun dəyişkən şəraitə adaptasiyasını başa düşürük (bax şəkil 2.),
Dövlət birbaşa və dolayısı yollarla rabitə sahəsinin bəzi sektorlarını maliyyəlşdirir. Dövlət
maliyyələşdirməsinin masştabları rabitə sahəsindəki müəssisələrin maddi texniki vəziyyətini və
istehsalın intensivləşdirilməsini müəyyən edir. Birbaşa maliyyələşdirmə, vergi və patent siyasəti
vasitəsi ilə hökumət elmi araşdırmaların xarakterinə təsir göstərərək, sahələrarası və fundamental
istiqamətlər üzrə araşdırmaların tələb olunan səviyyədə aparılmasını təmin edir.
Şəkil. 1. Rabitə sahəsinin tənzimlənməsinin iqtisadi mexanizmi
Rabitə xidmətlərinin
tənzimlənməsinin
iqtisadi mexanizmi
Rabitə xidmətlərinin ba-
zar iqtisadiyyatı şəraitin-
də özünütəşkil mexanizmi
Rabitə xidmətlərinin
dövlət tənzimlənməsi
mexanizmi
Obyektlər
Subyektlər
Vasitələr
Rabitə xidmətləri
sahəsinin təkrar istehsal
prosesi
Rabitə xidmətləri göstərən
sahibkarlar, müəssisə və
təşkilatlar
İnzibati
Qiymətlər, tariflər,
xidmətlərin strukturu
Əhali
İqtisadi
Dövlət dotasiyaları,
təzminatlar,
subsidiyalar
Dövlət
İnvestisiya və vergi
şərtləri
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
62
26-27 October 2018, Baku, Azerbaijan
Müəllif hesab edir ki, rabitə sahəsində proseslərin dövlət tənzimlənməsində mühüm istiqamətlər
kimi aşağıdakıları göstərmək olar: sahə strukturunda və onların inkişaf templərində mütərəqqi
irəliləyişlərin təmin olunması; vicdanlı rəqabət üçün şəraitin yaradılması; rabitə sahəsində müəssisə-
lərin, o cümlədən kiçik müəssisələrin inkişafının stimullaşdırılması; rabitə xidmətlərinin istehsalı və
göstərilməsində özəl və dövlət sektorunun optimal nisbətlərinə nail olunması; bu xidmətlərin ixrac
potensialının artırılması.
Rabitə xidmətlərinin daxili bazarının tənzimlənməsi tədbirlərinin əsasını ölkənin siyasi, iqtisadi,
sosial maraqları təşkil edir. Onlar arasında: öz işçi qüvvəsinin məşğulluğunun təmini, iqtisadiyyatın
aparıcı sektorlarında yerli sahibkarların dəstəklənməsi, daxili kapital qoyuluşunun artımının
stimullaşdırılması və milli mədəni dəyərlərin saxlanılması xüsusi yer tutur
Rabitə sahəsinin inkişafının idarə edilməsi funksiyaları
Məqsədlərin
formalaşdırılması
Planlaşdırma və
proqnozlaşdırma
Təşkilat
Tənzimləmə
Rabitə sahəsinin inkişafının tənzimləmə mexanizminin tərkib hissələri
Rabitə sahəsinin
müəyyən ərazilərdə
pro-qram-məqsədli
inkişafı
Sahənin inkişafının
struktur, təşkilati, kadr,
məlumat təminatı
Rabitə sahəsinin
inkişafının maliyyə
mexanizmi
Rabitə sahəsinin
inkişafının marketinq
komponenti
Rabitə sahəsi
müəssisələrinin
inkişafının
stimullaşdırılması
Rabitə sahəsinin inkişafının tənzimləmə mexanizminin metod və alətləri
Proqnoz
modelləşdirilməsi
Kooperasiya,
ixtisaslaşma,
optimallaşdırma
Vəzifə bölgüsü,
resurs təminatı
İnkişaf layihələrinin
monitorinqi, qeydiyyatı,
ekspertizası
Dotasiya, kredit,
cərimələr və s.
Stabilləşmə, koordinasiya, dispetçerləşmə
Rabitə sahəsində iqtisadi subyektlərin qarşılıqlı
fəaliyyətininn optimallaşdırılması
Şəkil 2. Rabitə sahəsinin inkişafının tənzimləmə mexanizmi (funksional məzmunu)
Hökumət milli rabitə xidmətləri istehsalçılarının daxili və xarici bazarlarda rəqabət qabiliyyətli-
liyinin yüksəlməsini subsidiyalar, güzəştli kreditlər, güzəştli vergilər vasitəsi ilə stimullaşdırır.
Tənzimlənmə üsullarının müxtəlif təsnifatları vardır. Məsələn Stoxastik əlamətinə görə aşağıda-
kılar diqqəti cəlb edir: izləyən tənzimlənmə, proqramlı tənzimlənmə, sabitləşdirmə[6,8,9].
İzləyən tənzimlənmədə sistemin davranışı və ətraf mühitin vəziyyəti əvvəlcədən məlum deyildir.
Proqramlı tənzimlənmədə onların xüsusiyyətləri öncədən məlumdur və sistem təqdim olunmuş
proqrama əsasən tənzimlənir. Üçüncü halda (sabitləşmə) tənzimlənmənin məqsədi sistemin mövcud
olması üçün daimi əhəmiyyətli nəticələrin əldə olunmasıdır.
Tənzimlənmə obyektinə görə təsnifat müxtəlif sistemlərin tənzimlənməsi spesifikasını əks
etdirir: texniki yaxud sosial sistemlər; sahə və regionların; müxtəlif növ müəssisələrin. Göründüyü
kimi, telekommunikasiyanın spesifikası tətbiq edilən texnologiyaların xüsusiyyətləri, bır sıra iqtisadi
göstəricilərlə ilə bağlıdır. Həmin göstəricilərdə ayrı-ayrı telekommunikasiya xidmətləri tədarükçüləri-
nin fəaliyyətlərinin nəticələri, informasiya cəmiyyətinin inkişaf təmayülləri və Azərbaycan Respub-
likasının iqtisadi problemləri öz əksini tapır.
Dövlət tənzimlənməsi təcrübələri müxtəlifdir, lakin onun tərkib hissələri eynidir: tənzimləmə
obyekti və subyektləri, dövlət siyasətinin və bazar münasibətlərinin müxtəlif inkişaf mərhələlərində
məqsədləri və vasitələri. Məsələn rabitə xidmətləri bazarında dövlət tənzimləməsi subyektinin
gəlirlərinə, mülkiyyət formalarına görə bir -birindən fərqlənən müxtəlif sosial qrupları, həmçinin,
mülkiyyət formalarına görə fərqlənən xidmət istehsalçılarını aid etmək olar. İcraçı burada dövlət və
hakimiyyətin üç qoludur (mərkəzi, regional, yerli).
Tənzimlənmə obyektinə rabitə sahəsinin sektorları, xidmətlərin strukturu, onların təkrar istehsalı
silsilələri, rabitə xidmətləri qiymətləri və tarifləri, vergiqoyma səviyyəsi, dövlət təzminat və dotasiya-
ların səviyyəsi və s. daxildir [8,9].
Rabitə xidmətləri sahəsinin vəzifələrinin konkretləşdirilməsi üçün idarəetmə subyektinə görə
tənzimləmə üsullarının müxtəlif idarəetmə funksiyalarına uyğun olaraq təsnifatından istifadə edilməsi
məqsədəuyğun olardı. Adı çəkilən təsnifat şəkil 3-də verilmişdir.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
63
26-27 October 2018, Baku, Azerbaijan
Bu təsnifatda tənzimləmə üsulları iqtisadi, hüquqi, təşkilati üsullara bölünür. Həmin təsnifat
digər təsnifatlarda da olduğu kimi kifayət qədər şərtidir, çünki inkişaf proseslərini texniki, təşkilati və
iqtisadi proseslərə bölmək çətindir.
Təsnifatın funksional əlamətləri rabitə sahəsinin bu və ya digər sahəsinin fəaliyyətinin aspektləri
kimi çıxış edirlər. Bu səbəbdən də təqdim edilən üsullar inkişaf prosesinin məzmunu və reallaşdırıl-
ması formasını özündə əks etdirir. Məsələn, tənzimlənmənin iqtisadi üsullarında şəbəkələrin qoşulması
üçün tariflərin hesablanılması modeli, təşkilati metodlar çərçivəsində şəbəkələr arası qarşılıqlı
əlaqənin xarakteri müəyyənləşdirilir, hüquqi üsullar əsasında isə hüquqi-normativ sənədlər hazırlanır
və təsdiq edilir, həmin sənədlərin vasitəsi ilə şəbəkələrin qoşulmasıqaydaları reqlamentləşdirirlir.
Hüquqi üsulların əsasını vahid rabitə sisteminin və həmin sistemə daxil olan operatorların hər
hansı bir idarəyə daxil olmasından asılı olmayaraq fəaliyyətinin hüquqi-normativ əsaslarının hazırlan-
ması təşkil edir. Bu üsulların istifadə edilməsi bazasında rabitə sisteminin fəaliyyət göstərməsinin va-
hid qaydaları və reqlamenti, sistemdaxili qarşılıqlı əlaqənin qaydaları hazırlanır[1-5].
Şəkil 3. Rabitə xidmətlərinin dövlət tənzimlənməsi üsullarının funksional əlamət üzrə təsnifatı
Müasir və inkişaf etmiş rabitə bazarının yaradılması üçün səmərəli dövlət siyasətinin
hazırlanaraq həyata keçirilməsinə ehtiyac vardır. Belə bir zərurət özünü daha çox rabitə xidmətləri
bazarında operatorların fəaliyyətini tənzimləyən normativ bazanın yaradılması, rabitə xidmətləri üçün
ədalətli qiymətlərin müəyyənləşdirilməsi, rabitə şirkətini infrastrukturun inkişafına sövq edən
stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı hiss etdirir.
ƏDƏBIYYAT:
1. Azərbaycan Respubliksının Konstitusiyası, Bakı, 1995
2.
“Telekommunikasiya haqqında” AR Qanunu (2005il.)
3.
“Azərbaycan respublikasında informasiya cəmiyyətinin inkişafına dair Miili Strateqiyanın həyata keçirilməsi üzrə
2016-2020-ci illər üçün Dövlət Proqramı”
4. «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri. AR Prezidentinin
2016-cı il 16 mart tarixli Sərəncamı
5.
Aras O.N., Süleymanov E. Azərbaycan İqtisadiyyatı. “Şərq-Qərb” mətbəəsi, Bakı. 2016,412 s.
6.
Əliyev Ə.B. Xidmət sahələrinin iqtisadiyyatı. Dərs vəsaiti. Bakı, “Təhsil”, 2017,136s.
7.
Rəhmanov F.P. Respublikada sosial siyasətin təkmilləşdirilməsi problemləri.
Azerbaycan Dovlət İqtisad Universitetinin Elmi xəbərləri, cild 5, aprel- iyun 2017
8.
Болданова Е. В. Рынок услуг связи : учеб.пособие / Е. В. Болданова. - Иркутск : Изд-во БГУЭП, 2010. -232 с.
9.
Голубицкая Е.А. Экономика связи: учебник для студентов вузов; - М.:ИРИАС, 2006.- 488с
10. Мардер Н.С. Современные телекоммуникации.- М.: ИРИАС, 2006. - 384 с.
11. Рейман Л.Д. Закономерности функционирования и регулирования инфокоммуникаций.-М.: Научная книга, 2009.
Rabitə xidmətlərinin tənzimləmə üsulları
Hüquqi
İqtisadi
ümumi
sahə üzrə
AR
Konstitusiyası
Təşkilati
lisenziyalaşdırma
tarif siyasəti
investisiya dəstəyi
AR Qanunları
sertifikatlaşdırma
universal xidmət
tezlik
diapazonunun
bölgüsü
şəbəkələrin
qoşulması qaydası
təşkilati strukturun
təkmilləşdirilməsi
idarəetmə strukturunun
təkmilləşdirilməsi
şəbəkədaxili qarşılıqlı
fəaliyyətin təşkili
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
64
26-27 October 2018, Baku, Azerbaijan
AZAD İQTİSADİ ZONALARIN REGİONLARIN SOSİAL-İQTİSADİ
VƏ TİCARƏT ƏLAQƏLƏRİNİN ƏHƏMİYYƏTİ
i.e.n.,dos.İ.M.Mahmudova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
a_murad97@mail.ru
XÜLASƏ
Beynəlxalq ticarətin dünya ölkələrinin iqtisadiyyatında səmərəli olması, ölkə sərhədləri daxilində, idxal
edilən məhsullara anbar xidmətləri göstərilməsi, məhsulların sərhəd və gömrük proseslərində iştirak etmədən
istifadə edilə biləcək zonaların yaradılması “Sərbəst zona” anlayışını müəyyən etmişdir. Azad iqtisadi zonalarda
sərbəst ticarət zonalarının yaradılmasının əsas məqsədi gömrük qaydalarının tətbiq etdiyi maneələrin aradan
qaldırılması yolu ilə sərhəd ticarətini asanlaşdırmaqdır.
Dostları ilə paylaş: |