THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
45
26-27 October 2018, Baku, Azerbaijan
ƏDƏBIYYAT
1.
http://marja.az/news/4367.
2.
İsa Qasımov , Fərid Cəbiyev ; Innovasiya sahibkarlığı və texnoparklar, Bakı 2017
3.
Altay Ismayilov, Xətai Aliyev. İnnovasiya əsasli iqtisadi inkişaf və dövlət təşviqlərinin əhəmiyyəti; Qloballaşma
Prosesində Qafqaz və Mərkəzi Asiya IV Beynəlxalq
Kongres Bakı 2014
4.
Gökhan Özkul. Emre Örün. Girişimcilik ve İnovasyonun Ekonomik Büyüme Üzerindeki Etkisi: Ampirik Bir
Araştırma, Journal of Entrepreneurship and Innovation Management
.
Volume 5 Issue 2 . Aralık.December 2016.
www.betadergi.com/jeim/yonetim/icerik/makaleler/65-published.pdf
5.
Yrd. Doç .Dr. Meral Dinçer; Elçin Süleymanov; Aybeniz Heyderova.İnnovasiya Menecmenti Və Azərbaycanda
Tətbiqinin Səmərəliliyi, Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya Iv Beynəlxalq
Kongres Bakı 2014. DOI:
10.13140/RG.2.1.3299.6242 :
6.
Kənan Aslanlı. Azərbaycanda innovasiya siyasətinin effektivliyinin artırılması yolları .Baki.
2017.http://edf.az/ts_general/azl/layihe/IIED/downloads/innovasiya_siyaseti.pdf
7.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” http://www.e-qanun.az/framework/27274)
8.
Təhsil haqqında” Qanun .http://edu.gov.az/az/page/72/302).
9.
The Global Competitiveness Report 2016–2017 (http://www3.weforum.org/docs/GCR2016-
2017/05FullReport/TheGlobalCompetitivenessReport2016-2017_FINAL.pdf)
10.
Global Innovation Index 2016. https://www.globalinnovationindex.org/gii-2016-report#
AZƏRBAYCANDA SOSİAL XİDMƏT SAHƏSİNDƏ ÖZƏL
SEKTORUN İNKİŞAF PERSPEKTİVLƏRİ
Eyyub Əfşər oğlu Musayev
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
m.eyyub@mail.ru
XÜLASƏ
Təqdim olunan tezis müasir iqtisadi şəraitdə sosial xidmət sisteminin təkmilləşdirilməsinə həsr olunmuş-
dur. Bu məqalədə, sosial xidmətin mahiyyəti, zəruriliyi və göstərilmə formaları izah olunur. Eyni zamanda
tezisdə Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi haqqında qısa məlumat verilmişdir. Həmçinin
tezisdəsosial xidmətin mövcud vəziyyəti təhlil olunmuş, bu sahədə yaxın perspektiv dövr ərzində özəl sektorun
yaradılması yolları müəyyən olunmuş və elmi baxımdan əsaslandırılmış təklif və tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər: Sosial xidmət, cəmiyyət, özəl sektor, sahibkarlıq, güzəşt, islahat
DEVELOPMENT PERSPECTIVES OF PRIVATE SECTOR
IN AZERBIJAN’S SOCIAL SERVICE SPHERE
SUMMARY
In thesis have been presented improvement on social services system in modern economic conditions.
This thesis explains the nature, necessity and form of rendering of social services.At the same time, the thesis
provides brief information on the Strategic Road Map for the National Economy Perspectives.Also, the thesis
examined the current state of social service, in which there are identified and scientifically justified suggestions
and recommendations for the establishment of the private sector in the near perspective.
Key words: social service, society, private sector, entrepreneurship, concession, reform
Giriş
Azərbaycanda iqtisadi islahat prosesləri sosial dəyişikliklərin əhəmiyyətinin intensiv artmasına
dəlalət edir. Azərbaycan Respublikasında bazar münasibətləri və innovasiyalı iqtisadi artımın
spesifikası xüsusi mənəvi prinsiplər və oriyentasiyalarla səciyyələnən keyfiyyətcə yeni insan potensialı
tələb edir. Bununla əlaqədar, sosial sahədə dəyişikliklər vətəndaşlar üçün sosial istehlakın yüksək
səviyyəsini, əsas sosial nemətlərin hamı üçün əlyetərli və keyfiyyətcə münasib olmasının təmin
edilməsinə yönəldilməlidir.
Azərbaycan dövlətinin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və onun keyfiyyətinin
yaxşılaşdırılmasına yönəldilmiş strategiyası ölkədə sosial xidmətlər sisteminin effektivliyinin
artırılması zərurətini şərtləndirir. Cəmiyyət, hətta dərin iqtisadi böhran dövründə də əhalinin həyat
təminatı sisteminin mühüm hissələri olan sosial müdafiənin və sosial xidmətlərin inkişaf səviyyəsinin
azalmasına yol verməməyə çalışır. Sosial xidmətlərin ölkənin həyatında rolu və əhəmiyyəti, dövlətin
sosial strategiyası ilə, həmçinin sosial sahədə aparılan islahatların elmi cəhətdən ümumiləşdirilməsi
zərurəti ilə təyin edilir.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
46
26-27 October 2018, Baku, Azerbaijan
İqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artırmaq,
investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım
etmək,
ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün
iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı
ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”
təsdiq edilmiş və bundan irəli gələn məsələlər haqqında milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru
üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol
Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası
və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr
üçün hədəf baxışdan ibarətdir[2].
Konsepsiyada həmçinin əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun
daha da gücləndirilməsi xüsusi qeyd olunur. Ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətlili-
yinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq
təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da
artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.
Göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin
inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan
qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət
dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət
xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilməsi öz əksini tapır.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və inkişaf etdirilməsi əasa prioritet sahələrdən biridir.
Hər sahədə olduğu kimi xidmət sahəsində də sahibkarlığın sоsial funksiyası yeni iş yerlərinin yaradıl-
ması tempi, оnun sürətləndirilməsindən ibarətdir. Ənənəvi maddi istehsal sahələri ilə müqayisədə
хidmət sahəsində bu sürət çох yüksəkdir. İqtisadi tənəzzül, makrоiqtisadi göstəricilərin gerilədiyi dövrdə
işçilərin yüksək mоbilliyi, məşğulluğun möhkəm rejimi хidmət sferasının dayanıqlılğını artırır. Хid-
mət sferasının bir çох müəssisələri əhalinin sоsial cəhətdən az təminatlı hissəsinin məşğulluğunu təmin
edir. Ticarət, ictimai iaşə, səhiyyə, təhsil, mədəniyyət və incəsənət turizm sahələrində yayılmış qismən
məşğulluq, habelə bu sahələrdə kiçik sahibkarlıq müəssisələrinin fəaliyyət göstərməsi əlavə əmək re-
surslarının cəlb оlunmasına imkan verir.
Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, dövlət proqramlarının reallaşdırılması sosial
xidmət sahəsində əsaslı dəyişiklikləri zəruri edir. Sosial xidmət sahəsində idarəetmənin müasir döv-
rün tələblərinə uyğun, beynəlxalq standartlara cavab verən, eyni zamanda yuksək səviyyədə qurul-
ması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. Sosial xidmət müəssisələrində idarəetmənin tək-
milləşdirilməsinin təmin edilməsi, əhaliyə göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına,
xidmətin hər kəs üçün əlyetərli olmasına, müraciətlərə vaxtında baxılmasına, sosial xidmətin yeni
növlərinin yaradılmasına, müasir texnologiyalarin bu sahəyə tətbiq olunmasına şərait yaradacaqdır.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, sosial xidmət sahəsində idarəetmənin təkmilləşdirilməsi
günümüz üçün son dərəcə aktual bir məsələdir.
Sosial xidmətlər sistemi iqtisadiyyatın və dövlət tərəfindən həyata keçirilən sosial siyasətin
mənəvi meyarıdır. Bu halda təkcə qazanılmış uğurların qorunması haqqında yox, həm də xidmətlərin
çeşidinin genişlənməsi və keyfiyyətinin artırılması, sosial xidmətlər sahəsinin maliyyələşdirilməsi
üçün yeni, büdcədənkənar mənbələrin cəlb edilməsi haqqında söhbət gedir. Respublika əhalisinə sosial
xidmətlər sistemində aparılan islahatlar bununla şərtlənmişdir. Eyni zamanda, islahatların gedişinin
nəzəri cəhətdən ümumiləşdirilməsi, onların həyata keçirilməsi mexanizmlərinin dərin təhlili ilə bağlı
araşdırmalar yoxdur. Bu sahədə baş verən dəyişikliklər arasında uyğunsuzluq, fəaliyyətin köhnə
formalarından azad olmaqda ləngimə müşahidə olunur, bazar münasibətləri şəraitində sosial xidmətin
fəaliyyətinin bütöv iqtisadi mexanizminin yaradılması çətinləşir.
Sosial xidmətlə bağlı normativ hüquqi baza əhalinin sosial xidmətə olan tələbatına cavab verə,
yeni çağrışları əhatə edə bilməsədə bu sahədə müəəyən məsələləri əhatə edə bilir. Sosial xidmətlərlə
bağlı əsas qanunvericilik bazas sosial xidmətlə bağlı qanun hesab edilir. “Sosial xidmət” haqqında
Azərbaycan Respublikasının Qanunu 30 dekabr 2011-ci ildə qəbul olunmuşdur. Bu Qanun Azərbay-
can Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə uyğun olaraq, Azər-
baycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
47
26-27 October 2018, Baku, Azerbaijan
dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan
münasibətləri tənzimləyir. Eyni zamanda Sosial xidmət haqqında Qanun qüvvəyə mindiyi gündən
“Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir[1]. Sosial
xidmətlərlə bağlı Nazirlər Kabinetinində bir neçə Qərar qəbul etmişdir ki bunlarada misal olaraq 30
dekabr 2012-ci ildə qəbul olunmuş "Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən
ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası "nın təsdiq edilməsi
barədə Qərarı göstərmək olar. Qəbul olunmuş bu
Qərar "Sosial xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qanuna uyğun olaraq dövlət
sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin
göstərilməsi məsələlərini tənzimləyir[3].
“Sosial xidmət” haqqında Qanunun 26-cı maddəsində göstərilir ki, “Sosial xidmət sahəsində
dövlət sifarişləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada bələdiyyələrə,
fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilə bilər”. Həmçinin bu Qanunun
16-cı maddəsində qeyd edilir ki, “Sosial xidmət sistemi sosial xidmət sahəsində fəaliyyət göstərən
müvafiq icra hakimiyyəti orqanından, dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələrindən, sosial
işçilərdən və sosial xidmətçilərdən, eləcə də öz vəsaitləri və ya cəlb edilmiş vəsaitlər hesabına sosial
xidmət göstərən qeyri-hökumət təşkilatlarından, könüllülərdən ibarətdir. Respublika Qızıl Aypara
Cəmiyyətinin strukturları bu sistemin tərkib hissəsidir”.
Yuxarıda qeyd olunan maddələrə diqqət etdikdə görürük ki, sosial xidmətlərin göstərilməsi
sahəsində özəl sektorun yaradılması üçün kifayyət qədər hüquqi baza var. Lakin buna baxmayaraq
Azərbaycanda təəsüflə qeyd etmək lazımdır ki, özəl sektorun fəaliyyətinə rast gəlinmir. Özəl sektorla
yanaşı Bu sahədə Bələdiyyələrində fəaliyyəti yox səviyyəsindədi. Qeyri Hökumət Təşkilatlarının
(QHT) fəaliyyəti isə çok aşağı səviyyədədir və onların fəaliyyəti demək olarki yalnız Bakı və Abşeron
yarmadasını əhatə etməkdədir. Onlarında sayı ona qədərdi ki, buda ümumilikdə ürək açan bir rəqəm
deyil.
Sosial xidmət sahəsində özəl sektorun yaradılması üçün fikrimizcə, aşağıda qeyd edəcəyimiz
təkliflər mövcud vəziyyətdə aktuallıq kəsb edə bilər. Bunlar:
bu sahə geniş təhlil olunmalı
özəl sektorun yaradılması üçün mümkün resurslardan istifadə edilməli
beynəlxalq təcrübə öyrənilməli
ölkəmiz üçün uyğun sosial xidmət konsepsiyası hazırlanmalı
güzəştli kreditlər verilməli
müəyyən vaxtadək vergidən azad olunmalı
dövlət özəl sektora sifarişlər verməli
bu sahədə dövlət yalnız nəzarət funksiyasını yerinə yetirməli
dövlət sosial xidmət müəssisələri özəlləşdirilməli
bu sahədə rəqabət mühitinin yaradılması üçün imkanlar yaradılmlıdır
Qeyd olunan təkliflərin nəzərə alınması sosial sahədə özəl sektorun yaranmasına təkan verə
bilər. Özəl sektorun yaranması yeni iş yerlərinin yaradılması, bu sahədə rəqabət mühütünün
yaradılması, dövlət büdcəsindən bu sahəyə ayrılan maliyyə vəsaitinin azaldılmasına, alternativ
maliyyə mənbəələrinin yaranmasına eyni zamanda göstərilən sosial xidmətlərin keyfiyyətinində
yüksəldilməsinə kömək edə bilər. Yuxarıda sadaladığımız təklifləri diqqətə alaraq deyə biləri ki,
müasir iqtisadi vəziyyətdə sosial xidmət sahəsində özəl sektorun yaradılması aktuallıq kəsb edir.
ƏDƏBIYYAT SIYAHISI
1.
“Sosial xidmət” haqqında Azərbaycan Respublikasının Qanunu
2.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı
3.
"Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin
göstərilməsi Qaydası " 30 dekabr 2012-ci ildə qəbul olunmuş Nazirlər Kabinetinində Qərarı
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
48
26-27 October 2018, Baku, Azerbaijan
IMPACT OF THE SOUTHERN GAS CORRIDOR PROJECT
TO THE SUSTAINABLE DEVELOPMENT OF EU AND
CASPIAN BASIN COUNTRIES
Associate Professor, Ph.D Fuad D. Humbatov
Academy of Public Administration
under the President of the Republic of Azerbaijan
fuad.humbatov@mail.ru
ABSTRACT
This article examines the role of Southern Gas Corridor in the sustainable development of EU and
Caspian basin countries. The impact of the project on region’s energy security, inclusive economic growth and
sustainabe development has been studied even further under the auspices of new geo-politic realities.
Key words: sustainable development, energy security, environmental protection, optimization of energy
consumption, energy diplomacy
CƏNUB QAZ DƏHLİZİ LAYİHƏSİNİN Aİ VƏ XƏZƏR HÖVZƏSİ
ÖLKƏLƏRİNİN DAVAMLI İNKİŞAFINA TƏSİRİ
XÜLASƏ
Məqalə AR tərəfindən uğurla icra edilə Cənub Qaz Dəhlizi layihəsinin Avropa Birliyi ölkələri və Xəzər
dənizi hövzəsinin dövlətlərinin davamlı inkişafındakı roluna həsr edilmişdir. Belə ki, qeyd olunan dövlətlərdə
yaranmış geo-siyasi şərait fonunda bu layihənin adı çəkilən bölgələrin enerji təhlükəsizliyi, inklüziv iqtisadi
inkişafı və ümumən davamlı inkişafına müsbət təsirləri araşdırılmışdır.
Açar sözlər: davamlı inkişaf, enerji təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji istehlakının
optimallaşdırılması, enerji diplomatiyası
Giriş
The actuality and close interrelation of such fundamental aspects of the contemporary
geopolitics as energy security and sustainable development have been studied in many researches on
the base of the various relevant approaches. In our days it’s impossible to imagine any slight economic
development of a country without a creation of sufficient and stable energy supply system. Only
effective energy supply sector can best advance sustainable development of each country by producing
and delivering secure and environmentally-friendly resources of energy and by increasing efficiency
of energy use [1]. In almost all the mentioned researches one can observe very frequent use of the
combination of terms of the 3E's – energy security, economic development and environmental
protection that proves once more a dialectic interrelation between the terms of energy security and
sustainable development.
According to the classic definition a sustainable development given in various academic papers
and particularly in the light of Ms.Harlem Brundtland terminology, sustainable development is a
mode of management and life when each society has to satisfy the needs of the present
generation without compromising the ability of future generation to satisfy theirs. And it’s
economically feasible only via the rational management of human, natural, and economic resources
that aims to satisfy the essential needs of humanity in the very long term.
In this regard, the actual challenges of energy security have a decisive role for the sustainable
development of each country. They consist of improving human, economic, social and environmental
conditions of the people of today and tomorrow that demands much greater levels of energy services,
as well as delivering of these services in a manner that is more universally accessible, affordable,
reliable, safe and environmentally friendly. These challenges, doubtless, require evolutional and
fundamental changes in technologies, methods, and infrastructure and of course people's mindset and
behavior everywhere. Secure, environmentally-friendly, and efficiently produced and used energy is
one of the milestones of the sustainable development.
Nowadays, fossil fuels (coal, oil and gas) supply most of the world’s energy demand, with
nuclear energy and large scale hydropower also making significant contributions. The ratio of global
proven reserves to current consumption are, approximately, for coal 400 years, gas 60 years and oil 40
years [2,3]. In the same time, in various academic researches it is predicted that the global energy mix
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
49
26-27 October 2018, Baku, Azerbaijan
will remain fairly stable and dominated by fossil fuels to 2030 due to the size and inertia of the energy
system and the inability to change it quickly. Current demographic, economic, social, and technological
trends – if not counterbalanced by strong new government policies – pose major challenges to the
long-term sustainability of the global energy system. If governments do not implement policies beyond
those already planned between now and 2030, it is projected that energy consumption will increase by
over half (53%); the energy mix will remain fairly stable and dominated by fossil fuels (80% share);
energy-related CO2 emissions will increase by over half (55%); and large populations of the world's
poor will continue to lack access to electricity (about 1.5 billion) and modern cooking and heating ser-
vices (about 2.5 billion). In this scenario, energy consumption increases from 11 200 Mtoe (millions
tons of oil equivalent) in 2004 to 17 200 Mtoe in 2030 [4].
All these scenarios and challenges underline once more an organic interrelation between sustainable
development and energy security aspects necessitates focusing specially on the ability of the energy
supply system of each region. This system consists of suppliers, transporters, distributors and regulatory,
financial and R&D institutions – to deliver the amount of competitively-priced energy that customers
demand, within accepted standards of reliability, timeliness, quality, safety and environmental impacts,
under a wide range of geopolitical, economic, social, technological and weather circumstances.
As it’s well-known from early researches, energy security concept was preliminarily defined
within the context of the geopolitical risks to external oil supplies. Nowadays, energy security is a
broader concept which encompasses all energy forms, all the external (foreign) and internal (do-
Dostları ilə paylaş: |