"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   67   68   69   70   71   72   73   74   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

349  

26-27 October 2018, Baku, Azerbaijan 

 Erməni  terror  təşkilatlarının  yuxarıda  sadalanan  məqsədləri  uğrunda  törətdikləri  terror 

nəticəsində  minlərlə  insan  xəsarət  almış,  50-dən  çox  türk  diplomatı  qətlə  yetirilmiş,  dəyəri  milyon 

dollarlarla ölçülən maddi ziyanlar vurulmuşdur. 

Qədim  dövrdə  Ermənistan dövləti  yox,  Ərməniyyə  ərazisi  var idi.  Ərməniyyə  də  coğrafi  ərazi 

olduğundan,  dövlət  ərazisi  kimi  götürülməsi  yalnışdır.  Tarixi  məlumatlara  görə  müəyyən  dövrlərdə 

müxtəlif  dövlətlərin,  məs:  Romanın,  Midiyanın,  Parfiyanın  hakimiyyəti  altında  olub.  Ərəblər  oranı 

tutandan sonra, orada Ərməniyə adı ilə idarələrini yaradıblar. Yəni ki, bu coğrafi addır, bunu bir xalqa, 

dövlətə aid etmək düzgün deyil. Lakin, ermənilər Ərməniyyə adının Ermənistana uyğun gəlməsindən 

məharətlə istifadə edirlər. [4- səh.10] 

19-cu  əsrdən  Erməni  xüsusi  xidmət  idarələri,  təşkilatları  terror  təşkilatı  kimi  fəaliyyət  göstərir 

və  minlərlə  türkün,  müsəlmanın  həyatına  son  qoyurlar.  Onlar  müsəlmanlara  qarşı  terror  təşkilatı 

yaradaraq  onların  axırına  çıxmağı  məqsədliyiblər.  Bununla  bağlı  stat  olaraq,  Erməni  teror 

təşkilatlarının  liderlərindən  Qaragen  xatirələrində  yazır:  “Biz  nə  istəyirik,  sonuncu  türk  kar  ola,  kor 

ola,  lal  ola...-  onu  da  məhv  etməliyik.”  Yəni  bu  cümləni  işlədən  insan  və  teror  təşkilatı  üçün 

insanlıqdan  heç  bir  əsər  əlamət  yoxdur.  1992-ci  ilin Xocalı  faciəsində  13  yaşlı qız  uşağının  dərisini 

soyan Erməni yazıçısı da, fəhləsi də, əsgəri də, dövlətin prezidenti də terrorçudur. Bu mənada terroru 

ermənilərdən ayırd  etmək  və  mənsub  olduqu  millət  haqqında  təsəvvür  yaratmaq  mümkün  deyil.  [  5- 

səh. 260-262] 

Erməni  kilsəsi  erməni  terror təşkilatlarına  daim  maddi  və  mənəvi  dəstək  göstərirdi.  1983-cü  il 

noyabrın 21-də Kaliforniyada erməni kilsəsi katolikos E.Tabakyanın başçılığı 1982-ci il yanvarın 28-

də  Los-Ancelesdə  türk  konsulu  K.Arikanı  öldürən  və  buna  görə  məhkum  olunan  Livan  ermənisi 

terrorçu  Xampiq  Sasunyanın  şərəfinə  “Xampiq  axşamı”  keçirilir.  K.Arikanın  qətlindən  sonra,  ” 

Erməni  soyqırımına  görə  ədalət  Kommandosu”  bildirmişdi  ki,  “bizim  yeganə  hədəfimiz  –  türk 

diplomatları və türk təsisatlarıdır”. [6- səh.5] 

Hazırda  Ermənistan  xarici  investisiyalardan,  yardımlardan  və  erməni  lobbisinin  yardımından 

aslıdır və iqtisadiyyatının formalaşması üçün real imkan yoxdur. Çünki, Ermənistan nə təbii sərvətlərlə 

zəngin,  nə  inkişaf  etmiş  sənayesi  olan  ölkədir.  Rusiyanın,  xaricdəki  havadarlarının,  Fransadakı, 

Argentinadakı,  ABŞ-dakı,  Hindistandakı  lobbilərinin  verdiyi  yardımlar  və  beynəlxalq  ticarət 

əlaqələrini qorumaq hesabına maliyələşən dövlətdir.  

Erməni  terror  qruplaşmaları  öz  məqsədlərinə  çatmaq  üçün  siyasi  və  ideoloji  vəziyyətdən  asılı 

olaraq,  eyni  zamanda  düşmən  olan  rejimlərlə  tez-tez  əməkdaşlıq  edərək  manevr  etmək  və 

uyğunlaşmaq  qabiliyyətinə  malikdirlər.  Erməni  terror  təşkilatları  yarandıqları  andan  Rusiya,  Böyük 

Britaniya,  Fransadan  dəstək  alır,  SSRİ  ilə  əlaqələr  qurur,  Hitler  Almaniyasıyla  əməkdaşlıq  edirdilər. 

Bu  gün  onlar  Yaxın  Şərqin  ən  radikal  rejimlərilə  əməkdaşlıq  etməyə,  inkişaf  etmiş  ölkələrin  siyasi 

dairələri tərəfindən davamlı dəstəyə sahibdirlər. 



Erməni terror təşkilatları 

Dünyanın  müxtəlif  yerlərində  qanlı  aksiyalar  törətmiş  erməni  terror  təşkilatlarının  adları: 



“Armenakan” partiyası 1885-ci ildə yaradılıb. Türkiyyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində, 

İstanbulda terror aktları törədərək İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub. “Hıncaq” 

partiyası  1887-ci  ildə  Cenevrədə  yaradılıb,  əsas  məqsədi  Türkiyyənin  Anadolu  bölgəsini,  “Rus”  və 

“İran”  Ermənistanlıları  adlandırdıqları  əraziləri  birləşdirməklə  “  Böyük  Ermənistan”  dövləti 

yaratmaqdı.  Partiyanın  proqramının  IV  bəndində  göstərilir  ki,  “  Qarşıya  qoyulmuş  məqsədə  çatmaq 

üçün  təbliğat,  təşviqat,  terrorizm  və  dağıdıcı  təşkilat  yaradılması  metodu  seçilməlidir”. 



“Daşnaksütyun” erməni federativ inqilab partiyası 1890-cı ildə Tiflisdə yaradılıb və məqsəd olaraq 

Azərbaycanın  Dağlıq  Qarabağ,  Naxçıvan  və  Türkiyənin  Anadolu  torpaqlarında  “Böyük  Ermənistan” 

dövləti  qurmaqdır.  1892-ci  ildə  Tiflisdə  ilk  qurultayında  türklərə  qarşı  sui-qəsdlərin  təşkil  olunması 

barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə öldür, 

sözündən  dönənləri,  erməni  xainlərini  öldür,  intiqam  al!”  Partiya  tərəfindən  yaradılan  bir  sıra  terror 

qrupları mövcuddur: “ Erməni “soyqırımının” intiqamçıları” qrupu, məxfi terror qrupu DRO və onun 

bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO- 8888. Daşnakların bu istiqamətdə fəaliyyətləri davam 

edir.“Erməni  gizli  azadlıq  ordusu”  (ASOA):  1975-ci  ildə  Beyrutda  yaradılıb  və  mənzil  qərargahı 

Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır və fəaliyyətinin 

ilk  6  ilində  dünyanın  müxtəlif  ölkəsində  19  türk  diplomatının  ölümünə  səbəb  olan  terror  aktları 

keçirib. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

350  

26-27 October 2018, Baku, Azerbaijan 

Ermənistanın  azadlıq  uğrunda  erməni  gizli  ordusu”  (  ASALA)  1975-ci  ildə  yaradılıb  və 

qərərgahı  Beyrutda, təlim-məşq  bazaları isə  Suriyada  yerləşir  və  məqsədi  Şərqi Türkiyə,  Şimali  İran 

və  Azərbaycanın  Naxçıvan  və  Dağlıq  Qarabağ  əraziləri  üzərində  “Böyük  Ermənistan”  qurmaqdır  və 

əsasən  Türkiyə  və  Azərbaycan  vətəndaşlarına  qarşı  terror  aktları  həyata  keçirir.  Təşkilatın  “Əbu 

Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas şəxslərdən biri ASALA-nın 

lideri Akop Akopyan olmuşdur. 1980-ci ildə Afinada türk səfirinin ölümündə məsuliyyəti öz üzərinə 

götürmüş A.Akopyan 01.08.80-ci ildə “Nyu-York Teyms” qazetində bildirmişdir: “Bizim düşmənimiz 

türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir.” ASALA 1980-ci ilin aprelində birgə 

terror  aksiyalarının  keçirilməsinə  dair  PKK  ilə  razılığa  gəlmiş  və  bunu  Livanda  rəsmiləşdirmişlər. 

Beyrut  şəhərində  28.08.1993-cü  ildə açıqlanan  bəyanatında  ASALA  “pantürkist  neft  borusu”  (Bakı-

Tiflisi-Ceyhan) üzrə layihənin reallaşdırılmasına imkan verməyəcəyini bildirmişdir.[8]  

Bu təşkilatların sıralanmasında: “Geqaron”, “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq 

cəbhəsi”,  ”Orli  qrupu”:  “Erməni  soyqrım  ədalət  komandosları,  “Erməni  birliyi”  "Gənc  ermənilər 

ittifaqı", “9 iyun qrupu", "İsveçrə qrupu”, “Demokratik cəbhə”, "İntiharçılar eskadronu”, “Apostol”və 

başqalarının adlarını çəkə bilərik. [7-səh 14] 

Erməni terror təşkilatlarının fəaliyyətinin qarşısını alınması 

İlk növbədə region dövlətləri, Rusiya, İran, Türkiyə terrorizmə qarşı mübarizədə birləşməlidir-

lər. Maraqlar son dövrlərdə üst-üstə düşür. Yəni son dövrlərdə verilən bəyanatlar, Soçi görüşləri və s. 

bunu göstərir ki, artıq bu istiqamtə addımlar atılır. İkinci olaraq, terrorizmin qarşısını almaq üçün onun 

rəsmi  və  ya  qeyri  rəsmi  maliyyə  dəstəyini  kəsmək  lazımdır.  Maliyyə  dəstəyini  kəsmək  üçün  hər  bir 

dövlət  öz  milli  təhlükəsizliyinin  qorunması  üçün  ciddi  mübarizə  aparmalıdır.  Çünki,  terroristlərin 

maliyyə dəstəyi dedikdə silah alveri, insan alveri, narkotik alveri və s.- bunlar tranzit ölkələrdən keçir. 

Ona  görə  də,  münaqişə  ocaqlarındakı  məsələlər  həllini  tapmalıdır.  Məs:  Qarabağ  münaqişəsi  həll 

olunmursa,  deməli  Qarabağ  ərazisi  qaçaqmalçılar  üçün  faydalı,  nəzarətdən  kənar  qalan  bir  ərazidir. 

Ermənistanın dəstəklədiyi terrorçuların yuvasıdır. Üçüncü, terror təşkilatlarım maliyyə mənbələrindən 

biri leqal iqtisadi fəaliyyət göstərirlər, amma, o iqtisadi fəaliyyət də, qazanc da terrorizmlə mübarizəyə 

yönəlməlidir.  Ona  görə  də  iqtisadi  fəaliyyət  göstərən  hüquqi  şəxslər  araşdırılır  və  onların  konkret 

olaraq  əlaqələri  üzə  çıxarılmalıdır  ki,  onların  terror  təşkilatları  ilə  əlaqəsi  olmasın.  Yəni  dövlətin 

iqtisadi  inkişafı  şəffaf  olmalıdır.  Şəffaf  iqtisadi  inkişafda  terrorizmin  maliyyə  dəstəyi  kəsilir.  Sonra 

böyük dövlətlərin xarici siyasəti neytrallaşdırılmalıdır. Yəni böyük dövlətlərin, xarici siyasət maraqla-

rına terrorizmin yaranması təsir göstərir. Məs, müəyyən istiqamətdə böyük dövlətlərin siyasətinə nəzər 

salsaq görərik ki, ikili standartlar var. Yəni böyük dövlətlərin konkret maraqları olmalıdır. Hamı bilir 

ki,  PKK-nın  yaranmasında  keçmiş  SSRİ-nin  böyük  dəstəyi  olub.  Onların  istehsal  etdikləri  silahların 

əksəriyyəti Rusiya istehsalı olan silahlar idi. Son dövrlərdə Almaniya istehsalı olan silahların da bura-

da istifadə olunduğu aşkar olunması Almaniyanın dəstəyini göstərir. Demək, böyük dövlətlərin xarici 

siyasət maraqlarında artıq ambisiyalara yox,  əməkdaşlıqa getməlidirlər. Əslində, bu dövlətlər dünya-

nın  ən  güclü  dövlətləridir  və  bütün  prosesləri  idarə  etmək  qüvvəsində  olan  dövlətlərdir.  Belə  olan 

şəraitdə  digər  dövlətlərin  daxilində  olan  stabilliyin  pozulmasına  maraqlı  olmaqdansa,  əməkdaşlıqa 

gedib, sülh şəraitində yaşaması daha yaxşı olar. Bugünki dünyamız dövlətlərin siyasi, hərbi və iqtisadi 

inkişafı qarşısında artıq balaca görsənir və III müharibəni qəbul etmək iqtidarında deyil. Yəni nəzərə 

alsaq  ki,  təkcə  Fuksimadakı  atom  elektrik  stansiyasının  2009-cu  ildəki  partlayışı,  Yer  kürəsini  öz 

orbitindən 15 sm kənara çıxara bilmişdirsə, hidrogen və atom bombalarının partladılması Yer kürəsini, 

insanları,  canlıları  hansı  vəziyyətə  gətirər.  Ona  görə  də,  bu  gün  qloballaşma,  əməkdaşlıq  ən  doğru 

seçimdir. Mənə elə gəlir ki, böyük dövlətlər bunu görür. Yaxın Şərq məsələsində geri çəkilmələrinə və 

maraqlarına  qarşılıqlı  güzəştə  getmələrinin  səbəbi  də  budur.  Nasizmin  kökü  kəsilən  bir  planetdə, 

Erməni terrorizminin kökünün kəsilməsi mümkünsüz bir sey deyil. [8] 

Nəticə 

Terrorizm erməni millətçiləri tərəfindən siyasi məqsədlərinə nail olmaq üçün bir vasitə, dövlət 

siyasətinin tərkib hissəsi olmuşdur. S.Weems qeyd edir ki,"1918-ci ildən bu günə qədər Ermənistanın 

iki böyük ixracatı olmuş: "tarixi dövlət" və “terrorizmdən qaçan xalqı” və əsas idxalı digər xalqlardan 

xarici yardım olub və hazırda da davam edir". [9] 

Erməni terror təşkilatları 1973-2001-ci illərdə yalnız Qərbi Avropa ölkələrində 235 terror aktını, 

70 qətli, 41 sui-qəsd cəhdini törətmişdir. Bu terror aktları nəticəsində 524 nəfər yaralanıb və 105 nəfər 

girov götürülüb. [10] 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

351  

26-27 October 2018, Baku, Azerbaijan 

Hazırda  qlobal  terrorizmə  qarşı  mübarizədə  mühüm  müvəffəqiyyətlər  qazanılıb.  BMT 

Təhlükəsizlik  Şurasının  yekdilliklə  qəbul  olunmuş  qətnaməsi  189  üzv  qarşısında  vəzifə  qoyur  ki, 

terrorçulara  qarşı  hamı  mübarizəyə  qalxaraq,  terrorçuları  ədalət  mühakiməsi  qarşısına  gətirsinlər. 

ABŞ-ın dövlət katibi Kolin Pauell söyləmişdi: “Heç bir vəsaitin və sığınacağın olmaması, son nəticədə 

heç bir qurtuluşun olmamasına bərabərdir”. [ 11] 

Beləliklə,  erməni  terrorizmi  bir  çox  dövlətlətlərin  ilk  növbədə,  Rusiya,  Fransa,  İngiltərə  və 

ABŞ-ın  Yaxın  Şərqdə  geosiyasi  məqsədlərinin  reallaşdırılması  vasitəsi  kimi  yaranmışdı  və  bu 

dövlətlərin  çoxsaylı  səylərinin  məntiqi  nəticəsi  Osmanlı  dövlətinin  zəiflədilməsi  oldu.  Aparılan 

araşdırmalarda Erməni terrorizminin nəinki türk dünyası üçün, eyni zamanda bütün bəşəriyyət üçün, 

beynəlxalq təhlükəsizlik üçün təhdid olduğu qənaitinə gəlirik. 

 Sonda BMT Baş katibi Kofi Annanın bəyanatını xatırladaq: "Terrorizm cəmiyyəti təhdid edir. 

Dünyaya  qarşı  hərəkətə  keçdikcə,  terrorizmə  qarşı  nifrətin  artması  üçün  şəraitə  ehtiyacın  olduğunu 

xatırlatdı. Şiddəti, məğlubiyyəti və nifrəti daha qəti şəkildə qarşılamalıyıq ... " [10] 



 

ƏDƏBIYYAT SIYAHISI: 

1. 


journals.lib.unb.ca (02.10.18.) 

2. 


Xalq qazeti, 26 sentyabr 2012, 

3. 


Xalq qazeti, 27 sentyabr 2012,  

4. 


Olaylar, 2011, 18 may, 

5. 


Zori Balayan. “Ruhumuzun dirçəlişi” əsəri, 

6. 


“Asala and PKK hold a joint meeting in northern Iraq”, Turkish Daily News, 13 .06.2001 

7. 


Mövqe qazeti, 5 Mart, 2011 

8. 


Namig Abbasov, “Terrorizm tesno svyazan s separatizmom,” Ekho, 28 March, 2002. 

9. 


http://www.tallarmeniantale.com/interview-weems.htm( 02.10.18.) 

10.  www.turkishnews.com (2.10.18) 

11.  A.Rəhimzadə “Həyat bizi terrorizmə qarşı barışmaz mübarizəyə səsləyir” Dirçəliş, No 51 (May, 2002) 

 

 

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİNDƏ 

(MƏCLİSİ-MƏBUSAN) SEÇKİ PROSESİ 

 

Nurlanə Əlirza qızı Məlikli 

Lənkəran Dövlət Universitetinin dissertantı 

nurlanamalikli@gmail.com 

 

XÜLASƏ 

Məqalədə  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentində  parlament  üzvlərinin  seçilməsi  prosesi  tədqiq 

olunmuşdur. Məqalənin tarixi 1918-1920-ci illəri əhatə edir. Məqalədə həmçinin Parlamentin yaradılması prosesi 

və təşkilində parlament üzvlərinin-deputatların (məbusların) rolu araşdırırlır. 



Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Milli Şura, Parlament, seçki qanunu, seçki prosesi 

 

ABSTRACT 

The  article  investigates  the  process  of  electing  members  of  parliament  in  the  Parliament  of  Azerbaijan 

Democratic Republic.  

The history of the article covers the years 1918-1920. The article also examines the role of parliamentarians 

in the establishment and organization of the Parliament. 

Key words: Azerbaijan Democratic Republic, National Council, Parliament, election law, election process

 

 



Giriş 

I Dünya müharibəsinin gedişində Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yarandı. 

Həm  qədim  dövlətçilik  ənənələrinə,  həm  də  müasir  idarəçilik  mədəniyyətinə  yiyələndiyi  üçün 

müstəqil  dövlət  halında  yaşamağa  hazır  Azərbaycanda  da  istiqlaliyyətlə  bağlı  fəaliyyətə  başlanıldı. 

Azərbaycan  ziyalılarının  mühüm  bir  hissəsi,  o  cümlədən,  Əlimərdan  bəy  Topçubaşov  başda  olmaqla 

peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. 

Onlar  Rusiya  mütləqiyyətindən  tamamilə  fərqlənən,  bütün  hüquq  və  azadlıqların  təmin  olunduğu  ən 

demokratik  respublika  sistemi  yaratmağa  hazır  idilər.  Azərbaycan  Xalq  Cümhuriyyəti  xadimlərinin 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

352  

26-27 October 2018, Baku, Azerbaijan 

demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri 

dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi 

formalaşması tarixi reallıqdan doğurdu [5]. 

1917-ci  ilin  fevralında  Rusiyada  Romanovlar  mütləqiyyətinin  devrilməsi  ilə  başlanan  proses 

müəyyən  mərhələlərdən  keçməli  oldu.  Hakimiyyətə  gələn  Müvəqqəti  hökumət  Cənubi  Qafqazın 

İdarəçiliyi  üzrə  XüsusiKomitə  yaratdı,  amma  Müvəqqəti  hökumət  uzun  müddət  hakimiyyətdə  qala 

bilmədi.  1917-ci  ilin  oktyabrındakıhakimiyyət  çevrilişi  nəticəsində  Cənubi  Qafqazdan  Rusiyanın 

Müəssislər  Məclisinə  seçilən  deputatlar  Petroqradavə  Moskvaya  gedə  bilmədilər.  Onlar  1918-ci  il 

fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olanZaqafqaziya Seymini, başqa sözlə, 

Zaqafqaziya  Parlamentini  yaratdılar.  Zaqafqaziya  Seymində  Müsəlman  Fraksiyasını  Müəssislər 

Məclisinə  seçkilər  zamanı  Azərbaycanı,  habelə  bütün  Cənubi  Qafqazın  1  milyondan  çox  türk-

müsəlman  seçicisinin  səsini  qazanmış  44  deputat  təmsil  edirdi.  Zaqafqaziya  Seyminin  Müsəlman 

Fraksiyası,  faktiki  olaraq,  Zaqafqaziya  Müsəlman  Şurası,  daha  doğrusu,  Zaqafqaziya  Müsəlman 

Parlamenti  funksiyasını  yerinəyetirirdi.  Zaqafqaziya  Seyminin  ən  aktiv  üzvləri  olan  Azərbaycan 

nümayəndələri  1918-ci  il  aprelin  9-daZaqafqaziya  Seymi  Zaqafqaziyanın  müstəqilliyini  elan  etdi  və 

Birləşmiş  Zaqafqaziya  Cümhuriyyəti  yaradıldı.Bununla  belə,  istər  daxili,  istərsə  də  xarici  siyasət 

sahəsində  kəskin  milli  mənafe  ziddiyyətlərinin  ortaya  çıxmasıZaqafqaziya  Seymini  dağıtdı  və  mayın 

25-də  gürcü  nümayəndələr,  mayın  27-də  Seymin  Müsəlman  Fraksiyası  Seymdən  ayrıldıqlarını  elan 

etdilər.  Zaqafqaziya  Müsəlman  Şurasının  ayrıca  iclasında  isə  Azərbaycanın  müstəqilliyinin  elan 

edilməsinə qərar verildi. Mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan edən 

İstiqlal  bəyannaməsi  qəbul  edilidi.  İstiqlal  Bəyannaməsi  bütün  türk-müsəlman  dünyasında, 

ümumiyyətlə,  bütün  Şərqdə,  ilk  dəfə  olaraqAzərbaycanda  ən  demokratik  respublika  idarə  üsulunun-

parlamentli  respublikanın  yaradılacağından  xəbər  verirdi  [5].  Bundan  əavə,  bəyannaməyə  əsasən 

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura 

qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət dururdu. Milli Şura eyni zamanda AXC parlamenti 

yaradılanna qədər parlament rolunu daşıyırdı. 

AXC Parlamentinin əsas özəyini keçmiş Zaqafqaziya Seyminin Azərbaycan Milli Şuransının 44 

üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan 

seçilmişdi.  Şəhər  özünüidarəsi  və  milli  komitələri  olmayan  qəzalarda  deputatlar  kənd  icmaları 

nümayəndələrinin  qurultayı  tərəfindən  seçilə  bilərdilər.  Nəzərdə  tutulan  120  deputatdan  80  nəfəri 

müsəlman əhalini, 21 nəfəri erməni, 10 nəfəri rus milli azlıqlarını, 4 nəfər də alman, yəhudi, gürcü və 

polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, Neft Sənayeçiləri Şurası və Ticarət-

Sənaye İttifaqına 2 yer ayrılmışdı [7, s.284]. Beləliklə, AXC parlamenti (Məclisi-Məbusan) Müəssisə-

lər  Məclisi  çağırılana  qədər  aşağıdakı  sistem  üzrə  seçilmiş  üzvlərdən  ibarət  idi:  a)  Zaqafqaziya 

müsəlmanlrının  4  siyasi  partiyasının  siyahıları  üzrə  Ümumrusiya  Müəssislər  Mədisinə  seçilən,  sonra 

isə genişləndirilmiş siyahı əsasında Zaqafqaziva Seyminin üzvü qismində iştirak edən və Azərbaycan 

Milli Şurasını təmsil edən 44 deputat; b) milli azlıqların səlahiyvətli milli təşkilatlan tərəfindən seçilən 

nümayəndələr; c) Azərbaycanın şəhər özünüidarəsinin və müsəlman milli komitəsinin nümayəndələri; 

d) sənayeçilərin və tacirlərin nümayəndələri [6, s.21-22]. 

AXC  Parlamentində  seçki prosesi  və  ərazi  proporsiyası  Azərbaycan  Milli  Şurasının  1918-ci  il 

20  noyabr  tarixli  iclasında  qəbul  olunmuş  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında 

qanun"unda aşağıdakı kimi nəzərdə tutulmuşdu [1, s.14-15]: 

1 — Azərbaycan parlemanı (Məclisi-Məbusan) 120 əzadan ibarətdir. 

2  —  Azərbaycan  parlemanı  Azərbaycan  Məclisi-Müəssisanı  dəvət  oluncaya  qədər  aşağıdakı 

tərtiblə intixab olunmuş əzadan təşəkkül edir: 

a)  Rusiya  Məclisi-Müəssisanına  dörd  müxtəlif  siyasi  firqə  siyahıları  mucibincə  Mavərayi-

Qafqaz  əhaliye  islamiyyəsi  tərəfindən  intixab  olunub  da  sonra  Mavərayi-Qafqaz  "Seym"ində  əza 

sifətilə bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil eyləmiş 44 zatdan; 

b)  Azərbaycan  bələdiyyələri  müsəlman  əzasilə  əskidən  mövcud  bulunan  Milli  müsəlman 

komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan

p)  Əqəliyyətdə  bulunan  millətlərin  səlahiyyətdar  müəssisəyi-milliyyələrindən  cəlb  olunacaq 

zəvatdan; 

t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət və ərbabi sənaye ittifaqından cəlb olunacaq 

zəvatdan. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

353  

26-27 October 2018, Baku, Azerbaijan 

3 — Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq: 

a) Əhaliye islamiyyə tərəfindən: Bakı — 5; Göyçay uyezdi — 2 (biri şəhər, biri uyezd); Cəvad 

— 2 (biri şəhər, biri uyezd); Quba — 3 (biri şəhər, ikisi uyezd); Lənkəran — 2 (biri şəhər, biri uyezd); 

Şamaxı — 2; Gəncə — 3 (biri şəhər, ikisi uyezd); Ərəş — 2; Cavanşir — 1; Zəngəzur — 2; Qazax — 

1; Cəbrayıl — 1; Nuxa— 2 (biri şəhər, biri uyezd); Şuşa — 2 (biri şəhər, biri uyezd); Zaqatala  — 2 

(biri  şəhər,  biri  mahal);  İrəvan  vilayətinin  Azərbaycana  keçən  hissəsi  —  3;  Tiflis  vilayətinin 

Azərbaycana keçən hissəsi — 1. 

Qeyd: a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman  əzası tərəfindən seçiləcəkdir. 

Digər  şəhərlərdə  daxi  şəhər  hissəsinə  düşən  nümayəndəyi  —  ümumi  intixabla  seçilmiş  müsəlman 

qlasnılarını  seçəcəklərdir.  Uyezd  nümayəndələri  isə  uyezd  milli  komitələri  tərəfindən  intixab 

olunacaqdırlar. 

b) Seçkilər gizli olacaq; 

p)  Əqəliyyət  təşkil  edən  millətlərdən:  erməni  əhalisi  tərəfindən  21,  8-i  Gəncə  erməni  əhali 

komitəsindən,  8-i  Şuşa  erməni  əhali  komitəsindən,  5-i  də  Bakı  erməni  əhali  komitəsindən;  rus 

əhalisindən  Bakıdakı rus milli şurasından  —  10; alman  əhalisi  təşkilati-milliyyəsindən  —  1;  yəhudi 

şurayi milliyyəsindən —- 1; Gürcükomitəsindən — 1; Polyak komitəsindən — 1. 

t)  Bakı  həmkarlar  Cəmiyyəti  Şurasından  —  3,  Bakı  Sovet  siyezd  və  ticarət-sənaye 

cəmiyyətlərindən müştərəkən — 2. 

Qeyd:  1  —  Bələdiyyəsi  və  milli  komitəsi  olmayan  qəzalar  nümayşndələrini  köy  obşestva 

nümayəndələrinin  ictimaində  təyin  edə  bilərlər.  Bir  ictimai  hər  obşestvadan  birər  nümayəndə 

göndərilmək surətilə hasil olur. 

Qeyd: 2 — Əhvali fövqəladə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təin 

edər. 


Qeyd: 3 — Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur 

və  yaxud  başqa  bir  səbəblə  məclisdən  çıxarsa,  onun  əvəzinə  mənsub  bulunduğu  siyahının  mərtəbi 

bulunan firqəyi müəssisani tərəfindən başqa birisi təyin olunur. 

Qeyd: 4 — Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy 

sudyalar  və  ya  onların  müavini  və  əqəliyyətə  mənsub  millətlərdə  Milli  Şura  rəislərinin  təşəbbüs  və 

nəzarəti ilə icra olunur və intixab olunacaq zəvaətə kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh və 

müsəddiq etimadnamələr verilir. 

Seçki qanunu siyasi, sinfi, dini, mulli fərqləri nəzərə almadan səsvermə hüququna malik bütün 

vətəndaşların  iştirakını  təmin  edirdi.  Milli  Şura  üzvlərinin  qətiyyətli  siyasi  movqeləri  demokratik 

parlamentin (Məclisi- Məbusanın) formalaşmasma gətirib çıxardı [6, s.20]. 

Parlamentə seçkilər haqqındakı bu qanunun elan edilməsindən sonra Bakıda siyasi mübarizə son 

dərəcə kəskinləşdi. Xüsusən Azərbaycanda məskun olan qeyri – yerli əhali bu qanunu düşməncəsinə 

qarşıladı. Həmin münasibət dekabrın əvvəllərində Bakıda bir sıra siyasi partiyaların nümayəndələrin-

dən  ibarət “Demokratik  müşavirə”  deyilən  yığıncaqlarda  da  özünü  göstərdi.  Müşavirədə  iştirak  edən 

eser  (Saakyan),  menşevik  (Baqaturov),  bund  (Blumşteyn)  partiyalarının  və  həmkarlar  ittifaqları 

şurasının  nümayəndələri  (Kojannı,  Roxlin)  qəti  surətdə  Azərbaycan  istiqlalı  prinsipinə  qarşı  çıxıb, 

parlamentin  yaranmasını  “böyük,  bölünməz  Rusiyaya  qarşı  xəyanət  hesab  etdiklərini  bildirdilər”. 

Müsavat partiyasının nümayəndəsi Şəfi bəy Rüstəmbəyli öz çıxışında Musavat partiyasının istiqlaliy-

yət  uğrunda  qəti  mübarizəyə  hazır  olduğunu  demiş,  Azərbaycanda  olan  demokratik  qüvvələrin 

parlament vasitəsi ilə yeni Azərbaycanın qurulmasında iştirak etməyə çağırmışdır. Müsəlman sosialist-

lər ittifaqının nümayəndəsi Ə.C. Pepinov və Hümmət (menşevik) qrupunun nümayəndəsi Ə. Şeyxulis-

lamzadə  öz  çıxışlarında  təşkilatları  adından  yaranmış  mövcud  vəziyyətdə  parlamentdə  iştirakın 

zəruriliyindən bəhs etmişdilər. Bolşeviklər parlamentə baykot elan etdilər. Bakıdakı Rus Milli Şurası 

ingilis  komandanlığının  köməyindən  istifadə  edərək,  parlamentin  açılması  işini  pozmağa  cəhd  etdi. 

Erməni Milli Şurası da ixtiyarlarında olan hərbi hissələrə güvənərək Bakıda qarışıqlıq salırdı. Rus və 

qismən  Erməni  Milli  Şuraları  parlamentə  seçkiləri  baykot  edib,  öz  nümayəndələrinin  parlamentdə 

təmsil  etdikləri  millət  adından  iştirakına  mane  oldular.  İlk  əvvəllər  onların  müttəfiqi  olan  general 

Tomson parlamentin açılmasına mane olsa da, bir qədər sonra onun təşkilinə mane olmamaq qərarına 

gəlir. Rus Milli Şurasının da bir qrup üzvü onun tərkibindən çıxıb, Rus – slavyan cəmiyyəti deyilən bir 

təşkilat yaratdılar. Sonuncular Azərbaycan istiqlalı prinsipini qəbul etməsələr də, öz nümayəndələrini 

parlamentə göndərmək qərarına gəldilər. Fəhlə konfransının parlamenti baykot etmək siyasətinə qarşı 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin