THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
340
26-27 October 2018, Baku, Azerbaijan
ya təşkilatlardan da yardım tələb etmədiyi təqdirdə dövlətin tələbi olmadan başqa bir dövlətin və ya
təşkilatın müdaxilə etməsi gündəmə gələ bilər.
Travalio, ətalətə nümunə olaraq Livanın İsrailə qarşı terrorçu fəaliyyətlərin həyata keçirildiyi
ölkənin cənub hissəsi üzərində nəzarətə malik olmamasını göstərir. [10, s. 150 ]
ƏDƏBIYYAT
1.
Arend, Anthony Clark: “Responding to Rogue Regimes; From Smart Bombs to Smart Sanctions; International Law and
Rogue States: The Failure of the Charter Framework””, New Eng. L. Rev., Vol. 36, 2002, s. 735-753.
2.
Cassese, Antonio: “Terrorism is also Disrupting Some Crucial Legal Categories of InternationalLaw”, Eur. J. Int’l
L., Vol. 12, No. 5, 2001, s. 993-1001.
3.
Eınısman, Alan: “Ineffectiveness at Its Best: Fighting Terrorism with Economic Sanctions”, Minn. J. Global Trade,
Vol. 9, 2000, s. 299-326.
4.
Erıckson, Richard J.: Legitimate Use of Military Force Against State-Sponsored International Terrorism, Air
University Press, Alabama, 1989.
5.
Jenkins, Brian. International Terrorism: The Other World War, RAND Publications, Project Air Force, 1985.
6.
Khan, Ali: “A Legal Theory of International Terrorism”, Conn. L. Rev., Vol. 19, 1987, s. 945-972.
7.
Lambert, Joseph J.: Terrorism and Hostages in International Law a Commentary on the Hostages Convention 1979,
Cambridge Grotius Pub., Cambridge, 1990.
8.
Schachter, Oscar: “The Lawful Use of Force by a State Against Terrorist in Another Country”, in Terrorism & Political
Violence Limits & Possibilities of Legal Control, Ed. by. Henry H. Han, Oceana Pub., New York, 1993, s. 243-265.
9.
Terry, James P.: “An Appraisal of Lawful Military Response to State-Sponsored Terrorism”, Nav. C. L. Rev., Vol. 68,
1978-1994, s. 455-463.
10. Travalıo, Greg & Altenburg, John: “State Responsibility for Sponsorship of Terrorist and Insurgent Groups:
Terrorism, State Responsibility, and the Use of Military Force”, Chi. J. Int’l L., Vol. 4, 2003.
AVROPADA MULTİKULTURAL CƏMİYYƏTİN MƏNBƏLƏRİ
VƏ MULTİKULTURALİZM SİYASƏTİ İNDEKSİ
Orucova Tərlan Əhməd qızı
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı
terlan.isgenderova@mail.ru
XÜLASƏ
Məqalə Avropada müxtəliflik faktının hansı mənbələrdən qaynaqlandığına və Avropa cəmiyyətlərində ən
çox qəbul edilən müxtəliflik formasının araşdırılmasına həsr olunub.
Müəllif multikulturalizm siyasətinin ölkələr və zaman dilimində varlığını və ya yoxluğunu müəyyən edən
Multikulturalizm Siyasəti İndeksinin əsas krtieriyalarını araşdırır.
Açar sözlər: multikulturalizm siyasəti, Multikulturalizm Siyasəti İndeksi, multikultural cəmiyyət, miqrant
THE SOURCES OF MULTICULTURAL SOCIETY IN EUROPE AND THE
MULTİCULTURALİSM POLİCY İNDEX
Abstract
The article is devoted to investigate the sources of diversity in Europe and the most commonly accepted
form of diversity in European societies.
The author examines the key points of the Multiculturalism Policy Index, which determines the existence
or absence of multiculturalism policies in countries over time.
Key words: multiculturalism policy, Multiculturalism Policy İndex, multicultural society, immigrant
Giriş
İlk dəfə Avropada meydana çıxan və məqsədi etnik, mədəni və dil fərqliliklərini bir yerdə əridə-
rək ortaq tarix, dil və mədəniyyətə söykənən bir millət yaratmaq olan milli dövlət layihəsinə bu gün
ciddi meydan oxunur. Bəzən "multikulturalizm" bəzən də "multikultural cəmiyyət" olaraq adlandırılan
bu meydan oxuma, mahiyyəti etibarilə cəmiyyətdə hər cür monotonluq, birlik və tərəfdaşlığı pozan
"müxtəliflik" faktını qeyd edir. Kimlikaya görə, xarakterləri fərqli olmaqla birlikdə Avropada müxtə-
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
341
26-27 October 2018, Baku, Azerbaijan
liflik faktı ən az üç mənbədən qaynaqlanır. İlk mənbə, keçmişi Avropadakı cəmiyyətlərin tarixi qədər
qədim olan və hələ də varlığını davam etdirən yerli xalqlardır. Əsasən "milli azlıqlar" kimi adlandırı-
lan bu qruplar özlərini dominant mədəniyyət qarşısında ayrı cəmiyyət kimi qorumaq istəyirlər və ayrı
cəmiyyət olaraq varlıqlarını davam etdirmələrini təmin etmək üçün müxtəlif muxtariyyət və ya özünü-
idarə formaları tələb edirlər [3, s.38]. İspaniyada basklar və katalonlar, Birləşmiş Krallıqda Şimali
İrlandiyalılar, Hollandiyada frizlər, Skandinaviya ölkələrində laplar bu tip azlıqlara nümunədir.
Yerli azlıqlar dedikdə, dövlətin ümumi əhali içində azlıq təşkil edən etnik qruplar (xalq)
nəzərdə tutulur. Bu qruplar, ümumi etnik (tarixi, dini, dil) xüsusiyyətlərinə görə titul xalqdan
fərqlənirlər və qədimdən bəri sözügedən dövlətlərin torpaqları üzərində oturaq yaşayırlar. Burada,
Avropada yeni bir azlıq qrup mövqeyində yer alan qaçqınlar və qaçqın qruplardan bəhs etmirik.
Hazırda Avropada sayları yüz milyonu aşan yüzdən çox yerli milli azlıq var.
Avropada multikulturalizmin ikinci mühüm mənbəyini miqrantlar və miqrant mənşəli azlıqlar
yaradır. Bu qrupların əks etdirdiyi mədəni müxtəliflik, əsasən fərdi olaraq başlayan və ailə birləşmələri
ilə davam edən beynəlxalq miqrasiyadan doğur. İkinci Dünya Müharibəsindən sonra meydana çıxan
silsilə köçün məhsulu olan bu "yeni" azlıqlar, müxtəlif Avropa ölkələrində müxtəlif formalarda
xarakterizə olunurlar. Azlıqlar üçün Almaniya, Belçika və İsveçrə kimi ölkələrdə "xaricilər", Fransada
"miqrant işçilər", Hollandiya və İsveçdə "immiqrantlar", İngiltərədə isə "irqi azlıqlar" anlayışı istifadə
edilir [1, s.166-67]. Ancaq zaman içində bu anlayışlar müzakirəyə çıxarılır və yerinə yeni anlayışlar
təklif edilir. Əgər miqrantların mənşəyini vurğulamaq istəyirsinizsə, o zaman "əcnəbilər" və ya
"miqrantlar" deməkdə bir maneə yoxdur, amma bu qrupları cəmiyyətin bir hissəsi kimi xarakterizə
etmək istəyirsinizsə, burada bu anlayışlar disfunksional və hətta təhlükəli bir vəziyyətə gəlirlər. Bu
baxımdan "yeni azlıqlar", "etnik mədəni qruplar" kimi anlayışları istifadə etmək lazımdır. Bu
anlayışların müəyyən bir şəkildə vurğulanması bəzən siyasi mövqeyi də dilə gətirir. Məsələn, irqçi və
əcnəbi düşmən qruplar, miqrantların Avropa cəmiyyətlərinə aid bir element olmadığını vurğulamaq
üçün xüsusilə "xaricilər" sözünü hər şəraitdə təkrar edirlər.
Rəsmi statistikaya görə, Avropada ən az 21 milyon miqrant yaşayır. Ailə birləşməsi və
sığınacaq verilməsi yolu ilə köçün hələ də davam etdiyi düşünülsə, bu rəqəmlər getdikcə artmaqdadır.
Üstəlik, miqrant ailələrdə doğulan uşaq sayı da Avropalı ailələrdən daha yüksəkdir.
Avropada multikultural mühiti zənginləşdirən bir başqa miqrasiya forması Avropa İttifaqı
daxilində sərbəst hərəkətin məhsulu olan daxili miqrasiyadır. Avropa ölkələrindəki müxtəlifliyi, təbii
olaraq, milli azlıqlar və miqrantlarla məhdudlaşdırmaq doğru deyildir. Avropa, islahatlardan bu yana
dini baxımdan böyük bir müxtəliflik nümayiş etdirir. Uzun bir müddət öz aralarında ixtilaf yaşayan
katolik və protestant qruplar, ancaq keçən əsrin ikinci yarısından etibarən yaxınlaşmağa başlamışlar.
Yenə Yəhudilik və Xristianlıq arasında davam edən tarixi gərginlik, II dünya müharibəsində yaşanan
fəlakətlər nəticəsində azalmağa və dostluğa çevrilməyə başlamışdır. İkinci dünya müharibəsindən bu
yana davam edən miqrasiyalarla yanaşı mövcud olan dini müxtəlifliyə yeni bir ölçü daha əlavə olunur.
Bu sayədə Avropa, daha öncə öz içində mövcud olmadığı üçün üz-üzə əlaqə qurmadığı İslam,
İnduizm, Buddizm və bənzər dinlərlə üz-üzə əlaqələr qurmağa və bir arada yaşamağa başlamışdır.
Ümumiyyətlə, müxtəlifliyi qavrama tərzinin bütün ölkələrdə və hər sahədə eyni olmaması,
ölkələr və cəmiyyətlər arasındakı fərqləri hansı amillərin müəyyən etdiyi sualını gündəmə gətirir. Bir
ölkənin mövcud etnik quruluşu və bunu qəbul etmə tərzi, fərdlərin ideal cəmiyyət dizaynına da təsir
edir. Avropa Sosial Sorğu qurumunun 2002-2003-cü illərdə 20-dən çox Avropa ölkəsində apardığı
sorğunun nəticələrinə əsasən məlum olmuşdur ki, Avropa cəmiyyətlərində ən çox qəbul edilən
müxtəliflik forması "etnik müxtəliflik"dir. İkinci planda müsbət yanaşılan müxtəliflik tərzi isə, "dini
müxtəliflik"dir. Bunun Avropa tarixinə nəzər salındıqda səbəbini başa düşmək olur. Avropada 16-cı
əsrdən bu yana davam edən dini qarşıdurmalar və gərginliklər fərqli dini qruplar arasında tolerantlığın
inkişafına və bir-birilərini qəbul etmələrinə yol açmışdır. Avropada Protestantlığın ortaya çıxışından
bu yana baş verən ictimai qarşıdurmalar və gərginliklər, nəticədə daha tolerant cəmiyyət quruluşunu
meydana çıxarmışdır. "Mədəni müxtəliflik" isə yalnız bir Avropa ölkəsində (İsveçrə) maraq görür.
Bütün digər Avropa ölkələrində xalq, cəmiyyətin birgə adət və ənənələri olmasının daha yaxşı
olacağını düşünür. "Dil müxtəlifliyi" Avropada demək olar ki, heç bir ölkədə dəstək görmür və bu
vəziyyətdə ən az mənimsənən bir müxtəliflik forması kimi ortaya çıxır. Bu məqamda Avropa ölkələri
dildə və ünsiyyətdə tək bir quruluşu üstün hesab edirlər. Avropada multikulturalizm, sosioloji olaraq
etnik və dini bir məzmuna sahibdir. Müxtəlifliyin digər formalarına (mədəni, dil və bilikli) çox
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
342
26-27 October 2018, Baku, Azerbaijan
ölkələrdə dəstək verilmir. Buna görə də, bu ölkələrdə cəmiyyət, ümumiyyətlə multikultural bir
cəmiyyətə konsepsiyasına deyil, multi-etnik və çox-dinli bir cəmiyyət modelinə dəstək verirlər [2].
Beləliklə, qloballaşmanın, dünyada baş verən siyasi, iqtisadi və s. proseslərin nəticəsi olaraq
günümüzdə bir çox ölklərədə cəmiyyətin tərkibinin heterogenləşməsinin şahidi oluruq. Avropada
İngiltərə, Almaniya, Fransa və digər ölkələr də bu prosesdən kənarda qalmır. Bu ölkələr özlərini çox
mədəniyyətli tanısalar da, tanımasalar da yaşanılan etnik müxtəliflik inkar edilməyəcək həddədir.
“Günümüzdə Avropa İttifaqına daxil olan bir çox ölkələrin əhalisinin 5%i avropalı deyil. Və bu nisbət
bəzi ölkələrdə 10%-ə çıxır” [5]. Mənbələri və xüsusiyyətləri nə olursa olsun, bu gün Avropada
multikultural, multi-etnik və çox dinli ictimai quruluş ortaya çıxmışdır. Bununla yanaşı, bu formanın
dərk edilməsi və tanınması qədər bu struktura göstərilən münasibətlər məsələsində Avropanın
mədəniyyət və siyasət elitaları arasında dərin fikir ayrılıqları var. Multikulturalizm barədə müzakirə
aparan bir çox ziyalı və elm adamı, multikulturalizm anlayışını həm təsviri (deskriptiv) həm də
normativ bir anlayış olaraq istifadə etməyi təklif edirlər.
Modud multikulturalizm məsələsində ABŞ və Britaniyanın (Avropanın) təmsil etdiyi iki əsas
anlayış olduğunu düşünür. Ona görə birinci geniş, ikincisi dar bir mənaya işarə edir. ABŞ-da
multikulturalizm termini insanpərvərlik, insan hüquqları və bərabər vətəndaşlıq kimi fikirlər, qruplar
arası fərqlərdən irəli gələn tələblər, kimlik siyasəti, olduğu kimi qalmaq, irsinə sadiq qalmaq, başqa
insanlarla sahib olunan tərəfdaşlığın dövlət yanında tanınması üçün mübarizə siyasətini tərif etmək
üçün istifadə edilməyə başlanmışdır. Britaniya və Avropanın digər bölgələrində isə multikulturalizm,
daha dar mənada istifadə edilir. Bu vəziyyət siyasi mübarizə nəticəsində deyil, miqrasiyanın nəticəsi
olaraq, ağ olmayanların ağların ölkələrinə miqrasiyaları ilə ölkələrin və cəmiyyətlərin multikultural
hala gəlməsi ilə ortaya çıxmışdır [5].
Şübhəsiz, II Dünya Müharibəsindən sonra baş verən mürəkkəb tarixi və sosial proseslər
multikulturalizm siyasətinin qəbul edilməsinin əsas səbəblərindən idi. İlk növbədə, XX əsrin II
yarısında işçi qüvvəsinə olan tələbatını qarşılaması üçün kütləvi miqrasiya ilə üzbəüz qalması
nəticəsində Avropa ölkələrinin əhalisinin tərkibi müxtəlifləşdi və proses hələ də davam edir. Miqrant
köçləri ilə birlikdə gündəmə gələn multikulturalizmin Avropa ölkələrinə yayılması və miqrant
qrupların mədəni fərqliliklərinin qorunmasında həyata keçirilən siyasətləri əhatə etməsinin əsas səbəbi
əsrlərcə davam edən və əcnəbilərin yerli cəmiyyətə tam assimilyasiyası məqsədini güdən siyasətlərin
1960-cı illərdə iflas etməsi və xaricilər probleminə yeni çözümlər axtarılması idi. Multikulturalizmin
əsas məqsədi fərqliliklərin tanınıb xoş görülməsi yolu ilə ahəngdar və məhsuldar bir cəmiyyət
yaradılmasıdır.
Multikulutralizm siyasəti əvvəllər homogen olan dövlətlərin zamanla mədəni, etnik, dini və irqi
cəhətdən müxtəlifləşdikcə harmonik cəmiyyətə nail ola bilməsi üçün əslində məcburi idi. Bu
inteqrasiya siyasətinin həyata keçirilməsinin daha bir səbəbi humanist məqsədlər üçün idi. Vertovek
multikulturalizmin II dünya müharibəsindən sonra böyük fenomen olmasını belə açıqlayır; " Dünya,
eləcə də BMT Hitlerin fanatik və öldürücü ideologiyalarına qarşı qətiyyətlə yeni irqlərin və xalqların
bərabərliyi ideologiyasını irəli sürdü [6, s.35]. Nəticədə, bu hərəkat bütün irqlərin və kimliklərin
bərabərliyi üçün, habelə kolonizasiya, irqi iyerarxiya və seqreqasiya qarşı mübarizəyə çevrildi və
Avropa ölkələrinin mədəni və ictimai homogenliklərindən vaz geçərək miqrantların və onların
övladlarının kimliklərini tanımaqdan başqa seçimi qalmadı. Multikulturalizmin qəbul edilməsi hüquq
müdafiəçilərinin tələblərini yerinə yetirmək, rasizmi azaltmaq, eyni zamanda kapitalist vasitələrlə
əcnəbiləri istismar etməyin yumşaq metodunu tapmaq üçün ən məntiqli seçim kimi görünürdü.
Beləliklə, 1960-cı illərdə bir sıra qərb demokratiyaları etnik mədəni müxtəlifliyə münasibətdə
multikultural yanaşmanı seçdilər. Keçmişdə etnik müxtəliflik siyasi sabitliyə təhdid olaraq görülürdü.
Miqrantlar, milli azlıqlar və yerli əhali assimilyasiya və marginallaşdırma siyasətinə məruz qalırdılar.
Müasir dövrdə bir çox qərb demokratiyaları bu siyasətdən vaz keçmişlər və müxtəlifliyə daha
uzlaşmacı yanaşırlar. Belə ki, miqrantlar üçün uzlaşmacı siyasətinin qəbulunun geniş yayılması, ərazi
muxtariyyatının qəbulu, yerli əhalinin torpaq iddialarının tanınması və özünü idarə etmə hüququnun
verilməsi məsələri bu siyasətin tərkib hissəsidir. 1970-ci illərdən 1990-cı illərin ortalarına qədər Qərb
demokratiyalarında bir çox multikulturalizm siyasəti və azlıq hüquqları vasitəsilə müxtəlifliyin
tanınması və ahənginə doğru meyl vardı. Bu siyasət bir çox dövlətdə həm dövlət səviyyəsində, həm də
beynəlxalq təşkilatlar səviyyəsində dəstəklənirdi və unitar və homogen bir millət olmaqla bağlı keçmiş
fikirləri rədd edirdi. Bu multikultural dönüş çoxsaylı müzakirələrə səbəb olmuşdur. Multikultralizmin
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
343
26-27 October 2018, Baku, Azerbaijan
müdafiəçiləri iddia edir ki, o etnik gərginliyi azaldır, qarşılıqlı hörməti təşviq edir, azlıqların cəmiyyə-
tin həyatında iştirakını artırır. Onun tənqidçiləri isə iddia edir ki, o, etnik bölünməni kəskinləşdirir,
etnik birliklərarası həmrəyliyi azaldır, illiberal praktikanı davam etdirir. Debatların davamlılığının
səbəbi odur ki, multikulturalizm siyasətinin ölkələr və zaman dilimində varlığını və ya yoxluğunu
müəyyən edəcək kəmiyyət ölçüsü yoxdur. Multikulturalizm Siyasəti İndeksi multikultralizmin sosial
təsirlərinə çıxış üçün vasitədir və bizə multikulturalizmin siyasətinin zamanla keçdiyi təkamülü
müəyyən etməyə imkan yaradır və 3 zaman dilimində - 1980, 2000, 2010 -cu illərdə 21 demokratik
ölkədə multikulturalizm siyasətinin mövcudluğunu və ya yoxluğunu ölçür. Bu indeksdə əsas diqqət bir
çox qərb demokratiyalarında mövcud olan 3 qrupa yönəldilib:
Miqrant mənşəli etnik qruplar
Tarixi milli azlıqlar
Yerli xalqlar
Bu indeks hər bir qrup üçün ötən 40 il ərzində xarakteristik multukultural dönüşü əks etdirən
siyasəti müəyyən etmişdir.
Multikulturalizim siyasətinin universal qəbul olunmuş tərifi yoxdur. Multikultralizm siyasətini
ona yaxın olan anti-diskriminasiya siyasəti, vətəndaşlıq siyasəti, inteqrasiya siyasəti kimi siyasətlərdən
fərqləndirən sərt cizgi yoxdur. Ona görə də bu məsələ bəzən mübahisəli məqamlara yol açır.
Multikulturalizmin siyasətləri müxtəlifliklərin tanınmasını, müdafiəsini və uzlaşmasını qarşısına
məqsəd qoyur. Amma, müxtəlif növ qrupların fərqli multikulturalizm siyasəti axtaracaqları demək olar
ki, qaçılmazdır. Belə ki, yeni gələn miqrant müdafiə və uzlaşmanın müxtəlif formalarını axtardığı
halda, yerli əhalini ata torpağında yaşamaq kimi məsələlər maraqlandırır.
Hər hansı bir ölkənin multikulturalizm siyasəti tətbiq edib etmədiyini müəyyənləşdirmək üçün
bu siyasətin təməl prinsiplərini müəyyənləşdirmək vacibdir. Kymlicka qeyd edir ki, multikultural
siyasət və ya multikultural vətəndaşlığa səkkiz kriteriyanının kombinasiyası daxildir.
1.
Mərkəzi, regional, bələdiyyə səviyyələrində multikulturalizmin konstitusiya,
qanunvericilik və parlament tərəfindən qəbulu və etnik icmalarla məsləhətləşmədə bu siyasətin həyata
keçirlməsi üçün dövlət nazirliyinin, katibliyinin və ya məsləhət şurasının mövcudluğu;
2. Multikulturalizmin məktəb tədris planında mənimsənilməsi;
3. İctimai mediada etnik nümayəndəliyin/həssaslığın təmin edilməsi;
4. Geyimə qanunlarla və ya iddialarla sərbəstlik verilməsi;
5. İkili vətəndaşlığa icazə verilməsi;
6. Mədəni fəaliyyətlər üçün etnik qrup təşkilatlarına maddi dəstəyin təmin edilməsi;
7. İki dildə və ya ana dilində təhsilin maliyyələşdirilməsinin təmin edilməsi;
8. Dezavantajlı (çətin vəziyyətdə) mövqedə olan mühacir qrupları üçün müsbət ayrı-seçkilik
edilməsi [4, s.7].
Yuxarıda sadalanan bu səkkiz siyasət göstəricilərinin hər birinin məqsədi liberal-demokratik
dövlətlərin multikulturalizmə doğru bir dönüş edib-etməməsinin və miqrant qrupları ilə əlaqədar
olaraq daha multikultural vətəndaşlıq modelləri inkişaf etdirib etdirməməsini müəyyənləşdirməkdir.
Miqrantlar üçün multikulturalizmin əsası yerli xalqlar və milli azlıqlar üçün olanından aydın
şəkildə fərqli olsa da, hər biri daha əvvəlki iyeyarxiyaların miraslarındən xilas olmaq və daha ədalətli
və daha tam demokratiyanın inşasına yardımçı olmaq üçün bir vasitə olaraq müdafiə edilmişdir. Yerli
xalqlara, milli azlıqlara və ya köçəri qruplara nəzər salanda multikulturalizm siyasətinin iqtisadi,
siyasi, sosial və mədəni ölçüləri birləşdirdiyi dərhal anlaşılır. Azlıqlar (haqlı olaraq) mədəniyyətlərinin
tarixi damğalanmasına qarsı çıxarkən, miqrantlar üçün multikulturalizmə eyni zamanda siyasi gücə və
iqtisadi fürsətlərə- məsələn pozitiv ayrı-seçkilik siyasətləri, siyasi danışma mexanizmləri, etnik özünü
təşkilatlandırmanın maliyyə cəhətdən dəstəklənməsi, ya da vətəndaşlığa keçməyin asanlaşdırılması
kimi - siyasətlər daxildir. Hər üç halda da multikulturalizm siyasətləri mədəni tanınmağı, iqtisadi
yenidən bölümü və siyasi iştirakı birləşdirir. (4, s. 8)
Sonda onu qeyd edək ki, Kimlikaya görə multikulturalizmi asanlaşdıracaq və ya mane ola
biləcək bəzi amillər var:
1. Etnik münasibətlərin etibarsız hala gəlməsi (Təhlükəsizlik tədbirlərinin azaldılması: Multi-
kulturalizm dövlət və azlıqlar arasındakı münasilbətlər dövlət təhlükəsizliyi yox, ictimai siyasət məsə-
ləsi olaraq görüldügünde ən yaxşı nəticə verir. Əgər dövlət miqrantları təhlükəsizlik təhdidi kimi qəbul
edərsə (11 Sentyabrdan sonra ərəb-müsəlman vəziyyətində olduğu kimi) multikulturalizmə verilən
dəstək və azlıqların çox mədəniyyətli haqq tələblərini dilə gətirmə imkanları belə azalacaqdır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
344
26-27 October 2018, Baku, Azerbaijan
2. İnsan hüquqları: Multikulturalizmə verilən dəstək etnik və dini sərhədlər arasında insan haq-
larına ortaq bir bağlılıq olduğu fərziyyəsinə əsaslanır. Multikulturalizmə qarşı etirazların çoxu əsasən
müsəlmanlarla bağlı narahatlıqlardan və onların liberal-demokratik normalara inteqrasiya məsələsində
istəksiz olaraq qəbul edilmələrindən qaynaqlanır.
3. Sərhəd nəzarəti: Multikulturalizm vətəndaşların sərhədlər üzərindəki nəzarətləri itirəcəklərin-
dən qorxduqları hallarda, məsələn ölkələrin çoxlu qeyri-qanuni miqrant və ya qaçqın ilə (ya da onların
gözlənilməz bir axını) ilə qarşı-qarşıya qaldığı ölkələrdə daha da mübahisəli hala gəlir.
4. Miqrant qruplarının müxtəlifliyi: Multikulturalizm yəqin ki, çox mədəniyyətli olduğu zaman,
yəni miqrantlar tək ölkədən yox, bir çox fərqli ölkədən gəldiyi zaman daha yaxşı şəkildə işləyir.
Avropada qeyri-leqal və dar görüşlü potensial hərəkətlərin daşıyıcıları hesab edilən miqrantlar
rifah dövləti üzərində yük olaraq görülür. Belə "yüksək riskli" vəziyyətlərdə multikulturalizmə dəstək
azalır. Amma əslində miqrantların qeyri-qanuni olaraq qavranıldığı zaman multikuluralizmə ehtiyac
vardır [4, s.2].
Dostları ilə paylaş: |