DƏrs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.11.2019
ölçüsü0,77 Mb.
#29652
növüDərs
1   2   3   4   5   6   7
Azf-269214


Binar dərs (məqsədlər).

a. Fənlər  üzrə bilikləri  transformasiya  səviyyəsində

öyrənmək

b. Müəllimlərin əməkdaşlığını inkişaf etdirmək

c. Şagirdlərdə fənlərin  bir-biri  ilə bağlılığı əlaqəsi,

dünyanın tamlığı barədə əqidələri formalaşdırmaqdır

Binar  dərsin  keçirilməsində bir  neçə müəllim  iştirak  edir.

Bu  texnologiya  daha  çox  mühazirələri  oxuyan  zaman  istifadə

olunur.  Mühazirəni  2  ayrı-ayrı  fənn  müəllimi  oxuya  bilər.  Bu

texnologiyadan  seminar  məşğələlərində və müsahibəni  keçirəndə

də istifadə olunur.

Qarşılıqlı nəzarət. (məqsədlər)

1. Şagirdlərin biliyini yoxlamaq

2. Hər  bir  şagirdə öz  müvəffəqiyyətləri  barədə yoldaş-

larına məlumat vermək imkanı yaratmaq

3.

Zəif  şagirdlərin  güclü  şagirdlər  qarşısında  olan



inamsızlığını aradan qaldırmaq

4. Şagirdlərin nitqini inkişaf etdirmək

5. Sorğunu intensivləşdirmək

6. “Mən” konsepsiyasını tərbiyə etmək

Qarşılıqlı  nəzarət  müxtəlif  yaşlı  şagirdlərlə keçirilə bilər.

Sorğunun  bu  növünü  tətbiq  etməzdən  qabaq  cavablara  qiymət

vermək  bacarığını  inkişaf  etdirmək  üçün  şagirdlərlə hazırlıq  işi

aparılır.  Bu  zaman  yaxşı  olar  ki,  I  mərhələdə şagirdlər  yalnız

müvəffəqiyyətə diqqət  versinlər.  Cavabın  düzgünlüyü,  tamlığı,

fikrin dəqiqliyi əsas meyarlar kimi götürülür.

Qarşılıqlı nəzarət aşağıdakı kimi aparılır:

1. Müəllimin müəyyən mövzu və məsələlər üzrə qarşılıqlı

yoxlama aparılacağını xəbər verir. Sinif müəllimlərə və şagirdlərə

bölünür.  Bir  parta  arxasında  oturanlar  müxtəlif  rollarda  (biri

müəllim, o biri şagird) çıxış edirlər.

2.  “Şagirdlər”  öz  “Müəllimlər”-inə cavab  verirlər.  Baş-

qalarına  mane olmamaq  üçün  cavab  verənlər  astadan  danışma-

26

lıdır. “Şagirdlər” cavab  verəndən sonra qiymət verilir. Qiymətlər



yazılı da ola bilər. Bu məqsədlə fərdi uçot vərəqi aşmaq lazımdır.

Qiymət  verərkən  sinifdə münaqişəli  vəziyyətin  yaranmasına  yol

verilməməlidir.

3.  Şagirlər  rollarını  dəyişə bilərlər.  Şagird  rolunda  çıxış

edənlər  müəllim  rolunda  çıxış  edirlər.  Şagirdlərin  yerlərini  də

dəyişmək olar. Bu cütlər arasında gərginlik yaranan zaman edilir.

Hər  dərsdə cütlərin  yerini  dəyişmək  yaxşı  olar.  Bu  ünsiyyət

dairəsini genişləndirməyə kömək edir.

Qarşılıqlı nəzarət korreksiya funksiyasını yerinə yetirir. Bu

güclü  şagirddən  zəif  şagird  soruşan  zaman  baş  verir.  Müəllimlər

rolunda ən  zəif  şagirdlər  də çıxış  etməlidirlər.  Bu  onlara  güclü

təsir edir.

Bu  texnologiya  müəllim  tərəfindən  yaxşı  hazırlanan

zaman az vaxt tələb edir. Bunu yenilikçi pedaqoqlar tətbiq edirlər.

Amma o kütləvi praktikada da geniş tətbiq olunur. Bu sorğu növü

praktiki olaraq hər dərsdə tətbiq oluna bilər.

Qarşılıqlı  nəzarətdən  həm  nəzəri  materialı  yoxlayan

zaman,  həm  də misalları  həll  edən  zaman  istifadə etmək  olar.

Dərsdə qarşılıqlı  nəzarətlə bərabər  sorğunun  aşağıdakı  başqa

növlərini də tətbiq etmək lazımdır. Yazı taxtası yanında şifahi ca-

vab  vermək,  mətndəki əsas  fikirləri  danışmaq,  özünüqiymətlən-

dirmə və s. buna misal ola bilər.

Əgər  müəllim  sinfi  idarə edə,  intizamı  yarada  bilmirsə,

qarşılıqlı  nəzarətidən  istifadə etmək  olmaz.  İntizamsızlıq  şərai-

tində şagirdlər başqa işlərlə məşğul ola bilərlər. Əgər texnologiya

düzgün təşkil edilərsə, onda qayda-qanunu təmin etmək olar.



Qarşıqılı imla. Məqsədlər.

1)  Şagirdlərə müxtəlif  fənlər  üzrə (ana  dili, ədəbiyyat,

riyaziyyat və b.) savadlı yamaq bacarıqlarını öyrətmək

2)Çalışmaları  yerinə yetirən  zaman əməkdaşlıq  baca-

rıqlarını formalaşdırmaq

3) Fənnə marağı inkişaf etdirmək

4) Müəllimi dəftər yoxlamaq işindən azad etmək.


27

Qarşılıqlı imla ibtidai siniflərdə savad təlimindən sonra və

bəzi  dəyişikliklərlə yuxarı  siniflərdə istifadə oluna  bilər.  O

aşağıdakı kimi keçirilir:



1. Hazırlıq dövrü:

İmlalar  üçün  müxtəlif  mətnlər  hazırlanır.  Köhnə qəzet  və

jurnallardan  4-12  sətir  həcmində mətnləri kəsib  götürürlər.

Mətnlərin  məzmunu  şagirdlər  üçün  maraqlı  olmalıdır.  Onların

çətinliyi  sinfin  hazırlıq  səviyyəsindən  asılıdır.  İbtidai  siniflərdə

imla  qısa  (20-35  söz),  yuxarı siniflərdə isə böyük  həcmdə olur.

Hazırlanmış  mətnlər  kartona  yapışdırılsa  yaxşı  olar.  Bu  işi  həm

müəllim, həm də şagirdlər görə bilər.

2. Şagirdlərin dərsdə işi:

Hər  bir  şagird  imla  mətni  olan  bir  kartoçkanı  götürür  və

onu səssiz oxuyur.

Müəllim bütün şagirdləri cütlərə ayırır



Hər  bir  cütdə şagirdlərdən  biri  öz  mətninin  birinci

cümləsini hündürdən

oxuyur, II şagird onu axıradək dinləyir

Dinləyən  şagirdə cümlə diqtə olunur  və o,  cümləni



dəftərinə yazır.  Yazan  şagirdə mətnə baxmaq  olmaz.

Beləliklə,  II,  III və IV  cümlələr  mətnin  axırına  qədər

oxunur



Sonrakı mərhələdə rollar dəyişilir. Əvvəl yazan şagird



öz mətnini o biri şagirdə diqtə edir, o isə yazır

İmlalar qurtarandan sonra şagirdlər öz dəftərlərini bir-



birlərinə verirlər və kartoçkalarsız yazıları yoxlayırlar.

Səhvlər yaşıl pasta ilə düzəldilir;

Sonrakı  mərhələdə şagirdlər  müstəqil  surətdə kar-



toçkalar  üzrə öz  yoldaşlarının  imlalarını  yoxlayırlar.

İndi isə səhvlər qırmızı pasta ilə düzəldilir

Sonra  şagirdlər  imlaları  birgə



yoxlayırlar.  Səhv

buraxan  şagird  o  biri  şagirdin  nəzarəti  altında  şifahi

təhlil aparır, II şagird isə ona kömək edir.

Hər bir şagird dəftərində səhvlərin təhlilini yazır



28

Şagirdlər bir-birinin dəftərini götürür, imlalara bir daha



baxır və öz qolunu çəkirlər.

Bəzi  situasiyalarda  şagirdlərə qiymət  yazmağı  da  təklif

etmək olar. Lakin bu

prosesin  “+”  və “–”  cəhətləri  vardır.  Bir  tərəfdən  şagird  qiymət

yazanda  onda  məsuliyyət  hissi  yaranır,  digər  tərəfdən  aşağı  qiy-

mətlər  yazılanda  şagirddə həm  yoldaşına,  həm  də texnologiyaya

neqativ münasibət yarada bilər.

Bununla  da  cüt-cüt  işləmək  üzrə iş  başa  çatır.  Onun

iştirakçıları  mətnləri  bir-birinə qaytarırlar.  Hər  bir  şagird  özünə

işdə yeni  yoldaşlar  tapır.  Bəzən  müəllimin  özü  yeni  cütlər  təşkil

edir.  Bunu  ancaq  zəruri  hallarda  etmək  lazımdır.  Sonrakı

mərhələlərdə qoşa işlər davam edir.

Müəllim  sıralar  arasında  gəzərək  qoşa-qoşa  işləyən

şagirdləri müşahidə edir, səhvləri necə təshih etmək barədə məs-

ləhətlər verir, geridə qalan şagirdlərə diqqət yetirir.

Tərəfdaşı  seçmək  maraqlı  pedaqoji  andır.  Bu  vaxt

qarşılıqlı anlaşma yaranır, statuslar və s. müəyyənləşdirilir.

İmlalar  mübadiləsi  və qarşılıqlı  öyrədən  zaman  şagirdlər

bir-birinin  iş  üsulunu,  biliklərini əxz  edirlər.  Bu  texnologiyanı

düzgün  tətbiq  edəndə onu  riyaziyyat,  fizika  və digər  fənlər  üzrə

də aparmaq  olar.  Bu  imlanın  bir  növü  də onun  şifahi  formasıdır.

Suallar  şifahi  formada  müəyyənləşdirilir,  yazılması  barədə

soruşulur. Müsahib sözü dəqiq tələffüz edir və onu nə üçün belə

yazılmasını  izah  edir.  Bu  forma  qısa  vaxtda  böyük  həcmdə

materialı  yoxlamağa  imkan  verir.  Bu  formanın  “əsas“  cəhəti

ondan  ibarətdir  ki,  burada  öyrənilən  materialın  görmə və hərəki

yadda  saxlaması  baş  vermir.  Bu  mənada  şifahi  qarşılıqlı  imla,

yazılı qarşılıqlı imlanı əvəz edə bilməz.

Burada  öyrənilən  materialın  görmə və hərəki  yadda-

saxlaması  baş  vermir. Ən  yeni  elmi  pedaqoji ədəbiyyatda  çoxlu

sayda pedaqoji texnologiyanın təhlili verilmişdir. Adları: “Sinifdə

materialın əzbər  öyrənilməsi”,  “Səhvləri  axtarıram”,  “konspekt-

mühazirə”,  “mühazirə-diskussiya”,  “mühazirə-məsləhət”, “əks

əlaqəli  mühazirə”,  “tap,  kimin  haqqında  danışırıq”, “İmtahana



29

hazırlıq”, “beyin hücumu”, “generatorlar – tənqidçilər”, “buraxılış

vərəqəsi”,  “insanı  təhlil  edirik”,  “özünüqiymətləndirmə”,  “mətn-

lər  mübadiləsi”,  “fikirlərin  sintezi”,  “yaradıcı  test”,  “öz  yerində

oturmaqla sakit cavab vermək” və s.

Biz  ancaq  4  texnologiyanın  təhlilini  verməklə kifa-

yətlənirik.  Bu  texnologiyaları  bəzən  yanlış  olaraq  “fəal  təlim

metodları”,  “interaktiv  metodlar”  kimi  təqdim  edirlər. Əslində

həmin  texnologiyalardan  elmə məlum  olan  metodlardan  istifadə

edilir.  Təlim  prosesinə yeni,  qeyri-ənənəvi  elementləri  daxil

etməklə metodların fəallaşdırma imkanları və öyrənmə prosesinin

effektliyi yüksəldilir.

Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu ba-

xışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq maksimum

idarə olunan  proses  olmalıdır.  Müasir  pedaqoji  texnologiyaların

tarixi  XX əsrin  II  yarısında  bilikləri  yoxlamaq  üçün  qurğuların

meydana  gəlməsindən  başlanır.  Bu  müddət  təlim  texnologiyası

təlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlər

hesab  edirdilər  ki,  texnikadan  istifadə daha  çox  informasiyanı

vermək  üçün  köməkçi  xarakter  daşıyır.  Amma  tədris  prosesinin

ayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinə daxil edilməsi

aktiv  inkişaf  edir.  Alimlər  gələcəkdə müəllim  və məktəblərin

köməyi  olmadan  öyrədici,  təlimedici  sistemlərdən  müstəqil

istifadə olunacağını  proqnozlaşdırırlar.  Pedaqoji  texnologiyanın

yaradılması və tətbiqi üzrə spesifik prinsipləri müəyyənləşdirmək

və onların  pedaqoji-psixoloji  təlimini  vermək  olduqca  vacibdir.

Pedaqoji ədəbiyyatda  müxtəlif  spesifik  prinsiplər  verilmişdir.

Bunlar aşağıdakılardır:



1. Tərbiyəedici təlim prinsipi

Hər  hansı  pedaqoji  texnologiyaların  strateji  məqsədləri

şəxsiyyət xarakterlərini formalaşdırmaq olmalıdır. Deməli, burada

münasibətlər tərbiyəedici təlimin psixi materialı hesab olunur.

Burada 3 qrup münasibətləri fərqləndirmək olar:

1) Qanunatabelik münasibətləri

2) Əməkdaşlıq münasibətləri

3) “Mən” konsepsiyası

30

Təlim prosesi uşaqların psixikasına təsir edən xarici kons-



truksiyadır. Bu proses müəllimin, uşaqların, didaktik materialların

tarixindən ibarətdir.



2. İnkişafetdirici təlim prinsipi

Pedaqoji  texnologiyaları  tətbiq  edən  zaman  tərbiyəedici

səmərəni  nəzərə almaqla  yanaşı,  onun  inkişafetdirici  tərəfini  də

lahiyələşdirmək  və həyata  keçirmək  də yaxşı  olar.  Uşağın  psixi

əməliyyatlarında artım hiss olunmalıdır. Emosional və intellektual

sahənin  ahəngdar  inkişafını  təmin  etmək  lazımdır.  İntellektual

sahənin  emosional  sahəni  sıxışdırması  insanda  soyuq  müna-

sibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək, sevincə şərik

olmaq bacarıqlarının olmamasına gətirib çıxarır.

3. Təlimdə müvəffəqiyyət qazanmaq prinsipi

Müvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağı

daha  böyük  nəticələrə nail  olmağı  stimullaşdırır.  Uşağın  keç-

mişini  öyrənmək  üçün  böyük əmək  sərf  etmək  lazım  gəlir.

Makarenko  uşağı  koloniyaya  qəbul  edəndə keçmişini  öyrənməyə

tələsmirdi. O hər bir uşaq üçün əməli təlim texnologiyası işləyib

hazırlamışdı.  Bu  müvəffəqiyyət  qazanmaq  üçün  situasiya

yaranmaqdan  ibarət  idi.  O  hamı  üçün,  o  cümlədən  şagird  üçün

psixi enerji mənbəyini – yemək, istirahət, yuxu, nəfəs alma, fiziki

hərəkətlər təşkil etdiyi qənaətində idi.



4. Bütün uşaqlarla əks əlaqə prinsipi

Mühüm  vəzifədən  biri  hər  bir  dərsdə bütün  uşaqlara  öz

müvəffəqiyyətləri  barədə məlumat  verilir. Bütün  şagirdlərlə əks

əlaqə prinsipi  şagirdi  hər  dərsə hazır  gəlməyə stimullaşdırır.

Seçmə yolu  ilə sorğu  aparanda  şagirdlər  oyun  qaydalarını  tez

mənimsəyir,  dərsə hərdənbir  hazırlaşırlar.  Beləliklə,  sinifdə

tələblər  formalaşır.  Şagird  belə fikirləşir: Əgər,  məndən  işin

nəticələrini  soruşmayacaqsa  hər  dəfə nəyə hazırlaşmağımın  nə

əhəmiyyəti  var.  Şagirdlər  dərsə gələndən  bir  neçə həftə sonra

şüurlu və şüursuz surətdə bu nəticəyə gəlirlər. Bu prinsipi lazımi

şərait  yaratdığı  halda  həyata  keçirmək  olar.  Hər  şeydən əvvəl  ev

tapşırıqları uşaqların gücünə müvafiq olmalıdır. Tapşırıqlar verən

zaman  başqa  fənlər  də nəzərə alınmalıdır.  Çox  təəssüf  ki,


31

məktəbdə ev  tapşırıqlarının  dəqiq  həcmi  yoxdur.  Bu  işdə

müəllimlər müxtəlif cür hərəkət edirlər.

5.Müntəzəm olaraq təkrar etmək prinsipi.

Tədris  materialı  ilə ilk  dəfə tanış  olandan  sonra  onu  bir

neçə dəfə təkrar  etmək  lazımdır.  1-2  dərsdən  sonra  keçirilən

materiala  qayıtmaq  lazımdır.  Burada  sual  yarana  bilər:  bəs  vaxtı

haradan  tapaq?  Axı,  çox  zaman  bu  proqramda  nəzərə alınmır.

Problemi proqramda həll etmək olar. İl ərzində keçirilən materiala

qayıtmaq  və əsas  fikirləri  təkrar  etmək  lazımdır.  Dərs  ilinə ötən

tədris  ilində keçirilən  materialın  təkrarı  ilə başlamaq  lazımdır.

Yay ərzində çox  şey  şagirdin  yadından  çıxır.  Normal  və sağlam

psixika belə qurulmuşdur. Təkrar etmədiyimiz hər hansı məlumat

şüurdan  çıxıb  şüuraltıya  keçir  və yaddan  çıxır.  Ona  görə də

bilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları təkrar

etmək lazımdır.

6. Optimal psixi gərginlik prinsipi.

Həm şagirdlər, həm də müəllimlər üçün zəruridir. Şagirdi

həm  həddən  artıq  yükləmək,  həm  də az  yükləmək  pisdir.  Şagird

az psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi müəllimə də

aid  etmək  olar. Əgər  müəllimlər  dərsdə hər  şeyi  özləri  etmək

istəyirlərsə,  bu  müəllimlərin  psixi  cəhətdən  yüklənməsinə gətirib

çıxarır.  Odur  ki,  şagirdlərə daha  çox  səlahiyyətlər  vermək

lazımdır.  Onları  tədris  prosesinin  idarə olunmasına  cəlb  etməyə

imkan verən bir çox texnologiyalar vardır.

7.  Tədris  prosesində şagirdlərin  maksimum  iştirakı

prinsipi.

Bu  prinsip  dərsdə şagirdləri  müxtəlif  növ  fəaliyyətə cəlb

etməyi  nəzərdə tutur.  Bu  məqsədlə qarşılıqlı  sorğu  keçirilir.

Yaranan  problemlər,  cavablardakı  kəm-kəsirlər  aradan  qaldırılır.

Burada  prinsip  belədir:  şagirdlərin  görə biləcəyi  işi  müəllim

görməməlidir.  Bu  prinsip müəllimi  artıq  yükdən  azad  etməyə

imkan  verir.  Şagirdi  vacib  fəaliyyətə cəlb  etmək  onu  nəinki

inkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliy-

yətdə uğur  qazanmaq  situasiyasını  yaratmaqla  təlimin  tərbiyə-

edici, inkişafetdirici məqsədlərinə müvəffəqiyyətlə nail olunur.

32

8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.

Əgər  uşaq  çalışmanı  yerinə yetirə bilmirsə onda  təlimi

həmin  uşağın  inkişafına,  səviyyəsinə endirmək  lazımdır. Əgər

şagird  fəaliyyətindəki  qüsuru  düzəldə bilmirsə,  onda  ona  irad

tutmağa  ehtiyac  yoxdur.  Çünki  bu  irad  onun  inkişafına  heç  bir

təsir  göstərməyəcək. Əgər  göstərmiş  olarsa  bu  neqativ  tərəfdən

(uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşa

bilər) özünü təzahür edəcəkdir.



9. Müəllim  və şagirdlərin  vahid  məqsədlər  üçün

birləşməsi prinsipi.

Bu  iş  prinsipi  məqsədləri,  texnologiyaları  şagirdlərə zorla

qəbul  etdirməməlidir.  Tədris  prosesini  təkmilləşdirmək  üçün

müzakirələr  keçirmək  olur.  Təlim  prosesinin  texnologiyası

müəllim  və şagirdlərin  fəaliyyətinin  birgə məhsulu  olmalıdır.

Amerika  məktəblərində komisiyalar  yaradılır.  Həmin  komissiya

müəllim  və şagirdin  bu  cəmiyyətdə birləşməsidir.  Bir  qrup

müəllim  bir  sinfin  şagirdləri  ilə birləşir,  onlar  arasında  müqavilə

bağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavab

verəcəyi  göstərilir.  Amerika  məktəblərində aparılan  sorğunun

nəticələri  göstərir  ki,  bu  forma  şagirdlərin  xoşuna  gəlir.  Onlar

qayğı hiss edir. Müəllimin öz nailiyyətləri üçün böyük məsuliyyət

daşıdığı göstərilir.

Pedaqoji texnologiyaların təhlili məktəb rəhbəri və məktəb

psixoloquna  kömək  etməlidir.  Təlim  prosesində ən  səmərəli  yol

bu və ya digər situasiyada ən əlverişli olan pedaqoji texnologiyanı

tətbiq  etməkdir.  İndi  biz  bəzi  pedaqoji  texnologiyanın  təhlilinə

baxaq:


1.  “Fikirlərin  hücumu”  (Məqsədlər) – şagirdlərin  yaradıcı

fikirlərini birləşdirməklə elmi və ya təlim problemini həll etmək.

“Kollektiv beyin” yaratmaq

2. Əməkdaşlıq  etmək  bacarığını,  qanunatabelik  vərdiş-

lərini təhlil etmək

3. Şagirdlərin yaradıcılığını inkişaf etdirmək

Bu  texnologiya  məktəbdə sorğu  zamanı  yeni  materialları

öyrənməkdə,  keçmiş  materialları  təhlil  etməkdə və ümumiləş-



33

dirəndə,  problemi  həll  edəndə və başqa  hallarda  tətbiq  edilir.

Bundan  bütün  fənlərin  tədrisində istifadə etmək  olar.  Onun

ardıcıllığı gedişatı belədir.

1. Şagirdlərə mövzu, məqsəd bildirilir, onlarda motivasiya

yaradılır.

2. Əməkdaşlığın ümumi qaydaları bildirilir.

3. Qiymətləndirmə meyarı bildirilir.

4. Elmi aspektlər və məqsədlər təyin olunur.

5.  Müəllim  və ya  başqa  məsul  şəxs  ilkin  situasiyanı  şərh

edir.  O,  deyir:  Uşaqlar,  qarşıda  tədris  ili  durur.  Biz  onu  maraqlı

keçirə bilərik.  Amma  onu  necə keçirmək  bizim  özümüzdən

asılıdır.  İndi  bizim  hər  birimiz  tədris  ilində nə ilə məşğul  olmaq

istədiyimizi  açıq-aşkar  deyə bilərik.  İstədiyiniz  təsnifləri  təklif

edin. Bilin ki, başqalarının təklifini tənqid etmək olmaz.

6.  Başlanğıc  informasiya  ilə tanış  olunur,  onu  dinləyir,

əgər hansı məsələ aydın deyilsə sual verib dəqiqləşdirirlər.

7. Əlavə informasiya  verilir, əgər  lazım gələrsə müəllim

son nəticəni bir daha qeyd edir, “fikirlərin hücumu” başlayır. Hər

bir  təklif  qısa  formada  yazılır,  ekspertlər  fikirləri  qısa  ifadə

etməyə kömək  edirlər.  Katiblər  isə yazırlar.  Ekspertlər,  katiblər

“fikirlərin  hücumu”na  müntəzəm  olaraq  müdaxilə

edirlər,

dinləyicilərin təklifinə heç kim cavab vermir, heç kim təhlil etmir,

necə deyilirsə, yazı taxtasına elə də yazılır, hücumun müddəti 45

dəqiqədən çox olmur.

8.  Şagirdlərin  fəallığı  sönür,  təkliflər  gəlmir,  fikirlərin

hücumu başa çatır.

9.  Ekspertlər  “fikirlərin  hücumu”nu  təhlil  edir,  növbəti

məşğələdə nəticələr bildirilir.

10.  Müəllim  və ya  məsul  şəxslər yekunlaşdırırlar  və

ümumiləşdirmələr aparırlar.

Tədris  prosesində “fikirlərin  hücumu”  texnologiyası  az

tətbiq olunur, çünki bu çətin texnologiyadır.

34

ƏDƏBİYYAT

1.

Bədəlova  A.  Pedaqogikanın  müasir  problemləri.



(Magistrlər üçün proqram). Bakı, 2009.

2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.

3. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı, 2006.

4.  Mərdanov  M.  Azərbaycan  təhsili  yeni  inkişaf

mərhələsində. Bakı, 2009.

5.  Nəzərov  A.  “Müasir  təlim  texnologiyaları”  fənni  üzrə

proqram. Bakı, 2010.

6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.

7. Təlim-tərbiyə işinin  təkmilləşdirilməsində və huma-

nistləşdirilməsində yeni  forma,  metod,  üsul  və sitemlərin  tətbiqi

təcrübəsindən (Prof. Ə.Ə.Ağayevin redaktorluğu ilə), Bakı, 1997.


35

V MÖVZU

TƏLİMDƏ İNTERAKTİV METODLAR VƏ FƏAL TƏLİM

METODLARI PROBLEMİ

PLAN:

1. Hazırda interaktiv  metodlar,  fəal  təlim  metodları,

təlim

texnologiyaları

anlayışlarına 

tez-tez 

rast

gəlməyin səbəbləri

2. Yeni  anlayış  kimi  meydana  çıxan  “interaktiv

pedaqogika” ifadəsinin konkret mənası

3. Təlim prosesində şagirdlər arasında əlaqə, qarşılıqlı

təsir və əməkdaşlığın əsas səbəbi

Hazırda  interaktiv  metodlar,  fəal  təlim  metodları,  təlim

texnologiyaları anlayışlarına tez-tez rast gəlirik. Xarici beynəlxalq

təşkilatlar,  milli  qurumlar,  müasir  təlim  metod  və texnolo-

giyalarının  təbliği  müəllimlər  arasında  yayılması  ilə əlaqədar  10

ildən artıqdır ki, seminarlar, mühazirələr, layihələr keçirirlər.

Öyrənilən  yeni  tərz,  metod,  vasitə və yanaşmalar  yara-

dıcılığı, müstəqilliyi inkişaf etdirməklə yanaşı, insan şəxsiyyətini,

onun  insanlara,  təbiətə,  cəmiyyətə

münasibətini,  mənəvi

dünyasını və s. inkişaf etdirməli, zənginləşdirməlidir.

Əvvəlcə,  interaktiv  sözü  haqqında:  “interakriv”  anlayışı

ingilis  dilindən  dilimizə,  o  cümlədən  digər  dillərə keçmədir.

Hazırda  “interakriv  pedaqogika”,  “interaktiv  təlim”,  “interaktiv”

təlim  metodları” və yaxud,  yığcam  olaraq  “interaktiv  metodları”

ifadələrinə tez-tez rast gəlirik.

Yeni anlayış kimi meydana çıxan “interakriv pedaqogika”

ifadəsini  ilk  dəfə 1975-ci  ildə alman  tədqiqatçısı  Hans  Frits

işlətmişdir. Alimin tədqiqatlarında interaktiv prosesin məqsədi bu

proses  iştirakçılarının  davranış  modelini  dəyişdirmək  və yax-

şılaşdırmaqdır. O, interaktiv metodlar haqqında interaktiv tərbiyə

prosesi  kimi  danışır.  Belə ki,  alimə görə təlimdə interaktivliyi

müəllim və şagirdin qarşılıqlı təsir – əməkdaşlıq qabiliyyəti kimi

izah  etmək  olar.  İnter – (ingilis  dilində Enter) – ara  (insanlar

36

arası), qarşılıq (insanların qarşılıqlı anlaşması, əməkdaşlığı, işi) və



s. kimi başa düşülür. Metod olaraq interaktivlik təlim prosesində

müəllim və şagird arasında işin gedişindən – mövzudan, şərhdən,

dialoqdan,  rollu  oyundan  həmin  anda  meydana  çıxan  yanaşma,

izah və s.-dir. Yəni, bu tərz irəlicədən planlaşdırılmır, işin – təlim

prosesinin  gedişi  bu  məqamı  ortaya  çıxarır  və daha  çox  şagirdin

müstəqilliyi müdaxiləsi ilə baş verir.

Digər  tərəfdən,  interaktivlik  şagirdlərin  özləri  arasında  da

ola  bilər. Əsas  cəhət  odur  ki,  bu  prosesdə əməkdaşlıq  edən,

öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Təbii ki,

müəllim  öyrədən  olaraq  təşkilatçılıq,  koordinator,  məsləhətçi,

fasilifator  funksiyasını  yerinə yetirir.  Şagirdlərin  işlərinə mü-

daxilə etmədən  problemləri  qoyur,  istiqamər  verir,  nəzarət  edir,

axtarış  strategiyasını  hazırlamağa  kömək  edir,  amma  təlim

tapşırıqları  üzərində uşaqlar  özləri  birlikdə öz  aralarında  mü-

bahisə edərək, diskussiya apararaq işləyirlər.

Bununla  yanaşı,  hər  bir  şagirdin  öz  fikri,  ideyası  olur.

Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Beləliklə,

psixoloji abu-hava dəyişir. Qrupdakı zəif şagirdlər də müzakirədə

fəal  iştiraka  qoşulurlar:  məsələlərin  müzakirəsi  və kollektiv

müzakirənin gedişində biri-birini dinləməyə alışırlar.

Hər  bir  təlim  tapşırığının  bu  cür  həlli  vasitəsilə onlar

idraki  axtarıcılıq  taktikalarını  təkmilləşdirir,  təlimdə öz  müvəf-

fəqiyyət formulunu hər kəsin özü qurur.

Beləliklə,  təlim  prosesində şagirdlərarası əlaqə,  qarşılıqlı

təsir  və əməkdaşlıq əsas  olur.  Təlim  nəticəsi  təlim  prosesi

iştirakçılarının  qarşılıqlı  qüvvəsi  ilə əldə edilir,  şagirdlər  təlim

nəticələrinə görə öz üzərilərinə qarşılıqlı məsuliyyət götürürlər.

Bunlar imkan verir ki, şagirdlər:

– Biliyi qavrama prosesini daha anlaşıqlı etsinlər;

– Öz  fikrini  formalaşdırmağı,  onu  düzgün  ifadə etməyi,

öz  nöqteyi-nəzəri əsaslandırmağı,  müzakirələşdirməyi  və

sübut etməyi öyrənirlər;

Digərini  eşitməyi,  dinləməyi, alternativ  fikrə hörmət



etməyi öyrənirlər;

37

– Müxtəlif  sosial  vəziyyətləri  modelləşdirməyi,  müxtəlif

həyatı vəziyyətlərə qoşulmaqla və bu həyatı duymaqla

öz sosial təcrübələrini zənginləşdirirlər;

Qrupda  konstruktiv  münasibətlər  qurmağı,  burada  öz



yerini müəyyənləşdirməyi,  konfliktlərdən  qaçmağı,

onları  həll  etməyi,  kompromis  axtarmağı,  dialoqa  səy

etməyi öyrənirlər;

Təlim  materiallarını  təhlil  edir,  onlara  yaradıcı



yanaşırlar;

Problemin ümumi həllini tapırlar;



Layihələrlə iş fəaliyyətinə, müstəqil işləməyə, yaradıcı

işlər görməyə alışırlar və s.

İnteraktiv  metodlar  müəllim  və şagird əməkdaşlığını

reallaşdırır,  onları  konstruktiv  qarşılıqlı  hərəkətə alışdırır,  dərsdə

psixoloji iqlimi sağlamlaşdırır, xoş abu-hava yaradır.

Azərbaycanda  interaktiv  metodlarla  işləyən  az  sayda  olan

müəllimlərin  iş  təcrübəsi  xarici  təcrübənin  səmərəliliyini  təsdiq

edir.  Lakin  təlim  prosesində məsələyə yanaşmada  tam  təqlid

köçürmə olmamalıdır. Hər bir fəal, işgüzar Azərbaycan müəllimi

şagirdlərin  sosial  şəraitini,  ictimai  mühitini,  milli  mentalitetini,

adət-ənənələrimizi,  fənnin,  mövzunun  fundamentallığını  və ya

praktikliyini,  fənlərarası əlaqəni,  hətta  bilgilərin  inteqrasiyasını,

yaş  və anlaq  həyat  təcrübəsi  səviyyəsini  və pedaqoji-metodik,

psixoloji-iradi  xüsusiyyətləri  nəzərə almalı,  prosesin  təşkilinə

yaradıcı yanaşmalıdır.

Qeyd  edək  ki,  interaktiv  təlim  metodlarından  həmişə

istifadə etmək onun təsirini azalda bilər. Həqiqi təlim üçün metod

və texnologiyalar  qarşıya  qoyulmuş məqsəd  və şəraitdən  asılı

olaraq seçilməlidir. Ona  görə də müəllimlər məqsəd və şəraitdən

asılı  olaraq  seçilməlidir. Müəllimlər  fənnə,  mövzuya,  şagirdlərin

təcrübə və bilik  səviyyəsinə görə bütün  təlim  modellərində

müxtəlif  metodika  və texnologiyalardan  istifadə etməlidirlər.

Əsas  odur  ki,  təlim  uşaqları  inkişaf  etdirsin.  Onlara düşünmək,

müstəqil  fikir  söyləmək,  biliklərini  tətbiq  edə bilmək  bacarıqları

38

aşılasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini



həll edə bilmək qabiliyyəti formalaşdırsın.

Deməli,  interaktiv  təlim  dedikdə, dərsdə yaranan,  təlim

prosesində meydana  çıxan,  şagirdlərarası  öyrənmə ünsiyyəti  və

əməkdaşlığı, müəllim – şagird birliyi nəzərdə tutulur.

Çevik düşündürücü iştirak fəallığını doğurmayan metodlar

uşaqların  marağını  təmin  etmir,  onları  canlandırmır,  fəaliyyətə

qoşmur.  Digər  tərəfdən,  hər  bir  uşağın  (şagirdin)  öz  idealı,

marağı, həyata hazırlıq istəyi var. Belə ki, təlimin həm məzmunu,

həm  də metodları  bu  istəyi  təmin  etməlidir.  Daha  bir  amil  isə,

vətəndaş təhsili və tərbiyəsinin aktuallığıdır.

Bütün  bu  şərtlər  müasir  təlimin  məzmunca  metod  və

texnologiyalara görə yeniləşməsini zəruri edir.

Pedaqoji  prosesdə baş  verən yeniliklərdən  biri  də təlimdə

tərbiyəediciliyin  daha  da  artmasıdır.  İnteraktiv  təlim  şagirdlərə

bilik  vermə prosesində həm  də onları  iradi, əxlaqi, əqli,  estetik,

mədəni,  hüquqi,  ekoloji,  iqtisadi  və digər  akseoloji  dəyərlər

yönümündə inkişaf etdirir, formalaşdırır.

Yeni  tələblərə cavab  verən  pedaqoji  kadr  olmadan  təhsili

yenilik  səviyyəsinə qaldırmaq  mümkün  deyildir.  Hər  şey

müəllimdən,  təhsili idarə edən  insanlardan,  onların  vətəndaşlıq

amalından,  ləyaqət,  mənəviyyat,  mədəniyyət  və müasir  tələblərə

cavab verən peşə – ixtisas hazırlığından asılıdır.

Fəal  və interaktiv  metodlar  bir-birilə sıx  bağlıdır,  amma

tam  eyni  deyillər.  İnteraktiv  metodların hansı  prosesdə zərurətə

çevrildiyini irəlidə qeyd etmişik. Bəs, fəal təlim metodları nədir?

Bu  anlayış  XX əsrin  80-cı  illərindən  Azərbaycanda

işlənməyə başlamışdır.  “Fəal”  sözü  bəlli  olduğu  kimi  daha  işlək,

hərəkətdə,  təsirdə olan  mənasını  verir.  Fəal  təlim  metodlarının

interaktiv təlim metodları ilə yaxınlığı mahiyyətindən doğur, lakin

doğuluş və seçim təsirinə görə bir-birindən fərqlənir. Belə ki, əgər

interaktiv  metodlar  dərsdə təlim  prosesinin  gedişindən  doğursa,

yəni  biri  digərini əvəz  edərək  meydana çıxırsa və öyrənənlərin

hamısının  birlikdə tam,  müstəqil  fəaliyyətini  təmin  edirsə,  fəal

metodlar  irəlicədən  planlaşdırılmış  təlimin  fəallaşdırılmasına



39

şərait  yaradır. Ənənəvi  olaraq  işlənən  söz  metodları, əyani,

praktik metodlar bu gün də fəal metodlar sırasına daxildir. Rollu

oyunlar,  müxtəlif  xarakterli  didaktik  çalışmalar,  esse,  test  tap-

şırıqlarının  icrası,  diskussiya,  müzakirə və s.  fəal  təlim  metod-

larıdır. Təlimin  fəal  metodları  dedikdə,  öyrənənlərin  məlumat-

lanmasını,  idrak  müstəqilliyini,  fikri  fəallığını,  yaradıcılığını

artıran metodlar nəzərdə tutulur.

İnteraktiv  təlim  qarşılıqlı  fəaliyyət  prosesində yaradıcı

fəaliyyətə əsaslanmaq  deməkdir.  Bu  gün  məktəb  nə üçün

interaktiv  təlim  sorağındadır? Ənənəvi  təlimin  mahiyyəti  ondan

ibarətdir  ki,  təlimdə müəllimin  fəaliyyətinin  izahlı  illüstrativ

xarakteri üstünlük təşkil edir. Birinci  yerə yalnız tədris vəzifələri

ilə məhdudlaşan  fənn  xarakterli  bilik,  bacarıq  və vərdişlərə

yiyələnmək  dururdu.  Müəllimin  fəaliyyəti  ona  yönəlirdi  ki,  necə

etsə, hər şeyin aydın olmasını, başa düşülməsini təmin edə bilər.

Bu  da təlim  fəaliyyətini  yerinə yetirərkən  müəllimin  başlıca

meyarı  olurdu. Ənənəvi  təlim  tipində müəllim-şagirdl  münasi-

bətləri birtərəfli idi. Şagirdlər müəllimin dediklərini icra edir, onu

təqlid  edir,  müəllim  kimi  olmağa  çalışır.  Dərsdə müəllimlə

şagirdlər ancaq işgüzar əlaqə saxlayırlar.

İnteraktiv təlim şagirdlərə bilik vermə məsələlərində, həm

də onları  iradi, əxlaqi, əqli,  estetik,  mədəni,  hüquqi  dəyərlər

yönümündə inkişaf  etdirib  formalaşdırır.  İnteraktiv  metodları

aktuallaşdıran bir sıra tələblər var:

1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində yaşaması və

hər  kəsin  özünün  bu  cəmiyyətdə yaşaya  bilməsi  üçün  hazır-

lanması zərurəti;

2.  Uşaqların  20-30  il əvvəlki  zamana  görə dünyagörü-

şünün, sosial, texniki məlumatlıq səviyyəsinin yüksək olması;

3.  Deməli,  çevik,  düşündürücü  idrak  fəallığını  doğur-

mayan  metodlar  uşaqların  marağını  təmin  etmir,  onları

canlandırmır, fəaliyyətə qoşmur.

Təlim  strategiyası  nədir?  Təlim  strategiyaları  müəllimin

təlim  prosesində istifadə etdiyi  metod,  forma  və üsulları əhatə

edir.  Pedaqoji ədəbiyyata  təlim  metodlarının  müxtəlif  növlərinin

40

olduğu  göstərilir.  Məsələn,  beyin  həmləsi  (əqli  hücum),  BİBÖ,



klaster  (şaxə)  anlayışının  çıxarılması,  söz  assosiasiyaları, akva-

rium,  rollar  üzrə oyun,  venn  dioqramı,  layihələrin  hazırlanması,

ESSE və s.

Beləliklə, “Tədris  prosesinə fəal  təlim  metodlarının  daxil

edilməsi  şagirdlərin  passivliyinin  aradan  qaldırılmasına,  təfək-

kürün  inkişafına,  təlimin  keyfiyyətinin  yüksəldilməsinə şərait

yaradır.  Fəal  təlim  metodlarının  tətbiqi  nəticəsində “Təhsil  sahə-

sində İslahat  proqramı”nın  təlim-tərbiyə prosesinin  demok-

ratikləşdirilməsi,  humanistləşdirilməsi,  humanitarlaşdırılması,

diferensiallaşdırılması,  fərdiləşdirmə,  inteqrasiya  prinsiplərini

geniş  tətbiq  etməklə həyata  keçirmək  olar”.  (A.Mehrabov  və b.

Pedaqoji texnologiyalar. Bakı-2006, səh. 282)



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin