Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”


Müalicə: polinevritin ümumi müalicəsindən başqa, daxilə yod və qələvi preparatları təyin edilir.  kurort müalicəsi məsləhət görülür



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   2   3   4   5   6   7   8   9   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Müalicə: polinevritin ümumi müalicəsindən başqa, daxilə yod və qələvi preparatları təyin edilir. 
kurort müalicəsi məsləhət görülür.  
 
Allergik antirabik polinevrit 
 
Vaksinin  tərkibində  olan  mielinə  qarşı  allergik  reaksiyanın  nəticəsidir.  Antirabik  peyvənd 
aparıldıqdan bir müddət  sonra baş  gicəllənmə, zəiflik,  dispepsiya, diffuz  ağrılar baş verir. Sonra  3-6 
gün  ərzində  xəstəliyin  əlamətləri  kəskin  surətlə  inkişaf  edir-yüksək  hərarət,  ara  verməyən  qusma, 
şiddətli  baş  ağrısı,  huşun  pozulması  olur.  Ətrafların  süst  iflici,  çanaq  orqanlarının  funksiyalarının 
pozğunluğu inkişaf edir. Geriyə inkişaf allergik reaksiyalara xas olduğu kimi tez baş verir.  
 
Diabetik polinevrit 
 
Sinir kökcükləri boyu, əzələlərdə, xüsusən baldır əzələlərində ağrılar olur, hissiyat pozulur. İflic 
və  atrofiya  olmur.  Diz  və  aşil  refleksləri  itir.  Hərdən  gözün  hərəki,  blokvari,  uzaqlaşdırıcı  sinirlərin 
pozulması  nəticəsində  xəstədə  diplopiya  olur  və  damarların  tonusu  yüksəlir.  Dərinin  qaşınması, 
hiperqlikemiya və qlükozuriya diabetik polinevrit diaqnozu üçün əsas əlamətdir.  
Müalicəsi: Diabetə qarşı müalicə ilə yanaşı tiamin, siankobalamin, massaj təyin edilir. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 21
 
 
MÖVZU 3 
  
MƏRKƏZĠ SĠNĠR SĠSTEMĠNĠN ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠ 
 
Mərkəzi  sinir  sisteminin  infeksion  xəstəlikləri  birincili  və  ikincili  olur.  Xəstəlik  törədən  amil 
bilavasitə sinir sistemini pozarsa birincili, sinir sisteminin infeksiyası hər hansı bir ümumi infeksiyanın 
(krupoz  pnevmoniya,  vərəm,  qrip,  qızılca  və.  s.  )  fəsadlaşması  kimi  meydana  çıxarsa  ikincili  proses 
adlanır. Mərkəzi sinir sisteminin infeksion xəstəliklərini bakteriyalar, viruslar və toksinlər törədə bilər. 
Xəstəlik  törədən  amilin  orqanizmə  daxil  olması  hələ  xəstəliyin  əmələ  gəlməsi  demək  deyil. 
Orqanizmin  reaktivliyi  xəstəliyin  inkişafında  böyük  əhəmiyyət  kəsb  edir.  Bir  tərəfdən  qanla,  digər 
tərəfdən isə beyin-onurğa beyin mayesi və sinir toxuması arasında olan hematoensefalitik baryer beyni 
virus, bakteriyalar, toksinlər və başqa xəstəlik törədən amillərin ona daxil olmasından qoruyur. Baryer 
qoruyucu  funksiyanın  yerinə  yetirilməsində  əsas  rol  damarları  əhatə  edən  birləşdirici  toxumaya  – 
astrositar neyroqliyaya mənsubdur. O, bir sıra zərərli amilləri qandan beyinə buraxmayıb, qanla MSS-i 
arasındakı münasibəti tənzimləyir.  
Sinir  sisteminin  virus  xəstəlikləri  zamanı 
immunitetin  xüsusiyyətlərindən  biri  də  orqanizmin 
möhkəmliyidir.  Polimielitlə,  gənə  ensifalitiylə  təkrar 
xəstələnmələr  müşahidə  olunmur.  Son  illər  sinir 
sisteminin infeksion xəstəliklərinin qarşısının alınması 
və  müalicəsi  sahəsində  böyük  nailiyyətlər  əldə 
edilmişdir.  Bir  sıra  xəstəliklərin  etiologiyasının 
öyrənilməsi  xəstəlik  törədən  amillərin  tapılması 
sayəsində 
effektli 
vaksin 
və 
zərdabların 
hazırlanmasına  nail  olunmuşdur.  Beyin-onurğa  beyin 
mayesinin  bakterioloji  müayinəsi  meningitlərin 
diaqnostikasına çox köməklik göstərir. Antibiotiklərin 
tətbiq  olunması  bir  çox  meningitli  xəstələrin 
sağalmasına  səbəb  olur.  İnfeksion  prosesin  sinir 
sistemində  lokalizasiyasına  görə  mərkəzi  sinir 
siteminin  infeksion  xəstəlikləri  aşağıdakı  qruplara 
ayırd  edilir:  meningitlər  -  beyin  qişalarının  iltihabı, 
ensefalitlər–baş  beynin  iltihabı,  mielit-onurğa  beynin 
iltihabı,  poliomielit-onurğa  beynin  boz  maddəsinin 
iltihabı.  
Ensefalomielit  -  baş  və  onurğa  beynin  iltihabı. 
Meningitlər  yumşaq  qişanın  iltihabı  leptomeningit, 
hörümçək  toruna  bənzər  qişanın  iltihabı  araxnoidit,  sərt  qişanın  iltihabı  paximeningit  adlanır. 
Hörümçəktorunabənzər  qişa  damarsız  olduğundan  burada  ikincili  iltihabi  proses  ola  bilməz. 
Etiologiyasına  görə-meningitlər  infeksion  və  toksik  olur.  İnfeksion  meningitlər  irinli  (meninqokok, 
pnevmokokk, steptokoklar törədir), serozlu, hemorragik, vərəmli, sifilitik, fibrinozlu olur.  
Cərəyanına görə - kəskin, yarım kəskin və xroniki olur. Meningitin bütün formalarında bir sıra 
ümumi  meningial  simptomlar  müşahidə  olunur.  Onlardan  ən  başlıcası  baş  ağrısıdır.  Ağrı  diffuz 
xarakterli olsa da çox zaman xəstələr alın və gicgah nahiyyələrində ağrıdan şikayətlənirlər. Hərəkət səs, 
işıq, baş ağrısını daha da şiddətləndirir. İkinci mühüm əlamət qusmadır.  
Xəstə  birdən-birə,  gərginlik  hiss  etmədən,  ürəkbulanma  olmadan  “fontan  kimi”  qusur.  Üçüncü 
başlıca  simptom  ənsə  əzələlərinin  gərginliyi  və  ya  rigidliyidir.  Xəstə  başını  rahat  tərpədə  bilmir, 
yatağında məcburi vəziyyət  alır: başını arxaya əyir, qıçlarını bükür. Xəstənin başını döşünə sıxdıqda 
ağrı hiss edir, başın açıcı əzələlərinin tonusu artdığı üçün başını qabağa çətin əyir.  
Digər əsas simtomlardan biri Kerniq simptomudur - bud-çanaq və diz oynaqlarında bükülmüş 
qıçı açmaq çox çətin olur, xəstə reflektor olaraq (qeyri –ixtiyari) diz oynağını bükür. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 22
 
 
Yuxarı  Brudzinski  simptomu – arxası  üstə uzanmış xəstənin  başını qabağa  əydikdə reflektor 
olaraq qıçları qarnına yığılır.  
AĢağı  Brudzinski  simptomu  -  xəstənin  qıçının  birinin  passiv  surətdə  bud-çanaq  oynağında 
büküb diz oynağında açdıqda digər qıçı reflektor bükülür.  
Lessaj  simptomu  –  meningit  xəstəliyinə  tutulmuş  uşağı  qoltuqlarından  tutub  qaldırdıqda 
qıçlarını  bud-çanaq  və  diz  oynaqlarında  bükərək  qarnına  yığır.  Normada  isə  bu  vəziyyətdə  uşaq 
qıçlarını gah yığıb, gah da açır. Bu simptom asılma simptomu da adlanır.  
Bunlardan əlavə xəstədə ptoz-göz qapağının aşağı enməsi, diplopiya, qulaqlarda küy, hissiyyatın 
anesteziya, hipesteziya və paresteziya şəklində pozulmaları ola bilər.  
Patoloji  reflekslərdən  Babinski,  Oppengeym  simptomları,  vegetativ  pozğunluqlardan  nəbzin 
zəifləməsi,  aritmiya,  arterial  təzyiqin  sabit  olmaması,  tənəffüs  ritminin  pozulması,  tərləmə  ola  bilər. 
Meningitlərdə hərarət yüksək olur, lakin müxtəlif etiologiyalı meningitlərdə hərarət reaksiyası müxtəlif 
ola bilər. Beyin-onurğa beyin mayesində punksiya zamanı limfositlər və zülalın miqdarı artır, mayenin 
təzyiqi  yüksəlir.  Əgər  patoloji  proses  beyin  maddəsinə  keçərsə  xəstədə  soporoz  və  ya  komatoz  hal, 
psixomotor oyanma, hallüsinasiya, qıcolma müşahidə oluna bilər.  
 
Epidemik serebrospinal (meninqokoklu) meningit 
 
Etiologiyası:  Xəstəliyi  meninqokokklar  törədir.  Xəstəlik  damcı  və  kontakt  yolu  ilə  yayılır. 
Meninqokokklar  selikli  qişa  və  burun-udlaq  yolundan  orqanizmə  daxil  olur.  İnfeksiya  dövrü  1-2 
gündür.  Xəstəlik  uşaqlar  və  yeniyetmələr  arasında  çox  yayılır,  eyni  zamanda  böyüklərdə  də  təsadüf 
edilir.  Xəstəlik  keçirmiş  şəxslərdə  sabit  immunitet  yaranır.  Epidemiya  şəklində  qiş  və  yaz  aylarında 
yayılır.  Meninqokokklar  kəllə  içərisinə  limfatik  yaxud  hematogen  yolla  sirayət  edir.  MSS-nə  daxil 
olduqdan sonra ilk növbədə mədəciklərin ependim hüceyrələri və damar kələflərinə təsir edir. Oradan 
beyin-onurğa beyin maddəsi vasitəsilə subaraxnaidal boşluq və beyin qişalarına keçir. Yumşaq qişanın 
rəngi  tutqunlaşır,  damarları  genişlənib  qanla  dolur.  Venalar  boyunca  irin  toplanır.  Onurğa  beyin 
qişaları da irinləyir. 
Klinikası:  Şiddətli  baş  ağrısı,  qusma,  arxa  boyun  əzələlərinin  gərginliyi,  Kerniq,  Brudzinski, 
Lasaj  simptomları  müsbət  olur.  Bəzən  xəstənin  gözü  hər  şeyi  iki  görür,  çəpləşir,  göz  almalarının 
hərəkəti  məhdudlaşır,  mimiki  əzələlər  zəifləyir,  eşitmə  və  görmə  qabiliyyəti  pisləşir.  Ümumi 
hipersteziya,  vətər  reflekslərinin  zəifləməsi  ola  bilər.  Xəstəlik  kəskin  başlayır,  birdən-birə  kəskin 
titrətmə,  qızdırma,  baş  ağrısı,  ürəkbulanma,  qusma  olur,  bədənin  hərarəti  39-40 
0
  C  qədər  yüksəlir. 
Meningitin  bütün  əlamətləri  təzahür  edir,  meninqial  simptomlar  sürətlə  artır.  Beyin  onurğa  beyin 
maddəsində limfositləri və zülalın miqdarı artır, bakterioloji müayinə zamanı mayedə meninqokokklar 
tapılır. Mayenin təzyiqi yüksəlir, şəffaflığı itir, sarımtıl və bulanıq olur. Mayeni bir az saxladıqda sınaq 
şüşəsinin  dibinə  irin  yığılır.  Meningit  2-6  həftə,  bəzən  isə  daha  çox  davam  edir.  Serebrospinal 
meningitin bir neçə forması ayırd edilir: yüngül cərəyan edən, sürətlə cərəyan edən, septik və residiv 
verən forma. 
Yüngül cərəyan edən forma çox qısa müddət davam edir, xəstənin ümumi vəziyyəti ağır olmur, 
hərarəti çox yüksəlmir, meningial əlamətlər yüngül təzahüt edir, beyin-onurğa beyin mayesində xüsusi 
bir dəyişiklik tapılmır. Xəstə bir neçə gündən sonra sağalır.  
Sürətlə cərəyan edən forma olduqca kəskin başlayır. Xəstə huşunu itirir, hərarət kəskin surətdə 
yüksəlir, taxikardiya olur, tənəffüs pozulur və xəstə tələf olur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki, 
meningeal əlamətlər və beyin onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü büruzə verə bilmir.  
Meningitin septik forması kəskin surətdə ümumi infeksion əlamətlərlə başlayır, temperatur 38-
39
0
C qədər  yüksəlir, dəridə, budlarda, baldırlarda, göz qapaqlarında, skleralarda səpgilər olur. Qanda 
leykositoz  olur,  EÇS  yüksəlir.  Meningitin  residivlə  cərəyan  edən  forması  yüngül  forma  sayılır. 
Təzahür etmiş meningial əlamətlər bir neçə gündən sonra keçir, müəyyən bir müddətdən sonra təkrar 
olunur (2 həftədən bir neçə aya kimi). Körpələrdə xəstəlik ümumi narahatlığa, ağlamaqla, qıcolmalarla 
başlayır. Böyük əmgək qalxır, gərginləşir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 23
 
 
Müalicəsi:  Dərhal  başlanmalıdar.  İlk  növbədə  penisillinlə,  başqa  antibiotiklərlə,  sulfanilamid 
preparatları  ilə  aparılmalıdır.  Müalicə  nə  qədər  tez  başlansa,  sağalma  bir  o  qədər  tez  olar  və 
fəsadlaşmalar  azalar.  Ağır  hallarda  penisillini  vena  və  əzələ  daxilinə  10-15gün  ərzində  hər  4  saatdan 
bir 24-30 min. TV vurular. Yaxşı effekt verir, tetrasiklin və ya eritromisin (daxilə 250000 TV sutkada 
4 dəfə) , oletetrin 250000 TV 4-6 dəfə, sulfadimetoksin 0,5 qr., sutkada 2-3 dəfə. Antibiotiklə müalicə 
zamanı daxilə 1 min. TV nistatin təyin edilir. Kəllədaxili təzyiqi azaltmaq üçün venaya 1 kq çəkiyə 2 
ml  mannit,  vena  və  ya  əzələ  daxilinə  isə  2  ml  2%-li  furosemid  vurulur.  Simptomatik  müalicə 
unudulmamalıdır: ağrıkəsicilər tətbiq edilir. Qıcolma olarsa xloralhidratla imalə və fenobarbital təyin 
edilməlidir. Xəstəyə qulluq böyük əhəmiyyət kəsb edir. Xəstəni tez-tez narahat etmək olmaz, ona görə 
ki,  qıcığa  həssaslıq  artdığından  oyanma  və  qıcolma  tutması  baş  verə  bilər.  belə  xəstələri  alaqaranlıq 
sakit  palatalara  qoymaq  lazımdır.  Xəstənin  yanında  ucadan  danışmaq,  birdən  işıq  yandırmaq  olmaz. 
Duru və yüngül yemək verilməlidir. Xəstənin ağız boşluğunu tez-tez kalium permanqanat məhlulu ilə 
yumaq lazımdır. Xəstənin  bağırsaqlarının və  sidik kisəsinin vaxtlı  vaxtında boşalmasına bütün  sutka 
ərzində  nəzarət  etmək  lazımdır.  Meningit  keçirmiş  xəstələr1-2  il  ərzində  həkimin  nəzarəti  altında 
olmalıdır.  
Profilaktikası:  xəstə  bakterioloji  sağalmağa  qədər  izolə  olunmalıdır,  bakteriya  daşıyıcıların 
aşkar və izolə edilməsi  onların  ağız boşluğunun, udlağın  sanasiyası  və kontaktda olan uşaqlara tibbi 
nəzarət edilməlidir.  
 
Birincili serozlu meningitlər 
 
Yumşaq  qişanın  serozlu  iltihabı  ilə  cərəyan  edən  bu  xəstəlik  birincili  və  ikincili  olur.  Ən  çox 
enteroviruslar, poliomielit, qızılca, epidemik parotit və vərəm çöpləri ilə yaranır.  
Etiologiyası: Kəskin serrozlu meningitin törədici amili süzülən virusdur. O, orqanizmə tənəffüs 
yolu ilə daxil olur. ən çox 20-35 yaşlar arasıda tapılır. 
Klinikası:  Xəstəlik  kəskin,  şiddətli  baş  ağrısı  ilə  başlayır.  Hərarət  yüksəlir  (38-40
0
C),  ümumi 
əzginlik olur. Tezliklə meningeal simptomlar inkişaf edir. Xəstə tez-tez qusur, göz almalarında ağrılar 
olur,  bəzən  meningial  simptomlar  bir  o  qədər  aydın  təzahür  etmir.  Ümumi  beyin  əlamətləri  daha  da 
kəskinləşir.  Beyin  sinirlərinin  pozğunluğu,  anizorefleksiya  müşahidə  olunur,  göz  dibində  durğunluq 
tapılır. Adətən serozlu meningit yüngül cərəyan edir, 3-4 gündən sonra sağalma başlayır. Bəzi hallarda 
təkrar kəskinləşmələr olur. Nadir hallarda xəstəlik xroniki şəkildə cərəyan edir və hidrosefaliya inkişaf 
edir. Punksiya zamanı beyin-onurğa beyin mayesi şəffaf, təzyiqi həddindən artıq yüksək olur (300-400 
mm su süt.), limfositlərin və zülalın miqdarı artır.  
Müalicəsi:  5-6  gün  dalbadal  təkrar  punksiyalar  aparılır,  mannit,  furosemid,  tiamin, 
sianokobalamin,  daxilə  polivitaminlər  təyin  edilir  və  vena  daxilinə  20  ml  40%-li  qlükoza,  5-10  ml 
40  %  heksametilentetramin  vurulur.  Baş  ağrısını  azaltmaq  üçün  pentalgin,  sedalgin  təyin  edilir. 
Xəstəliyin kontagiozluğunu nəzərə alıb xəstəni hospitalizə etmək vacibdir.  
 
Vərəm meningiti 
 
Vərəm meningiti əsasən uşaqlarda və  yeniyetmələrdə təsadüf edilir. Bu xəstələrin anamnezində 
ağciyərlərin, bronxların və başqa orqanların vərəmi haqda qeydiyyat olur.  
Klinikası:  Xəstəlikdən 1-2 həftə əvvəl xəstənin ümumi halı pozulur, zəiflik, əzginlik, əsəbilik, 
uşaqlarda şıltaqlıq və iştahasızlıq, bədənin müxtəlif nahiyyələrində ağrılar, yuxusuzluq olur. get-gedə 
subfebril  hərarət  başlayır.  Bu  dövrdən  sonra  meningit  əlamətləri  təzahür  etməyə  başlayır.  Baş  ağrısı 
ürək bulanma, qusma, hərarətin daha da  yüksəlməsi  müşahidə olunur. Boyun  əzələlərinin gərginliyi, 
Kerniq  və  Brudzinski  simptomları  meydana  çıxır,  lakin  o  qədər  də  kəskin  olmur.  Tədricən  xəstədə 
diplopiya,  çəpgözlük,  anizokoriya,  hipomimiya,  ptoz  olur.  Vərəm  refleksləri  zəifləyir  və  yaxud  itir, 
xəstənin huşu pozulur. beyin-onurğa beyin mayesində aşağıdakı dəyişikliklər baş verir: maye təzyiqlə, 
şırnaqla yaxud tez-tez damcı ilə axır, şəffaf, açıq rəngli olur. Təzyiqi 300-500 mm su sütunu, hərdən 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 24
 
 
daha yüksək olur. Zülalın miqdarı artır, şəkərin miqdarı isə azalır. Maye sınaq şüşəsində qaldıqda 12-
24 saatdan sonra zərif hörümçək toruna bənzər örtük əmələ gəlir və tərkibində vərəm çöpləri aşkar edir  
Müalicəsi:  Stasionar  şəraitdə  aparmaq  lazımdır.  Vərəm  meningitli  xəstələrin  müalicəsində 
onurğa  beyin  mayesinə  lazımi  qədər  keçən  hidroizonikotin  turşusunun  duzları  əsas  preparatlardır 
İzoniazid  15-20  mq/kq  gündəlik  dozada  təyin  edilir.  Etambutol  20-25  mq/kq  çəkiyə  hesablanır, 
gündəlik  doza  1  dəfə  təyin  olunur.  Rifampisin  0,6  mq  gündəlik  doza  böyüklərə,  0,45-dən  çox 
olmayaraq  yeniyetmələrə  və  uşaqlara  təyin  olunur.  Müasir  şəraitdə  kompleks  antibakterial  müalicəsi 
nəticəsində meningitli xəstələri sağaltmaq olar. Vərəm meningitin gecikmiş hallarında və xəstənin ağır 
vəziyyətində antibakterial müalicəsi fonunda kortikosteroid hormonların qəbulu göstərişdir.  
Tuberklostatik müalicə B
1
, B
6
, C vitaminlərinin qəbulu ilə aparılır.  
Hərəkət  pozuntuları  olan  hallarda  meningial  sindromun  azalmasından  sonra  masaj,  müalicə 
gimnastikası,  prozerin  inyeksiyaları  təyin  olunur.  Göz  dibində  durğunluq  əlamətləri  uzun  müddət 
saxlanarsa  B  qrup  vitaminləri,  damargenişləndirici  preparatlar,  göz  sinirinin  qidalanmasını 
yaxşılaşdırma  üçün  nikotin  turşusu  0,05  mq  dozada  2  dəfə,  angiotrofen,  no-şpa  təyin  edilir. 
Dehidratasion  terapiya  tətbiq  edilir.  Stasionar  müalicə  1-1,5  il  davam  edir.  Sonra  xəstə  2  il  ərzində 
ambulator şəraitdə PAST, ftivazid qəbul edir və vərəm əleyhinə dispanser həkimlərinin nəzarəti altında 
olur. 
Ensefalitlər 
 
Ensefalit  beynin  iltihabı  deməkdir.  Birincili  və  ikincili  olur.  Birincili  ensefalitlərə  epidemik 
letargik  ensefalit,  gənə  ensefaliti,  ikincili  ensefalitlərə  isə  müxtəlif  infeksion  xəstəliklər  nəticəsində 
qızılca, malyariya, qrip və s. əmələ gələn postvaksinal ensefalitlər aiddir.  
 
Epidemik letargik ensefalit 
 
1917-1928-ci  illərdə  bu  xəstəlik  dünyanın  bütün  ölkəlıərində  epidemiya  şəklində  yayıldığından 
epidemik  adlanır.  Yuxulu  yaxud  letargik  ona  görə  adlanır  ki,  bu  xəstəlik  zamanı  patoloji  yuxululuq 
müşahidə olunur. Epidemik ensefalit törədən amil təyin edilməmişdir. Xəstəlik burun-udlaq və əsnəyin 
selikli qişasından orqanizmə daxil olur, süzülən viruslar vasitəsilə  yayılır, damcı infeksiyası  yolu ilə 
sirayət edir. İnkubasiya dövrü 1-14 günə qədərdir. Bədəndə virus hematogen yolla yayılır. Xəstəlik hər 
bir  yaşda  baş  verə  bilər,  20-30  yaşlarda  daha  çox 
qeydə alınır, əksər hadisələr payız və qış fəsillərində 
olur.  Epidemik  ensefalitin  virusu  əsasən  beyin 
kötüyünü və qabıqaltı düyünləri zədələyir.  
Klinikası:  xəstəlik  kəskin  və  yaxud  yarım 
kəskin başlayır. Xəstənin hərarəti 38
0
C yə qalxır, 15-
20  gün  davam  edir,  hərdən  hərarət  normal  olaraq 
qalır.  Yuxarı  tənəffüs  yollarının  kataral  dəyişikliyi, 
başağrısı, əzginlik, başgicəllənmə ola bilər, Sonralar 
patoloji  yuxululuq  meydana  çıxır,  xəstə  sutkalarla 
yatır,  onu  tez  oyatmaq  olur,  lakin  dərhal  yenidən 
yuxuya gedir. Sonralar isə xəstənin yuxusu çəkilir və 
yaxud yuxunun forması dəyişir-gündüzlər yuxululuq, 
gecələr  isə  yuxusuzluq  olur.  Gözün  hərəki  sinirinin 
pozulmasından 
ptoz, 
çəpgözlük, 
diplopiya, 
anizokoriya  müşahidə  olunur.  Tənəffüs  tezləşir. 
Bəzən kəskin dövrdə psixi pozulmalar: hallusinasiya, 
huşun  pozulması,  oyanma  ola  bilər.  Bir  neçə  ay  və 
yaxud  hətta  il  keçdikdə  xəstəliyin  2-ci  dövrü 
başlanır-parkinsonizm dövrü. Bu dövrdə ilk növbədə 
xəstənin  ümumi  görünüşü  nəzəri  cəlb  edir:  başı  və 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 25
 
 
çiyinləri  irəli  uzanmış,  yuxarı  ətrafları  yarıbükülmüş  vəziyyət  alır.  Üzünün  mimikası  itir,  üz  dərisi 
parıltılı  (hipersalivasiya)  olur,  gözləri  bir  nöqtəyə  zillənib  qalır,  çox  nadir  hallarda  göz  qapaqlarını 
yumub  açır,  xəstənin  hərəkətləri  yavaşıyır,  xırda  addımlarla  yeriyir,  cəldliyi  və  çevikliyi  itir, 
ümumuyyətlə az hərəkət edir, müxtəlif pozalarda donub qalır, yeriyəndə qolları tərpənməyir. Xəstənin 
nitqi  zəifləyir,  monoton  olur.  Bu  parkisonizmin  akinetik  –  rigid  forması  adlanır.  Əksər  hallarda 
bradikiniziya hiperkineziya ilə birlikdə cərəyan edir; xəstənin başı, əlləri, ayaqları ritmik şəkildə əsir. 
Xəstə  ətraf  hadisələrə  laqeyd  qalır,  depressiya  vəziyyətinə  düşür,  zəhlə  tökən  olur.  Uşaqlar  impulsiv 
hərəkətlər edir, avaraçılığa meyilli olurlar. 
Müalicəsi: kəskin dövrdə yataq rejimi lazımdır. Vena daxilinə hər gün və yaxud gün aşırı 15 ml 
40%-li  qlükoza  ilə  5  ml  40%-li  heksametilintetramin  məhlulu  vurulur,  cəmi  40-50  inyeksiya,  daxilə 
askorbin  turşusu,  sulfanilamid  preparatları  təyin  edilir,  əzələ  daxilinə  sağalmaq  üzrə  olan  və  yaxud 
xəstəlik keçirən şəxslərin zərdabı, 50-30 ml 3-4 gündən bir tiamin askobin turşusu vurulur. Yuxululuq 
zamanı  kofen,  fenamin,  yuxusuzluqda  yuxugətirici  preparatlar  verilir.  Xəstə  mayeni  çox  qəbul 
etməlidir, dəri altına oksigen vurulmalıdır.  
Xroniki  dövürdə  simptomatik  müalicə  aparılır.  Əzələ  gərginliyini  aradan  qaldırmaq  üçün 
levodopa (LDOFA), madopar, siklodol (romparkin) 0,005 qr 3 dəfə, midokalm (0,05 qr 2t 3-4 dəfə) . 
Levodopanı  sutkada  1qr  başlayıb,  tədricən  dozanı  artırıb  sutkada  4-5  qrama  çatdırırlar.  preparatlar 
uzun müddət verildikdə parkinsonizmin əlamətləri azalır.  
 
 
 
Yaz-yay (gənə) ensefaliti 
 
Sinir sisteminin ilkin virus xəstəliyi olub, ilin müəyyən fəsillərində və xüsusi coğrafi zonalarda 
qeydə alınır. Epidemik ocaqları Sibirdə, Uralda və uzaq Şərqdə ayırd edilmişdir. İlk epidemiyası 1933-
1934  cü  illərdə  uzaq  Şərqdə,  xüsusilə  Primorye  vilayətində  baş  vermiş  və  1935-ci  ildə  Panov 
tərəfindən öyrənilmişdir. 1937-ci ildən etibarən Uzaq Şərqdə Zilber və Pavlovskinin rəhbərliyi altında 
bir neçə ekspedisiya göndərilmişdir, onlar tayqa, endemik, yaz-yay, gənə ensefalitini hərtərəfli öyrənib, 
təsvir etmişlər.  
Xəstəlik  yaz-yay  aylarında  gənələrin  dişləməsi  nəticəsində  insana  keçir.  Gənə  ensefalitini 
törədən  virus  tam  neyrotrop  xassəyə  malikdir.  Virusun  rezervuarı,  əsas  etibarı  ilə,  gəmiricilərdir, 
xəstəlik nadir hallarda keçi südündən də (gənələr vasitəsilə yoluxdurulmuş) keçə bilər.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 26
 
 
Xəstəlik adamdan adama keçmir. Xəstəlik alimentar yolla çiy süd və süd məhsullarından istifadə 
etdikdə də  yoluxa bilər. Xəstəlikdən sonra sabit immunitet yaranır. Xəstəliyin inkubasiya dövrü 7-21 
gün, alimentar yoluxma zamanı isə 4-7 gündür. 
Klinikası:  Xəstəlik  kəskin  başlayır.  əvvəl  baş  ağrısı,  əzginlik,  zəiflik,  ürəkbulanma  olur. 
Bədənin  hərarəti  39-40
0
C  –yə  qədər  yüksəlir  və  bu  səviyyədə  6-10  gün  müddətində  qalır.  Dəri  və 
boğazın  selikli  qişası  hiperemiyaya  uğrayır,  bəzən  bədəndə  səpgilər  əmələ  gəlir.  yuxarı  tənəffüs 
yollarının kataral iltihabı, hərdən isə ocaqlı pnevmoniya (bronxo pnevmoniya) qeyd olunur. Xəstənin 
huşu  pozulur,  meningial  simptomlar  müşahidə  olunur.  Boyun  və  ciyinüstü  əzələlərin  atrofiyası 
nəticəsində  yuxarı  ətrafların  süst,  atrofik  iflici  əmələ  gəlir,  xəstənin  başı  döşünə  sallanır,  bəzi  beyin 
sinir  nüvələri  zədələnir:  nitqi  pozulur,  səsi  dəyişir,  udqunma  çətinləşir  və  s.  Hərdən  bu  xəstələrdə 
Kojevnikov  epilepsiyası  müşahidə olunur: ayrı-ayrı  əzələ qrupları dartilir və bunlar ümumi  epileptik 
tutmaya keçə bilər. 
Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin