Rbaycan Respublikası Təhsil Nazirliyi Az



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix04.12.2019
ölçüsü0,57 Mb.
#29793
1   2   3   4   5   6
adigozaliv abdulrahman


 
 

37 
 
2.
 Fəsil. Kommersiya banklarının balansı: məqsədi 
və onun nəticələri 
 
2.1.
 Kommersiya banklarının balansının məqsədi 
Kommersiya  bankının  balansı
  mühasibat  balansıdır  və  burada  bankın 
özünün və cəlb etdiyi vəsaitlərinin, habelə onların kredit və digər əməliyyatlara 
yatırılmasının  vəziyyəti  əks  etdirilir.  Kommersiya  bankının  balansı  faktiki 
olaraq  müvafiq  tarixə  bankın  maliyyə  durumu,  xarakteri,  əməliyyatlarının 
strukturu və həcmi barəsində təsəvvür yaradan cədvəl toplusudur. 
İ
qtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  bank  hesabatlığının milli  sistemi 
formalaşmışdır.  Onlar  bununla  çoxcəhətlidir  ki,  kredit  və  bank  sistemi,  habelə 
pul  -  kredit  nəzarəti  sistemi  daha  çox  inkişaf  etmişdir.  Hər  bir  kommersiya 
bankında mövcud olan hesabat sistemi üç əsas məqsədə xidmet etməlidir: 
•  bankın  rəhbərliyinə  öz  əməliyyatlarını,  onların  son  nəticələrini  və  ümumi 
effektivliyini,  eləcə  də  bank  əməliyyatlarının  bu  və  ya  digər  növlərinin 
inkişafı məsələlərindəki sonrakı siyasəti müəyyənləşdirməyə imkan verməli; 
•  öz  bankının  fəaliyyətinin  müxtəlif  aspektlərinə  nəzarət  (resursların 
formalaşdırılması və yerləşdirilməsinə nəzarət, kredit, hesablaşma, kassa və 
digər  bank  əməliyyatlarına,  o  cümlədən  qiymətli  kağızlarla  əməliyyatlara 
nəzarət)  vasitəsi  rolunu  oynamalı,  kommersiya  banklarının  maliyyə 
durumlarına  bank  orqanlarının  nəzarət  etmələrinə  şərait  yaratmalı,  habelə 
ölkədəki pul - kredit situasiyası barədə mərkəzi banka informasiya verməli; 

38 
 
•  bankın rəhbərliyi tərəfindən onun inkişaf etdirilməsi üçün aparılan siyasətin 
gedişində onların bankın səhmdarlarına (ilk növbədə auditor analizi yolu ilə) 
maraqlarına əməl olunmasına nəzarəti təmin etməli. 
Bu  məqsədlərə  nail  olunması  üçün  ilk  növbədə  auditor  firmalarından 
istifadə olunur ki, onlarla, habelə öz strukturuna görə çoxpilləli bank nəzarəti və 
vergi  orqanları  aparatı  daimi  ünsiyyətin  olması  bütün  banklar  üçün  mütləqdir, 
belə ki, onlar da öz kanalları vasitəsilə etibarlı və mükəmməl bank hesabatının 
formalaşması  və  təqdim  olunmasının  doğruluğuna  nəzarət  edirlər.  Qüsurlu 
(qeyri  -  düzgün)  mühasibat  hesabatının  təqdim  olunmasına  yol  verən  banklar 
üçün cinayət məsuliyyəti də daxil olmaqla, bir sıra sanksiyalar tətbiq edilə bilər. 
Bununla belə,  təsərrüfatın aparılmasında bazar sisteminin  təbiəti  və  məntiqinin 
özü  də  ayrı  -  ayrı  kommersiya  banklarını və  onların  rəhbərlərini birbaşa və  ya 
dolayısı yolla özlərinin gerçək maliyyə durumları və apardıqları əməliyyatların 
nəticələri  haqqında  təhrif  olunmu  məlumatlar  verməyə  vadar  edir.  Bankların 
etibarlı  və  mükəmməl  maliyyə  durumlarının  əldə  olunması  probleminin 
aktuallığı  kommersiya  banklarında  digər  bankların  balanslarının  təhlili  üzrə 
məqsədyönlü işin inkişafı ilə təsdiq olunur. 
 
2.2. Kommersiya bankının balansının təhlili 
vəzifələti 
Kommersiya  banklarının  balanslarının  təhlilinə  yüksək  diqqət  yetirilməsi 
həm  müvafiq  ölkələrin  iqtisadiyyatında  mövcud  olan  pul  -  kredit  situasiyasına 

39 
 
nəzarət  nöqteyi  -  nəzərindən,  həm  də  əmanətçilərin  banklara  inamlarının 
saxlanılması  aspektində  banklar  tərəfindən  mütəmadi  olaraq  mühasibat 
hesabatlarını təqdim etmələri və balanslarının açıqlanması zərurətini şərtləndirir. 
Bir  çox  inkişaf  etmiş  ölkələrdə  və  inkişaf  etməkdə  olan  ölkələrin  böyük 
ə
ksəriyyətində  kommersiya  bankları  növbəti  maliyyə  ilinin  başa  çatmasından 
sonra çox ciddi müəyyənləşdirilmiş zaman kəsiyində öz balanslarını açıqlamağa 
borcludurlar.  Mövcud  bank  və  ya  digər  qanunvericiliyin  tələblərindən  asılı 
olaraq belə açıqlama ya rəsmi nəşrlərdən birində, ya da nümunəvi kütləvi nəşrdə 
həyata  keçirilir.  Kommersiya  banklarının  balanslarının  açıqlanması  müvafiq 
ölkənin mərkəzi bank tərəfindən və ya digər bank nəzarət orqanı tərəfindən çox 
ciddi 
şə
kildə 
hazırlanılmış 
sənəd 
ə
sasında 
balans 
maddələrinin 
nomenklaturasına  uyğun  şəkildə  həyata  keçirilir  ki,  bu  da  onlar  tərəfindən 
vaxtaşırı  yenidən  nəzərdən  keçirilə  bilər.  Rəsmi  açıqlama  artıq  auditorlar 
tərəfindən  göstərilən  məlumatların  səhihliyini  təsdiqləyən  yoxlanılmış  və 
təsdiqlənmiş bank balansının dərc olunmasrından ibarətdir. 
Bir  sıra  iri  kommersiya  bankları  əsas  balansın  rəsmi  dərc  olunması  ilə 
yanaşı ara balansları (kvartallıq və yarımillik) adlandırılan məlumatları da dərc 
edirlər,  fəqət  bunlar  yalnız  informasiya  xarakteri  daşıdığından  auditorlar 
tərəfindən  yoxlanılmır  və  təsdiqlənilmir.  Lakin  hər  bir  halda  bütün  balans 
melumatları kommersiya banklarının direktorlarə və baş mühasiblərinin imzaları 
ilə  dərc  olunur  və  onlar  dərc  olunmuş  məlumatların  səhihliyi  üçün  şəxsi 
məsuliyyət daşıyırlar. 

40 
 
Kommersiya  bankları  balans  məlumatlarını  açıqlamalarndan  əlavə 
müntəzəm olaraq (inkişaf etmiş ölkələrin əksəriyyətində və inkişaf etməkdə olan 
ölkələrin  bir  çoxunda  -  hər  ay)  öz  cari  balanslarını  nəzarət  orqanlarına  təqdim 
etməyə  borcludurlar.  Belə  informasiyanın  təqdim  olunması direktiv,  orqanların 
məxsusən  təqdim  etdikləri  banklar  üçün  məcburi  xarakter  daşıyan 
göstərişlərdəki həcmdə və formada həyata keçirilməlidir. Adətən belə göstərişlər 
"hesabatların  nomenklaturası"  şəklində  tərtib  olunur  və  orada  əsasən  təkcə 
balansların  bölmələrinin  və  ayrı  -  ayrı  hesabların  adları  deyil,  həm  də  onların 
iqtisadi məzmunu verilir. 
Hesabların nomenklaturası, onların bank nəzarəti orqanlarına verilməsinin 
qaydası  və  müntəzəmliyi  ölkələr  üzrə  əhəmiyyətli  dərəcədə  fərqlənə  və  hətta 
eyniadlı  hesabların  iqtisadi  məzmunları  tamamilə  uyğunsuz  da  ola  bilər.  Cəlb 
olunmuş  vəsaitlərin,  likvid  aktivlərin  və  bir  sıra  başqa  qısamüddətli  mənbələr 
anlayışının  şərhində  çox  ciddi  fərqlər  mövcuddur.  Bununla  belə,  müxtəlif 
ölkələrin  kommersiya  banklarının  balanslarının  məzmununda  bir  çox  oxşar 
cəhətlər  vardır  ki,  bu  da  ilk  növbədə  onların  əməliyyatlarının  analoji  xarakteri 
(bu  sfera  əsas  etibarilə  qısamüddətli  kreditləşdirmədir)  və  cəlb  olunmuş 
vəsaitlərin  mənbəyi  ilə  şərtlənir  (müştərilərin  qısamüddətli  depozitləri). 
Kommersiya  banklarının  balanslarında  yüksək  dərəcədə  likvidliyə  malik  asan 
realizə oluna biləcək aktivlərin də mütləq mövcudluğunu qeyd etmək lazımdır. 
Kommersiya banklarının nisbətən daha likvidli aktivlərinə (azalan proporsiyada) 
kassadakı  nəqliyyat  və  Mərkəzi  bankdakı  müxbir  hesabda  olan  vəsaitlər,  bank 

41 
 
tərəfindən yerləşdirilmiş onkol (teleb olunanadək) və qısamüddətli (götürülməsi 
barədə  əvvəlcədən  xəbərdarlıq  edilən)  depozitlər,  qısamüddətli  dövlət  qiymətli 
kağızları,  banklar  tərəfindən  nəzərə  alınan  kommersiya  veksellərinin  bəzi 
növləri aiddir. 
Kommersiya  banklarının  cəlb  olunmuş  vəsaitlərinin  əsas  mənbəyi  öz 
təbiətinə görə müştərilərinin (həm hüquqi, həm də fiziki şəxslərin) qısamüddətli 
depozitləri  olduğundan,  onların  aktivlərində  isə  daha  əhəmiyyətli  yerli 
ş
irkətlərin,  firma  və  özəl  şəxslərin  qısa  və  ortamüddətli  kreditləşdirmələri 
tutduğundan,  ona  görə  də  kommersiya  bankları  üçün  balanslarda  likvid 
vəsaitlərinin  mövcudluğu  həm  onların  cəlb  etdikləri  resursların  həcmində  baş 
verən  mümkün  dəyişkənliyin  kompensasiyası  nöqteyi-nəzərindən,  həm  də 
müştərilər  tərəfindən  bazar  iqtisadiyyatı  şəraitində  kreditə  olan  tələbatın  daim 
baş  verən  dəyişkənliyinin  təmin  olunması  üçün  obyektiv  olaraq  labüddür. 
Banklar üçün likvidliyin müəyyən səviyyədə saxlanılması zərurəti hazırda hamı 
tərəfindən  qəbul  olunandır  və  praktiki  olaraq  bütün  ölkələrdə  bank  likvidliyi 
ə
msallarının geniş tətbiq olunmasında öz ifadəsini tapır. 
Ölkənin Mərkəzi bankının həmin sahədə müəyyən təbirləri və ya müvafiq 
siyasətindən  sonra  baş  verən  dəyişikliklər  pul  -  kredit  siyasətinin  mühüm 
alətlərindən  biri  sayılır.  Bir  sıra  amillərdən  asılı  olaraq  konkret  ölkənin  bankı 
üçün  normal  hesab  olunan  likvidlik  səviyyəsinin  göstəricisi  kifayət  qədər  çox 
dəyişkən ola bilər.  Adətən bu,  ayrı  -  ayrı  ölkələr üzrə  kommersiya  banklarının 
cari öhdəliklərinin 20 % - dən 30 % - dək həddində dəyişkən ola bilər. 

42 
 
Bankların  balanslarının  digər  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  bunlarda 
ş
irkətlərin, firma və özəl şəxslərin qısamüddətli kreditləri böyük payı vardır və 
müvafiq  ölkələrin  pul  -  kredit  sistemində  tutduqları  yerlə  şərtlənir.  Göstərilən 
kreditlərin  məcmu  payı  bir  qayda  olaraq,  kommersiya  banklarının  bütün  aktiv 
ə
məliyyatlarının 30 - 40 % - dən artığını təşkil edir. 
Son illərdə kommersiya banklarının kredit yatırımlarında istiqraz və digər 
borclar  şəklində  dövlət  borcu  ödəlikləinə  investisiyalar  getdikcə  daha  artıq  rol 
oynamağa  başlayır.  Büdcə  kəsirlərinin  kreditləşdirilməsində  iştirak  edən 
kommersiya  bankları  çalışırlar  ki,  belə  yatırımların  müddətini  beş  illə 
məhdudlaşdırsınlar. Belə investisiyaların onlar üçün cəlbediciliyi öz ölkələrinin 
səviyyəsini əlavə imkanlarla yüksəltmək şərtləndirir və başqa ölkələrdə bunları 
nisbətən  asanlıqla  və  tez  nəqd  vəsaitlərə  çevirmək  mümkündür.  Bank 
resurslarının  ortamüddətli  yerləşdirilmələri  və  xüsusilə  də  onların  ipoteka  və 
kənd  təsərrüfatı  kreditlərinə  verilməsi  kommersiya  banklarının  balanslarında 
ə
həmiyyətli yer tutmur. 
Kommersiya  banklarının  passiv  əməliyyatlarında  fərqləndirici  əlamət 
ondan ibarətdir ki, bunlarda cəlb olunmuş vəsaitlərin qısamüddətli mənbələrinin, 
ə
sasən də müştərilərin vəsaitlərinin, eləcə də banklararası əsaslarla cəlb olunmuş 
depozitlərin üstünlük təşkil etməsidir. 
Kommersiya  banklarının  balanslarının  mövcud  növləri  onların  tərtib 
olunmasının  detalları  üzrə  də  fərqləndirilir.  Bankın  daxili  balansı  müfəssəl 
mühasibat  hesabatından  ibarətdir  ki,  burada  müvafiq  ölkənin  bank 

43 
 
tənzimləməsinin təlimatı üzrə bütün hesabatlara dair məlumatlar olur. Balansın 
konfidensial  xarakter  daşıyan  və  müntəzəm  olaraq  bank  nəzarəti  orqanlarına 
təqdim  olunan,  bankın  əməli  rəhbərliyi  fəaliyyətinin  həyata  keçirilməsi 
məqsədlərinə və onun bütün müvafiq əməliyyatlarının uçotuna xidmət edən bu 
növündən  fərqli  olaraq,  kommersiya  bankının  dərc  olunan  illik  və  aralıq 
balansları  iriləşdirilmiş  toplu  hesabatı,  bütövlükdə  bank  nəzarəti  orqanlarının 
göstərişlərində  nəzərdə  tutulan  tələblərinə  cavab  verən  sxemində  tərtib  olunur. 
Lakin  zərurət  yarandıqda  bank  nəzarəti  orqanları,  demək  olar  ki,  bütün  bank 
hesabatına giriş əldə edə bilərlər. Eyni zamanda bu qaydada bir sıra istisnalar da 
mövcuddur. Belə ki, İsveçrənin kommersiya banklarında açılmış gizli hesabların 
rekvizitləri  və  dinamikası  haqqında  müfəssəl  məlumat  almaq  üçün  məhkəmə 
orqanlarının fəal müdaxiləsi tələb olunur. 
Nisbətən  ümumi  forma  daşıyan  balans  kommersiya  banklarının 
səhmdarlarının  ümumi  iclasının  müzakirəsinə  təqdim  olunan  və  müvafiq 
nəşrlərdə  açıqlanan  balansdır.  Kommersiya  banklarının  balanslarının  təqdim 
olunmasının  ümumi  qəbul  olunmuş  forması  aktiv  ve  passivə  bölünməklə,  ilk 
növbədə aktivin daha likvid (səfərbər olunan) maddələrinin fərqləndirilməsi ilə 
üfqi  (şirkət  və  firmaların  bir  sıra  ölkələrdə  qəbul  olunmuş  şaquli  balans 
formasından fərqli olaraq) 
formadır  və  əmanətçilər  tərəfindən  nisbətən  daha  asan  tələb  olunan  passiv 
maddələridir.  Bütövlükdə  aktiv  və  passiv  maddələrinin  strukturu,  belə 
maddələrin  dinamikliyinin  azalmasını  göstərir,  balans  aktivi  üzrə  tərpənməz 

44 
 
ə
mlaka  və  digər  şirkət  və  firmaların  kapitalına  investisiyalarla  tamamlanır, 
passivlər üzrə isə kommersiya bankının, onların əldə etdikləri mənfəəti də daxil 
etməklə, öz vəsaitləri üzrə investisiyalarla tamamlanır.  
Müstəqil hüquqi şəxs kimi bankın özünün balansı ilə, bankın təkcə özünün 
ə
məliyyatlarını  deyil,  həm  də  onun  şöbələrinin,  habelə  filial  təşkilatlarının 
ə
məliyyatlarının  da  daxil  olduğu  birləşdirilmiş  (konsolidasiya  olunmuş)  balans 
arasındakı  fərqi  nəzərə  almaq  lazımdır.  Məsələn,  iri  kommersiya  bankları 
banklarla yanaşı digər iri kredit - maliyyə təşkilatlarını da birləşdirən bütöv bir 
maliyyə  qruplarına  başçılıq  edə  bilər.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki, 
birləşdirilmiş balansların açıqlanması müəyyən qədər bank qrupunun ayrı - ayrı 
üzvlərinin  gerçək  maliyyə  durumunu  geniş  kütlədən  gizlətmək  məqsədinə 
xidmət  edir.  Bununla  belə,  bu  sayaq  balansları  açıqlayan  banklar  əlavə 
müştərilər  cəlb  etmək  məqsədi  güdürlər,  güman  edirlər  ki,  potensial  müştəri 
qrupun ayrı - ayrı üzvlərinin maddi durumundan baş açmayacaq. Banklar güman 
edirlər  ki,  müştərilər  yalnız  bütün  qrupun  bütövlükdə  yekun  balansına  diqqət 
yetirməklə,  ayrılıqda  kredit  müəssisəsinin  inkişafındakı  çatışmazlığı  nəzərdən 
qaçırarlar.  Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  hətta  geniş  şöbələr  şəbəkəsinə 
ş
axələnmiş iri kommersiya bankının müstəqil balansı birləşdirilmiş sayılır, belə 
ki,  eyni  bankın  ayrı  -  ayrı  müəssisələrinin  hər  birinin  adətən  özlərinin  malik 
olduqları  daxili  balansları  şəraitində  belə,  onların  arasındakı  qarşılıqlı 
hesablaşmalar və digər kredit - maliyyə münasibətləri tam istisna edilir. 

45 
 
Son  vaxtlar  kommersiya  banklarının  balanslarının  müxtəlif  aspektlərinin 
analizinə  marağın  xeyli  artıdığı  müşahidə  olunur.  Bu,  həm  tamamilə  böyük 
bankların maliyyə çətinliklərinin və hətta müflisləşmələrinin çoxalması ilə, eləcə 
də beynəlxalq kredit bazarlarında inkişaf etməkdə olan ölkələrin, kredit və bank 
sistemi  az  öyrənilmiş  və  əksər  hallarda  zərf  inkişaf  səviyyəsi  və  güclü 
sabitsizliyi ilə fərqlənən çoxsaylı banklarının meydana çıxması ilə şərtlənir. Ona 
görə  də  kommersiya  banklarının  balanslarının  analizi  ilk  növbədə  müəyyən 
bankın  nə  dərəcədə  etibarlı  olması  suallarına  cavab  vermək,  onun  maliyyə 
dayanıqlığının  vəziyyətinin  necəliyi  və  bankın  öz  vəsaitləri  ilə  resurslarının 
yerləşdirilməsi riskini bağlamaq səviyyəsini müəyyənləşdirmək məqsədi güdür. 
Lakin bu məsələlərin həlli yalnız bank balanslarının göstəricilərinin analizi 
ilə bağlı deyil, həm də xeyli mənada hər bir konkret ölkədə pul bazarının inkişaf 
səviyyəsi,  onun  bank  tənzimlənilməsi  xüsusiyyətləri,  milli  bank  sisteminin 
inkişaf  səviyyəsi  və  banklar  tərəfindən  maliyyə  çətinliklərinin  hiss  olunduğu 
dövrdə  ölkənin  Mərkəzi  bankının  göstərdiyi  pul  -  kredit  təsiri  ilə  şərtlənir. 
Kommersiya  banklarının  balanslarının  analizi  öyrənilən  bankın  yerləşdiyi 
ölkənin  spesifikasının  şərtsiz  nəzərə  alınmasını,  onun  bank  və  maliyyə 
qanunvericiliyi  barədə  yaxşı  biliyin  olmasını,  kommersiya  banklarının  bank 
nəzarəti  orqanları  tərəfindən  müəyyənləşdirilmiş  hesablar  nomenklaturasını, 
kredit  -  bank  sisteminin  özünün  strukturunu  və  bir  sıra  digər  məsələləri  yaxşı 
bilməyi tələb edir. 

46 
 
Bütövlükdə  kommersiya  bankının  balansının  təhlili  iki  əsas  mərhələyə 
malikdir: 
•  mövcud nomenklatura hesablarının nəzərə alınması ilə balans maddələrinin, 
zərurət  yaranan  hallarda  qəbul  olunmuş  analiz  sxemi  üzrə  araşdırılan 
balansın  yenidən  tərtib  olunması  ilə  məzmununun  öyrənilməsi  üçün 
göstərilən mərhələsi daha mürəkkəb sayılır və yüksək səviyyədə sırf peşəkar 
hazırlıq  tələb  edir,  çünki,  bir  qayda  olaraq,  banklarda  balansların  analizi 
məsələləri ilə ixtisaslı mütəxəssislər məşğul olurlar. Bu, onunla şərtlənir ki, 
balans  maddələri  üzrə  səhih  məlumatlar  öyrənilən  bankın  həqiqi  maliyyə 
durumu barəsində düzgün təsəvvür əldə edilməsinin müqəddəm şərtidir; 
•  kommersiya bankının təhlil olunan balansının digər kommersiya banklarının 
balansları ilə (analoji tarix üzrə) və həmin bankın bir neçə il üzrə balansları 
ilə,  bankın  fəaliyyətinin  mühüm  cəhətlərini  və  maliyyə  durumunu 
xarakterizə  edən  əmsalların  hesablanması  və  fərqləndirilməsi  ilə  müqayisə 
olunması.  Digər  bankların  balanslarının  tutuşdurulması  bütövlükdə  bank 
sisteminin  ümumi  inkişaf  tendensiyası  fonunda  həqiqi  oyrenilen  bankrn 
maliyye  durumunun  müəyyənləşdirilməsi  üçün  zəruridir,  öyrənilən  bankın 
bir  sıra  illər  üzrə  balanslarının  tutuşdurulmasının  kommersiya  bankının 
fəaliyyətinin  xarakterik  inkişaf  tendensiyalarının  aydınlaşdırılması  üçün 
prinsipial əhəmiyyəti vardır. 
Kommersiya banklarının balanslarının təhlil edilməsinin əsas vəzifəsi bu və 
ya  digər  bankın  etibarlılığı,  mümkün  itkilərə  görə  öz  vəsaitləri  hesabına 

47 
 
ödəməqabilliyi  barədə,  cəlb olun  resursların axrb getməsi  şəraitinde dözəbilmə 
səviyyəsi  barədə  suallara  birmənalı  cavab  almaqdır.  Bundan  əlavə,  bütün  əsas 
xarakteristikalar  həm  də  dinamika  nöqteyi  -  nəzərindən  analiz  edilməlidir.  Bu 
halda  labüd  olaraq  digər  kommersiya  banklarındakı  müvafiq  göstəricilərin 
ümumi  tendensiyası  ilə  tutuşdurulmasında  baş  verən  dəyişikliklərin  spesifikası 
haqqında məsələ ortaya çıxır. 
Bank  balanslarının  onların  tutuşdurulması  məqsədi  ilə,  təhlili  zamanı  on 
müxtəlif  əmsallardan  istifadə  olunur.  Kommersiya  banklarının  balanslarının 
analizi  üçün  indiyədək  ümumi  qəbul  olunmuş  dayanıqlı  əmsallar  yoxdur,  ona 
görə  də  bankların  özləri  bank  fəaliyyətinin  təhlili  üçün  daha  məqbul  əmsallar 
sistemini  işləyib  hazırlayırlar.  Hal-hazırda  kommersiya  bankları  tərəfindən 
tətbiq  olunan  əmsallar  sistemi  (bank  balanslarının  müxtəlif  göstəricilərinin 
nisbəti) ilk növbədə balansların məzmununa keyfiyyətcə yanaşma imkanı verir 
və  yalnız  onların  kəmiyyət  (rəqəmsal)  göstəriciləri  ilə  məcmu  halda  nəzərdən 
keçirilə bilər. Həmin əmsalların təhlili üç əsas məsələyə cavab verməlidir: 
•  kommersiya bankının öz vəsaitləri ilə öz əməliyyatlarında ("kapitalizasiya - 
kapitallaşdırma əmsalı") iştirak etməsi səviyyəsi; 
•  bankın  likvidlik  səviyyəsi  və  ya  axtınına  qarşı  itkisiz  tab  gətirə  bilmə 
qabiliyyəti ("likvidlik əmsalı"); 
•  bankın  resurslarının  yüksək  risk  səviyyəli  əməliyyatlara  yatırılması 
səviyyəsi ("risk əmsalı"). 

48 
 
Göstərilən  əmsalların  hesablanması  üçün  banklar  ən  müxtəlif  üsullardan 
istifadə  edirlər.  Lakin  istənilən  halda  bu  əmsallar  qarşıya  qoyulmuş  suallara 
ə
traflı  cavab  verməyə  xidmət  edir  ki,  bu  da  təhlil  olunan  bankın  fəaliyyətinin 
təkamülü  haqqında  nəticələr  əldə  etmək  üçün  çox  vacibdir.  Beynəlxalq  bank 
praktikasında  bu  məqsədlərlə  hər  şeydən  əvvəl  likvidlik  əmsallarından  istifadə 
olunur. 
 
     
2.3. Kommersiya banklarının balansının məqsədi
 
"Likvidlik" termini (latınca - liquidus - axan, duru) sözün hərfi mənasında 
realizə  olunması  asan  olan,  maddi  dəyərlərin  pul  vəsaitlərinə  çevrilmənin 
asanlığını  bildirir.  Bank  fəaliyyətinə  tətbiq  olunarkən,  likvidlik  dedikdə, 
bankların vaxtında təkcə kreditin nəzərə alınması ilə deyil, həm də kommersiya 
banklarının  kassa  imkanları  nəzərə  alınmaqla,  öz  öhdəliklərini  pul  formasında 
ödəyə bilmək qabiliyyəti başa düşülür. Bank likvidliyi depozitlərin xarakteri və 
həcmindən, bankın kredit bazarında təcili ssuda almaq imkanlarından, aktivlərin 
strukturunun  (kredit  yatırımlarının)  passivlərin  (resursların)  strukturunun 
müddəti  və  xarakteri  üzrə  uyğunlulundan  asılıdır,  belə  ki,  məsələn,  bankın 
aktivlərində  daimi  büdcə  kəsirlərində  dövlət  qiymətli  kağızlarının  (istiqraz, 
xəzinə  öhdəlikləri)  xüsusi  çəkisinin  artması  bank  sisteminin  likvidliyini  xeyli 
çətinləşdirir.  Likvidlik  iqtisadi  konyunkturadan  asılıdır,  çünki,  məsələn, 
iqtisadiyyatda  durğunluq  müştəriləri  vadar  edir  ki,  banklardakı  əmanətlərini 
oradan  götürsünlər,  bu  da  nəinki  onların  likvidliyini  pisləşdirir,  həm  də  çox 

49 
 
hallarda onların müflisləşməsinə səbəb olur. Likvidlik, iqtisadiyyatda dayanıqlı 
disproporsiya  üzündən  yaranmış  pozuntu,  bankın  pul  ehtiyatlarının  artması  ilə 
bağlı  nəqd  pulların  dövranın  pozulmasından  asılıdır,  belə  ki,  o  bank  maksimal 
likvidliye  malik  olur  ki,  onun  depozitlərinin  məbləği  verilən    kreditlərin 
həcmindən artıq olsun (bu halda bankın mədaxili azalır). 
Kommersiya  banklarının  likvidliyi  Mərkəzi  bank  tərəfindən  əsasən 
təkrarmaliyyələşdirmə  yolu  ilə  (borc  vəsaitlərinə  tələb  və  təklifə  təsir 
göstərmək)  və  onların  kreditqabilliliyinə  təsirlə  (kreditlərin  təklifinə  təsir 
göstərmək)  tənzimlənilir.  Bankların  likvidliyinin  dəyişilməsi  Mərkəzi  bank 
tərəfindən  aparılan  pul  -  kredit  siyasətinin  məğzi  kimi  çıxış  edir.  Sonuncu 
bütövlükdə  bank  sisteminin  likvidliyini  dəstəkləməlidir.  Bank  sisteminin 
likvidliyinin  tənzimlənilməsi  dedikdə
,  Mərkəzi  bank  tərəfindən  müxtəlif  pul  - 
kredit  siyasəti  instrumentlərinin  köməkliyi  ilə  kommersiya  banklarındakı  əlavə 
pul  vəsaitlərinin  götürülməsi  və  ya  təqdim  olunması  başa  düşülür.  Bank 
sisteminin  likvidliyini  xarakterizə  edən  göstəricilərindən  biri  kommersiya 
banklarının  müxbir  hesablarında  qalan  vəsaitlərinin  qalıqlarının  durumudur. 
Məsələn,  Mərkəzi  bank  hər  gün  kommersiya  banklarının  müxbir  hesablarının 
durumuna  nəzarət  edir  və  çalışır  ki,  öz  fəaliyyəti  ilə  bu  hesablardakı  optimal 
həcmi dəstəkləyə bilsin. 
Bankın balansına tətbiqən likvidlik sonuncunun aktivlərinin pul vəsaitlərinə 
çevrilə bilmə qabiliyyətini bildirir. Əgər onun nəqd vəsaitlərinin və digər likvid 
aktivlərinin məbləği, eləcə də digər mənbələrdən qısa müddət ərzində vəsaitləri 

50 
 
səfərbər  edə  bilmək  imkanları  borcları  və  pul  öhdəliklərini  vaxtında  ödəməyə 
kifayətdirsə,  onda  bank  likvid  hesab  olunur.  İstənilən  kommersiya  bankının 
aktivlərinin maddələri balansda likvidliyin azalması qaydası ilə, yəni ödənişlərin 
aparılması üçün onların nəqliyyata tədavülü imkanları şəklində yerləşdirilir. 
Likvidlik səviyyəsinə görə tez və ləng realizə olunan aktivlər fərqləndirilir. 
Birinci dərəcəli likvid vəsaitlərə (tez realizə olunan) aşağıdakılar daxildir: kassa 
nəqdiyyatı,  bankların  digər  kredit  müəssisələrindəki  hesablaşmalar  üzrə  haqq  - 
hesab  hesablarındakı  pul  vəsaitləri,  bankın  sertifikatları.  Tələb  olunanadək 
ssudalar  da  nisbətən  likvid  sayılır,  belə  ki,  bank  istənilən  vaxt  vəsaitləri  borc 
alandan geri istəyə bilər. Qiymətli kağızlara bank investisiyası nisbətən az likvid 
sayılır,  çünki  onları  nəqd  vəsaitlərə  çevirmək  daha  çətindir.  Uzunmüddətli 
ssudalar  və  tərpənməz  əmlaka  yatırımlar  kimi  bank  aktivləri  çətin  likvidli 
xarakterə  malik  olur.  Likvid  sayılan  aktivlərin  strukturu,  onların  ödəməli 
olduqları öhdəliklərin müddətinin təmin olunmasından asılı olaraq dəyişir. Məhz 
buna  görə  aktivin  maddələri  arasında  ilk  növbədə  nəqd  aktiv  adlandırılanların, 
sonra isə tez realizə olunan yatırımların və s. fərqləndirilməsi qəbul olunmuşdur. 
Ayrı  -  ayrı  bankların  əməliyyatlarının  likvidliyi,  onların  tələb  olunanadək 
öhdəliklər  üzrə  və  tarixinin  başa  çatdığı  müddətli  öhdəliklər  üzrə  ödənişlərin 
vaxtında aparıla bilməsi  qabiliyyətindən ibarətdir.  Bu,  müvafiq  aktiv  və passiv 
ə
məliyyatların təşkil olunması sayəsində təmin olunur. Öhdəliklərin ödənilməsi 
bankın mənfəəti üçün zərərsiz həyata keçirilməlidir. 

51 
 
Balansın müqayisəli (dinamikada) təhlili zamanı müəyyən müddət ərzində 
aktiv  maddələr  üzrə  bankın  likvidliyinə  və  əməliyyatlar  riskində  baş  verən 
dəyişikliklərin  səbəbləri  və  təzyiq  səviyyəsi  aşkar  edilə  bilər.  Bu  zaman 
aktivlərin  ümumi  likvidliyi  daxili  likvidlik  və  bazar  realizəqabilliyi  deyilənlə 
müəyyən  edilir.  Birinci  ödəniş  müddətinin  başa  çatmasından  sonra  aktivin 
nəqdiyyata  çevrilə  bilməsi  ilə  əlaqələndirilir,  ikinci  isə  vaxtın  istənilən  anında 
realizəqabilliyi nəzərdə tutur. 
Likvidlik  passivlərin  strukturundan  asılıdır.  Əgər  tələb  olunanadək 
ə
manətlər  üzrə  əmanətçilər  pullarını  istədikləri  anda  tələb  etmək  hüququna 
malikdirlərsə,  müddətli  əmanətlər  isə  az  və  ya  çox  müddət  ərzində  bankın 
sərəncamında qalır. Ona görə də tələb olunanadək əmanətlər üzrə xüsusi çəkinin 
artması  və  müddətli  əmanətlərin  payının  azalması  bank  likvidliyini  aşağı  salır. 
Bankın  digər  kredit  müəssisələrindən  aldığı  depozitlərin  və  kreditlərin 
etibarlılığı da bankın balansının likvidliyinə təsir göstərir. 
Bankın  likvidliyi  ayrı  -  ayrı  kredit  əməliyyatlarının  risk  səviyyəsindən 
asılıdır:  balansda  yüksəkriskli  aktivlərin  payı  nə  qədər  çoxdursa,  bankın 
likvidliyi də o qədər aşağıdır. Praktikada etibarlı aktivlərə nəqd pul vəsaitlərini, 
yüksək  risklilərə  isə  -  bankların  uzunmüddətli  yatırımlarını  aid  etmək  qəbul 
olunub.  Bankın  borc  alanlarının  kreditqabillik  səviyyəsi  ssudaların  vaxtında 
qaytarıla  bilməsinə  və  bununla  da  bankın  balansının  likvidliyinə  əhəmiyyətli 
təsir  göstərir:  verilən  kreditlərin  ümumi  məbləğində  yüksək  riskli  kreditlərin 
xüsusi şəkisi nə qədər çox olarsa, bankın likvidliyi o qədər aşağı olar. Balans o 

52 
 
vaxt  likvid  sayılır  ki,  onun  durumu  aktivlər  üzrə  vəsaitlərin  asan  realizə 
olunması  hesabına  passivlər  üzrə  müddətli  öhdəlikləri  ödəməyə  imkan  versin. 
Bankın  aktivlərinin  onun  öhdəliklərinin  yerinə  yetirilmesi  üçün  tezliklə  pul 
formasına  keçməsinin  mümkünlüyü  bir  sıra  amillərlə  müəyyən  olunur  ki, 
bunlardan  da  həlledicisi  yerləşdirilmiş  vəsaitlərin  müddətinin  resursların  cəlb 
olunma müddətinə uyğun gəlməsidir, yeni müddət, üzrə passiv necədirsə, aktiv 
də o cür olmalıdır. Bu halda balansda aktivlər üzrə azad olan vəsaitlərin məbləğ 
və müddətinin pul forması və məbləğə bankın öhdəlikləri üzrə qarşıdakı ödəniş 
müddəti  arasında  müvazinət  təmin  olunur.  Deməli,  əgər  bankın  digər 
mənbələrdən  qısa  müddət  ərzində  səfərbər  etmək  imkanına  malik  olduğu  pul 
vəsaitlərinin  məbləği  passivlər  üzrə  öhdəliklərin  vaxtında  ödənilməsinə  imkan 
verirsə, onda bank likvid sayılır. 
Bank  oz  sabitliyini  mühafizə  edib  saxlamaq  məqsədilə  pul  bazarının 
vəziyyətinin,  müştərinin  və  ya  partnyor  bankın  maliyyə  durumunun  dəyişməsi 
ilə bağlı təzahür edə biləcək nəzərdə tutulmayan öhdəliklərin icra olunması üçün 
müəyyən  likvid  ehtiyatlara  malik  olmalıdır.  Bankların  likvidliyinin  ölçülərinə 
təsir  edən  amillərə  tədavüldə  olan  nəqd  pulların  kəmiyyəti  (artması  bankların 
likvidliyini azaldır və əksinə), ölkənin qızıl - valyuta ehtiyatlarının dəyişilməsi 
(xarici valyutanın ölkəyə axını bankların likvidliyini artırır və əksinə), Mərkəzi 
bankın  milli  xəzinədarlıq  qarşısında  kredit  öhdəliklərinin  həcminin  dəyişməsi 
(Mərkezi  bankın  xəzinədarlıqdan  aldığı  yardımın  həcminin  artması  bank 
sisteminin  likvidliyini  artırır  və  əksinə),  Mərkəzi  bankın  kortəbii  amillərin 

53 
 
nəticələrini  dərinləşdirə  biləcək  və  ya  onların  təsirini  məhdudlaşdıra  biləcək 
emissiya siyasəti. 
Bankların  real  likvidlik  səviyyəsinə  təsir  göstərilməsi  o  dərəcədə  pul  - 
kredit  siyasətinin  əsas  məqsədlərindən  biridir  ki,  həmin  siyasət  kreditin 
artmasına  nəzarətə  yönəlmiş  olsun.  Başqa  sözlə  desək,  likvidliyə  münasibətdə 
restrikasiyalar  eyni  zamanda  kredit  əməliyyatlarının  inkişafının  imkanlarını 
məhdudlaşdırır.  Bu  məqsəd  əsasən  kommersiya  banklarının  Mərkəzi  bankla 
qarşılıqlı  münasibətlərindəki  nəqdiyyatın  həcminin  reqlamentasiyası  Mərkəzi 
bankda  mütləq  ehtiyatların  həcminin  və  uçot  qaydaları  modifikasiyasının 
dəyişilməsi  ilə  (təkrar  uçotun  stavkası,  təkrar  uçotun  "tavana"ları),  habelə  faiz 
stavkalarının  artması  və  ya  azalması  hesabına  kredit  verilməsinin 
məhdudlaşdırılması  və  ya  genişləndirilməsi  üzündən  pul  bazarına  müdaxilə  ilə 
ə
ldə edilə bilər.  
Bankın  likvidliyinin  idarə  olunması
  müvafiq  nəzəri  bazaya  əsaslanır. 
Xarakterik  haldır  ki,  likvidliyin  idarə  olunması  nəzəriyyələri  praktiki  olaraq 
kommersiya banklarının yaranması ilə eyni vaxtda meydana çıxmışdır. Hazırda 
dörd  nəzəriyyə  -  kommersiya  ssudaları,  yerdəyişmə,  gözlənilən  gəlir  və 
passivlərin idarə olunması - göstərilir. 
Kommersiya ssudaları nəzəriyyəsi
 öz kökləri ilə XVIII əsrin İngiltərə bank 
praktikasına  gedir.  Bu  nəzəriyyənin  tərəfdarları  iddia  edirlər  ki,  kommersiya 
bankı,  onun  aktivləri  nə  qədər  ki,  işgüzar  fəallığın  normal  durumu  zamanı 
vaxtında  ödəniləbiləcək  qısamüddətli  ssudalara  yerləşdirilib,  öz  likvidliyini 

54 
 
saxlayır.  Başqa  sözlə  desək,  banklar  istehsaldan  istehlaka  qədər  malların 
hərəkətinin  ardıcıl  mərhələlərini  maliyyələşdirməlidirlər.  Bu  ssudalar  müasir 
şə
raitdə mal ehtiyatı və ya dövriyyə kapitalının doldurulması əsasında ssudalar 
adını almışdır. Bank işinin demək olar ki, bütün tarixi ərzində hesabolunurdu ki, 
banklar  qiymətli  kağızların,  tərpənməz  əmlakın,  istehlak  mallarının  alınmasını 
kreditləşdirməməli  və  ya  kənd  təsərrüfatına  uzunmüddətli  kreditlər 
verməməlidir.  Hərçənd  kommersiya  ssudaları  nəzəriyyəsi  iqtisadiyyatçılar, 
nəzarət  və  tənzimləmə  orqanları,  eləcə  də  banklar  tərəfindən  geniş  təbliğ 
olunurdu, onun praktikada tətbiqi o qədər də geniş deyildi. 
Kommersiya ssudaları nəzəriyyəsinin əsas çatışmazlığı ondan ibarətdir ki, 
o  inkişaf  edən  iqtisadiyyatın  kredit  tələbatlarını  nəzərə  almırdı,  çünki 
nəzəriyyəyə  ciddi  əməl  olunması  banklara  müəssisələrin  və  avadanlığın 
genişlənməsini,  evlərin,  torpaqların  alınmasını  maliyyələşdirməyi  qadağan 
edirdi.  Bu  nəzəriyyə  bank  əmanətlərinin  nisbi  sabitliyini  nəzərə  ala  bilmədi. 
Bank  əmanətləri  ilk  tələblə  geriyə  alına  bilər,  lakin  çətin  ki,  əmanətçilərin 
hamısı əmanətlərini eyni vaxtda götürsünlər. Əmanətlərin sabitliyi banka imkan 
verir ki, likvidliye xələl gətirmədən vəsaitlərini mötədil uzun müddətə yerləşdirə 
bilsin.  Nəzəriyyə  ona  əsaslanrıdı  ki,  normal  iqtisadi  proses  zamanı  bütün 
ssudalar  öz  vaxtında  ödənilə  bilər.  Doğrudan  da  yüksək  işgüzar  fəallığı 
şə
raitində  sənaye  və  ticarət  şirkətləri  öz  öhdəliklərinin  ödənilməsi  zamanı 
çətinliklərlə  qarşılaşmırlar.  Lakin,  iqtisadi  tənəzzül  dövrlərində  və  ya  maliyyə 
çaxnaşması zamanı "nəqdiyyat - əmtəə ehtiyatları - realizasiya - hesablaşmalar 

55 
 
üzrə debitorlar  - nəqdiyyat"  zənciri  pozulur.  Ona  görə də  firma  və  ya  şirkətlər 
üçün  bank  ssudalarını  ödəmək  çətinləşir,  bəzən  isə  qeyri  -  mümkün  olur.  Bu 
nəzəriyyənin  çatışmazlığı  ondan  ibarətdir  ki,  normal  iqtisadi  inkişaf  şəraitində 
qısamüddətli özünüləğvedən ssuda likvidliyi təmin edir.  
Yerdəyişmə  nəzəriyyəsi  ona  əsaslanır  ki,  bank  likvid  ola  bilər,  əgər  onun 
aktivlərinin  yerini  dəyişmək  və  ya  nəqd  şəkildə  kreditotlara,  yaxud  da 
investorlara  satmaq  mümkün  olsun.  Əgər  kreditlər  vaxtında  ödənilmirsə,  onda 
ssudanın  təminatı  üçün  verilmiş  əmtəə  -  mal  dəyərləri  bazarda  nəqdinə  satıla 
bilər,  vəsaitlərə  ehtiyac  olduğu  hallarda  isə  Mərkəzi  bank  tərəfindən  təkrar 
maliyyələşdirməyə  müraciət etmək olar. Bu halda ayrıca kommersiya bankının 
likvid resurslara tələbatının ödənilməsinin şərti daimi nəqd aktivlərin olmasıdır 
ki,  onları  satmaq  mümkündür.  Buna  uyğun  olaraq,  əgər  Mərkezi  bank  təkrar 
uçota  təklif  olunan  aktivləri  sərbəst  şəkildə  alacaqsa,  onda  bank  sistemi  likvid 
olacaq.  Asan  realizə  oluna  bilər  bazar  qiymətli  kağızları  uzun  müddət  likvid 
ehtiyatların  gözəl  mənbəyi  kimi  hesab  olunurdu,  çünki  bu  sayaq  qiymətli 
kağızları nəqd pula çevirmək mümkündür. Ona görə də tez - tez hallarda onlara 
ikinci  növbə  ehtiyatları  kimi  müraciət  edirlər.  Yubadılmadan  və  itkisiz 
konvertasiyanı  təmin  etmək  üçün  törəmə  ehtiyatlar  üç  tələbə  cavab 
verməlidirlər: ödənişin qısa müddəti, yüksək keyfiyyət və realizəqabillik. Bunlar 
kredit  riskindən  və  bazar  faiz  stavkalarının  dəyişməsi  riskindən  mühafizə 
olunmalı, habelə qısamiiddətli xəbərdarlıqla bazar da satılmalıdırlar. 

56 
 
Likvidlik  ehtiyatı  kimi  istifadə  olunan  aktivlərin  ödənilmə  müddətinə 
münasibətdə  müəyyən  tələblər  irəli  sürülmür,  amma  ümumi  qayda  budur  ki, 
müddət  nə  qədər  qısa  olsa,  o  qədər  yaxşıdır.  Keyfiyyət  və  realizasiyqabillik 
şə
rtlərinə qiymətli kağızların bir sıra növləri cavab verir. Törəmə ehtiyatlar üçün 
daha uyğun gələnləri xəzinə vekselləri, habelə hökumətin və onun orqanlarının 
digər  qiymətli  kağızlarıdır.  Açıq  bazarda  realizə  olunan  akseptlər  və 
kommersiya  kağızları  da  istifadə  oluna  bilər.  Bank  aksepti  bank  tərəfindən 
adətən 180 günədək ödəniş müddəti ilə akseptə olunmuş trattadır. Kommersiya 
kağızları  korporasiyalar  tərəfindən  nisbətən  qısa  müddətə,  adətən  4  -  6  ayadək 
buraxılan veksellərdən ibarətdir. Bu qayda ilə pul əldə etmək üçün korporasiya 
çox yüksək kreditqabilliyə malik olmalıdır. 
Hərçənd yerdəyişmə nəzəriyyəsi müəyyən dərəcədə əsaslandırılıb, bununla 
belə,  onun  göstərişlərinə  əməl  edən  yüzlərlə  bank  XX  yüzilliyin  20  -  30  -  cu 
illərində  likvidlik  problemindən  yan  keçə  bilməmişdir.  Bankın  öz  portfelində 
birinci  dərəcəli  qiymetli  kağızlar  ola  bilər,  lakin  istehsalın  staqnasiyası 
dövründə,  xüsusilə  də  böhranlar  zamanı,  likvidliyin  ümumi  çatışmazlığına 
ehtiyac olanda, aktivlərin bir hissəsini realizə etmək mümkün olmur. Ona görə 
de  iqtisadi  böhranlar  birja  böhranları  ilə  müşayiət  olunur.  Qiymətli  kağızların 
kursu  kəskin  şəkildə  aşağı  düşür  və  maliyyə  bazarında  təkrarmaliyyələşdirmə 
imkanlarını pozur. 
Gözlənilən  gəlir  nəzəriyyəsinə 
görə,  əgər  kreditlərin  qapanılması  üçün 
ödənişlər  qrafikinin  əsasına  borc  alanın  gələcək  mədaxili  qoyularsa,  bank 

57 
 
likvidliyini  planlaşdırmaq  olar.  O  yuxarıda  nəzərdən  keçirilən  nəzəriyyələri 
inkar  etmir,  amma  göstərir  ki,  borc  alanın  gəliri  ilə  ssudaların  ödənilməsinin 
uzlaşdırılması (əlaqələndirilməsi), kreditin təmin olunması üçün akseptdən daha 
məqsədəuyğundur.  Bu  nəzəriyyə  iddia  edir  ki,  bank  likvidliyinə  kreditlərin  və 
investisiyaların  ödəniş  müddəti  strukturunu  dəyişməklə  təsir  göstərmək  olar. 
Sənayenin qısamüddətli kreditləri daha likvidlidir, nəinki orta və uzunmüddətli 
ssudalar, istehlakçılara möhlətlə ödəmə ilə alqı üçün kreditlər isə mənzil və ya 
tikinti  üçün  ssudalardan  daha  likvidlidir.  Nəzəriyyə  hazırda  kommersiya 
banklarının  kredit  portfelinin  xeyli  hissəsini  təşkil  edən  kreditlərin  ayrı  -  ayrı 
növlərinin  inkişafı  və  sürətlə  artımını  qəbul  edir:  işgüzar  firmalara  müddətli 
kreditlər,  möhlətli  ödəmə  ilə  istehlakçı  kreditləri.  Xeyli  hissəsini  aylıq  və 
kvartallıq ödəmələrin nəzərdə tutduğu kreditlərin təşkil etdiyi kredit portfeli əsas 
borcun  və  ya  faizlərin  ödənilməsi  hesabına  likviddir,  belə  ki,  nəqd  vəsaitlərin 
müntəzəm axınını planlaşdırmaq asandır. 
Gözlənilən  gəlir  nəzəriyyəsi  ona  təsir  göstərmişdir  ki,  bir  çox  banklar 
investisiya portfelinin formalaşmasının özülünə pilləlilik (mərhələlilik) effektini 
qoymuşlar:  qiymətli  kağızlar  ödənmə  müddəti  üzrə  elə  seçilir  ki,  daxilolmalar 
müntəzəm  və  idarəolunabiləcək  olsun.  Bu  halda  nəqdiyyatla  müntəzəm  ödəniş 
göstəricisi  üzrə  investisiya  portfeli  borcun  və  faizlərin  müntəzəm  ödənilməsi 
üzrə kreditlər portfelinə yaxınlaşır. 
Passivlərin  idarəolunması  nəzəriyyəsinin
  tərəfdarları  hesab  edirlər  ki, 
banklar  bazardan  əlavə  vəsaitlərin  cəlb  olunması  yolu  ilə  likvidlik  problemini 

58 
 
həll  edə  bilərler.  İlk  vaxtlar  aparıcı  maliyyə  mərkəzlərinin  iri  bankları  bu 
nəzəriyyənin  müdafiəsinə  çıxlış  edirdilər,  az  sonra  isə  onu  hər  yerdə  qəbul 
etdilər.  Likvid  resursların  artırılması  üçün  banklar  Mərkəzi  bankdan  da  vəsait 
götürürlər. Borc vəsaitlərin istifadə olunması miqyasının genişləndirilməsi bank 
kreditlərinə tələbin artması və tələb olunanadək əmanətlərin nisbətən ləng artımı 
ilə  şərtlənir.  İqtisadi  fəallığın  güclənməsi  və  inflyasiya  tempinin  artması 
təsərrüfat  subyektlərinin  kredit  istehlakının  artmasını  bildirirdi.  Xərclərin 
artması bankları öz resurslarını daha dolğun istifadə etməyə yönəldir. 
Praktikada bu və ya digər dərəcədə bütün nəzəriyyələrdən istifadə olunur, 
amma müxtəlif banklarda bunlardan birinə daha çox üstünlük verilir. Likvidlik 
durumunun  idarə  olunmasında  iki  ifrat  cəhəti  göstərmək  olar.  Bunlardan  biri  - 
ehtiyatlara  ciddi  nəzarət  siyasətidir.  Bu,  ondan  ibarətdir  ki,  bankda  gəlir 
gətirməyən  vəsaitin  mövcudluğuna  yol  verilməsin,  yəni  faktiki  olaraq  vəsaitin 
istehlakına nisbətdə istənilən bolluğun mövcudluğuna yol verilməsin. Digər əks 
cəhət  -  ehtiyatların  daim  mütləq  ehtiyatlar  norması  üzrə  tələblərin  ödənilməsi 
üçün kifayət edəcək səviyyədə dayanıqlığının təmin olunması və qızğın çağlarda 
depozitlərin  artması  siyasətidir.  Ona  görə  də  bankın  likvidliyinin 
qiymətləndirilməsi  zamanı  bankın  kassasında  qalan  nəqd  pulların  həcmini, 
müştərilərin  tələblərinin  ödənilməsi  üçün  nəqd  pulların  verilməsi  üzrə 
dövriyyənin  həcmini,  vəsaitlərin  kassada  dövranlılığını,  eləcə  də  kassadan 
verilən  pulların  bankın  öhdəliklərinin  əks  etdirildiyi  hesablar  üzrə  debet 
dövriyyəsi  məbləğinə  nisbətini  nəzərdən  qaçırmaq  olmaz.  İri  banklar  nəqd 

59 
 
vəsaitlərə  ciddi  nəzarət  etməyi  sərfəli  hesab  edirlər,  xırda  banklar  isə 
ə
məliyyatların  ümumi  gəlirliliyinin  təmin  olunmasında  kassa  idarəolunmasını 
bacarıqla həyata keçirilə bilən bu effektliliyi daha çox dərk edirlər. 
Müxtəlif  hesablaşma  əməliyyatlarının
  aparılması  yolu  ilə  müştərilər 
qarşısında  öhdəliklərin  yerinə  yetirilməsi  zamanı  bankın  likvidliyi  ilə  alayı 
durum  yaranır.  Belə  hallarda  bankın  kassasında  müştərilərin  tələblərinin 
ödənilməsi  üçün  nəqd  pul  qalıqlarının  yaradılmasına  ehtiyac  yoxdur.  Lakin 
müxtəlif  nəqdsiz  hesablaşma  əməliyyatları  bankın  likvidliyinə  fərqli  təsir 
göstərir. 
Nəqdsiz  hesablaşmaların  bir  qismi  vəsaitlərin  müştərilərin  hesabları  üzrə 
köçürmələr  yolu  ilə  aparılır.  Əger  belə  əməliyyatlar  bir  bankın  müştəriləri 
arasında  aparılırsa,  onda  bu,  likvidliyə  təsir  göstərmir,  belə  ki,  bankın 
öhdəliklərinin  məcmu  həcmi  dəyiəmir,  yalnız vəsaitlərin  müştərilərin  hesabları 
üzrə  yerdəyişməsi  baş  verir.  Ona  görə  də  likvidliyin  dəstəklənməsinə  bir  bank 
çərçivəsində  aralarında  hesablaşma  əməliyyatlarının  həyata  keçirilməsinin 
mümkünlüyü  nəzərə  alınmaqla  bankın  müştərilər  tərkibinin  formalaşdırılması 
yardım edə bilər. 
Müxtəlif bankların müştərilərinin iştirak etdikləri hesablaşma əməliyyatları 
da  ssudaların  verilməsi  və  ödənilməsi  ilə  bağlı  bankların  likvidlik  durumuna 
fərqli təsir göstərir. Bir bankın müştərisinin vəsaitinin nəqdsiz köçürmə yolu ilə 
digər bankın müştərisinin xeyrinə keçirilməsi bir bankdakı müştərinin hesabında 
olan  qalığı  azaldır  və  həmin  bankda  digər  bankın  müxbir  hesabı  üzrə  qalığın 

60 
 
müvafiq  dərəcədə  artmasına  səbəb  olur.  Nəticədə  həmin  bankın  öhdəlikləri 
ə
vəzinə  müştəriyə  digər  banka  köçürülən  məbləğ  həcmində  öhdəlik  yaranır. 
Digər  bankda  vəsaitlərin  köçürülməsi  nəticəsində  müştərinin  hesabında  onun 
qarşısında  öhdəliyin  müvafiq  artımı  ilə  köçürülən  məbləğ  həcmində  qalığın 
artımı  baş  verir.  Bununla  belə,  müxbir  hesab  üzrə  bankın  aktivləri  debet 
qalığının artması məbləğində çoxalır. Lakin bankın öhdəlik strukturu həcminin 
bu sayaq dəyişməsi hər iki bankın likvidliyinə əhəmiyyətli təsir göstərmir. 
Kommersiya  bankları  praktiki  fəaliyyətlərində  likvidliyin  yerinə 
yetirilməsində  çətinliklərlə  qarşılaşırlar.  Bununla  əlaqədar  olaraq  bankların 
likvidliyinin  pozulması  səbəblərinin  üç  qrupunu
  göstərmək  olar.  Səbəblərin 
birinci qrupu
 bankların fəaliyyətində buraxılmış səhvlərlə, onların mümkün risk 
dərəcəsini nəzərə almamaları ilə bağlıdır. İkinci qrupa nə borc alanlardan, nə də 
banklardan  asılı  olmayan  səbəblər  aiddir  ki,  onların  ucbatından  kreditor  ona 
ssuda verilmiş kapitalı geriyə ala bilmir. Üçüncü qrup səbəblər - bankın zamanla 
bağlı  balansının  pozulması  üzündən  öz  öhdəlikləri  üzrə  bankın  qeyri  - 
ödəməqabilliyinin 
mümkünlüyüdür, 
yəni 
aktiv 
və 
passivlərin 
strukturunun 
zamanla 
uyğunsuzluğudur (daxilolma müddəti ilə ödəniş arasında müvazinət yoxdur).  
Zəruri  likvidliyin  qorunub  -  saxlanılması  üçün  banklar  passiv  və  aktiv 
ə
məliyyatlar  sahəsində  məqsədyönlü  siyasət  aparmalıdırlar.  Likvidliyin  yüksək 
səviyyəsi nisbətən daha effektiv işləyən banklara imkan verir ki, tələb və təklifin 
konyunktur enib - qalxmasını dəf etsin, tezliklə öz vəsaitlərini daha perspektivli 

61 
 
fəaliyyət sferasına yönəltsin. Likvidlik kredit təsisatlarının maliyyə durumunun 
mühüm  xarakteristikası  rolunu  oynayır  və  bankın  maliyyə  durumunu 
qiymətləndirmək üçün isə müxtəlif əmsallar (göstəriciler) və normativlər tətbiq 
olunur. 
Likvidlik  göstəricilərinin
  müxtəlif  ölkələrdə  fərqli  adları  və  eyni  olmayan 
hesablanma  üsulları  vardır.  Bu,  təşəkkül  tapmış  praktika  və  ənənə  ilə  bağlıdır, 
həmin göstəricilər bankların ixtisaslaşması və böyüklüyündən, kredit sahəsində 
aparılan siyasətdən və bir sıra digər şərtlərdən asılıdır. Kommersiya banklarının 
likvidliyi səviyyəsinin ətraflı xarakteristikasını müəyyənləşdirmək üçün istifadə 
olunan bir neçə göstərici vardır. 
Qısamüddətli  öhdəliklərin  ödənilməsi  əmsalı  bankın,  onun  qısamüddətli 
öhdəlikləri  üzrə  daha  likvid  aktivlərinin  ödənilməsi  dərəcəsini  göstərir  və 
aşağıdakı kimi ifadə olunur: 
К
п
=
А
н .  л
О
к .  р
 ,                                (2.1) 
 
burada  K
п
  -  ödəmə  əmsalı; А
н .  л
 -  daha  likvid  aktivlər; О
к .  р
 -  qısamüddətli 
öhdəliklərdir. 
Bu  əmsal  likvidliyin  mütləq  meyarı  hesab  oluna  bilməz,  belə  ki,  bəzi 
banklarda  nəqdiyyat  daha  yüksək  gəlir  gətirən  dövlət  qiymətli  kağızlarına 
maksimum  mütləq  yatırımların  həyata  keçirilməsi  məqsədilə  nisbətən  aşağı 
həddə  qorunub  -  saxlanılır.  Daha  tez  realizə  olunan  aktivlərin  cəmi  nəqdiyyat, 
Mərkəzi  bankdakı  hesabda  olan  vəsaitlərin  qalıqları,  milli  və  xarici  müxbir 

62 
 
banklardakı  vəsait  qalıqları,  qızıl  və  tez  realizə  oluna  bilən  aktivlər,  məsələn, 
bankların  öz  aktivlərinin  bir  hissəsini  yerləşdirməyə  borclu  olduqları  dövlət 
qiymətli kağızlardan ibarətdir. Əgər bu göstəricinin həcmi analiz olunan bankda 
l5 % təşkil edirsə, onda bu özünə, xüsusilə də qeyri - sabit iqtisadi şəraitə malik 
ölkələrdə çox ciddi diqqət göstərilməsini tələb edir. İnkişaf etmiş bank sisteminə 
malik ölkələrdə nisbətən aşağı ölçüdə əmsaldan - 5 - 10 % - istifadə olunur. 
Bankda  müvəqqəti  çətinliklərin  meydana  gəlməsi  başqa  göstəricini  - 
depozitlərə nisbətdə kredit və uçot veksellərini
 xarakterizə edə bilər, yəni  
К
э
=
К
в
Д
 ,                             (2. 2) 
burada К
э
 - depozitlərdən istifadə olunmasının effektivlik əmsalı;  
К
в
 - kreditlər 
və bank tərəfindən uçota alınan veksellər; Д - depozitlər. 
Ə
gər  bir  sıra  illər  ərzində  bu  göstəricinin  aşağı  düşmüş  dinamikası 
müşahidə  olunursa,  onda  bunu  digər  bankların  analoji  göstəriciləri  ilə 
tutuşdurmaq lazımdır ki, həmin prosesin bütün bank sistemi dəstəsi üçün ümumi 
olub - olmadığı və ya onun yalnız təhlil olunan bankın durumunun zəifləməsini 
sübut etdiyi müəyyən edilsin. 
Asan realizə olunan aktivlərin cari öhdəliklərə nisbətinin əmsalı aşağıdakı 
kimidir: 
К
н
=
А
н .  л
О
т
 ,                         (2.3)
 

63 
 
burada К
н
 -  depozitlərin  istifadə  olunmasının  "gərginlik"  əmsalı О
т
 -  mütləq 
ehtiyatlar  normasına  və  depozitlərin  sabitliyinə  korrektə  edilmiş  qısamüddətli 
öhdəlikdir. 
Bu  əmsal,  müştərilərin  əmanətlərinin  sabitliyindən,  ölkənin  Mərkəzi 
bankının  kommersiya  bankının  cəlb  olunmuş  depozitlər  üzrə  mütləq 
ehtiyatlarına nisbətdə siyasətinin likvidlik göstəricisidir. Həmin göstərici həm də 
Mərkəzi  bankların  cəlb  olunmuş  vəsaitlərinin  kütləvi  axınına  məruz  qalmış 
kommersiya  banklarına  köməklik  göstərmək  imkanlarından  da  asılıdır.  Bütün 
sadalanan  amillərin  həmin  əmsalın  məqbul  ölçülərinin  müəyyənləşdirilməsi 
üçün  əhəmiyyəti  vardır,  çünki  hələlik  onun  ümumi  qəbul  olunmuş  səviyyəsi 
yoxdur. Lakin istənilən halda 50 % səviyyəsində göstərici həddi məqbul (kafi) 
sayıla bilər. 
Bank kreditlərinin depozitlərə nisbətinin əmsalı daha mühümlərə aid edilə bilər, 
belə ki, bank işinin özülünü cəlb olunmuş vəsaitlər hesabına alınan və ödənilən 
faizlər  arasındakı  fərqlə  mənfəət  götürmək  məqsədilə  kreditlər  vermək  təşkil 
edir. O aşağıdakı düsturla ifadə edilə bilər: 
К

=
Б
к
Д
 
,                 (2.4)
 
burada K
o
 - kredit əməliyyatlarının risk əmsalı; Б
к
 
 - bank kreditidir.  
Bu  göstərici  nə  qədər  çox  olarsa,  bankın  riski  də  o  qədər  çox  olar,  lakin 
onun  mədaxili  də  artıq  olur  (əgər  yalnız  əldə  olunmuş  mənfəət  cəlb  olunmuş 
resurslar  üzrə  faizlərə  və  qiymətli  kağızlarla  əməliyyatlar  üzrə  və  valyuta 
ə
məliyyatları  üzrə  itkilərin  ödənilməsinə  israf  olunmursa).  Bankların  özləri 

64 
 
ə
manətçilərin  və  səhmdarların  narahatçılığına  səbəb  olmayan,  bank  nəzarəti 
orqanlarının tələblərinə 
cavab  verən  və  mənfəətin  labüd  səviyyəsini  təmin  edə  biləcək  kifayət  qədər 
yüksək  olan  əmsal  səviyyəsini  müəyyən  edirlər.  Lakin  əmsalın  həcmi  bankın 
tipindən, onun vəzifələrindən, müştərilərin strukturundan, onun orientasiyası və 
siyasətindən,  ölkədə  milli  iqtisadiyyatın  və  siyasi  vəziyyətin  ümumi 
durumundan asılıdır. Belə düşünmək qəbul olunub ki, bu göstəricilərin 75 % və 
daha  çox  olduğu  banklar  kredit  əməliyyatlarına  həddən  ziyadə  aludə  olurlar, 
hərçənd daha mötəbər və dayanıqlı bankların bəzilərinin məhz belə göstəriciləri 
vardır, maliyyə baxımından daha az dayanıqlı banklar 45 - 65 % göstəricilərlə 
xüsusi  etimad  qazana  bilmirlər.  Əmsal  resursların  cəlb  edilməsinin  və  onların 
kredit  əməliyyatlarına  yönəldilməsinin  nisbətini  göstərir,  fəqət  borc  alanların 
bankdan götürdükləri, müddəti və risk keyfiyyəti araşdırılan göstəricinin mühüm 
tərkib hissələri sayılan kreditlərin ödənilməsi etibarlılığını əks etdirmir.  
Kredit  bazarında  fəal  əməliyyatlar  aparan  banklar  üçün  aşağıdakı  əmsallar 
hesablanıla bilər. Banklardan cəlb olunmuş vəsaitlərin banklarda yerləşdirilməsi 
ə
msalı  pul  bazarından  vəsaitlər  cəlb  edən  bankın  bunları  yenidən  yerləşdirmə 
yolu ilə bazar dövranına nə dərəcədə qaytardığını göstərir, yəni 
К
р
=
С
п
С
р
 ,              (2.5)
 
burada K
p
 - yerləşdirmə əmsalı; C
п
 - digər banklardan cəlb olunmuş resurslar; C
p
 
– digər banklarda yerləşdirilmiş resurslar. 

65 
 
Göstəricinin  yüksək  səviyyəsi  onu  sübut  edir  ki,  cəlb  olunmuş  vəsaitlərlə 
yerləşdirilmiş  vəsaitlərin  balanslaşdırılması  banklara  imkan  verir  ki,  cəlb 
olunmuş  banklararası  depozitlərin  (kreditlərin)  vaxtında  qaytarılmasrı  üzrə  öz 
öhdəliklərini  nisbətən  asanlıqla  ödəyə  bilsinlər.  Amma  bu  əmsal  nə  valyuta 
barəsinde,  nə  də  sövdələrin  müddəti  haqqında  heç  bir  informasiyaya  malik 
olmurlar,  hərçənd  banklar  rahatlıqla  qısamüddətli  resursları  cəlb  edə,  eyni 
zarnanda  onları  daha  uzunmüddətli  yerləşdirə  bilərlər.  Bu,  əməliyyatların 
mədaxilliliyini artırır, fəqət bankların mövqələrini ciddi şəkildə zəiflədir. 
Bank balansının aktiv və passivlər üzrə bu əməliyyatlarının həcmi arasında 
böyük  fərqin  olduğu  halda  (aktivlərin  məbləği  passivlərin  məbləğindən  xeyli 
azdır) aydın olur ki, bank kreditlərin çox hissəsini öz müxbirlərindən cəlb etdiyi 
vəsaitlər  hesabına  təqdim  edir.  Bu  halda  vəsaitlərin  cəlb  edilməsi  və 
yerləşdirilməsi  müddətləri  haqqında  sual  yaranır.  Cəlb  olunmuş  vəsaitlərin 
qiyməti  yüksək  olduğu  zaman  banklar  birinci  dərəcəli  müştəriləri  müvafiq 
depozitlərin  müddətinə  uyğun  gələndən  artıq  müddətə  kreditləşdirməyə  cəhd 
göstərmirlər.  Bu,  ona  görə  edilir  ki,  cəlb  olunmuş  resurslar  üzrə  ödənilən 
faizlərlə verilən kreditlər üzrə  stavka  arasında kifayət  qədər fərqin  yaradılmasr 
təmin olunsun. 
Banklardan  cəlb  olunmuş  resursların  səhmdar  kapitala  olan  əmsalı 
agağıdakı kimi müəyyənləşdirilir: 
 
 

66 
 
К
з
=
С
п
К
а
 ,                (2.6)
 
Burada  K
з
  -  digər  banklardan  resursların  cəlb  olunması  əmsalı;  K
a
  -bankın 
səhmdar kapitalı. 
Bu  əmsal  ssuda  bazarında  fəal  işləyən  banklar  üçün  vəsaitlərin  cəlb 
olunmasının  indikatoru  rolunu  oynayır.  Bir  qayda  olaraq,  belə  resursların 
məbləği  səhmdar  kapitalından  xüsusilə  o  zaman  dəfələrlə  artıq  olur  ki,  cəlb 
olunmuş  depozitlər  üzrə  öhdəliklər  digər  banklarda  yenidən  yerləşdirilməmiş 
olsun ve müştərilərin ortamüddətli kreditləşdirilməsinə sərf olunmuş olsun.  
"Riskli"  aktivlərin  səviyyəsinin  potensial  əmsalının  əsas  məqsədi  riskli 
aktivlərin  həcminin,  banka  öz  tələblərinin  ödənilməsində  üstünlüyə  malik  olan 
ə
manətçilər  və  digər  kreditorlar  qarşısında  öhdəliklərini  ödəmək  imkanı  verən, 
lazımi qədər azaldılmasını müəyyənləşdirməkdir, yəni 
К

=

р
О
к .п 
 ,             (2.7)
 
burada K
с
 - "riskli" aktivlərin səviyyəsinin azaldılması əmsalı; A
р
 
- riskli aktivlərdir. 
Bu  əmsalın  hesablanılması  zamanı  bank  aktivləri  əsas  etibarilə  ehtiyyat 
aktivlərə və ya bankın likvidliyinin təmini ilə tam bağlı aktivlərə, minimal riskli 
aktivlərə  və  ya  likvidliyin  təmin  olunmasına  xidmət  edən  aktivlərə,  riskli 
aktivlərə  və  ya  bankın  normal  fəaliyyəti  üçün  zəruri  olan  və  kifayət  qədər 
mənfəət  almağa  orientasiya  olunmuş  aktivlərə  paylaşdırıla  bilər.  Həcmi 
ə
vvəlcədən  müəyyənləşdirilə  bilən  göstərilən  göstəricinin  hesablanılması  üçün 

67 
 
ə
ksər  hallarda  minimal  riskli  yeganə  aktiv  hökümətin  qiymətli  kağızlarına 
investisiyalar ola bilər (beş il müddətinədək). bankların  kredit  əməliyyatlarına  və  veksellərin  uçotuna  düşməsindən,  bu 
göstəricinin  əsasında  belə  əməliyyatlar  portfelinin  keyfiyyəti  haqqında 
informasiya  əldə  etmək  olar.  Belə  məlum  atlar  yalnız  analiz  edilən  bankın, 
auditorların  məruzələri  hesaba  alınmaqla,  kredit  siyasəti  və  kredit  portfelinin 
diqqətlə öyrənilməsi nəticəsində əldə etmək olar. 
Depozitlərin götürülməsi (çıxarılması) əmsalı depozitlərin və qısamüddətli 
kreditlərin ümumi  məbləğinin əsasən likvid aktivlərin və minimal risk dərəcəli 
aktivlərin  ödənilmə  səviyyəsinin  təyin  olunması  məqsədilə  müəyyənləşdirilir. 
Həmin əmsalı belə ifadə etmək olar: 
К
и
=
А
п .  л
Д
с
 ,             (2.8)
 
burada К
и
 – depozitlərin çıxarılması əmsalı; A
п
 

л
 - əsas etibarilə likvid aktivlər 
(qanunvericiliklə 
müəyyənləşdirilmiş 
ehtiyatların 
tutulmasından 
sonra 
nəqdiyyatın  və  minimal  risk  səviyyəli  aktivlərin  məbləği);  Д
с
  -  bankın 
öhdəlikləri  (depozitlərin  axırının  ödənilməsi  üçün  qanunvericilik  tərəfindən 
müəyyənləşdirilmiş  çıxarılmasından  sonra  depozitlərin  və  digər  kreditorların 
ssudalarının məbləği). 
Bu  düsturla  müəyyənləşdirilmi  və  faizlə  ifadeə  olunmuş  əmsal,  həmin 
likvidlik  səviyyəsində  bank  üçün  mümkün  olacaq  depozitlərin  çıxarılması  və 
qısamüddətli kreditlərin tam ödənilməsi səviyyəsini əks etdirir. 

68 
 
Müəyyən dövr üzrə əvvəllər nəzərdən keçirilmiş bütün göstəricilərin eyni bank 
sisteminin  digər  banklarının  analoji  göstəriciləri  ilə  müqayisə  edilməsi  zamanı 
öyrənilən  bankın  likvidliyinin  səviyyəsi  və  meyarları  barədə  kifayət  qədər 
etibarlı təsəvvür əldə etmək olar. Bir sıra inkişaf etmiş iqtisadiyyatlı  ölkələrdə 
banklar  borcludurlar  ki,  likvidlik  əmsalını  likvidlik  norması  adlandırılan 
müəyyən  səviyyədən  aşağı  salmasınlar.  Bəzi  ölkələrdə  likvidlik  norması  bank 
nəzarəti  orqanları  tərəfindən,  digərlərində  isə  bank  qanunvericiliyi  tərəfindən 
təyin edilir. Onların həcmi yığılmış iş təcrübəsi və konkret yerli şəraitin nəzərə 
alınması ilə müəyyənləşdirilir. 
Bankın  likvidlik  səviyyəsinin  qiymətləndirilməsi  konkret  bankın  likvidlik 
ə
msalının  qiymətinin  miüəyyən  olunmuş  normalarla  (likvidliyin  minimal  yol 
verilən  normativ  qiymətlərinin  müxtəlif  qiymətləri  vardır)  tutuşdurulması  yolu 
ilə  nail  olunur.  Likvidliyin  tələb  olunan  lazımi  səviyyədə  saxlanılması  bank 
tərəfindən  passiv  və  aktiv  əməliyyatlar  sahəsində  yeridilən  maliyyə-pul 
bazarının  konkret  şəraitinin,  müştərinin  spesifikasının,  yeni  bazarlara  çıxa 
bilmək  imkanlarının  və  bank  xidmətlərinin  inkişafının  nəzərə  alınması  ilə 
işlənilib hazırlanmış müəyyən siyasətin köməkliyi ilə əldə edilir. 
Bank işlərinin tehlükəsiz və likvidli aparılması məqsədilə Mərkəzi banklar 
likvidlik,  öz  kapitalının  kafiliyi  və  bazel  sazişinin  standartlarına  yaxın  olan 
böyük  risklər,  habelə  bu  göstəricilərin  hesablanması  üçün  hesabat  formaları 
sahəsində  kommersiya  banklarının  fəaliyyətini  tənzimləyən  qaydalar  tətbiq 
edirlər.  

69 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şə
kil 2.1. Kapitalın və likvidliyin kafiliyinin qarşılıqlı təsiri 
Göründüyü  kimi,  bankın  risk  dərəcəsinə  çəkilmiş  öz  aktivlərinə  Nisbətdə 
onun  öz  kapitalının  kafiliyi  (şəkil  2.1.)  kimi  anlayış  likvidliklə  bağlıdır. 
Xarakterik  haldır  ki,  əvvəllər  bank  nəzəriyyəsində  və  praktikada  kapitalın 
kafiliyi  əvəzinə  kommersiya  bankının  ödəmə  qabilliyi  anlayışından  istifadə 
olunurdu və bu zaman kommersiya bankının lazimi müddətdə və tam həcmilə öz 
öhdəlikləri üzrə bütünlüklə hesablaşması qabiliyyəti başa düşülürdü. Bu zaman 
likvidlik  bankın  ödəmə  qabilliyinin  əsasında  durur,  belə  ki,  onun 
Bankın balansının likvidliyi 
Bankın xarici siyasəti (bank 
xidmətlərinin ixtisaslaşması və 
rəngarəngliyi) 
Bankın daxili siyasəti (filialların 
yaradılması və məqsədlərin 
qeyri-təmərküzləşməsi) 
Ölkədə və ya bölgədə 
siyasi situasiya 
Pul bazarı və qiymətli 
kağızlar bazarının 
durumu 
Ölkədə və ya bölgədə 
iqtisadi situasiya 
Qanunvericiliyin 
mükəmməlliyi 
Partnyor bankların 
etibarlılığı 
Bankın müştərilərinin 
etibarlılığı 
Bankın kapitalının kafiliyi 
Bank kadrlarının təsnifat 
Özünün kapitalı ilə təminolunma 
Menecmentin səviyyəsi 

70 
 
planlaşdırılmamış öhdəliyi təmin etmək qabiliyyəti bilavasitə bankın nə dərəcə 
də tezliklə öz aktivlərini pula çevirə bilməsindən asılıdır. 
Lakin  kapitalın  kafiliyi  təkcə  bankın  balansının  likvidliyindən  deyil,  həm 
də  bir  sıra  digər  amillərdən  asılıdır  ki,  onlara  da  aşağıdakıları  aid  etmək  olar: 
ölkədəki  siyasi  və  iqtisadi  vəziyyət,  maliyyə  -  pul  bazasının  təkrar 
maliyyələşdirmənin  durumu,  mümkünlüyü,  mərkəzi  bank  və  bankda  girov 
qanunvericiliyinin  mövculuğu  və  təkmilləşdirilməsi,  kommersiya  bankının  öz 
kapitalı  ilə  təminatlılığı,  müştərilərin  və  partnyor  bankların  etibarlılığı,  bankda 
menecmentin səviyyəsi, kommersiya bankının ixtisaslaşması və rəngarəngliyi. 
Yuxarıda  adları  çəkilən  amillər  birbaşa  və  ya  dolayı  yolla  bankın  öz 
kapitalı  ilə  təminatlılığına  təsir  göstərir,  eləcə  də  bir-birləri  ilə  müəyyən 
qarşılıqlı  elaqədə  olurlar.  Mərkəzi  banklar  da  öz  növbəsində  kommersiya 
banklarının öz kapitalları ilə təminatlılığını  
•  kommersiya bankının öhdəliklərinin məhdudlaşdırılmasının təyin olunması; 
•  bir borc alanın borcu həddinin müəyyənləşdirilməsi; 
•  iri kreditlərin verilməsinə xüsusi nəzarətin tətbiq edilməsi; 
•  kommersiya bankının tekra rmaliyyələşdirmə və cəlb olunmuş; 
•  vəsaitlərin bir hissəsinin mütləq ehtiyatlandırılması sisteminin yaradılması; 
•  əsaslandırrımıgş faiz siyasətinin aparılması; 
•  açıq
 
bazarda  qiymətli  kağızlarla  əməliyyatların  həyata  keçirilməsi  yolu  ilə 
tənzimləyirlər. 

71 
 
Kapitalın  kafiliyinin  müəyyənləşdirilməsinin  zəruriliyi  onunla  bağlıdır  ki, 
müasir kommersiya bankları öz passivlərində nəinki təkcə öz kapitallarına, həm də 
xeyli  borc  vəsaitlərə  malik  olurlar.  Bundan  əlavə  onların  maliyyə  hesabatında 
təqdim  olunmayan  və  balanlaşdırılmış  öhdəlik  adlandırılan  kifayət  qədər  böyük 
potensial öhdəlikləri olur. Sonunculara akkreditivlər və "svoplar"
 
, "tavanalar" və 
"döşəmələr"  haqqında  sazişlər  üzrə  öhdəliklər  aiddir.  Bu  halda  bankın  potensial 
ödəmə  qabiliyyətsizliyi  mümkünlüyünün  aradan  qaldırılması  zərurəti  ilə  bağlı  öz 
kapitalının kafiliyi problemi meydana çıxır. 
Xarakterik  haldır  ki,  1981-ci  ilə  kimi  dünya  bank  praktikasında  kapitalın 
kafiliyinə  dair vahid siyasət  yox idi.  1988-ci  ilin iyulunda  əsasına  risk və kapital 
haqqında  müddəaların  qoyulduğu  risk  kapital  haqqında  Bazel  sazişi  işlənilib 
hazırlanmış və qəbul olunmuşdu. 
Bazel  sazişi  ona  əsaslanır  ki,  bazar  qüvvələri  kapitalın  kafiliyi  əmsalını 
optimal  səviyyəyə  çatdırmağa  qadir  deyil  və  buna  görə  də  onun  tənzimlənilməsi 
labüddür.  Bankın  öz  kapital,  bankın  investisiya  portfeli  və  ya  onun 
balanslaşdırılmış  fəaliyyəti  ilə  bağlı  meydana  çıxmış  (xüsusilə  də  əvvəlcədən 
proqnozlaşdırılmayan)  məsrəfləri  ödəməlidir.  Bazel  sazişində  kredit  riski  nəzərə 
alınır, amma faiz stavkaları riski və valyuta riski nəzərə alınmır. Bazel sazişi riskin 
beş  kateqoriyasını  müəyyənləşdirir:  0,  10,  20,  50  və  100  %  .  100  %  kateqoriya 
riskin  standart  kateqoriyası  sayılır.  Kapitalın  kafiliyi  riskin  qarşısının  alınması 
məqsədilə bank fəaliyyətinin tənzimlənilməsində və bank sisteminin dayanıqlığının 

72 
 
təmin  olunmasında  ilkin  müqəddəm  məqamdır.  Öz  kapitanın  kafiliyi  normativi 
aşağıdakı qaydada müəyyən edilir: 
Н
д .  к
=
К
с
А
с .  р 
 ,               (2.9)
 
burada  H
д
 

к
  -  öz  kapitalının  kafiliyi  normativi;  K
с
  -  öz  kapitalı;  A
c.p
  -  risk 
dərəcəsinə görə dəyərləndirilmiş aktivlər (bankın aktivlərinin ümumi məbləğinə 
bərabərdir  ki,  onların  da  dəyəri  bu  və  ya  digər  risk  kateqoriyasına  və  bütün 
balanlaşdırılmış  əməliyyatların  kredit  konversiya  ekvivalenti  məbləğinə  aid 
edilir  ki,  burada  hər  bir  kredit  ekvivalentin  məbləği  bu  və  ya  digər  risk 
kateqoriyasına aid edilir). 
Kapitalın  kafiliyi  normativinin  mühümlüyünü  nəzərə  alaraq  və  kapitalın 
kifayət qədər miqdarda olmadığı halda və ya onun ümumiyyətlə olmadığı halda 
(əgər  risk  normaları buna imkan verirsə) bankların  əməliyyat  aparmalarına  yol 
verməmək  məqsədilə  ABŞ-ın  bank  fəaliyyətini  tənzimləyən  orqanlarin  3  % 
həddində  leverje  əmsalı  kimi  adlandırılan  mütləq  minimal  normativ  tətbiq 
aşağıdakı qaydada müəyyən olunur: 
К
л
=
К
п
А
с .  в 
 ,            (2.10)
 
burada K
л
 - leverja əmsalı; K
п
 - birinci səviyyə kapitalı (baza kapitalı); A
с
 

в
 - 
qeyri-maddi aktivlərin çıxılmasından sonra qalan yekun aktivlər. 
ABŞ-da  normativ  tələblərə  uyğun  olaraq  aktivlər  ən  az  risklidən  ən  çox 
riskliyədək dörd kateqoriya üzrə təsnif olunur: 

73 
 
ABŞ hökumətinin və onun təsisatlarının nəqdiyyatlar ve birbaga borcları - 0 risk 
faizi; 
•  daxili  depozit  müəssisələrinin  iddiasr  və  ABŞ  höküməti  tərəfindən  şərti 
qarantiya olunmuş borclar – 20 %; 
•  1  -  4  ailə  evi  ilə  girovla  yığılmış  və  ilk  və  adi  girov  kağızı  və  qiymətli 
kağızlarla,  habelə  maliyyələşdirilən  layihələşdirilən  gələn  gəlirlə  təmin 
edilən istiqrazlarla təmin olunmuş ssudalar - 50 % risk; 
•  digər aktivlər - 100 % risk. 
Risk  dərəcəsi
  faizlə  ifadə  olunan  və  balansda  olan  hər  bir  aktivin  tam 
dəyərinə  nisbətdə,  eləcə  də  balanlanslaşdırılmış  əməliyyatların  kredit 
ekvivalentine tətbiq edilən həcmdən ibarətdir. Öz növbəsində ABŞ - da 1989 - 
cu ildə qeydiyyata alınmış kapitalın kafiliyinə normativ tələblər asağıdakılardan 
ibarət idi: 
•  baza kapitalının (adi səhmləri, müddətsiz imtiyaz səhmləri və konsolidasiya 
olunmuş  törəmə  şirkətlərin  qeyri-maddi  aktivlər  istisna  edilməklə  nəzarət 
olunmayan  səhmlər  paketinin  daxil  olduğu  birinci  dərəcə  kapital)  və 
yardımçı kapitalın (birinci dərəcə kapitalın l00 % həcmini və digər imtiyazlı 
səhmlərin,  investisiya  xarakterli  hibrid  instrumentlərin  və  subordinasiya 
borcunun da daxil olduğu həddi keçməyən (məhdudlaşdırılmış ikinci dərəcə 
kapitalın) tərkibi müəyyən edilir; 

74 
 
•  balans  aktivləri  risk  dərəcəsinə  görə  təsnif  olunur  (risk  dərəcəsinə  görə 
seçilmiş  bütün  balans  aktivlərinin  məbləğindən  və  balanslaşdırılmış 
ə
məliyyatlar üzrə risk dərəcəsinə göre seçilmiş kredit ekvivalenti məbləği; 
•  risk dərəcəsi  üzrə balanslaşdırılmış  maddələr  təsnif  edilir  (balanslaşdırılmış 
risklər  reqresslə  satılmış  akkreditivlərlə,  aktivlərlə  ssudaların  verilməsi 
haqqında  formal  öhdəliklərlə  bağlıdır  və  onlar  kredit  ekvivalentləri  üzrə 
aktivlərə daxil edilirlər və bunun üçün balanslaşdırılmış risklərin hər biri (0, 
20,  50  və  ya  100  %)  borclunun,  qarantın  nəzərə  alınması  ilə  seçilir  və 
təminolunma növünə görə müvafiq risk kateqoriyasına aid edilir); 
•  kapitalın kafiliyini müəyyənləşdirmək üçün əmsallar təyin olunur. 
Öz  kapitalının  likvidliyi  və  kafiliyi  əmsalı  kommersiya  banknın  maliyyə 
dayanıqlığının  və  öz  itkilərini  azaltmaq  və  mədaxilini  artırmaq  məqsədilə 
iqtisadiyyat və qanunvericilikdə baş verən bütün dəyişiklərə həssaslıqla reaksiya 
vermək imkanlarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Ona görə də 
kommersiya bankının likvidliyi və öz kapitalının kafiliyinin idarə olunması üzrə 
işi bankın  özünü  saxlamasına  yönəldilibdir  ki,  onun da şərtləri  həmin  əmsallar 
sahəsində normativ tələblərin yerinə yetirilməsidir. 
 
Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin