XX FƏSİL. MALİYYƏ PLANLAŞDIRILMASI
20.1. Müəssisə maliyyəsinin mahiyyəti və funksiyaları
“Maliyyə” termini ilk dəfə XV əsrdə İtaliyanın ticarət şəhərlərində
meydana gəlmişdi. O vaxtlar artıq əmtəə-pul münasibətləri və dövlətçilik
mövcud idi. Sonradan bu termin beynəlxalq miqyasda yayıldı, dövlət pul
vəsaitləri fondunun yaradılmasına dair əhali və dövlət arasında pul münasi-
bətlərinin qurulması ilə əlaqədar iqtisadi anlayış kimi işlədildi. Dövlətçiliyin
inkişafı prosesində dövlət və bələdiyyə hakimiyyəti orqanlarının pul fond-
larının yaradılması və xərclənməsinin müasir üsulları tədricən əmələ gəldi.
Eyni zamanda, müxtəlif mülkiyyət və təşkilati-hüquqi formalı təsərrüfat
subyektlərinin maliyyəsi yaranmış və inkişaf etmişdi. Maliyyə resurslarının
formalaşması müəssisə və şirkətlərin çoxşaxəli fəaliyyətinin zəruri elemen-
tinə çevrilmişdir.
Milli iqtisadiyyatın dinamik və effektiv inkişafı maliyyə resurslarından
məqsədyönlü və peşəkarcasına istifadə edilməsi əsasında mümkündür. Ma-
liyyə vəsaitlərindən düzgün və savadlı istifadə olunması iqtisadi artım tem-
pinin sürətlənməsinə, təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəli təşki-
linə, büdcə sisteminin balanslaşdırılmasına, əhalinin həyat səviyyəsinin yük-
səldilməsinə və sosial mühafizəsinə, inflyasiyanın cilovlanmasına və ma-
liyyə sabitliyinin təmin edilməsinə imkan verir.
Ölkənin maliyyə sistemi əsas və təminedici elementlərdən ibarətdir.
Ə
sas elementlərə dövlətin, müəssisələrin və əhalinin maliyyə aktivləri; tə-
minedici elementlərə isə banklar, birjalar, birjadankənar bazarlar və texniki
kommunikasiyalar daxildir.
Dövlət maliyyəsi ümumi dövlət və sosial tələbatların ödənilməsi məq-
sədilə dövlət orqanları tərəfindən idarə olunan pul fondlarının məcmusudur.
Müəssisə maliyyəsi istehsal proseslərinin həyata keçirilməsi zamanı baş
verən pul axınları sistemidir. Əhalinin maliyyəsi əmək haqqından və xüsusi
sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitlərindən ibarətdir.
Maliyyə sisteminin elementləri bir-birilə sıx qarşılıqlı əlaqədə fəaliyyət
göstərirlər (şəkil 20.1).
Бизнесин тяшкили вя идаря едилмяси
292
Səmərəli maliyyə sistemi milli iqtisadiyyatın davamlı inkişafı üçün va-
cib şərtdir. Pul vəsaitləri, kapital və qiymətli kağızlar iqtisadiyyatın “qan-
damar sistemi”ni təşkil edir.
Maliyyənin ölkə iqtisadiyyatında rolu adətən iki istiqamətdə olur: ge-
niş təkrar istehsalın maliyyə təminatı və bütövlükdə iqtisadiyyatın inkişa-
fının maliyyə tənzimlənməsi.
Geniş təkrar istehsalın maliyyə təminatı məhsulun (xidmətlərin) isteh-
salı və satışı, istehsalın genişləndirilməsi və texnoloji silahlanması üzrə
xərclərin ödənilməsi üçün pul vəsaitlərinin formalaşmasını nəzərdə tutur.
İ
qtisadiyyatın müxtəlif sferalarında yaranan pul vəsaitləri fondu təkcə isteh-
salın inkişafını təmin etmir, həm də sosial məsələlərin həlli, əhalinin həyat
səviyyəsinin yüksəldilməsi və insan kapitalının inkişafı üçün vəsait mənbəyi
hesab edilir. Yığım üçün istifadə olunan fondların artırılması və onların
effektiv investisiyalaşdırılması iqtisadi inkişafın və sosial tərəqqinin sürət-
ləndirilməsi üçün əsasdır.
Xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatı şəraitində hər bir
təsərrüfat subyekti müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olur, öz tərəf-
daşlarını seçir və qarşılıqlı fəaliyyət formalarını müəyyənləşdirir. İstehsalın
tarazlı inkişafına maliyyə tənzimlənməsi vasitəsilə nail olunur. Maliyyə tən-
zimlənməsinin əsasını bazar iqtisadiyyatının obyektiv qanunları və rəqabət
təşkil edir. Rəqabətli inkişaf əsasında baş verən maliyyə resurslarının böl-
güsü və yenidənbölgüsü cəmiyyətin tələbatının dəyişilməsinə uyğun olaraq
istehsalın təşkili üçün pul vəsaitlərinin ayrılmasına imkan verir, tələb və
təklifi balanslaşdırır.
Dövlət
maliyyəsi
Müəssisə
maliyyəsi
Ə
halinin
maliyyəsi
Şə
kil 20.1. Maliyyə sisteminin elementlərinin
qarşılıqlı əlaqəsi
Бизнесин тяшкили вя идаря едилмяси
293
Müəssisə maliyyəsi ölkənin maliyyə sisteminin ilkin halqasıdır, təsər-
rüfat subyektlərinin pul gəlirləri və yığımlarının formalaşması və bölgüsü,
onların maliyyə-bank sistemi qarşısında öhdəliklərinin yerinə yetirilməsi,
geniş təkrar istehsalın həyata keçirilməsi, sosial məsələlərin həlli və işçilərin
maddi stimullaşdırılması üzrə xərclərin maliyyələşdirilməsi ilə əlaqədar pul
münasibətlərinin məcmusudur.
Müəssisə maliyyəsi dövlət maliyyəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərir, maddi istehsalda ümumi gəlirin və amortizasiyanın formalaşması,
bölgüsü və istifadəsi ilə əlaqədar baş verən pul münasibətlərini ifadə edir.
Müəssisə maliyyəsi yeni dəyərin yaradılması prosesinə xidmət edir, istehsal
və qeyri-istehsal istehlakının, həmçinin mübadilənin gedişində bölgü pul
münasibətlərini həyata keçirir. Deməli, müəssisə maliyyəsi bütün maliyyə
resurslarının formalaşması, bölgüsü və istifadəsi prosesində baş verən pul
münasibətləri sistemini ifadə edir.
Bazar iqtisadiyyatı şəraitində müəssisə öz fəaliyyətini həyata keçirmək
üçün məqsədli pul vəsaitləri fondu yaradır. Bu fondun tərkibinə nizamnamə
fondu, qeyri-material aktivləri, dövriyyə fondları, maliyyə ehtiyatları, əmək-
haqqı, yığım fondu, sosial inkişaf fondu, amortizasiya fondu daxildir. Məq-
sədli pul vəsaitləri fondunun fəaliyyəti müəssisə maliyyəsinin məzmununu
təcəssüm etdirən maliyyə münasibətlərinin bir hissəsini təşkil edir, maliyyə
münasibətlərinin digər hissəsi isə
pul fondları yaratmadan reallaşdırılır.
Müəssisə birgə fəaliyyət üzrə malgöndərənlər, alıcılar və tərəfdaşlarla
qarşılıqlı fəaliyyət göstərir; ittifaqlarda və assosiasiyalarda birgə iştirak edir,
təsisçi kimi nizamnamə kapitalının formalaşması üçün pay qoyur; banklar,
büdcə və büdcədənkənar fondlar ilə bilavasitə münasibətdə olur.
Maliyyə münasibətləri yalnız pul əsasında müəssisənin xüsusi vəsait-
ləri və onun gəlirlərinin formalaşması, istehsal – təsərrüfat fəaliyyətinin
maliyyələşdiril-məsi mənbələrinin cəlb edilməsi, fəaliyyət nəticəsində alı-
nan gəlirlərin bölgüsü və onlardan müəssisənin gələcək inkişafı üçün isti-
fadə olunan zaman baş verir.
Müəssisənin təsərrüfat fəaliyyətinin təşkili müvafiq maliyyə təminatı,
yəni ilkin kapital tələb edir, hansı ki, müəssisənin təsisçilərinin qoyduqları
pay hesabına yaranır və nizamnamə kapitalı formasını alır.
Müəssisə yaradılan zaman nizamnamə kapitalı istehsal təsərrüfat
fəaliyyətinin normal həyata keçirilməsi üçün zəruri olan əsas fondların əldə
edilməsinə və dövriyyə vəsaitlərinin formalaşmasına yönəldilir, lisenziya-
nın, patentlərin, “nou-hau”-nun alınmasına yatırılır, hansıki, istifadə olun-
maları mühüm gəliryaradıcı amil hesab edilir.
Beləliklə, ilkin kapital istehsalı investisiyalaşdırır, hansı ki, prosesdə
realizə edilən məhsulun qiymətini ifadə edən dəyər yaradır. Məhsul realizə
Бизнесин тяшкили вя идаря едилмяси
294
ediləndən sonra pul forması – istehsal olunmuş əmtəənin realizasiyasından
ə
ldə edilən gəlir forması alır və müəssisənin hesablaşma hesabına daxil olur.
Mənfəət və amortizasiya ayırmaları əsas istehsal fondlarının və qeyri-
material aktivlərinin təkrar istehsalını təmin edir. Amortizasiya ayırma-
larından fərqli olaraq, mənfəət tamamilə müəssisənin sərəncamında qalmır,
onun bir hissəsi vergi şəklində büdcəyə daxil olur ki, bu yaranmış xalis
gəlirin bölgüsü üzrə müəssisə və dövlət arasında təzahür edən maliyyə mü-
nasibətlərinin əlavə sferasını müəyyənləşdirir.
Müəssisənin sərəncamında qalan mənfəət tələbatın maliyyələşdiril-
məsinin çoxməqsədli mənbəyidir, onun istifadəsinin əsas istiqamətini isə
yığım və istehlak təşkil edir. Mənfəətin yığıma və istehlaka bölünməsinin
optimal nisbəti müəssisənin inkişaf perspektivini müəyyənləşdirir.
Amortizasiya ayırmaları və mənfəətin yığıma gedən hissəsi müəssi-
sənin pul resurslarını təşkil edir, hansı ki, istehsalın texniki silahlanmasına,
maliyyə aktivlərinin formalaşdırılmasına istifadə olunur. Mənfəətin digər
hissəsi müəssisənin sosial inkişafına və istehlaka yönəldilir, nəticədə
müəssisə və şəxslər arasında maliyyə münasibətləri yaranır.
Təsərrüfatçılığın müasir şəraitində müəssisədə amortizasiya ayırmala-
rının və mənfəətin bölgüsü və istifadəsi heç də həmişə xüsusiləşmiş pul
fondlarının yaradılması ilə müşahidə olunmur. Amortizasiya fondu əslində
formalaşmır, mənfəətin xüsusi təyinatlı fonda bölgüsü haqqında məsələnin
həlli isə müəssisənin sərəncamında qalır, ancaq bu müəssisənin maliyyə re-
surslarından istifadəni əks etdirən bölgü proseslərinin mahiyyətini dəyişmir.
Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı baş verən maliyyə
münasibətlərinin obyektiv xarakteri onların dövlət tənzimlənməsini istisna
etmir. Bu müəssisələrdən tutulan vergilərə və müəssisənin sərəncamında qa-
lan mənfəətin miqdarına təsir edən, amortizasiya ayırmalarının qaydasına,
təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin formalaşmasına və bəzi ma-
liyyə ehtiyatlarının yaradılmasına aiddir.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətində və bütövlükdə iqtisadiy-
yatda maliyyənin rolu onun yerinə yetirdiyi funksiyalar vasitəsilə təzahür
edir. Əksər iqtisadçılar hesab edirlər ki, müəssisə maliyyəsi eynilə dövlət
maliyyəsinin funksiyalarını, yəni bölgü və nəzarət funksiyalarını yerinə ye-
tirirlər.
Məlumdur ki, fəaliyyət sferasına görə müəssisə maliyyəsi dövlət ma-
liyyəsindən fərqlənir. Dövlət maliyyəsi öz funksiyasını əsasən dövlət büdcə-
sinin formalaşması və xərclənməsi prosesində milli gəlirin bölgüsü və ye-
nidən bölgüsü mərhələsində həyata keçirir. Müəssisə maliyyəsi isə öz funk-
siyasını əsasən milli gəlirin yaranması və istifadəsi mərhələsində həyata
keçirir.
Məhsulun satışından və xidmətlərin göstərilməsindən müəssisənin əldə
etdiyi pul gəlirləri və onların istehsal vasitələrinə istifadəsi, ümumi gəlirin
Бизнесин тяшкили вя идаря едилмяси
295
yaranması vasitəsilə bölgü prosesi baş verir. Gəlirin müəyyən hissəsi büd-
cəyə və büdcədənkənar fondlara vergi şəklində daxil olur, digər hissəsi isə
xalis mənfəət şəklində müəssisənin sərəncamında qalır ki, bu da stimul-
laşdırma fondunun yaradılmasına, səhmdarlara dividentlərin verilməsinə,
istehsalın genişləndirilməsi və inkişafına çəkilən xərclərin maliyyələşdiril-
məsinə yönəldilir. Beləliklə, müəssisə maliyyəsinin bölgü funksiyası ictimai
məhsulun və milli gəlirin bölgüsü və yenidənbölgüsü prosesində öz fəaliy-
yətini həyata keçirir.
Bazar münasibətlərinə keçidlə əlaqədar müəssisə maliyyəsi, həmçi-
nin milli sərvətin yenidən bölgüsü prosesində (əmlakın özəlləşdirilməsi,
udulması və s.) iştirak edir.
Müəssisə maliyyəsinin nəzarət funksiyası dedikdə onun maliyyə-
təsərrüfat fəaliyyətinin səmərəli təşkili məqsədilə pul vəsaitlərindən daha
düzgün istifadəyə nəzarət etmək qabiliyyəti başa düşülür. Mənfəət, renta-
bellik və digər iqtisadi səmərəlilik göstəricilərinin köməyilə müəssisə maliy-
yəsinin idarə olunması vəziyyətinə nəzarət etmək və müəssisənin fəaliy-
yətini lazımi istiqamətə yönəltmək mümkündür.
Bəzi iqtisadçılar qeyd edirlər ki, müəssisə maliyyəsi bölgü və nəzarət
funksiyalarından əlavə təkrar istehsal, təminedici (resursyaradıcı) funksi-
yaları da yerinə yetirir. Belə ki, müəssisə maliyyə resurslarından səmərəli
istifadə edərək təkrar istehsal prosesini həyata keçirir və daim inkişaf edir.
Bu müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin mühüm cəhətidir: birincisi,
ictimai məhsulun və milli gəlirin bölgüsü və yenidənbölgüsü üzrə maliyyə
funksiyası çərçivəsində təcəssüm edir; ikincisi, müəssisənin fəaliyyətinin
müəyyən mərhələsində və maliyyə vəziyyətinin pisləşdiyi dövrdə geniş
təkrar istehsal baş verməyə bilər.
Müəssisə maliyyəsinin təşkili aşağıdakı prinsiplər əsasında həyata ke-
çirilir: maliyyə fəaliyyəti sahəsində müstəqillik, özünümaliyyələşdirmə, ma-
liyyə fəaliyyətinin nəticəsinə görə məsuliyyət, müəssisənin maliyyə-təsər-
rüfat fəaliyyətinə nəzarət.
Müəssisənin təsərrüfat fəaliyyəti onun maliyyə fəaliyyəti ilə bilavasitə
ə
laqədardır. Belə ki, hər bir müəssisə biznes-planına uyğun olaraq bütün
xərclərini özü müstəqil maliyyələşdirir, malik olduğu pul vəsaitlərini mən-
fəət almaq məqsədilə məhsul istehsalına yönəltməyə çalışır.
Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə-təsərrüfat fəaliyyə-
tinin səmərəli təşkilində özünümaliyyələşdirmə prinsipinin tətbiqi olduqca
vacibdir. Bu prinsip məhsul istehsalı, müəssisənin maddi-texniki bazasının
möhkəmləndirilməsi və məhsul istehsalı üzrə bütün xərclərin tam ödənil-
məsinə əsaslanır, yəni hər bir müəssisə cari və kapital xərclərinin hamısını
öz xüsusi vəsaitləri hesabına ödəməlidir.
Müəssisənin inkişafına yönəldilən maliyyə resursları aşağıdakı mən-
bələr hesabına formalaşır:
Бизнесин тяшкили вя идаря едилмяси
296
•
amortizasiya ayırmaları;
•
bütün növ təsərrüfat və maliyyə fəaliyyətindən əldə edilən mənfəət;
•
iştirakçıların əlavə qoyduqları pay;
•
istiqraz vərəqələrinin buraxılışından alınan vəsait;
•
səhmlərin buraxılması və yerləşdirilməsi yolu ilə səfərbər olunan
vəsait;
•
bank kreditləri;
•
digər qanuni mənbələr.
Xüsusi mülkiyyətə əsaslanan müxtəlif təşkilati-hüquqi formalı müəs-
sisələrin mülkiyyətçiləri maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin yük-
sək olmasında maraqlıdırlar. Bu prinsipin reallaşması təkcə müəssisəyə ve-
rilən müstəqillikdən və istehsal xərclərinin öz xüsusi vəsaitləri hesabına ma-
liyyələşdirilməsindən deyil, həm də vergilər ödənildikdən sonra müəssisənin
sərəncamında qalan xalis mənfəətin həcmindən asılıdır. Eyni zamanda,
məhsul istehsalının genişləndirilməsinə, mənfəətin artırılmasına və istehsal
xərclərinin azaldılmasına imkan verə bilən əlverişli iqtisadi mühit formalaş-
dırmaq lazımdır.
Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə məsuliyyət prinsipi
müəssisə zərərlə işləyən zaman, kreditorlar qarşısında öz öhdəliklərini
yerinə yetirmək və istehsalın maliyyələşdirilməsini təmin etmək imkanına
malik olmadığı halda reallaşdırılır. Bu məqsədlə müəssisənin maliyyə və-
ziyyəti dərindən təhlil edilir, ödəməqabiliyyətinin itirilməsinin və kreditorlar
qarşısında öhdəliklərin yerinə yetirilməməsinin səbəbləri aşkara çıxarılır.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin təşkili pul mü-
nasibətləri kimi maliyyənin mahiyyətindən irəli gələn obyektiv zərurətdir.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti pul vəsaitlərinin formalaşması və
istifadəsi ilə əlaqədardır. Ona görə də müəssisənin maliyyə-təsərrüfat fəaliy-
yəti dövlətin, müəssisədə çalışan işçilərin, səhmdarların və kontragentlərin
maraqlarına uyğun təşkil edilməlidir.
Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı bü-
tövlükdə maliyyənin, xüsusilə müəssisə maliyyəsinin iqtisadi inkişafda rolu-
nu və əhəmiyyətini artırmışdır. Müəssisənin maliyyə vəziyyətinin kəmiyyət
və keyfiyyət parametrləri onun bazarda yerini, mövqeyini və normal fəa-
liyyət göstərməsi qabiliyyətini müəyyənləşdirir. Bütün bunlar milli iqtisa-
diyyatın idarə olunması prosesində maliyyə menecmentinin rolunun artırıl-
masını zəruriyyətə çevirmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələ-
rində müəssisələrin maliyyə vəziyyəti ağır olaraq qalmaqdadır. Hazırda sə-
naye müəssisələrinin 7,1 faizi, kənd təsərrüfatı müəssisələrinin 1,9 faizi,
tikinti-quraşdırma təşkilatlarının 2,6 faizi, ticarət firmalarının 7,5 faizi zə-
rərlə işləyir. Bir çox müəssisələrin inkişaf strategiyası və maliyyə siyasəti,
Бизнесин тяшкили вя идаря едилмяси
297
demək olar ki, yoxdur. Bir çox sənaye müəssisələrində texnoloji avadan-
lıqlar köhnəlib, beynəlxalq standartlara cavab vermir ki, bu da yerli müəs-
sisələrin rəqabətqabiliyyətini aşağı salır. Halbuki Azərbaycanda genişmiq-
yaslı iqtisadi islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi həyata
keçirilmiş, çoxlu sayda səhmdar cəmiyyətləri və şirkətlər yaradılmışdır. Bu
növ sahibkarlıq subyektlərinin digər təşkilati-hüquqi formalı müəssisələrlə
müqayisədə böyük özünümaliyyələşdirmə imkanları vardır.
Sivil bazar iqtisadiyyatı şəraitinin formalaşması təsərrüfat subyekt-
lərinin: müəssisə, firma və şirkətlərin maliyyəsinin idarəetmə mexanizminin
daim təkmilləşdirilməsini, maliyyənin idarə olunmasının yeni, daha müasir
metodlarının işlənib hazırlanmasını zəruri edir. Təkmilləşdirmə üzrə görü-
ləcək tədbirlər təsərrüfat subyektlərinin maliyyə dayanaqlığına və maliyyə
aktivliyinə, milli iqtisadiyyatın davamlı inkişafı üçün əlverişli biznes mü-
hitinin yaradılmasına yönəldilməlidir.
20.2. Maliyyə planlaş dırılmasının mahiyyə ti və və zifə lə ri
Maliyyə planlaşdırılması müəssisənin maliyyə məqsədinə nail olmağın
yollarını və üsullarını, maliyyə vəsaitlərinə tələbatı müəyyənləşdirir. Müəs-
sisənin maliyyə planlaşdırılmasının məqsədi maliyyə xarakterli qərarların
qəbulunun seçilmiş meyarlarından asılıdır. Bu meyarlara aşağıdakıları aid
etmək olar:
−
satışın maksimumlaşdırılması;
−
mənfəətin maksimumlaşdırılması;
−
ş
irkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması.
Müəssisənin bazar aktivliyinin mühüm hissəsini ilk iki meyar (satışın
və mənfəətin maksimumlaşdırılması) təşkil edir.
Maliyyə planlaşdırılmasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
−
qarşıya qoyulan məqsədlərin razılaşdırılmasının və onların hə-
yata keçirilməsi imkanlarının yoxlanılması;
−
müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətlərinin təmin
edilməsi;
−
müəssisənin inkişafının müxtəlif variantlarının və uyğun olaraq
investisiyanın həcminin və onların maliyyələşdirilməsi üsullarının təhlili;
−
xoşagəlməz hadisələrin baş verdiyi halda tədbirlər və davranış
proqramının müəyyənləşdirilməsi;
−
müəssisənin maliyyə vəziyyətinə nəzarətin gücləndirilməsi.
Maliyyə planlaşdırılması bir tərəfdən səhv hərəkətin qarşısını alır,
digər tərəfdən isə istifadə olunmayan imkanların sayını azaldır.
Бизнесин тяшкили вя идаря едилмяси
298
Planlaşdırma bazarda stabil vəziyyətə və möhkəm maliyyə dayanıq-
lığına müəssisənin nail olmasını təmin edən maliyyə strategiyasının işlənib
hazırlanmasının mümkün alternativlərinə baxmağa imkan verir.
Maliyyə planlaşdırılması plan tapşırıqlarının hazırlanması və yerinə
yetirilməsinin subyektiv prosesi kimi obyektiv şəraitə, iqtisadi qanunların
fəaliyyətini və qanunauyğunluqları nəzərə almağa əsaslanır. Eyni zamanda,
maliyyə planlaşdırılmasının elmi səviyyəsindən, onun düzgün təşkilindən,
mütərəqqi növlərin və metodların tətbiqindən bütün resursların səmərəli
istifadəsi və bütövlükdə müəssisənin uğurları daha çox asılıdır.
Maliyyə planlaşdırılması dörd mərhələdə aparılır:
1. Müəssisənin malik olduğu investisiya və maliyyələşdirmə imkan-
ları təhlil edilir.
2. Cari və gələcək qərarlar arasında əlaqəni başa düşmək və göz-
lənilməz hadisələrdən qaçmaq məqsədilə cari qərarların nəticələri proq-
nozlaşdırılır.
3. Bütün mümkün qərarlardan seçilmiş variant əsaslandırılır.
4. Maliyyə planında müəyyən edilən məqsədlərlə müqayisədə müəs-
sisənin nail olacağı nəticələr qiymətləndirilir.
Dördmərhələli planlaşdırma prosesi qərarların qəbulunu və tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur, hansı ki, planlaşdırmanın hər bir mərhə-
ləsində müəssisənin gələcək fəaliyyətinə təsir göstərir. Planlaşdırma fasilə-
siz xarakter daşımalıdır, çünki heç kəs gələcəyi dəqiq görmək qabiliyyətinə
malik deyil. Maliyyə planlaşdırmasının hər bir mərhələsində yeni daxil olan
informasiyaları daim nəzərə almaq lazımdır. Daim dəyişən xarici mühit
maliyyə planına fasiləsiz baxmağı tələb edir.
Müəssisənin inkişafı son nəticədə onun maliyyə vəziyyətinin yaxşı-
laşdırılmasına və gəlirin artırılmasına yönəldilir. Maliyyə işinin təşkili xarici
təşkilatlarla: banklar, sığorta təşkilatları, büdcə və digər müəssisələr ilə
qarşılıqlı əlaqə əsasında qurulur. Müəssisənin dayanaqlı maliyyə vəziyyəti
bütün istehsal-təsərrüfat fəaliyyəti prosesində formalaşır, onun aktivləri və
passivlərinin miqdarından, əsas və dövriyyə fondlarının, xüsusi və borc
vəsaitlərinin həcmindən, kreditor və debitor borclarından, vergi sistemindən
və siyasi durumdan asılıdır.
Müəssisənin inkişaf prosesində satışın həcminin, məhsulun keyfiyyə-
tinin və bazar konyukturunun dəyişilməsinin təsiri altında maliyyə vəsait-
lərinin strukturu və onların mənbələri dəyişilir. Bu dəyişikliklərin dinamika-
sını maliyyə, balansının şaquli və üfüqi təhlilinin köməyilə müşahidə etmək
olar.
Hesabat sənədlərinin, onların əsas göstəricilərinin təhlili müəyyən za-
man kəsiyində vəsaitləri və öhdəlikləri əks etdirir. Vaxt keçdikcə bu və ya
digər qrup göstəricilərdə dəyişikliklər baş verir. Bu göstəricilərin dəyişil-
məsi mühasibat hesabatının üç əsas sənədində əks etdirilir: “Balans” (forma
Бизнесин тяшкили вя идаря едилмяси
299
1), “Mənfəət və zərərlər haqda hesabat” (forma 2), “Pul vəsaitlərinin hə-
rəkəti haqda hesabat” (forma 3). Bu formalar həm biznesin faktiki və-
ziyyətini, həm də gələcəkdə müəssisənin nəzərdə tutulan vəziyyətini əks
etdirə bilər. Belə halda təqdim olunan formalar layihə adlanır.
Balans hesabatı müəssisənin aktiv və passivlərini əyani şəkildə əks et-
dirmək məqsədilə tərtib olunur. İllik maliyyə planının gəlir hissəsində plan-
laşdırılan mənfəət, ayırmalar və sıradan çıxmış əmlakın satışından alınan
gəlir, xərc hissəsində isə vergi ödəmələri, kreditə görə faiz ödəmələri, sığor-
taya ayırmalar, yığıma, istehlaka və ehtiyat fonduna xalis mənfəətdən
istifadənin həcmi göstərilir.
Maliyyə planında bütün maddələr və bölmələr qarşılıqlı əlaqəlidir.
Məsələn, tam bərpaya əsas fondların amortizasiyası yalnız real investisiya-
nın maliyyələşdirilməsinə, dayanaqlı passivlərin artımı dövriyə vəsaitlərinin
artırılmasına yönəldilir. Aşağıdakı nisbətə riayət olunmalıdır:
Gəlirlər və daxilolmalar (I bölmə) + büdcədən ayırmalar =
= məsrəflər + ayırmalar (II bölmə) + büdcəyə ödəmələr
Maliyyə planının bütün bölmələrini iqtisadi məzmununa görə yeddi
qrupa ayırmaq olar:
1. əsas fəaliyyət;
2. əsas fondların təkrar istehsalı;
3. əmək kollektivinin sosial inkişafı;
4. büdcə sistemi ilə qarşılıqlı əlaqənin əks etdirilməsi;
5. kredit təşkilatları ilə qarşılıqlı əlaqənin əks etdirilməsi;
6. yuxarı təşkilatla qarşılıqlı əlaqənin əks etdirilməsi;
7. sair.
Maliyyə planının tərtib olunmasının düzgünlüyünü yoxlamaq üçün
yoxlayıcı (şahmat) cədvəl hazırlanır ki, bu da maliyyə resurslarından məq-
sədli istifadəni aşkara çıxarmağa, maddələr üzrə gəlirləri və xərcləri balans-
laşdırmağa, pul vəsaitlərinin formalaşdırılması ehtiyatlarını müəyyənləşdir-
məyə imkan verir. Yoxlayıcı cədvəl iki qarşılıqlı əlaqəli hissədən ibarətdir:
üfüqi hissədə vəsaitlərin istiqaməti və şaquli hissədə onların ödənilmə mən-
bələri göstərilir.
Dostları ilə paylaş: |