XVII FƏSİL. İSTEHSAL PLANI
17.1. İstehsal və istehsal prosesi
Biznes-planın “istehsal planı” bölməsində (bu bölmə yalnız istehsal
sahələrində biznes fəaliyyəti ücün nəzərdə tutulur) sahibkar əsas tərəfdaşla-
rına sübut etməlidir ki, onun müəssisəsi tələb olunan dövr ərzində lazımi
miqdarda və keyfiyyətdə məhsul istehsal edə bilər.
İstehsal – ehtiyaclarımızı ödəyəcək mal və xidmətlərin miqdarını və
ya faydasını artırmağa yönəldilən bütün fəaliyyətlərin məcmusudur. İstehsal
ona görə lazımdır ki, bizi əhatə edən mühitdə ehtiyaclarımızı ödəyən mal və
xidmətlər kifayət qədər deyildir. Bunların miqdarını artırmaq məqsədilə
insan hökmən hər hansı bir müəssisənin gücünə arxalanaraq onları çoxalt-
malı və istifadəsinə ən çox ehtiyac duyulan yerlərə verməlidir. Bu prosesin
hamısı iqtisadda “istehsal etmək” kimi adlandırılır.
İstehsal prosesi xammal, materiallar, yarımfabrikatlar və komplektləş-
dirici məmulatlardan istifadə edilməsini nəzərdə tutmaqla ayrı-ayrı proses-
lərin məcmusudur. İstehsal həm də təkrar istehsal prosesinə elmi layihələrin
nəticələrinin tətbiq edilməsini də nəzərdə tutur. Məhsul istehsalı daha çox
insanın tələbatının ödənilməsində və cəmiyyətin yüksək keyfiyyətli istehsal
vasitələri, istehlak predmetləri və digər yaşayış təminatlı iqtisadi nemətlərlə
təchiz edilməsində mühüm rol oynayır. İstehsalın normal inkişafı xalqın
maddi rifah halının yüksəldilməsində əsas amildir. İstehsal məhsul buraxılışı
problemini və sosial sferanın inkişafını da təmin edir.
İ
stehsalın məzmununu əmək fəaliyyəti müəyyən edir və aşağıdakı üç
şə
rti nəzərdə tutur:
1) Əmək, yəni insanın məqsədəuyğun fəaliyyəti. İnsan əmək cisim-
lərinə və təbiət qüvvələrinə təsir göstərib onları tələbatı ödəyə biləcək for-
maya salır. Əməyin məzmunu – tətbiq edilən texnika, texnologiya və
istehsalın təşkilinin növü ilə müəyyən olunur.
2) Əmək cisimləri. Əmək prosesində dəyişikliklərə məruz qalan və
istehlak dəyərinə çevrilən təbiət məıhsuludur (xammal və material).
3) Əmək alətləri. İnsanların əmək cisimlərinə təsir göstərib öz tələba-
tına uyğun şəkildə salmaq üçün istifadə etdiyi mexaniki əmək vasitələri –
maşınlar, dəzgahlar, avadanlıq, mühərriklər, texnolojı alət və tərtibatlatın
məcmusudur.
İ
stehsalın məhsulu olan maddi nemətlər təbiət əşyaları və əməyin
birləşməsini ifadə edir.
İ
stehsal prosesləri bəzi əlamətlərinə görə təsnifləşdirilir:
- Məhsulun hazırlanmasındakı roluna görə – istehsal prosesləri üç
qrupa: əsas, köməkçi və xidmətedici istehsal proseslərinə;
Бизнесин тяшкили вя идаря едилмяси
255
- Mürəkkəblik dərəcəsinə görə – sintetik, analitik və birbaşa istehsal
prosesləri fərqləndirilir.
17.2.
İstehsalın təşkili prinsipləri və tipləri
İstehsalın təşkili dedikdə istehsal proseslərini və bütünlükdə sahib-
karlıq fəaliyyətini səmərəli formada həyata keçirmək məqsədi ilə əmək
predmeti və əmək vasitələrindən məqsədəuyğun istifadəsini təmin edən
metodların məcmusu nəzərdə tutulur. Təcrübə göstərir ki, istehsalın xarak-
teri və strukturu ilk növbədə buraxılan məhsulun xüsusiyyətindən, istehsalın
predmetindən və texnolojı proseslərdən daha çox asılıdır. İstehsalın düzgün
təşkili aşağıdakı prinsiplər əsasında qurulur ki, bunlara da ixtisaslaşma,
proporsionallıq, paralellik, fasiləsizlik, dəqiqlik və ritmlilik aiddir.
1) İstehsalın ixtisaslaşması – yerli tələbata uyğun olaraq konsruktiv və
texnolojı cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir. Kons-
truktiv və texnolojı cəhətdən oxşarlıq geniş unikasiya (bir şəklə salınma)
yolu ilə yaradılır.
2) Proporsionallıq – istehsalın bütün bölmələrində istehsal güclərinin
uygunlaşdırılmasıdır. Bu isə lazımi miqdarda, nomenklaturada, çeşiddə
məhsul buraxmağa imkan verir.
3) Paralellik – istehsal proseslərinin bütün mərhələlərində əməliyyat-
ların eyni vaxtda aparılmasıdır. Bu isə son məhsulun hazırlanması üçün
geniş iqtisadi şərait yaratmağa imkan verir.
4) Fasiləsizlik – növbədaxili, növbələrarası, əməliyyatdaxili və
ə
məliyyatlararası dövrdə bir əməliyyatla digəri arasında ardıcıllığın təmin
edilməsini nəzərdə tutan istehsalın təşkili prinsipidir.
5) Dəqiqlik – istehsal prosesində məhsulun səmərəli yerləşdirilməsi və
məmulatın bir istehsal mərhələsindən digərinə qısa müddətdə hərəkətinin
təmin edilməsidir.
6) Ahəngdarlıq – məhsulun müəyyən aralıq fasilələr ərzində bura-
xılışının təmin edilməsidir.
Bu prinsiplər əsasında qurulan istehsal səmərəli hesab edilir. Müasir
şə
raitdə istehsal ixtisaslaşdırma, təmərküzləşmə, kompleks mexanikləşmə,
istehsal prosesinin və idarəetmənin avtomatlaşdırılması istiqamətində həyata
keçirilir. İstehsalın təşkilinin müasir metodlarına yerli tələbata uyğun məh-
sulların kütləvi buraxılışı aiddir. İstehsalın təşkilinin bu cür yüksək forma-
sını avtomatlaşdırılmış axın xətti də adlandırırlar. Kütləvi axın xətləri iki
sistem – fasiləli fəaliyyət göstərən xüsusi dəzgah – avtomat sistemi və fa-
siləsiz fəaliyyət göstərən rotor sistemi əsasında qurulur. Bu baxımından
köməkçi əməliyyatları da yetinə yetirmək üçün robot texniki qurguya malik
proqramla idarə olunan dəzgahdan da istifadə edilir.
Бизнесин тяшкили вя идаря едилмяси
256
İ
stehsalın təşkili tipləri dedikdə istehsalın təşkili və texniki səviyyə-
sinin xüsusiyyətlərinin kompleks xarakteristikası başa düşülür. İstehsalın
təşkili tipinə bir sıra amillər təsir edir: ixtisaslaşma səviyyəsi, istehsalın miq-
yası, buraxılan məhsulun mürəkkəbliyi və davamlılığı. İstehsalın üç tipi
fərqləndirilir: fərdi, seriyalı, kütləvi.
Fə rdi istehsal məhdud istehlakı olan müxtəlif cür və daimi çeşiddə
məmulatın ədədi buraxılışını nəzərə tutur. Bu tip istehsalın səciyyəvi xü-
susiyyətləri aşağıdakılardır:
- tez-tez təkrarlanmayan buraxılan məhsulun çoxnomenklaturalılığı;
- texnolojı ixtisaslaşma üzrə iş yerlərinin təşkili;
- universal avadanlıqlardan və texnoloji təchizatdan istifadə;
- əl əməyinin tətbiqi ilə yerinə yetirilən əməliyyatların böyük həcmdə
olması;
- istehsalın tsikl müddətinin böyük olması;
- bitməmiş istehsalın çox olması;
- canlı əmək xərclərinin nisbətən çox olması;
- yüksək ixtisaslı fəhlələrin sayının üstünlük təşkil etməsi və s.
Seriyalı istehsal eynicins məhsulların geniş nomenklaturada eyni za-
manda seriyalı hazırlanmasını nəzərdə tutur, hansı ki, istehsalı uzun müddət
ə
rzində təkrarlanır.
Seriyalı istehsalın təşkilinin əsas xüsusiyyətləri aşağıdakılardır:
- əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə təkrarlanan məhsulun
daimi olması;
- bir neçə təhkim olunmuş əməliyyatların yerinə yetirilməsi üçün iş
yerlərinin ixtisaslaşması;
- seriyalarla hazırlanan məmulatın dövriliyi;
- istehsal tsiklinin müddətinin qısa olması;
- buraxılan məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması.
Kütləvi istehsal böyük miqdarda eynicins məhsulların məhdud no-
menklaturada hazırlanmasının fasiləsizliyi və nisbətən uzunmüddətliyi ilə
səciyyələnir. Kütləvi məhsul istehsal edən müəssisələrə traktor, avtomobil
zavodlarını aid etmək olar. Kütləvi istehsal – istehsalın ixtisaslaşmasının
yüksək fazasıdır. Kütləvi istehsalın təşkilinə xas olan xüsusiyyətlər aşağı-
dakılardır:
- böyük miqdara az nomenklaturada məmulatın ciddi şəkildə müəy-
yən edilən istehsalı;
- iş yerlərinin ixtisaslaşması;
- xüsusi və ixtisaslaşmış avadanlıq və texnolojı silahlanmanın böyük
xüsusi çəkiyə malik olması;
- kompleks mexanikləşdirilmiş, avtomatlaşdırılmış texnolojı proses-
lərin yüksək faiz təşkil etməsi;
Бизнесин тяшкили вя идаря едилмяси
257
- seriyalı istehsalla müqayisədə istehsal tsiklinin müddətinin minimum
olması;
- müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi;
- məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılmasının yüksək
səviyyəsi.
17.3. İstehsal proqramının əsaslandırılması
Müəssisənin biznes-planının əsas bölmələrindən biri məhsul istehsalı
və realizasiyası (satışı) bölməsidir, yəni istehsal proqramıdır.
Məhsul istehsalı planı müəssisənin inkişaf strategiyasına uyğun olaraq
mövcud potensial, materialların göndərilməsi üzrə müqavilələr və məhsul
satışının həcmi proqnozu haqqında məlumatlar əsasında tərtib edilir. İstehsal
planı müəyyən nomenklatura və çeşid üzrə məhsul istehsalının imkanlarını
ə
saslandırır, istehsal proqramının yerinə yetirilməsinin reallığını təsdiq edir.
Bazar münasibətləri şəraitində planlaşdırma çevik xarakter daşıyır və
ona görə də resurslara tələbatın əsaslandırılması, məhsul satışı həcminin
dəyişilməsi, məhsulun qiyməti, məhsulun maya dəyərinin aşağı salınması və
keyfiyyətin yüksəldilməsi nəzərə alınmaqla, alternativ əsasda həyata ke-
çirilir. Məhz buna görə də istehsal prosesi bazarın obyektiv tələbinə uyğun
şə
kildə qurularaq daha çevik olur.
İ
stehsal prosesinin çevikliyi dedikdə yeni məhsul növlərinin istehsalı,
yaxud mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin
yenidən qurulması, yeni texniki avadanlıqların cəlb edilməsi, istehsal güclə-
rinin sürətlə artırılması, bir sözlə, innovasiya xarakterli tədbirlərin həyata
keçirilməsi başa düşülür.
İ
stehsal planının başlıca vəzifəsi daha yüksək iqtisadi və sosial səmə-
rəni təmin edə bilən resurslardan və istehsal potensialından istifadə olunma-
sının optimal variantının seçilməsidir. Məhsul istehsalının effektivliyi məh-
sulun rentabellik və mənfəət göstəriciləri vasitəsilə ifadə olunur. Mənfəətin
maksimum artırılması yalnız müxtəlif növ məmulatların optimal həcmdə
buraxılması şəraitində mümkündür. Bu zaman mövcud şəraitdə məhsul va-
hidinə düşən istehsal xərclərinin maksimum azaldılması təmin edilir. Digər
tərəfdən, məhsul istehsalının effektivliyinin yüksəldilməsi keyfiyyətinin və
rəqabət qabiliyyətinin artırılması ilə əlaqədardır. Ona görə də axırıncı
variantı seçərkən məhsulun həcmi və keyfiyyətinin artırılmasının alternativ
variantları mütləq nəzərdən keçirilməlidir.
Məhsul istehsalının optimal həcminin planlaşdırılması məhsulun hər
bir növü üzrə ayrıca həyata keçirilməlidir. Bu zaman məhsulun həcminin
dəyişilməsi ilə əlaqədar istehsal xərclərinin daimi və dəyişən xərclərə
bölünməsi nəzərə alınmalıdır. Əsas fondların amortizasiyası, xidmət və
reklam xərcləri məhsulun həcmindən asılı olmayaraq dəyişməz qalır, yəni
Бизнесин тяшкили вя идаря едилмяси
258
daimi xərclər adlanır. Material xərcləri, işçilərin əməkhaqqı və başqa xərclər
məhsulun həcmindən asılı olaraq dəyişilir, yəni dəyişən xərclər hesab edilir.
Beləliklə, müəssisənin ümumi istehsal xərcləri daimi və dəyişən xərclərin
cəmindən ibarətdir.
Geniş profilli müəssisələrdə məhsul istehsalının həcminin planlaşdı-
rılması olduqca çətindir, çünki bütün avadanlıqlar, texnoloji proseslər bütün
növ məhsulların istehsalı üçün istifadə olunurlar. Əgər belə situasiyada
müəssisə maksimum mənfəət almaq istəyirsə və buna cəhd göstərirsə, onda
elə məhsul növlərini daha çox istehsal etməlidir, hansı ki, aşağıdakı xarak-
terik əlamətlərə malikdirlər:
−
az miqdarda avadanlıqları yükləyirlər;
−
emala az vaxt tələb edirlər;
−
məhsul vahidinə daha çox mənfəət gətirirlər.
Daha çox mənfəət gətirən məhsul emala və avadanlıqların yük-
lənməsinə daha çox vaxt tələb edə bilər. Ona görə də istehsal proqramının
seçilməsi optimal şəraitin seçilməsi ilə əlaqədar çətinliklər yaradır. Belə şə-
raitdə istehsal proqramını xətti proqramlaşdırmanın köməyilə işləyib
hazırlamaq lazımdır.
Ə
gər məhsulun keyfiyyət səviyyəsi müəyyən edilibsə, seçilmiş məhsul
buraxılışının optimal variantı axırıncıdır və o, yalnız marketinq strategi-
yasına uyğun bazar şəraitinin dəyişilməsindən asılı olaraq dəyişilə bilər.
Aydındır ki, müəssisənin strategiyasında istehsalın effektivliyinin yüksəldil-
məsi həm məhsulun keyfiyyət səviyyəsinin saxlanılması və həm də key-
fiyyətin yüksəldilməsi şəraitində nəzərdə tutula bilər. Bu zaman müəssisənin
bütün siyasəti məhsul keyfiyyətinin yüksəldilməsinə yönəldilir. Digər
məqsədlərə nail olunması – məhsulun maya dəyərinin aşağı salınması və ba-
zar payının artırılması – həmin məqsədlə uzlaşdırılır.
Beləliklə, müəssisədə məhsul keyfiyyətinin optimal səviyyəsinin
planlaşdırılması vacibdir, yəni məmulatın elə xassələrini seçmək lazımdır
ki, onlar təkcə istehlakçı tələbatını deyil, həm də istehsalçının razı qaldığı
xərclərin səviyyəsini ödəyə bilsin. Başqa sözlə desək, bütün xassələrin məc-
musundan istehsalçı elələrini seçməyə cəhd edir ki, onlar məhsulun təyi-
natına maksimum uyğun gəlsin və seçilən bazar seqmentində maksimum
mənfəətin alınmasını təmin etsin.
17.4. İstehsal güclərinin planlaşdırılması
İ
stehsal gücləri müəssisənin istehsal proqramının planlaşdırılmasının
çıxış nöqtəsidir. Əsas fondların aktiv hissəsi olan istehsal gücləri müəs-
sisənin məhsul buraxılışı üzrə potensial imkanlarını əks etdirir.
Бизнесин тяшкили вя идаря едилмяси
259
İ
stehsal gücləri – yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi
üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək-
lə müəssisənin müəyyən edilmiş nomenklaturada və çeşiddə maksimum
məhsul istehsal etmək qabiliyyətidir. İstehsal gücləri məhsul istehsalı həc-
minin hesablandığı eyni ölçü vahidi ilə müəyyən edilir. Əgər müəssisədə
geniş nomenklaturada məhsul istehsal edilirsə, onda həmin nomenklatura
bir, yaxud eynicins məhsulların bir neçə növlərinə çevrilir. Məsələn, traktor
zavodunun istehsal gücü traktorların sayı ilə müəyyən edilir.
Müəssisənin istehsal gücü aparıcı sexlərin, sahələrin və aqreqatların
gücləri üzrə müəyyən edilir. Məmulatın, yaxud yarımfabrikatların istehsalı
üzrə əsas, daha əməktutumlu texnoloji prosesləri və əməliyyatları yerinə
yetirən sex, sahə və aqreqat aparıcı sayılır.
Müəssisənin istehsal gücü aşağıdakı ardıcıllıqla hesablanılır: əvvəlcə
aparıcı avadanlıqların istehsal gücü, sonra onun vasitəsilə aparıcı istehsal
sahəsinin istehsal gücü və sonuncunun vasitəsilə aparıcı sexin istehsal gücü
müəyyən edilir. Aparıcı sexin istehsal gücü müəssisənin istehsal gücü kimi
qəbul edilir.
İ
stehsal gücü bir sıra amillərdən asılıdır. Onlardan ən mühümləri
aşağıdakılardır:
−
avadanlıqların sayı və məhsuldarlığı;
−
avadanlığın keyfiyyət tərkibi. Fiziki və mənəvi aşınmanın
səviyyəsi;
−
texnika və texnologiyanın mütərəqqilik dərəcəsi;
−
xammal və materialların keyfiyyəti;
−
istehsal və əməyin təşkili səviyyəsi;
−
müəssisənin ixtisaslaşma səviyyəsi;
−
avadanlığın iş vaxtı fondu.
Müəssisənin istehsal güclərini hesablayarkən əsas istehsal sexlərinə
təhkim olan bütün avadanlıqlar, mövcud avadanlıqlar və sahələr, istehsalın
effektiv təşkili, keyfiyyətli xammalın və təkmil alətlərin tətbiqi, müəssisənin
iş rejimi mütləq nəzərə alınmalıdır.
İ
stehsal gücləri bütün il boyu müəyyən edilir, ona görə giriş, çıxış və
orta illik istehsal gücləri fərqləndirilir. Giriş gücləri ilin əvvəlinə mövcud
avadanlıqlar üzrə müəyyən edilir. Çıxış güclər əsaslı tikinti, avadanlığın mo-
dernləşdirilməsi, istehsalın təşkilinin təkmilləşdirilməsi hesabına sıradan
çıxan və yeni daxil olan gücləri nəzərə almaqla plan dövrünün sonuna
müəyyən edilir. Orta illik istehsal gücləri (M
or
) giriş güclərinə (M
g
) orta illik
daxil olan güclərin (M
d
) əlavə edilməsi və fəaliyyət müddətini (T
m
) nəzərə
almaqla ortaillik sıradan çıxan güclərin (M
s
) çıxılması yolu ilə hesablanılır.
Bunu aşağıdakı düsturla ifadə etmək olar:
Бизнесин тяшкили вя идаря едилмяси
260
M
or
= M
g
+ (M
d
x T
s
: 12) - [M
s
x (12 - T
m
) : 12]
Mövcud gücləri genişləndirmək və yeni gücləri işə salmaq, yenidən-
qurma, istehsalın texniki silahlanması, təşkilati-texniki tədbirlər hesabına
müəssisənin istehsal güclərini artırmaq mümkündür.
İ
stehsal güclərini hesablamaq üçün aşağıdakı ilkin məlumatların
olması vacibdir:
−
bir dəzgahın plan iş vaxtı fondu;
−
maşınların sayı;
−
avadanlığın məhsuldarlığı;
−
istehsal proqramının əməktutumu;
−
istehsal normasının yerinə yetirilməsi faizi.
17.5. İstehsalın operativ-təqvim planlaşdırması
Biznesin hər bir sahəsində istehsalın təşkili mülkiyyət formasından,
müəssisənin ölçüsündən, istehsal tipindən, buraxılan məhsulun xarakterin-
dən (yerinə yetirilən iş və ya xidmətlərdən) və başqa amillərdən asılı olaraq
özünəməxsus xüsusiyyətlərə malikdir. Ancaq hər bir müəssisə hüquqi şəxs
kimi istehsalın təşkili problemlərinin həlli zamanı aşağıdakı suallara cavab
verməlidir: nə (məmulatın, yığma vahidinin, detalın, işin, xidmətin və s.
adı), harada, kimin üçün, hansı müddətdə, hansı keyfiyyət göstəricilərilə,
hansı konkret resurs növlərinin sərf edilməsi ilə, hansı alət və ləvazimat-
lardan istifadə etməklə, hansı avadanlıqda istehsal etmək?; hazır məhsulu
kimə vermək lazımdır?; məhsulun reallaşdırılmasından əldə edilən mənfəət
necə olacaqdır?.
Sex (müəssisənin istehsal bölməsi) və sahə (briqada) səviyyəsində
operativ-təqvim planları işlənib hazırlanır, bu planlarda aylıq proqramlar
(tapşırıqlar) daha qısa dövrlər üzrə (ongünlük, günlük, növbəlik) bölünür.
Operativ-təqvim planlaşdırmasının (OTP) məqsəd və vəzifələri şəkil
17.1-də, onun həyata keçirilməsi mərhələləri isə şəkil 17.2-də göstəril-
mişdir.
Şə
kil 17.1, 17.2-də göstərilmiş OTP-nın məqsəd, vəzifə və mərhələləri
mülkiyyət formasından, istehsal tipindən və başqa amillərdən asılı olma-
yaraq biznesin bütün növləri ilə məşğul olan müəssisələr üçün ümumidir.
OTP üzrə işlərin həcmi yalnız plan göstəricilərinin təhlil səviyyəsi ilə müəy-
yən olunur. Müəssisənin müxtəlif əlamətləri üzrə plan göstəriciləri sayının
variasiyası və onların təhlili, əsaslandırılması, uçotu və onlara nəzarətin
səviyyəsi cədvəl 17.1-də göstərilmişdir.
Бизнесин тяшкили вя идаря едилмяси
261
Şə
kil 17.1. Operativ-təqvim planlaşdırmasının məqsəd və vəzifələri
Şə
kil 17.2. Operativ-təqvim planlaşdırmasının mərhələləri
OTP-nın mə qsə di
Kəmiyyət, keyfiyyət, müddət
və xərc kriteriyaları üzrə
istehsal proqramının yerinə
yetirilməsi
OTP-nın əsas vəzifələri
İ
stehsal
proqramının
yerinə
yetirilmə-
sinin təmin
edilməsi
İ
stehsalda
zay məhsu-
lun azaldıl-
ması
Texnoloji
avadanlıq-
ların, isteh-
sal gücləri-
nin və iş yer-
lərinin opti-
mal yük-lən-
məsi
İş
çilərin
ə
məyinin
və ətraf
mühitin
mühafizəsi
Resurs
sərfinə
qənaət
Xeyr
Xeyr
Bəli
Bəli
Bəli
Biznes-planın (taktiki planın və ya gələcək il üçün təşkilatın istehsal
planının) tamlığı, həqiqiliyi, əsaslılığı və yerinə yetirilmə effektivliyi
baxımından təhlili və zəruri olduqda plan göstəricilərinin
dəqiqləşdirilməsi
Konstruktor, texnoloji və plan sənədlərinin, istehsal şəraitinin,
metodikaların, təşkilat heyətinin strukturu və ixtisaslılığının və s.
öyrənilməsi
Təqvim-plan hesablamalarının yerinə yetirilməsi və proseslərin təşkili
normativlərinin işlənib hazırlanması, istehsal gücləri və iş yerlərinin
yüklənməsi, material resurslarına qarşı təlabət və s.
Müəssisənin bölmələri tərəfindən məhsul buraxılışının nomenklatur-
təqvim planlarının işlənib hazırlanması, növbə-sutka tapşırıqlarının
tərtib edilməsi, onların rəsmiləşdirilməsi və təsdiqlənməsi
Operativ-təqvim planlarının operativ yerinə yetirilməsinin idarə
edilməsi (uçot, nəzarət, təhlil, stimullaşdırma, tənzimləmə)
Бизнесин тяшкили вя идаря едилмяси
262
Dostları ilə paylaş: |