AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə26/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   22   23   24   25   26   27   28   29   ...   50
4 biznes


Gözlənilən  risklər:  -  Riskin  təhlilinin  əhəmiyyəti,  layihədə  qarşıya 

qoyulmuş məqsədlərin tamamilə və ya qismən yerinə yetirilməməsi səbəblə-

rinin qiymətləndirilməsindən ibarətdir. Layihənin həyata keçirilməsi zamanı 

aşağıdakı itkilər ola bilər: 

1.  Material  itkisi  (qabaqcadan  nəzərdə  tutulmayan  əlavə  xərclər  və 

itkilər, avadanlıqların, bina və qurğuların itkisi). 

2.  Maliyyə  itkisi  (pul  vəsaitlərinin  nəzərdə  tutulandan  çox  xərclən-

məsi,  qiymətli  kağızların,  pul  vəsaitlərinin  itkisi,  qiymətlərin  aşağı  düşmə-

sindən  əmələ  gələn,  inflyasiya  ilə  əlaqədar,  valyuta  kurslarının  dəyişməsi 

nəticəsində  yaranan,  gözlənilən  mənbələrdən  pul  vəsaitlərinin  tam  və  ya 

qismən ödənilməməsi və s. itkilər). 

3. Vaxt itkisi (layihə üzrə nəzərdə tutulan işlərin həyata keçirilməsin-

dəki  gecikdirmələr  nəticəsində  layihənin  reallaşdırılması  mərhələlərinin 

pozulması).  

          Riskin dərəcələri yol verilə bilən risk (itkilər hesablanmış mənfəətdən 

artıq deyil) layihənin mənfəətliyini aşağı salır. 

Böhranlı  risk  (ehtimal  olunan  itkilər  mənfəətdən  artıqdır)  –  nəzərə 

çarpacaq dərəcədə itkilərə gətirib çıxarır.  

Ağır (fəlakətli) risk (ehtimal olunan itkilər sahibkarın mülkiyyətindən 

çoxdur) – müflis olur. 

Maliyyə-iqtisadi risklər: 

- qeyri-sabit tələbat 

- alternativ məhsulun yaranması 

- rəqiblər tərəfindən qiymətlərin aşağı salınması 

- rəqiblər tərəfindən məhsul istehsalının artımı 

- vergilərin artımı 

- istehlakçıların ödəmə qabiliyyəti 

- xammal, material və nəqliyyat xərclərinin artımı 

- təchizatçılardan asılılıq, alternativin olmaması 

- dövriyyə vəsaitlərinin çatışmazlılığı 

Sosial risklər: 


Бизнесин тяшкили вя идаря едилмяси 

235 


- ixtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər 

- tətil təhlükəsi; 

- əmək haqqı səviyyəsinin yetərli olmaması; 

- kadrların ixtisaslaşdırılması; 

- sosial infrastruktur. 

Texniki risklər: 

- avadanlıqların köhnəlməsi; 

- xammalın keyfiyyətinin qeyri-stabilliyi; 

- texnologiyaların yeniliyi; 

- avadanlıqların etibarlılığının azlığı; 

- avadanlıqların ehtiyat güclərinin olmaması. 

Ekoloji risklər: 

- atmosferə və suya tullantılar; 

- yaşayış məntəqəsinin yaxınlığı; 

- istehsalın zərərliyi. 

“Fors – major” halları. 

“Fors – major” – sahibkardan asılı olmayan xarici amillərdir. 

Məsələn : 

-  iqtisadi  qanunvericiliyin  və  cari  iqtisadi  durumun,  investisiya  şərai-

tinin və mənfəətin istifadə olunmasının qeyri-stabil olması ilə əlaqədar risk-

lər  xarici-iqtisadi  risk  (ticarət  və  idxala  ehtimal  olunan  məhdudiyyətlərin 

qoyulması, sərhədlərin bağlanması və s.) 

-  siyasi  vəziyyətin  qeyri-müəyyənliyi,  ölkədə  və  ya  bölgədə  qeyri-

qənaətbəxş sosial-siyasi dəyişikliklər riski 

- təbii-iqlim şəraitinin qeyri-müəyyənliyi, təbii fəlakətlər ehtimalı 

Yuxarıda qeyd edilmiş risklər və “fors-major” halları biznes-planlarda 

nəzərə  alınmalı  və  bu  kimi  hallardan  sığortalanmaq  üçün  tədbirlər  planı 

hazırlanmalıdır. 

 Kreditin ödənilmə mərhələləri. Kreditlərin ödənilməsi və qaytarılması 

şə

rtləri  tərəflər  arasında  bağlanmış  kredit  müqaviləsinə  uyğun  olaraq  tən-



zimlənir. Bundan başqa kreditin ödənilməsi qrafiki sahibkar tərəfindən müs-

təqil  şəkildə  tərtib  edilə bilər.  Bir  şərtlə  ki,  kreditorlar  tərəfindən  müəyyən 

edilmiş  güzəşt  müddətləri  nəzərə  alınmalıdır.  Kreditlərin  növlərindən  asılı 

olaraq onların qaytarılma müddətinin uzadılması və ya vaxtından əvvəl ödə-

nilməsi üçün şərtlər və səbəblər müəyyən olunmalıdır.  

 Kreditin girov təminatı.

 Girovla bağlı münasibətlər Azərbaycan Res-

publikasının  “Mülki  Məcəlləsi”  və  “Girov  haqqında”  qanunla  tənzimlənir. 

Girov müqaviləsi notarial qaydada təsdiqlənməli, girov hüquqları isə dövlət 

qeydiyyatına  alınmalıdır.  Girovun  dövlət  qeydiyyatını  müvafiq  icra  haki-

miyyəti  orqanı  aparır.  Girov  verilən  əmlakın  qiymətləndirilməsində  əsas 

faktor  girovun  likvidliyi,  yəni  girovun  tez  bir  vaxtda  satılaraq  pula  çev-

rilməsidir. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

236 


XVI FƏSİL. BİZNESİN RESTRUKTURİZASİYASI 

 

16.1. Restrukturizasiyanın mahiyyəti və əsas mərhələləri 

 

Bazar  iqtisadiyyatında  biznes  fəaliyyətinin  həyata  keçirilməsi  şərtlə-

rinin sürətlə dəyişməsi ilə əlaqədar olaraq firma və müəssisələr öz mövqelə-

rini  qoruyub  saxlamaq  və  inkişaf  etdirmək  üçün  fəaliyyətlərini  xarici 

mühitin tələblərinə uyğun qurmalıdırlar. Rəqabətli bazar şəraitində müəssisə 

fasiləsiz  şəkildə  xarici  mühitin  tələblərinə  daha  yaxşı  uyğunlaşmaq  və  öz 

fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün dəyişikliklər həyata keçirir. Bu 

baxımdan,  müasir  dövrdə  biznesin  həyata  keçirilməsi  şərtləri  həmişə 

dəyişiliklərə hazır olmağı tələb edir.  

Xarici mühitdə sürətlə baş verən dəyişikliklər və bununla əlaqədar ya-

ranan  qeyri-müəyyənlik  şəraitində  müəssisənin  idarə  edilməsinin  müasir 

vasitələrindən biri strateji idarəetmədir. Təcrübə göstərir ki, kompleks stra-

teji  planlaşdırma  və  idarəetməni  həyata  keçirən  müəssisə  digərlərinə  nis-

bətən daha səmərəli fəaliyyət göstərir. Strategiya müəssisənin məqsədlərini 

və  onların  həyata  keçirilməsi  yollarını  müəyyən  edir.  Bu  da  müəssisənin 

fəaliyyət  imkanlarının  və  qəbul  edilən  idarəetmə  qərarlarının  sərhədlərini 

müəyyənləşdirdiyindən  onun  strategiyasında  baş  verən  istənilən  dəyişiklik 

biznes fəaliyyətinin bütün tərəflərinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  ədəbiyyatda  "restrukturizasiya" 

anlayışının məzmununa dair müxtəlif fikirlər mövcuddur. Rus iqtisadçıları 

İ

.İ.Mazur  və  V.D.Şapiro  müəssisənin  restrukturizasiyasını,  bazarın  xarici 



şə

rtlərinə və onun inkişaf strategiyasına uyğun olaraq müəssisənin fəaliy-

yət  metod  və  şərtlərinin  kompleks  şəkildə  dəyişdirilməsi  prosesi  kimi 

müəyyən etmişdir. L.P.Straxova və Q.V.Butkovskaya da təqribən bu möv-

qedən  çıxış  edərək  qeyd  edirlər  ki,  restrukturizasiya  müəssisənin  özünün 

rəqabətqabiliyyətini bərpa etməsinə imkan verən təşkilati, texniki, maliyyə 

xarakterli  tədbirlər  kompleksinin  həyata  keçirilməsidir.  Q.V.Buliçeva  da 

həmin  mövqeyə  oxşar  olaraq  göstərir  ki,  restrukturizasiya  prosesini  biz-

nesin  dəyərinin  artmasına  gətirib  çıxaran  istehsal  resurslarından  səmərəli 

istifadənin təmin olunması kimi müəyyənləşdirmək olar. Fikrimizcə, qeyd 

edilən  təriflər  "restrukturizasiya"  anlayışının  mahiyyətini  tam  ifadə  etmir 

və nisbətən mücərrəd xarakter daşıyır.  

İ

ngilis  dilindən  tərcümədə  restrukturizasiya  (restructring)  –  nəyinsə 



strukturunun  yenidən  qurulmasını  ifadə  edir.  Latın  sözü  olan  struktur 

(srtructura)  qayda,  yerləşmə,  quruluş  deməkdir.  Əgər  müəssisəyə  xarici  və 

daxili  mühitin  təsirinə  məruz  qalan  mürəkkəb  sistem  kimi  baxsaq,  "müəs-

sisənin restrukturizasiyası"na aşağıdakı kimi tərif vermək olar: 



Бизнесин тяшкили вя идаря едилмяси 

237 


Müəssisənin  restrukturizasiyası  –  xarici  mühitin və  ya  daxili mühitin 

təsiri  ilə  müəssisənin  strukturunun  (başqa  sözlə,  onun  elementlərinin 

nizamının, yerləşməsinin), həmçinin onun biznesini formalaşdıran element-

lərin  strukturunun  dəyişdirilməsidir.  Rus  iqtisadçısı  M.D.Aitstova  da  bu 

mövqedən çıxış edərək düzgün olaraq qeyd edir ki, restrukturizasiya – təsər-

rüfat  təşkilatının  (aktivlərinin,  mülkiyyətinin,  maliyyəsinin,  idarəetmənin, 

kadrların və s.) strukturunun radikal şəkildə dəyişdirilməsidir. Biznesin res-

trukturizasiyasına  müəssisənin  idarəetmə  sisteminin,  maliyyə-iqtisadi  siya-

sətinin,  operativ  fəaliyyətinin,  marketinq  və  satış  sisteminin,  heyətin  idarə 

edilməsinin təkmilləşdirilməsi daxildir. 

Müasir  iqtisadi  ədəbiyyatda  "müəssisənin  islahatı",  "müəssisənin 

yenidən  təşkili",  "müəssisənin  restrukturizasiyası",  "reinjinirinq"  anla-

yışlarından  geniş  istifadə  edilir.  Lakin  bu  anlayışların  məzmununa  dair 

yanaşmalar  müxtəlifdir.  Belə  ki,  rus  iqtisadçıları  İ.İ.  Mazur  və 

V.D.Şapiro  müəssisənin  restrukturizasiyasına  həm  onun  yenidən  təşki-

lini, həm də islahatını aid edirlər. Digər rus iqtisadçısı M.D. Aistova isə 

müəssisənin  restrukturizasiyasını,  yenidən  təşkilini,  reinjinirinqi  müəs-

sisənin  islahatının  tərkib  elementləri  hesab  edir.  Bəzi  tədqiqatçılar  isə 

"islahat" və "restrukturizasiya" anlayışlarını bir sıraya qoyurlar. Onların 

fikrincə,  islahat  müəssisənin  strategiyasına  və  yenidən  təşkilinə, 

restrukturizasiya isə əsasən müəssisənin və onun istehsal etdiyi məhsul-

ların çeşidinin dəyişdirilməsinə aiddir. Fikrimizcə, müəssisənin islahatı 

daha  geniş  anlayışdır  və  müəssisənin  fəaliyyətinin  yaxşılaşdırılmasına 

yönəldilmiş  bütün  əsaslı  xarakterə  malik  tədbirləri  əhatə  edir. 

M.V.Odinçov,  L.V.Eckin  düzgün  olaraq  qeyd  edirlər  ki,  restrukturiza-

siya  müəssisənin  islahatı  proqramının  bir  hissəsidir  və  müvafiq  olaraq 

ona  müəssisənin  fəaliyyətinin  səmərəliliyinin  artırılmasına  səbəb  olan 

ə

sas islahat mexanizmlərindən biri kimi baxmaq olar. 



Müəssisənin  restrukturizasiyası  iqtisadi  islahatlar  nəticəsində  qarşıya 

qoyulan  məqsədə  nail  olunması  vasitəsidir.    Beləliklə,  restrukturizasiya 

müəssisənin  maliyyə  təsərrüfat  fəaliyyətinin  səmərəliliyinin  yüksəldilməsi 

vasitələrindən biri kimi müəssisənin islahatı proqramının tərkib hissəsidir.  

Müəssisədə  müsbət  nəticələrə  nail  olmaq üçün  onun daxili imkan-

larının  aktivləşdirilməsi,  strategiyasının  əhəmiyyətli  dərəcədə  dəyişdiril-

məsi,  yenidən  təşkili  və  səmərəli  idarəetmənin  yaradılması,  başqa  sözlə, 

müəssisədə  iqtisadi  islahatların  aparılması  zəruridir.  Müəssisənin  islahatı 

anlayışı  müəssisə  fəaliyyətinin  bütün  tərəflərinin  islahatını  nəzərdə  tutur 

ki,  buna  da  məhsulun  istehsalı  və  satışı  sahəsindəki  dəyişikliklər  və  res-

trukturizasiya daxildir. Deməli, mülkiyyət formasının dəyişməsi də müəs-

sisənin restrukturizasiyasının nəticəsidir. Müəssisənin mülkiyyətinin struk-

turunun dəyişməsi korporativ restrukturizasiyanın növlərindən biridir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

238 


Son illərdə inkişaf etmiş ölkələrdə müəssisələrin islahatı həyata keçiri-

lərkən  biznesin  reinjinirinqinə  xüsusi  fikir  verilir.  Reinjinirinq  dedikdə, 

müəssisənin  fəaliyyətinin  radikal  şəkildə,  sıçrayışla  yaxşılaşdırılması  üçün 

biznes  proseslərinin  köklü  şəkildə  yenidən  qurulması  (yenidən  layihələn-

dirilməsi)  başa  düşülür.  Reinjinirinq  dəyər,  keyfiyyət,  servis  xidməti, 

maliyyə, marketinq, informasiya sistemlərinin qurulması və s. biznesin bu 

kimi  göstəricilərinin  dərindən  dərk  olunması  və  radikal  şəkildə  yenidən 

qurulmasını əks etdirir.  

Müəssisənin  yenidən  təşkili  – müəssisənin  əsas vəsaitlərinin,  istehsal 

potensialının  saxlanılması  şərtilə  onun  təşkilati  strukturunun  və  idarəetmə 

sisteminin  dəyişdirilməsi  və  yenidən  qurulması  prosesidir.  Bu  prosesdə 

təşkilati-idarəetmə aspekti üstünlük təşkil edir. 

Biznesin restrukturizasiyası müəssisənin fəaliyyətinin idarə edilmə-

sinin və maliyyəsinin strukturunun köklü şəkildə dəyişdirilməsinə yönəl-

dilmiş  prosesi  əks  etdirir.  Bu  prosesdə  əsas  məqsəd  müəssisədə  istehsal 

amillərindən  daha  səmərəli  istifadə  olunmasını  təmin  etməkdir.  Qeyd 

edilən  məqsədə  nail  olmaq  üçün  müəssisənin  struktur  cəhətdən  yenidən 

qurulması  prosesi  biznes-vahidləri  kompleksinin  yaradılmasına  isti-

qamətlənir. Müəssisənin idarə edilməsinin yeni təşkilati formasının seçil-

məsi,  investisiya  qoyuluşlarının  tərkibi  və  strukturuna  əsaslı  şəkildə  ye-

nidən  baxılması  və  s.  bu  kimi  dəyişikliklər  restrukturizasiya  üçün  əsas 

ola bilər. 

İ

qtisadçıların  digər  bir  qrupu  müəssisədə  həyata  keçirilən  bütün 



yenidənqurma  tədbirlərini  deyil,  yalnız  onun  fəaliyyətini  köklü  şəkildə 

dəyişdirə bilən tədbirləri biznesin restrukturizasiyasına aid edirlər. Məsə-

lən, professor A.B.Abbasov qeyd edir ki, kompleks, fasiləsiz proses olan 

restrukturizasiya müəssisələrin  yeni texnika və mütərəqqi texnologiyalar 

ə

sasında  modernləşdirilməsini,  istehsal-təsərrüfat  fəaliyyətinin  səmərəli-



liyinin  artırılmasını,  rentabellik  və  əmək  məhsuldarlığı  göstəricilərini 

yüksəltməklə  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılmasını  nəzərdə 

tutur. Restrukturizasiya müəssisənin səmərəliliyi və rəqabət qabiliyyətlili-

yini  bərpa  etməyə  imkan  verən  zəruri  və  nisbətən  çətinliklə  həyata  keçi-

rilən tənzimləyici prosesdir. 

 

16.2. Biznesin restrukturizasiyasının aparılması mexanizmi 



 

Biznesin  restrukturizasiyasında  həm  bazara  adaptasiya  olunmuş  və 

onun tələblərinə hələ uyğunlaşmamış, həm də maliyyə-iqtisadi vəziyyəti pis 

olan  bütün  müəssisələr  maraqlı  olurlar.  Çünki  əmtəə  və  maliyyə  bazarla-

rında baş verən dəyişikliklər nəticəsində əmtəə və xidmətlərə olan tələb və 

təklifin  ciddi  şəkildə  dəyişməsi  müəssisələrin  aktivlərinin  strukturuna  əhə-

miyyətli  şəkildə  təsir  göstərir.  Aydındır  ki,  müəssisənin  balansında  iri 


Бизнесин тяшкили вя идаря едилмяси 

239 


yaşayış evləri, istifadə olunmayan binalar, maşın və avadanlıqlar varsa və ya 

ə

sas  fondların  bir  hissəsindən  səmərəli  istifadə  etmək  imkanları  məh-



duddursa, onların saxlanması ilə əlaqədar xərclər müəssisənin rəqabətqabi-

liyyətini  aşağı  salır.  Digər  mühüm  məsələ,  əsas  fondların  (əsas  kapitalın) 

köhnəlməsi ilə əlaqədardır. Müəssisədə əsas fondların tərkibində köhnəlmiş 

maşın  və  avadanlıqların  çox  olması  istehsalın  səmərəliliyinə  mənfi  təsir 

göstərir.   

Müəssisənin  passivlərinin  strukturunun  optimallığı  da  müəssisənin 

rəqabət qabiliyyətinə və onun bazarda kapitallaşma səviyyəsinə əhəmiyyətli 

təsir göstərir. Əgər kreditor borclarının məbləği artırsa və müəssisənin ma-

liyyə  vəziyyəti  pisləşirsə,  onda  müəssisənin  investisiya  cəlb  etmək  və 

bazardakı mövqeyini saxlamaq imkanları xeyli məhdudlaşır.  

Biznesin  restrukturizasiyasını  həyata  keçirməzdən  qabaq  müəs-

sisənin  fəaliyyətinin  maliyyə-iqtisadi  göstəriciləri  təhlil  olunur.  Təhlil 

edilən  göstəricilərə:  müəssisənin  fəaliyyətinin  nəticələri  (mədaxil,  maya 

dəyəri,  mənfəət,  rentabellik,  istehsal  gücündən  istifadə  səviyyəsi,  debitor 

və kreditor borclarının həcmi, işçilərin sayı, əmək haqqı fondu); kapitalın 

və işgüzar fəallığın strukturu (xüsusi və borc vəsaiti, ehtiyatların və xüsusi 

dövriyyə vəsaitlərinin dövriyyə sürəti); likvidlikik və ödəməqabiliyyətlilik 

(cari  likvidlik  əmsalı,  dövriyyə  vəsaitlərilə  təmin  olunma  əmsalı)  gös-

təriciləri  aiddir.  Müəssisənin  istehsal-təsərrüfat  fəaliyyətini  qiymətləndir-

məyə imkan verən əsas göstəricilərin təhlili, onun mövcud vəziyyətinin və 

perspektivini  qiymətləndirməyə  imkan  verir.  Təhlil  prosesində  müəssisə-

nin fəaliyyətinə vergilərin təsiri də araşdırılır. Müxtəlif səviyyəli büdcələrə 

və  büdcədənkənar  fondlara  ödənişlərin  strukturunu  araşdırmaqla  müəs-

sisənin  aktiv  və  passivlərinin  strukturunu  dəyişməklə  vergi  ödənişlərini 

minimuma endirmək imkanlarını müəyyənləşdirmək mümkün olur.  

Biznesin  restrukturizasiyası  haqqında  qərarın  qəbul  edilməsindən 

ə

vvəl əmtəə bazarlarının təhlili aparılır. Bu zaman bazarda hansı əmtəələrə 



və  xidmətlərə  tələbatın  olduğu,  istehlakçıların  tələbləri  və  s.  məsələlər 

öyrənilir.  Aparılmış  təhlil  müəssisənin  istehsal  etdiyi  məhsulların  çeşid 

strukturunun  müəyyənləşdirilməsi  haqqında  qərarın  qəbul  edilməsi  üçün 

ə

sas sayılır ki, bu da istehsalın strukturunu müəyyənləşdirməyə imkan verir.   



İ

qtisadi  ədəbiyyatda  müəssisənin  restrukturizasiyasının  aparılması 

mərhələlərinə  dair  vahid  fikir  yoxdur.  Belə  ki,  TASİS  proqramı  əsasında 

işləyən  mütəxəssislər  biznesin  restrukturizasiyasını  üç  mərhələyə  bölürlər. 

Birinci  mərhələyə  müəssisənin  təşkilati  və  idarəetmə  restrukturizasiyası, 

onun  fəaliyyətinin  və  əsas  vəsaitlərinin  yenidən  təşkili;  ikinci  mərhələyə 

maliyyə  restrukturizasiyası,  yeni  avadanlıqlara  və  əmək  resurslarına  inves-

tisiya qoyuluşu; üçüncü mərhələyə isə mülkiyyət hüququnun yenidən təşkili 

aiddir.  İngilis  iqtisadçıları  A.A.Bivan,  S.Estrin  və  Y.S.Şaffer  də  biznesin 

restrukturizasiyasının mərhələlərini həmin yanaşmaya uyğun bölürlər. Onlar 



Бизнесин тяшкили вя идаря едилмяси 

240 


qeyd edirlər ki, restrukturizasiyanın başlanğıc mərhələsində firma qısamüd-

dətli dövrdə maya dəyərinin tərkibində dəyişən xərc komponentlərinin azal-

dılması  üzrə  tədbirlərin  tətbiqini  nəzərdə  tutur,  uzunmüddətli  perspektivdə 

isə  səmərəliliyin  yüksəldilməsini  şərtləndirən  müəssisənin  daxili  struk-

turunun dəyişdirilməsi, kapitala investisiya qoyuluşu, bir sözlə, müəssisənin 

islahatı tədbirlərinin həyata keçirilməsi mümkündür. 

 Biznesin  restrukturizasiyası  mərhələlərini  müəyyənləşdirmək  üçün 

digər  yanaşmanı  Dünya  Bankının  proqramı  üzrə  restrukturizasiya  prob-

lemləri üzərində işləyən  "Roland Berqer və Partner" beynəlxalq konsaltinq 

firması təklif edir. Bu yanaşmaya görə restrukturizasiya prosesi iki mərhələ-

yə bölünür: 

- operativ tədbirlər planı üzrə restrukturizasiya; 

- biznes proseslərin optimallaşdırılması (tədbirlərin menecmenti). 

Birinci  mərhələnin  tərkibinə  mövcud  vəziyyətin  kompleks  təhlili, 

həyata keçiriləcək tədbirlərin kompleks proqramı, müəssisənin fəaliyyətinin 

strateji istiqamətlərinin müəyyənləşdirilməsi; ikinci mərhələ isə müəssisədə 

ə

sas  proseslərin  optimallaşdırılması  və  onun  uzunmüddətli  inkişaf  strategi-



yasının dəqiqləşdirilməsini nəzərdə tutur.  

Fikrimizcə, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin möv-

cud  vəziyyətini  və  makroiqtisadi  durumu  nəzərə  alaraq  biznesin  restruktu-

rizasiyası  prosedurasının  TASİS  layihəsində  nəzərdə  tutulduğu  kimi  apar-

maq  daha  məqsədəuyğundur.  Belə  yanaşma  restrukuturizasiyanın  operativ 

və srateji hissələrə bölünməsini də ifadə edir.  

TASİS-in  yanaşmasına  görə  biznesin  restrukturizasiyasının  aparılması 

mərhələləri aşağıdakı kimi verilmişdir (şəkil 16.1).  



Birinci  mərhələ müəssisənin qısamüddətli dövrdə ümumi vəziyyətinin 

yaxşılaşdırılmasını nəzərdə tutur. Bu mərhələdə təşkilati-idarəetmə restruktu-

rizasiyası,  müəssisənin  fəaliyyətinin  və  əsas  vəsaitlərinin  yenidən  təşkili 

həyata keçirilir.  

Biznesin  restrukturizasiyasının  təşkilati  və  inzibati  məsələlərinə 

müəssisənin  fəaliyyətinin  profilə  uyğun  və  optimal  növlərinin  və  satış 

bazarlarının müəyyən  edilməsi, onun  fəaliyyətinin zəif  tərəflərinin təh-

lili və yaxşılaşdırılması üçün tədbirlərin (az xərcə və müəssisənin daxili 

resurslarının  yenidən  bölüşdürülməsi  əsasında)  hazırlanması  daxildir. 

Adətən  biznesin  restrukturizasiyasının  birinci  mərhələsi  müəssisənin 

fəaliyyətində  (marketinqdə,  satışda,  maliyyədə  və  s.)  olan  çatışmaz-

lıqların aradan qaldırılmasına yönəldilir. 

 

 

 



 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

241 


 

 

Şə

kil 16.1. Müəssisənin restrukturizasiyasının  



aparılması mərhələləri 

 

Müəssisənin  fəaliyyətinin  yenidən  təşkili  ilə  əlaqədar  aşağıdakı 



tədbirlər həyata keçirilir: 

-  perspektiv  inkişaf  baxımından  səmərəli  olmayan,  müəssisənin 

ümumi  gəlirinin  aşağı  salınmasına  gətirib  çıxaran  nisbətən  aşağı  ren-

tabelli məhsulların istehsalını dayandırmaq; 

- rentabelli məhsulların istehsalı və satışını genişləndirmək; 

-  müəssisədə   mövcud   maddi  və qeyri-maddi aktivlərdən  istifadə 

etməklə  profilə  uyğun  məhsullarla  yanaşı  digər  məhsulların  buraxılışı 

hesabına istehsalın diversifikasiyasnı təmin etmək; 

-  kommersiya  cəhətdən  perspektivli  profilə  uyğun  yeni  məhsul-

ların istehsalını təşkil etmək və s. 

Müəssisə öz inkişafının müəyyən mərhələsində onun malik olduğu 

ayrı-ayrı  aktivlərdən  (bəzi  istehsallardan  və  ya  törəmə  müəssisələrdən) 

ə

ldə edilən gəlir müəssisədə qəbul edilmiş meyarlara cavab vermir. Belə 



şə

raitdə müəssisə aşağıdakı yollardan birini seçməlidir: 

- aktivlərdə istifadə sahəsində mövcud problemlərin aradan qaldırıl-

ması. Bu variantın əsas üstünlüyü zəruri aktivlərin müəssisədə saxlanma-

sı  və  sanasiya  tədbirlərindən  sonra  müəssisə  aktivlərinin  dəyərinin  art-

masıdır; 

Биринжи мярщяля 

Сонунжу мярщяля 

 

Икинжи мярщяля 



 

Малиййя реструктуризасийасы 

Йени аваданлыглара инвестисийа  

Ямяк ресурсларына инвестисийа  

Мцлкиййят щцгугунун йенидян тяшкили 

Тяшкилати вя идаряетмя реструктуризасийа  

Мцяссисянин фяалиййятинин вя ясас вясаитлярин йенидян тяшкили 


Бизнесин тяшкили вя идаря едилмяси 

242 


-  sonradan  satışın  həyata  keçirilməsi ilə  məhdud  şəkildə  restruktu-

rizasiya tədbirlərinin həyata keçirilməsi. Bu  yolun əsas üstünlüyü ondan 

ibarətdir ki, gəliri az olan aktivlər və ya biznes nisbətən məhdud həcmdə 

resurslar  sərf  etməklə  restrukturizasiya  olunduqdan  sonra  müəssisəni 

nisbətən yüksək qiymətə satmaq mümkün olur. Lakin bu variantda həyata 

keçirilən  tədbirlərin  gəliri  az  olan  aktivlərin  və  ya  biznesin  qiymətinin 

artırılması üçün kifayət etməməsi riski mövcuddur; 

-  az  gəlirli  aktivlərin  və  ya  biznesin  təcili  satışı.  Bu  variantın  əsas 

müsbət  cəhətlərinə  aiddir:  birincisi,  müəssisənin  qısa  müddətdə  əməliy-

yat xərcələrinə qənaət etməklə səmərəli olmayan biznesdən (aktivlərdən) 

azad  olur  və  əldə  edilmiş  vəsaitləri  daha  sərfəli  aktivlərin  alınmasına 

yönəltmək  imkanı  qazanır;  ikincisi  isə,  müəssisə  bütün  səylərini  əsas 

fəaliyyətə istiqamətləndirə bilir.  

Praktikada  daha  geniş  tətbiq  edilən  restrukturizasiya  mexanizmlərinə 

rentabelsiz  istehsalın  ləğvi;  müəssisələrin  sosial  və  qeyri-istehsal  obyekt-

lərin  saxlanılmasından  azad  edilməsi;  əmlakın  ayrı-ayrı  müəssisələrə  bö-

lünməsi və bunun əsasında törəmə müəssisələrin yaradılması; istifadə olun-

mayan  aktivlərin  satılması,  kirayə  verilməsi  və  hesabdan  silinməsi;  yeni 

yüksək  məhsuldar  avadanlıqların  alınması,  lizinqi;  anbarlarda  ehtiyatların 

azaldılması,  istifadəsiz  qalan  yerlərin  satışı  və  kirayəyə  verilməsi;  debitor 

borcların qaytarılmasına nəzarətin gücləndirilməsi və s. aiddir.  

İ

kinci mərhələ birinci mərhələnin nəticələrinə əsaslanır və həyata ke-



çiriləcək tədbirlərin çoxu investisiya qoyuluşları tələb edir. Bu mərhələ ma-

liyyə  restrukturizasiyasını,  yeni  maşın  və  avadanlıqların  alınması  və  tətbi-

qini, kadrların hazırlanması və ixtisas səviyyələrinin artırılmasını əhatə edir. 

Maliyyə  restrukturizasiyası  müəssisənin  maliyyə  vəziyyətinin  yax-

ş

ılaşdırılması  məqsədilə  həyata  keçirilir.  Burada  debitor  və  kreditor  öhdə-



liklərinin restrukturizasiyası mühüm yer tutur. Müəssisənin borclarının res-

trukturizasiyası dedikdə, bu borcların ödənilməsi şərtlərinin dəyişdirilməsi-

nə  və  ya  onun  başqa  növ  öhdəliyə  çevrilməsinə  istiqamətlənmiş  tədbirlər 

kompleksi nəzərdə tutulur. 

Biznes subyektinin kreditor borclarının artması onun maliyyə restruk-

turizasiyasını  zəruri  edir.  Maliyyə  restrukturizasiyasının  əsas  məqsədi 

biznesin  maliyyə  vəziyyətinin  yaxşılaşdırılması  məqsədini  daşıyır.  Qeyd 

etmək  lazımdır  ki,  müəssisənin  maliyyə  vəziyyətini  müəyyən  göstəricilər 

sistemi  vasitəsilə  qiymətləndirirlər.  Bu  göstəricilərin  böhranlı  hədləri  olur 

ki,  müəssisə  bu  böhranlı  hədlər  səviyyəsinə  düşdükdə  müəssisənin  res-

trukturizasiyasına ehtiyac yaranır. 

Müəssisənin aktivlərinin restrukturizasiyası həm də onun debitor borc-

larının  restrukturizasiyanı  da  nəzərdə  tutur.  Çünki    debitor  borcları  müəs-

sisənin aktivlərinə daxildir. Bununla belə, debitor borcları müəssisəyə olan 

borclar  olduğundan  həm  də  maliyyə  restrukturizasiyası  çərçivəsində  də 


Бизнесин тяшкили вя идаря едилмяси 

243 


baxılır. Debitor borclarının restrukturizasiyası onun ödənmə müddətinin də-

yişdirilməsi  və  bir  debitorun  debitor  borclarının  digərlərinkinə  mübadiləsi 

yolu  ilə  həyata  keçirilir.  Debitor  borcunun  ödənmə  müddətinin  dəyişdi-

rilməsi  borclunun  kreditor  borclarının  restrukturizasiyası  ilə  əlaqədardırsa, 

debitor  borclarının  mübadiləsi  müəssisənin  aktivlərinin  strukturunun  yax-

ş

ılaşmasına və onların likvidliyinin artmasına gətirib çıxarır.   



Biznesin  restrukturizasiyasının  sonuncu  mərhələsi  mülkiyyətin  re-

strukturizasiyası adlanır. Bu mərhələdə müəssisənin passivlərinin restruktu-

rizasiyasının  variantları  təhlil  edilir,  onların  strukturu  və  əsas  elementləri, 

yəni nizamnamə və ehtiyat kapitalı, yığım fondu, bölüşdürülməmiş mənfəət, 

uzunmüddətli və qısamüddətli borc vəsaitləri,  əsas kreditorlara və büdcəyə 

olan borclar və s. qiymətləndirilir.  

Nizamnamə  kapitalının  restrukturizasiyası  müəssisənin  sahiblə-

rinin tərkibinin dəyişməsini nəzərdə tutur. Bu restrukturizasiya o zaman 

müsbət  nəticə  verir  ki,  kapitalın  artımı  təmin  edilsin.  Bununla  yanaşı 

nizamnamə  kapitalının  restrukturizasiyası  nəticəsində  müəssisə  özünün 

uzunmüddətli  və  qısamüddətli  kreditor  öhdəliklərini  artırmadan  əlavə 

maliyyə resursları, yeni  avadanlıq, texnologiyalar,  dövriyyə  vəsaitləri 

cəlb  edə  bilir  ki,  bu  da  onun  maliyyə-iqtisadi  vəziyyətini  əhəmiyyətli 

dərəcədə yaxşılaşdırır. 

Biznesin  idarə  edilməsinin  restrukturizasiyasını  həyata  keçirməzdən 

ə

vvəl istehsalın operativ və strateji təhlili aparılır, təşkilati qərarların hazır-



lanması və qəbulu üsulları təhlil edilir. Operativ rəhbərliyin məqsədi – bu-

raxılan  məhsulların  satışı  üzrə  sifarişlərin  artırılması  hesabına  istehsal  gü-

cündən maksimum istifadə olunmasına və bu sifarişlərin vaxtında və keyfiy-

yətlə  yerinə  yetirilməsinə  nail  olmaqdır.  Bu  zaman  istehsalın  modern-

ləşdirilməsi və investisiya qoyuluşlarının strukturunun dəyişməsi, idarəetmə 

sisteminin  yenidən  təşkilinə  səbəb  ola  bilən  əmtəələrin  yeniləşməsi  və 

keyfiyyətinin yüksəldilməsi perspektivi də nəzərə alınmalıdır.  

  İstehsalın  idarə  edilməsinin  restrukturizasiyası  haqqında  qərarın  qə-

bulu üçün buraxılan məhsulların hər bir növü üzrə marketinq tədqiqatlarının 

və  maliyyə-iqtisadi  təhlilin  nəticələri  əsas  rol  oynayır.  Təhlil  nəticəsində 

yaxın  perspektivdə  istehsal  ediləcək  əmtəə  növləri  və  onların  buraxılış 

istehsal həcmi müəyyən olunur. Bundan asılı olaraq yeni, rasional idarəetmə 

və istehsal bölmələrinin strukturu formalaşdırılır. 

Müəssisənin  iqtisadi  vəziyyətini  yaxşılaşdırmağa  imkan  verən  digər 

üsul  bir  neçə  müəssisənin  birliyindən  ibarət  olan  inteqrasiya  olunmuş 

strukturların formalaşdırılmasıdır. Məlum olduğu kimi, inteqrasiya olunmuş 

strukturlar holdinqlər, sənaye-maliyyə qrupları, konsern və s. formalarda ola 

bilər. Biznesin genişləndirilməsi strategiyası əsasında belə strukturlar  həm 

yeni  müəssisələrin  yaradılması,  həm  də  mövcud  müəssisələrin  bir  struk-

turda qovuşması və birləşməsi hesabına yaradıla bilər. Müəssisələrin inteq-



Бизнесин тяшкили вя идаря едилмяси 

244 


rasiyası  bir-birilə  əlaqəli  istehsalların  və  bir-birilə  əlaqəsi  olmayan  isteh-

salların birləşməsi əsasında həyata keçirilir. Bir-birilə əlaqəli istehsallar isə 

ş

aquli  və  üfüqi  formalarda  inteqrasiya  edilə  bilərlər.  Şaquli  formada 



inteqrasiya  məhsul  buraxılışının  texnoloji  mərhələləri  üzrə  ixtisaslaşmış 

müəssisələrin  yaradılması,  əldə  edilməsi  və  ya  onlar  üzərində  nəzarətin 

təmin olunması prosesidir. Üfüqi formada inteqrasiya isə bir fəaliyyət sfe-

rasında  işləyən  və  rəqabət  aparan  müəssisələrin  birliyini  ifadə  edir.  Təc-

rübədə  bəzən  şaquli  və  üfüqi  formada  inteqrasiya  olunmuş  strukturlarla 

yanaşı,  həm  də  əsas  fəaliyyətləri  bir-birilə  əlaqəli  olmayan  müəssisələrin 

birliyinə  də  rast  gəlinir.  Belə  strukturların  yaradılması  güclü  istehsal-

maliyyə  potensialını  səfərbər  etməyə  və  təmərküzləşdirməyə,  istehsal 

güclərini optimal yükləməyə və onlarla manevr etməyə imkan verir.  

 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin