AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə23/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
4 biznes


13.4.

  Strateji planın əsas elementləri və onların formalaşması 

 

Bir  çox  müəlliflər  strateji  planlaşdırmanın  konseptual  əsasları  kimi 



müəssisənin  missiyasını  təklif  edirlər.  Missiya  anlayışı  iqtisadi  ədəbiyyata 

hərbidən  gəlib.  Hərbidə  elmdə  missiya  dedikdə  yerinə  yetirilməsi  nəzərdə 

tutulan  tapşırıq  başa  düşülür.  İqtisad  elmində  isə  hər  bir  müəllif  missiya 

anlayışına  özünəməxsus  məna  verməyə  çalışır.  Onlardan  ən  geniş  ya-

yılanları qeyd etmək istəyirik: 

-  missiya – biznes növünü fərqləndirən məqsədin dəqiq 

xarakteristikasıdır; 

-  missiya – biznesin mövcud olması səbəbinin deklarasiyasıdır; 

-  missiya  –  uzunmüddətli  perspektivdə  biznesə  baxışdır,  hansı  ki, 

necə olmağa  cəhd edir və kimə xidmət göstərir. 

-   Çox vaxt missiyanı biznesin məqsədi, fəlsəfəsi, dəyəri və prinsipi, 

yaxud sadəcə təsəvvürü kimi müəyyənləşdirmək olar. 

Missiyaya  verilən  müxtəlif  təriflərin  təhlili  göstərir  ki,  onlardan  hər 

biri aşağıdakı suallara cavabı formalaşdırmağa özünəməxsus cəhddir: 

1.  Biz nə edirik və başqalarının elədiklərindən nə ilə fərqlənirik? 

2.  Bizim məhsulu, yaxud xidməti alan istehlakçı hansı faydanı görür? 

3.  Bizim biznes həyatı nəyi dəstəkləyir və nəyə xidmət edir? 

4.  Bizim istehlakçı kimdir? O bizdən nə gözləyir? 

Başqa  sözlə,  missiyanın  formalaşdırmağa  edilən  bütün  səylər  biznes 

fəaliyyətinin  mahiyyətini,  yəni  biznes-ideyasını  müəyyənləşdirməyə  göstə-

rilən cəhddir. 

Müəssisənin fəaliyyəti o zaman uğurlu sayılır ki, onun istehsal etdiyi 

məhsul,  yaxud  göstərdiyi  xidmət  son  nəticədə  sahibkara  mənfəət  gətirir. 

Uğurlu  biznesin  əsasını  ilə  istehsal-kommersiya  fəaliyyət  növü  təşkil  edir, 

hansı  ki,  müəyyən  istehlak  dəyəri  yaradır  və  onu  istehlakçılar  müəyyən 


Бизнесин тяшкили вя идаря едилмяси 

206 


qiymətlə  almağa  hazırdırlar.  İşgüzar  uğur  qazanmağa  imkan  verən  biznes-

ideyasını formalaşdırmaqdan ötrü aşağıdakı işlərin görülməsi vacibdir: 

-  istehlakçı üçün dəyəri olan  faydalı işin yaradılmasının yeni 

üsulunu açmaq; 

-  həmin faydalı işin yaradılmasını təmin edən xüsusi qabiliyyətlərin 

kombinasiyasını yaratmaq; 

-  unikal formula yaratmaq, hansı ki, onun köməyilə yaradılan 

faydalı işin dəyərində maksimum sahibkarlıq mənfəəti əldə edilsin. 

Biznes  ideyası  bazar  tələbatının,  müəssisənin  daxili  qabiliyyətinin, 

müəssisənin  qabiliyyətinin  inkişaf  imkanlarının  və  biznesin  fəaliyyət  gös-

tərdiyi şəraitin təhlili nəticəsində formalaşır. 

Biznes  ideyasını  formalaşmaqdan  ötrü  tələb  və  təklifin  strukturunu, 

müəssisənin malik olduğu kapitalın strukturunu, həmin biznes növünün in-

kişaf  perspektivini  öyrənmək  vacibdir.  Bundan  başqa  müəssisənin  öz  ka-

pitalının  strukturunu  biznesin  perspektiv  növünə  uyğunlaşdıra  bilməsi 

imkanını da aydınlaşdırmaq lazımdır. 

Biznes-ideyasının  formalaşdırılmasında  müəssisənin  biznes  potensia-

lının  təhlili  və  sahibkarlıq  risklərinin  nəzərə  alınması  müstəsna  əhəmiyyət 

kəsb edir. 

Müəssisənin biznes potensialı dedikdə maddi və qeyri-maddi, maliyyə, 

ə

mək,  intellektual  və  mənəvi  aktivlərin  məcmusu  başa  düşülür,  hansı  ki, 



təhlil aparılan zaman müəssisə malikdir və biznes fəaliyyətində tam istifadə 

edə bilər. Biznes potensialının təhlilində məqsəd seçilən biznes fəaliyyətini 

həyata keçirmək üçün müəssisənin imkanlarını müəyyənləşdirmək və onları 

səfərbərliyə almaqdan ibarətdir. Bu təhlilin nəticəsindən müəssisənin biznes 

məkanına inteqrasiyası üsulu, vasitəsi və həddinin müəyyənləşdirilməsi ba-

rədə qərarın qəbulu asılıdır. 

Sahibkarlıq riskləri müxtəlif səbəblərdən, xüsusilə istehlakçının müəs-

sisənin istehsal etdiyi məhsulun, yaxud xidmətin alınmasından imtina etməsi 

nəticəsində baş verir ki, bu da müəssisəyə həmin səbəbdən dəyən maddi və 

mənəvi zərərin miqdarını müəyyən edir. 

Öz  biznesini inkişaf etdirmək məqsədilə müəssisənin fəaliyyətinin is-

tiqaməti və xarakteri biznes məkanında onun strateji mövqeyindən bilavasitə 

asılıdır.  Bu  mövqeyin  qiymətləndirilməsi  müəssisə  üçün  işgüzar  mühitdə 

davranış  xəttini  və  məqsədini  müəyyənləşdirmək  imkanı  yaradır.  Strateji 

mövqe daxili imkanlar, xarici qüvvələr və mühit arasında nisbətdir, hansı ki, 

təsir altında müəssisə konkret istehsal-təsərrüfat fəaliyyəti prosesinə düşür. 

Müəssisənin strateji mövqeyi biznes fəaliyyətini nə dərəcədə effektiv apar-

ması barədə qəti fikir sürməyə əsas vermir, ancaq o, biznesin inkişafı üsul-

ları  və  istiqaməti  barədə  nəticə  çıxarmağa  imkan  verir.  Tutduğu  strateji 

mövqeyindən asılı olaraq bu aqressiv, konservativ, müdafiə üsulu ola bilər. 



Бизнесин тяшкили вя идаря едилмяси 

207 


Tutduğu  strateji  mövqeyindən  asılı  olaraq  müəssisə  öz  biznesini 

inkişaf  etdirmək  üçün  müəyyən  məqsədli  istiqamət  seçir.  Araşdırmalar 

göstərir ki, bu cür davranış istiqamətləri doqquz ola bilər: 

-  biznesin aparılması ilə əlaqədar risklərin minimumlaşdırılmasına 

göstəriş: 

-  həmin biznesin növündə müəssisənin üstünlüyünün təsdiqinə 

göstəriş; 

-  həmin biznesin növündə müəssisənin lider mövqeyinin 

saxlanmasına göstəriş; 

-  istehsal-kommersiya əməliyyatlarının nəticələrinin artırılmasına 

göstəriş; 

-  bazarda müəssisənin seçki ekspansiyasına göstəriş; 

-  biznesin artımına göstəriş; 

-  itkilərin və qeyri-məhsuldar xərclərin minimumlaşdırılmasına 

göstəriş; 

-  biznesin  ehtiyatlı  ekspansiyasına,  yaxud  onun  mümkün 

məhdudlaşdırılmasına göstəriş; 

-  bazarın inkişafına göstəriş; 

Biznesin aparılması ilə əlaqədar riskin minimumlaşdırılmasına göstəriş 

özünün  bazar  seqmentini  ağıllı  azaltmaq  və  öz  daxili  potensialını  bazarın 

tələbatına  uyğunlaşdırmaq  yolu  ilə  həmin  biznes  növündə  mənfəət  norma-

sının artırılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsini müəssisədən 

tələb edir.       


Бизнесин тяшкили вя идаря едилмяси 

208 


XIV FƏSİL. FİRMADAXİLİ PLANLAŞDIRMA 

 

14.1. Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi 

 

Planlaşdırma  sahibkarlıq  fəaliyyətinin  mühüm  tərkib  hissəsidir.  Plan-



laşdırmanın  vacibliyi  “planlaşdır,  yaxud  planlaşdıracaqsan”  məşhur  afo-

rizmdə ifadə edilmişdir. Bu fikrin mənası ondan ibarətdir ki, öz fəaliyyətini 

planlaşdırmağı  bacarmayan,  yaxud  planlaşdırmanı  lazım  bilməyən  firma 

başqa  məqsədlərə  çatmaq  üçün  özü  planlaşdırma  obyektinə  çevrilir.  Plan-

laşdırmanın  mənasını  düzgün  dərk  edib  ona  ciddi  yanaşılma  firmanın  da-

yanaqlı və səmərəli fəaliyyəti üçün zəmin yaradır. 

“Firmanın fəaliyyətinin planlaşdırılması” anlayışının iki mənası vardır.  

Birincisi,  ümumiqtisadi,  ümumi  firma  nəzəriyyəsi  və  onun  təbiəti 

nöqteyi-nəzərindən məna kəsb edir. 

İ

kincisi, konkret-idarəedici mənası vardır. Burada menecmentin funk-



siyalarından  biri  olan  planlaşdırmanı  firmanın  gələcək  fəaliyyətini  qabaq-

cadan  görməyi  bacarmaq  və  bu  uzaqgörənlikdən  istifadə  etmək  mənasında 

qiymətləndirmək lazımdır. 

Planlaşdırmanın  hər  iki  mənası  öz  aralarında  sıx  əlaqəlidir.  Konkret 

fəaliyyət növü kimi planlaşdırmanın mümkünlüyü firmanın təbiətindən irəli 

gəlir, bilavasitə təsərrüfatçılığın ümumi şəraitilə müəyyən edilir. 

Ümumiqtisadi  baxımdan  planlaşdırma  qiyməti  və  bazarı  əvəz  edən 

mexanizmdir.  Aydındır  ki,  bazar  iqtisadiyyatında  iştirakçıların  hərəkəti 

ə

sasən qiymət mexanizmilə tənzimlənir. Əmtəənin satıcı və alıcılar üçün nə 



dərəcədə  faydalı  olmasını  məhz  qiymət  müəyyənləşdirir.  Bazar  sisteminin 

iştirakçısı  kimi  firma  qiymət  mexanizminə,  tələb  və  təklif  qanununa  tabe 

olmaq  məcburiyyətində  qalır,  çünki  onların  fəaliyyətini  dəyişdirmək  im-

kanına malik deyil. 

Lakin hər bir təsərrüfat  subyektinin daxili mühitində sahibkarların və 

menecerlərin  düşünülmüş  hərəkətləri  və  düzgün  qərarları  vasitəsilə  qiymət 

mexanizmi  sıxışdırılır.  Sahibkarlar  firmadaxili  fəaliyyətin  əsas  istiqamət-

lərini  öz  bildikləri  kimi  müəyyənləşdirirlər.  Deməli,  firmanın  daxili  fəa-

liyyəti planlaşdırma sahəsində qəbul edilmiş qərarlar əsasında təşkil olunur. 

Planlaşdırma  firmanın  daxili  fəaliyyətində  baş  verən  hərəkətlərə  nə-

zarət  etməyə,  bazar  mühitinin  qeyri-müəyyənliyini  və  onun  neqativ  nəti-

cələrini  minimuma  endirməyə  imkan  verir.  Planlaşdırmanı  tətbiq  etməklə 

firma  alqı-satqı  sövdələşmələri  əsasında  firmadaxili  hərəkətlərin  həyata 

keçirilməsi zamanı yaranan xərcləri aradan qaldırır. 

Menecmentin  əsas  funksiyalarından  biri  olan  planlaşdırmanın  va-

sitəsilə müəssisənin məqsədini və ona nail olmaq üçün zəruri fəaliyyətin və 

resursların  nəticələrini  qabaqcadan  müəyyənləşdirmək  mümkündür.  Plan-


Бизнесин тяшкили вя идаря едилмяси 

209 


laşdırma menecment prosesinin  birinci və ən əhəmiyyətli mərhələsi sayılır. 

Planlar sistemi əsasında  hər bir müəssisə öz maliyyə-təsərrüfat fəaliyyətini 

səmərəli təşkil edir, plan göstəricilərinin yerinə yetirilməsini qiymətləndirir. 

Qeyd  etmək  lazımdır  ki,  firma  öz  fəaliyyətində  riskləri  tam  aradan  qaldır-

maq imkanına malik deyil, ancaq qabaqlayıcı effektiv tədbirlərin köməyilə 

onları idarə edə bilər. 

Müəssisədə  planların  olmaması  səhv  manevrlərlə,  kənarlaşmalarla, 

oriyentasiyanın  vaxtsız  dəyişilməsi  ilə  müşayiət  olunur  ki,  bu  işin  pis  təş-

kilinin əsas səbəbi hesab edilir. Təcrübə göstərir ki, planlaşdırmanın tətbiqi 

aşağıdakı üstünlüklərin əldə edilməsinə imkan verir: 

 

gələcək  əlverişli  şəraitdən  istifadəyə  mümkün  hazırlığı  təmin 



edir; 

 



yarana biləcək problemlərə aydınlıq gətirir; 

 



öz qərarlarını reallaşdırmağa menecerləri stimullaşdırır; 

 



müəssisədə fəaliyyətin koordinasiyasını yaxşılaşdırır; 

 



menecerlərin təhsilini artırmaq üçün zəmin yaradır; 

 



firmanın  zəruri  informasiyalarla  təmin  edilməsi  imkanlarını 

artırır; 

 

resursların daha rasional bölgüsünə səbəb olur; 



 

müəssisənin fəaliyyətinə nəzarəti gücləndirir. 



Firmanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyini yalnız planlaş-

dırma ilə əlaqələndirmək düzgün olmazdı. Təcrübə göstərir ki, firmanın fəa-

liyyətində  əldə    edilən    uğurların    əsas    səbəbi    sahibkarlıq    davranışı    və  

yüksək   keyfiyyətli rəhbərlik qabiliyyəti ilə izah olunur. 

Müasir  bazar  iqtisadiyyatı  şəraitində  firmadaxili planlaşdırmanın  rolu 

və əhəmiyyətinin kəskin artmasını şərtləndirən əsas amillər aşağıdakılardan 

ibarətdir: 

 



firmanın fəaliyyət miqyasının artması və mürəkkəbləşməsi; 

 



xarici mühitin daim dəyişikliyə məruz qalması; 

 



heyətə yeni rəhbərlik stili; 

 



iqtisadi təşkilatda mərkəzdənqaçma qüvvəsinin güclənməsi. 

Kiçik  və  orta  biznesin  yaranmasına  və  sürətlə  inkişaf  etməsinə  bax-

mayaraq  müasir  bazarda  liderliyi  iri  firmalar  təşkil  edir.  Buna  görə  də 

demək olar ki, biznesin miqyas xarakteristikası müasir bazar iqtisadiyyatının 

ümumi əlaməti hesab edilir. İri biznes subyektlərinin fəaliyyət strukturu mü-

rəkkəb olur ki, bu iqtisadi artıma cəhd edilməsi, risklərin yenidən bölüşdü-

rülməsinin  zəruriliyi,  yeni  biznes  sferasının  investisiyalaşdırılması  ilə  əla-

qədardır.  

Firmanın  fəaliyyətinin  miqyası,  mürəkkəbliyi  və  istiqamətinin  rənga-

rəngliyi  buraxılan  məhsul  növlərinin,  maliyyələşdirmə  mənbələrinin, 



Бизнесин тяшкили вя идаря едилмяси 

210 


texnoloji resursların müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməsini tələb 

edir. 


Biznesin  müasir  xarici  mühiti  yüksək  sürətlə  dəyişilməsilə  səciy-

yələnir.  Xarici  mühitin  dəyişkənliyi  ilk  növbədə  istehlak  tələbinin  böyük-

lüyü,  onun  sürətlə  dəyişilməsi  və  müxtəlif xarakterli  olması  ilə  izah  edilir. 

Tələbin  daim  dəyişilməsi  xarici  mühitin  digər  amillərinin:  texnologiya,  ra-

bitə vasitələri və sairənin dəyişilməsini tələb edir. 

Keçmiş  nisbətən  stabil  iqtisadi  sistem  şəraitində  firmanın  bütün  tə-

sərrüfat  tsikli  iqtisadi  inkişafın  bir  fazası  çərçivəsində  yerləşirdi.  Bu  gün 

yalnız bir təsərrüfat tsikli xarici mühitin bir sıra dəyişikliyini tuta bilər. Belə 

bir  şəraitdə  qərar  qəbul  edilən  zaman  xarici  mühit  haqqında  məlumatların 

daim təzələnməsinə, onların təhlilinə, yeni strategiyanın və taktiki yanaşma-

ların  axtarılmasına  əsaslanmaq  gərəkdir.  Deməli,  planlaşdırma  əvvəlkilərə 

nisbətən  təsərrüfat  tsiklinin  böyük  hissəsini  əhatə  etməlidir.  Bu  xarici 

mühitin dəyişilməsinə, adekvat qərar qəbuluna imkan verərdi. 

Sənayeləşmə   dövrünün  firması  işçiyə   sadə   icraçı,   idarəetmənin   

ümumi  mexanizminin  elementi  kimi  yanaşırdı.  Belə  rəhbərlik  stili  nəzərdə 

tuturdu ki, qısa vaxt kəsiyində hesablanmış genişləndirilmiş, detallaşdırılmış 

formada  fəaliyyət  instruksiya  alırdı.  Yeni  idarəetmə  stili  işçiyə  daha  geniş 

hərəkət azadlığı verir, onun təşəbbüskarlıq və yaradıcılıq imkanlarını artırır. 

İ

ndi instruksiya əvvəlkinə nisbətən daha ümumi xarakter daşıyır, tapşırıqlar 



daha  uzun  dövrə  hesablanır.  İşçi  vəzifələrinin  müəyyənləşdirilməsinə  belə 

yanaşma idarəedicidən gələcək haqqında tam və dəqiq təsəvvürün olmasını, 

təsərrüfat  fəaliyyətinin  məqsədini  aydınlaşdırmağı  tələb  edir  ki,  bu  da 

planlaşdırmanın əhəmiyyətini artırır. 

Xarici  mühitin  mürəkkəbliyinə,  qeyri-müəyyənliyinə  daha  yaxşı  uy-

ğ

unlaşmaqdan ötrü firmaya xidmət edən bazarın ayrı-ayrı sektorlarının sifa-



rişlərinə yaxşı reaksiya verilməlidir, yeni gəlirli fəaliyyət növləri mənimsə-

nilməlidir, iqtisadi təşkilat özünün ayrı-ayrı bölmələrinə və firmanın mene-

cerlərinə  yüksək  dərəcədə  müstəqillik  verməlidir.  Fəaliyyətin  belə  təşkili 

bölmələrin çevikliyini və sahibkarlıq aktivliyini artırır. 

Müəssisədə  planlaşdırmanın  imkanları  bir  sıra  obyektiv  və  subyektiv 

səbəblərlə məhduddur. Onlardan ən mühümlərini nəzərdən keçirək. 

İ

stənilən  təsərrüfat  subyekti  fəaliyyət  göstərən  zaman  mütləq  qeyri-



müəyyənliklə  üzləşir.  Firma  xarici  mühitdə  baş  verə  biləcək  bütün  dəyi-

ş

iklikləri əvvəlcədən görmək imkanına malik deyil. Planlaşdırma fəaliyyətin 



daxili  və  xarici  şəraiti  aydınlaşdırmağın  mühüm  üsullarından  biridir.  Daha 

doğrusu,  planlaşdırma  qeyri-müəyyənliyin  aradan  qaldırılması  alətidir. 

Planlaşdırmanın  köməyilə  qeyri-müəyyənliyi  əhəmiyyətli  dərəcədə  azalt-

maq mümkündür. 

Qeyri-müəyyənliyi  aradan  qaldırmaq  bazarın  özünü,  bazar  subyekt-

lərinin  maraqlarında  və  fəaliyyətlərində  olan  uyğunsuzluqları  aradan 



Бизнесин тяшкили вя идаря едилмяси 

211 


qaldırmaq deməkdir. Əlbəttə firma öz fəaliyyətinə bazarın təsirini azaltmaq 

yolu  ilə  xarici  münasibətlərini  sahmana  salmağa  cəhd  edir  ki,  bu  da  ona 

müəyyən uğurlar gətirir.  

 

14.2. Firmadaxili planlaşdırmanın prinsipləri 

 

Planlaşdırmanın  prinsipləri  müəssisələrdə  planlı  fəaliyyətin  xarak-



terini  və məzmununu müəyyən edir. Planlaşdırmanın prinsiplərinə düzgün 

riayət edilməsi firmanın səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır.  

Planlaşdırmanın beş əsas prinsipi vardır: vəhdətlik, fasiləsizlik, çevik-

lik, dəqiqlik və iştirak. 



Vəhdətlik  prinsipi  planlaşdırmanın  sistemli  xarakter  daşımasını  nə-

zərdə  tutur.  “Sistem”  anlayışı  elementlərin  məcmusunun  mövcudluğu,  on-

ların  arasında  qarşılıqlı  əlaqə,  sistemin  elementlərinin  vahid  inkişaf  istiqa-

mətinin  olması,  davranışın  ümumi  məqsədə  yönəlməsi  deməkdir.  “Sistem” 

anlayışının  əsas  təşkiledicilərini  firmadaxili  planlaşdırmada  əks  etdirmək 

üçün “koordinasiya” və “inteqrasiya” kateqoriyalarından istifadə etmək olar. 

Müəssisədə  planlaşdırmanın  elementləri  ona  daxil  olan  ayrı-ayrı 

bölmələrdir.  Bölmələr arasında qarşılıqlı əlaqə üfüqi səviyyədə,  yəni funk-

sional  bölmələr  səviyyəsində  koordinasiya  əsasında  həyata  keçirilir.  Plan 

fəaliyyətinin  vahid  istiqaməti,  bütün  elementlərin  məqsədlərinin  ümumiliyi 

bölmələrin  şaquli  vəhdətliyi,  onların  inteqrasiyası  çərçivəsində  mümkün 

olur. 


Ayrı-ayrı funksional bölmələrin plan fəaliyyətinin koordinasiyası onda 

ifadə olunur ki,  

 

təşkilatın  heç  bir  hissəsinin  fəaliyyətini  effektiv  planlaşdırmaq 



olmaz,  əgər  belə  planlaşdırma  həmin  səviyyənin  ayrı-ayrı  vahidlərinin 

fəaliyyətinin planlaşdırılması ilə əlaqələndirilməyibsə; 

 

bölmələrdən  birinin  planlarında  hər  cür  dəyişiklik  digər  böl-



mələrin planlarında mütləq əks etdirilməlidir. 

Beləliklə,  qarşılıqlı  əlaqə  və  eyni  zamanda  –  müəssisədə  planlaş-

dırmanın koordinasiyasının başlıca əlamətidir. 

Plan  fəaliyyətinin  inteqrasiyası  nəzərdə  tutur  ki,  müəssisədə  planlaş-

dırma prosesi müxtəlif cür mövcuddur, hər bir ayrıca plan firmanın ümumi 

strategiyası əsasında işlənib hazırlanır. Müəssisədə hazırlanan bütün planlar 

sadəcə  sənədlərin  toplusu,  məcmusu  deyil,  onların  qarşılıqlı  əlaqəli  siste-

midir. 


Fasiləsizlik prinsipinin mənası ondan ibarətdir ki, müəssisələrdə plan-

laşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilmə-

lidir; işlənib hazırlanmış planlar bir növbədən digərinə fasiləsiz keçməlidir. 

Planlaşdırmanın  fasiləsizliyinin  digər  şərti  planlaşdırma  prosesi  müntəzəm 

xarakter  daşımalıdır.  Planlaşdırma  prosesinin  fasiləsizliyi,  həmçinin  xarici 


Бизнесин тяшкили вя идаря едилмяси 

212 


mühitin  qeyri-müəyyənliyi  və  nəzərə  alınmayan  digər  dəyişikliklər  ilə 

ə

laqədardır.  Nəhayət  planlaşdırma  prosesinin  fasiləsizliyi,  firma  işçilərinin 



plan fəaliyyətinə və ondan irəli gələn bütün qazanclara daim cəlb edilməsini 

təmin edir. 



Çeviklik prinsipi fasiləsizlik prinsipi ilə qarşılıqlı əlaqədardır, planlara 

və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz 

istiqamətini  dəyişmə  qabiliyyətinin  verilməsindən  ibarətdir.  Çeviklik 

prinsipinin həyata keçirilməsi üçün planlar elə tərtib edilməlidir ki, onlarda 

daxili  və  xarici  şəraitin  dəyişilməsini  nəzərə  almaqla  lazımi  dəyişikliklər 

etmək mümkün olsun. Buna  görə də planlarda həmişə ehtiyatlar saxlanılır. 

Lakin  planlaşdırmada  ehtiyatların  müəyyən  həddi  olmalıdır.  Belə  ki, 

göstəricilərdə ehtiyatlar həddindən artıq böyük və ya az olmamalıdır. Çünki 

hər iki halda plan dəqiq hesab edilə bilməz. 

Maliyyə nöqteyi-nəzərindən çeviklik prinsipinin təmin edilməsi əlavə 

xərclər  tələb  edir,  həm  də  bu  xərclər  gələcək  riskə  uyğun  gəlməlidir. 

Məsələn, əgər yeni məhsul istehsalı əlavə avadanlığın quraşdırılmasını tələb 

edirsə, onda firma həmin avadanlığın alınmasına əlavə vəsait ayırmağa hazır 

olmalıdır.  Əlavə  xərclərin  köməyilə  planlara  çevik  yanaşmanın  da  öz 

məhdudiyyəti vardır. Xərclər o qədər yüksək ola bilər ki, planın çevikliyi və 

onunla əlaqədar qazanılmış üstünlük həmin xərci ödəməsin.  

Planlar  o  dərəcədə  dəqiq  tərtib  edilməlidir  ki,  firmanın  məlum  olma-

yan taleyi pis nəticələnməsin. Başqa sözlə, plan firmanın fəaliyyətinin xarici 

və  daxili  şəraitinin  imkan  verdiyi  səviyyədə  konkret  və  detallaşdırılmış 

olmalıdır. 

Strateji,  uzunmüddətli  planlaşdırma  əsas  məqsədlərin  və  ən  ümumi 

fəaliyyət  istiqamətinin  müəyyənləşdirilməsi  ilə  məhdudlaşmalıdır,  çünki 

gələcək  haqqında  doğru  informasiyalar  çox  azdır,  dəyişikliklər  isə  sürətlə 

baş  verir.  Ayrı-ayrı  bölmələr  üçün  qısamüddətli  planlar  xüsusilə  dəqiq 

hazırlanmalıdır,  çünki  bu  planlar  kollektivin  fəaliyyətini  müəyyənləşdirən 

instruksiya rolunu oynayır. 

İş

tirak prinsipi vəhdətlik prinsipi ilə sıx əlaqədardır. İştirak prinsipi o 

deməkdir  ki,  müəssisənin  hər  bir  üzvü  tutduğu  vəzifəsindən  və  yerinə 

yetirdiyi  funksiyadan  asılı  olmadan  plan  fəaliyyətinin  bilavasitə  iştirak-

çısıdır.  Başqa  sözlə,  planlaşdırma  prosesi  müəssisədə  çalışan  işçilərin  ha-

mısını  özünə  cəlb  etməlidir.  İştirak  prinsipinin  tətbiqinin  aşağıdakı  üstün 

cəhətləri vardır: 

-birincisi, iştirakçılardan hər biri müəssisənin fəaliyyəti haqqında daha 

geniş və obyektiv informasiya alır, müəssisə barədə ətraflı təsəvvürə malik 

olur; 

- ikincisi, planlaşdırma  prosesində işçilərin iştirakı ona  gətirib  çıxarır 



ki, bu planlar işçilərin şəxsi planlarına çevrilir və onların yerinə yetirilməsi 

Бизнесин тяшкили вя идаря едилмяси 

213 


bütün iştirakçıların tələbatının ödənilməsinə xidmət edir. İşçilərin hər birin-

də effektiv əməyə aydın motiv yaranır, kollektivdə sağlam iqlim formalaşır. 

 

14.3. Firmadaxili planlaşdırmanın tipləri 

 

Təsnifat  aparılan  əlamətlərdən  asılı  olaraq  planlaşdırmanın  müxtəlif 



tipləri  fərqləndirilir.  Planlaşdırmanın  tiplərini  müəyyənləşdirən  əlamətlər 

aşağıdakılardan ibarətdir: 

 

planlaşdırmada qeyri-müəyyənlik dərəcəsi; 



 

planlaşdırma ideyasının müvəqqəti oriyentasiyası; 



 

planlaşdırmanın horizontu, miqyası. 



Plan  fəaliyyətinin  qeyri-müəyyənlik  dərəcəsindən  asılı  olaraq 

müəssisələrdə planlaşdırma sistemini iki tipə ayırmaq olar. 

Birinci tip planlaşdırma məlum mühitdə fəaliyyət göstərir və informa-

siyada çatışmazlıq yoxdur. Deməli, belə sistemlərdə tam müəyyənlik vardır 

və buna 100 faizlik təminat vermək olar, əvvəl A hadisəsi baş verir və onun 

arxasınca  B  hadisəsi  gəlir.  Bu  tip  planlaşdırma  sistemi  determinləşmiş  sis-

tem adlanır. 

Planlaşdırma  sisteminin  digər  tipi  xarici  mühitin  müəyyənləşdiril-

məsində səhvləri və informasiya çatışmazlığını nəzərdə tutur. Belə ki, mene-

cerin qəbul etdiyi X qərarın əhəmiyyətinə baxmaq olmaz, əgər bu qərar 80 

faiz düzgündürsə. 

Gözlənilən    nəticəni    tam    verməyən    planlaşdırma    sistemi    ehtimal  

olunan (stoxastik) adlanır. Praktiki hər bir iqtisadi subyekt öz fəaliyyətinin 

ümumi  planlaşdırılmasını  həyata  keçirərkən  qeyri-müəyyən  nəticələrlə  üz-

ləşir.  Lakin  qeyri-müəyyənliyin  dərəcəsi  iqtisadi  inkişaf  səviyyəsindən, 

tarixi dövrdən və digər amillərdən asılı olaraq tərəddüd edə bilər. 

Planlaşdırma sisteminin ehtimal variantları aşağıdakılardır: 

1.  Sərt  öhdəliklər  sisteminə  əsaslanan  planlaşdırma.  Belə  planlaş-

dırma hadisənin gedişinə yüksək dərəcədə inamın mövcud olduğu situasiya 

üçün  yarıyır.  Bu  növə  yaxşı  tanış  tərəfdaşla  kontrakt  planlaşdırmanı  aid 

etmək  olar,  haradakı  planı  yalnız  təsadüfi  halda,  fors-major  vəziyyətdə 

dəyişdirilir. 

2.  Şəxsi məsuliyyət altında planlaşdırma. Bu planlaşdırma tam qeyri-

müəyyənlik situasiyası üçün yarıyır. Belə olan halda menecer baş verə bilə-

cək  riskə  heç  cür  inana  bilməz.  Planlaşdırmanın  belə  növü  təsərrüfat 

fəaliyyəti  təcrübəsi  olan  dayanaqlı,  stabil  müəssisələr  üçün  az  dərəcədə 

xarakterikdir. 

3.  Təsadüfi  şəraitə  uyğunlaşan  planlaşdırma.  Planlaşdırmanın  bu 

növü  əvvəlki  iki  planlaşdırma  arasında  aralıq  sayılır.  O,  bir  tərəfdən 

firmanın fəaliyyətində həmişə qeyri-müəyyənliklə üzləşir, digər tərəfdən isə 



Бизнесин тяшкили вя идаря едилмяси 

214 


qeyri-müəyyən mühitdə hərəkətin mümkün variantlarını nəzərə alır və eyni 

zamanda  əvvəlcədən  deyilənləri  artırır.  Təcrübədə  hadisələrin  mümkün 

inkişafının üç-dörd əsas variantları mövcuddur. 

Planlaşdırmanın tipləri, həmçinin planlaşdırmanın əsas ideyasının keç-

mişə,  bu  günə  və  gələcəyə  yönəldilməsindən  asılı  olaraq  fərqləndirilir.  Bu 

mənada  planlaşdırmanın  dörd  tipi  vardır:  reaktiv  (yalnız  keçmişə  məqsəd-

lənmiş),  inaktiv  (yalnız  bu  günə  uyğunlaşan),  preaktiv  (yalnız  gələcəyə 

baxmağı üstün tutan) və interaktiv (planlaşdırmanın bütün yaxşı ideyalarının 

qarşılıqlı əlaqəsinə yönəldilən). 

Reaktiv planlaşdırmanın (keçmişə qayıtmaq) nümayəndələri öz ideal-

ları  və  üsullarının  mövcudluğunu  keçmişdə  tapırlar.  Onlar  bugünkü  bütün 

nailiyyətləri  inkar  edir  və  bu  nöqteyi-nəzərdən  müasir  texniki  və  texnoloji 

cəmiyyətə  çox  pis  yanaşırlar.  Reaktiv  planlaşdırmanın  əsas  metodu  – 

genetik  yanaşmadır,  yəni  problem  onun  yaranması  və  keçmiş  inkişafı 

nöqteyi-nəzərindən tədqiq edilir. 

Reaktiv  planlaşdırmanın  tərəfdarları  iqtisadi  subyektləri  davamlı, 

stabil  və  yaxşı  qaydaya  salınmış  mexanizmi  kimi  qəbul  edirlər.  Təşkilatda 

bütün baş verənlər artıq məlumdur, o ali rəhbərin şəxsi nüfuzunun köməyilə 

yuxarıdan aşağıya idarə olunmalıdır. 

Reaktiv planlaşdırma keçmiş təcrübəyə əsaslanır və aşağıdan yuxarıya 

həyata keçirilir. Belə ki, ilk dəfə aşağı bölmələr üçün plan tərtib edilir, sonra 

toplanan  materiallar  rəhbərə  təqdim  edilir,  hansıki  korrektə  və  redaktə 

olunur. 


Reaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardan ibarətdir: 

 



ona  sistem  kimi  baxılmır,  yalnız  sadə  vahid  elementlərin  məc-

musu kimi baxılır; 

 

planlaşdırma bu günün obyektiv şəraiti və gələcək dəyişiklikləri 



kifayət qədər nəzərə alınmadan aparılır; 

 



reaktiv planlaşdırma əsasən yalnız ali rəhbərin funksiyasıdır; 

 



reaktiv planlaşdırma müəssisələrin təsərrüfat fəaliyyətinin effek-

tivliyini aşağı salır. 

İ

naktiv  planlaşdırmada  keçmişə  qayıtmaq  və  irəli  doğru  hərəkətə 

cəhd  etmək  lazım  bilinmir.  Planlaşdırmanın  bu  tipi  mövcud  şəraiti  kifayət 

qədər  yaxşı  və  münasib  kimi  qəbul  edir.  Hazırkı  vəziyyətlə  kifayətlənmək 

inaktivizmin fərqli cəhətidir. Bu tip planlaşdırmada vaxtın çox hissəsi fak-

tiki məlumatların toplanmasına və emalına sərf edilir. 

İ

naktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardan ibarətdir: 



 

dəyişikliklərə uyğunlaşmağa meyilli deyil; 



 

firmanın  əməkdaşlarının  yaradıcı  potensialından  zəif  istifadə 



edilir, onların xidməti müstəqilliyi məhdudlaşdırılır. 

Бизнесин тяшкили вя идаря едилмяси 

215 


İ

naktiv planlaşdırmanın müsbət cəhəti təsərrüfat fəaliyyətinin planlaş-

dırılmasında ehtiyatlanmadır. Tədricən və düşünülmüş hərəkət adətən kata-

strofik nəticəyə gətirib çıxarmır, müəssisənin müflisləşməsi gözlənilmədən, 

qəfildən baş vermir. 

Preaktiv planlaşdırma əsasən gələcək dəyişikliklərə hədəflənir. Preak-

tiv  planlaşdırma  optimal  qərarların  axtarışına  əsaslanır.  Preaktivistlər  inki-

ş

afın bir çox variantlarından iqtisadi cəhətdən ən səmərəlisini, optimalını se-



çirlər. Preaktivistlər elmi-texniki tərəqqiyə, innovasiyaya müsbət yanaşırlar, 

iqtisadi-riyazi metodlardan geniş istifadə edirlər. 

Planlaşdırma  yuxarıdan aşağıya doğru həyata keçirilir. Belə ki, xarici 

şə

rait  yüksək  səviyyədə  proqnozlaşdırılır,  məqsəd  və  strategiya  formalaş-



dırılır,  sonra  aşağı  səviyyələrin  məqsədi  və  onların  fəaliyyət  proqramı 

müəyyən edilir. 

Preaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardır: 

 



qazanılmış təcrübədən zəif istifadə olunması; 

 



müəssisənin  gündəlik  ehtiyaclarına  kifayət  qədər  diqqət  yetiril-

məməsi; 


 

futurologiya  və  tədqiqatın  yeni  metodlarına  həddindən  artıq 



meyil göstərməsi. 

Preaktiv  planlaşdırmanın  əsas  üstünlüyü  planlaşdırma  prosesində 

preaktivistlərin xarici mühitin adekvat qiymətləndirilməsinə və xarici mühit 

amillərinin nəzərə alınmasına  cəhd etmələridir.  

İ

nteraktiv planlaşdırmanın iki əsas cəhəti vardır: 

 



birincisi,  iştirak  prinsipinə  əsaslanır  və  təşkilatın  iştirakçılarının 

yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır; 

 

ikincisi,  gələcək  hakimiyyətaltı  nəzarət  əhəmiyyətli  dərəcədə 



iştirakçıların  qəsdən,  bilərəkdən  hərəkətlərinin  məhsulu  sayılır.  İnteraktiv 

planlaşdırmanın məqsədi gələcəyi layihələndirməkdən ibarətdir. 

İ

nteraktiv planlaşdırma iki əsas problemin həllini nəzərdə tutur: 



1.  İnteraktiv  planlaşdırma  menecmentin  praktiki  modelinə  nisbətən 

daha ideal qurulmadır. 

2.  Hətta  nəzəri  baxımdan  iqtisadi  subyekt  ayrıca  özünün  gələcəyinə 

tam nəzarət edə bilməz, ən çox ona effektiv uyğunlaşa bilər.  

Deməli, firmanın öz gələcəyinə münasibət üsulu layihələşdirmə deyil, 

ə

slində adaptasiyadır. Biznes fəaliyyətində planlaşdırmanın bu tipi az tətbiq 



olunur. 

 

 



 

 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

216 


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin