AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
4 biznes


iştirakçıları 

Бизнесин тяшкили вя идаря едилмяси 

226 


-  sahibkarlıq  fəaliyyəti  risklərinin  qabaqcadan  dərk  edilməsi, 

qiymətləndirilməsi; 

-  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  şəklində  biznesin  inkişafının  

prioritet istiqamətlərinin müəyyənləşdirilməsi; 

-  planlaşdırma  sahəsində  qazanılmış  qiymətli  təcrübənin  köməyilə 

müəssisənin  rəqabətqabliyyətinin  yüksəldilməsinə  perspektiv  (strateji) 

baxışın inkişaf etdirilməsi. 

Azərbaycan  Respublikasının  hazırkı  iqtisadi  durumunda  mülkiyyət 

hüququnun,  uzunmüddətli  imtiyazların  və  xammalın  alınması,  müzdlu 

işçilərin tutulmasından hazır məhsulun təchizatına qədər bütün üstünlükləri 

birləşdirən  rəqabət  üstünlüklərinin  məcmusu  kimi  biznes-xəttlərin  (məh-

suldar xəttlər, investisiya layihələri) yaradılması daha cəlbedici ola bilər. 

Biznes-planın işlənib hazırlanması prosesinin arxitektur qurulmasını 

və onun əsas iştirakçılarını aşağıdakı kimi təsvir etmək olar. 



 

15.3. Biznes-planın funksiyaları 

 

Biznes-planın  yerinə  yetirdiyi  funksiyalar  firmadaxili  və  firmaxarici 

funksiyalara ayrılır.  

Firmadaxili funksiyalara aşağıdakılar aid edilir: 

  firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəy-



yən edilməsi; 

  yeni  növ  məhsulların  (xidmətlərin)  mənimsənilməsi  layihələrinin 



hazırlanması və reallaşdırılması; 

  firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiy-



mətləndirilməsi; 

  yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata 



keçirilməsi; 

  mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib 



işə qəbul edilməsi; 

  firmanın maliyyə vəziyyətinə nəzarət; 



  sahibkarlıq risklərinin aşağı salınması; 

  firmanın müsbət imicinin formalaşdırılması; 



  firmanın  fəaliyyətindəki  geriləmə,  tənəzzül  prosesi  haqqında 

xəbərdarlıq. 

Firmaxarici funksiyalara aşağıdakıları aid etmək olar: 

  layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi; 



  fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının 

təmin edilməsi; 

  layihənin  məqsədəuyğunluğunun  təşkilati-maliyyə  əsaslandı-



rılması; 

Бизнесин тяшкили вя идаря едилмяси 

227 


  müştərək  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  üçün  tərəf-

daşların kapitalından səmərəli istifadə olunması. 

Biznes-planın  qarşısında  duran  məqsədə  nail  olmaq  üçün  konkret 

vəzifələr müəyyənləşdirilir ki, bunlara aşağıdakıları aid etmək olar: 

  nəzərdə tutulan nəticələrə nail olmağın reallıq səviyyəsinin müəy-



yənləşdirilməsi; 

  mövcud  biznes  fəaliyyətinin  inkişaf  etdirilməsi  və  yeni  fəaliyyət 



növünün təşkili zəruriliyinin əsaslandırılması; 

  yeni  ideyanın  reallaşdırılması  üzrə  layihənin  kəmiyyət  və  key-



fiyyət  göstəricilərinə  nail  olmağın  mümkünlüyünün  tərəfdaşlara,  investor-

lara və digər maraqlı şəxslərə inandırılması; 

  xarici  bazara  çıxış  və  investisiyaların  firmanın  fəaliyyətinə  cəlb 



edilməsi. 

Biznes-planda  müəssisə  fəaliyyətinin  istehsal  və  bazar,  maliyyə  və 

texniki, daxili və xarici aspektləri çevik əlaqələndirilir. 

 

15.4. Biznes-planın hazırlanması mərhələləri 

 

Azərbaycan  Respublikasında  biznes-planın  hazırlanması  üzrə  sənəd 



2002-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlara 

Kömək Milli Fondu tərəfindən hazırlanmış Metodik tövsiyələrdir. Bu sənəd-

də biznes-planın mahiyyəti, məzmunu, bölmələri və onların hazırlanmasına 

qoyulan tələblər şərh edilmişdir. Sahibkarlar kredit götürərkən bu tövsiyələr 

ə

sasında hazırlanmış biznes-plan təqdim edirlər. 



Biznes-planın  işlənib  hazırlanmasına  başlamazdan  öncə  bütün 

kompleks zəruri informasiyaları almaq lazımdır. 

Biznes-planın hazırlanmasında birinci mərhələ lazımi informasiyanın 

alınması  mənbələrinin  müəyyən  edilməsini  nəzərdə  tutur.  Biznes-planın 

hazırlanmasında  ikinci  mərhələ  onun  məqsədinin  müəyyən  edilməsidir. 

Məqsəd biznes-planın həll edəcəyi, problemlərin siyahısı əsasında müəyyən 

olunur.  Xatırlatmaq  lazımdır  ki,  yalnız  düzgün  və  keyfiyyətli  biznes-plan 

ə

sasında müəssisənin daxili və xarici məqsədlərinə nail olmaq mümkündür. 



Biznes-planın daxili və xarici məqsədləri aydınlaşdıqdan sonra üçün-

cü  mərhələyə,  yəni  özünün  məqsədli  oxucularının  dəqiq  müəyyənləşdi-

rilməsinə başlamaq olur. Bu yalnız təşkilatın daxili iştirakçısı olacaq, yaxud 

təşkilatın  öz  investorunu  görmək  istədiyi  xarici  şəxs  –  səhmdarlar, 

kommersiya bankları, vençur kapitalisti. 

Oxucuların  seçilməsi  biznes-planın  məzmununun  spesifikliyini,  fir-

manın bu və ya digər tərəfinin ayrılması zəruriliyini, iqtisadi göstəricilərini 

müəyyən edir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

228 


Biznes-planın  daxili  və  xarici  problemlərini  qiymətləndirərkən  on-

ların  qarşılıqlı  yaranma  imkanları  nəzərə  alınmalıdır.  Məsələn,  xarici 

məqsəd  –  investorların  cəlb  edilməsi;  təkcə  kreditor  kimi  deyil,  biznesin 

tamhüquqlu iştirakçısı kimi şərait yaratmaq. 



Sonrakı  hərəkət  –  konkret  ünvanın  müəyyən  edilməsi,  biznes-

planın  layihəsini  kimə  göndərmək  (səhmdar  cəmiyyəti,  kommersiya  bankı, 

vençur firması). 

Vençur  (riskli)  firması  –  sahibkarlıq  layihələrinin  onun  həyata 

keçirilməsinin  müxtəlif  mərhələlərində  maliyyələşdirilməsi,  habelə  ayrıca 

riskli  biznes  növünün  maliyyələşdirilməsi  sahəsində  ixtisaslaşdırılmış 

təşkilatdır.  Vençur  kapitalının  fəaliyyətində  başlıca  –  ən  yüksək  mənfəət 

almaq  məqsədilə  riskli  müəssisələrə  vəsait  qoymaq  –  Azərbaycan  iqtisa-

diyyatında vençur kapitalı hələlik zəif təqdim olunur.  



Sonrakı mərhələ – tərtib olunan sənədin strukturunun müəyyənləş-

dirilməsidir.  Adətən  biznes-planda  olur:  titul  vərəqəsi,  xülasə,  biznesin 

tarixi, əgər müəssisə artıq fəaliyyət göstərirsə, məhsulun (xidmətin) təsviri, 

sahənin  vəziyyəti,  əmtəə  bazarının  xarakteristikası,  rəqiblərin  qiymətlən-

dirilməsi  və  rəqabət  strategiyasının  seçilməsi,  istehsal  planı,  marketinq 

planı, təşkilati plan, maliyyə planı və riskin qiymətləndirilməsi, tədqiqat və 

işləmələr planı, risklərin sığortalanması və s. 

        Daha  sonra  biznes-planın  bütün  bölmələrini  hazırlamaq  üçün  infor-

masiyaların toplanması həyata keçirilir. 

   Biznes-plan  obyektiv  reallığı  əks  etdirən  texniki-iqtisadi  məlumatlar 

ə

sasında işlənib hazırlanmalıdır. Bazar iqtisadiyyatı amillərinə, elmi-texniki 



nailiyyətlərə,  təşkilati-texnoloji  reallıqlara  əsaslanmayan  biznes-planla  hə-

yata keçirilən sahibkarlıq fəaliyyətindən müvəffəqiyyət gözləməyə dəyməz. 

Ona görə də biznes-planın hazırlanmasına formal yanaşmaq olmaz. Bu cür 

yanaşma  sahibkarlıq  fəaliyyətinə  tamamilə  ziddir.  Biznes-planların  hazır-

lanması zamanı aşağıdakılara əsaslanmaq lazımdır: 

 



müəyyən bir məhsul istehsalı və yaxud xidmətin göstərilməsini nəzərdə 

tutan konkret təklifin (layihənin) olması; 

 

oxşar  məhsul  istehsalı  və  xidmət  göstərilməsi  ilə  məşğul  olan  müəs-



sisələrin  istehsal-təsərrüfat  və  kommersiya  fəaliyyətinin  hərtərəfli 

öyrənilməsi; 

 

idarəetmədə  istifadə  olunan  texniki-iqtisadi,  maliyyə-kredit  və  sosial-



təşkilati mexanizmlərin öyrənilməsi. 

   Biznes-planın hazırlanması 2 mühüm mərhələni əhatə edir: 

   I  mərhələdə  təşkil  ediləcək  biznes,  onun  satış  bazarı,  cəlb  ediləcək 

maliyyə mənbələri və s. haqqında zəruri informasiyalar toplanılır. 

        II mərhələdə toplanmış informasiyalar sistemləşdirilir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

229 


         Biznes-plan  hazırlanan  zaman  nəzərdə  tutulan  tədbirlərin  həyata  ke-

çirilməsi  mərhələlərinə  və  ardıcıllığına  diqqət  yetirilməli,  tələb  olunan  və-

saitin həcmi, xərclərin öz vəsaiti və ya cəlb edilmiş vəsaitlər hesabına ödə-

nilməsi, gözlənilən nəticələr və sair göstəricilər hesablanmalı və uzlaşdırıl-

malıdır. 

         Qeyd  etmək  lazımdır  ki,  cəlb  olunmuş  vəsaitlərin  çox  olması,  həmin 

layihənin  həyata  keçirilməsinin  bir  o  qədər  riskli  olduğunu  göstərir.  Ona 

görə də, daxili maliyyələşdirmə mənbələrinin aşkar olunmasına xüsusi diq-

qət yetirilməlidir. Biznes-plan əsasında aşağıdakı mühüm iqtisadi məsələlər 

həll edilir. 

 

müəssisənin  strateji  inkişaf  konsepsiyasının  məqsədəuyğunluğunun 



iqtisadi cəhətdən əsaslandırılması; 

 



müəssisənin  fəaliyyətindən  əldə  ediləcək  məhsul  istehsalı  və  satışı 

həcminin, maliyyə nəticələrinin, mənfəətin və sair göstəricilərin hesab-

lanması; 

 



müəssisənin  qarşısında  qoyulan  məsələlərin  həlli  üçün  lazım  olan 

maliyyə mənbələrinin müəyyənləşdirilməsi; 

 

strateji  inkişaf  xəttinin  həyata  keçirilməsi  üçün  texniki  və  təşkilati 



tədbirlərin müəyyənləşdirilməsi. 

Biznes-plan hazırlanan zaman görüləcək konkret işlərin siyahısı dəqiq-

ləşdirilir  və  lazım  olan  maddi  və  əmək  ehtiyatları  qiymətləndirilir.  Gö-

rüləcək  işlər  üzrə  fəaliyyət  proqramı  kimi,  biznes-plan  işgüzar  təkliflərin 

hazırlanmasının və həyata keçirilməsinin əsasını təşkil edir. 

 

15.5. Biznes-planın əsas bölmələri 



 

Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  biznes-

planın  əsas  bölmələrinin  sayı  və  onlara  qoyulan  tələblər  bir-birindən  fərq-

lənir. Bunlardan aşağıdakıları qeyd edək:  

Bütün  biznes-planlar,  adətən  titul  vərəqindən  başlayır.  Titul  vərə-

qində əsasən aşağıdakı göstəricilər əks olunur: 

- layihənin təşəbbüskarı olan sahibkarlıq subyektinin adı, ünvanı və 

telefonları; 

- mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən məlumatlar; 

- vergi ödəyicisi kimi qeydə alınması; 

-  biznes-fəaliyyət  üçün  lisenziyasının  olması  (xüsusi  icazə  tələb 

olunduqda); 

- müəssisənin bank rekvizitləri; 

- layihənin hazırlanma yeri və vaxtı. 

Biznes-planlar qarşıya qoyulmuş məqsədin açıqlanması, onun həyata 

keçirilməsi  yolları  və  əldə  olunacaq  nəticələri  özündə  əks  etdirən  sənəd 



Бизнесин тяшкили вя идаря едилмяси 

230 


olduğu  üçün  quruluşuna  görə  bir-birlərindən  az  fərqlənirlər.  Qarşıya 

qoyulmuş məqsəddən asılı olmayaraq biznes-planlar aşağıdakı bölmələrdən 

ibarət olur: 

- biznes-plan haqqında qısa xülasə; 

-biznesi  həyata  keçirəcək  sahibkarlıq  subyekti  haqqında  məlumat; 

- təşkilati-plan; 

- istehsal planı; 

- marketinq planı; 

- maliyyə planı; 

- risklər; 

- kreditin qaytarılması mərhələləri; 

- kreditin girov təminatı. 



 Biznes-plan  haqqında  qısa  xülasə:  Hər  bir  biznes-plan  maliyyə 

vəsaitləri  cəlb  etmək  məqsədilə  investorlara,  maliyyə-kredit  təşkilatlarına 

təqdim  edilmək  üçün  hazırlandığından  onları  qarşıya  qoyulmuş  məqsədin 

reallığına  inandırmalıdır.  Bu   baxımdan  investoru  çox  vaxt  biznes-planın 

qısa məzmunu maraqlandırır. Xülasə 1-2 səhifədən artıq olmamaqla layihə-

nin başlıca məqsədini və əsas məzmununu ifadə etməlidir. Xülasəni oxuyan 

maraqlı  tərəflər,  layihə  barədə  müfəssəl  anlayış  almaqla  bərabər,  həm  də 

qərar qəbul etmək imkanı əldə etməlidirlər. Belə ki, hər bir sahibkar öz biz-

nesini  təşkil  etməkdə  maraqlı  olduğu  kimi,  investor  da  öz  vəsaitlərini 

səmərəli yerləşdirməkdə maraqlıdır.  

Bu  bölmədə  daha  çox  aşağıdakı  əsas  məsələlər  haqqında  qısa,  yığ-

cam və konkret məlumatların verilməsi məqsədəuyğun hesab edilir: 

- sahibkarlıq subyekti haqqında qısa məlumat; 

- həyata keçiriləcək biznesin əsas məqsədi; 

- istehsalın təşkili və idarə edilməsi prinsipləri; 

- maliyyələşmə mənbələri, həcmi və təyinatı; 

-  marketinq  (satış  bazarı,  məhsulun  üstünlükləri,  mövcud  bazarda 

rəqabət və onun əsas xüsusiyyətləri); 

- gözlənilən nəticələr (gəlir və xərclər, rentabellik, investisiyanın öz 

xərcini ödəmə müddəti, yaradılacaq yeni iş yerləri və s.) ; 

- risklər; 

Xülasə yığcam, səlist, dəqiq və inandırıcı tərtib olunmalıdır. 

 Layihəni həyata keçirəcək sahibkarlıq subyekti haqqında məlu-

mat: Maliyyə vəsaiti tələb edən tərəf haqqında investorun ətraflı məlumat-

landırılması  biznes-planın  əsas  şərtlərindən  biridir.  Bunu  nəzərə  alaraq 

investor  üçün  sahibkarlıq  subyektinin  öz  biznesinin  təşkili  sahəsində  hansı 

potensial üstünlüklərə və imkanlara malik olduğunu bilmək vacibdir. Bu ba-

xımdan  sahibkarlıq  subyekti  haqqında  aşağıdakı  zəruri  məlumatların  ve-

rilməsi mühüm əhəmiyyət kəsb edir:  

- Sahibkarlıq subyektinin yaranma tarixi, yerləşmə mövqeyi; 


Бизнесин тяшкили вя идаря едилмяси 

231 


-  Mövcud  istehsal  infrastrukturu,  maddi-texniki  təminatı,  işçilərin 

sayı; 


- Biznes fəaliyyətinin hazırkı istiqaməti; 

- İnvestisiyanın cəlb edilməsində əsas məqsəd; 

- Biznesin həyata keçirilməsi üçün ilkin zəruri şərtlər. 

 Təşkilati  plan: Bu bölmədə biznesin təşkili üçün lazım olan bütün 

məsələlərə  aydınlıq  gətirilməlidir.  İlk  növbədə  görüləcək  işlər  və  onların 

həyata  keçirilməsi  qrafiki,  işçi  heyəti  və  digər  mühüm  təşkilati  məsələlər 

haqqında  məlumatlar  verilməlidir.  Bu  baxımdan  təşkilati  planda  aşağıdakı 

məsələlərin ön plana çəkilməsi məqsədəuyğun hesab edilir: 

- görüləcək əsas işlər və onların həyata keçirilməsi qrafiki; 

- istehsalın təşkili və idarə edilməsi; 

-  tələb  olunan  işçi  heyəti,  onun  tərkibi,  təcrübəsi,  ixtisaslı  işçilərin 

cəlb olunma imkanları və seçilməsi; 

- istehsalın təşkilati strukturu; 

- xammal və materiallar, onların alınma mənbəyi; 

- malgöndərənlər və onların əsas üstünlükləri; 

- alınacaq maşın, texnika və avadanlıqlar, onların istehsal gücü, digər 

texniki-iqtisadi göstəriciləri. 

İ

stehsal  planı:  Bu  bölmədə  –  istehsal  və  cari  işlər  planı  verilir. 

Burada  əsasən  məhsul  istehsalının  mövcud  həcminin  saxlanması  və  onun 

genişləndirilməsi ilə bağlı təminatlar haqqında məlumatlar əks etdirilir.  Bu 

bölmədə  mövcud  istehsal  şəraiti,  tələb  olunan  xidmət  növləri,  zəruri  ava-

danlıq  təminatının  təşkili,  işçi  qüvvəsi,  istehsalın  maddi-texniki  təchizatı, 

məhsulun  keyfiyyətinə  nəzarət,  alış  və  satış  proseslərinin  təşkili,  istehsal 

prosesinin  idarə  olunması  və  s.  məsələlərə  baxılır.  Bu  bölmədə  istehsal  və 

onun maddi-texniki təchizat strategiyası, əlavə maliyyə vəsaitlərinə tələbat, 

qiymətqoyma məsələləri, işçilərin ixtisasının artırılması, istehsalın genişlən-

dirilməsi və bununla bağlı digər problemlərin şərh edilməsi məqsədəuyğun-

dur.  Burada  müəssisənin  xammal  və  materiallarla,  komplektləşdirici  ava-

danlıqlarla,  enerji  və  yanacaqla  təmin  edilməsi  səviyyəsi  aydın  görünmə-

lidir.  Biznes  planın  mühüm  bölmələrindən  biri  olan  istehsal  planında  bi-

lavasitə  istehsalın  həyata  keçirilməsi  üçün  lazım  olan  aşağıdakı  məsələlər 

diqqətlə öyrənilir və araşdırılır: 

- biznesin həyata keçiriləcəyi yer və onun üstün cəhətləri; 

-  mövcud  istehsal,  maliyyə  vəziyyəti  və  ondan  istifadə  olunma 

imkanları; 

- istehsal ediləcək məhsulun (xidmətin) qısa xarakteristikası, texniki-

iqtisadi 

  göstəriciləri; 

- məhsulun keyfiyyəti və sertifikatlaşdırılması; 

- istehsal texnologiyası; 


Бизнесин тяшкили вя идаря едилмяси 

232 


- nəqliyyat, rabitə, elektrik və digər köməkçi sistemləri; 

- istehsalın təhlükəsizliyi və ekoloji məsələlər; 

- istehsalın proqnozlaşdırılan həcmi. 

 Marketinq  planı:  Marketinq  –  məhsul  istehsalı  və  satışının  təşki-

linin elə kompleks sistemidir ki, burada bazarın tədqiqi və proqnozlaşdırıl-

ması  əsasında  istehlakçıların  tələbatı  təmin  edilməklə  maksimum  mənfəət 

ə

ldə edilməsi nəzərdə tutulur. Marketinqin əsas vəzifəsi – bazar konyunktu-



rasının  hərtərəfli  təhlili,  öyrənilməsi  və  proqnozlaşdırılması  əsasında  isteh-

lakçıların  tələbatının  tam  ödənilməsi  üçün  məhsul  istehsalının  təşkilidir. 

Başqa sözlə desək, marketinq istehlakçıların məhsul və xidmətlərə tələbinin 

öyrənilməsi və onların həvəsləndirilməsi, məhsulların satışı və istehlakçılar 

arasında  bölüşdürülməsinin  təmin  edilməsidir.  Marketinqin  tədqiqi  marke-

tinq  planı  əsasında  həyata  keçirilir.  Marketinq  planı  –  müəssisə  və  onun 

məhsulu,  marketinq  məqsədləri  və  strategiyası,  eləcə  də  marketinq  araş-

dırmalarının nəticələri haqqında məlumatları özündə əks  etdirir. Marketinq 

planında aşağıdakı bölmələrə xüsusi diqqət verilir: 

a)  Marketinq strategiyası

 – fəaliyyət məqsədinin və bu məqsədə nail 

olmaq  üçün  marketinqin  istiqamətlərinin  müəyyən  edilməsidir.  Marketinq 

strategiyası müəyyənləşdirilərkən əsasən aşağıdakılar tədqiq olunur: 

- nə satılacaq? 

- kimə satılacaq? 

- nə qədər satılacaq? 

- necə satılacaq? 

- hansı qiymətə satılacaq? 

- harada satılacaq? 



b) Əmtəə siyasəti:

 Burada müəssisənin istehsal  edəcəyi məhsulların 

xarakteristikası,  üstünlükləri  və  çatışmayan  cəhətləri,  alıcıları  cəlb  edən 

xüsusiyyətləri  və  sairə  göstərilir.  Müəssisənin  istehsal  etdiyi  məhsullar  ba-

rədə aşağıdakı məlumatların verilməsi tövsiyə olunur: 

-  məhsulun  adı,  növü,  keyfiyyəti,  ölçüləri,  rəngi,  çeşidi,  qablaş-

dırması; 

- məhsulun təyinatı və tətbiqi sahəsi; 

- əsas texniki, estetik xüsusiyyətləri; 

- universallıq göstəriciləri; 

- standart və normativlərə uyğunluğu; 

- dəyər göstəriciləri; 



c) Satış taktikası:

 Bu bölmədə planlaşdırılmış həcmdə məhsul satışı 

təminatının  məzmununu  açıqlayan  ticarət  siyasəti  inandırıcı  şəkildə  şərh 

olunur.  Satış  taktikasının  düzgün  seçilməsi  bazarın  və  istehlakçıların  tələ-

batının araşdırılmasından asılıdır. Hər bir bazar digər bazarlardan "seqmen-

tasiya  əlamətləri"  adlanan  bir  sıra  xüsusiyyətlərinə  görə  fərqlənir.  Bu 

xüsusiyyətlərə aşağıdakılar aid edilir: 


Бизнесин тяшкили вя идаря едилмяси 

233 


- demoqrafik; 

- coğrafi; 

- ictimai-iqtisadi təbəqə; 

- sosial-psixoloji meyil; 

- istifadə həddi (güclü, zəif, mütəmadi, təsadüfi); 

Bazarın  seqmentləşdirilməsi  –  istehlakçıların  ehtiyaclarındakı,  xa-

rakterlərindəki və ya davranışlarındakı fərqlər əsasında qruplara bölgüsüdür. 

           Bu  amilin  köməkliyi  ilə  istehsal  olunmuş  məhsulun  istehlakçıların 

tələbatına  uyğun  olaraq  hansı  qrup  müştərilərin  əhatə  olunacağı  müəyyən-

ləşdirilir. Bundan başqa satış taktikası müəyyənləşdirildikdə əmtəələrin gəti-

rilməsi və satışı üçün vacib olan anbarların, nəqliyyat vasitələrinin, mağaza-

ların,  ticarət  nümayəndəlikləri  şəbəkəsinin  səmərəli  şəkildə  istifadəsinə 

diqqət yetirilir.  

d)  Qiymət  siyasəti: 

Bu  bölmədə  məhsulun  qiyməti  müəyyən  edilir. 

Məqsədyönlü  qiymət  siyasətinin  həyata  keçirilməsi  üçün  aşağıdakılar 

dəqiqləşdirilməlidir: 

- məhsul istehsalına çəkilən xərclər; 

- istehlakçının qiymətə münasibəti; 

- rəqiblərin qiymətinin səviyyəsi; 

- qiymətə təsir edən xarici amillər. 

Qiymət siyasətinin həyata keçirilməsi fasiləsiz və perspektivli olma-

lıdır. Belə yanaşma əsasında optimal qiymət siyasəti yürütmək mümkündür. 

Məhz belə siyasət əmtəə üçün alıcı dairəsini genişləndirməyə və yaxud əldə 

saxlamağa  şərait  yaradır.  Bütün  bunlar  isə,  son  nəticədə  müəssisənin  mən-

fəətli fəaliyyət göstərməsinə kömək edir.  

e)  Rəqabətin  təhlili:

  Marketinq  planındakı  bu  bölmənin  əsas  məqsədi 

müəssisənin  üzləşə  biləcəyi  kənar  təsirləri  və  ya  imkanları  tam  təfsilatı  ilə  təhlil 

etməkdən  ibarətdir.  Müvəffəqiyyət  qazanmaq  üçün  rəqiblərin  kimliyi,  onların 

bazarda mövqeyi və xüsusi çəkisi, nailiyyətlərinin hakim faktoru öyrənilməlidir. 

Bu baxımdan aşağıdakı məsələlərin tədqiqi ön plana çəkilir: 

- müəssisənin rəqabət imkanları; 

- istehlakçıların cəlb edilməsi yolları; 

- cari problemlər və bazarda rəqiblərin təhlili. 

Rəqiblərin  təhlili  zamanı  aşağıdakı  məlumatların  dəqiqləşdirilməsi 

vacibdir: 

- hər bir rəqib haqqında qısa məlumat; 

- rəqiblərin güclü və zəif cəhətləri; 

- rəqiblərin strategiyası və məqsədləri; 

- rəqiblərin reklamları; 

- rəqiblərin satış kanalları. 



f) Reklam siyasəti:

 Burada istehsal olunan məhsullara istehlakçıların cəlb 

edilməsində istifadə olunacaq reklam və təbliğat formaları şərh olunmalıdır. 


Бизнесин тяшкили вя идаря едилмяси 

234 


 Maliyyə planı: Maliyyə – pul münasibətləri deməkdir. Sahibkarın sə-

rəncamında  olan  bütün  əsas  və  dövriyyə  kapitalı  yalnız  pul  ifadəsində  əks 

etdirilə  bilər.  Biznesin  ilk  başlanğıcı  pul,  son  nəticəsi  isə  yenə  də  puldur. 

Avans olunmuş kapital əvvəlcə istehsal vasitələrinin alınmasına sərf  edilir, 

yəni  pul  formasından  məhsuldar  formaya  keçir,  istehsal  prosesi  baş  verir, 

məhsul istehsal edilir, tədavül prosesinə çıxarılır, məhsul reallaşaraq  avans 

edilmiş  kapital  yenidən  pul  formasında  sahibkara  qayıdır.  Maliyyə  planı  – 

yuxarıda  qeyd  olunan  proseslərin  tam  əhatə  edilməsidir.  Başqa  sözlə, 

maliyyə planı kapitalın  hərəkət istiqamətlərinin  əks etdirilməsidir. Maliyyə 

planında  investisiya  layihəsinin  tətbiq  ediləcəyi  mühitin  xüsusiyyətləri  və 

şə

raiti öz əksini tapmalıdır.  



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin