QAYNAQLAR:
1. Atif Zeynallı. Səməd Vurğun sənəti. Bakı, Elm, 1990 s. 237
2. Azad Nəbiyev. Azərbaycan folklorunun janrları. Bakı, BDU
nəĢri, 1983
3. Azad Nəbiyev. Nəğmələr, inanclar, alqıĢlar, adətlər. Bakı,
Elm, 1986.
4. Məmməd Arif. Səməd Vurğunun dramaturgiyası. Bakı, Azər-
baycan Elmlər Akademiyası NəĢriyyatı, 1964, 141 s.
5. Səməd Vurğun. Əsərləri. Bakı, Elm, 1988.
6. Səməd Vurğun. Əsərləri. Bakı, Azərbaycan Elmlər Akademi-
yası NəĢriyyatı, 1961.
Folklor və yazılı ədəbiyyat
108
YENĠ ġEĠR ġƏKLĠ: LAYLA-ELEGĠYA
Nizami MURADOĞLU
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin
böyük elmi işçisi
Azərbaycan yazılı ədəbiyyatı və Ģifahi xalq yaradıcılığının
mövcud olan müxtəlif janr növlərinin sintezi nəticəsində müasir
ədəbi mühitdə özünə geniĢ yer alan bəzi Ģeir formalarının öyrə-
nilməsi ədəbiyyatĢünaslıq və folklorĢünaslığımızda aktual bir
problem olaraq qalmaqdadır. Son dövrlərdə xalq yaradıcılığı
məhsulu olan layla və ağıların yazılı poeziyanın müxtəlif Ģeir
Ģəkilləri ilə birlikdə sintezi Ģəklində ortaya çıxan layla-elegiya-
ların öyrənilməsi iĢi də bu aspektdən mühüm əhəmiyyət kəsb
edir. Müasir poeziyamızda layla-elegiyalar layla, ağı janrının
yeni bir forması olub layla və ağı elementlərini özündə ehtiva
edən, lakin quruluĢuna, vəzninə, qafiyələnmə sisteminə görə də-
yiĢən bir Ģeir Ģəklidir. Bu Ģeir Ģəklinin yaranması Azərbaycan
xalqının arzuolunmaz Qarabağ savaĢına cəlb olunmasından son-
ra Ģəhidlərin anımı ilə əlaqələndirilir. Layla-elegiyalarda ağı ki-
mi kədər, dərd-ələm, layla kimi əzizləmə, oxĢama kombinasiya-
ları qarıĢaraq hüzünlü bir Ģəkildə təzahür edir. Layla-elegiya-
ların fərqli cəhətlərinə qısa bir nəzər salaq.
Layla, adətən, anaların beĢik baĢında öz körpəsini sakitləĢ-
dirmək, yuxuya vermək məqsədilə oxunan, əsasən, altı misralı
Ģeir növüdür. Bəzən laylaları oxĢamalarla qarıĢdıraraq dörd və
beĢ misralı Ģeir Ģəklində də verirlər. Lakin laylalar öz məzmunu,
ahəngi və formasına görə oxĢamalardan fərqlənir. Belə ki, oxĢa-
maların əsas fərqli cəhətləri uĢağın oyaq vaxtı əzizlənməsi və
Ģeirin iki, dörd, beĢ misralı olmasıdır.
Folklor və yazılı ədəbiyyat
109
Laylanın ilk dörd misrası bayatıda olduğu kimi (a, a, b, a)
qafiyələnmə sistemi ilə qurulur, son iki misra (5-6) əzizləmə
anlamında bir-birini təkrar edərək qafiyələnir:
QuĢlar uçur havada,
Balası var yuvada.
Gözüm boy atmağında,
Dilim sənə duada.
Balam, laylay, a laylay,
Gözüm laylay, a laylay (5, 244).
PaĢa Əfəndiyev laylaların təsnifatını verərkən yazır: “Lay-
la formasına görə də bayatıdan seçilir. Bunlar bəzən “lay-lay”
sözləri ilə baĢlayır, bəzən də “lay-lay” sözləri Ģeirin sonunda iki
misrada məqsədəuyğun Ģəkildə təkrar olunur. Məsələn:
Atıban tutdum səni,
Əcəb ovutdum səni.
Ömür üzdüm, cəfa çəkdim,
ġükür böyütdüm səni.
Balam lay-lay, a lay-lay,
Gülüm lay-lay, a lay-lay” (2, 155).
Layla-elegiyalarda isə laylalarda olduğu kimi əzizləmə
mənası olsa da, burada daha çox kədər, dərd ünsürləri əsas yer
alır. Vaxtsız getmiĢ övlad acısının ana-bacı ürəyinə vurduğu ağır
dərdin təzahürü layla-elegiyalarda bəzən bir qədər də üsyankar-
casına verilir.
Layla-elegiyalarda ağı elementlərinin təzahürü də əsas yer
tutur. Sədaqət Nemətova “Poetik yaddaĢımızda ağılar” kitabına
yazdığı ön sözdə qeyd edir ki, “Ağı vahid bir poetik formada
gerçəkləĢən janr deyil. Onun poetik ifadə imkanları geniĢdir.
Belə ki, bizə ağı janrında olan müxtəlif xalq Ģeiri Ģəkilləri mə-
lumdur. Bunların içərisində ağı-oxĢamalar, ağı-laylalar, ağı-
bayatılar və s.vardır”(13,9).
Ağı-laylalar xalq yaradıcılığı nümunələridir, müəllifi yox-
dur, layla-elegiyalar isə yazılı ədəbiyyatın müəllifli Ģeir nümu-
Folklor və yazılı ədəbiyyat
110
nələrindəndir. Layla-elegiyalar ağılardan fərqli olaraq yalnız yas
mərasimlərində söylənilmir, eyni zamanda müxtəlif ədəbi-bədii
gecələrdə, anım mərasimlərində ifa olunur, bəzən səhnələĢdiri-
lərək tamaĢaya qoyulur. Layla-elegiyalar konkret müəlliflər tərə-
findən ayrı-ayrı fərdlərin Ģücaət və qəhrəmanlıqlarının nəticəsi
olaraq onların Ģərəfinə və yaxud bir elin, yurdun tarixi faciəsi ilə
bağlı olaraq yaradılır. Xocalı soyqırımı ilə bağlı yazılmıĢ layla-
elegiya nümunələri bu qəbildəndir. Layla-elegiyalara musiqi
yazılır, aktyorlar tərəfindən ifa olunur.
Qeyd etmək lazımdır ki, qəsidə janrının növlərindən olan
mərsiyələr də ağı-elegiyalardan fətqlənir. Klassik ədəbiyyatı-
mızda mərsiyələr, əsasən, müqəddəs Ģəxslərə, əhli-beytə ünvan-
lanır, həzrəti Hüseynin Ģəhadətinə həsr edilir, əruz vəznində ya-
zılırdı. Nizami Gəncəvi, Məhəmməd Fizuli, Seyid Əzim ġirvani
mərsiyənin ən parlaq nümunələrini yaratmıĢdılar. Sovet dövrün-
də dini qadağalar bir növ mərsiyə janrının unudulmasına xidmət
etsə də, tək-tək hallarda elegiya, rekviyem adları ilə yazılmıĢ
Ģeirlərə rast gəlmək olur.
Elegiya mərsiyə tərzində yazılmıĢ qəmli, kədərli, hüzünlü
lirik Ģeirdir. Dünyasını dəyiĢən insanların xatirəsinə yazılmıĢ bu
Ģeirlərdə də ağı ünsürləri əsas yer tutur. Müasir poeziyada sər-
bəst və heca vəznlərində yazılan elegialara rast gəlmək olur.
Xalq Ģairi Bəxtiyar Vahabzadənin ulu öndər Heydər Əliyevin
həyat yoldaĢı, tibb elmləri doktoru, professor Zərifə xanım Əli-
yevanın vəfatı münasibəti ilə yazdığı mərsiyə-rekviyem də bu
qəbildəndir:
“GəlmiĢəm!” – səsləndi ölüm bir anda,
Gözəl bir insana necə qıydı o?
Sən bir arxaya bax!
Böyük bir xalqa
Arxa olan kəsin arxasıydı o (17).
Bu tip elegiya və ya rekviyemlər sağlığında ĢöhrətlənmiĢ
insanlara öləndən sonra yazılırdısa, layla-elegiyalar ölümü ilə
Folklor və yazılı ədəbiyyat
111
Ģöhrətlənən, ölməzlik qazanan Ģəhidlər, yerlər-yurdlar, bununla
bağlı çiçəklər, güllər haqqında yazılır. Layla-elegiyalar heca və
sərbəst vəznlərdə yazılır, konkret qəlibə salınmır, hətta post
modernist üsulda da bu Ģeir Ģəklinin izləri müĢahidə olunur.
Əzizxan Tanrıverdi laylalarda “L” samitinin əhəmiyyətini
dəyərləndirərək qeyd edir ki, “L” sonor samitinin alliterasiyası
təkcə musiqilik və ahəngdarlıq yaratmır, həm də “müəyyən bir
varlığı həddən çox istəmə” semantikasını qüvvətləndirir. Məhz
bu baxımdan ahəngdarlıq, harmoniya və reallıqla sintez Ģəklində
olan poetik məna anaların, nənələrin, ağbirçəklərin Ģirin zümzü-
mə ilə dediyi laylalar vasitəsi ilə körpələrin yaddaĢına köçürülür,
onların yaddaĢında Ģüuraltı olaraq daim – ölənədək yaĢayır
(14,143).
Bu baxımdan yanaĢdıqda Ģairlərin elegiyalara layla ele-
mentlərini gətirmələri tamamilə təbii qəbul edilməlidir. Ġstər
Ģeirin ahəngdarlığının və harmoniyasının zənginləĢdirilməsi ba-
xımından, istərsə də, qəhrəmanın sevildiyini və əzəmətini anlat-
maq baxımından bu təhkiyə üsulu uğurlu sayıla bilər.
Ramazan Qafarlının laylalarla əlaqəli fikirləri də bu yanaĢ-
mada orjinallığı ilə seçilir: “ġeirdə uĢağı əyləndirən nə ananın
canını qurban deməsidir, nə də sorğusundakı istəkdir, əvvəldə
“balam” sözünün təkrarı və misra sonunda qafiyələnən kəl-
mələrlə ahəngdarlıq yaranmasıdır” (8, 195).
Qeyd edək ki, görkəmli folklorĢünas alim M.H.Təhmasib
“Məktəb” jurnalında folklora münasibət məsələsi” adlı məqa-
ləsində yazırdı: “Məktəb”in ən məhsuldar əməkdaĢlarından olan
Abbas Səhhət jurnalın 1912-ci il 14-cü nömrəsində çap etdirdiyi
“Ana və bala” Ģeirində uĢaq folklorunun ən gözəl nümunələ-
rindən biri olan arzulamalardan bir neçə bənd vermiĢdir. ġeir
belə baĢlanır:
OturmuĢ ana,
BasmıĢ bağrına
Nazlı körpəsin,
Folklor və yazılı ədəbiyyat
112
Laylay deyir ona.
UĢaq yatmayır,
Baxıb ağlayır,
Anası onu
Bu cür oxĢayır:
Dağda darılar,
Sünbül sarılar,
Qoca qarılar.
Bu balama qurban!..
...Jurnalın bu tipli əsərləri çap etməkdə məqsədi daha çox
folklor nümunələrini verməkdən ibarət olmuĢdur. BaĢqa sözlə
desək, bu nümunələr əsərə rövnəq vermək üçün bədii vasitə ki-
mi deyil, əksinə, əsərlər həmin nümunələri nəĢr etmək, uĢaqlara
çatdırmaq üçün bir növ vasitə rolunu oynamıĢdı” (15, 479).
Müstəqillik dövrü poeziyasında layla və ağı elementlərin-
dən istifadə edilməsi isə Ģeirin bədii siqlətini artırmaq, onun
emosional təsir mexanizmini gücləndirmək, bədiiliyinə rəng
qatmaq məqsədi daĢıyır.
Əsasən müstəqillik dövrünün müəllifli məhsulu olan layla-
elegiya janrının milli-mədəni irsimizin tərkib hissəsi olması
onun folklor və yazılı ədəbiyyat müstəvisində birgə araĢdırılma-
sı və öyrənilməsi zərurətini də gündəmə gətirir. Belə ki, indiyə
qədər diqqətə alınmasa da, bu gün birmənalı Ģəkildə deyə bilərik
ki, layla-elegiyaların ilkin variantlarına “Kitabi-Dədə Qorqud”-
da rast gəlirik. “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda Bey-
rək əsir düĢəndən sonra bacılarının, niĢanlısı Banıçiçəyin söylə-
dikləri ağılar bu günkü layla-elegiyaların ilkin formalaĢmaqda
olan nümunələrindəndir: “Banıçiçək qaralar geydi, ağ qaftanını
çıxardı. Payız alması kimi al yanağını dartdı, yırtdı.
“Vay, al duvağım iyəsi!
Vay, alnum-baĢım ümurı!
Vay, Ģah yigidim, vay, Ģahbaz yigidim!
Toyınca yüzinə baqmadığım, xanım yigit!
Folklor və yazılı ədəbiyyat
113
Qanda getdin, beni yalnuz qoyıb, xanım yigit?!
Göz açuban gördigim,
Könül ilə sevdigim,
Bir yasduqda baĢ qoduğım!
Yolunda öldügim!
Qurban olduğım!
Vay, Qazan bəgin inağı!
Vay, Qalın Oğuzun imrəngisi Beyrək!” (7, 58)
Göründüyü kimi, bu gün Ģəhidlərə deyilən layla-elegiya-
ların genetik təzahürləri insanlığın yaranıĢından bu və ya digər
formada mövcud olmuĢdur. Müasir zamanda hər hansı bir acının
nəticəsi olaraq bu folklor janrı daha da geniĢ yayıldı və hazırda
formalaĢma prosesindədir.
Burada bir daha Əzizxan Tanrıverdinin “L” sonor samiti-
nin dinamikasının insanın körpəliyindən ölənə qədər keçdiyi
inkiĢaf yolunu izləməklə laylaların əslində forma dəyiĢikliyi ilə
insanlığı izlədiyinin Ģahidi oluruq: “Bu sıralanma, bu semantik
dinamika istər-istəməz baĢqa bir məqamı da yada salır: “L” sa-
mitinin alliterasiyası bu dünya ilə vidalaĢma anlarını əks etdirən
poetik parçalarda da müĢahidə olunur: “Kitab”da – “Əcəl aldı,
yer gizlədi... Gəlimli, gedimli dünya, Son ucu ölümlü dünya”...
(l-l-l-l-l-l); kədərli bayatılarda –
Eləmi halım fələk,
Dil bilməz zalım fələk.
Kəsdin can bağçasından
Ġki nihalım fələk” (14, 143).
Layla-elegiyalar daha çox 20 Yanvar və Qarabağ müha-
ribəsi Ģəhidlərinə yazılır. Belə ki, 20 Yanvar Ģəhidlərindən olan
iki sevgilini: – Ġlham və Fərizəni xüsusi olaraq qeyd etmək la-
zımdır. Yanvarın 19-dan 20-nə keçən gecə mənfur sovet qoĢun-
larının qarĢısına əliyalın çıxıb sinəsi ilə öz azadlıq və istiqlaliy-
yətini müdafiəyə qalxan Azərbaycanın igid övladlarından biri də
Ġlham Əjdər oğlu Allahverdiyev idi. Ġlham 1962-ci ildə Ağdam
Folklor və yazılı ədəbiyyat
114
rayonunda anadan olmuĢdu, Bakıdakı DadaĢ Bünyadzadə adına
gəmiqayırma zavodunda tokar iĢləyirdi. (Ġndi həmin zavod Ġl-
ham Allahverdiyevin adını daĢıyır). Həmin gecə Ġlham Allah-
verdiyev qəhrəmancasına həlak olur. Fərizə Çoban qızı Allah-
verdiyeva həyat yoldaĢı Ġlhamın qara xəbərini alanda üzərinə
neft töküb özünü yandırmağa cəhd edir. Lakin evdə olanlar ona
kibriti alıĢdırmağa imkan vermirlər.
Daha bir gün keçir, yanvarın 21- i səhər saat 6-da Fərizə
yerindən qalxıb altı ay bundan öncə olmuĢ toy Ģəkillərini stolun
üzərinə töküb doyunca baxır və bir parça kağıza bu sözləri yazır:
“Mən onsuz yaĢaya bilmərəm. Siz məni”... (17)
Fərizə sirkə dolu stəkanı baĢına çəkib özünü və bətnindəki
körpəsini tələf edir. Ġlham və Fərizənin məzarı ġəhidlər xiyaba-
nında yan-yan dəfn edilir. Bu faciə eĢidib bilən bütün insanları
dərindən sarsıdır. Bu böyük eĢqin gücünə insanlar bu gün də
heyrət edirlər. Bu ucalıq və məhəbbət abidəsi böyük sədaqət, və-
fa, iradə, vətənpərvərlik və qeyrət simvoluna çevrilibdir.
Hüseyn Əsgəroğlu “Ġlham-Fərizənin sevgi dastanı” əsərin-
də laylay deyərək bu sevgiyə münasibət bildirir:
Dan sökülür, gün çıxır,
Qar yağır, yağıĢ yağır.
Küləklər uğuldayır,
Yarpaqlar pıçıldayır.
Fəqət ulu Tanrıdan
Nə haray vardı, nə hay,
Kim yanacaq halına
Ġlham-Fərizəm, lay-lay (4, 440).
ġəhidliklə bağlı olaraq yaranan layla – elegiyalardan biri
də Orxan PaĢanın Milli Qəhrəman Mübariz Ġbrahimovun xatirə-
sinə həsr etdiyi “ġəhid köynəyi lalələr” (12, 147) Ģeiridir. Orxan
PaĢa yeddi bəndlik bu Ģeirini mahnı-elegiya adlandıraraq kiçik
bir dramatuji səhnə yaratmıĢdır. Əsərdə üç personaj iĢtirak edir:
1. Mübarizin anası
Folklor və yazılı ədəbiyyat
115
2. Kölgə ruh kimi Mübariz
3. Müğənni
ġeirin birinci bəndində oğlunun hərbi xidmətdən qayıdaca-
ğı ümidi ilə yolunu gözləyən ananın həsrəti, yanğısı ifadə olun-
muĢdur. Altı misralıq bu Ģeir parçasının əvvəlki dörd misrası
bayatı janrında olub nənələrimizin dar gündə, ağır zamanlarda
çağırdığı ənənəvi ağılar xarakterlidir. Digər iki misra ananın hə-
lə də ümidlə yaĢadığına iĢarə verir. Oğlu Ģəhid olsa da, ana yenə
də oğlunun yolunu gözləyir, onun nə vaxtsa qayıdacağına ümid
edir. ġeirin birinci bəndinin laylalarda olduğu kimi dörd misrası
a, a, b, a - son iki misrası c,c Ģəklində qafiyələnmiĢdir.
Dağların yastı yolu,
Su gəlib basdı yolu.
Balam getdi, gəlmədi,
Yağılar kəsdi yolu.
Nola balam gələydi,
Gözlərim dincələydi!..
ġeirin ikinci və üçüncü bəndləri Mübariz Ġbrahimovun
xəyali obrazının dili ilə verilmiĢ, Vətən-Oğul vəhdətinin uğurlu
poetik nümunəsi yaradılmıĢdır, qafiyə sistemi isə dəyiĢilmiĢdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, layla-elegiyalar forma və
qafiyələnmə baxımından sərbəstdir.
Suya, torpağa dönmüĢəm,
Çöl-çəmən olmuĢam, ana!
Mən Qarabağa dönmüĢəm,
Mən Vətən olmuĢam, ana!
Mahnı-elegiya müğənninin ana-oğul deyiĢməsi fonunda
oxuduğu nəğmənin nəqaratı ilə sonlanır. Vətən, el qeyrəti çəkən
igid Mübarizin axan qızıl qanı lalə rəngli köynəyə çevrilib bay-
raqlaĢır. Rəmzi anlamda bu çevrilmədə bayrağımızın qırmızı
rəngində olan Ģəhid qanlarının təcəssümü müqəddəsləĢdirilmiĢ-
dir.
Folklor və yazılı ədəbiyyat
116
Layla-elegiyalar bəzən qloballaĢaraq daha da böyük məz-
mun kəsb edir. Qarabağ savaĢlarının Ģiddətli zamanında, Laçının
iĢğal edildiyi günlərdə ġam kəndində Sevda nənənin çəkdiyi ha-
ray qulaqları yandırırdı. Güləmail Murad “Yandım, ay haray,
yandım” elegiyasında Sevda nənənin harayını belə bədiiləĢdir-
miĢdir:
Qarabağı aldılar,
Yandım, ay haray, yandım.
Bizi oda saldılar,
Yandım, ay haray, yandım.
Ağladı Sevda nənə,
Göz yaĢı dərya nənə.
Dünyada dünya nənə,
Yandım, ay haray, yandım (11, 17).
Layla-elegiyaların tipik nümunələrindən biri də Yaqub
Məğrurun “Layla, Xocalım, layla” əsəridir. Müəllif burada Xo-
calı faciəsini bütün dünyaya çatdırmaq istəyir. Məlum olduğu
kimi 1992-ci ilin fevral ayının 26-da Ermənistanın hərbi bir-
ləĢmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı
Ģəhərində genosid aktı həyata keçirmiĢdilər. Dörd aydan artıq
mühasirə Ģəraitində qalan Xocalıda bu qüvvələrin qarĢısında tab
gətirəcək qüvvə qalmamıĢdı. Erməni daĢnakları rus Ģovinist
qüvvələri ilə birlikdə Xocalı Ģəhərini iĢğal edib dağıtmıĢ, dinc
əhaliyə divan tutmuĢdular. Xocalı soyqırımı zamanı 613 nəfər
öldürülmüĢ, 1000 nəfər müxtəlif yaĢlı dinc sakin aldığı güllə ya-
rasından əlil olmuĢdu. Ölənlərdən 106-sı qadın, 63-ü uĢaq, 70-i
ixtiyar qoca idi. 8 ailə tamamilə məhv edilmiĢdi. 25 uĢaq vali-
deynlərinin hər ikisini, 130 uĢaq birini itirmiĢdi. Faciə baĢ verən
gecə Ģəhərin 1275 nəfər dinc sakini girov götürülmüĢdür ki, on-
lardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev
Xocalı soyqırımına siyasi qiymət verərkən demiĢdi: “1992-ci il
fevralın 26-da Xocalıda baĢ verənlər Azərbaycan xalqının yad-
Folklor və yazılı ədəbiyyat
117
daĢından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa
kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarĢı
soyqırım aktı həyata keçirilmiĢ, bəĢəriyyətin ən böyük faciələ-
rindən biri törədilmiĢdir” (3).
Bu faciə Azərbaycan xalqına qarĢı aparılan genosidin ən
ağrılı və ağırlarından biri idi. ġairlər bu haqda çoxlu Ģeirlər yaz-
dılar. Biz burada Yaqub Məğrurun layla-elegiyasından iki bəndi
nəzərə çatdırmaq istəyirik:
Yatdı baĢbilənlərin,
Çox oldu ölənlərin,
Girovdu gəlinlərin,
Layla, Xocalım, layla.
BaĢ əyirəm adına,
Yetəmmədik dadına,
Getdin namərd badına,
Layla, Xocalım, layla (10, 30).
Burada Ģair böyük bir yurdun faciəsini Ģəhərə layla de-
məklə insanla yer arasında əlaqə yaradır, Ģəhəri ĢəxsləĢdirir, bu
günə qədər ədəbiyyatda rastlaĢmadığımız bir Ģəkildə təqdim edir
ki, bu da öz növbəsində yeni bir Ģeir Ģəklinin;- layla-elegiyanın
hüdudları daxilində mərkəzləĢdiyinin göstəricisi hesab edilə
bilər.
Nüsrət Kəsəmənlinin “20 Yanvar” Ģeiri də bu səpgidə ya-
zılmıĢ xalqımızın dərdini, kədərini əks etdirən layla-elegiya-
lardandır. ġair sanki Ģəhidə əbədiyyət aləmində rahat uyumaq
üçün layla deyir, onun Ģəhidliyini toyu kimi qələmə verir, lakin
bu toy digər toylardan fərqli olaraq “Ģivən” qoparır, insanları
ağladır:
Dağ üstə dağım mənim,
Od tutur ağım mənim.
Öldün, dedin yaĢasın
Ana torpağım mənim.
Folklor və yazılı ədəbiyyat
118
Torpağım, daĢım ağlar,
Bacım, qardaĢım ağlar.
Boyuna qurban oğul,
Yanar göz yaĢım ağlar.
Boyuna qurban, oğul,
Boyunu yer aparır,
Toyuna qurban, oğul,
Toyun Ģivən qoparır (6, 245).
90-cı illərin bir-birini əvəz edən faciələrinin bədii ədəbiy-
yatda elegiyalarla özünə yer alması təsadüfü deyildir. Faciənin
böyüklüyü, dərdin ağırlığı insanları sıxır, hətta bəzən ümidsizli-
yə qədər yol açırdı. 20 yanvar Ģəhidlərinin yatdığı məzarlığa
sevgi və dərdə Ģərik olmaq anlamında qoyulan qərənfillər nahaq
tökülən Ģəhid qanlarını xatırladırdı. Milyonlarla qərənfillə süs-
lənmiĢ bu məzarlıq bir hüzn gətirir, insanları ağladırdı. Sanki
qərənfillər də ağlayırdı. Bu hüznlü, kədərli səhnəni görən Məm-
məd Aslan “Ağla, qərənfil, ağla” layla-elegiyası ilə günahsız
ölənlərə matəm tutur, yas saxlayırdı:
Bu qara yazılara,
Bu körpə quzulara.
Quruyan arzulara
Ağla, qərənfil, ağla.
Xeyrə Ģər qalib gəldi,
Ġniltili gün gəldi.
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla (1, 88).
Təbiətin bu və ya digər ünsürlərinə, xüsusilə də gülə, çiçə-
yə müraciətlə deyilən bayatılar, ağılar xalq yaradıcılığında geniĢ
yer alıbdır. Sevgilisindən ayrı düĢmüĢ aĢiq gülə, çiçəyə müra-
ciətlə bayatı çağırır, dərdini, arzusunu bu vasitə ilə qarĢı tərəfə
çatdırmaq istəyirdi. Məmməd Aslan da qərənfilə müraciətlə xal-
Folklor və yazılı ədəbiyyat
119
qın dərdinə Ģərik olmaq, içini göynədən ağrını qərənfillərin qan
rənginin arxasında ovutmağa çalıĢırdı.
Müasir post-modernist cərəyanın nümayəndələrindən olan
Ģair Əhməd QəĢəmoğlunun “uĢaq qəbrstanlığı” Ģeirində də bu
dəst-xəttə rast gəlirik. UĢaq qəbirstanlığının zahiri sakitliyi Ģai-
rin qəlbini silkələyir, içindən gələn səslər Uca Yaradanla təmasa
çağırır:
...kim qorxudub onları?
kim baĢdaĢı kimi yan-yana düzüb
bu məsum insanları?
az qalıram çaĢam, Allah!
mən belə baĢdaĢı görməmiĢəm, Allah!
hər insan canlı-canlı,
üz-gözü suallı
öz ömrünün həyatda
baĢdaĢı olarmıĢ, Allah! (9, 157)
Layla-elegiyalar yeni yaranmaqda, formalaĢmaqda olan
janr olduğundan onun poetikası haqqında kifayət qədər araĢ-
dırma aparılmasa da, layla və ağılar haqqında yetərincə məlumat
vardır. DüĢünürük ki, burada qısa Ģəkildə verdiyimiz məlumatlar
layla-elegiyalar haqqında da müəyyən təsəvvür yarada bilər.
Bu Ģeir Ģəklinin müstəqillik dövrü poeziyamızda özünə-
məxsus yer tutması milli-mənəvi dəyərlərimizin xalqımız tərə-
findən düzgün qiymətləndirilməsi, Vətən sevgisi, Milli qürur,
türk düĢüncə tərzinin inikası ilə birbaĢa bağlı özünü dərketmə
kompleksidir.
Dostları ilə paylaş: |