AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   2   3   4   5   6   7   8   9   ...   15
Folklor ve yazili edebiyyat-ll hisse


QAYNAQLAR: 
 
1.  S.Karakoç. Edebiyat yazıları Ш. Eğik ehramlar. Ġstanbul, 1996.  
2.  T.Məmməd.  Mədəniyyətlərin  inteqrasiyasında  özününkü-
ləĢdirmə  (Məhəmməd  Peyğəmbərin  meracı  Nizami  Gəncəvi 
və  Xopxe  Luis  Borxesin  yaradıcılığında)  //  Ədəbi-nəzəri 
məcmuə. Bakı, 2005.  
3.  Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. II c. Bakı, 2005, 408 s.  
4.  Mir Möhsün Nəvvab. Vüzuhül-Ərqam. Bakı, 1989, 84 s. 
5.  A.Hacıyeva.  Mir  Möhsün  Nəvvabın  ədəbi-bədii  irsi.  Bakı, 
2004, 210 s. 
6.  Xacə Nəsirəddin Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, 255 s. 
7.  C.Bəydili. Türk mifoloji sözlüyü. Bakı, 2003, 416 s. 
8.  И.М.  Фильштинский.  Представление  о  «потустороннем 
мире»  в  арабской  мифологии  и  литературе  //  Восток-
Запад.  Исследования.  Переводы.  Публикации.  Москва, 
1989, 301 с. 
9.  И.М. Фильштинский. История арабской литературы. Мо-
сква, 1991, 726 с. 
10.  В.Пропп.  Исторические  корни  волшебной  сказки.  Ле-
нинград, 1946, 400 с. 
11.  A.Ercilasun.  Deli  Domrul  ile  Kazakların  Korkut  Atası 
arasında  bir  mukayese  //  “Milli  Folklor”  dergisi.  Ankara, 
1998, № 37. s.16-21. 
12.  B.Ögel. Türk mitolojisi. II c., Ankara, 1995.  
 
 

Folklor və yazılı ədəbiyyat 
54 
 
 
AZƏRBAYCAN DRAMATURGĠYASINDA 
“KOROĞLU” MOTĠVLƏRĠ 
 
Ġslam SADIQ 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun  
“Folklor və yazılı ədəbiyyat” 
şöbəsinin elmi işçisi 
 
Azərbaycan  xalqı  çox  zəngin  ağız  ədəbiyyatı  yaratmıĢdır. 
Bu  ədəbiyyat  yaddaĢlardan-yaddaĢlara ötürülə-ötürülə, ağızdan- 
ağıza keçə-keçə cilalanmıĢ, zənginləĢmiĢ, gözəlləĢmiĢ, gəlib gü-
nümüzə çatmıĢdır. 
Azərbaycan  yazılı  ədəbiyyatının  qidalandığı  ən  zəngin 
qaynaqlardan biri, bəlkə də birincisi həmiĢə xalqın yaratdığı söz 
xəzinəsi  olmuĢdur.  ġair  və  yazıçılarımız  bədii  əsərlərini  yazar-
kən Ģifahi xalq ədəbiyyatının motiv, süjet və obrazlarından usta-
lıqla  bəhrələnmiĢ,  sözün  poetik  siqlətini  artırmaq,  fikri  güclən-
dirmək,  obrazlılıq  yaratmaq  məqsədilə  onlardan  istifadə  etmiĢ-
lər.  Dahi  Nizami  Gəncəvinin  bütün  əsərləri  xalq  yaradıcılığının 
ən gözəl örnəklərindən bəhrələnməklə yazılmıĢdır. 
Azərbaycan  yazılı  ədəbiyyatının  ən  dəyərli  ilkin  qaynaq-
larından  biri  “Dədə  Qorqud”,  digəri  isə  “Koroğlu”  dastanı  ol-
muĢdur.  Azərbaycan  poeziyası,  nəsri,  dramaturgiyası  “Dədə 
Qorqud”  motivləri  ilə  olduqca  zəngindir.  Bu  baxımdan  “Dədə 
Qorqud” dastanı ilə qoĢa yalnız “Koroğlu” dastanının adını çək-
mək  olar.  “Koroğlu”  dastanının  Azərbaycan  poeziyasına  təsiri 
geniĢ  tədqiq  olunmuĢdur  (1,  58-69  2,  20-42  3;  4).  Ġmadəddin 
Nəsimidən üzü bəri Azərbaycan Ģairlərinin böyük əksəriyyətinin 
yaradıcılığında “Koroğlu” motivlərinə rast gəlinir. Bir çox Ģair-
lərimiz  isə  “Koroğlu”  dastanından  geninə-boluna  bəhrələnmiĢ-
lər. Elə  mövzular var ki,  həmin  mövzuda Ģeir  yazan  Ģairlərimiz 

Folklor və yazılı ədəbiyyat 
55 
 
istər-istəməz  “Koroğlu”ya  üz tutmalı  olmuĢlar.  Bu  ənənə  Azər-
baycan Ģairlərinin yaradıcılığında bu gün də davam etdirilir. 
“Koroğlu”  dastanının  təsiri  baxımından  Azərbaycan  dra-
maturgiyasının  araĢdırılması  da  böyük  maraq  doğurur.  “Koroğ-
lu” dastanından dram  əsərlərində  istifadə olunması  bir çox  mü-
hüm amillərlə bağlıdır. Onlardan ən əsasları bunlardır: 
1. “Koroğlu” dastanının xalq arasında çox geniĢ yayılması; 
2.  Koroğlunun bir qəhrəman kimi xalqın dilinin əzbəri ol-
ması, güvənc, ümid, inam yerinə çevrilməsi; 
3. “Koroğlu”  dastanının  mövzu,  süjet  və  motivlərlə  zən-
ginliyi; 
4. “Koroğlu”  dastanının  dilinin  gözəlliyi,  saflığı,  obrazlı-
lığı, idiomlarla və s. zənginliyi; 
5. “Koroğlu”  dastanındakı  Ģeirlərin  poetik  siqləti,  xalq  ru-
hunu ifadə etməsi; 
6. “Koroğlu”  dastanındakı  ayrı-ayrı  hadisələrin  təsvirində-
ki səhnə elementləri, əsərin bütövlükdə tamaĢa təsiri ba-
ğıĢlaması. 
“Koroğlu”  dastanının  Azərbaycan  dramaturgiyasına  təsi-
rində  yuxarıda  sadalanan  amillərin  hər  birinin  öz  rolu  olmuĢdur. 
Sonuncu amil isə bu iĢdə ikiqat çox rol oynamıĢdır, çünki dastanın 
hər  bir  qolu  əslində  bir  mükəmməl  səhnə  əsəridir  və  onların 
əksəriyyəti  baĢ  vermiĢ  gerçək olayların təsvirindən baĢqa  bir  Ģey 
deyil. Bilirik ki, bəzi səfərlərdə Koroğlu aĢıq paltarı geyinib sazla 
xanların,  bəylərin,  paĢaların  məclisinə  girir  və  çalıb-oxuyurdu. 
Dastanda  bunlar  o  qədər  canlı  və  təbii  təsvir  olunur  ki,  bir  teatr 
səhnəsini  xatırladır.  “Koroğlu  dastanının  Azərbaycan dramaturgi-
yasına təsirinin birinci səbəbini məhz bunda axtarmaq lazımdır. 
“Koroğlu”  dastanına  Azərbaycan  dramaturqlarından  ilk 
dəfə  Əbdürrəhim  bəy  Haqverdiyev  müraciət  etmiĢdir.  Yazıçı 
“YoldaĢ Koroğlu” adlı bir pyes yazmıĢdır. Bu  əsər 1932-ci ildə 
Bakıda  qələmə  alınmıĢdır.  Onun  bir  adı  da  “Azərbaycan  kən-
dində inqilab gediĢinin etapları”dır. Hazırda AMEA Məhəmməd 

Folklor və yazılı ədəbiyyat 
56 
 
Füzuli adına Əlyazmalar Ġnstitutunun Ə.Haqverdiyevə məxsus 9 
saylı fondunda bu əsərin üç əlyazması saxlanır (5, 6, 7). Bu pyes 
ilk  dəfə  Ə.Haqverdiyevin  iki  cildlik  “SeçilmiĢ  əsərləri”nin  bi-
rinci cildində çap olunmuĢdur (8, s. 451-497). 
Ə.Haqverdiyevin  “YoldaĢ  Koroğlu”  pyesinin  ilk  baxıĢda 
“Koroğlu” dastanı ilə o qədər də sıx bağlılığı yoxdur. Yalnız hər iki 
əsərin  qəhrəmanının  adı  Koroğludur.  Əlbəttə,  bu  zahirən  belədir. 
Yazıçı  pyesin  qəhrəmanının  adını  da  təsadüfən  Koroğlu  qoyma-
mıĢdır. Pyesdəki hadisələri diqqətlə çözələyəndə Ə.Haqverdiyevin 
bu pyesdə “Koroğlu” dastanından çox böyük ustalıqla bəhrələndiyi 
açıq-aydın nəzərə çarpır. Bu bəhrələnməni üzə çıxarmaq üçün das-
tanın və pyesin ruhunu dərindən duymaq, bir çox motivləri yanaĢı 
qoyub, onları müqayisəli Ģəkildə araĢdırmaq kifayətdir. 
“YoldaĢ  Koroğlu”  pyesinin  qəhrəmanı  Koroğludur.  Bu 
adın “Koroğlu” dastanından gəldiyinə heç bir Ģübhə ola bilməz. 
Pyesin  qəhrəmanı  Koroğlunun  əsl  adı  Salmandır.  Yazıçı  Sal-
manı  Koroğlu  eləmək  üçün  hər  Ģeyi  irəlicədən  ölçüb-biçmiĢ, 
süjetin baĢlanğıcını məhz bu motivin açılması üzərində qurmuĢ-
dur. Əsərin  ilk səhnəsindən bilinir ki, Salmanın atasının  hər iki 
gözü kordur. O, çiçək xəstəliyinə tutulmuĢ və gözlərinin iĢığını 
itirmiĢdir.  Sonrakı  səhnələrdən  bəlli  olur  ki,  Salmana  təkcə 
atasının  gözləri  kor  olduğuna  görə  yox,  həm  də  qoçaq,  igid, 
diribaĢ və mərd bir oğlan olduğuna görə, xalq Koroğlu deməyə 
baĢlamıĢdır.  Göründüyü  kimi,  həm  dastanda,  həm  də  pyesdə 
Koroğlu adının yaranma səbəbi bir-birinin eynidir. 
Ə.Haqverdiyevin  pyesin  qəhrəmanının  adını  Koroğlu 
qoymağının  və  Salmanın  bu  adı  böyük  sevinclə  qəbul  edib, 
qürurla  daĢımağının  arxasında  çox  böyük  maraq  doğuran  bir 
mətləb  durur  ki, onun  açılmağına  ciddi  ehtiyac  var.  Bu  mətləbi 
açmaq üçün pyesdən bir parçaya diqqət yetirmək kifayətdir: 
Güldəstə (Salmana). Sənin adın Koroğludur? 
Salman.  Yox,  Salmandır.  Mahmud  dayı  mənim  adımı 
Koroğlu qoydu. Mən, kor Ġsrafil kiĢinin oğluyam. Amma bu ad 

Folklor və yazılı ədəbiyyat 
57 
 
mənim  xoĢuma  gəldi.  Ġstəyirəm  elə  bundan  sonra  hamı  mənə 
Koroğlu desin. 
Güldəstə. Mən də Koroğlu deyim? 
Salman. Elə hamı desin (9, s. 495) 
Yazıçı  bu  kiçik  parçada  “Koroğlu”  dastanına  və  Koroğlu 
obrazına xalq arasındakı  sevginin,  məhəbbətin çox aydın  ifadə-
sini vermiĢdir. Salmanın ona Koroğlu deməyindən qürur duyma-
ğı və bu adı sevinclə  qəbul edib,  fəxrlə, qürurla daĢımağı  bunu 
aydın göstərir. 
Yazıçı  burada  baĢqa  adlar  da  seçə  bilərdi.  Salmanın  öz 
adını  da  saxlamaq  olardı.  Bütün  bunlar  pyesin  məzmununa  o 
qədər də güclü təsir göstərməzdi. Lakin yazıçı əvvəldən öz qar-
Ģısına  məqsəd  qoymuĢdur  və  onu  pyesdə  dolğun  vermək  üçün 
“Koroğlu” dastanına üz tutmalı olmuĢdur. 
Pyesin  mövzusu  Azərbaycanda  sovet  hakimiyyətinin  ya-
ranmasından,  kolxoz  quruculuğundan  götürülsə  də,  burada  das-
tanla  səsləĢən  çox  maraqlı  motivlər  var.  Bunlardan  ən  birincisi 
hər  iki  əsərin  qəhrəmanının  eyni  idealla  yaĢamağıdır.  Dastan 
qəhrəmanı  Koroğlu  kimi,  pyesin  qəhrəmanı  Koroğlu  da  kasıb-
kusubun,  fağır-füqəranın,  zəiflərin,  gücsüzlərin  tərəfində  durur, 
onların  haqqını  qoruyur.  Pyesin  qəhrəmanı  Koroğlunun  da 
baĢlıca məqsədi “Koroğlu” dastanındakı ideal insan cəmiyyətini 
öz doğma kəndində yaratmaqdır. Doğrudur, pyesdə Koroğlunun 
nə  idealı, nə də məqsədi haqqında heç nə deyilmir. Lakin pyesi, 
orada  baĢ  verən  hadisələri  diqqətlə  çözələyəndə  qəhrəmanın 
idealını və məqsədini aydın görmək olur. 
Ə.Haqverdiyevin  “YoldaĢ  Koroğlu”  pyesində  yazıçının 
həqiqətən “Koroğlu” dastanından bəhrələndiyini təsdiqləyən da-
ha  bir  neçə  motiv  var  ki,  onlardan  biri  də  qəhrəmanın  kəndinin 
Dumanlı  adlanmasıdır. “Koroğlu” dastanından  bilirik ki, Çənli-
bel dumanlı, çənli, çiskinli bir dağ belidir. Buna  əsaslanıb deyə 
bilərik ki, Ə.Haqverdiyev pyesin qəhrəmanı  Koroğlunun kəndi-
nin  adını  təsadüfən  Dumanlı  qoymamıĢ,  onu  Çənlibelə  uyğun-

Folklor və yazılı ədəbiyyat 
58 
 
laĢdırmıĢdır.  Koroğlu-Çənlibel  və  Koroğlu-Dumanlı  paralelləri 
də bir-birinə uyğun gəlir. 
Hər  iki  əsərdə  eyni olan  əsas  motiv,  əvvəldə deyildiyi ki-
mi, qəhrəmanların atalarının kor olmasıdır. Dastanın qəhrəmanı 
RövĢənin  atası  Alı  kiĢinin  gözlərini  Həsən  xan  çıxartdırıb  onu 
iĢıqlı  dünyaya  həsrət  qoymuĢdur.  Pyesin  qəhrəmanı  Salmanın 
atası Ġsrafilin gözləri isə çiçək xəstəliyindən sonra kor olmuĢdur. 
Dastan  da,  pyes  də  gələcək  qəhrəmanın  atasının  gözlərinin  kor 
olması  motivi  ilə  baĢlayır.  Bunun  özü  də  dastanla  pyes  arasın-
dakı üzvi bağlılığı göstərən amillərdən biridir. 
Dastan  və  pyesin  hər  ikisi  eyni  motivlə  baĢladığı  kimi, 
onların  sonluğunun  da  eyni  motivlə  qurtardığını  görürük.  “Ko-
roğlu”  dastanında  Koroğlunu  Qıratsız,  Misri  qılıncsız  və  sazsız 
təsəvvür  etmək  mümkün  deyil.  Koroğlu  həmiĢə  döyüĢə  də 
qılıncla  yox,  sazla  baĢlayır.  Əksər  qollarda  Koroğlu  iĢi  davasız 
yoluna qoymaq istəyir, saz çalıb-oxuyur. Bundan baĢqa, Koroğ-
lu bütün səfərlərdən Çənlibelə qayıdandan sonra Nigar xanımın 
xahiĢi  ilə  sazı  döĢünə  basıb  baĢına  gələnləri  danıĢır.  Dastanın 
bütün qolları sazla bağlanır. 
Ə.Haqverdiyev də pyesin sonunda sazı səhnəyə təsadüfən 
gətirməmiĢdir. AĢıq sazla səhnəyə çıxır və pərdə bağlanır. 
Ə.Haqverdiyev  “Koroğlu”  dastanına  təsadüfən  üz  tutma-
mıĢdır. O, 1899-cu ildə Peterqburqdan ġuĢaya qayıtmıĢ, burada 
yaĢadığı  iki  il  ərzində  həm  də  xalq  yaradıcılığı  örnəklərini 
toplamaqla məĢğul olmuĢdur (10, s. 6). 
Yazıçı 1923-1925-ci illərdə Azərbaycanı Tədqiq və Tətəb-
bö  cəmiyyətinin  sədr  mavini  və  sədri  iĢlədiyi  illərdə  də  xalq 
yaradıcılığı  örnəklərinin  toplanması  və  nəĢri  iĢlərində  yaxından 
iĢtirak  etmiĢdir.  Ə.Haqverdiyev  Səbri  Salehin  “Abbas  və  Gül-
gəz”  dastanının  motivləri  əsasında  yazdığı  5  məclisdən  ibarət 
eyni adlı operettanı dilimizə çevirmiĢdir (11) 
Onun arxivində əlyazma Ģəklində çoxlu atalar sözləri, tap-
macalar,  xalq  mahnıları  və  s.  saxlanılır  (12;  7,  s.  29-30)  Bütün 

Folklor və yazılı ədəbiyyat 
59 
 
bunlar  Ə.  Haqverdiyevin  xalq  yaradıcılığına,  folklora  nə  qədər 
bağlı olduğunu aydın göstərir. 
 Pyesin  sonuncu  Ģəklində  Koroğlu  Hacı  Bayrama  müra-
ciətlə deyir: “Hacı, söz bayaqkıdır” (9 s. 523). Bu ifadə də “Ko-
roğlu”  dastanındakı  “söz  dəyirmandakıdır”  deyimindən  götürü-
lüb pyesə daxil edilmiĢdir. 
Ağız  ədəbiyyatından  geninə-boluna  bəhrələnən  Ģairlə-
rimizdən  biri  Səməd  Vurğun  olmuĢdur.  Səməd  Vurğun  yaxĢı 
bilirdi  ki,  xalq  ədəbiyyatını  bilmədən,  ondan  qidalanmadan  bö-
yük ədəbiyyat yaratmaq olmaz. Xalq ədəbiyyatına sevgi, maraq 
körpəlikdən  Səməd  Vurğunun  iliyinə,  qanına  hopmuĢdur.  ġair 
sazlı-sözlü bir mühitdə doğulub, boya-baĢa çatmıĢdır. Onun lay-
lası  sazla  çalınmıĢdır.  Səməd  Vurğunu  hamıdan  yaxĢı  tanıyan 
qardaĢı  Mehdixan  Vəkilov  yazırdı:  “Səməd  Vurğun  kiçik  yaĢ-
larından  baĢlamıĢ  xalq  ədəbiyyatına,  Vaqif  və  Vidadi  Ģeirinə 
vurğun idi” (3, s. XXXIV). Çünki Səməd Vurğun bilirdi ki, “bi-
zim aqil babalar bir dastan yaradır ikicə sözlə”(4, s. 31). 
Səməd Vurğunun ən çox bəhrələndiyi ağız ədəbiyyatı örnək-
lərindən biri, bəlkə də birincisi “Koroğlu” dastanıdır. ġairin Ģeirləri 
“Koroğlu” dastanından gələn motivlərlə olduqca zəngindir. Bunlar 
ayrıca araĢdırılmıĢdır. (5, s. 152, 153; 2. s. 21-24, 31, 33-34).  
Səməd Vurğun dram əsərlərində  “Koroğlu” motivlərindən 
yeri  gəldikcə,  böyük  ustalıqla  istifadə  etmiĢdir.  Bunun  da  çox 
dərin qaynaqları var. Səməd Vurğun “Koroğlu” dastanının bədii 
dəyərini  çox  gözəl  bilirdi.  Onun  Ģeirlərini  əsl  sənət  nümunəsi 
kimi qiymətləndirirdi. 1943-cü il sentyabr ayının 29-da Moskva-
da Ġttifaqlar Evinin böyük salonunda keçirilən “Azərbaycan Ģeir 
və  musiqi  gecəsi”ndə  söylədiyi  nitqdə  “Koroğlu”  dastanından 
böyük sevgiylə danıĢaraq demiĢdir:  “Bizim  xalqımızın təfəkkü-
ründə yaĢayan bədii söz, məfhum, insanlığın böyük idealları, hu-
manizm  və  idrakın  təntənəsi  uğrunda  aparılan  mübarizədə  hər 
zaman  mübariz  bir  vasitə  olmuĢdur.  Heç  də  təəccüblü  deyildir 
ki,  Azərbaycanın  bir  çox  məĢhur  dövlət  xadimləri  və  el  qəhrə-

Folklor və yazılı ədəbiyyat 
60 
 
manları, eyni zamanda, öz dövrünün qabaqcıl Ģairləri olmuĢdur. 
Bizim  məĢhur  Koroğlumuz  bütün  Ģərq  xalqları  arasında  yalnız 
böyük  bir  qəhrəman  kimi  deyil,  eyni  zamanda,  böyük  bir  xalq 
Ģairi  kimi  də  Ģöhrət  qazanmıĢdır.  Bizim  xalqımızın  tarixində 
qılıncla qələmin çox gözəl bir qardaĢlığı var. 
Hoydu, dəlilərim, hoydu! 
Yeriyin meydan üstünə!  
Havadakı Ģahin kimi 
Tökülün al qan üstünə! 
 
Qoyun bədöylər kiĢnəsin, 
Misri qılınclar iĢləsin. 
Kimi tanab qılınclasın, 
Kiminiz düĢman üstünə. 
Bəlkə də zaman gəlib keçdikcə Koroğlunun bu və ya digər 
hərbi  məharəti  unudulacaqdır.  Lakin  Ģair  Koroğlunun  bu  qızıl 
sözləri  xalqımızın  sinəsində  nəsildən-nəslə  keçib  yaĢayacaq, 
özünə daha parlaq bir gələcək qazanacaqdır (6).  
Səməd  Vurğunun  xalq  yaradıcılığı  örnəklərindən  bəhrə-
lənməsi  ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  geniĢ  Ģəkildə  araĢ-
dırılmıĢdır.  Mehdi  Hüseyn,  (17,  s.  XXVIII-XXIX),  Məmməd 
Arif  (18,  s.  68),  Mirzə  Ġbrahimov  (19,  s.  8),  Osman  Sarıvəlli, 
Bəxtiyar  Vahabzadə  (20),  Cəlal  Abdullayev  (21.s.5-16),  Rafiq 
Vəkilov  (22,s.126-128),  Mehdixan  Vəkilov  və  baĢqaları  Səməd 
Vurğun  yaradıcılığını  tədqiq  edərkən  onun  ağız  ədəbiyyatından 
bəhrələndiyini  də  ayrıca  vurğulamıĢlar.  Mehdi  Hüseyn  Səməd 
Vurğunun  xaq  ədəbiyyatının  ruhu  ilə  yoğrulmuĢ  bir  Ģeirindən 
misal gətirərək Ģeirimizdə “Dədə Qorqud” və “Koroğlu” dastan-
larının yenidən canlanması ilə bağlı yazırdı: “Bu böyük və tarixi 
and təkcə Səməd Vurğun Ģeirinin deyil, ümumən müharibə döv-
ründəki  ədəbiyyatımızın  fikri-bədii  istiqamətini  müəyyənləĢdir-
di, ona məğlubedilməz mənəvi bir qüdrət aĢıladı. Heç də təsadü-
fi deyil ki, bu vaxt poeziyamızda “Dədə Qorqud” və “Koroğlu” 

Folklor və yazılı ədəbiyyat 
61 
 
dastanının  döyüĢkən  və  sərt  üslubi  xüsusiyyətləri  yenidən  və 
daha büllurlaĢmıĢ Ģəkildə canlanmağa baĢladı, köhnə ənənə yeni 
bir ənənənin yaranmasına səbəb oldu” (17, s. XXVIII-XXIX). 
PaĢa  Əfəndiyev  isə  “Səməd  Vurğun  və  xalq  yaradıcılığı” 
mövzusunda ayrıca  monoqrafiya  yazmıĢdır (23).  Lakin  bu tədqi-
qatların hamısında “Koroğlu” dastanının Səməd Vurğun yaradıcı-
lığına təsirindən ya danıĢılmamıĢ, ya da ona ötəri toxunulmuĢdur. 
Yəni bu mövzu indiyə qədər lazımi səviyyədə araĢdırılmamıĢdır. 
Səməd  Vurğunun  “Vaqif”  dramı  “Koroğlu”  dastanından 
alınmıĢ motivlərlə olduqca zəngindir. Bu dram əsəri demək olar ki, 
“Koroğlu”  dastanının  ovqatı  üzərində  köklənmiĢ,  bir  Ģairin  qələ-
mindən çıxmıĢdır. Dastan bütünlüklə müəllifin ruhuna hopmuĢdur. 
Bunu dramın əvvəlindən axırına qədər duymaq mümkündür. Dra-
mın elə ilk səhnələrində Eldarın adı çəkilir. Olayları diqqətlə  izlə-
yəndə görürük ki, “Koroğlu” dastanındakı Koroğlu-xan, bəy, paĢa 
qarĢıdurmaları  eynilə  Eldar-Ġbrahim  xan  və  Eldar-Qacar  qarĢılaĢ-
maları Ģəklində Səməd Vurğunun “Vaqif” dramında öz əksini tap-
mıĢdır. Dastanı və dramı oxuyub araĢdırarkən aydın görürük ki, bi-
rincinin bütün ruhu ikinciyə hopmuĢdur. Məsələn, Vaqifin Ġbrahim 
xanın  adından  Ağa  Məhəmməd  Ģah  Qacara  Ģeirlə  yazdığı  cavab 
əvvəldən axıra demək olar ki, Koroğlu nəfəsi ilə yoğrulmuĢdur: 
“Aldıq məktubunu Məhəmməd Qacar, 
Tərlan oylağında sar ola bilməz! 
Bu dünya qalmamıĢ ulu Ģahlara, 
Zülm də, zalım da var ola bilməz! 
Göydən baĢımıza odlar yağsa da, 
Bu ellər baĢ əyib xar ola bilməz. 
Mayan turĢ ayrandır, zatın qırıqdır 
Söyüd ağacında bar ola bilməz. 
Basma ayağını bizim torpağa, 
Ġlandan, əqrəbdən yar ola bilməz. (25, s. 61) 
Bu  misralardakı  Koroğlu  ruhunu,  nəfəsini  duymamaq 
mümkün  deyil.  Koroğlunun  ayrı-ayrı  Ģeirləri  ilə  müqayisələr 

Folklor və yazılı ədəbiyyat 
62 
 
bunu  bir daha təsdiqləyir.  “Koroğlunun Ərzurum  səfəri” qolun-
da AĢıq Cünun Koroğlunu Cəfər paĢaya təqdim edərkən deyir: 
Yüz sar gəlsə, bir tərlana neyləyər, 
Laçın tək havada süzər Koroğlu. (26, s. 49) 
Göründüyü  kimi,  Vaqifin  yazdığı  cavabın  ilk  iki  misrası 
ilə  dastandan  götürülmüĢ  bu  parçanın  məzmunu  tamamilə 
eynidir.  Birincidə  tərlan  sazla,  ikincidə  laçın  sarla  qarĢılaĢdırıl-
mıĢdır. Vaqifin yazdığı cavabdakı “Basma ayağını bizim torpa-
ğa”  misrası  da  Koroğlunun  “Bəyazid  səfəri”ndə  dediyi  “Qoy-
maram” rədifli Ģeirin aĢağıdakı misraları ilə yaxından səsləĢir.  
Çənlibeldi qoç Koroğlu oylağı, 
ġah da gəlsə Çənlibelə qoymaram. (27, s. 253) 
Vaqif Qacara deyir ki, ayağını ġuĢa torpağına basma, səni 
bura qoymarıq. Koroğlu da Ģahlara üz tutub deyirdi ki, Çənlibel 
mənim oylağımdı, sizi ora girməyə qoymaram. Burada Çənlibel-
ġuĢa-Vətən,  Koroğlu-Vaqif-Vətən  oğlu,  Qacar-Ģah  paralelləri 
tamamilə üst-üstə düĢür. 
Maarifə  Hacıyeva  da  Vaqifin  Qacara  yazdığı  məktubun 
Koroğlu  Ģeirləri  ilə  yaxından  səsləĢdiyini  xüsusi  vurğulamıĢdır 
(28, s. 227). 
Səməd Vurğunun “Vaqif” dramında “Koroğlu” dastanının 
təsiri  ilə  yaratdığı  obrazlardan  biri  də  Ġlyasdır.  Ġlyasın  prototipi 
dastandakı Keçəl Həmzə obrazıdır. Bildiyimiz kimi, Hasan paĢa 
Koroğlunu tutmaq, öldürmək və  ya heç olmasa atını oğurlamaq 
üçün  Keçəl  Həmzəni  Çənlibelə  göndərir.  Keçəl  Həmzə  yazıq 
cildinə  girərək  Koroğlunu  inandırır  və  Çənlibeldə  qalır.  Bir 
müddətdən sonra namərdliklə Koroğlunun atını oğurlayır. 
Ġlyas da Ġbrahim xanın tapĢırığı ilə hiyləyə əl atıb Eldarın 
dəstəsinə qoĢulur, onu öldürmək istəyir. Fikrini də Ġbrahim xana 
belə deyir: 
 
Ġlyas: 
Bu gündən onlara qoĢulam gərək. 

Folklor və yazılı ədəbiyyat 
63 
 
  Ġbrahim xan: 
Necə? Nə deyirsən? 
Ġlyas: 
Belədir, bəli, 
Qaçağı öldürər xəyanət əli. 
Deyərəm: “Məni də asdırırdı xan. 
Qaçıb qurtarmıĢam dar ağacından. 
Ġnanar...Onlara yoldaĢ olaram 
Bildiyim qisası sonra alaram (25, s. 39) 
Burada məqsədlər və əməllər tamamilə bir-birinin eynidir. 
Hasan  paĢanın  və  Ġbrahim  xanın,  Keçəl  Həmzənin  və  Ġlyasın 
məqsədləri Koroğlunu və Eldarı aradan götürməkdir. Onların bu 
iĢi görəcək bütün əməlləri də xəyanət üstündə qurulub 
“Vaqif”  dramında  “Koroğlu”  dastanı  ilə  səsləĢən  bu  cür 
səhnələr  yetərincə  çoxdur.  Əlibəyin  dustaq  olduğu  səhnə  Eyva-
zın,  Bəlli  Əhmədin  və  Dəmirçioğlunun  Bağdadda  Aslan  paĢa 
tərəfindən  tutulduqları  səhnəni  xatırladır.  Qacarın  Vaqifi  zinda-
na saldırdığı səhnə də AĢıq Cünunun Cəfər paĢa tərəfindən zin-
dana  salındığı  səhnənin  eynidir.  Onların  zindandan  qurtarma 
motivləri də bir-biri ilə yaxından səsləĢir. 
“Vaqif”  dramındakı  “Koroğlu”  təsirini,  “Koroğlu”dan 
bəhrələnmələri  Eldar  obrazında  daha  qabarıq  görürük.  Adama 
elə  gəlir ki, Səməd Vurğun Eldar obrazını  yaradarkən bir an da 
olsa  “Koroğlu”  dastanından  ayrılmamıĢ,  onu  daim  göz  önündə 
tutmuĢdur.  Hətta  belə  demək  olar  ki,  Eldar  Səməd  Vurğunun 
Koroğlusudur.  Hələ  səhnəyə  çıxdığı  ilk  andan  Eldarın  özünü 
aparmağı,  danıĢmağı,  cəsarəti,  hazırcavablığı  haqqında  verilən 
bilgilər də bunu deməyə əsas verir. 
  ġeyx (İbrahim xanın qulağına): 
Bir bax gözlərinə...BaxıĢı qandır. 
Kəndə qarıĢıqlıq salanlardandır. 
Ġbrahim xan: 
Aha...heç saymayır bu hərif bizi, 

Folklor və yazılı ədəbiyyat 
64 
 
Görünür dadmamıĢ qüvvətimizi (29, s. 46) 
Əli bəy: 
Ata, həbs etdilər yazıq Eldarı! 
Vaqif: 
Ġnsan uçuracaq daĢ zindanları (29, s. 30) 
Ġlyas: 
Eldarın halına bələdəm az-çox. 
Tez-tez dəyiĢdirir o öz yerini, 
Tovlayıb azdırır gündə birini 
O qədər artıb ki, yenə qaçaqlar, 
Tutmayır meĢələr, dərələr, dağlar. (29, s. 46) 
Bütün  bunlar  Eldarın  gələcəkdə  kim  olacağı  haqqında 
irəlicədən vurulan eyhamlardır. 
Koroğlu xanların, paĢaların, xotkarların əlindən qaçıb Çən-
libeldə  yurd saldığı kimi, Eldar da Ġbrahim xanın zülmündən qa-
çıb dağlara pənahlanır. Koroğlu da , Eldar da xalqın tərəfində da-
yanıb, zalımların zülmünə qarĢı dururlar. Əli bəy Eldarı dağlarda 
gördüyünü atası Vaqifə xəbər verərkən onu Koroğluya bənzədir: 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin