AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Folklor ve yazili edebiyyat-ll hisse


QAYNAQLAR: 
 
1.  Atalar sözü. Bakı, Yazıçı, 1985. 
2.  Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. II cild, Bakı: 
“Elm”, 2007. 
3.  Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç 
cilddə, I cild. Bakı, “ġərq-Qərb”, 2005. 
4.  Xaqani ġirvani. SeçilmiĢ əsərləri. Bakı, "Lider 
nəĢriyyat", 2004. 
5.  Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 
“Maarif”, 1982. 
6.  ġərur folklor örnəkləri (ġəxsi arxiv).  

Folklor və yazılı ədəbiyyat 
80 
 
 
PAġA ƏFƏNDĠYEV: SƏMƏD VURĞUN VƏ 
 XALQ YARADICILIĞI 
 
Xəyalə ORUCQIZI 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun 
 “Folklor və yazılı ədəbiyyat” 
şöbəsinin böyük elmi işçisi 
 
Azərbaycan  folklorĢünaslığına  nəzər  saldıqda  PaĢa  Əfən-
diyevin öz xüsusi yeri və çəkisi görünür. O, folklorumuzun ayrı-
ayrı  sahələrini  tədqiq  etməklə  yanaĢı,  bunları  gələcək  nəsillərə 
ötürmək  üçün  dərsliklər  hazırlamıĢdır.  Azərbaycan  elminə  də-
yərli  töhfələr  verən  PaĢa  müəllimin  yaradıcılığında  folklor  və 
yazılı ədəbiyyat məsələlərinə xüsusi diqqət yetirilir. Bu iki sahə-
ni bir-birindən ayrı təsəvvür etmək olmaz. Yazılı ədəbiyyatımız-
dakı əksər əsərlərdə Ģifahi xalq yaradıcılığının izi görünür. Folk-
lorumuzdan  bəhrələnmə  güclüdür.  Bu  da  onu  sübut  edir  ki,  bi-
zim xalqımız öz geninə nə qədər bağlı bir xalqdır.  
Səməd  Vurğun  yaradıcılığının  ilk  illərindən  ömrünün  so-
nuna  qədər  folklordan  özünəməxsus  Ģəkildə  istifadə  etmiĢdir. 
Onun poeziyasında xalq ədəbiyyatımızın güclü təsiri dərhal hiss 
olunur.  Dahi  Ģairimiz  Səməd  Vurğun  bütün  yaradıcılığı  boyu 
folklorumuzdan  məharətlə  istifadə  etməklə  yanaĢı,  Ģifahi  xalq 
ədəbiyyatı,  onun  ideya  və  bədii  xüsusiyyətləri,  ondan  istifadə 
yolları  haqqında  dəyərli  fikirlər  söyləmiĢdir.  M.  Qorkinin  xalq 
ədəbiyyatının  kütləvi  Ģəkildə  toplanıb  öyrənilməsi  çağırıĢına 
Azərbaycanda  ilk  dəfə  səs  verən  gözəl  Ģairimiz  Səməd  Vurğun 
olmuĢdur. ġair xalq ədəbiyyatımızın toplanması və elmi Ģəkildə 
öyrənilməsini çox ciddi irəli sürürdü. Hal-hazırda Azərbaycanda 
bu  iĢi  Folklor  Ġnstitutu  yerinə  yetirir.  Professor  PaĢa  Əfəndiye-
vin də fəaliyyət göstərdiyi Ġnstitutumuzda müxtəlif regionlardan 

Folklor və yazılı ədəbiyyat 
81 
 
folklor materialları toplanır. Çox cildli antologiyalar çap olunur. 
Xalq ədəbiyyatı nümunələri tədqiqata cəlb olunur.  
Son  dövrlərdə  Folklor  Ġnstitutu  tərəfindən  nəĢr  olunmuĢ 
“Folklor da bir tarixdir” (Qarabağ) kitabı iĢğal altında olan tor-
paqlarımızın  folklorunun  öyrənilməsinə  xidmət  edir.  Xüsusən 
iĢğalda  olan  torpaqlarımızın  folklorunun  öyrənilməsi  ona  görə 
vacibdir  ki,  məkrli  düĢmənimizə  xalqımızın  qədimliyini  sübut 
edən materiallardır. Gələcək nəsillər xalq ədəbiyyatımızı, folklor 
mühitimizi öyrənmək üçün bu kitablardan yararlanacaqlar. 
Səməd  Vurğun  1934-cü  ildə  keçirilən  Sovet  yazıçılarının 
Birinci Ümumittifaq Qurultayında iĢtirak etmiĢdir. Orada yazıçı 
M.  Qorki  Ģifahi  xalq  ədəbiyyatından  xüsusi  məruzə  etmiĢdir. 
Onun  xalq  yaradıcılığına  verdiyi  qiymət  dünya  folklorĢünaslığı 
tarixində  yeni  hadisə  idi.  Bu  qurultaydan  sonra  Sovet  ölkələ-
rində  folklorun  toplanması,  nəĢri  və  öyrənilməsi  sahəsində  bö-
yük dönüĢ əmələ gəldi. Səməd Vurğun Moskvadan qayıdan kimi 
Azərbaycan  Yazıçıları  Ġttifaqının  iclasında  “Oktyabr  və  Azər-
baycan  ədəbiyyatı”  adlı  geniĢ  məruzə  etdi.  O,  məruzə  edərkən 
M.  Qorkinin  fikirlərini  önə  çəkərək  qeyd  etdi  ki,  öz  folklor 
ədəbiyyatınızı  yığın,  toplayın  –  bu,  söz  sənətinin  baĢlanğıcıdır. 
Sənət, yazılı ədəbiyyat olmayan vaxt insan tarixində folklor ədə-
biyyatı  inkiĢaf  etmiĢdir.  Ona  görə  də  öz  folklor  ədəbiyyatınızı 
öyrənin.  Ondan  siz  çox  Ģey  götürə  bilərsiniz.  S.  Vurğun  çıxı-
Ģında onu da vurğulayır ki,  folklorda  xalqın  iztirabları,  mübari-
zəsi,  istismarçılara  qarĢı  kin  və  nifrəti  öz  əksini  tapır.  “Bu  ədə-
biyyat  əsas  istiqaməti  etibarilə  əzilən  siniflərin,  məzlum  təbə-
qələrin əhvali-ruhiyyəsini ifadə etmiĢdir. Məsələn: 
Əzizinəm gül əllər, 
Gül barmaqlar, gül əllər, 
Dəryaca ağlın olsa, 
Yoxsul olsan güləllər. 
 
Əzizinəm gülən az, 
Bülbül eylər gülə naz, 

Folklor və yazılı ədəbiyyat 
82 
 
Dünya bir qəmxanadır, 
Ağlayan çox, gülən az. 
Səməd  Vurğuna  görə  xalq  yaradıcılığından  yazıçılar  yalnız 
xalqın  iztirablarını,  əhvali-ruhiyyəsini,  psixologiyasını  öyrənmir-
lər,  xalqın  bu  mənəvi  sərvəti  eyni  zamanda  gözəl  sənət  nümunə-
ləridir. Səməd Vurğun qeyd edir ki, bəzi yazıçılarımız əcnəbi söz-
lərdən  istifadə  etməklə  elə  bilirlər  ki,  “yenilik”  yaradırlar,  əksinə 
onların Ģeirimizin sahib olduğu Azərbaycan türkcəsini pozmaq tə-
Ģəbbüsləridir  ki,  biz  bunlarla  ciddi  mübarizə  etməliyik.  Xalq  sə-
nəti, folklor və yazılı ədəbiyyat məsələsindən Səməd Vurğun digər 
məqalə və məruzələrində də danıĢmıĢdır. Həmin problemi o, Niza-
mi,  Füzuli, Vaqif, C.  Cabbarlı, Ü.Hacıbəyov  və  baĢqa  böyük  sə-
nətkarların  yaradıcılıq  təcrübəsi  əsasında  üzə  çıxarırdı.  Səməd 
Vurğunu bütün yaradıcılığı boyu xalq həyatı, xalq sənəti və sənət-
kar  problemi  maraqlandırmıĢdır.  Səməd  Vurğun  qeyd  edir  ki, 
xalqdan öyrənmədən böyük poeziya yaratmaq olmaz. Lakin xalqa, 
onun bədii təfəkkürünə yaxınlıq xalq mahnılarını və nağıllarını sa-
dəcə təkrar etmək demək deyildir. “PuĢkinin “Çar Soltan haqqında 
nağıl” əsərinə nisbətən “Tunc atlı”sında daha çox xəlqilik vardır”. 
Səməd  Vurğunun  əfsanə  haqqında  mülahizələri  də  çox 
maraqlıdır.  ġair  hər  bir  əfsanə,  rəvayət,  hekayənin  özündə  real 
həyat, arzu, istək görür. ġairə görə əfsanə, rəvayət həyat hadisə-
lərinin,  tarixin  xalq  dilində  bədii  ifadəsidir.  ġair  müxtəlif 
dövrlərdə yaranan əfsanələrin məqsəd və qayəsinin, xalqın həya-
tı,  məiĢəti,  mübarizəsi,  dünyagörüĢü  ilə  əlaqədar  olduğunu  çox 
yaxĢı  bilirdi. O, müasir qəhrəmanlarımızı da  əfsanələrin dili  ilə 
rəngləməyi bacarmağı təklif edirdi. Səməd Vurğun öz əsərlərin-
də nəzəri fikirlərini həyata keçirməyə çox zaman müvəffəq olur-
du. Vaqif, Qızyetər, Fərhad,  Azər baba, Vidadi  və  baĢqa surət-
ləri  buna  misal  çəkmək  olar.  ġair  yazırdı:  “Biz  əsrimizin  əfsa-
nəvi  qəhrəmanlarının  surətini  əfsanəvi  bir  qüdrətlə,  bir  dillə 
yaratsaq günahmı olar? Bunu yalnız bacarmaq lazımdır! Yüksək 
sənət  dili  üçün  standart  forma  yoxdur.  Sənətin  məna  üfüqləri 

Folklor və yazılı ədəbiyyat 
83 
 
sonsuz olduğundan onun formaları da sonsuz və heç bir məngə-
nəyə, hüdud çərçivəsinə sığıĢa bilməz.” 
“Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı silsilə məqa-
ləsində də bu fikirləri xalq Ģairimiz söyləmiĢdir. Səməd Vurğuna 
görə uĢaqlar üçün yazılan  əsərlərdə  xalqın  nağıl  və əfsanələrin-
dən  bacarıqla  istifadə  etmək  lazımdır.  “Əfsanə  sözündən  qorx-
maq lazım deyil, hər hansı bir əfsanə olursa olsun, biz onda hə-
qiqət  Ģəfəqləri  görməliyik.  Çünki  onu  insan  yaratmıĢdır.  Bütün 
əfsanələr həyat və insan yaranandan sonra yaranmıĢdır”. 
Səməd Vurğun  müharibə  dövründə  yazdığı  məqalələrində 
qılıncın, sazın, sözün həmiĢə döyüĢ meydanlarında birgə cövlan 
etdiyini  qeyd  edir.  Xalqımıza  aid  olan  bu  xüsusiyyət  Böyük 
Vətən müharibəsi illərində də görünürdü. Səməd Vurğun həmin 
dövrdə  yazıya  aldığı  məqalələrində  bu  qədim  ənənəni  yaĢadan 
qəhrəmanları yad edir və  Azərbaycan oğullarını Vətən uğrunda, 
azğın  düĢmənə  qarĢı  böyük  qəhrəmanlıqlara  çağırırdı:  “Bizim 
xalqımızın təfəkküründə  yaĢayan  bədii söz, məfhum,  insanlığın 
böyük idealları, humanizm və idrakın tərəqqisi uğrunda aparılan 
mübarizədə hər zaman mübariz bir vasitə olmuĢdur. Bizim xal-
qımızın tarixində qılıncla qələmin çox qədim bir qardaĢlığı var: 
Hoydu dəlilərim hoydu, 
Yeriyin meydan üstünə, 
Havadakı Ģahin kimi, 
Tökülün al qan üstünə. 
 
Qoyun bədöylər kiĢnəsin, 
Misri qılınclar iĢləsin, 
Kimi tənab qılınclasın, 
Kimisi düĢmən üstünə. 
Bəlkə də zaman gəlib keçdikcə Koroğlunun bu və ya digər 
hərbi  məharəti  unudulacaqdır.  Lakin  Ģair  Koroğlunun  bu  qızıl 
sözləri  xalqımızın  sinəsində  nəsildən-nəslə  keçib  yaĢayacaq, 
özünə daha parlaq bir gələcək qazanacaqdır”. 

Folklor və yazılı ədəbiyyat 
84 
 
Müasir dövrümüzdə də belə təbliğatları gənc nəsillə aparma-
lıyıq.  ġagirdlərimiz  orta  məktəb  dövrlərindən  qəhrəmanlarımız 
haqqında məlumatlı olmalı, onları özlərinə ideal seçməlidirlər. Bir 
sözlə xalq ruhunda böyüməlidirlər. Dərsliklərimizdə baĢqa xalqla-
rın Ģifahi xalq ədəbiyyatı nümunələrinə yox, öz xalq ədəbiyyatımı-
za daha çox  yer  ayrılmalıdır.  Bizim gələcəyimiz olan  məktəblilər 
xalq ruhunda  böyüməlidirlər. Xalq qəhrəmanlarımızın Vətən, tor-
paq uğrunda etdikləri fədakarlıqlar onlar üçün nümunə olmalıdır. 
Səməd Vurğun poeziyada daim xalq ruhu, milli etnik xüsu-
siyyətlər  görmək  istəyirdi.  ġairə  görə  yalnız  bu  yolla  xalqın  qəl-
binə  yol tapmaq olardı. ġair  yazırdı  ki,  “yazıçı  dünya  meydanına 
hər Ģeydən əvvəl, öz xalqının milli aləmini, səciyyəsini, məiĢətini, 
məfkurəsini  və  mənəviyyatını  təbii  surətdə  tərənnüm  etmək  yolu 
ilə  çıxa  bilər”. Səməd  Vurğun  yaradıcılığını  dünya  miqyasına çı-
xaran da ömrü boyu sadiq qaldığı həmin xüsusiyyətlər olmuĢdur.  
1951-ci  ildə  Sofiyada  keçirilən  sovet-bolqar  dostluğu  aylı-
ğında  iĢtirak  edən  Səməd  Vurğuna  bolqar  yazıçısı  Stoyan  Das-
kalov söhbət  zamanı sual verir ki, müasir texniki tərəqqi  əsrində 
bizim  ədəbiyyatın xalq  yaradıcılığına  münasibəti necə olmalıdır? 
Səməd  Vurğun  bu  suala  çox  mənalı  və  poetik  bir  tərzdə  cavab 
verib:  “Övladın  anaya  olan  münasibəti  kimi”.  Bunun  nəticəsi 
olaraq  Səməd  Vurğun  haqqında  əsər  yazmaq  qərarına  gəlib  və 
əsərin adını da belə müəyyən edib: “Övladın anaya münasibəti”. 
Səməd  Vurğun  elə  sənətkarlarımızdandır  ki,  öz  poeziyasını 
xalqın həyat və mübarizəsi ilə bağlayıb. Sənətkar üçün ən mühümü 
öz xalqının arzularını, düĢüncələrini, psixologiyasını öyrənməkdir. 
Bunun üçün ən zəngin mənbə  isə xalq yaradıcılığıdır. Milli olma-
yan, öz xalqına bağlı olmayan sənətkar heç vaxt xəlqi ola bilməz. 
AyaqlaĢ dövranın sürətilə sən, 
ÇalıĢ ki, karvandan üzülməyəsən. 
Özün yaratsan da bütün varlığı, 
Özündə axtarma bəxtiyarlığı. 
Elin məclisində ney tut, dilə gəl, 

Folklor və yazılı ədəbiyyat 
85 
 
BeĢgünlük aləmə gülə-gülə gəl. 
Doldur piyaləni haqq Ģərbətindən, 
Sən el bağçasında Ģur tutub, səs sal. 
Elin ciyərilə yalnız nəfəs al. 
ġairin  öz  elinə,  Vətəninə  necə  bağlı  olduğu  bu  poetik 
nümunədə də aydın Ģəkildə öz əksini tapıb.  
Səməd Vurğunun formaca qoĢma olan Ģeirlərində klassik Ģeir 
ənənələri  ilə  el  ədəbiyyatı  ənənələri  birləĢmiĢ,  Ģairin  həyata  olan 
yeni baxıĢı ilə əlaqədar, köhnə forma yeni məzmun kəsb etmiĢdir. 
Ġnsanı ucaldan əməyə, zəhmətə böyük qiymət verən gözəl 
Ģairimiz “Sənət” qoĢmasında yazır: 
Düyünlü dağları kökündən vuran, 
Əmək cəbhəsində amansız duran, 
Əqrəbli çöllərdə bağ, bostan quran, 
Zəhməti güldürən sənət olacaq. 
 
Azəri yurdunun zəhmətkeĢ oğlu, 
Ürəyi sevinclə, ümidlə dolu, 
Çəlikdən duruĢu, dəmirdən qolu, 
Zəhməti güldürən sənət olacaq. 
 
Ey göylər suları, sən boĢalma, dol! 
Tutduğun çiçəkli, reyhanlı bu yol, 
Hər qəlbə sevinclər vəd edən bol-bol, 
Zəhməti güldürən sənət olacaq. 
Səməd  Vurğun  ilk  Ģeirlərində  təbiət  gözəlliklərini  xüsusi 
bir ilhamla tərənnüm etmiĢdir. Fitrətən istedadlı gənc Ģair doğma 
vətəninin  möhtəĢəm  gözəlliklərini  ifadə  etməyə  çalıĢmıĢdır. 
“Dilcan dərsi”, “Dağlar”, “Dağların”, “Səyahət”, “Çiçək”, “Kür 
çayı” və s. bu tipli qoĢmalar Ģairin ilk Ģeirləri içərisində özünə-
məxsus yerə malikdir. 
Çıxım gədiklərdən izin izləyim, 
Ucalardan alçaqları gözləyim, 

Folklor və yazılı ədəbiyyat 
86 
 
Ağır qəflə vurum, səndə gizləyim, 
Heç kimsə bilməsin, sirdaĢım dağlar! 
PaĢa  Əfəndiyev  yazır:  “Dağlara  sənətkarın  da  öz  müna-
sibəti  olmuĢdur.  Koroğlunun  dağlara  müraciətlə  dediyi  bir  sıra 
Ģeirləri var. Ana vətən rəmzi kimi dağlar Koroğlu üçün müqəd-
dəsdir:  ən  müqəddəs  dağ,  ən  toxunulmaz  dağ  doğma  Azərbay-
canın  timsalı  kimi  dastana  salınmıĢ  Çənlibeldir.  Ona  görə  də 
Koroğlu dağların qoynunu “Ana vətən qoynu” adlandırır. Dağlar 
bu  el  qəhrəmanını  boya-baĢa  çatdırıb;  dağlar  onun  sevinci, 
qüruru,  xilaskarıdır.  Dağlar  Koroğlunun  hər  bir  anında  –  həm 
sevincli, həm də qəmli anında sirr yoldaĢı olmuĢdur. Dağlar yal-
nız sinəsi ormanlı laləzar, göy meĢəli məskən deyil, eyni zaman-
da  sığınacaqdır;  dağlar  dost,  yoldaĢ,  sirdaĢdır.  Əndəlib  Qaraca-
dağinin yazıb saxladığı nümunələrdən misal göstərək: 
Yaz olsun ərisin dağların qarı, 
Gözünə görünsün qardaĢım dağlar! 
Koroğlu deyər bu dünyaya gəlmiĢəm, 
Bir at, bir qılıncım dağlar”. 
Dağlar el üçün vuruĢan igidlərimizi öz qoynunda gizlədib, 
onları ölümdən xilas edib.  
Böyük  Ģairimiz  el  yaradıcılığının,  aĢıq  poeziyasının  bu  ənə-
nəsinə sadiq qalaraq dağlara qoĢmalar həsr etmiĢdir. Yaradıcılığının 
müxtəlif vaxtlarında yazmıĢdır. Yəni dağ mövzusu Səməd Vurğun 
üçün keçici olmamıĢdır. Ġlk qələm təcrübəsinə “Gözlərin”, “Xanım” 
adlı  qoĢmaları  da  aiddir.  Bu  qoĢmaların  mövzusu  sevgidir.  PaĢa 
Əfəndiyev qeyd edir ki, bu Ģeirlərdə vəfasızlıq, dönüklük, həsrət ilk 
plana çəkilmiĢdir. Yaxıb, yandıran, gözəl, cazibədar, eĢqə mübtəla 
gözlər  eyni  zamanda  dönükdür.  “AĢiqlər  könlünə  yağı  gözlərin”, 
“ÇəkmiĢdir sinəmə dağı gözlərin”, “Axtarır bir özgə yarı gözlərin” 
– Ģair “binadan məftun olduğu gözləri vəsf edir. Lakin bu gözlərin 
onun imdadına çatmaq fikri yoxdur. QoĢma belə tamamlanır: 
  Ey xəyalı dilbər, cahan pərisi, 
  YetiĢirmi sənə naləmin səsi, 

Folklor və yazılı ədəbiyyat 
87 
 
  Öldürüb cəsədi, alıb nəfəsi, 
  Niyə salmır məni yada gözlərin. 
 
  Həddindən artıqdır könlün vərəmi, 
  Məhv elədi məni hicran ələmi, 
  Zavallı Vurğunun yazır qələmi, 
  ġöhrət qazana dünyada gözlərin”. 
Klassik  aĢıqlarımızın  iĢlətdiyi  rədiflər  üzərində  ənənəvi 
yeni Ģeirlər  yaradan Səməd Vurğunun  lirik qoĢmaları  içərisində 
“BənövĢə”,  “Gözlər”,  “Gözlərin”,  “Gəlin”  və.  s  aĢıq  poeziyası 
ənənələrinə söykənməsi baxımından səciyyəvi xarakter daĢıyır: 
Mən aĢıq kimi gözlər, 
Gözlərin kimi gözlər, 
QaĢın kimi qaĢ olmaz, 
Gözlərin kimi gözlər. 
Səməd  Vurğunun  AĢıq  Hüseyn  Bozalqanlıya  həsr  etdiyi 
qoĢma Ģair və aĢıqlar tərəfindən rəğbətlə qarĢılandı: 
AĢıq Hüseyn, köklə sədəfli sazı, 
Min cavablı bir sualdan danıĢaq, 
Məclis quraq, söhbət açaq, söz tutaq, 
Gül yanaqlı qoĢa xaldan danıĢaq. 
 
Qoy söz alım bir günahsız dodaqdan, 
DüĢmən baxıb həsəd çəksin uzaqdan, 
Yar bəzənib çıxan kimi otaqdan, 
BaĢındakı güllü Ģaldan danıĢaq. 
 
Vurğun deyər bir dərd bilən yar olsun, 
Zülfü bulud, ağ sinəsi qar olsun. 
YaxĢı gündə, yaman gündə var olsun, 
Qədir bilən əhli-haldan danıĢaq. 
Səməd  Vurğun  bir  sıra  Azərbaycan  aĢıqları  ilə  yaxından 
dostluq etmiĢdir. Bu dostluq tezliklə sənət, Ģeir, saz, söhbət yarıĢ 
dostluğuna çevrilmiĢdir. ġairin yazıb yaratdığı illərdə aĢıq yara-

Folklor və yazılı ədəbiyyat 
88 
 
dıcılığına xüsusi qayğı göstərildi. 1928 və 1938-ci illərdə iki də-
fə Azərbaycan aĢıqlarının qurultayı keçirilmiĢdir. Ġkinci qurulta-
yın rəyasət heyətində Ü.Hacıbəyov, H.Sarabski ilə yanaĢı əyləĢ-
miĢdir.  “Bu  illərdə  Səməd  Vurğun  aĢıq  yaradıcılığına  xüsusi 
fikir verir və qabaqcıl aĢıqların Yazıçılar Ġttifaqına üzv qəbul ol-
malarına çalıĢırdı”. Onlardan  bir qrupu  –  Bozalaqanlı  AĢıq Hü-
seyn, AĢıq Əsəd,  AĢıq Mirzə, AĢıq Avaq, AĢıq Nəcəf, AĢıq Ġs-
lam Yazıçılar Ġttifaqı üzvlüyünə qəbul olunmuĢdular.  
Otuzuncu  illər  mədəniyyətimiz  tarixində  aĢıq  Ģeirlərinin  ən 
çox toplandığı və nəĢr olunduğu illərdir. Bu illərdə Ģairlərimizdən 
S.Rüstəm və M.Rahim Azərbaycanın bir sıra rayonlarını dolaĢmıĢ, 
aĢıq  qoĢmaları  və  dastan  yaradıcılığından  ibarət  ayrıca  bir  kitab 
çap etdirmiĢdilər (1938). ġübhəsiz,  daha  bir  sıra amillər aĢıq  ya-
radıcılığının inkiĢafına öz təsirini göstərirdi. AĢıqlara bütün ədəbi 
ictimaiyyət diqqət və qayğı göstərirdi. Səməd Vurğun aĢıq sənəti-
nin, sazın vurğunu olduğu kimi aĢıqlar da dağ vüqarlı Ģairi sevir, 
adını dillərindən salmır, eldə, obada, məclislərdə ondan söhbət sa-
lır, Ģeirlərini oxuyur, haqqında rəvayətlər düzəldib söyləyirdilər.  
Səməd Vurğun  folklorun  baĢqa  janrları kimi,  xalq mahnı-
larına  da  yaxından  bələd  olmuĢdur.  Onun  hafizəsində  müxtəlif 
məzmunlu  və  müxtəlif  biçimli  mahnılar  özünə  yer  tapmıĢdır. 
ġair  bu  mahnılardan  yeri  gəldikcə  əsərlərində  istifadə  etmiĢdir. 
Səməd  Vurğun  əsərləri  üçün  xüsusi  bayatılar  və  mahnılar 
yaradırdı. “Vaqif” dramında Gülnarın, gürcü qızı Tamaranın dili 
ilə verilən mahnılar dediyimizə misaldır; onları el mahnılarından 
seçmək qeyri-mümkündür. Gürcü qızı Tamaranın həzin Ģərqisi: 
Ayrı düĢdü tərlan könlüm, 
Öz mehriban yuvasından, 
Göy üzünün durnaları, 
Deyin, vətən havasından. 
 
Bir dustağam qolum bağlı, 
Bir qəribəm sinəm dağlı, 

Folklor və yazılı ədəbiyyat 
89 
 
Bir xəstəyəm qəm otaqlı, 
Ürəyimin yarasından. 
 
Külək əsər, bel bükülər, 
Könül yanar, can sökülər, 
Gecə-gündüz yaĢ tökülər, 
Gözlərimin qarasından. 
PaĢa  müəllim  yazır  ki,  Səməd  Vurğunun  bütün  poeziya-
sında bir musiqilik, ahəng, ritm, melodiklik vardır. ġair xüsusilə 
sırf  lirik  və  epik-lirik  planda  yazdığı  əsərlərdə  buna  xüsusi  əhə-
miyyət vermiĢdir. Belə çıxmasın ki, Ģair Ģeirlərini yazanda əvvəl-
cədən  fikirləĢmiĢ,  onların  ahəng  və  musiqililiyinə  diqqət  ye-
tirmiĢdir. Xeyr, Səməd Vurğun Ģeir üçün dünyaya gələn əsl iste-
daddır. ġeir onun sinəsindən büllur çeĢmədən axan su kimi süzü-
lüb  gəlirdi.  AĢıq  poeziyası  üslubunda  mahnı  formasında  olan 
Ģeirləri Ģair və bəstəkar istedadını özündə üzvi Ģəkildə birləĢdirən 
bir  sənətkar  qələminin  məhsuludur.  Çox  maraqlıdır  ki,  bu  Ģeirlər 
də aĢıq Ģeirləri kimi tez yadda qalır, hafizəyə həkk olunur”. 
Böyük bəstəkarımız Üzeyir Hacıbəyov deyirdi: “Mən poe-
ziyanı  musiqisiz  təsəvvür  edə  bilmirəm.  Bu  mənada  Səmədin 
Ģeirləri əvəzsizdir”. 
Səməd Vurğun bayatılarımızdan böyük qürur və fərəh hissilə 
danıĢmıĢ, onları dinləməkdən zövq almıĢdır. Cinaslı bayatılar Ģairi 
valeh etmiĢdir. Filologiya elmləri doktoru, professor Əzizə Cəfər-
zadə Səməd Vurğunla görüĢünü xatırlayaraq yazır: “O, mənim xalq 
Ģeirinə məftunluğumu bildiyindən söhbəti bayatılardan salırdı. Bir 
neçə bayatı dedi. Mən xalq Ģeirinin qiymətli incilərindən söyləmə-
yə  baĢladım.  Mən  bayatı  dedikcə,  Səməd  Vurğun  onların  gözəl-
liyinə heyranlıqla qulaq asır, baĢını həmahəng yelləyirdi. 
Bayatılarımızda  nə  qüvvətli  cinaslar  var,  dedi  –  Nahaq 
yerə  cinası  gözdən  salmıĢıq.  O,  təkcə  əllaməlik  deyil,  Ģairdən 
yüksək  sənətkarlıq  tələb  edir.  Üç  cinas  kəlmə  tapmıĢam,  onları 
Ģeirlərimdən birində iĢlədəcəyəm: 

Folklor və yazılı ədəbiyyat 
90 
 
Ürəkdə yandı, 
Ürək də yandı, 
Ürək dayandı. 
– Hə necədir? Bir qulaq as – Sonra da bu bəndi oxudu: 
Uca-uca dağ baĢını qar alar, 
Sönər Ģəmi könlüm evi qaralar, 
Fələk bir gün yazdığını qaralar, 
Çəkər məni baxt bu yana-o yana. 
Xalqımızın dərdi, kədəri, iztirabları bayatılarımızın böyük 
bir qismində ifadə olunmuĢdur. Onlar keçmiĢin acınacaqlı həya-
tından qalan yadigarlardır. Səməd Vurğun hətta xalqın zülmün-
dən, ədalətsizlikdən Ģikayətini ifadə edən bayatıları dəyiĢdirmək, 
müasirləĢdirmək istəyirdi. O, belə bir bayatını misal çəkirdi: 
Ağlaram ağlar kimi, 
Dərdim var dağlar kimi, 
Xəzəl olub tökülləm, 
Viranə bağlar kimi. 
ġair həmin bayatını dəyiĢdirərək müasir dövrümüzə uyğun 
Ģəklə salmıĢdır: 
Ağlaram ağlar kimi, 
Gücüm var dağlar kimi, 
Gündə min bar yetirrəm, 
Bülbüllü bağlar kimi. 
 
Anam, bacım, qız gəlin, 
Əl-ayağı düz gəlin, 
Yeddi oğul istərəm, 
Bircə dənə qız gəlin. 
Bu  bayatını  Səməd  Vurğun  “Bəsti”  poemasında  və  “Va-
qif”  pyesində  iĢlətmiĢdir.  Yaxud  “Komsomol”  poemasında 
“Qızyetər” adlı  bir surəti təsvir edir. Ananın  bütün həyatı boyu 
əkib-biçdiyi, yeriĢi ilə fəxr edib, boyuna and içdiyi yeganə oğlu 
vardı. Lakin tezliklə o, övladsız qalır: 

Folklor və yazılı ədəbiyyat 
91 
 
Qızılgül olmayaydı, 
Saralıb solmayaydı, 
Bir ayrılıq, bir ölüm, 
Heç biri olmayaydı. 
“Vaqif” pyesinin 6-cı Ģəklində Kürd Musa iki bayatı oxuyur: 
Qərənfiləm qələmsiz, 
Qərarım yoxdur sənsiz, 
Yorğanına od düĢsün, 
Necə yatırsan mənsiz. 
 
Ceyranam düzə gəlləm, 
Otlaram düzə gəlləm, 
Yüz il qəzəmət çəksəm, 
Qurtarsam sizə gəlləm. 
PaĢa  müəllim  qeyd  edir  ki,  Ģair  bayatılardan  daha  çox 
“Xanlar” pyesində istifadə etmiĢdir. “Qızyetər” surəti Ģairin kəĢ-
fi, nadir tapıntısıdır. Onun sinəsi el sözü, məsəl və mahnıları ilə 
doludur. O, gözəl, sədaqətli anadır. Yeganə övladı Xanlar onun 
üçün  bir  dünyadır.  Əsərin  bir  yerində  göstərilir  ki,  Xanların 
niĢanlısı Mehriban onlara gəlir. Qızyetər onu əzizləyir, oxĢayır, 
sinəsindən dediyi sözlərlə ovundurur: 
Nə gəlinim var! 
Can gözümün iĢığı! 
Evimin yaraĢığı, 
Sən ol ağız ləzzətim, 
Dindir qoca aĢığı, 
Kəmər bağla belinə, 
ġərbət töküm dilinə, 
Sən gəlinim olanda, 
Xına qoyum əlimə. 
 
“Aygün” poemasında: 
Qum təpəsi kimi yeridikcə qar, 
Buludlar kiĢnədi, göylər ağardı. 

Folklor və yazılı ədəbiyyat 
92 
 
Burada ikinci misra bayatıdan götürülmüĢdür.  
Səməd  Vurğun  xalqın  yaratdığı  nağıl  və  əfsanələrdən  də 
əsərlərində  yüksək məharətlə  istifadə etmiĢdir. “Ayın əfsanəsi”, 
“Qız  qayası”,  “Bulaq  əfsanəsi”,  “Aslan  qayası”  və  s.  əsərləri 
misal göstərmək olar.  
“Bulaq  əfsanəsi”  poemasının  əsasında  əfsanə  durur.  Mə-
lumdur  ki,  dirilik  suyu  “abi-kövsər”,  “zəmzəm”  suyu  haqqında 
çoxlu əfsanələr var. Guya bu suyu içən adam əbədi yaĢayıĢa nail 
olur.  Qədimdən  bəri  ölüm  hadisəsi  insanlığı  düĢündürmüĢdür. 
Bu  təbii  hadisəni  insanlar  müxtəlif  Ģəkildə  dərk  edib  məna-
landırmıĢ, necə deyərlər ona çarə axtarmıĢlar: 
Qızılgül olmayaydı, 
Saralıb solmayaydı. 
Bir ayrılıq, bir ölüm, 
Heç biri olmayaydı. 
Sonralar  insanlar  ölümün  hamı  üçün  olduğu  qənaətinə 
gələrək axırıncı misraları belə demiĢlər: 
Ölüm Allah əmridi, 
Ayrılıq olmayaydı. 
Poemada  Ģair  susuz  çöllərə  həyat  gətirən  kanalları  xalqın 
əfsanələrdə  uydurduğu  “dirilik  çeĢməsi”  ilə  müqayisə  etmiĢdir. 
Müasir  dövrümüzdə  əfsanələrə  olan  arzular  insanların  öz  əlləri 
ilə həqiqətə çevrilir.  
“Fərhad və ġirin” pyesində Azər babanın dediyindən öyrə-
nirik ki, ġirvanın dirilik suyu yalnız əbədi həyat, can bəxĢ etmir, 
eyni zamanda elin qəhrəmanlarına güc, qüvvət verir, onları məğ-
lubedilməz edir. 
Səməd  Vurğunun  xalq  yaradıcılığından  qidalanaraq  yaz-
dığı  poemalarından  biri  də  1937-ci  ildə  qələmə  aldığı  “Yazla 
qıĢın  deyiĢməsi”dir.  Bu  poemada  Ģairin  xəyalı  seyrə  çıxır,  “o 
dağ-bu dağ mənim deyə-deyə  hər yeri qarıĢ-qarıĢ gəzir. Gəldiyi 
nəticə isə bu olur: 
 

Folklor və yazılı ədəbiyyat 
93 
 
Dünya deyir: mən ikiyəm, 
Sağımda yaz, solumda qıĢ. 
Yazla  qıĢın  deyiĢməsində  hərə  özünü  tərifləyir.  Onların 
sözünü Ģair belə tamamlayır: 
Adım yazdır, yazılmıĢ taleyimə nə dərd, nə qəm, 
Səhərlərin ney səsiyəm, 
Könlümdədir sədəfli saz. 
QıĢ deyir:  
Mən faĢistəm, yaranmıĢdır üzüm qara, 
Zülm edirəm insanlara, 
Qan içirəm, həzz alıram, 
Bu dünyanı mən salıram, 
Boranlara, tufanlara. 
Səməd  Vurğunun  əfsanə  əsasında  yazdığı  ən  yaxĢı  poema-
larından biri də “Aslan qayası”dır. Əsərdə Ģair Mahniyar adlı gözəl 
bir qız surətini yaratmıĢdır. O, xan qızı olsa da atasının ona təklif et-
diyi xanlardan, bəylərdən özünə ər seç, qüvvəmiz çoxalsın təklifi ilə 
razılaĢmır.  Azərbaycan  nağıllarında,  dastanlarında  çox  vaxt  gözəl 
qızlar  sevgilini  adına,  dövlətinə  görə  deyil,  məhz  igidliyinə,  qəh-
rəmanlığına  görə  seçirlir.  ġair  poemada  xalq  yaradıcılığının  bu 
xüsusiyyətindən bacarıqla istifadə edir. Mahniyar niĢanlı kimi ancaq 
qəhrəman  Aslanı  qəbul  etsə  də,  atası  “çölün  bu  gədəsini  görmək 
belə  istəmir.  Ġki  sevgili  bir-birinə  qovuĢur.  Aslan  xəncəri  Bakıya 
hücuma keçən knyazın ürəyinə sancır. Yenə illər keçir. Çar orduları 
ikincə dəfə Bakıya hücum edir. Bu zaman Aslan Ağ at üstündə, ağ 
çuxa əynində tərkində də Mahniyar sarayı tərk etməyə məcbur olur. 
Aman Ağ at, can Ağ at, 
Dənizin qoynuna yat, 
Bizi vermə düĢmənə. 
Onlar  dənizin  lap  kənarına  gəlirlər,  qayanın  üstündən  Ağ 
at özünü dənizə atır: 
Onlar çəkildi yoxa, 
Bir də Ağ at, ağ çuxa. 

Folklor və yazılı ədəbiyyat 
94 
 
Atalar  sözlərində  xalq  öz  fikir  və  duyğularını  lakonik  Ģə-
kildə  ifadə  etmiĢdir. Səməd Vurğun da xalqın bu hikmət xəzinə-
sindən – atalar sözü, məsəl və aforizmlər, müdrik ifadələrdən mə-
harətlə istifadə etmiĢdir. “Vaqif” pyesində Vaqifin dili ilə deyir: 
Atalar sözüdür, yaxĢı qulaq as, 
Aslanın erkəyi, diĢisi olmaz. 
Yaxud  Ģair  belə  atalar  sözü  iĢlədir:  “Qurddan  olan  qurd 
olar”.  Bu,  çox  qədim  dövrlərlə  səsləĢən  məĢhur  atalar  sözüdür. 
“Koroğlu” dastanında da iĢlənmiĢdir: 
Sarp qayalarda yurd olmaz, 
Müxənnətdə söz dərd olmaz, 
Çaqqal əniyi qurd olmaz, 
Yenə qurd oğlu, qurd oğlu. 
“Xanlar” pyesində: Ana, el içində bir məsəl də var: 
“YaxĢı dost qardaĢdan irəli olar”. 
Bundan baĢqa Səməd Vurğun dram əsərlərində “Elə köhnə 
hamam,  köhnə  tasdır”,  “Dəlidən  doğru  xəbər”,  “Donqarı  qəbir 
düzəldər” və s. atalar sözlərini iĢlətmiĢdir.  
“Fərhad  və  ġirin”  dramında  Azər  baba  elin  igid  oğlu 
Fərhadla  söhbətində  böyük  Nizaminin  aforizmlərindən  istifadə 
edir. O, Fərhadın ucaltdığı hasara baxıb deyir: 
Gözəldir, canlıdır qurduğun hasar, 
Lakin diqqət yetir, bir nöqsanı var, 
“Hər elmi öyrənmək istədikcə sən, 
ÇalıĢ ki, hər Ģeyi kamil biləsən, 
Kamil bir palançı olsa da insan, 
YaxĢıdır yarımçıq papaqçılıqdan”. 
“Vaqif “ dramında: 
   
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin