QAYNAQLAR:
1. Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor.
Bakı, Yazıçı, 1981, 123 s.
2. Çəmənzəminli Y.V Əsərləri. 3 cilddə, II cild. Bakı, 2005,
663 s
3. Əsatir, əfsanə və rəvayətlər / Tərtib edənlər: A.Acaloğlu,
C.Bəydili. Bakı, ġərq-Qərb, 20.05, 302 s.
4. Kitabi-Dədə Qordud. Bakı, Öndər nəĢriyyat, 2004, 375 s
Folklor və yazılı ədəbiyyat
181
TƏMSĠL VƏ NAĞILLARDA
MÜġTƏRƏK MOTĠVLƏR
Sevinc ƏLĠYEVA
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin
elmi işçisi
Heyvanlar haqqında nağılların əsas özəlliyi onda xalqın dün-
yagörüĢünün, mübarizliyinin, humanist keyfiyyətlərinin əks olun-
masıdır. Belə ki, heyvanlar haqqında nağıllar insanları mənəvi cə-
hətdən zənginləĢdirir, kamilləĢdirir, onlarda əxlaqi hisləri daha da
gücləndirir. Bu müsbət keyfiyyətlərə görədir ki, heyvanlar haqqın-
da nağılların motivləri təmsil yazanlar tərəfindən dönə-dönə iĢlən-
miĢ, yeni məna çalarları qazanmıĢdır. Ona görə də heyvanlar haq-
qında nağıllardan bir çox motiv və əsasən də obrazlar yazılı ədə-
biyyata keçmiĢ, təmsillərdə iĢlənərək yeni məzmunların yaranma-
sına səbəb olmuĢdur. Məsələn, quyruq motivi heyvanlar haqqında
olan iki nağılda vardır. Bu motiv hiyləgərlik, dosta xəyanət kimi
məzmunların yaranmasına səbəb olmuĢdur. Qasım bəy Zakirin
“Tülkü və qurd” adlı təmsilindəki quyruq və hiyləgərlik motivləri
“Tülkü ilə canavar” adlı nağıldan götürülmüĢdür. Eyni adlı təmsili
həm Abbas Səhhət, həm də Abdulla ġaiq yazmıĢdır. Ancaq bun-
ların heç birində tələ motivi yoxdur. “Tülkü ilə canavar” adlı na-
ğıldan gələn bu motiv yalnız Zakirin təmsilində iĢlənmiĢdir:
Bir rubəhi-gühənsalə gedirdi,
Qismət üçün seyri-aləm edirdi.
Obadan kənara gördü, ittifaq,
Atıblar səhrayə bir dünbeyi-çaq.
Diqqət ilə baxıb, tələni seçdi,
Yavuğa düĢməyib, uzaqdan keçdi.
Folklor və yazılı ədəbiyyat
182
Tülkünün diqqətli olması, tələyə düĢməməsi süjeti hey-
vanlar haqqında nağıldan alınmadır. Bundan sonrakı hissədə
aldatma motivi vardır.
Aldatma və ya aldanma motivi həm nağıllarda, həm də
təmsillərdə geniĢ yayılmıĢdır. Həm də aldatma motivində sadəcə
hər zaman biclik, hiyləgərlik simvolu olan tülkü hansısa heyvanı
və ya insanı aldatmır, özü də aldanır. Bu da simvolların həm
heyvanlar haqqında nağıllarda, həm də təmsillərdə yerinə və
funksiyasına görə dəyiĢdiyini isbat edir. Tülkünün aldandığı
“Tülküynən xoruz” nağılına diqqət edək. Ac tülkü xoruzu yaxa-
layıb kənddən kənara çıxarır ki, rahatca yesin. Xoruz ağlı
sayəsində tülkünü aldadır:
“Beləliynən, onnar xeyli getdihdən sora bir qəbirsannığa
çatıllar. Xoruz bu vax ağlıya-ağlıya tülküyə deyir:
- Görürsənmi o balaca arxı? Ordan axan su göz yaĢıdı.
Burda yaxĢı adamnar – bizim babalarımız yatır. Bir gün biz özü-
müz də burda yatacıyıx. Gəlsənə bir fate verəh, yoxsa Allahın
qəzəbinə gələrih.
Tülkü, xoruzun sözdərinə diqqətnən qulax asannan sora
öz-özünə fikirləĢir ki, doğurdan da fate verməsə, Allaha xoĢ
getməz.
Tülkü ağzını açıb fatə verməh isdiyəndə xoruz tülkünün
ağzınna çıxıb, qanad açır və uçub yaxınnıxdakı ağaca qonur.
Tülkü baxır ki, o allanıb, Ģikarı əlinnən çıxıb, üzünü qəbir-
sannığa tutub deyir:
Nə yaman ləfz idi gəldi diĢimə
Kül abid olub fatə verən baĢıma” (2, 114).
Xain dost və ya dostlar motivi həm heyvanlar haqqında
nağıllarda, həm də təmsillərdə özünü göstərir. Xain dost motivi
heyvanlar haqqında nağıllardan təmsillərə keçmiĢdir. Belə ki,
“Dost dosta tən gərək” nağılında dostluğun səmimiyyət üzərində
deyil, tamah, güc üzərində qurulduğunun Ģahidi oluruq. “Dost
dosta tən gərək” nağılında Ģir, qurd, bir də tülkü dost olurlar.
Folklor və yazılı ədəbiyyat
183
“Bunlar Ģərt qoydular ki, hər nə tapsalar bir yerdə yesinlər.
Həm də bir-birinə kömək eləsinlər. Bir gün Ģir bir öküz, qurd bir
qoyun, tülkü də bir toyuq gətirdi. ġir qurda dedi:
– Bunları bölüĢdür
Qurd dedi:
– ġir ağa, öküz sənin, çünki sən böyüksən. Səndən xırda
mənəm, qoyun da mənim. Hamımızdan kiçik tülküdü. Toyuq da
tülkünün olsun.
Bu bölgü Ģirin xoĢuna gəlmədi, dartıb qurdun dərisini bo-
ğazından çıxartdı, qurdu parça-parça elədi. Tülkü bunu görəndə
üzünü Ģirə tutub dedi:
– ġir ağa, qulaq as, gör mən necə bölürəm.
Bir öküz naharın olsun
Gündüz yeməyin qoyun olsun
ġam yeməyin toyuq olsun
Tülkü kənarda qalsın.
Bu bölgü Ģirin xoĢuna gəldi. Tülküyə afərin dedi. SoruĢdu:
– Bu bölgü qaydasın kimdən öyrənmisən?
Tülkü gülə-gülə dedi:
– Sən qurdun dərisini boğazından çıxaranda mən dərsimi
aldım” (1, 68).
Qasım bəy Zakirdə tısbağa, ilan və dəvənin dostluğu, yəni
xain dostlar motivi nağıllardan alınmıĢdır. Təmsildə xain dostlar
tısbağa, ilan və dəvədirsə, heyvanlar haqqında nağılın qəhrə-
manları isə Ģir, qurd və tülküdür. Zakir mövzunu da qismən də-
yiĢmiĢ, qaravəllilərdə rast gəldiyimiz yaĢ motivini təmsilə daxil
etmiĢdir. Nağılda həm də pay bölməyi dərisi üzülən qurddan
öyrənən tülkü hiyləgərliyin, həyatda qalmağın formulunu tapmıĢ
olur.
Qasım bəy Zakirin “Xain yoldaĢlar haqqında” təmsili bu
baxımdan səciyyəvi nümunə ola bilər. Ġlanla tısbağanın hiyləsini
duyan dəvə yeməyi onların əlindən alır, hər ikisini də cəzalan-
dırır. Təmsilin poetikasına uyğun olaraq müəllif finalda əxlaqi
Folklor və yazılı ədəbiyyat
184
nəticə çıxarır, dostluqda xəyanəti, yalnız öz mənafeyini düĢün-
məyi mənfi hal kimi pisləyir:
Dəvə zahir edib bir nimxəndə,
Dedi: "öz yaĢımı deyərəm mən də".
Götürüb ağzına yerdən çörəyi,
BaĢladı ahəstə tər göyĢəməyi.
Dedi: "ey mədəni-hədyanü kəzaf!
Bu söz ilə dəvə uĢaq imiĢ saf"
Lazımdır Ģol yerdə bu növ misal
Nəsihət eyləsin xəlqə əhli-hal.
Özündən böyüyə etsə xəyanət,
Ac qalır, etməsin, əlbət, səd əlbət.
Bir adam ki, qoya hiylə binası,
Aqibət özünə dəyər xətası.
YoldaĢ yoldaĢ ilə xədəng nisbət,
Düz gərək ta ruzi-həĢru qiyamət.
Əgər əyri ola dəruni, çün yay,
KiriĢi qırılıb axır olur zay (7, 344).
Əslində heyvanlar arasında pay bölmək motivi Zakirin
“Aslan, qurd və çaqqal” təmsilində də vardır. Burada aslan, qurd
və çaqqalın dostluğu sınanır, üç gün, üç gecə ac qalan dostların
pis niyyətləri ortaya çıxır. Nağılda “mən dərsimi aldım” zərbi-
məsəli Zakirin təmsilində daha da poetikləĢir. Ona görədir ki,
çaqqalın sözləri bu gün də zərbi-məsəl kimi iĢlədilir:
Qalib olmuĢ idi Ģirə iĢtəһa,
Qurda dedi: – “Bölgü sənindi, durma,
Təqsim eylə, olaq yeməyə məĢğul”.
Anlamayıb fikrin kürki-biüsul,
Dedi: – “Ey sərvər, cənabi-bari,
Öz əlilə göydə bölüb buları.
Qoyun sənin, quzu mənim, çaqqalə
Göndərib toyuğu xaliq nəvalə”.
Gəlmədi bu sözlər Ģirin xoĢuna,
Folklor və yazılı ədəbiyyat
185
Bir tapança saldı qurdun baĢına.
Ġki gözü ol biçarə fəqirin,
Çıxıb yerə düĢdü zərbindən Ģirin.
Çaqqal zərbi-məsəli məhz bu hadisədən sonra çəkir ki, bu
da Ģairin əyani Ģəkildə hadisəni nəzmə çəkməsi ilə daha da
konkretlik qazanır. Beləliklə, çaqqal üç heyvanın üçünü də Ģirə
verməklə labüd ölümdən qurtulmuĢ olur.
Təmsillərdə tez-tez qarĢımıza çıxan doğruluq, düzgünlük,
insanlara faydalı məsləhətlər vermək və s. kimi motivlər də
heyvanlar haqqında nağıllardan alınmadır. Ədalətlilik, doğruluq,
düzgünlük kimi qədim zamanlardan bəri insanları düĢündürən
ümumbəĢəri anlayıĢlar həm heyvan miflərində, həm heyvanlar
haqqında nağıllarda, həm apoloqlarda, həm də təmsillərdə müĢtə-
rək motivlərin yaranmasına səbəb olmuĢdur. Mənəvi saflığa, yük-
sək insani keyfiyyətlərə və xeyirxah əməllərə çağırıĢ heyvanlar
haqqında nağıllarla təmsilləri məzmun planında bir-birinə yaxın-
laĢdıran əsas keyfiyyət olmuĢdur. Məsələn, sədaqətli olmaq mo-
tivi heyvanlar haqqında nağıllardan təmsillərə keçmiĢdir. Firidun
bəy Köçərlinin “Balalara hədiyyə” kitabında verdiyi “Nazikbə-
nazik-Tazikbətazik” nağılında ailə həyatında və dostluqdakı səda-
qət Qasım bəy Zakirin “Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilində
dostların sədaqətinə çevrilmiĢdir. “Nazikbənazik-Tazikbətazik”
nağılında deyilir ki, qarlı qıĢ günündə Nazikbənazik (bit) Tazik-
bətaziyə (birə) umac biĢirir ki, gəlib yesin. Tazikbətazik isə dama
çıxıb qar kürədiyi yerdə bacadan sürüĢür və isti umac qazanına
düĢüb ölür. Nazikbənazik ərinin ölümünə çox kədərlənir. Bu na-
ğılda da sədaqətli dostlar motivi vardır. Belə ki, Tazikbətaziyin
dostları dəvə, çinar, qarğa, sərçə bu xəbəri eĢidəndə Nazikbəna-
ziyi tək buraxmırlar və onun dərdinə Ģərik olurlar (5, 16).
Bu da ilk növbədə insanların bir-birilə ünsiyyət ehtiyacın-
dan doğmuĢdur. Bu ünsiyyətin qurulmasında böyük potensial
qüvvəyə, lakonik ifadə üsuluna və geniĢ məzmuna malik olan,
insanda dərin fikirlər, bəĢəri hisslər, yüksək mənəvi-əxlaqi key-
Folklor və yazılı ədəbiyyat
186
fiyyətlər yaradan, insanı daha da zənginləĢdirən nağılların da ro-
lu böyük olub. Əməkdar elm xadimi, professor Kamran Əliye-
vin də qeyd etdiyi kimi, xalq yaradıcılığının gözəlliyi onun təbii-
liyində, səmimiliyində və sadəliyindədir (3, 23). Nağılların yer-
li-yerində, zamanında söylənilməsi insanların məntiqi təfəkkü-
rünün inkiĢafında mühüm rol oynayan amil kimi diqqəti cəlb
edir. Nağıllar insan ruhunun müqəddəs yazısı, insan fikirlərinin
güzgüsü, min illərin müĢahidəsinin bədiiləĢmiĢ Ģəklidir. Nağıllar
xalqın Ģüurudur, onun mənəvi həyatının diriliyidir. Nağıl sadəcə
əyləndirmək üçün deyildir, hamının-qocanın da, cavanın da,
uĢaqların da ona ehtiyacı var. Nağıllar bizi ötən əsrlərin mənəvi
həyatının varisi edir. Nağıllar insanda görmədiyimiz, bilmədiyi-
miz cəhətləri güzgü kimi göstərmək qüdrətinə malikdir.
Həm dostların bir-birinə hiylə gəlməsi, bir-birini aldat-
mağa, bir-birinə xainlik etməyə çalıĢması, həm də dostların bir-
birini darda qoymaması, ən təhlükəli anda da birlikdə olmaları,
dostlarını xilas etmək üçün bütün güclərini birləĢdirmələri folk-
lordan gələn xain dostlar və sadiq dostlar motivinin yazılı ədə-
biyyatdakı variantlarıdır. Bu cür təmsillər müəllif əlavələrinə,
izahlarına baxmayaraq yenə də folklor motivlərinin yenidən
iĢlənmiĢ Ģəklindən baĢqa bir Ģey deyildir.
Burada əsas məsələ motivlərin oxĢar və ya fərqli olmasına
baxmayaraq onların həm nağıllarda, həm də təmsillərdə sadə
inkiĢaf süjetinə malik olması ilə seçilməsidir. Ona görə də hey-
vanlardan bəhs edən nağıllarda sonluq nikbin də olsa, bədbin də
olsa hadisələr təbii, sadə formada inkiĢaf edir. Eyni süjet-kom-
pozisiya elementi təmsillərə də aiddir.
Hikmət Ziyanın bir təmsili “Qarı və piĢik” nağılı ilə səs-
ləĢir, daha doğrusu Ģair təmsildə lovğalıq motivini heyvanlar
haqqında nağıldan almıĢdır.
PiĢik bığına baxıb,
DanıĢdı kiĢilikdən.
Folklor və yazılı ədəbiyyat
187
Siçana xoruzlanıb,
Qorxdu, qaçdı küçükdən (4, 143).
Heyvanlar haqqında nağıllardan təmsillərə keçən bir çox
motivlər Ģairlər tərəfindən o qədər sərrast iĢlənmiĢdir ki, son-
radan məntiqi sonluq zərbi-məsələ çevrilmiĢdir. Bunlardan biri
“ədalət olmayan mülk bərbad olar” məsəlidir ki, bayquĢların
söhbəti motivi Ģəklində yazılı ədəbiyyata gətirilmiĢdir. Məsələn,
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisində “NuĢirəvan
və bayquĢların söhbəti” adlı təmsilində bunu açıqca görürük.
Sadəcə nağıldan gələn hazır motivlərin məsələ, aforizmə
çevrilməsindən söhbət getmir, həm də eyni motivin təmsildə
aforizmə və ya məsələ dönüĢməsindən gedir. Belə təmsillərdən
çıxarılan nəticə aforizmə, bəzən də məsələ dönüĢür. Bir çox
halda heyvanlar haqqında nağıllarda buna rast gəlmək mümkün
deyildir. Azərbaycan təmsil ədəbiyyatının görkəmli nümayəndə-
si Qasım bəy Zakirin hekayə və təmsillərində aforizmə çevrilmiĢ
ifadələr üstünlük təĢkil edir. Belə ki, formaca Ģərq və qərb
təmsillərindəki bir çox ənənəvi xüsusiyyətləri yaradıcılığına
gətirən Zakir hekayə və təmsillərdə əvvəl əhvalatı danıĢır, sonra
isə əsas məqsədi yığcam, ümumiləĢdirilmiĢ Ģəkildə verir. Heka-
yə və təmsillər məsnəvi formasında, geniĢ xalq kütlələrinin baĢa
düĢdüyü canlı və sadə dildə yazılmıĢdır (8, 17). Yuxarıda Qasım
bəy Zakirin “Dost dosta tən gərək” nağılı əsasında yazdığı
“Aslan, qurd və çaqqal” təmsilində zərbi-məsələ çevrilmiĢ son-
luq (Dedi: – “Mən bilməzdim binadan, baĢdan. Öyrəndim o
gözü çıxan qardaĢdan”) haqqında danıĢdıq.
Nağıllardan keçən motivlərin dəyiĢikliyə uğraması təmsil
yazan Ģairlərin məhdud bir çərçivədə qalmayıb geniĢ ümumi-
ləĢdirmə apardığını, heyvanlar haqqında nağılları yaxĢı bildiyini
göstərir. Təmsil müəllifləri aldıqları mövzuları, motiv və süjet-
ləri çox vaxt olduğu kimi iĢləmir, onu dəyiĢir, yeni məzmunla,
xüsusən də ibrətamiz ifadələrlə bəzəyirlər. Bir çox mütəxəssisin
Mirzə Ələkbər Sabirin Ġ.Krılovun “Qarğa və tülkü” təmsilini
Folklor və yazılı ədəbiyyat
188
sərbəst Ģəkildə dilimizə çevirdiyini dediyi (6, 7) eyni adlı təmsil
əslində yuxarıda qısa məzmununu verdiyimiz heyvanlar haqqın-
da nağıldan faydalanılmaqla yaranmıĢdır. Ġ.Krılov da bu möv-
zunu Lafontendən alaraq iĢləmiĢdir. Orijinal deyə biləcəyimiz
səviyyədə olan “Qarğa və tülkü” təmsili bu cəhətdən spesifikdir:
Bеlə sözdən fərəhlənib qаrğа,
Аğzını аçdı, tа кi, еtsin “ğа”.
“Ğа” еdərкən hənuz bircə кərə
Pеndiri dimdiyindən еndi yеrə.
Tülкü fövrən hаvаdа qаpdı, yеdi,
Qаrğаyа tənə ilə böylə dеdi:
“Оlmаsаydı cаhаndа sаrsаqlаr,
Аc qаlаrdı, yəqin кi, yаltаqlаr” (5, 360).
Mirzə Ələkbər Sabir “Qarğa və tülkü” təmsilində iki obra-
zın misalında bir axmaqla bir yaltağın hekayəsini təqdim etmiĢdir.
“Qarğa və Tülkü” təmsilinin orijinala yaxın tərcüməsini
verən A.ġaiqdə isə Sabirin son misraları kimi didaktik kəsər
yoxdur.
Suya girmədən onun dərinliyini yoxla, yaxud çayı görmə-
dən çırmanma məsəli motiv kimi həm heyvanlar haqqında nağıl-
larda, həm də təmsillərdə mövcuddur. “Tülkü və qurd” təmsilin-
də tülkü nağılda olduğu kimi orucam deyir, qurdu aldadaraq
tələyə salır və quyruğu ələ keçirir. Zakir nağıldan fərqli olaraq
təmsili nəsihətamiz bir sonluqla bitirir:
Hər kimsə ola əqlü fəhm-huĢ,
Bu məsəli eyləməsin fəramuĢ:
Əvvəl gərək suyu yoxlasın möhkəm,
Boyluyandan sonra soyunsun adəm (5, 46).
Həm təmsillərdə, həm də heyvanlar haqqında nağıllarda
bir çox müĢtərək motivlər vardır ki, bu motivlərə hətta lətifələr-
də, məzəli hekayələrdə də rast gəlirik. Məsələn, məzəli əhvalat
kimi çox yayılan dəvənin toya dəvət edilməsi, onun da oyna-
maq, oxumaq bilmədiyini, bu dəvətin su, yaxud duz gətirmək
Folklor və yazılı ədəbiyyat
189
üçün olduğunu söyləməsi təmsillərdə də eyni ilə təkrarlanır. Bu
məzəli əhvalatın yazılı ədəbiyyatın nümunəsi olan təmsillərə
düĢməsinə ilk olaraq Xaqaninin bir epik Ģeirində rast gəlirik.
Burada sadəcə olaraq dəvənin yerində eĢĢək obrazı iĢtirak edir.
Bu təmsil bu gün lətifə Ģəklində danıĢılan məzəli əhvalat olub,
Xaqani tərəfindən təmsilləĢdirilmiĢdir. Bu da farsca yazan Ģairin
xalq arasında dolaĢan heyvanlar haqqında nağıllardan, lətifə-
lərdən istifadə etdiyini sübut edir. Ancaq onu da demək lazımdır
ki, həm Xaqaninin, həm də Nizaminin təmsilləri Ģifahi xalq ədə-
biyyatından alınsa da, bu təmsillər eyni zamanda xalq arasında
məĢhurlaĢaraq nağıllara və lətifələrə də təsir etmiĢdir.
Bəhs olunan əhvalat Xaqani ġirvaninin bir əsərində Kufəli
bir gözəlin kor bir əcəmi varına, puluna görə sevməsi səhnə-
sində verilmiĢdir. Kor əcəm gözəlin saxta sevgisinə, yalan sözlə-
rinə inanır. ġair, Kor əcəmə sevgisinin yalan üzərində quruldu-
ğuna inandırmaq üçün aĢağıdakı təmsili söyləyir:
EĢĢəyə dedilər: “Buyur toya gəl”,
EĢĢək qah-qah çəkib güldü nəhayət.
Dedi: “Siz istəyən rəqqas deyiləm,
Nə də çalğıçı tək tapmıĢam Ģöhrət.
Hamballıq etməyə çağırırsınız,
Su, odun daĢımaq lazımdır əlbət” (10, 426).
Burada təmsil əslində fikri qüvvətləndirmək, ideyanı daha
da qabarıq vermək üçün yazılmıĢdır. Eyni obrazdan F.Kərim-
zadə “Xudafərin körpüsü” əsərində də istifadə etmiĢdir: “Dəvəni
toya çağırdılar, bikef oldu. SoruĢdular bu nə hikmətdi? Cavab
verdi ki, oynamağa çağırmırlar ha, ya duza göndərəcəklər, ya
suya, ya da oduna.”
Lovğalıq, təkəbbür, özündən razılıq kimi motivlər üzərin-
də qurulmuĢ heyvanlar haqqında nağıllarda (“Qarı və piĢik”,
“Dəvə və tikan” və s.) mövzu təmsillərə keçmiĢ, müəyyən dəyi-
Ģikliyə uğrasa da əvvəlki əsas ideyasını qoruya bilmiĢdir. Burada
dəyiĢən obrazlar, məzmundakı epizodik xətlərdir.
Folklor və yazılı ədəbiyyat
190
Həm Molla Nəsrəddin lətifələrindən bəzilərini, həm bəzi
əfsanələri, həm də heyvanlar haqqında nağıllardan bir neçəsini
nəzmə çəkməklə uĢaqlar üçün ədəbiyyat yaradan böyük satirik
Ģair Sabir eyni nağıl mövzusunu təmsil Ģəklində iĢləmiĢdir. Təbii
ki, Sabirin uĢaqlar üçün yazdığı orijinal, sadə və çox anlaĢıqlı
olan Ģeirləri ilə bərabər heyvanlar haqqında nağıllardan, lətifə-
lərdən alınan motiv və süjetli təmsilləri də vardır. Ümumən buna
bənzər təmsillərin motiv və süjetlərinin bəziləri yazılı ədəbiy-
yatdan, Kəlilə və Dimnədən, Sədidən, Mövlanədən alındığı kimi
orijinal olanları da vardır.
QAYNAQLAR:
1. Azərbaycan nağılları, V cild. Bakı: “Çıraq”, 2004, 336 səh
2. Azərbaycan folkloru antologiyası. X kitab, Ġrəvan Çuxuru
folkloru. Tərtib edənlər: H.Ġsmayılov, Ə.Ələkbərli. Bakı:
“Səda”, 2004, 471 səh.
3. Əliyev Kamran. Romantizm və folklor. Bakı: “Elm”, 2006,
160 səh.
4. Hikmət Ziya. Təmsillər. Bakı: “Yazıçı”, 1982, 237 səh.
5. Köçərli F. Balalara hədiyyə. Bakı: “Gənclik”, 1987, 75 səh.
6. Krılov Ġ.A. Təmsillər. Tərtib edən: Telli Ġbrahimova, ön
söz: Məmməd Arif. Bakı: “ġərq-Qərb”, 2006, 144 səh.
7. Zakir Qasım bəy. SeçilmiĢ əsərləri. Bakı: “Yazıçı”, 1984
8. Zakir Qasım bəy. SeçilmiĢ əsərləri. Bakı: “Avrasiya Press”,
2005, 400 səh.
9. Sabir Mirzə Ələkbər. Hophopnamə, 2-ci cild. Bakı: “ġərq-
Qərb”, 2004, 384 səh.
10. Xaqani ġirvani. SeçilmiĢ əsərləri. Bakı: “Lider”, 2004, 672
səh.
Folklor və yazılı ədəbiyyat
191
ƏMƏK NƏĞMƏLƏRĠ VƏ UġAQ ġEĠRLƏRĠ
Gülnar MƏMMƏDOVA
AMEA Folklor İnstitutunun doktorantı
Xalq yaradıcılığının spesifik xüsusiyyətlərindən biri janr
sinkretikliyidir. Bir janra aid olan forma imkanları digər janrlar
üçün də keçərli ola bilir. Məsələn, bayatı forması folklorda çox
geniĢ iĢlənmə arealına malikdir. Bu baxımdan uĢaq Ģeirlərində
folklor janrları kimi Ģəkli əlamətlərin qovuĢuqluğu ilə zəngindir.
Yazıçı və Ģairlər folklordan yaradıcı Ģəkildə istifadə edərək yeni
tipli nümunələr yaratmıĢlar.
Ədəbiyyatımızın ümumi mənzərəsinə nəzər yetirdikdə, istər
kollektiv yaradıcılıq məhsulu olan Ģifahi xalq yaradıcılığında,
istərsə də xalq yaradıcılığının dərin kökləri üzərində inkiĢaf edən
fərdi yaradıcılıqda da ən geniĢ yayılmıĢ poetik formanın bayatı
forması olduğu nəzərə çarpır. Əmək nəğmələrinin də böyük bir
qisminin bayatı formasından, yəni dördlükdən istifadə edilərək
yaradıldığı məlumdur. Bu səbəbdən dolayı uĢaq ədəbiyyatında
əmək nəğmələrinin izlərini müəyyən edərkən məzmun xüsusiyyə-
tini, giriĢ piĢrovlarını əsas götürmək daha doğru olardı.
Bir məqamı da qeyd edək ki, əksər tədqiqatlarda bayatı
forması dedikdə 7 hecadan, 4 misradan və aaba Ģəklində qafiyə-
lənmə formasında olan poetik qəliblər diqqətə çatdırılır. Bayatı
Ģəklinin mövcud olan müxtəlif qafiyələnmə formalarından az
hallarda bəhs olunur. “Həmin qafiyə sisteminin mənzərəsini belə
təsəvvür etmək olar: 1) Dörd misra həmqafiyə ola bilər (a,a,a,a).
2) Hər qoĢa misra həmqafiyə ola bilər (a,a;b,b). 3) Birinci və
üçüncü, ikinci və dördüncü misralar həmqafiyə ola bilər
(a,b,a,b). 4) Üç misra həmqafiyə olub dördüncü misra sərbəst
buraxıla bilər (a,a,a,b). 5) Bir, iki və dördüncü misralar həmqa-
fiyə olub üçüncü misra sərbəst buraxıla bilər (a,a,b,a)” (2,11).
Folklor və yazılı ədəbiyyat
192
Bayatının-dördlüyün müxtəlif qafiyələnmə formalarından
əmək nəğmələrində və digər folklor örnəklərində də rast gəlinir.
Həmçinin yazılı ədəbiyyata aid Ģeir nümunələrində aaba qafi-
yələnmə forması geniĢ istifadə olunsa da digər formalarda da
yaradılan nümunələr mövcuddur. Məsələn, A.ġaiqin “UĢaq və
dovĢan” Ģeiri yeddilik poetik qəlibində yazılmıĢdır və hər bən-
dində ayrı qafiyələnmədən istifadə olunur. Birinci misra aaaa,
ikinci misra isə aabb Ģəklində qafiyələnmiĢdir.
UĢaq:
– DovĢan, dovĢan, a dovĢan.
Qaçma dayan, a dovĢan.
Qaçma səni sevəndən,
Can kimi istəyəndən (6,10).
A.ġaiqin bayatının geniĢ yayılmıĢ aaba Ģəklində qafiyə-
lənmə formasında yazılan “Eloğlu” pyesindən olan nümunəyə
nəzər salaq:
Keçim, keçim, Ģən keçim,
Atlanıb düĢən keçim.
Böyü, oğlaq doğ bizə,
Südündən ver mən içim (6, 376).
BaĢlanğıc misra sayaçı piĢrovuyla baĢlanır, xalq ədəbiy-
yatı üçün səciyyəvi olan sintaktik təkrardan istifadə olunub.
Məzmununda da bol məhsul əldə etmək arzusu ifadə edilir.
Deməli, Ģeir nümunəsi sözlərin həm məzmun, həm də forma
imkanlarını mənimsəmiĢdir.
A.ġaiqin “DovĢan” Ģeirində Ģifahi xalq Ģeirlərinə aid for-
ma xüsusiyyəti qorunub saxlanmıĢdır. Sayaçı sözlərə xas olan
cəhətlərdən biri heyvana aid olan real təbii xüsusiyyətlərin əks
olumasıdır. Bu baxımından, “DovĢan Ģeirində də dovĢana aid
xüsusiyyətlər əks olunmuĢdur. Amma sayaçı sözlərdəki kimi bol
məhsul əldə etmək arzusu deyil, dovĢanın insanlara vurduğu
ziyan ifadə edilmiĢdir.
Folklor və yazılı ədəbiyyat
193
DovĢana bax, dovĢana
Dovşan qaçdı bostana,
Yedi qovun qarpızı,
Saldı bizi ziyana (6, 7).
Nağıllarımızda kifayət qədər dovĢanla bağlı nümunələr
vardır. Folklorda dovĢan obrazı qorxaqlığın simvoludur. A.ġai-
qin hər iki Ģeirində (“DovĢan”, “UĢaq və DovĢan”) dovĢan obra-
zının folklorda müĢahidə olunan xarakteri öz əksini tapmıĢdır.
Belə ki, DovĢanın folklordakı xarakterik xüsusiyyəti olan qor-
xaqlıq hər iki Ģeirdə adi biri fadə olaraq iĢlədilmiĢdir (Dovşan
qaçdı bostana, Qaçma dayan a dovşan).
R.Əfəndizadə də “Keçi” Ģeirində əmək nəğmələrinin müx-
təlif elementlərindən yaradıcı Ģəkildə bəhrələnmiĢdir. Qeyd edək
ki, sayaçı nəğmələrində ən çox yer verilən heyvanlardan birin-
cisi qoyundursa, ikincisi keçidir. Həmçinin folklor ənənəsində
keçi obrazının geniĢ iĢlənmə dairəsinə malik olduğu da mə-
lumdur.
BaĢda uzun buynuzları,
Yekəsaqqal, tükü sarı
Keçim gedir dağ yuxarı,
Aman, a keçim, a keçim,
Dayan, a keçim, a keçim (3,32).
Bəndin ilk misrasında keçinin buynuzları təsvir olunur. Bu
əlamət Keçiyə aid olan əksər nümunələrdə öz ifadəsini tapır. Bir
tərəfdən qeri-adi bir Ģey yoxdur və heyvanın malik olduğu fiziki
quruluĢundan irəli gələn fikirdir. Digər tərəfdən yanaĢsaq, buy-
nuzluluq, uzun saqqala sahib olmanın demonik varlıqlara-yeraltı
aləmin təmsilçilərinə aid element olduğu da bəllidir. Bundan da
əlavə ilkin mifik təsəvvürlərin yaranıĢ mənbəyinin insanın pri-
mitiv Ģüurunun dərk edə, tanıya bilmədiyi ətraf aləm, təbiət
olduğu aydın məsələdir. Məsələn, heyvanları əhliləĢdirmədən
öncə keçinin xarici görünüĢü insanların Ģüurunda qorxu və
vahimə yaradacaq bir varlıq olaraq qala bilərdi.
Folklor və yazılı ədəbiyyat
194
Təsadüfi deyil ki, “ġəngülüm, ġüngülüm, Məngülüm” na-
ğılında keçinin qurdu yenməsində əsas rolu onun itilənmiĢ buy-
nuzları oynayır. Sehrli nağıllarımızdan da məlumdur ki, sehrli
qüvvəyə malik olan düĢmənlərlə mübarizədə qəhrəmanın da
sehrli bir vasitəylə silahlanması lazım gəlir və mütləqdir. Müx-
təlif nümunələrdə bu element fərqli Ģəkildə ifadə oluna bilər.
Buna görə də dəmirçinin keçinin buynuzunu itiləməsi nəticə-
sində keçinin qalib olmasının təminatı yaranmıĢ olur. Həmin
vasitəylədə qaranlıq aləmə (qurdun qarnı nəzərdə tutulur) daxil
ola bilir. Qaranlıq aləm dedikdə o biri dünya-ölülər aləmi nə-
zərdə tutulur. Mifoloji təsəvürlərdən də o biri dünyanın qaranlıq
təsvir olunduğu bəllidir.
A.ġaiqin vahid süjet xətti olan “Keçi” Ģeirindən fərqli ola-
raq R.Əfəndizadənin 6 bənddən ibarət olan Ģeirində isə vahid
süjet xətti yoxdur və sayaçı sözlərdə olduğu kimi ayrı-ayrı
bəndlərdə müxtəlif fikirlər öz əksini tapmıĢdır. Həmçinin hər
bəndin sonunda sintaktik təkrarlardan istifadə olunmuĢdur ki, bu
da folklor üslubunun göstəricisidir.
Keçim, adın Qurban ağa,
YavaĢ-yavaĢ en aĢağa,
Gözəl xanım səni sağa,
Aman, a keçim, keçim,
Dayan, a keçim, a keçim (3,32).
R.Əfəndizadənin bu Ģeiri Abdulla ġaiqin “Quzu” Ģeiri ilə
həm forma, həm də məzmun baxımından oxĢardır. R.Əfən-
dizadənin “Keçi” Ģeirində olduğu kimi A.ġaiqin “Quzu” Ģeirində
də sayaçı sözlərin məzmun xüsusiyyətləri saxlanılmıĢdır.
Sayaçı sözlərin təsiri ilə yazılmıĢ bir sıra Ģeirlərdə müxtəlif
folklor obrazlarının transformasiyası müĢahidə olunur. Bunlar-
dan biri də Fatı qarı obrazıdır. Nümunə üçün “Quzu” Ģeirindən
olan iki misraya nəzər salaq:
Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar (6,13)
Folklor və yazılı ədəbiyyat
195
Fatı qarı və bütünlükdə qarı obrazları folklormuzda böyük
bir surətlər qalereyası təĢkil edir. Qarı obrazları, əsasən, xeyir və
Ģəri təmsil etməklə iki böyük qrupa bölünür. “Keçəl Məhəm-
məd” nağlında olduğu kimi Fatı qarı nağıllarımızda əməkçi qa-
dın obrazı olaraq da təsvir edilir. A.ġaiqin “Çoban mahnısı” Ģei-
rində çobanın dilindən verilən xalq Ģeiri nümunəsində də həmin
ada rast gəlirik. Deməli, Fatı qarı obrazı sayaçı nəğmələrinin də
obrazlarından biridir və sayaçı sözlərinin təsiri ilə yazılmıĢ uĢaq
Ģeirlərində də iĢlədilməsi bununla bağlıdır.
“YaĢıllanıb çəmən, bayır,
Səfalanıb dərə, bayır,
Ġnəklərim, ot otlayın,
Sabaha süd hazırlayın!
Sizigözətləyir Fatı
Əlində badya, həm çatı (6,11).
Hər iki Ģeir beĢlikdə yazılmıĢdır, nəqarətdən istifadə olun-
muĢdur. Abdulla ġaiqin Ģeiri 1906-cı ildə, R.Əfəndizadənin Ģeiri
isə 1912-ci ildə qələmə alınmıĢdır. R.Əfəndizadənin A.ġaiqdən
yararlandığı fikrini söyləmək də mümkündür. Həmçinin R.Əfən-
dizadənin “QuĢ”, “Qırqovul, “Durna” Ģeirlərində, A.Səhhətin
“QuĢlar”, “QaranquĢ balaları” Ģeirlərində də sayaçı sözlərin tə-
siri nəzərə çarpır. Həmçinin A.ġaiqin “Yetim cücə” Ģeiridə sa-
yaçı sözlərin imkanlarından istifadə ilə yaradılmıĢdır.
A.ġaiqin əməyin tərənnümünə həsr olunan “Yeni kömək-
çi” Ģeirində folklorda geniĢ yer tutan obrazdan istifadə edil-
miĢdir. A.ġaiq bu Ģeirdə folklor obrazından yaradıcı Ģəkildə
bəhrələnərək mükəmməl nümunə yaratmıĢdır. Ġlk baxıĢda tarla-
da çalıĢan ataya övladın yardımı təsvir olunursa, digər tərəfdən
obrazın adında boluğun, məhsuldarlığın yaranmasının, taxılın
yetiĢməsinin vacib elementi olan günəĢ enerjisinin, istiliyin əks
olunduğu nəzərə çarpır.
Tarlaya gəldi Nəbi,
Gördü səhərdən bəri
Folklor və yazılı ədəbiyyat
196
Atası tək iĢləyir,
Tarlasını xıĢlayır (6,8).
M.Seyidov qədim azərbyacanlıların inanclarında bu obraza
geniĢ yer verildiyini qeyd edir. “Xızır-(Xıdır)-Xızır Ġlyas-Xızır
Nəbi mərasimində azərbaycanlılar hər Ģeydən öncə yazın uğurlu
gəlməsi üçün istiliyi vəsf edir, onun həsrəti, intizarı ilə yaĢayır-
dılar. Xalqı daha çox od-GünəĢ-istilik maraqlandırırdı” (5, 104).
Əmək nəğmələrinin digər növlərinə aid olan nəğmələrlə
oxĢarlıq təĢkil edən nümunələrə də uĢaq ədəbiyyatında rast gə-
lirik. Abdulla ġaiqin “Eloğlu” pyesində Anaxanımın dilindən
oxunan parçanı xatırlayaq:
Allı, bəzəkli xalçam,
Güllü çiçəkli xalçam!
Nənəm məni toxumuĢ,
Bayatıdan oxumuĢ
Gözəldir hər naxıĢın,
Can verir hər baxıĢın. (6,351)
Ġlk baxıĢda məzmunu hana nəğmələrini xatırladır. Allı,
güllü, bəzəkli kimi ifadələr hana nəğmələrində geniĢ istifadə
olunan sözlərdir. Həm Ģeiri təĢkil edən ifadələr folklordan gəlmə
ifadələrdir, həm də toxuma prosesinin insanların həyatının hadi-
sələrini özündə əks etdirən bayatıların sədaları altında getdiyi
nəzərə çarpır.
UĢaq ədəbiyyatında folklordan bəhrələnməyin yollarından
biridə xalq yaradıcılığından götürülən poetik parçaların heç bir
əməliyyat aparılmadan istifadəsidir. Abbas Səhhətin “Köç”
Ģeirində yaĢayan parçaya nəzər salaq:
“Ağ dəvə alçaq gedər,
Qolunda qolçaq gedər.
Ağ dəvənin gözləri,
Yerə dəyər dizləri.
Endi çaya yuh-yuh,
Ağca maya yuh-yuh” (4,174)
Folklor və yazılı ədəbiyyat
197
Beləliklə, əmək nəğmələrinin forma və məzmun imkanları
uĢaq Ģeirində geniĢ dairədə iĢlədilmiĢdir.
Dostları ilə paylaş: |