AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   ...   7   8   9   10   11   12   13   14   15
Folklor ve yazili edebiyyat-ll hisse


QAYNAQLAR: 
 
1.  Abdullayev  B.  Yusif  Vəzir  Çəmənzəminli  və  folklor. 
Bakı, Yazıçı, 1981, 123 s. 
2.  Çəmənzəminli Y.V Əsərləri. 3 cilddə, II cild. Bakı, 2005, 
663 s 
3.  Əsatir,  əfsanə  və  rəvayətlər  /  Tərtib  edənlər:  A.Acaloğlu, 
C.Bəydili. Bakı, ġərq-Qərb, 20.05, 302 s. 
4.  Kitabi-Dədə Qordud. Bakı, Öndər nəĢriyyat, 2004, 375 s 

Folklor və yazılı ədəbiyyat 
181 
 
 
TƏMSĠL VƏ NAĞILLARDA  
MÜġTƏRƏK MOTĠVLƏR 
 
Sevinc ƏLĠYEVA 
AMEA Folklor İnstitutunun  
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin 
 elmi işçisi  
 
Heyvanlar haqqında nağılların əsas özəlliyi onda xalqın dün-
yagörüĢünün, mübarizliyinin, humanist keyfiyyətlərinin  əks olun-
masıdır. Belə ki, heyvanlar haqqında nağıllar insanları mənəvi cə-
hətdən zənginləĢdirir, kamilləĢdirir, onlarda  əxlaqi hisləri daha da 
gücləndirir. Bu müsbət keyfiyyətlərə görədir ki, heyvanlar haqqın-
da nağılların motivləri təmsil yazanlar tərəfindən dönə-dönə iĢlən-
miĢ, yeni məna çalarları qazanmıĢdır. Ona görə də heyvanlar haq-
qında nağıllardan bir çox motiv və əsasən də obrazlar  yazılı  ədə-
biyyata keçmiĢ, təmsillərdə iĢlənərək yeni məzmunların yaranma-
sına səbəb olmuĢdur. Məsələn, quyruq motivi heyvanlar haqqında 
olan  iki  nağılda  vardır. Bu  motiv  hiyləgərlik, dosta xəyanət  kimi 
məzmunların  yaranmasına  səbəb  olmuĢdur.  Qasım  bəy  Zakirin 
“Tülkü və qurd” adlı təmsilindəki quyruq və hiyləgərlik motivləri 
“Tülkü ilə canavar” adlı nağıldan götürülmüĢdür. Eyni adlı təmsili 
həm  Abbas Səhhət, həm  də  Abdulla ġaiq  yazmıĢdır. Ancaq  bun-
ların heç birində tələ motivi yoxdur.  “Tülkü ilə canavar” adlı na-
ğıldan gələn bu motiv yalnız Zakirin təmsilində iĢlənmiĢdir: 
Bir rubəhi-gühənsalə gedirdi, 
Qismət üçün seyri-aləm edirdi. 
 
Obadan kənara gördü, ittifaq, 
Atıblar səhrayə bir dünbeyi-çaq. 
 
Diqqət ilə baxıb, tələni seçdi, 
Yavuğa düĢməyib, uzaqdan keçdi. 

Folklor və yazılı ədəbiyyat 
182 
 
Tülkünün  diqqətli  olması,  tələyə  düĢməməsi  süjeti  hey-
vanlar  haqqında  nağıldan  alınmadır.  Bundan  sonrakı  hissədə 
aldatma motivi vardır. 
Aldatma  və  ya  aldanma  motivi  həm  nağıllarda,  həm  də 
təmsillərdə geniĢ yayılmıĢdır. Həm də aldatma motivində sadəcə 
hər zaman biclik, hiyləgərlik simvolu olan tülkü hansısa heyvanı 
və  ya  insanı  aldatmır,  özü  də  aldanır.  Bu  da  simvolların  həm 
heyvanlar  haqqında  nağıllarda,  həm  də  təmsillərdə  yerinə  və 
funksiyasına  görə  dəyiĢdiyini  isbat  edir.  Tülkünün  aldandığı 
“Tülküynən xoruz” nağılına diqqət edək. Ac tülkü xoruzu yaxa-
layıb  kənddən  kənara  çıxarır  ki,  rahatca  yesin.  Xoruz  ağlı 
sayəsində tülkünü aldadır:  
“Beləliynən,  onnar  xeyli  getdihdən  sora  bir  qəbirsannığa 
çatıllar. Xoruz bu vax ağlıya-ağlıya tülküyə deyir: 
-  Görürsənmi  o  balaca  arxı?  Ordan  axan  su  göz  yaĢıdı. 
Burda yaxĢı adamnar – bizim babalarımız yatır. Bir gün biz özü-
müz  də  burda  yatacıyıx.  Gəlsənə  bir  fate  verəh,  yoxsa  Allahın 
qəzəbinə gələrih. 
Tülkü,  xoruzun  sözdərinə  diqqətnən  qulax  asannan  sora 
öz-özünə  fikirləĢir  ki,  doğurdan  da  fate  verməsə,  Allaha  xoĢ 
getməz. 
Tülkü  ağzını  açıb  fatə  verməh  isdiyəndə  xoruz  tülkünün 
ağzınna çıxıb, qanad açır və uçub yaxınnıxdakı ağaca qonur. 
Tülkü baxır ki, o allanıb, Ģikarı əlinnən çıxıb, üzünü qəbir-
sannığa tutub deyir: 
Nə yaman ləfz idi gəldi diĢimə 
Kül abid olub fatə verən baĢıma” (2, 114). 
Xain  dost  və  ya  dostlar  motivi  həm  heyvanlar  haqqında 
nağıllarda, həm də təmsillərdə özünü göstərir. Xain dost motivi 
heyvanlar  haqqında  nağıllardan  təmsillərə  keçmiĢdir.  Belə  ki, 
“Dost dosta tən gərək” nağılında dostluğun səmimiyyət üzərində 
deyil,  tamah,  güc  üzərində  qurulduğunun  Ģahidi  oluruq.  “Dost 
dosta tən gərək” nağılında Ģir, qurd, bir də tülkü dost olurlar.  

Folklor və yazılı ədəbiyyat 
183 
 
“Bunlar Ģərt qoydular ki, hər nə tapsalar bir yerdə yesinlər. 
Həm də bir-birinə kömək eləsinlər. Bir gün Ģir bir öküz, qurd bir 
qoyun, tülkü də bir toyuq gətirdi. ġir qurda dedi:  
– Bunları bölüĢdür 
Qurd dedi:  
–  ġir  ağa,  öküz  sənin,  çünki  sən  böyüksən.  Səndən  xırda 
mənəm, qoyun da mənim. Hamımızdan kiçik tülküdü. Toyuq da 
tülkünün olsun.  
Bu bölgü Ģirin xoĢuna gəlmədi, dartıb qurdun dərisini bo-
ğazından çıxartdı, qurdu parça-parça elədi. Tülkü bunu görəndə 
üzünü Ģirə tutub dedi:  
– ġir ağa, qulaq as, gör mən necə bölürəm. 
Bir öküz naharın olsun 
Gündüz yeməyin qoyun olsun 
ġam yeməyin toyuq olsun 
Tülkü kənarda qalsın. 
Bu bölgü Ģirin xoĢuna gəldi. Tülküyə afərin dedi. SoruĢdu:  
– Bu bölgü qaydasın kimdən öyrənmisən? 
Tülkü gülə-gülə dedi: 
–  Sən  qurdun  dərisini  boğazından  çıxaranda  mən  dərsimi 
aldım” (1, 68). 
Qasım bəy Zakirdə tısbağa, ilan və dəvənin dostluğu, yəni 
xain dostlar motivi nağıllardan alınmıĢdır. Təmsildə xain dostlar 
tısbağa,  ilan  və  dəvədirsə,  heyvanlar  haqqında  nağılın  qəhrə-
manları isə Ģir, qurd və tülküdür. Zakir mövzunu da qismən də-
yiĢmiĢ, qaravəllilərdə rast gəldiyimiz yaĢ motivini təmsilə daxil 
etmiĢdir.  Nağılda  həm  də  pay  bölməyi  dərisi  üzülən  qurddan 
öyrənən tülkü hiyləgərliyin, həyatda qalmağın formulunu tapmıĢ 
olur. 
Qasım  bəy  Zakirin  “Xain  yoldaĢlar  haqqında”  təmsili  bu 
baxımdan səciyyəvi nümunə ola bilər. Ġlanla tısbağanın hiyləsini 
duyan  dəvə  yeməyi  onların  əlindən  alır,  hər  ikisini  də  cəzalan-
dırır.  Təmsilin  poetikasına  uyğun  olaraq  müəllif  finalda  əxlaqi 

Folklor və yazılı ədəbiyyat 
184 
 
nəticə  çıxarır,  dostluqda  xəyanəti,  yalnız  öz  mənafeyini  düĢün-
məyi mənfi hal kimi pisləyir:  
Dəvə zahir edib bir nimxəndə, 
Dedi: "öz yaĢımı deyərəm mən də".  
Götürüb ağzına yerdən çörəyi,  
BaĢladı ahəstə tər göyĢəməyi. 
Dedi: "ey mədəni-hədyanü kəzaf!  
Bu söz ilə dəvə uĢaq imiĢ saf" 
Lazımdır Ģol yerdə bu növ misal  
Nəsihət eyləsin xəlqə əhli-hal. 
Özündən böyüyə etsə xəyanət, 
Ac qalır, etməsin, əlbət, səd əlbət. 
Bir adam ki, qoya hiylə binası,  
Aqibət özünə dəyər xətası. 
YoldaĢ yoldaĢ ilə xədəng nisbət,  
Düz gərək ta ruzi-həĢru qiyamət. 
Əgər əyri ola dəruni, çün yay,  
KiriĢi qırılıb axır olur zay (7, 344). 
Əslində  heyvanlar  arasında  pay  bölmək  motivi  Zakirin 
“Aslan, qurd və çaqqal” təmsilində də vardır. Burada aslan, qurd 
və  çaqqalın dostluğu sınanır, üç gün, üç gecə ac qalan dostların 
pis  niyyətləri  ortaya  çıxır.  Nağılda  “mən  dərsimi  aldım”  zərbi-
məsəli  Zakirin  təmsilində  daha  da  poetikləĢir.  Ona  görədir  ki, 
çaqqalın sözləri bu gün də zərbi-məsəl kimi iĢlədilir: 
Qalib olmuĢ idi Ģirə iĢtəһa, 
Qurda dedi: – “Bölgü sənindi, durma, 
Təqsim eylə, olaq yeməyə məĢğul”. 
Anlamayıb fikrin kürki-biüsul, 
Dedi: – “Ey sərvər, cənabi-bari, 
Öz əlilə göydə bölüb buları. 
Qoyun sənin, quzu mənim, çaqqalə 
Göndərib toyuğu xaliq nəvalə”. 
Gəlmədi bu sözlər Ģirin xoĢuna, 

Folklor və yazılı ədəbiyyat 
185 
 
Bir tapança saldı qurdun baĢına. 
Ġki gözü ol biçarə fəqirin, 
Çıxıb yerə düĢdü zərbindən Ģirin. 
Çaqqal zərbi-məsəli məhz bu hadisədən sonra çəkir ki, bu 
da  Ģairin  əyani  Ģəkildə  hadisəni  nəzmə  çəkməsi  ilə  daha  da 
konkretlik  qazanır.  Beləliklə,  çaqqal  üç  heyvanın  üçünü  də  Ģirə 
verməklə labüd ölümdən qurtulmuĢ olur. 
Təmsillərdə  tez-tez  qarĢımıza  çıxan  doğruluq,  düzgünlük, 
insanlara  faydalı  məsləhətlər  vermək  və  s.  kimi  motivlər  də 
heyvanlar  haqqında  nağıllardan  alınmadır.  Ədalətlilik,  doğruluq, 
düzgünlük  kimi  qədim  zamanlardan  bəri  insanları  düĢündürən 
ümumbəĢəri  anlayıĢlar  həm  heyvan  miflərində,  həm  heyvanlar 
haqqında nağıllarda, həm apoloqlarda, həm də təmsillərdə müĢtə-
rək motivlərin yaranmasına səbəb olmuĢdur. Mənəvi saflığa, yük-
sək  insani  keyfiyyətlərə  və  xeyirxah  əməllərə  çağırıĢ  heyvanlar 
haqqında nağıllarla təmsilləri məzmun planında bir-birinə yaxın-
laĢdıran  əsas  keyfiyyət  olmuĢdur.  Məsələn,  sədaqətli  olmaq  mo-
tivi heyvanlar haqqında nağıllardan təmsillərə keçmiĢdir. Firidun 
bəy  Köçərlinin  “Balalara  hədiyyə”  kitabında  verdiyi  “Nazikbə-
nazik-Tazikbətazik” nağılında ailə həyatında və dostluqdakı səda-
qət Qasım bəy Zakirin “Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilində 
dostların  sədaqətinə  çevrilmiĢdir.  “Nazikbənazik-Tazikbətazik” 
nağılında  deyilir  ki,  qarlı  qıĢ  günündə  Nazikbənazik  (bit)  Tazik-
bətaziyə (birə) umac biĢirir ki, gəlib yesin. Tazikbətazik isə dama 
çıxıb  qar  kürədiyi  yerdə  bacadan  sürüĢür  və  isti  umac  qazanına 
düĢüb ölür. Nazikbənazik  ərinin ölümünə çox kədərlənir.  Bu na-
ğılda  da  sədaqətli  dostlar  motivi  vardır.  Belə  ki,  Tazikbətaziyin 
dostları  dəvə,  çinar,  qarğa,  sərçə  bu  xəbəri  eĢidəndə  Nazikbəna-
ziyi tək buraxmırlar və onun dərdinə Ģərik olurlar (5, 16). 
Bu da ilk növbədə insanların bir-birilə ünsiyyət ehtiyacın-
dan  doğmuĢdur.  Bu  ünsiyyətin  qurulmasında  böyük  potensial 
qüvvəyə,  lakonik  ifadə  üsuluna  və  geniĢ  məzmuna  malik  olan, 
insanda dərin  fikirlər, bəĢəri  hisslər, yüksək  mənəvi-əxlaqi key-

Folklor və yazılı ədəbiyyat 
186 
 
fiyyətlər yaradan, insanı daha da zənginləĢdirən nağılların da ro-
lu  böyük  olub.  Əməkdar  elm  xadimi,  professor  Kamran  Əliye-
vin də qeyd etdiyi kimi, xalq yaradıcılığının gözəlliyi onun təbii-
liyində, səmimiliyində  və  sadəliyindədir  (3, 23). Nağılların  yer-
li-yerində,  zamanında  söylənilməsi  insanların  məntiqi  təfəkkü-
rünün  inkiĢafında  mühüm  rol  oynayan  amil  kimi  diqqəti  cəlb 
edir.  Nağıllar  insan  ruhunun  müqəddəs  yazısı,  insan  fikirlərinin 
güzgüsü, min illərin müĢahidəsinin bədiiləĢmiĢ Ģəklidir. Nağıllar 
xalqın Ģüurudur, onun mənəvi həyatının diriliyidir. Nağıl sadəcə 
əyləndirmək  üçün  deyildir,  hamının-qocanın  da,  cavanın  da, 
uĢaqların da ona ehtiyacı var. Nağıllar bizi ötən əsrlərin mənəvi 
həyatının varisi edir. Nağıllar insanda görmədiyimiz, bilmədiyi-
miz cəhətləri güzgü kimi göstərmək qüdrətinə malikdir. 
Həm  dostların  bir-birinə  hiylə  gəlməsi,  bir-birini  aldat-
mağa, bir-birinə xainlik etməyə çalıĢması, həm də dostların bir-
birini darda qoymaması,  ən təhlükəli anda da birlikdə olmaları, 
dostlarını xilas etmək üçün bütün güclərini birləĢdirmələri folk-
lordan  gələn  xain  dostlar  və  sadiq  dostlar  motivinin  yazılı  ədə-
biyyatdakı  variantlarıdır.  Bu  cür  təmsillər  müəllif  əlavələrinə, 
izahlarına  baxmayaraq  yenə  də  folklor  motivlərinin  yenidən 
iĢlənmiĢ Ģəklindən baĢqa bir Ģey deyildir.  
Burada əsas məsələ motivlərin oxĢar və ya fərqli olmasına 
baxmayaraq  onların  həm  nağıllarda,  həm  də  təmsillərdə  sadə 
inkiĢaf süjetinə malik olması ilə  seçilməsidir. Ona görə də hey-
vanlardan bəhs edən nağıllarda sonluq nikbin də olsa, bədbin də 
olsa  hadisələr  təbii,  sadə  formada  inkiĢaf  edir.  Eyni  süjet-kom-
pozisiya elementi təmsillərə də aiddir.  
Hikmət  Ziyanın  bir  təmsili  “Qarı  və  piĢik”  nağılı  ilə  səs-
ləĢir,  daha  doğrusu  Ģair  təmsildə  lovğalıq  motivini  heyvanlar 
haqqında nağıldan almıĢdır. 
PiĢik bığına baxıb, 
DanıĢdı kiĢilikdən. 
 

Folklor və yazılı ədəbiyyat 
187 
 
Siçana xoruzlanıb, 
Qorxdu, qaçdı küçükdən (4, 143). 
Heyvanlar  haqqında  nağıllardan  təmsillərə  keçən  bir  çox 
motivlər  Ģairlər  tərəfindən  o  qədər  sərrast  iĢlənmiĢdir  ki,  son-
radan  məntiqi  sonluq  zərbi-məsələ  çevrilmiĢdir.  Bunlardan  biri 
“ədalət  olmayan  mülk  bərbad  olar”  məsəlidir  ki,  bayquĢların 
söhbəti motivi Ģəklində yazılı ədəbiyyata gətirilmiĢdir. Məsələn, 
Nizami  Gəncəvinin  “Sirlər  xəzinəsi”  məsnəvisində  “NuĢirəvan 
və bayquĢların söhbəti” adlı təmsilində bunu açıqca görürük. 
Sadəcə  nağıldan  gələn  hazır  motivlərin  məsələ,  aforizmə 
çevrilməsindən  söhbət  getmir,  həm  də  eyni  motivin  təmsildə 
aforizmə və  ya  məsələ dönüĢməsindən gedir. Belə təmsillərdən 
çıxarılan  nəticə  aforizmə,  bəzən  də  məsələ  dönüĢür.  Bir  çox 
halda heyvanlar haqqında nağıllarda buna rast gəlmək mümkün 
deyildir. Azərbaycan təmsil ədəbiyyatının görkəmli nümayəndə-
si Qasım bəy Zakirin hekayə və təmsillərində aforizmə çevrilmiĢ 
ifadələr  üstünlük  təĢkil  edir.  Belə  ki,  formaca  Ģərq  və  qərb 
təmsillərindəki  bir  çox  ənənəvi  xüsusiyyətləri  yaradıcılığına 
gətirən Zakir hekayə və təmsillərdə əvvəl əhvalatı danıĢır, sonra 
isə əsas məqsədi yığcam, ümumiləĢdirilmiĢ Ģəkildə verir. Heka-
yə və təmsillər məsnəvi formasında, geniĢ xalq kütlələrinin baĢa 
düĢdüyü canlı və sadə dildə yazılmıĢdır (8, 17). Yuxarıda Qasım 
bəy  Zakirin  “Dost  dosta  tən  gərək”  nağılı  əsasında  yazdığı 
“Aslan, qurd və çaqqal”  təmsilində zərbi-məsələ  çevrilmiĢ son-
luq  (Dedi:  –  “Mən  bilməzdim  binadan,  baĢdan.  Öyrəndim  o 
gözü çıxan qardaĢdan”) haqqında danıĢdıq.  
Nağıllardan  keçən  motivlərin  dəyiĢikliyə  uğraması  təmsil 
yazan  Ģairlərin  məhdud  bir  çərçivədə  qalmayıb  geniĢ  ümumi-
ləĢdirmə apardığını, heyvanlar haqqında nağılları yaxĢı bildiyini 
göstərir.  Təmsil  müəllifləri  aldıqları  mövzuları,  motiv  və  süjet-
ləri  çox  vaxt olduğu  kimi  iĢləmir,  onu  dəyiĢir,  yeni  məzmunla, 
xüsusən də ibrətamiz ifadələrlə bəzəyirlər. Bir çox mütəxəssisin 
Mirzə  Ələkbər  Sabirin  Ġ.Krılovun  “Qarğa  və  tülkü”  təmsilini 

Folklor və yazılı ədəbiyyat 
188 
 
sərbəst Ģəkildə dilimizə çevirdiyini dediyi (6, 7) eyni adlı təmsil 
əslində yuxarıda qısa məzmununu verdiyimiz heyvanlar haqqın-
da  nağıldan  faydalanılmaqla  yaranmıĢdır.  Ġ.Krılov  da  bu  möv-
zunu  Lafontendən  alaraq  iĢləmiĢdir.  Orijinal  deyə  biləcəyimiz 
səviyyədə olan “Qarğa və tülkü” təmsili bu cəhətdən spesifikdir: 
Bеlə sözdən fərəhlənib qаrğа, 
Аğzını аçdı, tа кi, еtsin “ğа”. 
“Ğа” еdərкən hənuz bircə кərə 
Pеndiri dimdiyindən еndi yеrə. 
Tülкü fövrən hаvаdа qаpdı, yеdi, 
Qаrğаyа tənə ilə böylə dеdi: 
“Оlmаsаydı cаhаndа sаrsаqlаr, 
Аc qаlаrdı, yəqin кi, yаltаqlаr” (5, 360). 
Mirzə  Ələkbər Sabir “Qarğa və tülkü” təmsilində  iki obra-
zın misalında bir axmaqla bir yaltağın hekayəsini təqdim etmiĢdir. 
“Qarğa  və  Tülkü”  təmsilinin  orijinala  yaxın  tərcüməsini 
verən  A.ġaiqdə  isə  Sabirin  son  misraları  kimi  didaktik  kəsər 
yoxdur. 
Suya girmədən onun dərinliyini yoxla, yaxud çayı görmə-
dən çırmanma məsəli motiv kimi həm heyvanlar haqqında nağıl-
larda, həm də təmsillərdə mövcuddur. “Tülkü və qurd” təmsilin-
də  tülkü  nağılda  olduğu  kimi  orucam  deyir,  qurdu  aldadaraq 
tələyə  salır  və  quyruğu  ələ  keçirir.  Zakir  nağıldan  fərqli  olaraq 
təmsili nəsihətamiz bir sonluqla bitirir: 
Hər kimsə ola əqlü fəhm-huĢ, 
 
  Bu məsəli eyləməsin fəramuĢ: 
 
  Əvvəl gərək suyu yoxlasın möhkəm,  
 
Boyluyandan sonra soyunsun adəm (5, 46).   
Həm  təmsillərdə,  həm  də  heyvanlar  haqqında  nağıllarda 
bir çox müĢtərək motivlər vardır ki, bu motivlərə hətta lətifələr-
də,  məzəli  hekayələrdə  də  rast  gəlirik.  Məsələn,  məzəli  əhvalat 
kimi  çox  yayılan  dəvənin  toya  dəvət  edilməsi,  onun  da  oyna-
maq,  oxumaq  bilmədiyini,  bu  dəvətin  su,  yaxud  duz  gətirmək 

Folklor və yazılı ədəbiyyat 
189 
 
üçün olduğunu söyləməsi təmsillərdə də eyni ilə təkrarlanır. Bu 
məzəli  əhvalatın  yazılı  ədəbiyyatın  nümunəsi  olan  təmsillərə 
düĢməsinə  ilk  olaraq  Xaqaninin  bir  epik  Ģeirində  rast  gəlirik. 
Burada  sadəcə  olaraq  dəvənin  yerində  eĢĢək  obrazı  iĢtirak  edir. 
Bu  təmsil  bu  gün  lətifə  Ģəklində  danıĢılan  məzəli  əhvalat  olub, 
Xaqani tərəfindən təmsilləĢdirilmiĢdir. Bu da farsca yazan Ģairin 
xalq  arasında  dolaĢan  heyvanlar  haqqında  nağıllardan,  lətifə-
lərdən istifadə etdiyini sübut edir. Ancaq onu da demək lazımdır 
ki, həm Xaqaninin, həm də Nizaminin təmsilləri Ģifahi xalq ədə-
biyyatından  alınsa  da,  bu təmsillər  eyni  zamanda  xalq  arasında 
məĢhurlaĢaraq nağıllara və lətifələrə də təsir etmiĢdir.  
Bəhs olunan əhvalat Xaqani ġirvaninin bir əsərində Kufəli 
bir  gözəlin  kor  bir  əcəmi  varına,  puluna  görə  sevməsi  səhnə-
sində verilmiĢdir. Kor əcəm gözəlin saxta sevgisinə, yalan sözlə-
rinə  inanır.  ġair,  Kor  əcəmə  sevgisinin  yalan  üzərində  quruldu-
ğuna inandırmaq üçün aĢağıdakı təmsili söyləyir:   
EĢĢəyə dedilər: “Buyur toya gəl”, 
 
 
 
EĢĢək qah-qah çəkib güldü nəhayət.   
 
 
Dedi: “Siz istəyən rəqqas deyiləm,   
 
 
Nə də çalğıçı tək tapmıĢam Ģöhrət.   
 
 
Hamballıq etməyə çağırırsınız, 
 
 
 
Su, odun daĢımaq lazımdır əlbət” (10, 426). 
Burada təmsil əslində fikri qüvvətləndirmək, ideyanı daha 
da  qabarıq  vermək  üçün  yazılmıĢdır.  Eyni  obrazdan  F.Kərim-
zadə “Xudafərin körpüsü” əsərində də istifadə etmiĢdir: “Dəvəni 
toya  çağırdılar,  bikef  oldu.  SoruĢdular  bu  nə  hikmətdi?  Cavab 
verdi  ki,  oynamağa  çağırmırlar  ha,  ya  duza  göndərəcəklər,  ya 
suya, ya da oduna.”   
 
 
 
 
Lovğalıq, təkəbbür, özündən razılıq kimi motivlər üzərin-
də  qurulmuĢ  heyvanlar  haqqında  nağıllarda  (“Qarı  və  piĢik”, 
“Dəvə və tikan” və s.) mövzu təmsillərə keçmiĢ, müəyyən dəyi-
Ģikliyə uğrasa da əvvəlki əsas ideyasını qoruya bilmiĢdir. Burada 
dəyiĢən obrazlar, məzmundakı epizodik xətlərdir. 

Folklor və yazılı ədəbiyyat 
190 
 
Həm  Molla  Nəsrəddin  lətifələrindən  bəzilərini,  həm  bəzi 
əfsanələri,  həm  də  heyvanlar  haqqında  nağıllardan  bir  neçəsini 
nəzmə  çəkməklə  uĢaqlar  üçün  ədəbiyyat  yaradan  böyük  satirik 
Ģair Sabir eyni nağıl mövzusunu təmsil Ģəklində iĢləmiĢdir. Təbii 
ki,  Sabirin  uĢaqlar  üçün  yazdığı  orijinal,  sadə  və  çox  anlaĢıqlı 
olan  Ģeirləri  ilə  bərabər  heyvanlar  haqqında  nağıllardan,  lətifə-
lərdən alınan motiv və süjetli təmsilləri də vardır. Ümumən buna 
bənzər  təmsillərin  motiv  və  süjetlərinin  bəziləri  yazılı  ədəbiy-
yatdan, Kəlilə və Dimnədən, Sədidən, Mövlanədən alındığı kimi 
orijinal olanları da vardır. 
   
 
 
 
QAYNAQLAR: 
 
1.  Azərbaycan nağılları, V cild. Bakı: “Çıraq”, 2004, 336 səh 
2.  Azərbaycan  folkloru  antologiyası.  X  kitab,  Ġrəvan  Çuxuru 
folkloru.  Tərtib  edənlər:  H.Ġsmayılov,  Ə.Ələkbərli.  Bakı: 
“Səda”, 2004, 471 səh. 
3.  Əliyev Kamran. Romantizm və  folklor. Bakı:  “Elm”, 2006, 
160 səh. 
4.  Hikmət Ziya. Təmsillər. Bakı: “Yazıçı”, 1982, 237 səh. 
5.  Köçərli F. Balalara hədiyyə. Bakı: “Gənclik”, 1987, 75 səh. 
6.  Krılov  Ġ.A.  Təmsillər.  Tərtib  edən:  Telli  Ġbrahimova,  ön 
söz: Məmməd Arif. Bakı: “ġərq-Qərb”, 2006, 144 səh. 
7.  Zakir Qasım bəy. SeçilmiĢ əsərləri. Bakı: “Yazıçı”, 1984 
8.  Zakir Qasım bəy. SeçilmiĢ əsərləri. Bakı: “Avrasiya Press”, 
2005, 400 səh. 
9.  Sabir  Mirzə  Ələkbər.  Hophopnamə,  2-ci  cild.  Bakı:  “ġərq-
Qərb”, 2004, 384 səh. 
10.  Xaqani ġirvani. SeçilmiĢ  əsərləri. Bakı:  “Lider”, 2004, 672 
səh. 
 

Folklor və yazılı ədəbiyyat 
191 
 
 
ƏMƏK NƏĞMƏLƏRĠ VƏ UġAQ ġEĠRLƏRĠ 
 
Gülnar MƏMMƏDOVA 
AMEA Folklor İnstitutunun doktorantı 
 
Xalq  yaradıcılığının  spesifik  xüsusiyyətlərindən  biri  janr 
sinkretikliyidir.  Bir  janra aid olan  forma  imkanları digər  janrlar 
üçün də keçərli ola bilir. Məsələn, bayatı forması folklorda çox 
geniĢ  iĢlənmə  arealına  malikdir.  Bu  baxımdan  uĢaq  Ģeirlərində 
folklor janrları kimi Ģəkli əlamətlərin qovuĢuqluğu ilə zəngindir. 
Yazıçı və Ģairlər folklordan yaradıcı Ģəkildə istifadə edərək yeni 
tipli nümunələr yaratmıĢlar. 
Ədəbiyyatımızın ümumi mənzərəsinə nəzər yetirdikdə, istər 
kollektiv  yaradıcılıq  məhsulu  olan  Ģifahi  xalq  yaradıcılığında, 
istərsə də xalq yaradıcılığının dərin kökləri üzərində inkiĢaf edən 
fərdi  yaradıcılıqda  da  ən  geniĢ  yayılmıĢ  poetik  formanın  bayatı 
forması  olduğu  nəzərə  çarpır.  Əmək  nəğmələrinin  də  böyük  bir 
qisminin  bayatı  formasından,  yəni  dördlükdən  istifadə  edilərək 
yaradıldığı  məlumdur.  Bu  səbəbdən  dolayı  uĢaq  ədəbiyyatında 
əmək nəğmələrinin izlərini müəyyən edərkən məzmun xüsusiyyə-
tini, giriĢ piĢrovlarını əsas götürmək daha doğru olardı.  
Bir  məqamı  da  qeyd  edək  ki,  əksər  tədqiqatlarda  bayatı 
forması dedikdə 7 hecadan, 4 misradan və aaba Ģəklində qafiyə-
lənmə  formasında  olan  poetik  qəliblər  diqqətə  çatdırılır.  Bayatı 
Ģəklinin  mövcud  olan  müxtəlif  qafiyələnmə  formalarından  az 
hallarda bəhs olunur. “Həmin qafiyə sisteminin mənzərəsini belə 
təsəvvür etmək olar: 1) Dörd misra həmqafiyə ola bilər (a,a,a,a). 
2)  Hər  qoĢa  misra  həmqafiyə  ola  bilər  (a,a;b,b).  3)  Birinci  və 
üçüncü,  ikinci  və  dördüncü  misralar  həmqafiyə  ola  bilər 
(a,b,a,b).  4)  Üç  misra  həmqafiyə  olub  dördüncü  misra  sərbəst 
buraxıla bilər (a,a,a,b). 5) Bir, iki və dördüncü misralar həmqa-
fiyə olub üçüncü misra sərbəst buraxıla bilər (a,a,b,a)” (2,11).  

Folklor və yazılı ədəbiyyat 
192 
 
Bayatının-dördlüyün  müxtəlif  qafiyələnmə  formalarından 
əmək nəğmələrində və digər folklor örnəklərində də rast gəlinir. 
Həmçinin  yazılı  ədəbiyyata  aid  Ģeir  nümunələrində  aaba  qafi-
yələnmə  forması  geniĢ  istifadə  olunsa  da  digər  formalarda  da 
yaradılan  nümunələr  mövcuddur.  Məsələn,  A.ġaiqin  “UĢaq  və 
dovĢan”  Ģeiri  yeddilik  poetik  qəlibində  yazılmıĢdır  və  hər  bən-
dində  ayrı  qafiyələnmədən  istifadə  olunur.  Birinci  misra  aaaa, 
ikinci misra isə aabb Ģəklində qafiyələnmiĢdir. 
UĢaq: 
– DovĢan, dovĢan, a dovĢan. 
Qaçma dayan, a dovĢan. 
Qaçma səni sevəndən, 
Can kimi istəyəndən (6,10). 
A.ġaiqin  bayatının  geniĢ  yayılmıĢ  aaba  Ģəklində  qafiyə-
lənmə  formasında  yazılan  “Eloğlu”  pyesindən  olan  nümunəyə 
nəzər salaq: 
Keçim, keçim, Ģən keçim, 
Atlanıb düĢən keçim. 
Böyü, oğlaq doğ bizə, 
Südündən ver mən içim (6, 376). 
BaĢlanğıc  misra  sayaçı  piĢrovuyla  baĢlanır,  xalq  ədəbiy-
yatı  üçün  səciyyəvi  olan  sintaktik  təkrardan  istifadə  olunub. 
Məzmununda  da  bol  məhsul  əldə  etmək  arzusu  ifadə  edilir. 
Deməli,  Ģeir  nümunəsi  sözlərin  həm  məzmun,  həm  də  forma 
imkanlarını mənimsəmiĢdir. 
A.ġaiqin  “DovĢan”  Ģeirində  Ģifahi  xalq  Ģeirlərinə  aid  for-
ma  xüsusiyyəti  qorunub  saxlanmıĢdır.  Sayaçı  sözlərə  xas  olan 
cəhətlərdən  biri  heyvana  aid  olan  real  təbii  xüsusiyyətlərin  əks 
olumasıdır.  Bu  baxımından,  “DovĢan  Ģeirində  də  dovĢana  aid 
xüsusiyyətlər əks olunmuĢdur. Amma sayaçı sözlərdəki kimi bol 
məhsul  əldə  etmək  arzusu  deyil,  dovĢanın  insanlara  vurduğu 
ziyan ifadə edilmiĢdir. 
 

Folklor və yazılı ədəbiyyat 
193 
 
DovĢana bax, dovĢana 
Dovşan qaçdı bostana, 
Yedi qovun qarpızı, 
Saldı bizi ziyana (6, 7). 
Nağıllarımızda  kifayət  qədər  dovĢanla  bağlı  nümunələr 
vardır. Folklorda dovĢan obrazı qorxaqlığın simvoludur.  A.ġai-
qin hər iki Ģeirində (“DovĢan”, “UĢaq və DovĢan”) dovĢan obra-
zının  folklorda  müĢahidə  olunan  xarakteri  öz  əksini  tapmıĢdır. 
Belə  ki,  DovĢanın  folklordakı  xarakterik  xüsusiyyəti  olan  qor-
xaqlıq  hər  iki  Ģeirdə  adi  biri  fadə  olaraq  iĢlədilmiĢdir  (Dovşan 
qaçdı bostana, Qaçma dayan a dovşan). 
R.Əfəndizadə də “Keçi” Ģeirində əmək nəğmələrinin müx-
təlif elementlərindən yaradıcı Ģəkildə bəhrələnmiĢdir. Qeyd edək 
ki,  sayaçı  nəğmələrində  ən  çox  yer  verilən  heyvanlardan  birin-
cisi  qoyundursa,  ikincisi  keçidir.  Həmçinin  folklor  ənənəsində 
keçi  obrazının  geniĢ  iĢlənmə  dairəsinə  malik  olduğu  da  mə-
lumdur.  
BaĢda uzun buynuzları, 
Yekəsaqqal, tükü sarı 
Keçim gedir dağ yuxarı, 
Aman, a keçim, a keçim, 
Dayan, a keçim, a keçim (3,32).  
Bəndin ilk misrasında keçinin buynuzları təsvir olunur. Bu 
əlamət Keçiyə aid olan əksər nümunələrdə öz ifadəsini tapır. Bir 
tərəfdən qeri-adi bir Ģey yoxdur və heyvanın malik olduğu fiziki 
quruluĢundan  irəli gələn  fikirdir.  Digər tərəfdən  yanaĢsaq, buy-
nuzluluq, uzun saqqala sahib olmanın demonik varlıqlara-yeraltı 
aləmin təmsilçilərinə aid element olduğu da  bəllidir. Bundan da 
əlavə  ilkin  mifik  təsəvvürlərin  yaranıĢ  mənbəyinin  insanın  pri-
mitiv  Ģüurunun  dərk  edə,  tanıya  bilmədiyi  ətraf  aləm,  təbiət 
olduğu  aydın  məsələdir.  Məsələn,  heyvanları  əhliləĢdirmədən 
öncə  keçinin  xarici  görünüĢü  insanların  Ģüurunda  qorxu  və 
vahimə yaradacaq bir varlıq olaraq qala bilərdi. 

Folklor və yazılı ədəbiyyat 
194 
 
Təsadüfi deyil ki, “ġəngülüm, ġüngülüm, Məngülüm” na-
ğılında keçinin qurdu yenməsində əsas rolu onun itilənmiĢ buy-
nuzları  oynayır.  Sehrli  nağıllarımızdan  da  məlumdur  ki,  sehrli 
qüvvəyə  malik  olan  düĢmənlərlə  mübarizədə  qəhrəmanın  da 
sehrli  bir  vasitəylə  silahlanması  lazım  gəlir  və  mütləqdir.  Müx-
təlif  nümunələrdə  bu  element  fərqli  Ģəkildə  ifadə  oluna  bilər. 
Buna  görə  də  dəmirçinin  keçinin  buynuzunu  itiləməsi  nəticə-
sində  keçinin  qalib  olmasının  təminatı  yaranmıĢ  olur.  Həmin 
vasitəylədə  qaranlıq  aləmə  (qurdun  qarnı  nəzərdə  tutulur)  daxil 
ola  bilir.  Qaranlıq  aləm  dedikdə  o  biri  dünya-ölülər  aləmi  nə-
zərdə tutulur. Mifoloji təsəvürlərdən də o biri dünyanın qaranlıq 
təsvir olunduğu bəllidir. 
A.ġaiqin vahid süjet xətti olan “Keçi” Ģeirindən fərqli ola-
raq  R.Əfəndizadənin  6  bənddən  ibarət  olan  Ģeirində  isə  vahid 
süjet  xətti  yoxdur  və  sayaçı  sözlərdə  olduğu  kimi  ayrı-ayrı 
bəndlərdə  müxtəlif  fikirlər  öz  əksini  tapmıĢdır.  Həmçinin  hər 
bəndin sonunda sintaktik təkrarlardan istifadə olunmuĢdur ki, bu 
da folklor üslubunun göstəricisidir. 
Keçim, adın Qurban ağa, 
YavaĢ-yavaĢ en aĢağa, 
Gözəl xanım səni sağa, 
Aman, a keçim, keçim, 
Dayan, a keçim, a keçim (3,32). 
R.Əfəndizadənin  bu  Ģeiri  Abdulla  ġaiqin  “Quzu”  Ģeiri  ilə 
həm  forma,  həm  də  məzmun  baxımından  oxĢardır.  R.Əfən-
dizadənin “Keçi” Ģeirində olduğu kimi A.ġaiqin “Quzu” Ģeirində 
də sayaçı sözlərin məzmun xüsusiyyətləri saxlanılmıĢdır.  
Sayaçı sözlərin təsiri ilə yazılmıĢ bir sıra Ģeirlərdə müxtəlif 
folklor  obrazlarının  transformasiyası  müĢahidə  olunur.  Bunlar-
dan  biri  də  Fatı  qarı  obrazıdır.  Nümunə  üçün  “Quzu”  Ģeirindən 
olan iki misraya nəzər salaq: 
Qoyunları çoban yığar, 
Fatı xala gəlib sağar (6,13) 

Folklor və yazılı ədəbiyyat 
195 
 
Fatı qarı və bütünlükdə qarı obrazları folklormuzda böyük 
bir surətlər qalereyası təĢkil edir. Qarı obrazları, əsasən, xeyir və 
Ģəri  təmsil  etməklə  iki  böyük  qrupa  bölünür.  “Keçəl  Məhəm-
məd”  nağlında olduğu kimi  Fatı qarı  nağıllarımızda  əməkçi qa-
dın obrazı olaraq da təsvir edilir. A.ġaiqin “Çoban mahnısı” Ģei-
rində çobanın dilindən verilən xalq Ģeiri nümunəsində də həmin 
ada rast gəlirik. Deməli, Fatı qarı obrazı sayaçı nəğmələrinin də 
obrazlarından biridir və sayaçı sözlərinin təsiri ilə yazılmıĢ uĢaq 
Ģeirlərində də iĢlədilməsi bununla bağlıdır. 
“YaĢıllanıb çəmən, bayır, 
 Səfalanıb dərə, bayır, 
Ġnəklərim, ot otlayın, 
Sabaha süd hazırlayın! 
Sizigözətləyir Fatı 
Əlində badya, həm çatı (6,11). 
Hər iki Ģeir beĢlikdə  yazılmıĢdır, nəqarətdən istifadə olun-
muĢdur. Abdulla ġaiqin Ģeiri 1906-cı ildə, R.Əfəndizadənin Ģeiri 
isə  1912-ci  ildə  qələmə  alınmıĢdır.  R.Əfəndizadənin  A.ġaiqdən 
yararlandığı fikrini söyləmək də mümkündür. Həmçinin R.Əfən-
dizadənin  “QuĢ”,  “Qırqovul,  “Durna”  Ģeirlərində,  A.Səhhətin 
“QuĢlar”,  “QaranquĢ  balaları”  Ģeirlərində  də  sayaçı  sözlərin  tə-
siri  nəzərə  çarpır.  Həmçinin  A.ġaiqin  “Yetim  cücə”  Ģeiridə  sa-
yaçı sözlərin imkanlarından istifadə ilə yaradılmıĢdır. 
A.ġaiqin  əməyin tərənnümünə həsr olunan  “Yeni  kömək-
çi”  Ģeirində  folklorda  geniĢ  yer  tutan  obrazdan  istifadə  edil-
miĢdir.  A.ġaiq  bu  Ģeirdə  folklor  obrazından  yaradıcı  Ģəkildə 
bəhrələnərək  mükəmməl  nümunə  yaratmıĢdır. Ġlk baxıĢda tarla-
da çalıĢan ataya övladın  yardımı təsvir olunursa, digər tərəfdən 
obrazın  adında  boluğun,  məhsuldarlığın  yaranmasının,  taxılın 
yetiĢməsinin  vacib  elementi olan günəĢ enerjisinin,  istiliyin  əks 
olunduğu nəzərə çarpır. 
Tarlaya gəldi Nəbi, 
Gördü səhərdən bəri 

Folklor və yazılı ədəbiyyat 
196 
 
Atası tək iĢləyir, 
Tarlasını xıĢlayır (6,8). 
M.Seyidov qədim azərbyacanlıların  inanclarında bu obraza 
geniĢ  yer  verildiyini  qeyd  edir.  “Xızır-(Xıdır)-Xızır  Ġlyas-Xızır 
Nəbi  mərasimində  azərbaycanlılar  hər  Ģeydən  öncə  yazın  uğurlu 
gəlməsi  üçün  istiliyi  vəsf  edir,  onun  həsrəti,  intizarı  ilə  yaĢayır-
dılar. Xalqı daha çox od-GünəĢ-istilik maraqlandırırdı” (5, 104). 
Əmək  nəğmələrinin  digər  növlərinə  aid  olan  nəğmələrlə 
oxĢarlıq  təĢkil  edən  nümunələrə  də  uĢaq  ədəbiyyatında  rast  gə-
lirik.  Abdulla  ġaiqin  “Eloğlu”  pyesində  Anaxanımın  dilindən 
oxunan parçanı xatırlayaq: 
Allı, bəzəkli xalçam, 
Güllü çiçəkli xalçam! 
Nənəm məni toxumuĢ, 
Bayatıdan oxumuĢ 
Gözəldir hər naxıĢın, 
Can verir hər baxıĢın. (6,351) 
Ġlk  baxıĢda  məzmunu  hana  nəğmələrini  xatırladır.  Allı, 
güllü,  bəzəkli  kimi  ifadələr  hana  nəğmələrində  geniĢ  istifadə 
olunan sözlərdir. Həm Ģeiri təĢkil edən ifadələr folklordan gəlmə 
ifadələrdir, həm də toxuma prosesinin insanların həyatının hadi-
sələrini  özündə  əks  etdirən  bayatıların  sədaları  altında  getdiyi 
nəzərə çarpır. 
UĢaq ədəbiyyatında folklordan bəhrələnməyin yollarından 
biridə  xalq  yaradıcılığından  götürülən  poetik  parçaların  heç  bir 
əməliyyat  aparılmadan  istifadəsidir.  Abbas  Səhhətin  “Köç” 
Ģeirində yaĢayan parçaya nəzər salaq: 
“Ağ dəvə alçaq gedər, 
Qolunda qolçaq gedər. 
Ağ dəvənin gözləri, 
Yerə dəyər dizləri. 
Endi çaya yuh-yuh, 
Ağca maya yuh-yuh” (4,174) 

Folklor və yazılı ədəbiyyat 
197 
 
Beləliklə, əmək nəğmələrinin forma və məzmun imkanları 
uĢaq Ģeirində geniĢ dairədə iĢlədilmiĢdir. 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin