AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   ...   7   8   9   10   11   12   13   14   15
Folklor ve yazili edebiyyat-ll hisse


 
QAYNAQLAR: 
 
1.  Azərbaycan  folkloru  antologiyası,  I  kitab,  Naxçıvan 
folkloru. Bakı, “Sabah”, 1994, 388 s. 

Folklor və yazılı ədəbiyyat 
153 
 
2.  Azərbaycan folkloru antologiyası, IV kitab, ġəki folkloru, I 
cild. Bakı, “Səda”, 2000, 498 s. 
3.  Azərbaycan folkloru antologiyası, XI kitab, ġirvan folkloru. 
Bakı, “Səda”, 2005, 443 s. 
4.  Azərbaycan folkloru antologiyası, XIII kitab, ġəki-Zaqatala 
folkloru. Bakı, “Səda”, 2005, 550 s. 
5.  Azərbaycan  folkloru  antologiyası,  XXIII  kitab,  Naxçıvan 
örnəkləri, II cild. Bakı, “Elm və təhsil”, 2012, 332 s. 
6.  Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan”dastanı. Bakı, 
“Sabah”, 1993,194s. 
7.  Bəydili  C.  (Məmmədov).  Türk  mifoloji  sözlüyü.  Bakı, 
“Elm”, 2003, 418 s. 
8.  Elçin. SeçilmiĢ əsərləri. Bakı, “Avrasiya Press”, 2005, 424 s. 
9.  Əhmədov  S.  Yasamal  gölündə  qayıqlar  üzürdü.  Romanlar. 
Bakı, “Yazıçı”, 1984, 312 s. 
10. Əliyev K. Romantizm və folklor. Bakı, “Elm”, 2006, 160 s. 
11. Ərqun  M.  Türk  ağac  kultunun  Dədə  Qorqud  oğuznamə-
lərindəki izləri// “Dədə Qorqud” jur., Bakı, “Nurlan”, 2002, 
№ 1, s. 3 -17 
12. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı, “Səda” 
nəĢriyyatı, 2002, 210 s. 
13. Kitabi-Dədə Qorqud Ensiklopediyası 2 cilddə. I cild. Bakı, 
“Yeni nəĢrlər evi”, 2000, 623 s. 
14. Ögəl  B.  Türk  mifologiyası.  I  cild.  Bakı,  “MBM”,  2006, 
626 s. 
15. Süleymanlı M. SeçilmiĢ  əsərləri. Bakı, “ġərq-Qərb”, 2006, 
480 s. 
16. ġıxlı  Ġ.  SeçilmiĢ  əsərləri:  Ġki  cilddə.  II  cild.  Bakı,  “Azər-
nəĢr”, 1986, 480 s. 
17. Мифы  народов  мира:  Энциклопедия.  В  2  т.  /  Под  ред. 
С.А.Токарева.  –  Репринтное  изд.  -  М.:  Большая  Рос-
сийская энциклопедия, Дрофа, том 2, 2008, 720 с. 
18. 
http://unyezile.com/seyhahmet.htm
  

Folklor və yazılı ədəbiyyat 
154 
 
 
MƏRASĠM FOLKLORU VƏ ROMAN 
(ƏZĠZƏ CƏFƏRZADƏ YARADICILIĞI ƏSASINDA) 
 
Gülsümxanım HASĠLOVA 
AMEA Folklor İnstitutunun  
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin  
böyük elmi işçisi   
 
Xalq yazıçısı, tədqiqatçı-alim Ə.Cəfərzadənin xalq ədəbiy-
yatına  bağlılığı,  onun  bu  sahədəki  folklorĢünaslıq  fəaliyyəti, 
həm  də  xalq  ədəbiyyatı  örnəklərinin  toplanması  və  təbliği  iĢin-
dən qaynaqlanır. Tədqiqatçı kimi Ə.Cəfərzadə Azərbaycan xalq 
məiĢətinə  bağlı  mərasimlər,  onların  təĢkili,  ritualları  haqqında 
məlumatların, ayrı-ayrı folklor janrları, bayatı, layla, oxĢamalar, 
lətifələr,  aĢıq  Ģeiri  Ģəkillərinin  və  s.  toplanılmasını  təĢkil  etmiĢ 
və əldə olunan nümunələrin  mətbuatda dərc olunması, təbliğini 
aparmıĢdır. Digər tərəfdən, yazıçı olaraq Ə.Cəfərzadə bu örnək-
lərdən  öz  əsərlərinin  süjet,  kompozisiyasına  uyğun  yaradıcı  Ģə-
kildə istifadə etmiĢdir. Qeyd edək ki, O, Azərbaycan ədəbiyyatı 
tarixinə daha çox iri həcmli əsərlərin - romanların müəllifi kimi 
daxil  olmuĢdur.  Ədibin  “Aləmdə  səsim  var  mənim”,  “Vətənə 
qayıt”,  “Yad  et  məni”,  “Bakı-1501”,  “Cəlaliyyə”,  “Eldən-elə”, 
“EĢq  sultanı”  və  s.  əsərləri  milli  nəsrimizin  zəngin  nümunə-
lərindən olmaqla, sosial  və siyasi  həyatın gerçəkliklərinə bağlı-
dır.  Romanları,  eləcə  də  ayrı-ayrı  povest,  hekayələrində  ədib 
mövzu və onun bədii həlli, qəhrəmanın mənəvi-əxlaqi səciyyəsi, 
tarixi  dövrün  sosial-fəlsəfi  dərkində  folklor  mövzu,  motivləri, 
folklor poetikasına istinad etmiĢdir. Əxlaqi, tarixi, ictimai-siyasi 
mülahizə,  mövzulara  bağlı  Ə.Cəfərzadə  romanları  Azərbaycan 
Ģifahi  xalq  yaradıcılığından  qaynaqlanmaqla  bu  yaradıcı  irsdə 
ilkin, zəngin, qiymətli bir mənbə kimi seçilməkdədir. BaĢqa söz-
lə  desək,  xalq  bədii  təfəkkür  və  düĢüncəsi  ədibin  romanlarının 

Folklor və yazılı ədəbiyyat 
155 
 
əsasını təĢkil edir. Onun romanlarında xalq sənətinə istinadı isə 
müvafiq yazıçı - folklor münasibətlərinin mahiyyətinə bağlıdır. 
Ə.Cəfərzadə  romanlarında  folklor  janrlarından  istifadə, 
baĢlıca olaraq,  müəllif  fikrinin  xalq dili-sözü  ilə qüvvətləndiril-
məsi, həm də konkret bədii-poetik obraz düĢüncəsindən qaynaq-
lanır. Ədibin bədii yaradıcılığının mövzu, poetik vüsətində ayrı-
ca  yer tutan  folklorizm, xalq  ədəbiyyatı  örnəklərinin zənginliyi, 
çeĢidliliyi  burada  daha  çox  iĢləklik  qazanan  janr,  mövzuların 
tədqiqi məsələsini önə çıxarır. 
Ə.Cəfərzadənin  nəzərdən  keçirilən  zəngin  bədii  irsi  bir 
fikri  xüsusi  olaraq  vurğulamağa  əsas  verir  ki,  bu  irs  xəlqidir, 
obrazları, təsvir olunan məkanı, məiĢəti, bədii dili və s. tamamilə 
milli-mənəvi  mədəniyyətimiz,  varlığımızın  əksidir.  Ədibin  bü-
töv  yaradıcılığını  səciyyələndirən  xəlqilik  hər  Ģeydən  əvvəl  ya-
zıçının  Ģifahi  xalq  ədəbiyyatımızın  janrlarından  öz  əsərlərində 
yeri gəldikcə yaradıcı Ģəkildə istifadə etməsi, əsərlərin strukturu, 
təsvir, təhkiyəsində folklor detalları və dilindən bəhrələnməsidir. 
Xalq  ədəbiyyatı  örnəklərinin  toplanılması  iĢinə  maraq, 
ardıcıl  Ģəkildə  bu sahədəki  elmi-nəzəri araĢdırmalar, publisistik 
Ģərhlər Ə.Cəfərzadəyə onun bədii yaradıcılığında folklorizmdən 
istifadəyə  daha  təcrübəli,  daha  dəqiq,  yerində  yanaĢmaya  əsas 
vermiĢdir. Çoxsaylı romanları ilə Azərbaycan nəsrini zənginləĢ-
dirən  yazıçı  bütöv  yaradıcılığını  xalq  məiĢəti,  həyatına  bağla-
maqla  folklorumuzun  müxtəlif  janrları  -bayatı,  layla,  əfsanə, 
atalar sözü, lətifə və s. əsərlərində geniĢ yer vermiĢ, böyük folk-
lor  xəzinəsini  yazılı  ədəbiyyata  gətirməyin  mexanizmini  müəy-
yənləĢdirmiĢdir.  
 Qeyd  edək  ki,  Ə.Cəfərzadə  yaradıcılığında  folklorizmin 
öyrənilməsi eyni zamanda Azərbaycan nəsrinin yeni mərhələsin-
də  paralel  və  mürəkkəb  konstruksiyaya  malik  janrın  bu  istiqa-
mətdəki  axtarıĢlarının  nəticəsi  kimi  də  maraq  doğurur.  Nəzərə 
almaq lazımdır ki, Ģifahi xalq ədəbiyyatının zəngin, təkrar olun-
maz  xəzinəsinin  yazılı  ədəbiyyatın  strukturu  və  mahiyyətində 

Folklor və yazılı ədəbiyyat 
156 
 
yer alması  həm də  bu  əsərlərin daha  fərqli prizmadan qavranıl-
ması, bədii nümunənin ideya-estetik bütövlüyünün müəyyənləĢ-
dirməsinə imkan verir.  
Azərbaycan  folklorĢünaslığının  tanınan  nümayəndələrin-
dən  professor  Əzizə  Cəfərzadə  ardıcıl  olaraq  elmi  ictimaiyyətə 
təqdim  etdiyi  məqalə  və  kitablarında  dövrünün  aktual  problem-
lərini  dərindən  təhlil  etmiĢ,  yaĢanılan  proseslərə  fəlsəfi  Ģərhini 
vermiĢdir. ġifahi xalq ədəbiyyatına dair əsərlərində Əzizə Cəfər-
zadə etnosun strateji inkiĢaf proqramını, milli ideyasını, dövlətin 
və millətin mövcudluğunun həmiĢəyaĢarlığının mənası, inkiĢafın 
məqsədi  və  prinsipləri  istiqamətində  analitik  fikir  formalaĢ-
dırmıĢdır.  
Əzizə Cəfərzadə xalqın mövcud olmasına və inkiĢaf etmə-
sində  əsas  amil  kimi  mədəniyyətin  irəliləməsində  gen  yaddaĢı-
nın,  adət-ənənə,  mərasimlərin  çoxçeĢidli  olduğunu,  lakin  bəsit 
və sadə olmadığını qeyd edərək, mərasimləri yaranma zamanına 
görə təsnif etmiĢ və  burada ən qədim dövrlərin ibtidai görüĢləri 
ilə bağlı adətlər, ənənələr olduğu kimi, orta əsrlərin ictimai-siya-
si  və  dini-fəlsəfi  baxıĢları  ilə  əlaqədar, habelə  çağdaĢ dövrümü-
zün  yaratdığı  adət,  ənənə  və  mərasimlərin  də  olduğunu  göstər-
miĢdir. 
Azərbaycan  məiĢəti,  adət-ənənələri,  inanc,  rituallarına 
bağlı  mərasimlər  yazılı  ədəbiyyatda  xalq  etnoqrafiyasının  əsas-
landırıldığı  ilkin  qaynaqlardan  biri  kimi  seçilir.  Yazıçının  kon-
kret etnos, tayfa, cəmiyyətin tarixi dövr və zamanından çıxıĢ et-
məsi  hər  Ģeydən  əvvəl  etnik  xüsusiyyətlərin  müəyyənləĢdiril-
məsi  üzərində  qurulur.  Xalq  məiĢətinin  ayrılmaz  adət-ənənə, 
ritual  qaynağı  olan  mərasimlər  bu  baxımdan  geniĢ  həcmli  epik 
əsərlərdə etnoqrafiyanın informasiya daĢıyıcısına çevrilir. Ə.Cə-
fərzadənin  müxtəlif  tarixi  dövr,  zamanla  səsləĢən  romanlarına 
baxsaq,  xalq  mərasimlərinin  yazılı  ədəbiyyatdakı  fikir,  qayə, 
eləcə  də  bədii-poetik  funksionallığını  daha  təfsilatı  ilə  görmək 
mümkündür.  Ədibin  yaradıcılığında  xalq  mərasimləri-mövsüm 

Folklor və yazılı ədəbiyyat 
157 
 
və ailə-məiĢət törənləri özlərinin zəngin adət-ənənə, inancları ilə 
bütöv  bir  sistem  təĢkil  edir.  Konkret  olaraq  ailə-məiĢət  məra-
simləri  Ə.Cəfərzadənin  bədii  irsində  əsasən  aĢağıdakı  məzmun 
və mündərəcədən çıxıĢ edir: 
1.  Toy mərasimləri və inancları. 
2.  Yas mərasimləri, inancları. 
Xalq məiĢətində geniĢ yayılan, eləcə də müxtəlif bölgələrə 
görə  fərqlənən  toy  adətlərinə  də  Ə.Cəfərzadənin  romanlarında 
sıx-sıx rast gəlinir. Əsərlərdə hadisələrin geniĢ təfsilatı ilə veril-
məsi  yazıçıya  bu  mərasimin  ən  incə,  xırdalıqlarına  qədər  təs-
virinə  Ģərait  yaratmıĢdır. ”Bakı-1501” romanında  yazıçı  “qəbilə 
daĢını”  uğur  mənasında  iĢlədir.  Yəni  ki,  qədim  zamanlarda  bir 
qəbilənin üzvü digər tayfadan qız sevərsə, öz yaĢadığı  məskənə 
daĢ aparardılar. O daĢın düĢərli olması, toy mərasimləri ilə baĢa 
çatırdı. Hal-hazırda da, Azərbaycanın bəzi bölgələrində bu adət-
lər  yaĢamaqdadır  (ġəki-Zaqatala  bölgəsində). Müasir günümüz-
də  toy adətlərinin  itirilən törən  və rituallarının  arxaik  məzmunu 
bir  çox  xüsusiyyətləri  ilə  Ə.Cəfərzadənin  etnoqrafik  məlumat-
larında  öz  əksini  tapmaqdadır.  Xalq  toy  mərasimlərinin  dəbdə-
bəsi, qurulan süfrələrin zənginliyi, aĢıq, saz ustalarının məharəti, 
oyun,  yarıĢların  aparılması  və  s.  özəllikləri  bütün  incəliyi  ilə 
yazıçı tərəfindən böyük ustalıqla ifadə olunmuĢdur. Toy adətləri, 
məclisin  bəzədilməsi,  süfrələrin  qurulmasından  baĢlayan  məra-
simə hazırlıq burada yemək, meyvə və s. çeĢidlərin məiĢət dilin-
dəki  növləri  ilə  geniĢ təfsilatda  verilməklə  Ə.Cəfərzadənin  xalq 
toylarındakı  süfrə  mədəniyyətinə  daha  yaxından bələd olmasını 
göstərir.  Türk  elləri,  uzaq  Bağdad,  müasir  cəmiyyətin  toyları 
onun əsərlərində bu baxımdan ən xırda detal görüntülərinə qədər 
canlanır: “Ağalar, bəylər, paĢalar məclisinə ġirvanın adlı aĢpaz-
ları  yemək-içmək  hazırlamıĢ,  bu  baĢ  –  o  baĢ  salınmıĢ  süfrələr 
üstünə  quzuplov,  qırqovulplov,  turacplov,  kəklik  plov,  toyuq-
plov, mütənçəm, narqovurma, narınc-turunc plov... Ģərbətlərdən 
gül  Ģərbəti,  nar  Ģərbəti,  lumu  ovlarası,  reyhan  ovĢarası,  narınc 

Folklor və yazılı ədəbiyyat 
158 
 
ovĢarası  və  onlarla  baĢqalarını  qoymuĢdular.  Meyvələr  də  bol 
idi, sarı və qara alça, gülabi armud, ağ zəhri, qırmızı Ģəhri, kür-
düki  armud,  nar  armudu,  göleyĢə  nar,  vələs  narı,  balayi-mürsəl 
narı....  bütün  bu  müxtəlif  çeĢidli  meyvə  və  yer-yemiĢ,  ucsuz-
bucaqsız  ölkənin  bir-birindən  fərqli  iqliminə  görə,  müxtəlif 
yerlərindən sifariĢlə  gətirilmiĢdi” (8,136). “Vətənə  qayıt”  roma-
nından toyun təĢkili, süfrənin təsviri yazıçının xalqın bu gündəki 
xüsusi hazırlıq və səriĢtəsini aĢılamaqla, həm də el arası meyvə, 
yemək,  içki  məzimələrinin  çeĢidliliyi;  bolluğunu  diqqət  mərkə-
zində  saxlayır.  Qədim  toy  adətlərində  xalqın  Ģənlənməsi  təkcə 
çeĢidli  süfrələrin  ətrafında  yeyib-içməklə  keçməmiĢ,  həm  də 
saz-söz, qol-gücün sınanmasında,  yarıĢlara  meydan açılmasında 
da  yer  almıĢdır.  Əski  inanclar,  adət-ənənələrin  ilkin,  qədim 
qaynağı  olaraq  “Kitabi  Dədə  Qorqud”  dastanları-törənlərində 
gücün,  qabilliyyətin  sınaması  ayrıca  yer  tutur.  Ə.Cəfərzadənin 
adı  çəkilən  romanında  ġəbnəm  bəyim  üçün  qurulan  ziyafətin 
rituallarında yer alan oxatma, çıdır keçirmə, güləĢ və s. sınayıcı 
oyunlar  eyni  ilə  “Dədə-Qorqud”  boylarının  toy  törən-adətlərini 
xatırladır:  ”...Üç  gündə  toyxana  qurulmuĢdu.  Üç  yerdə  yarıĢ 
meydanı  açılmıĢdı.  Meydanlar  sulanıb,  süprülmüĢ,  ortasına  kə-
pək, ovxantı səpilmiĢdi. Birində  cəngi çalınacaq, güləĢ keçirilə-
cəkdi. Ġkincidə ox atanlar öz məharətini sınayacaqdılar. Üçüncü 
meydan  ucsuz-bucaqsız  Küdrü  çoxu  kimi  sonsuz,  nəhayətsizdi. 
Burada  at  çapılaçaq,  çıdır  keçiriləcəkdi.  Nəməz  də  ġəbnəm 
bəyimin öz əli ilə veriləcək al “Samayı” kəlağayısı idi” (8, 141). 
Müasir günümüzə qədər qorunub saxlanan toy adət-ənənə-
ləri  isə  ədibin  “EĢq  sultanı”  romanında  Məhəmmədin  (Füzuli) 
toy mərasimində öz əskini tapmıĢdır. Gəlinin çıraq baĢına dolan-
dırması,  baĢı  üzərində  üzərrik  yandıraraq  ata  evindən  uğurlan-
ması,  qaynatanın  gəlinin  ayağı  altında  qurban  kəsərək,  qurban 
qanından onun alnına çəkilməsi, oxunan mahnılar və s. bugünkü 
Azərbaycan  toylarının  rituallarında  qorunmaqdadır.  Romanın 
baĢqa  bir  hissəsində  isə  Songül  və  Səbinə  Sultanın  izlədikləri 

Folklor və yazılı ədəbiyyat 
159 
 
toyda gəlini ata evindən yola salınarkən böyük al kəlağayının al-
tından  keçirilir  ki,  bu  adətlər  geniĢ  Ģəkildə  olmasa  da  bugündə 
Azərbaycanın  ġimal-ġərq  bölgələrinin  toy  adətlərində  qorun-
maqdadır. 
Ədibin  “Yad  et  məni”  romanında  isə  qızyığdı-xınayaxdı 
mərasiminin oxĢar adətlərinə rast gəlinir. Müasir Bakı toylarının 
geniĢ  təsviri  isə  Ə.Cəfərzadə  “Səməndər  quĢu”  povestində  mü-
Ģahidə olunur. Məclisə toplaĢan qadınların “Brilyant”, “Torqsin”, 
“Bağdadır”, “Günülər”, “Carlistan”, “Qazağı”, “ġaloko” və s. ha-
vaları  sifariĢ  etməsi  və  bu  havalara  uyğun oxuyub, rəqs  etmələri 
yazıçının  müasir toy mərasimlərini də böyük həvəslə  ədəbiyyata 
gətirdiyini bildirir. 
Qeyd  olunduğu  kimi,  Ə.Cəfərzadə  bədii  irsində  xalq 
məiĢəti,  həyatının  bütün  xırdalıqları  ilə  təsvirinə  toy  mərasim-
lərinə  ayrıca toxunmuĢ, bu  mərasimin öz  əsərlərində  geniĢ  epik 
təsvirini vermiĢdir. Ə.Cəfərzadə el-oba toylarının keçirilməsində 
toyun təĢkili, gəlin-bəyin bəzədilməsi, onların uğurlanması və s. 
yanaĢı,  toylarda  oxunan  xalq  mahnılarına  da  mərasimin  daxili, 
struktur  özəlliyi  kimi  ayrıca  toxunmuĢdur.  Bu  mərasimlərin 
təqdimində  yazıçının  hər  hansı  bir  hadisə,  obraza  münasibəti 
deyil,  sadəcə  xalqın  toy  mədəniyyətinə  olan  müĢahidəçi  kimi 
mövqeyi,  etnoqraf  kimi  düĢüncəsi  yer  alır.  AĢıq  deyiĢmələri, 
qadın  məclislərində  günü deyiĢmələri və s. maraqlı epizodlarda 
çıxıĢ edən yazıçı Azərbaycan toylarının mahnı üzərində qurulan 
səciyyəviliyin  və  bölgələr  üzərində  dəyiĢən  fərqli  xüsusiy-
yətlərinə toxunur. “Bakı-1501” romanında da Ə.Cəfərzadə Taclı 
xanımın “Xınayaxdı” mərasiminin təsvirini vermiĢdir. 
       Taxtın bərəkallah, gəlin, 
       Bəxtin bərəkallah! 
       Ağ əllərə əlvan həna, 
       Yaxdın bərəkallah, gəlin, 
       Yaxdın bərəkallah” (4, 117).  

Folklor və yazılı ədəbiyyat 
160 
 
Ədibin romanlarında xüsusi ilə diqqət çəkən məqamlardan 
biri  qadın  məclisləri  -“qız  yığdı”,  “paltar  kəsdi”,  “xınayaxdı” 
mərasimləri ayrıca diqqət mərkəzində saxlaması, xalq məiĢətinin 
ailə  birliyində  müəyyən  adətlərə  üstüörtülü  də  olsa  öz  müna-
sibətini  bildirməsidir.  Yenə  də  “Yad et məni” romanında  yazıçı 
“qız  yığdı”  mərasiminin  ümumi  təsvirində  Vayid  qızının  günü 
olan qadınların dilindən oxuduğu mahnı mətnini verir: 
Gülü-gülüstan üstünə, 
Gün düĢdü bostan üstünə, 
Gedin deyin o tülküyə, 
Gəlməsin aslan üstünə ! 
Sonra da ikinci arvadın dili ilə söylənilir: 
Gülü-gülüstan üstünə, 
ġeh düĢür bostan üstünə, 
Gedin deyin o aslana, 
Dağ gəlir aslan üstünə (9, 115). 
Hal-hazırda  da  Azərbaycanın  bəzi  bölgələrində  (o  cüm-
lədən  Sirvan  bölgəsində)  “Xınayaxdı”,  “Qızyığdı”  mərasimləri 
qeyd olunur. 
Verilən  nümunə  və  Ģərhlərdən  bəlli  olur  ki,  toy  məra-
simləri Əzizə Cəfərzadənin  bədii irsində bütöv bir sistemlə  mü-
Ģahidə  olunur.  “EĢq  sultanı”  və  “Səməndər  quĢu”  povestindən 
fərqli  olaraq  “Yad  et  məni”  romanındakı  toya  hazırlıq,  toy 
səhnələri; rituallarının təsviri daha geniĢ və zəngindir. Bu və ya 
digər  adətlərlə  yanaĢı,  toy  mərasimlərinin  özəlliyindən  xüsusi 
olaraq məlumat verən yazıçı burada həm də ən qədim adət-ənə-
nələrimizi  əsərin  adının  simvolikasına  bağlayır.  “Vətənə  qayıt” 
təkcə  obrazın  məkan  baxımından  geri  dönməsi  deyil,  həm  də 
milli  mentalitet, adət-ənənələrinin  düĢüncə, təfəkkürümüzə  olan 
bir  çağırıĢdır.  Əsərdə  mümkün  qədər  xalq  törənləri,  məiĢət 
adətləri və s. çıxıĢ edən yazıçı bununla da əski mərasim, adətlərə 
səslənməklə, həm də onları ədəbiyyatın yaddaĢına yazır.  

Folklor və yazılı ədəbiyyat 
161 
 
Xalq  mərasimləri  içərisində  öz  funksionallığı,  ritual  və 
adət-ənənələri  baxımından  seçilən  törənlərdən  biri  də  yas  məra-
simləridir. Ġnsanın  ölümü,  dünyasını  dəyiĢməsi  müxtəlif  mifoloji 
yozumlarda  fərqli  mənalara  bağlanmaqla,  ayrı-ayrı  tayfa,  xalq-
larlada müqayisəli xüsusiyyətləri ilə  mövcuddur. Mərhumun tor-
pağa  uğurlanması,  dəfn  ritualları,  törənlə  bağlı  nəğmə-oxĢama-
ların oxunması, təziyənin yoxlanması və s. mərasimlə əlaqəli adət 
və  inanclar  Ə.Cəfərzadənin  bədii  irsində  etnoqrafik  əsasda  geniĢ 
təfsilatı ilə verilmiĢdir. Yas törənlərinə ayrı-ayrı romanlarında ye-
ri gəldikcə sıx-sıx yer verən müəllif fərqli zaman və məkanlar üz-
rə yas mərasimlərinin ümumi məzmununa toxunmuĢdur. Ġlkin va-
riantda mərasimin  ən qədim dövrü-Hun tarixi zamanında keçiril-
mə özünəməxsusluğu ədibin “Hun dağı” povestində qələmə alın-
mıĢdır. Povestdə qəbilənin dünyasını dəyiĢən gənc sakini-Laçının 
ölümü,  dəfn  olunması  səhnəsinin  adət-ənənələrə  bağlı  təsviri  ən 
qədim  yas  törənlərinin  məzmununu  açıqlayır.  Belə  ki,  burada 
dəfn  olunan  gənc  tava  daĢlardan  düzəldilən  “sandıq”  qəbrə  ona 
aid əĢya, geyim, bəzəkləri ilə qoyulur. Dəfn olunan insanın qəbi-
lədəki mövqeyi, tutduğu vəzifəyə uyğun olaraq onun torpağa qo-
yulması da müəyyən qanunauyğunluqla aparılır”... Gətirilən tava 
daĢlardan, qutu-sandıq qəbir düzəltdilər. Laçın Ayla xatunun kə-
nizi olduğu üçün onu qutuda dizlərini qarnına yığmıĢ vəziyyətdə 
əyləndirdilər.  Sonra  qızın  əllərini  özünə,  dirsəklərini  dizinə  söy-
kəyib  dayaq  verdilər.  Bütün  sadə  çariyə  qız  bəzəyi  üstündəydi” 
(5,  31).  Əsərin  baĢqa  bir  hissəsində  isə  eyni  tayfadan  olan  Ay-
lanın  dəfn  mərasimi  canlandırılır.  Aylanın  dəfnə  hazırlanması, 
qəbir evinə uğurlanması, eləcə də torpağa qoyulması xüsusi möh-
təĢəmlik və  dəbdəbə  ilə  həyata keçirilir ki, bu da qeyd olunduğu 
kimi dünyasını dəyiĢən insanların qəbilədə hansı təbəqədə təmsil 
olunmalarından irəli gəlir: “DaĢ sandığın içərisinə Alptəkinin ne-
çə gün əvvəl vurduğu vaĢaqın  dərisi salınmıĢdı. Cənazəni həmin 
dərinin  üstündə  ana  bətnində  olduğu  vəziyyətdə  uzandırdılar. 
Muncuqları boynunda, qızıl sırğaları qulağında, bilərzikləri bilək-

Folklor və yazılı ədəbiyyat 
162 
 
lərində, qalan qızıl-gümüĢ əĢyası, sinəbəndi, bazubəndləri də yer-
li-yerindəydi. Ayla elə inanmıĢdı ki, elə bil toy üçün bəzənib dü-
zənmiĢ,  bir  anlıq  yorğunluqdan  dirsələnmiĢ,  nəyi  isə  bir  Ģeyi  ya-
dına  salmaq  üçün  fikrə  dalmıĢdı....Yüksək  cəmiyyət  adamlarını: 
Xaqan nəslini, adlı sərkədələri belə basdırırdılar” (5, 60). 
Ölən insanın dəfn olunması ən qədim inanclarda onun yeni 
bir  “həyata”  baĢlaması  inancına  bağlanmaqla  dəfndə  bir  sıra 
rituallar  məhz  bu  mifoloji  görüĢ  üzərində  qurulur.  Dəfn  olunan 
insanla  bərabər  qab-qaçaq,  qida  məhsulları,  ona  aid  minik  va-
sitələri,  kəniz,  qulların  torpağa  tapĢırılması  eyni  mifik  düĢün-
cədən qaynaqlanır. Digər bir tərəfdən isə əski təsəvvürlərdə dün-
yasını dəyiĢənin yeni-torpaq, su tanrılarına əmanət verilməsi ki-
mi rəvayətləĢir. Qeyd olunan povestə də dəfn olunan qəbilə  sa-
kininin  ardınca  tayfa  baĢçısı  tərəfindən  “su-torpaq”  payı  verilir 
ki, bu ritual da ən qədim türk mifik düĢüncəsinə bağlıdı”... Tur-
qut baba yenə də qəbilənin ən qiymətli əĢyası toplanan arabadan 
bəzəkli torbanı çıxartdı. Ġki çimdik torpaq götürdü, Aylanın  hər 
ovcuna bir çimdik torpaq qoydu. Üstü naxıĢlı, gil qumqumadan 
iki damla su aldı. Gəlinin hər döĢünə bir damla sıçratdı...”. Görə-
sən su-torpaq payını verdin. Atan ulu tanrının Göy çadırı bizsiz də 
üstünə kölgə salacaq. Bizsiz də səninlədir.... – dedi” (5, 61). 
Yas  mərasimlərdə  ölüm  itkinin  mərhumun  yaxın,  əzizləri 
tərəfindən  ayrıca  rituallarla  qarĢılanmasının  da  etnik  mifoloji 
kökləri  mövcuddur.  Ölən  Ģəxsin  ətrafında  dövrə  vuranların  saç 
yolub, üz cırması, qara bağlamaları ilə yanaĢı xüsusi nəğmə-ağı-
ların  oxunması  da  qədim  rituallar  sırasındadır.  Məclisə  dəvət 
olunan  xüsusi  ağıçıların  rolu  isə  təziyənin  bir  növ  aparılması, 
nəğmə-ağılarda  mərhumu  yola  salma,  onu  arzulama  və  xatır-
lanması  adətindən  irəli  gəlir.  Ədibin  “Cəlaliyyə”  povestində  də 
Zahidə  xatuna  əri  Çahan  Pəhləvanın  ölümü  məhz  ağıçı  arvadın 
yanıqlı oxĢaması ilə çatdırılır: 
    Aslan gedər ovuna, 
    Çeyran düĢər tovuna, 

Folklor və yazılı ədəbiyyat 
163 
 
    Hanı bunun anası 
    Gəlsin bala lovuna (5, 98). 
Mərasim,  povestə  ardıcıl  olaraq,  təziyə  buraya  yığılan 
qadınların ağlaĢma-deyimləri üzərində qurulur: 
    Bu paltar xasa paltar. 
    Dönübdü nəsə paltar. 
    Ölüb igid yiyəsi 
    Batıbdı yasa paltar. 
 
    Məni bir ağı burdu 
    DolaĢdı, bağı vurdu, 
    Səhər-səhər bəllədi 
    AxĢamın çağı vurdu.... hey! (5, 99). 
Bayatı-ağıların daha fərqli forması isə ədibin ”EĢq sultanı” 
əsərində Məhəmmədin  atası Süleyman kiĢinin təziyəsi üzərində 
oxunan nəğmənin dilindən verilir. 
Bala, vay, 
Bal yemədim, bala vay, 
Çöp yığdım, yuva qurdum, 
Uçurtmadım bala, vay (7, 58). 
Yazıçı  yas  mərasimlərini  istər  tarixi,  istərsə  də  müasir 
həyatın  məiĢət,  adət-ənənələrindən  almasına  baxmayaraq  ötəri 
Ģəkildə təsvir etmir. Bu mərasimlər ədibin tarixi-etnoqrafik bili-
yi, məlumatlarında bütün incəlikləri ilə əks olunmaqla daha can-
lı  real  səhnələr  yaradır.  Ağılar,  bayatılar  üzərində  qurulan  yas 
mərasimləri  obrazların  faciəsi,  itkiyə  münasibəti  və  ağrılarını 
daha emosional, ovqatlı Ģəkildə oxucuya çatdırır. 
Yas  mərasimləri  ilə  bağlı  ən  qədim  adətlərimizdə  ağılarla 
yanaĢı oxĢamalar da yer almaqdadır ki, bu deyimlər, tarixən da-
ha çox dilli-dilavər, xüsusilə yaĢlı el, qəbilə sakinləri tərəfindən 
söylənilmiĢdir.  Ölənin  həyatı,  faciəsi,  rəĢadəti,  bu  dünyada 
itirdikləri,  arzuları  və  s.  üzərində  qurulan  oxĢamalar  sadə  xalq 
dilində  daha canlı  və  emosionaldır. Əzizə  Cəfərzadə əsərlərinin 

Folklor və yazılı ədəbiyyat 
164 
 
dilində verilən oxĢamaları, zaman və mühit baxımından tam tari-
xi  bir  fakt  kimi  diqqəti  cəlb  edir.  Məsələn,  “Cəlaliyyə”  poves-
tində  Cahan  pəhləvanın  ölümünə  söykənən  oxĢama  tamamilə 
mərhumun  qəhrəmanlığı,  döyüĢ  qabiliyyəti  üzərinə  qurulub. 
“Hanı  anası?  Hanı?  Gəlsin  bala  baĢına.  Özü  də  neçə  bala? 
Sultanlara qan ağladan, düĢmən sədlərini yaran, yağı kəlləsindən 
minarə  yapan, əduya qan udduran, elin göyçəyi, soyu bəzəyi, at 
minəndə köhlən bağrı çatdadan, qılınc çalanda qalxan partdadan, 
əmud vuranda rəqibini yerin təkinə batıran, nizə atanda gözlərin 
oyan... Belə oğul doğan ana, gəl, gorun çatlasın!” (5, 99). Qədim 
qəhrəmanlıq  ağılarının  ən  tipik  nümunəsini  verən  Ə.Cəfərzadə 
bir çox təziyələrin məzmununda eyni-igidlik, Ģücaətə bağlı oxĢa-
malardan çıxıĢ edir. Bu  isə  yazıçının  ən əski türk təfəkküründə 
ölümə  uğurlananda  belə  türk  insanın  Ģücaət  və  qəhrəmanlığına 
bağlı ləyaqətini qorumaq təəssübkeĢliyindən irəli gəlir. Təsadüfi 
deyildir  ki,  ədibin  “Vətənə  qayıt”  romanında  uĢaq  doğarkən 
dünyasını  dəyiĢən  ananın  oxĢaması  onun  özündən  çox,  hansı 
ocağa  bağlılığı  üzərində  qurulur.  “ġərəfnisə  gəlnini  oxĢayırdı: 
“Əli dağ qalxanlı, çiyni ağır kamanlı, oxu Allah qəzəbli; qılıncı 
Zülfüqar  kəsərli,  hay  deyəndə  halay  pozan,  huy  deyəndə  tüp 
dağıdan,  hayqıranda  yağı  bağrı  çatdadan,  dalı  el  arxalı,  qənĢəri 
ağır  düĢmənli,  adı  el-oba  süpəri,  dillər  əzbəri  Abduləli  gəlini 
balam vay...!” (8, 95).  
Ə.Cəfərzadənin  yas  adətlərinin  etnoqrafik  səciyyədə  bə-
lədliyi  təkcə  Azərbaycan,  onun  qədim  məskənləri,  əski  türk 
görüĢlər səviyyəsində qalmır. Bir sıra xalqların təziyə saxlamaq 
ənənələri  də  bu  məlumatlara  qoĢulmaqla  ġərq  yas  mərasimləri, 
onun ritualları haqqında dolğun təsəvvür yaradır.  
Yazıçının ölməz qəzəl ustadı M.Füzuliyə həsr etdiyi ”EĢq 
Sultanı” romanında qəriblikdə dünyasını dəyiĢən Süleyman kiĢi-
yə ərəb adətləri ilə təziyə tutulmasının təsviri xüsusilə maraq do-
ğurur.  Mərasimin  keçirilməsindən  bəlli  olur  ki,  yas  düĢən  evə 
ərəb adəti  ilə ortalığa qəhvə  məcməyəsi qoyulur, arvadlar onun 

Folklor və yazılı ədəbiyyat 
165 
 
ətrafında  sinə  vuraraq  ağı  deyirlər.  Təziyəyə  yeni  qoĢulan 
qadınlar  əvvəlcə  xırda  xına  qaĢıqları  ilə  sinidən  qəhvə  götürüb 
dillərinin üstünə tökür, sonra ölünü oxĢayanlara qoĢulurlar: Qəh-
vənin  acılığı,  onların  bəd  xəbər,  hadisə-acılığa  gəlmələri  yozu-
muna qoĢulur ki, burada Ģirin çayın verilməsi qeyri mümkündür. 
Eyni  adətlərə  uyğun  ölən  üçün  evdə  ehsan  biĢirilib  təziyəyə 
dağıdılması da yasaqdır. 
Xalq mərasimlərinin toy-yasla bağlı məclislərin geniĢ epik 
təsvirinin  verildiyi  Ə.Cəfərzadə  romanlarında  digər  məiĢət  mə-
rasimləri,  yaxud  onların  əski  qayda  və  adətləri  də  qorunmaq-
dadır  “Adqoyma”,  “UĢağın  dünyaya  gəlməsi”  ilə  bağlı  məiĢət 
inanc  və  davranıĢları  əslində  geniĢ  məiĢət  mərasimlərindən  ay-
rılmıĢ törənlərdir. Qeyd edək ki, mərasim səciyyəsini saxlamasa 
da  bu  toplumlarda  ilkin  məclis  ritual  və  inamdan  yer  alır.  Mə-
sələn, uĢağın dünyaya gəlməsi, ananın azad olmasında Ģər ruhlu 
qüvvələrə qarĢı “mübarizə” üsulları bugünkü xalq məiĢətində də 
qorunmaqdadır. 
Göründüyü  kimi,  yazıçının  əsərlərində  mərasimi  folklo-
rizmlərə  kifayət  qədər  geniĢ  yer  verilmiĢdir.  Onun  əsərlərində 
toy, yas, ayrı-ayrı məiĢət mərasimləri, ovsun, inanc və s. folklo-
rizmlər  gah  monumental  lövhələr  Ģəklində  təsvir  olunur,  gah 
hansısa  psixoloji  situasiyanı  folklor  qəlibində  təqdim  edir,  gah 
da  yazıçı  ideyasının  təcəssümündə  sərrast  bədii  ifadə  vasitəsi 
kimi  çıxıĢ  edir.  Bütün  bu  rəngarənglikləri  aĢağıdakı  Ģəkildə 
ümumiləĢdiririk: 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin